MDU-da "gecikmiş şəffaflıq": İş bitir, müqavilə indi üzə çıxır! .....                     ABŞ İrana qarşı iqtisadi təzyiqləri davam etdirəcək .....                     Ağ Ev Vensin İslamabada səfərinin ləğv olunduğunu təsdiqləyib .....                     Partiyalar MSK-ya göndərəcəkləri nümayəndələri seçdilər .....                     Ermənistanın müdafiə naziri Gürcüstana gedib .....                     21 min manat aliment borcu yığıldı, həbs olundu .....                     Qurban Qurbanov Elvin Cəfərquliyevi buna görə komandadan qovub .....                     İsraillə danışıqlar zəiflik əlaməti deyil .....                     Əbülfəs Qarayevin balıq biznesindən gəlirləri azaldı .....                     Avropa İttifaqından Naxçıvan və Zəngəzur dəhlizi barədə .....                     SEPAH Xameneini TƏCRİD EDİB .....                     Azərbaycanda şairə qarşı 7 minlik dələduzluq: qiraətçiyə cinayət işi AÇILDI .....                     Bu tarixə qədər neft 150 dolları keçəcək: .....                     İcra hakimiyyəti 41 min manatlıq "tədbir paketi" .....                     Leyla Medikal Klinikasında radioloqu Samir Məmişovdan şikayət .....                     Bakıda xala “tiktoker” olan bacısı qızını məhkəməyə verdi .....                     Ermənistan İsraillə dostlaşmaq istəyir .....                     ABŞ Hörmüz boğazına tam nəzarət edir .....                     Pakistan təsdiqlədi .....                     BRİCS çoxqütblü dünyanın formalaşdırılmasına çalışır... .....                     Putinin Ermənistanla bağlı planı nədir? .....                     BOKT “Falcon Finance”nin mənfəəti 91.85 faiz .....                     Bakı metrosu yenə “sinifdə qaldı” .....                     Bağlanan şirkətlə əlaqəm qalmayıb .....                     Avropa məhkəməsi Əli Əliyevə görə Azərbaycana sorğu göndərib .....                     Sosial şəbəkələrdə QƏZƏB və KİN “VULKANI” .....                     Bu kompleksin Xankəndi filialı yaradıldı, direktor təyin olundu .....                     Evin açarlarını sayğacda gizlətdi, bütün qızılları oğurlandı .....                     Vardanyan xanımının Bakıya gəlməsini istəyir .....                     FHN 7 ədəd avtomobil alır .....                     Şeyx Əbdül ilə Şəfiqə Məmmədova BARIŞDI .....                     Azərbaycan Dövlət Kukla Teatrına direktor müavini təyin olunub .....                     Tramp İranı atəşkəsi pozmaqda ittiham edib .....                     "Hacı Mazan"nın cinayət işi açılan "Sirr-M" MMC-si batır? .....                     Əvvəllər işlədiyi tikinti şirkətindən 25 min manatlıq oğurluqda təqsirləndirilən şəxs həbs olunub .....                     Tanınmış memardan vergi xidmətinə ETİRAZ .....                     Simonyan əndazələri aşır: .....                     “Buzovna” Fizioterapiya Mərkəzi ilə bağlı şok iddialar .....                     "European Tobacco-Baku" ləğv olunur .....                     MOSSAD-ın nüfuzlu agenti həlak oldu .....                 

“İrəvanın hansı addımlar atacağı barədə proqnoz yürütmək çətindir” - deputat
Tarix: 23-04-2024, 09:36 | Çap et
“İrəvanın hansı addımlar atacağı barədə proqnoz yürütmək çətindir”
Vladimir Putin mayın 7-də növbəti dəfə Rusiya prezidenti kimi and içəcək. Mərasimə yəqin ki, xaricdən bəzi ali qonaqlar da gələcək. Söhbət Moskva ilə əlaqələri Ukraynaya görə korlanmayan ölkələrin yüksək çinli rəsmilərindən gedir. “Hraparak” qəzetinin hökumətdəki mənbəyə istinadən yazdığına görə, Ermənistanın baş naziri Nikol Paşinyan da andiçmə mərasiminə qatılacaq.

“Paşinyan həm Putinin mayın 7-də inauqurasiyasında, həm də mayın 8-də Avrasiya İqtisadi Birliyinin yubiley sammitində iştirak edəcək. Amma ola bilsin, baş nazir Qələbə günü paradına qalmayacaq, lakin bu, hələ dəqiq deyil”, - nəşr qeyd edib.

Nikol Paşinyan isə ötən həftəsonu verdiyi açıqlamasında Putinlə görüşünü istisna etməyib.

“Görüş olacaq, çünki bizim görüşməmək kimi planımız yoxdur. Ancaq necə, nə vaxt, bunu indi deyə bilmərəm”, - baş nazir əlavə edib.

Ancaq iş ondadır ki, Nikol neçə vaxtdır özünü “sadiq qərbçi”, antirusiyaçı, “demokrat” kimi göstərib, Vaşinqton və Brüsselin qılığına girməklə kollektiv Qərbdən maliyyə-hərbi dəstək, siyasi-diplomatik himayə qazanmağa can atır. Bu məqsədlə ötən ilin oktyabrında Avropa Parlamentində o, çıxış da edib, Avropa paytaxtlarını revanşist planlar naminə faktiki “su yolu”na döndərib. Qərbin isə “qızıl” şərti var: Ermənistan Rusiya orbitindən davamlı şəkildə uzaqlaşmalıdır. Bu isə praktik olaraq görünmür. Kapitulyant ölkədə hələ də 5 minlik rus hərbi kontingenti qalır. Onun Türkiyə və İranla sərhədlərini bu gün də rus İvan qoruyur, Ermənistan iqtisadiyyatı Rusiyanın total nəzarətindədir, ölkənin rus mavi yanacağından asılılığı davam edir, Metsamor AES-i ruslar istismar edir və s. Bəs Paşinyan inauqurasiyaya gedərsə, üstəlik, parada da qatılarsa, bu, kollektiv Qərbin ona ənənəvi münasibətini və İrəvana ünvanlı dəstək planlarını dəyişə, Vaşinqton və Brüsseldə qəzəb yarada bilərmi? Əcaib “iki stul” siyasəti daha nə qədər davam edəcək?

Deputat Bəhruz Məhərrəmov hesab edir ki, Qərb Cənubi Qafqazda Rusiyaya qarşı cəbhə açmaq israrını durmadan artır: “Rusiya və Ermənistan arasında münasibətlər kifayət qədər mürəkkəb xarakter daşıyır və Moskva-İrəvan əlaqələrinin hazırkı durumunu birmənalı xarakterizə etmək mümkün deyil. Bəli, reallıqdır ki, Ermənistanı Rusiyaya ciddi iqtisadi amillər bağlayır, Ermənistan iqtisadiyyatı, o cümlədən enerji-nəqliyyat infrastrukturu üzərində Rusiya rəsmən əsas pay sahibidir. Habelə İrəvan hələ də Rusiyanın iqtisadi blokuna daxildir. Eləcə də Ermənistan və Rusiya arasında ciddi hərbi bağlar mövcuddur, hay ordusu üzərində Moskvanın ciddi təsir imkanları qalmaqdadır, hərbi elita Rusiyaya bağlıdır. Habelə erməni siyasi müxalifəti faktiki Rusiyadan idarə olunur. Amma digər tərəfdən, Paşinyan iqtidarının açıq qərbyönümlü mövqe tutması, erməni xalqının isə hətta hərbi-siyasi məğlubiyyətlərin ardınca seçkilərdə Paşinyanın kursunu dəstəkləməsi ortaya ciddi ziddiyyət çıxarır. Üstəlik, bu ziddiyyət getdikcə dərinləşir, Ermənistanda antirus dalğasının ciddi hərəkata çevrilməsi ilə nəticələnir. Bütün bunların fonunda, münasibətlərin Paşinyanın bir səfəri, yaxud Putinlə bir görüşü ilə heç nə olmamış kimi təkrar 6-7 il öncəki durumuna qayıtması barədə fikir yürütmək sadəlövhlük olar. Sirr deyil ki, Paşinyan və komandası Rusiyaya da, Putinə də nifrət edir, lakin reallıqları da dərk edirlər. Bu mənada Paşinyan cənab Putinin inauqurasiya mərasimində həm iqtisadi tərəfdaş, həm də hərbi blokun həmtərəfi olaraq iştirakı zəruri sayır. Lakin bu səfər çərçivəsində birbaşa təmasların münasibətləri yoluna qoyacağı, ümumiyyətlə, ağlabatan deyil, əksinə, Moskvada inauqurasiya mərasimindən sonra liderlərin görüşü ölkələr arasında fikir ayrılığını daha da dərinləşdirə bilər. Unutmamalıyıq ki, Paşinyanı hakimiyyətə gətirən Qərb hazırda Ermənistan üçün siyasi direktivləri də müəyyən edir. Qərbin siyasi direktivləri arasında isə Rusiya ilə münasibətlərin normallaşması dayanmır. Əksinə, kollektiv Qərb Moskva ilə konfliktin dərinləşməsində maraqlıdır və Rusiya ətrafında mümkün qədər çox gərginlik ocağının yaranması üçün səylər göstərilir. Cənubi Qafqaz da bu mənada Qərbin hədəfindədir. Əlbəttə, Azərbaycan Prezidentinin hərbi-siyasi qələbələri regionun qütblərarası münaqişə platformasına çevrilməsinə imkan vermədi. Lakin görünən odur ki, kollektiv Qərb Cənubi Qafqazda Rusiyaya qarşı yeni cəbhə açılması istiqamətində israrlıdır və Ermənistan da bu prosesdə alət olmağa hazırdır. Ermənistan və Azərbaycan arasında son dövrlər - ötən il dekabrın 7-si və bu il aprelin 19-dakı müəyyən ilkin anlaşmalar fonunda Qərbin bu prosesdə niyyətinin daşa dəydiyini görsək də, istənilən halda ipi öz əlində olmayan İrəvanın hansı addımlar atacağı barədə proqnoz yürütmək çətindir”.

AMİP sədrinin beynəlxalq əlaqələr üzrə müavini Elşən Mustafayev Paşinyanın Qələbə paradında iştirakının heç bir əhəmiyyət daşımadığını söylədi: “Avrasiya İttifaqının toplantısına isə qatılacağı ilə bağlı qəti qərara düşünürəm ki, Brüssel səfərindən sonra gəlib. Bağlı qapılar arxasında ictimaiyyət üçün açıqlanmayan hansı məsələlərin müzakirəsinin getdiyi dəqiq bilinməsə də, həm görüşdən öncə, həm də görüşdən sonra tərəflərin ritorikası hərbi və iqtisadi yönümdə danışıqların getdiyi ehtimallarını artırdı. Yəni hərbi cəhətdən Rusiyanın ərazidən çıxarılması ilə bağlı çox güman ki, yol xəritəsi də hazırlanıb. Eyni zamanda bu görüşün nəticələrindən belə bəlli oldu ki, Qərb hələlik Ermənistanın Rusiyadankənar iqtisadi müstəqilliyinə təminat vermək imkanında deyil. O səbəbdən hələ Avrasiya İttifaqında qalmağı və bu ittifaqın imkanlarından yararlanmağı ona həm daxildən, həm də xaricdən məsləhət veriblər. Bütün bu planlardan Rusiyanın detallarına qədər məlumatı var və rəsmi strukturlar vasitəsilə xəbərdarlıqlarını edib. Paşinyan bu səbəbdən Avrasiya İttifaqının toplantısına qatılacaq. Həmin ərəfədə Putinin inauqurasiya mərasimi keçirildiyindən qeyri-adi hadisə baş verməsə, həmin tədbirə də qatılmağa məcbur qalacaq. Əks halda, Rusiya bu addımı ona başqa istiqamətlərdən xatırlada bilər ki, hazırda Paşinyan bunu heç cür istəmir. Bu tədbirlərin gedişatında Putinlə ikitərəfli görüşün olacağı ortada olan problemlərin müzakirə olunmasına tərəflərin nə qədər hazır olub-olmaması ilə bağlı olacaq. Hesab edirəm ki, bu görüşün baştutma ehtimalı yalnız Putinin bunu istəməsindən asılı olacaq. Çünki hazırda top Kreml tərəfdədir və Brüssel görüşündən sonra yaxın gələcək üçün oyun qaydalarını rəsmi İrəvan müəyyənləşdirə bilmir. Sonradan vəziyyətin dəyişmə ehtimalları yaranacaqsa, belə ən azından hələ bir müddət belə olacağı gözlənilir. May ayının 9-da Qələbə paradında Paşinyanın iştirak edib-etməyəcəyi hazırda heç kim üçün prinsipal əhəmiyyət kəsb etmir”.
“Yeni Müsavat”











 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
MDU-da "gecikmiş şəffaflıq": İş bitir, müqavilə indi üzə çıxır! -19 min nəyə xərclənib?
Bu gün, 05:18
ABŞ İrana qarşı iqtisadi təzyiqləri davam etdirəcək
Bu gün, 05:12
Ağ Ev Vensin İslamabada səfərinin ləğv olunduğunu təsdiqləyib - KİV
Bu gün, 05:08
Partiyalar MSK-ya göndərəcəkləri nümayəndələri seçdilər - SİYAHI HAZIRDIR
Dünən, 18:00
Ermənistanın müdafiə naziri Gürcüstana gedib
Dünən, 17:58
21 min manat aliment borcu yığıldı, həbs olundu
Dünən, 17:57
Qurban Qurbanov Elvin Cəfərquliyevi buna görə komandadan qovub - DETALLAR
Dünən, 17:51
İsraillə danışıqlar zəiflik əlaməti deyil - Livan Prezidenti
Dünən, 17:47
Əbülfəs Qarayevin balıq biznesindən gəlirləri azaldı – 1,4 milyon dollara düşüb
Dünən, 17:36
Avropa İttifaqından Naxçıvan və Zəngəzur dəhlizi barədə AÇIQLAMA
Dünən, 17:35
SEPAH Xameneini TƏCRİD EDİB - "Reuters"
Dünən, 17:28
Azərbaycanda şairə qarşı 7 minlik dələduzluq: qiraətçiyə cinayət işi AÇILDI - TƏFƏRRÜAT
Dünən, 17:23
Bu tarixə qədər neft 150 dolları keçəcək: - Dünya iqtisadiyyatı çökür
Dünən, 17:19
İcra hakimiyyəti 41 min manatlıq "tədbir paketi"
Dünən, 17:15
Leyla Medikal Klinikasında radioloqu Samir Məmişovdan şikayət - “Övladıma səhv diaqnoz qoydu”
Dünən, 17:06
Bakıda xala “tiktoker” olan bacısı qızını məhkəməyə verdi - TƏFƏRRÜAT
Dünən, 17:02
Ermənistan İsraillə dostlaşmaq istəyir - KİV
Dünən, 16:54
ABŞ Hörmüz boğazına tam nəzarət edir - Tramp
Dünən, 16:49
Pakistan təsdiqlədi - Sabah İran və ABŞ arasında görüş olacaq
Dünən, 16:45
BRİCS çoxqütblü dünyanın formalaşdırılmasına çalışır... - AMMA...
Dünən, 16:41
Putinin Ermənistanla bağlı planı nədir? - ŞƏRH
Dünən, 16:38
BOKT “Falcon Finance”nin mənfəəti 91.85 faiz - AZALIB
Dünən, 16:32
Bakı metrosu yenə “sinifdə qaldı” - Ekspertdən SƏRT REAKSİYA
Dünən, 16:26
Bağlanan şirkətlə əlaqəm qalmayıb - Sabiq deputat
Dünən, 16:12
Avropa məhkəməsi Əli Əliyevə görə Azərbaycana sorğu göndərib
Dünən, 16:10
Sosial şəbəkələrdə QƏZƏB və KİN “VULKANI” - “Əsas səbəblərdən biri…”
Dünən, 16:04
Bu kompleksin Xankəndi filialı yaradıldı, direktor təyin olundu - FOTO
Dünən, 16:02
Evin açarlarını sayğacda gizlətdi, bütün qızılları oğurlandı - BAKIDA ŞOK OLAY
Dünən, 15:52
Vardanyan xanımının Bakıya gəlməsini istəyir
Dünən, 15:46
FHN 7 ədəd avtomobil alır – 471 min manat ödəyəcək
Dünən, 15:44
Şeyx Əbdül ilə Şəfiqə Məmmədova BARIŞDI - İncikliyin SƏBƏBİ...
Dünən, 15:43
Azərbaycan Dövlət Kukla Teatrına direktor müavini təyin olunub - ƏMR
Dünən, 15:40
Tramp İranı atəşkəsi pozmaqda ittiham edib - “Truth Social”
Dünən, 15:28
"Hacı Mazan"nın cinayət işi açılan "Sirr-M" MMC-si batır? - 200 minlik borc
Dünən, 15:25
Əvvəllər işlədiyi tikinti şirkətindən 25 min manatlıq oğurluqda təqsirləndirilən şəxs həbs olunub - TƏFƏRRÜAT
Dünən, 15:19
Tanınmış memardan vergi xidmətinə ETİRAZ - "Qoy, daha bir məmur-oğru özünə restoran açsın..."
Dünən, 15:13
Simonyan əndazələri aşır: - Azərbaycanla bağlı daha bir “ittiham”
Dünən, 15:05
“Buzovna” Fizioterapiya Mərkəzi ilə bağlı şok iddialar - Sahib Məmmədovdan gözləntilər puç oldu?
Dünən, 15:04
"European Tobacco-Baku" ləğv olunur
Dünən, 14:59
MOSSAD-ın nüfuzlu agenti həlak oldu
Dünən, 14:51
“Dırnaq ustası studiyaya girib müğənni olur” — Reper Qurd sənəti "bazara" çevirənləri hədəf aldı
Dünən, 14:47
Brüssel Ermənistanda yeni Aİ missiyasını təsdiqləyib
Dünən, 14:42
Ermənilər Trampı şantaj etməyə başlayıb - GƏLİŞMƏ
Dünən, 14:35
Keçmiş məmura yüksək vəzifə verildi - YENİ TƏYİNAT
Dünən, 14:33
Saxta rəy əsasında ANA TƏBİƏTİN QƏSDİNƏ DURUBLAR... - NARAZILIQ VAR...
Dünən, 14:16
Yeni tikililərdə mənzillər 13 faizdən çox bahalanıb – Rəsmi
Dünən, 14:13
Su basan evlərin sakinlərini nə gözləyir? - Həkim qorxulu fəsadları AÇIQLADI
Dünən, 14:09
TƏBİB rəhbəri bütün müşavirlərini niyə işdən çıxarır? - AKTUAL
Dünən, 14:04
Naxçıvanda “TAXIL İŞİ” böyüyür: Milyonlar YOXA çıxıb, sabiq nümayəndə isə... - TƏFƏRRÜAT
Dünən, 13:57
Makron gələn ay Ermənistana səfər edəcək
Dünən, 13:52
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru