“Georgian Airways” müflis ola bilər .....                     Bakıda yeni oğru PEYDA OLUB: "parik"dən istifadə edir .....                     Zelenskinin Bakı səfəri: Gözləntilər nədir? .....                     İranda “işləməyən” Venesuela modeli: fanatiklərin müqaviməti hələ güclüdür .....                     Oğluma məcburən saxta toy etdirdim, pul yığdım...” .....                     Deputata məxsus olduğu deyilən şirkətə 498 min manatlıq sifariş .....                     Qaynarinfo.az 19 yaşında! .....                     Zaqatalada qəzalı vəziyyətdə olan BİNA: Yağış suları evlərə dolur .....                     AZƏRBAYCANDA MOBİL İNTERNET NİYƏ BAHALAŞIB? .....                     Bakıda yeni proses başlayır: yüzlərlə ailə köçürüləcək .....                     Ukrayna Prezidenti Volodimir Zelenski Azərbaycanda işgüzar səfərdədir .....                     Yekaterinburqa dron hücumu .....                     Yeni tikililən binalarda mənzil qiymətlərinin sürətli dəyişməsinin səbəbləri .....                     İranın gizli təşkilatının rəisi İsrailə casusluğa görə edam edilib .....                     "İki aydan sonra onlar baş nazir olacaqlar” .....                     Qondarma erməni soyqırımı muzeyində qalmaqal .....                     Trampın İran strategiyası niyə iflasa uğraya bilər?.. .....                     Azərbaycan neftinin qiyməti 114 dollara yüksəlib .....                     Turizm Agentlini eyni şirkətə bir gündə iki tender verib .....                     ABŞ-nin yeni prezidenti Rubio ola bilər .....                     Gəncədə terror qurbanlarının evləri... NECƏ QANUNDAN KƏNAR OLDU... .....                     Ermənistanda Türkiyəyə “müharibə” elan edən kimlərdir? .....                     Abbas Əraqçi Pakistan ordusunun komandanı ilə görüşdü .....                     Sosial media qazancının .....                     İrana nüvə bombası atılacaq .....                     Azərbaycanda ət tapılmayacaq? .....                     “AzəriQaz” işçilərinin tək dərdi MAAŞ DEYİL Kİ... .....                     “Azercell”in 13-cü ay OYUNBAZLIĞI... .....                     Banka borcu olanlara BƏD xəbər .....                     "Dəyişən bir şey olmayacaq, amma..." .....                     TƏBİB pasiyentə xəstə kimi yox... BANKOMAT KİMİ baxır... .....                     Qadınlar niyə imkanlı kişinin məşuqəsi, sevgilisi olmaq istəyir... .....                     Aİ-də Kiyevə yardım qərarı parçalanmaya səbəb olub .....                     Eldar Mahmudovun sabiq kadrı ətrafında çənbər daralır... .....                     Xəzər sammiti Putinlə Xamenei görüşü üçün ləğv edilməyib .....                     Məktəb direktoru pedaqoji şuranın iclasında səsləndirdiyi ifadələrə görə məhkəməyə verildi .....                     ABŞ-nin İrana qarşı hərbi əməliyyat xərcləri 61 milyard dolları keçib .....                     Əmrullayevin BATIRDIĞI TƏHSİL: Daha bir məktəbdə insident... .....                     Qayıbovun YEYİNTİ ORTAQLARI... .....                     TƏBİB daxilində regional səhiyyə idarələri yaradılır? .....                 

“Ermənistan pasportu daşıyan adamın Azərbaycanda nə işi var?” - HƏQİQƏTƏN DƏ...
Tarix: 9-12-2022, 09:25 | Çap et
“Ermənistan pasportu daşıyan adamın Azərbaycanda nə işi var?”
Ağ partiyanın sədri Tural Abbaslı Teleqraf.com-a müsahibə verib.

DİA.AZ onunla müsahibəni təqdim edir:

- Separatçı Araik Arutyunyan bir neçə gündür Fransadadır. O, səfəri çərçivəsində fransalı siyasilərlə, Paris meri ilə görüşdü, Senatda oldu, bu ölkənin dövlət telekanalına müsahibə verdi. Sizcə, erməni separatçısını Parisə çağıran Fransa hakimiyyəti nə etməyə çalışır?

- Əvvəla, biz baxmalıyıq ki, o, görüşləri hansı sifətlə və ya siyasi statusla keçirir. Əgər Arutyunyan Fransada keçirdiyi görüşlərdə və verdiyi müsahibələrdə qondarma qurumun rəhbəri kimi təqdim olunursa, təbii k, Azərbaycan buna sərt şəkildə cavab verməlidir. Fransaya nota verməlidir ki, Azərbaycan ərazisindəki separatçı qurumun başçısını “dövlət rəhbəri” kimi qəbul etmək olmaz.

Gələcəkdə ola bilsin ki, Arutyunyan Fransadan sonra Rusiya və ABŞ-a, hətta İrana da getsin və orada kimlərləsə görüşlər keçirsin. Şərt deyil ki, prezident olsun, məsələn, Nyu-Yorkun meri, Tehranın bələdiyyə sədri ola bilər. Bu kimi addımlarla Azərbaycan ərazilərindəki bu separatçı qurumun “legitimləşdirilməsi”nə çalışılır. Guya görüşüb nə imzalayacaqlar, nəyi razılaşdıracaqlar - bunların hamısı önəmsizdir. Əsas məsələ dünyanın siyasi dairələrinə verilən mesajdır. Azərbaycan separatçıların bu təbliğatına kəskin cavab verməlidir.

Ümumiyyətlə, Laçın yolunda belə şəxslərin giriş-çıxışı məhdudlaşdırılmalıdır. Hansı pasportla getdiyi araşdırılmalıdır, çox güman ki, Ermənistan pasportu ilə gedib. Ermənistan pasportu daşıyan adamın Azərbaycanda nə işi var? Düşünürəm ki, bunların hamısı araşdırılmalıdır.

Səhv etmirəmsə, Araik Arutyunyan İnterpolun axtarışına verilib. O, niyə saxlanılmayıb və Azərbaycana məlumat verilməyib? Hesab edirəm ki, prokurorluq orqanlarımız da bununla bağlı etiraz açıqlaması verməlidir.

- Molla rejimi Azərbaycana qarşı təxribatını davam etdirir. Rejimin bu dəfə Ermənistana raket kompleksləri hədiyyə etdiyi üzə çıxdı. Maraqlıdır ki, Tehran niyə Azərbaycanla münasibətlərini az qala qıra biləcək formada addımlar atır?

- Əslində, İran Azərbaycanla münasibətləri qırmaq istəmir. İran bölgədə varlığının ölüm-dirim savaşını aparır. İran başbilənləri düşünür ki, Azərbaycan regionda hazırkı formatda güclənməsi, Qarabağ problemini həll etməsi, bu məsələ üzərindən Rusiyadan asılılığının azalması, eyni zamanda Azərbaycanla münasibətləri fonunda Türkiyənin Cənubi Qafqazda güclənməsi Tehranın maraqlarına uyğun gəlmir. Çünki İran özünü beynəlxalq gücə çevirmək istəyir. Bunun üçün də ən azı regional güc olmalısan. Bölgədən də sıxışdırılırsansa, sən necə regional güc ola bilərsən?

Əslində, bölgədə beynəlxalq səviyyədə bir mübarizə gedir. İran da bu mürəkkəb situasiyada öz imicinin, özü haqda yaratdığı obrazın dərdindədir. Təbii ki, İran Türkiyənin Azərbaycanda və ya öz qonşuluğunda yerləşməsini də qəbul edə bilmir. İrana görə, bu, onun imici və rejimin gələcəyi üçün ölüm-qalım savaşıdır. Yəni rejim özünü düşündüyü üçün Azərbaycana qarşı belə aqressiv, təhdidkar davranış sərgiləyir, nə din qardaşlığına, nə qonşuluğa, nə də tarixi birliyə önəm verərək, açıq-aşkar, həyasızcasına özünü bütün İslam-Türk dünyasına düşmən elan etmiş ermənilərə dəstək verir.

İran öz imicinin hayındadır, amma bu davranışları onun imicini daha da bərbad hala salır. Azərbaycan prezidenti dəfələrlə bəyan edib ki, biz öz ərazilərimizdən İrana qarşı istifadə olunmasına icazə verməyəcəyik. Amma artıq mən düşünürəm ki, İranın bu davranışı davam edərsə, Azərbaycan bu yanaşması üzərində yenidən fikirləşməlidir.

- Bəs Türkiyə-Azərbaycan hərbi müttəfiqliyi və ya ittifaqı ölkəmizə qarşı olan dövlətləri çəkindirəcək qədər güclənibmi?

- Belə olduğunu düşünürəm. Artıq sərhədlərimizdə Türkiyə ilə hərbi təlimlər keçiririk, çay üzərində körpü salıb tankları, xüsusi təyinatlıları keçiririk. Bu, birbaşa İrana cavab mesajı idi.

Xatırlayırsınızsa, onlar da guya Azərbaycanla sərhədlərində təlim keçirmişdilər, çay üzərinə körpü atmışdılar. Yaxud bir gündə başda müdafiə naziri olmaqla Türkiyənin hərbi elitasının bütün üzvləri Azərbaycana səfər etdilər, prezidentlər görüşdülər, türk ordusunun F-16-ları ölkəmizə gəldilər. Bu gün artıq çox rahatlıqla deyə bilərik ki, Türkiyə-Azərbaycan müttəfiqliyi iki dövlət – bir ordu səviyyəsinə gəlib çatıb.

Təbii ki, bu da Fransanı, Rusiyanı və İranı təşvişə salır. Bəziləri Azərbaycana, bəziləri də Türkiyəyə görə təşviş keçirirlər. Türkiyənin regionumuzda güclənməsi, öz geosiyasi nüfuzunu daha da genişləndirməsi və bu fonda qlobal aktor olmaq yolunda irəli addımlaması İran, Rusiya və Fransanın marağında deyil.

Düşünürəm ki, Türkiyə-Azərbaycan müttəfiqliyini daha da dərinləşdirmək olar. Zənnimcə, indiki hədd son hədd deyil, bundan da irəli getmək olar: təkcə hərbi yox, iqtisadi, siyasi, mədəni və digər istiqamətlərdə. Kifayət qədər imkanlar var ki, bunlardan istifadə etmək, yaxınlaşmanı daha da dərinləşdirmək lazımdır.

- Fransa və İranla yanaşı, son zamanlarda Rusiyanın ərazilərimizdəki sülhməramlılarının davranışları da Azərbaycanda etiraz yaradır. Sülhməramlıların jurnalistlərimizi Xocalıya buraxmaması isə səbr kasasını daşıra biləcək addım oldu. Ruslar nə etməyə çalışırlar və ya onların sülhməramlıları niyə bölgədə özlərini ermənilərin qulluqçuları kimi aparırlar?

- Son gəlişmələrdən bu oldu ki, Rusiya hərbçiləri sıravisindən tutmuş generalınadək yerləşdikləri ərazilərin Azərbaycana məxsus olduğunu unudublar. Ya da regiona gələndə o düşüncədə olmayıblar ki, biz Azərbaycan ərazilərinə gəlirik. Onlara elə gəlir ki, buralar “erməni əraziləri”dir və oranı da azərbaycanlılardan müdafiə edirlər.

Jurnalistələrimizin və Ekologiya Nazirliyinin əməkdaşlarının sülhməramlılar qarşısındakı duruşlarını təqdir edirəm. Sıravi rusdan tutmuş Şoyqu və Putinədək hər kəs bildi ki, bu ərazilər azərbaycanlılarındır, lazım olanda da lazımi müdaxilələri etməyi bacarırıq. Düşünürəm ki, son hadisələrdən sonra rus hərbçiləri sülhməramlı kimi üzlərini itirmiş sayılırlar.

Sülhməramlılar bitərəf olur və qarşıdurmaların qarşısını almasına və ya belə bir zəminin yaranmamasına çalışırlar. Amma görünən bu oldu ki, Rusiya bitərəf deyil, ermənilərin mövqelərini müdafiə edir və onların Azərbaycan ərazilərindəki separatçı fəaliyyətlərinə dəstək verir, eyni zamanda bizim öz ərazilərimizdə suverenliyimizi bərpa etməyimizə maneə yaradır.

Azərbaycan bütün bunların hamısını əsas gətirərək, bütün beynəlxalq təşkilatlardan, BMT və digərlərindən tələb etməlidir ki, Rusiyanın ərazilərimizi tərk etməsi üçün lazımi siyasi addımları atsınlar. Əgər Rusiya öz hərbçilərini yerləşdirdiyi əraziləri başqasınınkı hesab edərsə, o zaman Azərbaycan növbəti 44 günlük müharibəsini başlatmalıdır və ərazilərini qeyrilərinin silahlı qüvvələrindən təmizləməlidir.

İstər fars, istər erməni, istər rus, istərsə də fransız olsun – kim olur-olsun... Azərbaycan bütün torpaqlarında suverenliyini bərpa etməlidir.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
“Georgian Airways” müflis ola bilər
Bu gün, 13:11
Bakıda yeni oğru PEYDA OLUB: "parik"dən istifadə edir - VİDEO
Bu gün, 13:09
Zelenskinin Bakı səfəri: Gözləntilər nədir? - AKTUAL
Bu gün, 12:49
İranda “işləməyən” Venesuela modeli: fanatiklərin müqaviməti hələ güclüdür - İNCƏLƏMƏ
Bu gün, 12:43
Oğluma məcburən saxta toy etdirdim, pul yığdım...” – Meyxanaçı Samirədən ŞOK AÇIQLAMALAR
Bu gün, 12:22
Deputata məxsus olduğu deyilən şirkətə 498 min manatlıq sifariş - TƏFƏRRÜAT
Bu gün, 12:19
Qaynarinfo.az 19 yaşında! - UĞUR YOLU...
Bu gün, 12:09
Zaqatalada qəzalı vəziyyətdə olan BİNA: Yağış suları evlərə dolur - FOTO
Bu gün, 12:05
AZƏRBAYCANDA MOBİL İNTERNET NİYƏ BAHALAŞIB? - "İstehlakçılara qarşı bu cür davranış yolverilməzdir..."
Bu gün, 11:59
Bakıda yeni proses başlayır: yüzlərlə ailə köçürüləcək - Detallar
Bu gün, 11:46
Ukrayna Prezidenti Volodimir Zelenski Azərbaycanda işgüzar səfərdədir - FOTO
Bu gün, 11:41
Yekaterinburqa dron hücumu − Xəsarət alan var
Bu gün, 11:40
Yeni tikililən binalarda mənzil qiymətlərinin sürətli dəyişməsinin səbəbləri - ARAŞDIRMA
Bu gün, 11:37
İranın gizli təşkilatının rəisi İsrailə casusluğa görə edam edilib -“tabnak”
Bu gün, 11:36
"İki aydan sonra onlar baş nazir olacaqlar” – Paşinyandan səs-küylü AÇIQLAMA
Bu gün, 11:26
Qondarma erməni soyqırımı muzeyində qalmaqal - "Hraparak"
Bu gün, 11:21
Trampın İran strategiyası niyə iflasa uğraya bilər?.. - YƏHUDİ EKSPERT
Bu gün, 11:17
Azərbaycan neftinin qiyməti 114 dollara yüksəlib
Bu gün, 11:15
Turizm Agentlini eyni şirkətə bir gündə iki tender verib - DETALLAR
Bu gün, 11:06
ABŞ-nin yeni prezidenti Rubio ola bilər - Politico nəşri
Bu gün, 11:03
Gəncədə terror qurbanlarının evləri... NECƏ QANUNDAN KƏNAR OLDU... - BU NƏDİ BELƏ?..
Bu gün, 10:56
Ermənistanda Türkiyəyə “müharibə” elan edən kimlərdir? – gizli planın şok detalları
Bu gün, 10:44
Abbas Əraqçi Pakistan ordusunun komandanı ilə görüşdü
Bu gün, 10:42
Sosial media qazancının görünməyən ÜZÜ…
Bu gün, 10:40
İrana nüvə bombası atılacaq - Dövlət Departamentinin keçmiş rəsmisindən şok iddia
Bu gün, 10:26
Azərbaycanda ət tapılmayacaq? - qiymətlət niyə bahalaşır
Bu gün, 10:25
“AzəriQaz” işçilərinin tək dərdi MAAŞ DEYİL Kİ... - NARAZILIQ VAR...
Bu gün, 10:20
“Azercell”in 13-cü ay OYUNBAZLIĞI... - GİLEY
Bu gün, 10:04
Banka borcu olanlara BƏD xəbər - Bundan sonra...
Bu gün, 09:28
"Dəyişən bir şey olmayacaq, amma..." - REAKSİYA
Bu gün, 08:33
TƏBİB pasiyentə xəstə kimi yox... BANKOMAT KİMİ baxır... - BUNA GÖRƏ DƏ...
Bu gün, 08:28
Qadınlar niyə imkanlı kişinin məşuqəsi, sevgilisi olmaq istəyir... - Nura Suri deyir ki...
Bu gün, 08:16
Aİ-də Kiyevə yardım qərarı parçalanmaya səbəb olub - “Politico”
Bu gün, 08:10
Eldar Mahmudovun sabiq kadrı ətrafında çənbər daralır... - Mürsəl İbrahimov NƏ EDƏCƏK...
Bu gün, 07:51
Xəzər sammiti Putinlə Xamenei görüşü üçün ləğv edilməyib - İran səfiri
Bu gün, 07:38
Məktəb direktoru pedaqoji şuranın iclasında səsləndirdiyi ifadələrə görə məhkəməyə verildi - TƏFƏRRÜAT
Bu gün, 07:36
ABŞ-nin İrana qarşı hərbi əməliyyat xərcləri 61 milyard dolları keçib - "Iran War Cost Tracker" portalı
Bu gün, 07:31
Əmrullayevin BATIRDIĞI TƏHSİL: Daha bir məktəbdə insident... - BELƏ HARA GEDİRİK?
Bu gün, 07:30
Qayıbovun YEYİNTİ ORTAQLARI... - ARAŞDIRMA
Bu gün, 07:25
TƏBİB daxilində regional səhiyyə idarələri yaradılır? - Baş həkim və direktorlar...
Bu gün, 07:16
Hücum hazırlığı olmasa da, Rusiya səhvə yol verə bilər - GƏLİŞMƏ
Bu gün, 07:01
Tehrandan beynəlxalq uçuşlar bu gündən bərpa edilir - KİV
Bu gün, 06:59
Biləsuvar Rayonunda 400 min manatlıq tender dayandırıldı - BUNA GÖRƏ
Bu gün, 06:58
İzahı olmayan hadisə: Xəzər niyə quruyur? - AKTUAL
Bu gün, 06:56
“Görünür o qadına kimlərsə himayədarlıq edir ki, mədəniyyət evini bağçaya çevirib, özbaşına etməz” - Əməkdar artistdən qalmaqallı AÇIQLAMA
Bu gün, 06:54
"Mən Paşinyan hakimiyyətinin Türkiyə-Azərbaycan münasibətlərinə yanaşmasını səmimi hesab etmirəm" - partiya sədri
Bu gün, 06:51
İcra başçısı qazi ailəsini süründürür – Hüquq müdafiəçisindən ÇAĞIRIŞ
Bu gün, 06:48
Ceyhun Cəlilov da 'KOLXOZÇU' imiş... - DƏLİXANADIR, VALLAH...
Bu gün, 06:46
Burda nə oyunlar çevrilir.... - İLGİNC FAKTLAR
Bu gün, 06:26
ABŞ Rusiya və İran neftinin alınmasına icazəni uzatmaqdan imtina edib - "Associated Press"
Bu gün, 06:22
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru