Bərdədə Zümürxan gölü zibilliyə çevrilib .....                     Keçmiş oliqarx-məmur... BU GÜN DƏ QAZANIR... .....                     Müxalifət üçün itirilmiş .....                     İran XİN rəhbəri Tehranın tələblərini Pakistana çatdırıb .....                     İran ordusu ABŞ-a xəbərdarlıq edib .....                     Doğdu günəş qırmızı... İməcliyə apardılar HAMIMIZI... .....                     "Özünə arxayın olmaq adamı qudurdur" .....                     Zelenskinin Azərbaycana səfəri Z-blogerləri qəzəbləndirdi .....                     Ukraynanın “marslı”sı rusları dəhşətə gətirdi .....                     “Georgian Airways” müflis ola bilər .....                     Bakıda yeni oğru PEYDA OLUB: "parik"dən istifadə edir .....                     Zelenskinin Bakı səfəri: Gözləntilər nədir? .....                     İranda “işləməyən” Venesuela modeli: fanatiklərin müqaviməti hələ güclüdür .....                     Oğluma məcburən saxta toy etdirdim, pul yığdım...” .....                     Deputata məxsus olduğu deyilən şirkətə 498 min manatlıq sifariş .....                     Qaynarinfo.az 19 yaşında! .....                     Zaqatalada qəzalı vəziyyətdə olan BİNA: Yağış suları evlərə dolur .....                     AZƏRBAYCANDA MOBİL İNTERNET NİYƏ BAHALAŞIB? .....                     Bakıda yeni proses başlayır: yüzlərlə ailə köçürüləcək .....                     Ukrayna Prezidenti Volodimir Zelenski Azərbaycanda işgüzar səfərdədir .....                     Yekaterinburqa dron hücumu .....                     Yeni tikililən binalarda mənzil qiymətlərinin sürətli dəyişməsinin səbəbləri .....                     İranın gizli təşkilatının rəisi İsrailə casusluğa görə edam edilib .....                     "İki aydan sonra onlar baş nazir olacaqlar” .....                     Qondarma erməni soyqırımı muzeyində qalmaqal .....                     Trampın İran strategiyası niyə iflasa uğraya bilər?.. .....                     Azərbaycan neftinin qiyməti 114 dollara yüksəlib .....                     Turizm Agentlini eyni şirkətə bir gündə iki tender verib .....                     ABŞ-nin yeni prezidenti Rubio ola bilər .....                     Gəncədə terror qurbanlarının evləri... NECƏ QANUNDAN KƏNAR OLDU... .....                     Ermənistanda Türkiyəyə “müharibə” elan edən kimlərdir? .....                     Abbas Əraqçi Pakistan ordusunun komandanı ilə görüşdü .....                     Sosial media qazancının .....                     İrana nüvə bombası atılacaq .....                     Azərbaycanda ət tapılmayacaq? .....                     “AzəriQaz” işçilərinin tək dərdi MAAŞ DEYİL Kİ... .....                     “Azercell”in 13-cü ay OYUNBAZLIĞI... .....                     Banka borcu olanlara BƏD xəbər .....                     "Dəyişən bir şey olmayacaq, amma..." .....                     TƏBİB pasiyentə xəstə kimi yox... BANKOMAT KİMİ baxır... .....                 

“Alik sirli şəkildə kameraya salındığı kimi sirli şəkildə də buraxıldı”
Tarix: 7-08-2014, 11:57 | Çap et
“Alik sirli şəkildə kameraya salındığı kimi sirli şəkildə də buraxıldı”
Bir müddət öncə Milli Qvardiyanın keçmiş komandiri polkovnik Əzizağa Süleymanov Moderator.az-a aşağıdakı məzmunlu girişlə bir yazı göndərib:

Surət Hüseynova yaxın şəxs kimi tanınan 709 saylı hərbi hissənin keçmiş qərargah rəisi Nazim Bayramovun bir müddət öncə saytınızda getmiş yazısıyla bir qədər gec tanış olmuşam və onun iddiaların həqiqəti əks etdirmədiyini görüb Gəncə hadisələrinin həmin epizodunun xronologiyasını ardıcıl təqdim etmək zorunda qalmışam. Ümid edirəm ki, buna şərait yaradacaqsınız.


əvvəli burada---moderator.az/?xeber=50689

...18 iyun 1993- cü ildə radionun axşam xəbərlər buraxlışında diktor xəbər vermişdi ki, prezident Əbülfəz Elçibəy gecə saatlarında Prezident Aparatından çıxaraq nəməlum istiqamətdə Bakını tərk edib. Bu xəbəri eşidən kimi bizimlə bir kamerada dustaq həyatı yaşayan Qazaxlı Alik Muradov mənə demişdi ki, mən deyənlər deyəsən düz çıxır. Buradakıların kitabı sən başda olmaqla bununla da bağlandı. Alikin sözlərində həqiqət var idi. Yeganə ümüd yerimiz olan prezidentin yoxa çıxması şəxsən mənim üçün ağır xəbər idi. Qəlbimdəki bütün ümüdlərim boşa çıxmışdı. Bəlkə də həyatımda dəfələrlə ölümlə üzbəüz gəlsəm də bu qədər sarsılmamışdım. Əbülfəz Elçibəyin prezidentliyindən əlavə bir insan kimi qəlbimdə xüsusi yeri vardı. Mən canımdan əziz sandığım insanı itirmişdim...
Radioda eşitdiyimiz bəzi məlumatlara əsasən Surət Hüseynovun qiyamçı dəstəsi bir neçə rayonda rayonun icra başçılarını zor gücünə vəzifələrindən kənarlaşdırıb, öz adamlarını yerləşdirmişdilər. Ümidimiz Ali Sovetin yeni seçilmiş sədri Heydər Əliyevə qalmışdı. Bizi Surət Hüseynovun caynağından yalnız o azad edə bilərdi. Başqa yol yox idi. Cəbhə bölgəsindən də hər saat radioda ağır xəbələr eşidilirdi. Artilleriyaçı zabitlərin türmədən buraxılması bizdə inam hissi yaratmışdı. Kameradan 6 zabitin azad olunmasına baxmayaraq nəfəs almaq olmurdu. Növbə ilə dəmir barmaqlıqlı pəncərənin yanındakı çarpayıda uzanıb nəfəs alırdıq. Gündə bircə saat bizə hava gəzintisinə icazə verirdilər.
19-20 iyun tarixində də bizim türmə həyatımızda elə bir dəyişiklik olmamışdı. 20 iyunda səhər saat 10 radələrində bizmlə bir kamerada olan 2 bələdiyyə polisinin əməkdaşını türmədən azad etmişdilər. Həmin günü günortadan sonra bir hərbi prokurorluq müstəntiqi gəlib qvardiyaçı leytenant Fuad Mirzəyevdən türmə rəisinin otağında yenidən izahat almışdı. Onun əvvəl verdiyi izahatla sonrakı günlərdə verdiyi izahatların mətnində fərq var idi. Mən görəndə ki, onu müstəntiqlər çox çək-çevirə salırlar, Fuaddan müstəntiqə yazılı sürətdə verdiyi izahatın mətnini mənə danışmağı xahiş etmişdim. Onun izahatının mətninə qulaq asanda hər şeyi başa düşmüşdüm. Fuad yazdığı izahatda prezident fərmanından, komandanın hansısa əmrindən söhbət açmış, ümumiyətlə, ona aidiyyatı olmayan məsələlərə toxunmuşdu. Mən onu başa salmışdım ki, yazdıqlarının heç birinin sənə aidiyyatı yoxdur. Mən sizin Gəncə bölgəsinə gəlməyiniz haqda əmr hazırlayan bir adam prezident sərancamın görməyəndə, sən haradan görə bilərsən? Ona müstəntiqə izahatı necə yazacağını başa salmışdım. Bu gün o yenidən müstəntiqə izahat verməyə çağırılanda mən deyən kimi izahat vermişdi. Bununla da müstəntiq ondan əl çəkmişdi. 21 iyun tarixində günortadan sonra Fuad Mirzəyevi türmədə görüşə aparmışdılar. Atası yanına gəlmişdi. Fuad atası ilə görüşüb kameraya bizim yanımıza gələndə özü ilə gətirdiyi bir torba əriyi bizə verib, bizimlə xüdahafizləşmişdi. Mənimlə görüşəndə gülə-gülə demişdi ki, Əzizağa müəllim, çox sağ ol, sizin dediyiniz kimi müstəntiqə izahat verəndən sonra məni bu gün azad etdilər.
Yuxarıda qeyd etdiyim kimi 17 iyun tarixində türmə rəisi aclıq edən sıravi Milli Qvardiyaçıların tələbi ilə erməni təcəvüzkarlarına qarşı döyüşə getmək istəyən qvardiyaçıların siyahısını hərbi prokurora vermişdi. Hərbi prokuror bizi azad edib türmədən buraxacağına söz versə də hiss etmişdim ki, o bizim türmədən buraxılmağımızda tərəddüd edir, bizim günahsız olmağmıza 100 faiz əmin olsa da kimdənsə çəkinir. Buradan onlar bizi özbaşına döyüş bölgəsinə göndərə bilməzdilər. Göndərmiş olsaydılar belə bizə silah verməli idilər. Bizə silah verməkdənsə onlar qorxurdu. Gəncədə güllələnən qvardiyaçıların hələ qırxı çıxmamışdı. Bütün bunları bilməyimə baxmayaraq qvadiyaçılara bir söz deyə bilmirdim. İstəmirdim ki, ümüdlərini qırım. Bizim buradan buraxılmağımız üçün mütləq siyasi hakimiyyət dəyişikliyi baş verməli idi. Necə ki, bu proses ləng olsa da gedirdi.
21 iyun 1993 cü il tarixində radioda axşam xəbərləri veriləndə eşitmişdik ki, Milli Qvardiyaçılar Ağdam cəbhə bölgəsində ermənilərə qarşı döyüşür. Bu xəbəri eşidəndə həddindən artıq sevinmişdik. Qürur hissi keçirdirdik. Mən onu bilirdim ki, Milli Qvardiya döyüşçülərini ölkə rəhbərinin icazəsi olmadan heç kim cəbhə bölgəsinə göndərə bilməz. Ölkəyə rəhbərlik edən Əbülfəz Elçibəysə verilən məlumatlara görə nəməlum istiqamətdə çıxıb getmişdi.
Ali Sovetin sədri İsa Qəmbər, baş nazir Pənah Hüseynov tutduqları vəzifələrdən istefa vermişdi. Faktiki olaraq ölkəyə rəhbərlik etmə səlahiyyəti Heydər Əliyev əlində idi. Buradan belə bir nəticəyə gəlmək olurdu ki, Milli Qvardiya döyüşçüləri ermənilərə qarşı gedən döyüşlərdə iştirak etmək üçün cəbhə bölgəsinə yalnız onun göstərişi ilə gedə bilərdi. Milli Qvardiya döyüşçülərinin Ağdam rayonuna ermənilərə qarşı döyüş bolgəsinə göndərilməsi xəbəri həqiqətən bizim üçün gözlənilməz xəbər idi...
23 iyun 1993- cü ildə günortaya yaxın bir xəbər ildırım sürəti ilə türməyə yayıldı. Gəncə şəhər icra hakimiyyətinin başçısı hacı Vaqiflə Gəncə şəhərində kirminal cinayətkarlara rəhbərlik edən Ruslan Rzayev ( Zobik) Gəncə şəhər icra hakimiyyətinin binasında bir-birini güllələyib. Aldıqları güllə yarasından hər ikisi ölüb. Bu xəbəri eşidən Qazaxlı Alik yavaşca mənə dedi ki, gördün, mənim Allahım var, heyf Vaqifdən, o ölməli adam deyildi. Doğurdan da bu hadisədən bir gün sonra, yəni 24 iyun 1993 cü il tarixində günortaya yaxın hərbi prokurorluğun nümayəndələri türməyə gəlib 35-40 nəfər hərbçini azad etdilər. Türmədən azad olunan hərbçilər arasında mən də var idim. Lakin görəndə ki, Milli Qvardiyanın türmədə saxlanılan sıravi heyətindən mənimlə bərabər az adam buraxırlar, prokurora bu barədə iradımı bildirdim, Milli Qvardiyaçıların hamsının türmədən buraxılmayınca kameradan çıxmayacağımı ona söyləyib, yenidən kameraya qayıtdım.
Qazaxlı Aliki də həmin gün türmədən buraxdılar. O bizimlə bərabər türmədə yatdığı dövür ərzində mən bildiyimə görə heç bir prokurorluq işçisinə izahat verməmiş, heç prokurorluq işçiləri də ondan izahat almağa cəhd göstərməmişdilər. O vaxtlarlar Alik sirli şəkildə türməyə salındı və sirli şəkildə də buraxıldı. Prokurorluq işçiləri tərəfindən türmədən buraxılanların sırasında onun adı yox idi. Onu bizim gözümüzün qarşısında Surət Hüseynovun mühafizə xidmətinin rəisi Saday adlı bir hərbçi azad etdi...
Sonrakı illərdə həmin Saday Xüsusi Dövlət Mühafizə Xidmətində xidmət rəisi general Axundov Vaqif Əlbala oğlu tərəfindən işə götürülüb, baş nazir vəzifəsinə təyin edilmiş Surət Hüseynovun mühafizə bölməsinin rəisi vəzifəsinə təyin edilərək kapitan hərbi rütbəsi verildi. Alik Muradov barəsində isə Gəncə hadisələrindən bir neçə il sonra Surət Hüseynovun məhkəməsi zamanı Alik Muradovun ünvanına səsləndirdiyi fikirlərdən məlumatım oldu. Sən demə, 1993- cü ildə Gəncə hadisələri baş verməzdən bir az qabaq Alik Muradov Surət Hüseynovun atasının yas mərasimində Sürət Hüseynova dövlət güc sturukturalarının birinin rəhbərliyindən aldığı məlumata əsasən 1iyun tarixində onun üstünə qoşun yeridib, onu həbs edəcəkləri barədə məlumat verib. ( bax dövlət rəsmi qəzeti olan, Sürət Hüseynovun məhkəməsindən məlumatları öz səhifələrində çap etditən rəsmi və qeyri rəsmi qəzetlətin səhifələrinə, Azərbaycan qəzetinə.) Sürət Hüseynovun məhkəmədə Alik Muradov barəsində səsləndirdiyi bu sözləri eşidib və qəzet səhifələrindən oxuyan zaman Aliklə Gəncə türməsində bir kamerada qaldığımız zaman, onun həqiqətən Ruslan Rzayev tərəfindən türməyə düşməsi səbəbləri indi mənə aydın oldu. İndi mənə aydın oldu ki, o zaman mərhum Ruslan Rzayevin Alik Muradov barəsində onun özünə söylədiyi sözlərdə həqiqət var imiş. Gəncə hadisələrinin fəal iştirakçılarından biri də bizə aydın oldu. (bu faktın araşdırılmasını da tarixçilərin öhdəsinə buraxıram.)
27 iyun 1993- cü ildə Gəncə türməsindən hərbi prokurorluq işçiləri Milli Qvardiya zabitlərindən iki nəfəri və iki nəfər də sıravi qvardiyaçını azad etdilər. Bunlar Milli Qvardiyanın Xüsusi təyinatlı dəstəsinin komandir müavini polkovnik-leytenant Ələkbərov Məmmədqulu Novruz oğlu və Milli Qvardiya alayının Mühəndis istehkamçı bölüyünün komandiri kapitan Mustafayev Vaqif Şakir oğlu və qvardiyaçı iki əmi oğlu olan Qulamov Fəxrəddin Nəriman oğlu və Qulami Rüstəm Kərim oğlu idilər.
1 iyul 1993 cü ildə türmə rəisi kameraya gələrək hamının səbrsizliklə gözlədiyi xəbəri verdi. Bildirdi ki, Milli Məclisinin sədri, prezidentin səlahiyyətlərini yerinə yetirən Heydər Əliyevin birbaşa şəxsi göstərişi ilə bu gün Gəncə hadisələri ilə bağlı həbs olunan butün hərbçilər azad olunur. Heydər Əliyevin göstərişi ilə sizi aparmaq üçün Bakıdan avtobuslar göndərilib. Türmə rəisinin verdiyi bu şad xəbərin sevincindən hamı əl çalırdı. Hətta türmədə əli silahlı bizim keşiymizi çəkən əsgərlər də sevincimizə qoşulmuşdular. Bizi türmədən buraxmaq üçün hərbi prokurorla bərabər Surət Hüseynovun mühafizə xidmətinin rəisi Saday da gəlmişdi. Biz kameradan çölə çıxan zaman o Milli Qvardiya alayının qərargah rəisi vəzifəsində olan Ağayarov Zakir Nəsrulla oğlunun çiynində mayor rütbəsini görüb onu saxladı və ona bildirdi ki, onlar yalnız mayordan aşağı rütbəli şəxsləri azad edirlər. Tərs kimi Zakir Ağayarov türmədən buraxıldığımız vaxtdan iki gün əvvəl bekarçılıqdan cibində gəzdirdiyi mayor rütbəsini çiyninə taxmışdı. Onun buraxılması üçün biz Sadaydan çox xahiş etsək də o Zakiri buraxmadı. Zakir Ağayarovu türmədə tək qoymamaq üçün leytenant Rzazadə Gennadi Dilavər oğlu özünü Sadaya mayor kimi qələmə verib, Zakirlə bir yerdə kamerada qaldı...
İyulun 1-də bizi türmədən azad edib, avtobusla Bakıya yola saldılar. Həmin gün saat 16 radələrində Bakıya gəlib çatdıq. Hərə öz evinə gedib ailəsini sevindirdi. Mən bizimlə türmədə olan hərbi mükələfiyyətli Milli Qvardiyanın əsgərlərini də Gəncədən gələn günü evlərinə buraxdım. Onların çoxu Bakıda yaşayırdılar...

Ardı var...










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Bərdədə Zümürxan gölü zibilliyə çevrilib - FOTO
Bu gün, 16:18
Keçmiş oliqarx-məmur... BU GÜN DƏ QAZANIR... - İLGİNC FAKT
Bu gün, 16:05
Müxalifət üçün itirilmiş ŞANS
Bu gün, 15:48
İran XİN rəhbəri Tehranın tələblərini Pakistana çatdırıb
Bu gün, 15:42
İran ordusu ABŞ-a xəbərdarlıq edib - “Fars”
Bu gün, 15:39
Doğdu günəş qırmızı... İməcliyə apardılar HAMIMIZI... - Nəqşi-cahanın... Talıbovdan qalma NAXŞI...
Bu gün, 15:33
"Özünə arxayın olmaq adamı qudurdur"
Bu gün, 15:20
Zelenskinin Azərbaycana səfəri Z-blogerləri qəzəbləndirdi – “ikili standartlar” yenidən gündəmdə
Bu gün, 15:05
Ukraynanın “marslı”sı rusları dəhşətə gətirdi – 35 min əsgər necə öldürülüb?
Bu gün, 13:19
“Georgian Airways” müflis ola bilər
Bu gün, 13:11
Bakıda yeni oğru PEYDA OLUB: "parik"dən istifadə edir - VİDEO
Bu gün, 13:09
Zelenskinin Bakı səfəri: Gözləntilər nədir? - AKTUAL
Bu gün, 12:49
İranda “işləməyən” Venesuela modeli: fanatiklərin müqaviməti hələ güclüdür - İNCƏLƏMƏ
Bu gün, 12:43
Oğluma məcburən saxta toy etdirdim, pul yığdım...” – Meyxanaçı Samirədən ŞOK AÇIQLAMALAR
Bu gün, 12:22
Deputata məxsus olduğu deyilən şirkətə 498 min manatlıq sifariş - TƏFƏRRÜAT
Bu gün, 12:19
Qaynarinfo.az 19 yaşında! - UĞUR YOLU...
Bu gün, 12:09
Zaqatalada qəzalı vəziyyətdə olan BİNA: Yağış suları evlərə dolur - FOTO
Bu gün, 12:05
AZƏRBAYCANDA MOBİL İNTERNET NİYƏ BAHALAŞIB? - "İstehlakçılara qarşı bu cür davranış yolverilməzdir..."
Bu gün, 11:59
Bakıda yeni proses başlayır: yüzlərlə ailə köçürüləcək - Detallar
Bu gün, 11:46
Ukrayna Prezidenti Volodimir Zelenski Azərbaycanda işgüzar səfərdədir - FOTO
Bu gün, 11:41
Yekaterinburqa dron hücumu − Xəsarət alan var
Bu gün, 11:40
Yeni tikililən binalarda mənzil qiymətlərinin sürətli dəyişməsinin səbəbləri - ARAŞDIRMA
Bu gün, 11:37
İranın gizli təşkilatının rəisi İsrailə casusluğa görə edam edilib -“tabnak”
Bu gün, 11:36
"İki aydan sonra onlar baş nazir olacaqlar” – Paşinyandan səs-küylü AÇIQLAMA
Bu gün, 11:26
Qondarma erməni soyqırımı muzeyində qalmaqal - "Hraparak"
Bu gün, 11:21
Trampın İran strategiyası niyə iflasa uğraya bilər?.. - YƏHUDİ EKSPERT
Bu gün, 11:17
Azərbaycan neftinin qiyməti 114 dollara yüksəlib
Bu gün, 11:15
Turizm Agentlini eyni şirkətə bir gündə iki tender verib - DETALLAR
Bu gün, 11:06
ABŞ-nin yeni prezidenti Rubio ola bilər - Politico nəşri
Bu gün, 11:03
Gəncədə terror qurbanlarının evləri... NECƏ QANUNDAN KƏNAR OLDU... - BU NƏDİ BELƏ?..
Bu gün, 10:56
Ermənistanda Türkiyəyə “müharibə” elan edən kimlərdir? – gizli planın şok detalları
Bu gün, 10:44
Abbas Əraqçi Pakistan ordusunun komandanı ilə görüşdü
Bu gün, 10:42
Sosial media qazancının görünməyən ÜZÜ…
Bu gün, 10:40
İrana nüvə bombası atılacaq - Dövlət Departamentinin keçmiş rəsmisindən şok iddia
Bu gün, 10:26
Azərbaycanda ət tapılmayacaq? - qiymətlət niyə bahalaşır
Bu gün, 10:25
“AzəriQaz” işçilərinin tək dərdi MAAŞ DEYİL Kİ... - NARAZILIQ VAR...
Bu gün, 10:20
“Azercell”in 13-cü ay OYUNBAZLIĞI... - GİLEY
Bu gün, 10:04
Banka borcu olanlara BƏD xəbər - Bundan sonra...
Bu gün, 09:28
"Dəyişən bir şey olmayacaq, amma..." - REAKSİYA
Bu gün, 08:33
TƏBİB pasiyentə xəstə kimi yox... BANKOMAT KİMİ baxır... - BUNA GÖRƏ DƏ...
Bu gün, 08:28
Qadınlar niyə imkanlı kişinin məşuqəsi, sevgilisi olmaq istəyir... - Nura Suri deyir ki...
Bu gün, 08:16
Aİ-də Kiyevə yardım qərarı parçalanmaya səbəb olub - “Politico”
Bu gün, 08:10
Eldar Mahmudovun sabiq kadrı ətrafında çənbər daralır... - Mürsəl İbrahimov NƏ EDƏCƏK...
Bu gün, 07:51
Xəzər sammiti Putinlə Xamenei görüşü üçün ləğv edilməyib - İran səfiri
Bu gün, 07:38
Məktəb direktoru pedaqoji şuranın iclasında səsləndirdiyi ifadələrə görə məhkəməyə verildi - TƏFƏRRÜAT
Bu gün, 07:36
ABŞ-nin İrana qarşı hərbi əməliyyat xərcləri 61 milyard dolları keçib - "Iran War Cost Tracker" portalı
Bu gün, 07:31
Əmrullayevin BATIRDIĞI TƏHSİL: Daha bir məktəbdə insident... - BELƏ HARA GEDİRİK?
Bu gün, 07:30
Qayıbovun YEYİNTİ ORTAQLARI... - ARAŞDIRMA
Bu gün, 07:25
TƏBİB daxilində regional səhiyyə idarələri yaradılır? - Baş həkim və direktorlar...
Bu gün, 07:16
Hücum hazırlığı olmasa da, Rusiya səhvə yol verə bilər - GƏLİŞMƏ
Bu gün, 07:01
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru