YAP-ın MSK üzvlüyünə namizədləri müəyyənləşib .....                     “Nəbz” klinikasında Vüqar Səfərov necə həkim kimi çalışır? .....                     TRIPP layihəsi üzrə işlər 2026-cı ildə başlayacaq .....                     Pafoslu olmağı da bacarmayan gənc aktyorumuz .....                     Heydərov onu Xankəndiyə rəis təyin etdi .....                     SOCAR-da “Neftci” MTK KORRUPSİYASI... .....                     SOCAR-da MÜHÜM POSTA yeni təyinat olub .....                     SEPAH generalı İranın qonşularını .....                     Nazirlik 71 min manata “Toyota” alır .....                     Ukraynanın "IT ordusu" və ya "vəhşi qazlar" .....                     "TikTok"da 181 nəfəri aldadan “şirkət rəhbəri”ndən xəbər var .....                     Turizm Agentliyi İstanbul Hava Limanında reklam yerləşdirmək üçün .....                     Perinatal Mərkəzdə yanğınla bağlı məhkəmə: .....                     Gömrük Komitəsinin yeni binasının tikintisində YEYİNTİ .....                     Bakıya səfərə hazırlaşan Baş nazir NİYƏ aşağılandı? .....                     Pərvin Quliyevaya yüksək vəzifə verildi .....                     "Əli Əsədov dərhal həbs edilməlidir" .....                     Revanşistlər Bakıya YENƏ dil uzatdı .....                     Ceyhun Cəlilov Ahıllar Evinin işçilərini qapısında NÖKƏR KİMİ İŞLƏDİR .....                     Prokurorluq Gəncə Şəhər İcra Hakimiyyətində araşdırmalara BAŞLADI .....                     Pakistandan dünyaya “Taimoor” MESAJI .....                     Əli Əsədovun adamları TOY-BAYRAM İÇİNDƏ... .....                     Rusiya bu azərbaycanlını İnterpola verdi .....                     Eyni pensiya kapitalı olan şəxslərə hansı məbləğdə pensiya verilir? .....                     Türkiyədə CHP-li bələdiyyə sədri saxlanıldı .....                     İranda yüksək vəzifəli məmur İsraillə əlaqəyə görə edam edilib .....                     "Kürd Amo"nu xüsusi amansızlıqla öldürən şəxs yenidən məhkəmə qarşısında .....                     Dadsız, rəngsiz POMİDORLAR .....                     “Atamın şəxsi əşyalarını muzeyə verdim, Rasim Balayev bu mövzuda mənə kömək etdi” .....                     Gömrük Komitəsində işlə təmin etdirmək adı ilə 26 minlik dələduzluq etdi .....                     Vüsal Aslanov bu imtahandan “2” aldı .....                     Azərbaycan nefti cüzi bahalaşıb .....                     “Rabitəbank”da yığıncaq keçiriləcək .....                     Ölüdən orqan götürmək haramdır? .....                     Azərbaycanda ən çox hansı nazirliklər “bəyənilir”? .....                     Repetitorluğun ləğvi gerçəkləşir .....                     "Dinləmirlər, eşitmirlər..." .....                     Ukraynadan sonra Rusiya NATO-ya hücum edəcək .....                     Millət vəkilinə inanaqmı? .....                     2 qəpiklik borca görə, müştərini çətinə saldılar... .....                 

"Ədliyyə nazirinin Məhkəmə-Hüquq Şurasının sədrliyindən kənarlaşdırılması islahat deyilmi?" - deputat
Tarix: 27-03-2024, 08:42 | Çap et
"Ədliyyə nazirinin Məhkəmə-Hüquq Şurasının sədrliyindən kənarlaşdırılması islahat deyilmi?"
Dünyanın müxtəlif beynəlxalq təşkilatları 2023-cü ilin yekunlarına dair müxtəlif ölkələrdə insan haqları və medianın durumu ilə bağlı hesabatlar yayıb.

Həmin hesabatların Azərbaycanla bağlı bölümündə ölkəmizdəki vəziyyət tənqid olunur.

Son zamanlar baş verən həbslər də Azərbaycanla Avropa İttifaqı və ABŞ arasında da gərginlik yaradıb.

Ancaq Azərbaycan hökuməti insan haqları ilə bağlı tənqidləri ciddiyə almır.

Elə Avropa Şurasının İnsan Hüquqları Üzrə Ali Komissarı Dunya Miyatoviç də son bəyanatında hökumətin çağırışlara əhəmiyyət vermədiyini deyib.

Milli Məclisin deputatı Naqif Həmzəyev Gununsesi.info-ya müsahibəsində beynəlxalq qurumların iddialarına dair sualları cavablandırıb.

–Naqif bəy, yəqin ki, dünyanın nüfuzlu təşkilatlarının 2023-cü illə bağlı hesabatlarındakı tənqidləri oxumusunuz. Niyə, Konstitusiyasına “hüquqi”, “demokratik” və “dünyəvi” bir dövlət yazılan, Avropa Şurasının üzvü olan bir ölkədə bu qədər problemlər var?

– Əlbəttə, mən bu hesabatlarla tanışam. Amma orada oxuduqlarım məni heç zaman təəccübləndirmir. Mən sizə səmimi deyim ki, illər öncə tələbə olarkən belə bu cür hesabatları görürdüm. Bizim üçün gözlənilməz bir məsələ yoxdur. Sadəcə tarixlər dəyişdirilməklə eyni hesabatlar yayılır. Bu, ABŞ-ın Dövlət Departamentinə də aiddir. Baxmayaraq ki, ötən illərdə Azərbaycan böyük bir yol keçib. Ölkəmizdə qanunvericilik bazası Avropa standartlarına uyğunlaşdırılıb. Ciddi siyasi-iqtisadi islahatlar aparılıb. Amma mən şahidi olmadım ki, həmin hesabatlarda mütərəqqi adımlardan biri də vurğulansın.

O təşkilatlar illərdir ki, Azərbaycana qarşı fəaliyyət göstərir. Onların iç üzü elə Qarabağ məsələsində də ortaya çıxdı. İşğalı pisləmək əvəzinə Azərbaycanı ittiham etdilər ki, niyə öz ərazi bütövlüyünüzü təmin etmisiniz.

– Amma Avropa ölkələri və əksər təşkilatlar Azərbaycanın ərazi bötüvlüyünə şübhə etməyib. Hətta Azərbaycan hökumətinin kəskin tənqidçisi olan AŞ PA üzvü Frank Şvabe belə bunu etiraf edir…

– Azərbaycanın ərazi bötülvüyü BMT tərəfindən tanınır. Onlar dolayısı yolla, hərəkətləri ilə ermənilərə açıq dəstəkləri ilə ölkəmizin suverenliyinə qarşı çıxır. Məsələn, Qarabağı Azərbaycan ərazisi kimi tanıyır, amma Ermənistanı silahlandırırlar. Azərbaycana münasibətdə səmimiyyət yoxdur.

Cənab Prezident də bunu bəyan edib. Son çıxışlarında da Prezident bildirdi ki, Cənubi Qafqazın üç ölkəsi arasında ayrı-seçkilik edilir.

Bizdə insan haqları ilə bağlı fərdi məsələləri ölkə əleyhinə kampaniyaya çevirirlər. Biz bunu yaxşı görürük.

– Etiraf edək ki, dediyiniz Cənubi Qafqaz ölkələrində məhkəmə-hüquq sistemi bizdən daha mükəmməldir. Elə Avropa Məhkəməsinin hesabatlarında da görünür ki, Avropa Şurasına üzv ölkələrdə Azərbaycandan daxil olan şikayətlərin sayı Gürcüstan və Ermənistandan xeyli artıqdır. Bugün ölkədə siyasi məhbusların sayı durmadan artmaqdadır. Axı, bunlar bizim reallıqlardır.

– Azərbaycanda məhkəmə-hüquq islahatları üçün addımlar atılıb. Bu proses yenə də davam etdirilir. Bir neçə ay əvvəl Ədliyyə nazirinin Məhkəmə-Hüquq Şurasının sədri vəzifəsindən kənarlaşdırılmasının şahidi olduq. Bu, islahat deyilmi? Nədən həmin təşkilatlar bunu təqdir etmədi və görməzdən gəldi?

Baxmayaraq ki, buna görə həmişə bizi tənqid edirdilər ki, Ədliyyə nazirinin şura sədri olması məhkəmə müstəqilliyinə təhdiddir.

Son zamanlar diqqət etmisnizsə, müxtəlif məhkəmə orqanlarında bəraət hökmlərinin sayı nə qədər artıb. Elə bir ay olmur ki, biz Bakı Ağır Cinayətlər Məhkəməsində bəraət hökmünün şahidi olmayaq. Bu, məhkəmələrin müstəqilliyindən irəli gələn hallardır. Məhkəmələr müstəqildir ki, istintaq orqanının ittihamını ləğv edir və vətəndaş bəraət alır.

Siyasi məhbus məsələsinə gəlincə, son zamanlar müxtəlif şəxslərin həbsinə görə Azərbaycana qarşı ağır ittihamlar var. Hesab edirəm ki, bu məsələlərə səbrlə, təmkinlə yanaşmaq lazımdır. Qaçaqmalçılıq qanunla cinayət məsuliyyəti yaradır. Hər bir fəaliyyət qanuna əsaslanmalıdır. Əməliyyat-istintaq orqanları müəyyən edib ki, qanunsuz yolla qrantlar alınıb və qaçaqmalçılıq yolu ilə ölkəyə gətirilib.

Əgər bu şəxslər ofislər icarəyə götürübsə, bir neçə şəxsə əmək haqqı veribsə, demək ortada maliyyə olub. İstintaq orqanı da bu maliyyənin mənbəyini araşdırmalıdır. Yekun məhkəmə hökmü olmadan bu cür ağır ittihamlar yolverilməzdir. Bəzi çağırışlara mənfi reaksiyamızın isə səbəbi var. Biz də problemləri görürük və inkar etmirik. Amma bunların həlli üçün tələb, təhdid dili ilə danışmaq doğru deyil. Bunlar tövsiyyələr formasında olmalıdır. Azərbaycanda insan hüquq və əsas azadlıqları ilə bağlı qanunlar qəbul olunarkən Venesiya Komissiyasının tövsiyyələrinə istinad olunur.

– Növbəti ay AŞ PA-nın payız sessiyası işinə başlayacaq. Azərbaycan bu qurumla münasibətləri düzəltmək barədə düşünürmü? Vəziyyət dəyişə bilərmi və bizim deputat heyətimizin AŞPA-nın sessiyasında iştirakına yenidən baxıla bilərmi?

-Vəziyyəti düzəltmək AŞ PA-dan asılıdır. Azərbaycanın deputat heyətinə qarşı qərəzli , haqsız mövqe sərgilənib. Münasibətləri qaydaya salmaq onlardan asılıdır. Onlar səhvlərini düzəldərsə, Azərbaycan nümayəndə heyəti yenidən quruma qayıda bilər. Əgər bizə qarşı qərəzli münasibət davam edəcəksə, Avropa Şurasına verdiyimiz üzvlük haqqından tutmuş, Avropa Məhkəməsinin yurisdiksiyasından da çıxa bilərik.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
YAP-ın MSK üzvlüyünə namizədləri müəyyənləşib - SİYAHI
Bu gün, 12:13
“Nəbz” klinikasında Vüqar Səfərov necə həkim kimi çalışır? - Asiman Həsənovun əli ilə….
Bu gün, 12:11
TRIPP layihəsi üzrə işlər 2026-cı ildə başlayacaq - Paşinyan
Bu gün, 12:02
Pafoslu olmağı da bacarmayan gənc aktyorumuz - Orxan Saffari yazır...
Bu gün, 11:59
Heydərov onu Xankəndiyə rəis təyin etdi - ƏMR
Bu gün, 11:56
SOCAR-da “Neftci” MTK KORRUPSİYASI... - Buna hüquqi qiymət verilərsə...
Bu gün, 11:51
SOCAR-da MÜHÜM POSTA yeni təyinat olub - ƏMR
Bu gün, 11:44
SEPAH generalı İranın qonşularını HƏDƏLƏDİ
Bu gün, 11:42
Nazirlik 71 min manata “Toyota” alır
Bu gün, 11:38
Ukraynanın "IT ordusu" və ya "vəhşi qazlar" - Kibermüharibə nəzarətdən çıxır
Bu gün, 11:36
"TikTok"da 181 nəfəri aldadan “şirkət rəhbəri”ndən xəbər var
Bu gün, 11:34
Turizm Agentliyi İstanbul Hava Limanında reklam yerləşdirmək üçün 1,4 milyon manat xərcləyəcək
Bu gün, 11:33
Perinatal Mərkəzdə yanğınla bağlı məhkəmə: - Növbətçi həkim palatanı tərk edərək yatmağa gedib
Bu gün, 11:28
Gömrük Komitəsinin yeni binasının tikintisində YEYİNTİ - TƏFƏRRÜAT
Bu gün, 11:26
Bakıya səfərə hazırlaşan Baş nazir NİYƏ aşağılandı? – Solovyovu SUSDURMAQ zamanı
Bu gün, 11:23
Pərvin Quliyevaya yüksək vəzifə verildi - ƏMR
Bu gün, 11:22
"Əli Əsədov dərhal həbs edilməlidir" - Sərdar Cəlaloğlu
Bu gün, 11:21
Revanşistlər Bakıya YENƏ dil uzatdı - Paşinyan devrilsə...
Bu gün, 11:19
Ceyhun Cəlilov Ahıllar Evinin işçilərini qapısında NÖKƏR KİMİ İŞLƏDİR - İTTİHAM VAR...
Bu gün, 11:14
Prokurorluq Gəncə Şəhər İcra Hakimiyyətində araşdırmalara BAŞLADI - TƏFƏRRÜAT
Bu gün, 11:10
Pakistandan dünyaya “Taimoor” MESAJI - Yeni raket sınaqdan keçirildi
Bu gün, 11:01
Əli Əsədovun adamları TOY-BAYRAM İÇİNDƏ... - İLGİNC İDDİA
Bu gün, 10:57
Rusiya bu azərbaycanlını İnterpola verdi - Terror İTTİHAMI
Bu gün, 10:30
Eyni pensiya kapitalı olan şəxslərə hansı məbləğdə pensiya verilir? - AKTUAL
Bu gün, 10:25
Türkiyədə CHP-li bələdiyyə sədri saxlanıldı
Bu gün, 10:15
İranda yüksək vəzifəli məmur İsraillə əlaqəyə görə edam edilib - "Al-Jazeera"
Bu gün, 10:12
"Kürd Amo"nu xüsusi amansızlıqla öldürən şəxs yenidən məhkəmə qarşısında - TƏFƏRRÜAT
Bu gün, 10:11
Dadsız, rəngsiz POMİDORLAR - Süfrəmizə keyfiyyətsiz məhsulu kim gətirir?
Bu gün, 10:10
“Atamın şəxsi əşyalarını muzeyə verdim, Rasim Balayev bu mövzuda mənə kömək etdi”
Bu gün, 10:08
Gömrük Komitəsində işlə təmin etdirmək adı ilə 26 minlik dələduzluq etdi - MƏHKƏMƏ
Bu gün, 10:05
Vüsal Aslanov bu imtahandan “2” aldı – REPLİKA
Bu gün, 10:02
Azərbaycan nefti cüzi bahalaşıb
Bu gün, 09:47
“Rabitəbank”da yığıncaq keçiriləcək
Bu gün, 09:45
Ölüdən orqan götürmək haramdır? - İlahiyyatçı mübahisələrə son qoydu
Bu gün, 09:43
Azərbaycanda ən çox hansı nazirliklər “bəyənilir”? - SİYAHI
Bu gün, 09:38
Repetitorluğun ləğvi gerçəkləşir - yeni model
Bu gün, 09:29
"Dinləmirlər, eşitmirlər..." - ETİRAZ
Bu gün, 08:22
Ukraynadan sonra Rusiya NATO-ya hücum edəcək - Kəşfiyyat
Bu gün, 08:09
Millət vəkilinə inanaqmı? - SÖZARDI...
Bu gün, 07:24
2 qəpiklik borca görə, müştərini çətinə saldılar... - YƏNİ BU QƏDƏR...
Bu gün, 07:11
İş yerləri ilə bağlı gözlənilməz proses başladı: nə baş verir? - AKTUAL
Bu gün, 07:04
Bu ölkə Rusiyaya 3 min əsgər, 10 qırıcı göndərir? - ŞƏRH
Bu gün, 07:02
AzəriQaz-da ƏDALƏTSİZ növbəli iş rejimi... - NARAZILIQ VAR...
Bu gün, 07:01
Bir damla yağış suyu bəs edir ki, kanalizasiya aşıb-daşsın... - GİLEY
Bu gün, 06:49
Daha bir vətəndaşın əlilliyi qanunsuz olaraq LƏĞV OLUNDU - "20 ildir ki..."
Bu gün, 06:41
İran ABŞ ilə danışıqlarda iştirak məsələsini hələ nəzərdən keçirir - KİV
Bu gün, 06:23
Azərbaycanda internet bahalaşdı – Yeni qiymət
Bu gün, 06:21
Qalmaqallı direktor necə bəraət alır? - İDDİA
Bu gün, 06:17
"Rabitəbank"da "saatlı bomba": Təhlükəli kreditlərdə 540%-lik şok - TƏFƏRRÜAT
Bu gün, 06:06
"Atam deyirdi ki, səndən adam olmayacaq"
Bu gün, 06:02
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru