Ceyhun Mollazadə öz “Sazz”ının nazıyla bizi nə qədər oynadacaq? .....                     Burda müştərilərə köhnə yemək verilir... .....                     Doğrudanmı, Azərbaycan Rusiya ilə münasibətləri kəsməlidir?! .....                     Azərbaycan-Ermənistan münasibətlərinin gələcəyi: İnanılmaz ssenarilər və reallıq .....                     Almaniya hərəkətə keçdi .....                     Kasıba “kuryer” tələsi, varlıya isə… .....                     Paşinyan ilanın başını əzərsə... .....                     “Aeroflot”a ciddi zərbə: “Uzunmüddətli və genişmiqyaslı əməliyyat” .....                     Rövşən Rüstəmov sərnişinləri istidə “qırır”, ancaq qiymətləri aşağı salmır .....                     "Little Stars" uşaq bağçasında qolu sınan körpənin BAŞINA OYUN AÇDILAR .....                     Rusiya Cənubi Qafqaza silah yığmaqla kimi təhdid edir? .....                     Göyçayda məmur özbaşınalığı PİK HƏDDƏ .....                     Fransa regionda sülhün bərqərar olmasında maraqlı deyil .....                     İşçiləri işlədib, əməkhaqqı vermədilər .....                     AZAL təyyarəsinin vurulması: Bakı ədalət və cavab gözləyir .....                     Ermənistanın naziri ABŞ-yə səfir göndərilir .....                     "Rusiyanın bugün meydanda tək qalmasının yeganə səbəbi Kremlinin yürütdüyü yanlış siyasətdir" .....                     AZAL təyyarəsi bilərək vurulub, məsuliyyət Moskvadadır .....                     "Sözümün üstündəyəm, niyə yoxdurlar ortada?" .....                     Ermənistan ABŞ-ın təklifini rədd etmədiyini bildirir .....                     Peterburqda miqrantlara daha bir qadağa qoyuldu .....                     Ermənistan Yekaterinburqdakı fəxri konsulunu geri çağırıb .....                     Sarayda ağacları kəsən "İnşaat Təmir" 35 min cərimələndi .....                     İslamda kredit və faiz QADAĞASI .....                     Əkrəm İmamoğlunun magistr dərəcəsi və diplomu ləğv edilib .....                     “Zəngəzur dəhlizi hətta bir aydan sonra da açıla bilər, amma...” .....                     Bakıda məşhur futbolçunun evindən oğurluq .....                     Sevda Əliqızı şirniyyat bişirib satırmış: .....                     Nazirlərdən daha çox maaş alan Cüdo Federasiyasının məsul işçiləri nə işlə məşğul olurlar? .....                     İrlandiya sülh üçün konstitusiyasını necə dəyişdi? .....                     Hacıyev “gözləyirik” dedi, Moskva susdu .....                     AzTV-nin keçmiş sədrinin qardaşı oğlunun məhkəməsində mütəxəssis ifadə verdi .....                     Ermənistan İstintaq Komitəsi arxiyepiskopun işi üzrə ilkin araşdırmanı başa çatdırıb .....                     Məşhur tikinti şirkətində qanunsuzluqlar .....                     "Azər-Türk Bank"ın səhmlərinin SOCAR-a ötürülməsi yekunlaşıb .....                     Bu şirkət “Uninet”i haqsız rəqabətdə ittiham etdi .....                     "Müəlliflik hüququna təcavüz edilir..." .....                     Bakıda bacısını boğaraq öldürən oğlana .....                     Özbaşına qalmış MASAZIR... .....                     Nura Suri restoran fırıldağını ifşa etdi! .....                 

“TÜRKİYƏ KƏŞFİYYATI TƏKLİF EDİB Kİ, TALIBOV ÇIXARILSIN...” – “Trikotaj Fabrikində işləyəndə paltar oğurlayıb satırdı...”
Tarix: 27-12-2022, 10:10 | Çap et
“TÜRKİYƏ KƏŞFİYYATI TƏKLİF EDİB Kİ, TALIBOV ÇIXARILSIN...”
Vasif Talıbovun Naxçıvan rəhbərliyindən uzaqlaşdırılması ictimaiyyət üçün əsas gündəm mövzularından biri olaraq qalır.

DİA.AZ bildirir ki, “AzPolitika.info” bu mövzunu Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu ilə müzakirə edib.

- Sərdar bəy, nəhayət, kadr islahatları Naxçıvanı da əhatə etdi və Vasif Talıbov Ali Məclisin sədri vəzifəsindən “səhhətinə” görə istefa verdi. Naxçıvanda başlayan dəyişiklikləri necə şərh edirsiniz?

- Əvvəla, eyni adamın uzun müddət vəzifədə qalması politologiyada ciddi qüsurlardan biri kimi qiymətləndirilir. Azərbaycanda məmurlar 20-30 il hakimiyyətdə qalır və bir növ vəzifəni özəlləşdirirlər. Halbuki, konstitusiyamızıda bütün vətəndaşların hakimiyyətdə və dövlət idarəçiliyində iştirak hüququ təsbit olunub. Bir adamın 20-30 il vəzifədə qalması isə o deməkdir ki, minlərlə insan həmin vəzifəni tutmaq şansını itirir. Yəni, bir şəxsin uzun müddət məmur kimi vəzifə tutması vətəndaşların hüquqlarının pozulmasıdır.

İkincisi, uzun müddət vəzifədə qalanlar vəzifəni özəlləşdirir, hakimiyyətlə özləri arasında məsafə saxlaya bilmir, düşünürlər ki, vəzifə onların dədə-baba malıdır. Həm də uzun illər vəzifədə qalmaq məmurların bir-birilə qohumluq, biznes, korrupsiya əlaqələri qurmasına gətirib çıxarır.

Ümumiyyətlə, kadrlar təyin ediləndə onların bu vəzifələrə layiq olub-olmamasına diqqət edilməlidir. Bir çox hallarda təsadüfi adamlar vəzifə tuta bilir və vəzifə cinayətləri də bu səbəbdən yaranır. Təəssüf ki, yeni kadrların təyinatında da bəzən belə hallar müşahidə edilir.

Naxçıvana gəldikdə deyim ki, Prezident Naxçıvandakı hadisələri Azərbaycana tabe etdirib, səlahiyyətli nümayəndə vasitəsilə bu proseslərə şəxsən nəzarət etmək imkanı yaradıb. Amma ora təyin olunan şəxsin Vasif Talıbovun 30 il ərzində viran qoyduğu Naxçıvanı nə dərəcədə reabilitasiya edə biləcəyini zaman göstərəcək.

Bismark qeyd edirdi ki, pis qanunlar və yaxşı məmurlar əslində yaxşı cəmiyyət, yaxşı qanunlarla pis məmurlar isə pis cəmiyyət deməkdir. Bu baxımdan çox şey məmurların şəxsiyyətindən asılıdır.

Digər tərəfdən, əslində, Naxçıvanın Vasif Talıbova verilməsi məncə, səhv addım idi və mümkündür ki, həmin dövrün ağırlığından doğurdu. Talıbovu biz tanıyırdıq və bilirdik ki, onun heç bir qabiliyyəti yox idi. Onun yeganə üstünlüyü o idi ki, zamanında mərhum Heydər Əliyevə xidmət etmişdi, onunla müəyyən qohumluq bağı var idi. Onun bundan başqa heç bir üstünlüyü yox idi. Talıbov nəinki Naxçıvan miqyasında hansısa yüksək vəzifə, heç işlədiyi Trikotaj Fabrikində sex müdiri vəzifəsi tuta bilməmişdi.

- Deməli, Vasif Talıbovu yaxından tanıyırsınız...

- Çox yaxşı tanıyıram. Xalq hərəkatı zamanı proseslərə qoşulmadı. Trikotaj Fabrikində işləyəndə oradan paltar oğurlayıb satırdı. O vaxtdan hamı onu o cür tanıyırdı. Özü də qabiliyyətsiz adamdır, çıxışları da ortadadır, bir zamanlar rum rəqəmlərini ayırd edə bilmədiyi haqda mətbuatda yazılar gedirdi. Bütün bunlar onun qabiliyyətsiz və savadsız adam olduğunu göstərir. Sonradan da məlum oldu ki, Bakıda hüquq fakültəsini bitirib. Bu, gülməlidir. Onun ümumiyyətlə hüquqdan anlayışı yoxdur. Onun danışıqlarında və çıxışlarında indiyə qədər bircə dəfə olsun hüquq termini işlətməsinə rast gəlinməyib.

Konkret mənim onunla “salam-sağ olum” olmayıb. Sadəcə, qardaşım oğlu şəhid olmuşdu, yas mərasiminə gəlmişdi, mən də ona çox sağ ol dedim ki, başsağlığına gəlib. Bundan başqa onunla ünsiyyətim olmayıb. Amma xalq hərəkatı zamanı biz Naxçıvanda müxalifət mövqeyində idik, Heydər Əliyevlə də yola getmirdik. Vasif Talıbov da öz aləmində bizə nifrət edirdi. Amma şəxsi ünsiyyətimiz və kontaktımız olmayıb.

Digər tərəfdən, yaslara gedəndə polis uzaq məsafədən bizi izləyirdi, Naxçıvana daxil olan kimi bütün rəhbərlik bilirdi ki, mən gəlmişəm, bir-birinə xəbər verirdilər, kəndə polislər gəlirdi, kəndin mərkəzində dururdular ki, birdən mən siyasi iş apararam. Belə total nəzarət həyata keçirirdi, amma yaxına gəlmirdi. Şəxsən mənə qarşı heç vaxt kobud hərəkətə yol verməyib.

- Rəsmi açıqlama belə oldu ki, Talıbov vəzifədən səhhətinə görə gedir. Sizcə, əsl səbəb nədir?

- Məncə, bu, daha çox xarici amillərlə bağlı məsələyə oxşayır - xüsusilə, PKK və İŞİD-lə bağlı. Eləcə də Rusiya və İran məsələsi var, Azərbaycan əleyhinə iş aparıla bilərdi. Talıbovu İran və Rusiya ilə oyunlarına, Türkiyənin əleyhinə apardığı işlərə görə çıxarıblar. Yəni, siyasi səbəblərdən.

Mənim eşitdiyimə görə, Türkiyə Milli Kəşfiyyat İdarəsi (MİT) onun işdən çıxarılmasını təklif edib. Yəni, bu adamın təhlükəli olduğu, Naxçıvana rəhbər kimi qalmasının Azərbaycan-Türkiyə yaxınlaşmasına mənfi təsir edəcəyi, eləcə də İran və Rusiyanın bölgədə müəyyən oyunlar qurmasında rol alacağı qənaətinə gəlinə bilərdi. Əslində, II Qarabağ müharibəsinin sonlarında, noyabrın 9-da Naxçıvan ərazisi yaxınlığında Rusiya helikopterinin vurulması bunun əyani sübutlarından biridir.
Ətraflı

- Düşünürsünüz ki, bu prosesdə Vasif Talıbovun hansısa formada iştirakı ola bilərdi?

- Helikopter Naxçıvan istiqamətində vurulub, bu günə qədər bilinmir ki, niyə vurulub və belə bir əmri kim verib.

İkincisi, bir dəfə Tehran televiziyası iddia etmişdi ki, guya Naxçıvandan bir qrup adam “Naxçıvanın İrana qatılması” haqda müraciət edib. Amma qəribədir ki, nə Vasif Talıbov bu haqda danışdı, nə də belə bir saxta məktubun olması təkzib olundu. Ümumiyyətlə, İlham Əliyevə və Azərbaycan dövlətinə qarşı İranın təhdidlərinə Naxçıvandan nə bir deputat, nə də bir ziyalı ağzını açıb cavab vermədi. Mən İranla qarşıdurma dövrünü nəzərdə tuturam. Bunun özü göstərir ki, İranla onların yaxşı əlaqələri olub. Bu səbəbdən də dövlətin maraqları onlar üçün ikinci dərəcəli idi.

- Dediniz ki, Talıbov son 27 ildə Naxçıvanı viran qoyub. Amma hamı deyir ki, son illərdə Naxçıvan çox gözəlləşdirilib. Siz konkret nəyi nəzərdə tutursunuz?

- Naxçıvan boşaldılıb, ona divan tutulub. Bənəniyar kəndində yüzlərlə insana işgəncə verilib. Hətta bir adamı işgəncə ilə öldürüblər. İstintaq altında ölən insanlar olub. Naxçıvanı tərk edənlər, əmlakı əlindən alınanlar olub. Yəni, 27 ildə Naxçıvanda bir ailədən başqa sanki heç kim yaşamayıb. Təsəvvür edin, orada göstəriş verilmişdi ki, insanlar iki nəfərdən artıq bir yerdə dura bilməz. Kəndlərin çayxanaları, mərkəzləri dağıdılmışdı. Naxçıvan Muxtar Respublikasında XIV-XVI əsrə aid yerli tarixi əhəmiyyətli abidələr dağıdılmışdı, süni abidələr düzəldilmişdi. Orada tariximizə böyük zərbələr vurulub. Eləcə də mədəniyyətimizə. Naxçıvanın mədəni mühiti məhv edilib. Naxçıvan hər zaman vətənpərvərlik əhvalına, ziyalılıq potensialına, mədəni mühitinə görə Azərbaycanın öndə gedən bölgələrindən olub. Bunların hamısı məhv edilib.

İş yerləri olmadı, insanlara müstəqil fəaliyyət göstərməyə imkan verilmədi. Bütün müəssisələr Talıbovun tayfasının əlinə keçdi. İnsanlar da ailələrini dolandırmaq üçün Türkiyəyə, paytaxt Bakıya və başqa yerlərə üz tutdu. Bəzi adamlar da reperssiya səbəbindən oranı tərk etdi. Bütün bunlar Naxçıvan kimi əhəmiyyətli bölgəmizin boşaldılmasına gətirib çıxardı.

Əlbəttə, Naxçıvanın boşaldılması müqavimətin azalması demək idi. Məsələn, tutaq ki, İran hansısa bəyanat verəndə onun cavabını vermək lazım gəlirdi. Amma bunu görmədik. Təbii ki, 27 ildə Naxçıvanın boşaldılması ancaq xarici düşmənlərimizə sərf edirdi.

- Siz PKK məsələsini qeyd etdiniz. Düşünürsünüz ki, Vasif Talıbovun bu qurumla da hansısa əlaqələri ola bilərdi?

- Mən düşünmürəm, Türkiyə MİT-inin bu barədə Azərbaycan tərəfinə dəfələrlə məlumat verməsi, hətta bəzi şəxslərin Naxçıvan vasitəsilə qaçırılması barədə məlumatlar var. Eləcə də onların terror hücrələrində Naxçıvanda istehsal olunan məhsullara rast gəlinib. Başqa məlumatlar da var.

Bildiyiniz kimi, Naxçıvan Türkiyədən Rusiyaya gedən əsas tranzit istiqamətlərindən biridir. PKK-çıların çoxu bu yolla Rusiyaya gedə bilərdi. Aydındır ki, PKK-nın ən böyük mərkəzlərindən biri də Rusiyadadır.

- Vasif Talıbov getdi, Naxçıvana xüsusi nümayəndə təyin olundu. Gözləntilər nədir?

- Mən indi konkret bir söz deməyə çətinlik çəkirəm, hətta düşünürəm ki, müsbət proseslər ola da, olmaya da bilər. Ora təyin olunan şəxslə bağlı da geniş məlumatım yoxdur.

İndi Naxçıvanda yeni idarəçilik həyata keçirilir. Səlahiyyətli nümayəndənin də hələ hansı işlə məşğul olacağı, hansı səlahiyyətlərinin olması mənə məlum deyil. Üstəlik, yeni kadrın necə işləyəcəyi, niyə məhz onun təyin edilməsinin səbəblərini bilmirəm. Bu təyinatın Naxçıvanda hansı müsbət dəyişikliklərə səbəb olacağını zamanla görmək və qiymətləndirmək mümkün olacaq. Amma mənim hələlik optimist fikrim yoxdur. Hər halda, ümid edək ki, Talıbovun dövründən daha yaxşı dövr olacaq.

- Siz nə təklif edirsiniz, Naxçıvanda hansı tədbirlər həyata keçirilməlidir?

- Mən heç nə təklif etmirəm. Azərbaycanda idarəetmə prinsipləri dəyişməlidir ki, müsbət nəticələr olsun. Bunu mən demirəm, siyasi nəzəriyyə deyir. Aşağı keyfiyyətli idarəetmədə yalnız pis adamlar təmsil oluna bilər. Ümid edək ki, kadr dəyişikliklərindən sonra idarəetmə prinsiplərində də dəyişikliklər yaşanacaq. Məsələn, bizdə dəfələrlə cavan kadrlar vəzifəyə gətirilib, amma bir müddət sonra məlum olub ki, bunlar da əvvəlkilər kimi yanlış işlə məşğul olublar. Məsələn, Mədəniyyət naziri, eləcə də onun birinci müavini kimi. Bunlar iki il işlədilər və məlum oldu ki, korrupsiya ilə məşğul olublar. Odur ki, idarəetmə prinsiplərinin dəyişməsi vacibdir. Ümid edək ki, təkcə kadrlar yox, idarəetmə prinsipləri də dəyişəcək.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Ceyhun Mollazadə öz “Sazz”ının nazıyla bizi nə qədər oynadacaq? - İnternet provayder abunəçiləri 191-ə "dolayıb"
Bu gün, 07:27
Burda müştərilərə köhnə yemək verilir... - AQTA harda yatıb?
Bu gün, 07:22
Doğrudanmı, Azərbaycan Rusiya ilə münasibətləri kəsməlidir?! - İNCƏLƏMƏ
Bu gün, 07:18
Azərbaycan-Ermənistan münasibətlərinin gələcəyi: İnanılmaz ssenarilər və reallıq - ARAŞDIRMA
Bu gün, 07:06
Almaniya hərəkətə keçdi - Elə zərbə dronları hazırlanır ki...
Bu gün, 07:02
Kasıba “kuryer” tələsi, varlıya isə… - “BİRBANK”ın MİN OYUNU
Bu gün, 07:00
Paşinyan ilanın başını əzərsə... - mənzərə xeyli sabitləşmiş olacaq
Bu gün, 06:58
“Aeroflot”a ciddi zərbə: “Uzunmüddətli və genişmiqyaslı əməliyyat” - TƏFƏRRÜAT
Bu gün, 06:56
Rövşən Rüstəmov sərnişinləri istidə “qırır”, ancaq qiymətləri aşağı salmır - Ekspertdən haqlı suallar
Bu gün, 06:54
"Little Stars" uşaq bağçasında qolu sınan körpənin BAŞINA OYUN AÇDILAR - BU NƏDİ BELƏ?
Bu gün, 06:52
Rusiya Cənubi Qafqaza silah yığmaqla kimi təhdid edir? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 06:47
Göyçayda məmur özbaşınalığı PİK HƏDDƏ - GİLEY
Bu gün, 06:44
Fransa regionda sülhün bərqərar olmasında maraqlı deyil - Görünəni odur ki...
Bu gün, 06:37
İşçiləri işlədib, əməkhaqqı vermədilər - Prezidentə MÜRACİƏT
Bu gün, 06:35
AZAL təyyarəsinin vurulması: Bakı ədalət və cavab gözləyir - Başqa cür ola da bilməz...
Bu gün, 06:27
Ermənistanın naziri ABŞ-yə səfir göndərilir - aravot.am
Bu gün, 00:41
"Rusiyanın bugün meydanda tək qalmasının yeganə səbəbi Kremlinin yürütdüyü yanlış siyasətdir" - FAKT BUDUR!
Bu gün, 00:39
AZAL təyyarəsi bilərək vurulub, məsuliyyət Moskvadadır - Kapitanın etirafı
Bu gün, 00:37
"Sözümün üstündəyəm, niyə yoxdurlar ortada?" - QALMAQAL
Bu gün, 00:35
Ermənistan ABŞ-ın təklifini rədd etmədiyini bildirir - AÇIQLAMA
Bu gün, 00:30
Peterburqda miqrantlara daha bir qadağa qoyuldu
Bu gün, 00:28
Ermənistan Yekaterinburqdakı fəxri konsulunu geri çağırıb - Ermənistan KİV
Bu gün, 00:26
Sarayda ağacları kəsən "İnşaat Təmir" 35 min cərimələndi - TƏFƏRRÜAT
Dünən, 18:03
İslamda kredit və faiz QADAĞASI - Bankçılıq görüntüsü altında sələmçilik aparılır?
Dünən, 18:01
Əkrəm İmamoğlunun magistr dərəcəsi və diplomu ləğv edilib
Dünən, 17:59
“Zəngəzur dəhlizi hətta bir aydan sonra da açıla bilər, amma...” - AKTUAL
Dünən, 17:57
Bakıda məşhur futbolçunun evindən oğurluq - Keçmiş vəzifəli xanım saxlanıldı
Dünən, 17:54
Sevda Əliqızı şirniyyat bişirib satırmış: - “Xərçəng qadınların 90 faizi həyatda heç vaxt xoşbəxt olmur”
Dünən, 17:53
Nazirlərdən daha çox maaş alan Cüdo Federasiyasının məsul işçiləri nə işlə məşğul olurlar? - İLGİNC
Dünən, 17:49
İrlandiya sülh üçün konstitusiyasını necə dəyişdi? - Ermənistan üçün NÜMUNƏ
Dünən, 17:45
Hacıyev “gözləyirik” dedi, Moskva susdu – Nə baş verir?
Dünən, 17:38
AzTV-nin keçmiş sədrinin qardaşı oğlunun məhkəməsində mütəxəssis ifadə verdi - TƏFƏRRÜAT
Dünən, 17:30
Ermənistan İstintaq Komitəsi arxiyepiskopun işi üzrə ilkin araşdırmanı başa çatdırıb
Dünən, 17:26
Məşhur tikinti şirkətində qanunsuzluqlar – “Baxça şəhər”də yanğın təhlükəsi var?
Dünən, 17:20
"Azər-Türk Bank"ın səhmlərinin SOCAR-a ötürülməsi yekunlaşıb
Dünən, 17:16
Bu şirkət “Uninet”i haqsız rəqabətdə ittiham etdi - ARAŞDIRMA BAŞLANILIB
Dünən, 17:11
"Müəlliflik hüququna təcavüz edilir..." - ETİRAZ VAR...
Dünən, 17:01
Bakıda bacısını boğaraq öldürən oğlana AĞIR CƏZA
Dünən, 16:54
Özbaşına qalmış MASAZIR... - Buraların yiyəsi yoxdur?
Dünən, 16:49
Nura Suri restoran fırıldağını ifşa etdi! – Müğənniyə atılan şabaşı da ciblərinə qoyublar
Dünən, 16:46
201 saylı məktəbin direktoru CANINI QURTARDI - TƏFƏRRÜAT
Dünən, 16:45
İran tərəfinin sülh açıqlaması ritorik məna daşıyır - ŞƏRH
Dünən, 16:09
Dövlət Agentliyi 170 min manatlıq geyim alır - TENDER UDULDU
Dünən, 16:06
ABŞ-də Çinə qarşı bir sıra qanun layihələri hazırlanır - “Reuters”
Dünən, 16:02
Sumqayıtda gənc qız paltar asanda binadan yıxıldı
Dünən, 16:01
"Keçmiş həyat yoldaşımız dördüncü dəfə evlənib"
Dünən, 16:00
Kəmaləddin Heydərov festivalı xanımı ilə izlədi - FOTO
Dünən, 15:57
Azərbaycan-Ermənistan sülh danışıqlarına Rusiya müdaxiləsi - Kreml nə planlaşdırır?
Dünən, 15:50
Nigarın Fərqanə ilə qalmaqalına Alim Qasımovdan SƏRT REAKSİYA
Dünən, 15:48
Naxçıvanda polis nəfəri vəfat edib
Dünən, 15:31
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru