Azərbaycan Türkiyə modelinə keçə bilər - GƏLİŞMƏ
Tarix: 9-03-2024, 08:35 | Çap et
 “Biz Ümid Partiyası olaraq Konstitusiya islahatları ilə bağlı öz təkliflərimizi ictimaiyyətin müzakirəsinə təqdim etmişik”.
Bu sözləri Azərbaycan Ümid Partiyasının Mərkəzi Aparatının rəhbəri Taleh Əliyev “Cümhuriyət”-ə açıqlamasında deyib. O bildirib ki, Seçki Məcəlləsi ilə bağlı da dəyişikliklərin edilməsi ilə bağlı təkliflər veriblər:
“Həmçinin, təhsil və səhiyyə istiqamətində də proqramlarımızı ictimaiyyətə təqdim etmişik. Bundan sonra isə digər istiqamətlərdəki proqramlarımız təqdim olunacaq. Seçki qanunvericiliyinin necə olmasından asılı olmayaraq, Ümid Partiyası Azərbaycanda bütün seçkili orqanların vaxtında, azad, şəffaf və ədalətli şəkildə formalaşmasının tərəfdarıdır.
Ümid Partiyası olaraq ölkədə proporsional seçki sisteminin bərpasının, siyasi partiyaların siyasi sistemdə yerinin gücləndirilməsi baxımından vacib və əhəmiyyətli hesab edirik. O cümlədən, bələdiyyə seçkilərində proporsional seçki sisteminin tətbiqini doğru və vacib hesab edirik”.
Həmsöhbətimiz qeyd edib ki, bununla bağlı zaman-zaman müxtəlif versiyalar gündəmə gəlib:
“Hətta son zamanlar bununla bağlı 3 istiqamətdə fikirlər səsləndirilir. Bunlardan biri parlamentdə deputatların sayının artırılması və proporsional seçki sisteminin bərpa edilməsidir. İkincisi, Azərbaycanda iki palatalı parlament sisteminin formalaşdırılmasıdır. Üçüncü variant isə Azərbaycanda prezidentli respublika modelindən parlamentli respublika modelinə keçidlə bağlı olan təklifdir.
Hesab edirəm ki, hakimiyyət tərəfindən bunlarla bağlı cəmiyyətdə rəsmi müzakirə başladılmadığı üçün ehtimalların üzərindən danışmaq doğru olmaz. Amma partiya olaraq parlamentdə deputat sayının artırılması ilə proporsional seçki sisteminin bərpa edilməsi lazımdır. Həmçinin, bələdiyyə seçkilərində də proporsional seçkinin tətbiq edilə bilər. Bundan başqa, icra hakimiyyətləri ləğv olunaraq, bələdiyyələrin gücləndirilməsi lazımdır. Hesab edirəm ki, Türkiyə modelinə keçid edə bilərik”.
Taleh Əliyev diqqətə çatdırıb ki, Azərbaycanda Konstitusiyasının Seçki Məcəlləsinin tələblərinə görə ölkəmizdə parlament seçkiləri majoritar qaydada 125 dairə üzrə keçirilir:
“Hansı seçki sistemi tətbiq olunsa, biz də ona uyğun hazırlaşacağıq. Bu il növbədənkənar prezident seçkisi keçirildi. İki seçkinin daha keçirilməsi gözlənilir. Həmçinin, referendumla bağlı da uzun müddətdir söz-söhbətlər gəzir. 2020-ci ildə keçirilən parlament seçkiləri növbədənkənar olduğuna görə, hazırkı parlamentin səlahiyyət müddəti 2025-ci ilin 9 fevralında tamamlanır. Lakin onun 2025-ci ilin noyabr ayına qədər fəaliyyətini davam etdirməsi Konstitusiya normalarının pozulması anlamına gələcək.
Ona görə də növbəti parlament seçkilərinin vaxtından əvvəl, bu ilin 3 noyabr tarixində keçirilməsi Konstitusiya öhdəliyidir. Hakimiyyət bundan öncə növbədənkənar seçki də keçirə bilər. Bütün bunların fərqində olan Ümid Partiyası həm bələdiyyə seçkiləri, həm də parlament seçkilərinə siyasi təşkilat olaraq hazırlaşır.
Biz partiya olaraq yanaşmamız növbəti seçkilərə sonuncu seçkilərin səhəri günündən hazırlaşmaqdır. Ümid Partiyası hər seçkidən sonra partiyanın uğurlu və uğursuz tərəflərini təhlil edir. Növbəti seçkilərdə uğurlu tərəfi davam etdirmək, uğursuz olan tərəfi isə aradan qaldırılması üçün çalışırıq. Bizdə seçki prosesinə kəsintisiz və davamlı proses kimi baxılır”.


|
|
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
|
|
| • TRIPP layihəsi üzrə işlər 2026-cı ildə başlayacaq - Paşinyan
Bu gün, 12:02 |
|
|
|
| • Pafoslu olmağı da bacarmayan gənc aktyorumuz - Orxan Saffari yazır...
Bu gün, 11:59 |
|
|
|
| • Heydərov onu Xankəndiyə rəis təyin etdi - ƏMR
Bu gün, 11:56 |
|
|
|
| • SOCAR-da “Neftci” MTK KORRUPSİYASI... - Buna hüquqi qiymət verilərsə...
Bu gün, 11:51 |
|
|
|
| • SOCAR-da MÜHÜM POSTA yeni təyinat olub - ƏMR
Bu gün, 11:44 |
|
|
|
| • SEPAH generalı İranın qonşularını HƏDƏLƏDİ
Bu gün, 11:42 |
|
|
|
| • Nazirlik 71 min manata “Toyota” alır
Bu gün, 11:38 |
|
|
|
| • Ukraynanın "IT ordusu" və ya "vəhşi qazlar" - Kibermüharibə nəzarətdən çıxır
Bu gün, 11:36 |
|
|
|
| • "TikTok"da 181 nəfəri aldadan “şirkət rəhbəri”ndən xəbər var
Bu gün, 11:34 |
|
|
|
| • Turizm Agentliyi İstanbul Hava Limanında reklam yerləşdirmək üçün 1,4 milyon manat xərcləyəcək
Bu gün, 11:33 |
|
|
|
| • Perinatal Mərkəzdə yanğınla bağlı məhkəmə: - Növbətçi həkim palatanı tərk edərək yatmağa gedib
Bu gün, 11:28 |
|
|
|
| • Gömrük Komitəsinin yeni binasının tikintisində YEYİNTİ - TƏFƏRRÜAT
Bu gün, 11:26 |
|
|
|
| • Bakıya səfərə hazırlaşan Baş nazir NİYƏ aşağılandı? – Solovyovu SUSDURMAQ zamanı
Bu gün, 11:23 |
|
|
|
| • Pərvin Quliyevaya yüksək vəzifə verildi - ƏMR
Bu gün, 11:22 |
|
|
|
| • "Əli Əsədov dərhal həbs edilməlidir" - Sərdar Cəlaloğlu
Bu gün, 11:21 |
|
|
|
| • Revanşistlər Bakıya YENƏ dil uzatdı - Paşinyan devrilsə...
Bu gün, 11:19 |
|
|
|
| • Ceyhun Cəlilov Ahıllar Evinin işçilərini qapısında NÖKƏR KİMİ İŞLƏDİR - İTTİHAM VAR...
Bu gün, 11:14 |
|
|
|
| • Prokurorluq Gəncə Şəhər İcra Hakimiyyətində araşdırmalara BAŞLADI - TƏFƏRRÜAT
Bu gün, 11:10 |
|
|
|
| • Pakistandan dünyaya “Taimoor” MESAJI - Yeni raket sınaqdan keçirildi
Bu gün, 11:01 |
|
|
|
| • Əli Əsədovun adamları TOY-BAYRAM İÇİNDƏ... - İLGİNC İDDİA
Bu gün, 10:57 |
|
|
|
| • Rusiya bu azərbaycanlını İnterpola verdi - Terror İTTİHAMI
Bu gün, 10:30 |
|
|
|
| • Eyni pensiya kapitalı olan şəxslərə hansı məbləğdə pensiya verilir? - AKTUAL
Bu gün, 10:25 |
|
|
|
| • Türkiyədə CHP-li bələdiyyə sədri saxlanıldı
Bu gün, 10:15 |
|
|
|
| • İranda yüksək vəzifəli məmur İsraillə əlaqəyə görə edam edilib - "Al-Jazeera"
Bu gün, 10:12 |
|
|
|
| • "Kürd Amo"nu xüsusi amansızlıqla öldürən şəxs yenidən məhkəmə qarşısında - TƏFƏRRÜAT
Bu gün, 10:11 |
|
|
|
| • Dadsız, rəngsiz POMİDORLAR - Süfrəmizə keyfiyyətsiz məhsulu kim gətirir?
Bu gün, 10:10 |
|
|
|
| • “Atamın şəxsi əşyalarını muzeyə verdim, Rasim Balayev bu mövzuda mənə kömək etdi”
Bu gün, 10:08 |
|
|
|
| • Gömrük Komitəsində işlə təmin etdirmək adı ilə 26 minlik dələduzluq etdi - MƏHKƏMƏ
Bu gün, 10:05 |
|
|
|
| • Vüsal Aslanov bu imtahandan “2” aldı – REPLİKA
Bu gün, 10:02 |
|
|
|
| • Azərbaycan nefti cüzi bahalaşıb
Bu gün, 09:47 |
|
|
|
| • “Rabitəbank”da yığıncaq keçiriləcək
Bu gün, 09:45 |
|
|
|
| • Ölüdən orqan götürmək haramdır? - İlahiyyatçı mübahisələrə son qoydu
Bu gün, 09:43 |
|
|
|
| • Azərbaycanda ən çox hansı nazirliklər “bəyənilir”? - SİYAHI
Bu gün, 09:38 |
|
|
|
| • Repetitorluğun ləğvi gerçəkləşir - yeni model
Bu gün, 09:29 |
|
|
|
| • "Dinləmirlər, eşitmirlər..." - ETİRAZ
Bu gün, 08:22 |
|
|
|
| • Ukraynadan sonra Rusiya NATO-ya hücum edəcək - Kəşfiyyat
Bu gün, 08:09 |
|
|
|
| • Millət vəkilinə inanaqmı? - SÖZARDI...
Bu gün, 07:24 |
|
|
|
| • 2 qəpiklik borca görə, müştərini çətinə saldılar... - YƏNİ BU QƏDƏR...
Bu gün, 07:11 |
|
|
|
| • İş yerləri ilə bağlı gözlənilməz proses başladı: nə baş verir? - AKTUAL
Bu gün, 07:04 |
|
|
|
| • Bu ölkə Rusiyaya 3 min əsgər, 10 qırıcı göndərir? - ŞƏRH
Bu gün, 07:02 |
|
|
|
| • AzəriQaz-da ƏDALƏTSİZ növbəli iş rejimi... - NARAZILIQ VAR...
Bu gün, 07:01 |
|
|
|
| • Bir damla yağış suyu bəs edir ki, kanalizasiya aşıb-daşsın... - GİLEY
Bu gün, 06:49 |
|
|
|
| • Daha bir vətəndaşın əlilliyi qanunsuz olaraq LƏĞV OLUNDU - "20 ildir ki..."
Bu gün, 06:41 |
|
|
|
| • İran ABŞ ilə danışıqlarda iştirak məsələsini hələ nəzərdən keçirir - KİV
Bu gün, 06:23 |
|
|
|
| • Azərbaycanda internet bahalaşdı – Yeni qiymət
Bu gün, 06:21 |
|
|
|
| • Qalmaqallı direktor necə bəraət alır? - İDDİA
Bu gün, 06:17 |
|
|
|
| • "Rabitəbank"da "saatlı bomba": Təhlükəli kreditlərdə 540%-lik şok - TƏFƏRRÜAT
Bu gün, 06:06 |
|
|
|
| • "Atam deyirdi ki, səndən adam olmayacaq"
Bu gün, 06:02 |
|
|
|
| • “Bu verilişlərin bağlanmasını alqışlayıram”
Bu gün, 06:01 |
|
|
|
| • "Bu qurumun başqa ciddi fəaliyyətini müşahidə etmirik" - ETİRAZ
Bu gün, 05:58 |
|
|
|
|