Yanacaq bahalaşır, ABŞ aviaşirkətləri yüz milyonlarla zərər edir və uçuşları azaldır .....                     Söhrab İsmayılov həbs oluna bilər? .....                     Pezeşkian hərəkətə keçdi, İsraillə bağlı məlumat yayıldı: .....                     Bərdədə Zümürxan gölü zibilliyə çevrilib .....                     Keçmiş oliqarx-məmur... BU GÜN DƏ QAZANIR... .....                     Müxalifət üçün itirilmiş .....                     İran XİN rəhbəri Tehranın tələblərini Pakistana çatdırıb .....                     İran ordusu ABŞ-a xəbərdarlıq edib .....                     Doğdu günəş qırmızı... İməcliyə apardılar HAMIMIZI... .....                     "Özünə arxayın olmaq adamı qudurdur" .....                     Zelenskinin Azərbaycana səfəri Z-blogerləri qəzəbləndirdi .....                     Ukraynanın “marslı”sı rusları dəhşətə gətirdi .....                     “Georgian Airways” müflis ola bilər .....                     Bakıda yeni oğru PEYDA OLUB: "parik"dən istifadə edir .....                     Zelenskinin Bakı səfəri: Gözləntilər nədir? .....                     İranda “işləməyən” Venesuela modeli: fanatiklərin müqaviməti hələ güclüdür .....                     Oğluma məcburən saxta toy etdirdim, pul yığdım...” .....                     Deputata məxsus olduğu deyilən şirkətə 498 min manatlıq sifariş .....                     Qaynarinfo.az 19 yaşında! .....                     Zaqatalada qəzalı vəziyyətdə olan BİNA: Yağış suları evlərə dolur .....                     AZƏRBAYCANDA MOBİL İNTERNET NİYƏ BAHALAŞIB? .....                     Bakıda yeni proses başlayır: yüzlərlə ailə köçürüləcək .....                     Ukrayna Prezidenti Volodimir Zelenski Azərbaycanda işgüzar səfərdədir .....                     Yekaterinburqa dron hücumu .....                     Yeni tikililən binalarda mənzil qiymətlərinin sürətli dəyişməsinin səbəbləri .....                     İranın gizli təşkilatının rəisi İsrailə casusluğa görə edam edilib .....                     "İki aydan sonra onlar baş nazir olacaqlar” .....                     Qondarma erməni soyqırımı muzeyində qalmaqal .....                     Trampın İran strategiyası niyə iflasa uğraya bilər?.. .....                     Azərbaycan neftinin qiyməti 114 dollara yüksəlib .....                     Turizm Agentlini eyni şirkətə bir gündə iki tender verib .....                     ABŞ-nin yeni prezidenti Rubio ola bilər .....                     Gəncədə terror qurbanlarının evləri... NECƏ QANUNDAN KƏNAR OLDU... .....                     Ermənistanda Türkiyəyə “müharibə” elan edən kimlərdir? .....                     Abbas Əraqçi Pakistan ordusunun komandanı ilə görüşdü .....                     Sosial media qazancının .....                     İrana nüvə bombası atılacaq .....                     Azərbaycanda ət tapılmayacaq? .....                     “AzəriQaz” işçilərinin tək dərdi MAAŞ DEYİL Kİ... .....                     “Azercell”in 13-cü ay OYUNBAZLIĞI... .....                 

"Haqqımda Mərkəzi Komitəyə, DTK-ya donoslar yazıldı" - Vurğun Əyyub
Tarix: 16-10-2014, 09:14 | Çap et
"Haqqımda Mərkəzi Komitəyə, DTK-ya donoslar yazıldı"
Uşaqlıqdan aldığı ən böyük “dərs” yıxılmamaq olub. Azərbaycanda test üsulu ilə rüşvətsiz tələbə qəbulundan danışanda orta və yaşlı nəsil nümayəndələrinin ilk olaraq yadına düşənlərdən biri də odur. Keçmiş SSRİ məkanında təhsil sistemindəki bu yeniliyin ilk olaraq Azərbaycanda tətbiq olunmasında onun böyük əziyyəti olub. Amma nədənsə o, əvvəlcə bu işlə bağlı prezidentin və baş nazir müavininin təkliflərini qəbul etmək istəməyib. Bəlkə də bu, onun özünəməxsus xarakterindən irəli gəlirmiş. Axı o həm də milli azadlıq hərəkatının formalaşmasında danılmaz xidmətləri olan bir təşkilatın –“Çənlibel” “dəli”lərinin “Koroğlu”su olub. “Müsavat”dakı son başqan seçimlərindən sonrakı müzakirələrdə prinsipial mövqeyi ilə medianın diqqətini çəkənlərdən biri – “Müsavat” başqanının sabiq birinci müavini və müstəqil Azərbaycanın test üsulu ilə imtahan təşkil etmiş ilk Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri olmuş Vurğun Əyyub elə “Labirint”imizdən də Koroğlu kimi çıxdı...

- Vurğun bəy, Tovuzun Düzqırıxlı və Aşağı Quşçu kəndlərindən, Əsrik dərəsindən Bakıya nə gətirə bilmisiz?
- Çətindir bunu demək... Yəqin ki, bir az çılğınlıq, bir az inadkarlıq və sabitqədəmlik. Daha çox mütaliə həvəsi, oxuyub öyrənmək ehtirası! Valideynlərim müəllim idi, oxumağa, öyrənməyə həvəs onlardan gəlirdi.

- Ata- ananız hansı ixtisas üzrə müəllim idilər?
- Atam əslində ixtisasca sənətşünas idi. Amma öz ixtisası üzrə çalışmayıb, orta məktəbdə Azərbaycan dili və ədəbiyyatı müəllimi işləyib. Rus dilini çox yaxşı bildiyi üçün o vaxt Maarif Nazirliyi ona rus dilini də tədris etməyə icazə verib. Atam 7-yə yaxın dil bilirdi. Eyni zamanda riyaziyyat, fizika, kimya sahəsundə də kifayət qədər savadı var idi. Məsələn, riyaziyyat olimpiadasında rayonun adlı-sanlı müəllimləri hər hansı məsələnin həllində aciz qalanda atama müraciət edərdilər. Anam kimya müəllimi idi. Kimyadan bəzən onun çətinlik çəkdiyi məsələləri atam, necə deyərlər, dizi üstə həll edərdi.

- Uşaqlıqdan aldığınız ən böyük “dərs” hansı olub?
- Yıxılmamaq...

- Bunu özünüz öyrənmisiniz, yoxsa valideynləriniz təlqin edib?
- Valideynlərimin sözsüz ki, böyük təsiri olub. Düşdüyüm mühit və şərait də rol oynayıb. Mən uşaqlıqda fiziki cəhətdən zəif olsam da, davaya meyilli idim. Ancaq döyülsəm də, əzilsəm də, həmişə yıxılmamağa çalışmışam.

- Bildiyimə görə, ali məktəbə 16 yaşında qəbul olmusunuz...
- Bəli. Birinci sinfə gedəndə heç 6 yaşım yox idi. Ona görə də rəhbərlik adımı jurnala da yazmağa ehtiyat edirdi. Amma orta məktəbə daxil olmamışdan artıq mən oxumağı, yazmağı, saymağı bacarırdım. O vaxt orta məktəb 10 illik olduğundan 16 yaşım tamam olmamış məktəbi bitirdim. Ali məktəbə daxil olanda isə pasportum yox idi, sənədlərimi doğum haqqında şəhadətnamə ilə qəbul etdilər. Hətta 1974-cü ilin yayında biz Həştərxana tələbə-inşaat dəstəsində işləməyə yollanarkən mənim üçün təyyarəyə bileti də şəhadətnamə ilə almışdılar.

- Müəllimlik, filoloq ixtisasını özünüz seçdiniz, yoxsa valideynləriniz məsləhət gördü?
- Ailəmizdə hamının ədəbiyyata böyük həvəsi var idi. Evimizdə həmişə yerli və əcnəbi yazıçıların müxtəlif əsərləri, “Azərbaycan”, “Ulduz” jurnalının bütün nömrələri daim gözümüzün qabağında olub. Bunlar da yəqin öz rolunu oynamışdı. Amma açığını deyim ki, Azərbaycan dili və ədəbiyyat müəllimi olmaq heç fikrimdən də keçməyib. Sadəcə, məcburiyyət qarşısında bu ixtisası seçmişəm. Amma peşman deyiləm...

- Niyə məcbur oldunuz ki, müəllimliyi seçməyə?
- Sovet vaxtı mən arzuladığım şərqşünaslıq, jurnalistika kimi fakültələrə öz biliyinlə daxil olmaq qeyri-mümkün görünürdü...

- Azərbaycan Dövlət Pedaqoji İnstitutunun filoloqiya fakültəsini bitirdikdən sonra təyinatla Sabirabad rayonuna göndərilmisiz. Orada işlədiyiniz illərdə Pənah Hüseynlə rastlaşmamısız ki?
- Rastlaşmışıq... Mən 1977-ci ildə Sabirabad rayonunun Qalaqayın kənd orta məktəbində işləyərkən Sabirabad Mədəniyyət Evinin direktoru tanış olduğu üçün ara-sıra onun yanına gedib-gəlirdim. O zaman Pənah Hüseyn də, səhv etmirəmsə, rayon Tarix muzeyində işləyirdi. Və onunla 1980-ci ildə təsadüfən rastlaşıb, görüşmüşük. 1986-1987-ci illərdə mən “Çənlibel” elmi-ədəbi birliyinin sədri olanda isə Pənah bəy də birliyin tədbirlərində iştirak edərdi. Həm də Bakıda - Yeni Günəşlidə qonşu olmuşuq. Bütün bunlar da bizim xalq hərəkatında yolumuzu birgə davam etdirməyimizə şərait yaratdı.

- Siyasi fəaliyyətiniz “Çənlibel”dən başlayır, yoxsa?..
- Siyasi görüşlərimin formalaşmasında Asif Ataya borcluyam. Hələ tələbəlik illərində onun rəhbər olduğu “Ocağ”ın üzvü kimi həmin qurumun məşğələlərində məruzə etmişəm. Asif Atanın rayonda ilk görüşünu də Sabirabadda işləyərkən 1979-cu ildə mən təşkil etmişəm. Orada böyük və gözəl bir tədbir alınmışdı. Hərçənd, bu tədbirdən sonra mənim də, Asif Atanın da başı çox ağrıdı. 1984-cü ildə Elçibəylə tanışlığım isə fikir və məqsədlərimi daha da konkretləşdirdi...

- Vurğun bəy, Asif Atanın görüşlərini bütövlükdə qəbul edirsinizmi? Məsələn, o, İslamı, Məhəmməd Peyğəmbəri (s) inkar edirdi?
- İslama bu cür baxış bəlkə kimin üçünsə çox dəhşətli görünür. Amma mənim üçün burada heç bir qorxulu şey yoxdur. Asif Ata dünyanı, fəlsəfəni, dinləri çox gözəl bilirdi. O, boşuna bir söz söyləməzdi. Sadəcə, bu barədə ona görə danışmıram ki, dindar adamların izzəti-nəfsinə toxunmaq istəmirəm...

- Asif Ata “Ocağ”ıyla indi də əlaqəniz var?
- “Ocağ”ın bəzi üzvləri ilə salam-kalamım var. Asif Ata ilə ömrünün son illərinədək əlaqə saxlayırdım. Hələ 1989-cu ildə - hərəkatın yeni başlandığı dövrdə aramızda ciddi bir müzakirə oldu. Asif Ata dedi ki, sənə heyfim gəlir, siyasətdən uzaq dur, sən fəlsəfə, ədəbiyyat adamısan. Asif Ata düşünürdü ki, cəmiyyəti, insanları dəyişmədən hakimiyyətin dəyişməsinin heç bir müsbət nəticəsi olmayacaq. O zaman mən onunla razı deyildim. Nəticədə təşkilati baxımdan onunla yolumuz ayrıldı. Amma sonacan yaxşı münasibətlərimiz oldu. Hətta mən “Müsavat”da baş katib olanda öz otağımda Asif Ata ilə böyük bir görüş təşkil etdim.

- “Çənlibel” elmi-ədəbi birliyinin sədri siz idiniz. Bəs təşkilatın əsas ideya lideri kim olmuşdu?
- (Gülür). Hatəminin tezislərini suala çevirirsiniz? Əgər Hatəmi hesab edirsə ki, o, “Çənlibel”in lideri olub, getsin, olsun. “Çənlibel” Hatəmi, Bəxtiyar Tuncay, Fuad Ağayev və mənim birgə söhbətlərimizdən, müzakirələrimizdən, yoldaşlığımızdan ortaya çıxmış bir ideya olub. Və axırda o adamlar razılaşıb ki, bu birliyin sədri olum. Əslində, sədr olmağım o zaman mənim üçün riskli addım idi. Əyani aspiranturada oxuyurdum, elmi işimi müdafiə ərəfəsində idim. Və sonradan bunun həqiqətən təhlükəli olması sübut olundu. Haqqımda Mərkəzi Komitəyə, DTK-ya donoslar yazıldı. DTK da haqqımda institutlara məktub göndərdi ki, pantürkist fəaliyyətlə məşğul olduğu üçün onun məsələsi müzakirə edilməlidir... Əsas o idi ki, “Çənlibel” o dövr üçün böyük işlər gördü. Amma Qarabağ probleminin ortaya çıxması “Çənlibel”ə öz missiyasını sona çatdırmağa imkan vermədi. Mənim düşüncəmə görə, “Çənlibel” Asif Ata ocağının siyasi çalar qazanmış bir forması olmalı idi...

- Hamıdan şübhələnmək doğru olmasa da, Hatəminin “KQB” agenti axtarışında həqiqət payı da var. Çox güman ki, sovet təhlükəsizlik xidmətləri SSRİ-nin artıq dağılmaq təhlükəsi gerçək olduğu bir vaxtda çalışırdılar ki, Azərbaycanda ilk qeyri-hökumət təşkilatı olan “Çənlibel”i öz nəzarəti altında saxlasınlar və həmin qurumda öz “adam”ları olsun?
- Təbii ki, DTK bizi nəzarətdə saxlayırdı. Çox güman ki, “adam”ları da olub...

- Hatəmi konkret olaraq deyir ki, DTK-nın “Çənlibel”dəki agenti Fazil Mustafa idi. Bununla razısınızmı?
- Bu, Hatəminin hər yerdə DTK agenti axtarmaq və öz xidmətlərini şişirtmək mərəzindən irəli gəlir. “Çənlibel” yenidənqurma illərində yaranmışdı, gördüyü bütün işlər də göz qabağında idi. Burada DTK-dan gizli nə ola bilərdi? Hatəmi çalışır ki, “Çənlibel”i gizli, qarşısına tam siyasi məqsədlər qoymuş bir təşkilat kimi qələmə versin. Bu isə uydurmadır. “Çənlibel” açıq bir təşkilat idi. Mikrofon qarşısında danşırdıq. Müzakirələrimizi çayxanada açıq şəkildə aparırdıq. Nə gizli işimiz var idi ki, onu DTK-dan gizləyək? Təbii ki, DTK bizi özbaşına buraxmamışdı. Yəqin ki, səsimizi də yazırdılar, hansısa “adam”ları da olub. Amma “Çənlibel”dən DTK-nın daim izlədiyi, qorxudan tir-tir əsdiyi bir təşkilat obrazı yaratmaq istəyi mənasız və gülüncdür. DTK öz başının hayına qalmışdı. SSRİ dağılırdı, sovet sistemi özü-özünü yeyib-tükətmişdi. DTK üçün “Çənlibel”dən daha çox təhlükə törədən proseslər başlamışdı...

- Firudin Cəlilov bir sıra müsahibələrində söyləyib ki, 1992-ci ildə Vurğun Əyyubun Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri olmasına bir çoxları etiraz edirdi. Sizin namizədliyinizə etiraz edənlər kimlər olub?
- Bunu Firudin Cəlilovdan soruşun. Mən kiminsə etiraz etdiyini bilmirəm. Amma F.Cəlilov da daxil olmaqla, daha iki nəfər yüksək vəzifəli şəxsin bu vəzifəni tutmaq üçün çox ciddi şəkildə xahiş eləməsi yadımdadır. Bunun detallarını danışmaq istəmirəm...

- Sizin TQDK sədri olmağınız barədə xahişi nəzərdə tutursunuz?
- Bəli. İndi bəlkə Firudin müəllim nəsə bilir, kimsə etiraz edirmiş. Nəyə etiraz edəcəkdilər? Mən o zaman hər hansı vəzifə tutmaq istəyi ilə alışıb yanmırdım. Xatırladım ki, 1992-ci il mayın 15-də biz parlamentin üzərinə gedəndə “Moskva” mehmanxanasının yanındakı atışma zamanı İsa Qəmbər mənə dedi ki, təcili televiziyaya get, oranı boş qoymaq olmaz. Getdim və təxminən üç gün televiziyanı idarə elədim. Gərək ki, mayın 18-də Məmməd İsmayılı “AzTV”yə sədr təyin etdilər. Məmməd İsmayıl da, İsa Qəmbər də təklif etdilər ki, televiziyada birinci müavin vəzifəsində qalım. Amma mən qəti şəkildə imtina etdim. Daha sonra Elçibəy təkid elədi ki, hələ ki, Təhsil Nazirliyinə, birinci müavin vəzifəsinə get, iki aydan sonra nazir olacaqsan. Bundan da imtina etdim. TQDK-ya sədrlik barədə fərman məndən xəbərsiz olub, 3 gün o vəzifəni icra etməmişəm. Firudin Cəlilovun yanında dövlət katibi Pənah Hüseyn və dövlət müşaviri Rafiq İsmayılovun uzun xahişlərindən sonra bu vəzifəni icra etməyə başlamışam.

- TQDK sədri vəzifəsini nəyə görə qəbul etmək istəmirdiniz?
- Bunun öz səbəbləri var idi, açıqlamaq istəmirəm...

- Firudin müəllim əlavə edir ki, Vurğun bəy savadlı və prinsipial kadr olduğuna görə, onun TQDK sədri təyin olunmağında israr etdim...
- Ola bilər. Biz Firudin Cəlilovla çox yaxın olmuşuq. O zaman Firudin müəllim Nazirlər Kabineti sədrinin müavini idi. Bildiyim qədər Prezident Aparatında onun təkliflərinə çox da diqqətlə yanaşmırdılar... Onu da deyim ki, 1991-ci ildə AXC-yə Türkiyədə təhsil almaları üçün 50 tələbə yeri verilmişdi. Həmin tələbələrin seçiminə mən rəhbərlik etmişdim. (Onların arasında Əvəz Zeynallı, Aqil Səmədbəyli, Zeynal Kərimli və b. var.) 1992-ci ildə hələ heç bir vəzifə daşımaya-daşımaya Firudin müəllimin xahişi ilə Türkiyəyə göndərdiyimiz 2000 tələbənin qəbulu üçün gecə-gündüz çalışmışam. O zaman Türkiyədən gəlməli olan mütəxəssis gəlib çıxmadı. Onda F.Cəlilov xahiş etdi ki, təhsil nazirinin müavini Misir Mərdanovun da daxil olduğu nümayəndə heyətinin rəhbəri kimi Türkiyəyə gedim. Və mən razılaşaraq digərləri ilə bərabər bir həftə Türkiyədə qalıb, test sisteminin incəliklərini öyrənmişəm. Qayıtdıqdan sonra prezidentə də, Firudin müəllimə də bu barədə məruzə etmişəm. Tələbə qəbulu ilə bağlı mülahizələrimi, təkliflərimi söyləmişəm... Türkiyə ali məktəblərinə qəbul imtahanını keçirdikdən sonra səhv etmirəmsə, 1992-ci il iyulun 25, yaxud 28-də evdə olduğum zaman televiziyadan TQDK-nın yaranması və mənim həmin qurumun sədri təyin edilməyim barədə prezident fərmanını eşitmişəm.

- Vurğun bəy, Arif Hacılı ilə münasibətləriniz deyəsən, elə AXC hakimiyyətdə olan dövrdən soyuq olub?
- Nədən bu qənaətə gəlmisiniz? Mənim Arif Hacılı ilə münasibətlərim heç zaman soyuq olmayıb...

- Sadəcə, son proseslərdən belə təəssürat yaranır. Onda belə çıxır ki, sadəcə, siyasi baxışlarınızda fərqlər var?
- Bəli, mən, sadəcə, “Müsavat” başqanlığına namizəd olaraq partiyanın idarəçiliyində yeni ideyalar müəllifi olması baxımından Qubad İbadoğlunu müdafiə etmişəm. Kimsə bunu soyuq münasibət, yaxud düşmənçilik kimi qəbul edirsə, bu onun öz problemidir.

- Ötən il mediada belə bir məlumat səslənmişdi ki, 2013-cü il fevralın 18-də “Müsavat” Divanının iclasından sonra guya İsa Qəmbərin evində gizli bir toplantı da olub. Və həmin məxfi tədbirdə sizinlə bərabər Pənah Hüseyn, Rauf Arifoğlu və Arzu Səmədbəyli də iştirak edib...
- (Gülür). Son 10-15 ildə gizli toplantılarda, ümumiyyətlə, olmamışam...

- Pənah bəy də həmin tədbir barədə suala ikibaşlı cavab verib: belə bir tədbirin olub-olmaması aydınlaşmır.
- Bu, Pənah bəyin köhnə stilidir.

- Deməli, olmayıb elə bir tədbir?
- Yox.

- “Müsavat”ın bu ilin avqustunda qurultay və başqan seçimi ilə bağlı qalmaqallı bir toplantısında isə siz İsa Qəmbərə demisiz ki, Arifi sən müdafiə edirsən, əlini üstündən çəksən, o, məhv olacaq.
- Əgər bu cür fikirlər beynimdən keçərsə belə onu heç vaxt toplantıda demərəm. Təklikdə demiş olsam da, artıq bu, mənimlə İsa Qəmbər arasında olan məsələdir, cəmiyyət üçün deyil. Amma belə “sızma”ların haradan qaynaqlandığını bilirəm. Bəziləri gedib orda-burda yayırlar ki, guya mən İsa Qəmbərin əleyhinə təhqiramiz ifadələr işlədirəm, başqanın üzünə ağ oluram. Bunlar, sadəcə, əleyhimə kompromat quraşdırmaq həvəsindən, bir az da bütpərəstlik meyilindən irəli gələn şeylərdir. Əvvəla, hər hansı bir müzakirə zamanı emosiya da ola bilər, fikir ayrılığı da. Mən İsa Qəmbərin bütün fikirləri ilə razılaşmaq barədə öhdəlik götürməmişəm. Amma heç zaman İsa bəy barədə təhqiramiz ifadə işlətmərəm, ona qarşı hörmətsizlik etmərəm. O özü də buna imkan verməz. Bəli, bizim hərdən divan iclaslarında İsa bəylə çox sərt polemikalarımız olur. Amma bu heç bir halda etika sərhəddini aşmır.

- Elə “Müsavat” Divanının həmin yığıncağında guya Arif Hacılı deyib ki, başqan seçilməsəm, partiyanı dağıdacağam.
- Arif Hacılı kifayət qədər təcrübəli siyasətçidir. Heç bir təcrübəli siyasətçi belə ifadələr işlətməz.

- 25-30 ildə yaşadıqlarınız və xüsusən son vaxtlar “Müsavat”a başqan seçimləri ilə bağlı proseslərdən sonra siyasətdən iyrənməmisiniz ki? Yaxud 1989-cu ildə Asif Ata ilə bayaq xatırlatdığınız müzakirənizdə etdiyiniz seçimə görə peşman deyilsiniz ki?
- Yox! Mənim siyasətə baxışım tamam başqadır. Bir dəfə məşhur yazıçılardan biri dedi ki, siyasət iyrənc konfliktlər meydanıdır. Dedim ki, Yazıçılar Birliyindəki murdar konfliktlər, intriqalar harada var? Hələ sovet dövründə Sabit Rəhman bu qurumu “Yazıçıların İt Tifaqı” adlandırırdı. Yəni sözüm ondadır ki, bütün peşələrdə yaxşı adamlarla yanaşı, murdar adamlar da var. Siyasətdə də abırlı, təmiz ağıllı adamlar var. Eyni zamanda, bütün həyatını da, siyasəti də intriqalara həsr edənlər də... Hər hansı peşəyə ayrı-ayrı adamlara görə qiymət vermək olmaz. Bu mənada məndə siyasətdən iyrənmə, peşman olma və s. kimi hallar yoxdur. Bir şeyə qəti şəkildə əminəm ki, peşəkar siyasətçilərin olmadığı yerdə müasir, sivil, demokratik bir dövlətin qurulması mümkün deyil. Yazıçı, bəstəkar, böyük alim öz millətini layiqincə təmsil edə bilər, onu şöhrətləndirər, amma bəlalardan xilas edə bilməz. Dövləti siyasətçi qurar, bədii əsərlə, musiqi ilə dövlət qurulmur. Xalqımız içində çox yayğın (və əsassız) olan “siyasət murdar peşədir” fikrinin əksinə olaraq, mənim fikrimcə, siyasət ciddi, gərəkli və vacib bir peşədir. Bu mənada 1989-cu ildə etdiyim seçimə görə qətiyyən peşman deyiləm...










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Yanacaq bahalaşır, ABŞ aviaşirkətləri yüz milyonlarla zərər edir və uçuşları azaldır - "Business Insider"
Bu gün, 16:46
Söhrab İsmayılov həbs oluna bilər? - İDDİA
Bu gün, 16:44
Pezeşkian hərəkətə keçdi, İsraillə bağlı məlumat yayıldı: - “Xilasetmə” əməliyyatı başladılır
Bu gün, 16:30
Bərdədə Zümürxan gölü zibilliyə çevrilib - FOTO
Bu gün, 16:18
Keçmiş oliqarx-məmur... BU GÜN DƏ QAZANIR... - İLGİNC FAKT
Bu gün, 16:05
Müxalifət üçün itirilmiş ŞANS
Bu gün, 15:48
İran XİN rəhbəri Tehranın tələblərini Pakistana çatdırıb
Bu gün, 15:42
İran ordusu ABŞ-a xəbərdarlıq edib - “Fars”
Bu gün, 15:39
Doğdu günəş qırmızı... İməcliyə apardılar HAMIMIZI... - Nəqşi-cahanın... Talıbovdan qalma NAXŞI...
Bu gün, 15:33
"Özünə arxayın olmaq adamı qudurdur"
Bu gün, 15:20
Zelenskinin Azərbaycana səfəri Z-blogerləri qəzəbləndirdi – “ikili standartlar” yenidən gündəmdə
Bu gün, 15:05
Ukraynanın “marslı”sı rusları dəhşətə gətirdi – 35 min əsgər necə öldürülüb?
Bu gün, 13:19
“Georgian Airways” müflis ola bilər
Bu gün, 13:11
Bakıda yeni oğru PEYDA OLUB: "parik"dən istifadə edir - VİDEO
Bu gün, 13:09
Zelenskinin Bakı səfəri: Gözləntilər nədir? - AKTUAL
Bu gün, 12:49
İranda “işləməyən” Venesuela modeli: fanatiklərin müqaviməti hələ güclüdür - İNCƏLƏMƏ
Bu gün, 12:43
Oğluma məcburən saxta toy etdirdim, pul yığdım...” – Meyxanaçı Samirədən ŞOK AÇIQLAMALAR
Bu gün, 12:22
Deputata məxsus olduğu deyilən şirkətə 498 min manatlıq sifariş - TƏFƏRRÜAT
Bu gün, 12:19
Qaynarinfo.az 19 yaşında! - UĞUR YOLU...
Bu gün, 12:09
Zaqatalada qəzalı vəziyyətdə olan BİNA: Yağış suları evlərə dolur - FOTO
Bu gün, 12:05
AZƏRBAYCANDA MOBİL İNTERNET NİYƏ BAHALAŞIB? - "İstehlakçılara qarşı bu cür davranış yolverilməzdir..."
Bu gün, 11:59
Bakıda yeni proses başlayır: yüzlərlə ailə köçürüləcək - Detallar
Bu gün, 11:46
Ukrayna Prezidenti Volodimir Zelenski Azərbaycanda işgüzar səfərdədir - FOTO
Bu gün, 11:41
Yekaterinburqa dron hücumu − Xəsarət alan var
Bu gün, 11:40
Yeni tikililən binalarda mənzil qiymətlərinin sürətli dəyişməsinin səbəbləri - ARAŞDIRMA
Bu gün, 11:37
İranın gizli təşkilatının rəisi İsrailə casusluğa görə edam edilib -“tabnak”
Bu gün, 11:36
"İki aydan sonra onlar baş nazir olacaqlar” – Paşinyandan səs-küylü AÇIQLAMA
Bu gün, 11:26
Qondarma erməni soyqırımı muzeyində qalmaqal - "Hraparak"
Bu gün, 11:21
Trampın İran strategiyası niyə iflasa uğraya bilər?.. - YƏHUDİ EKSPERT
Bu gün, 11:17
Azərbaycan neftinin qiyməti 114 dollara yüksəlib
Bu gün, 11:15
Turizm Agentlini eyni şirkətə bir gündə iki tender verib - DETALLAR
Bu gün, 11:06
ABŞ-nin yeni prezidenti Rubio ola bilər - Politico nəşri
Bu gün, 11:03
Gəncədə terror qurbanlarının evləri... NECƏ QANUNDAN KƏNAR OLDU... - BU NƏDİ BELƏ?..
Bu gün, 10:56
Ermənistanda Türkiyəyə “müharibə” elan edən kimlərdir? – gizli planın şok detalları
Bu gün, 10:44
Abbas Əraqçi Pakistan ordusunun komandanı ilə görüşdü
Bu gün, 10:42
Sosial media qazancının görünməyən ÜZÜ…
Bu gün, 10:40
İrana nüvə bombası atılacaq - Dövlət Departamentinin keçmiş rəsmisindən şok iddia
Bu gün, 10:26
Azərbaycanda ət tapılmayacaq? - qiymətlət niyə bahalaşır
Bu gün, 10:25
“AzəriQaz” işçilərinin tək dərdi MAAŞ DEYİL Kİ... - NARAZILIQ VAR...
Bu gün, 10:20
“Azercell”in 13-cü ay OYUNBAZLIĞI... - GİLEY
Bu gün, 10:04
Banka borcu olanlara BƏD xəbər - Bundan sonra...
Bu gün, 09:28
"Dəyişən bir şey olmayacaq, amma..." - REAKSİYA
Bu gün, 08:33
TƏBİB pasiyentə xəstə kimi yox... BANKOMAT KİMİ baxır... - BUNA GÖRƏ DƏ...
Bu gün, 08:28
Qadınlar niyə imkanlı kişinin məşuqəsi, sevgilisi olmaq istəyir... - Nura Suri deyir ki...
Bu gün, 08:16
Aİ-də Kiyevə yardım qərarı parçalanmaya səbəb olub - “Politico”
Bu gün, 08:10
Eldar Mahmudovun sabiq kadrı ətrafında çənbər daralır... - Mürsəl İbrahimov NƏ EDƏCƏK...
Bu gün, 07:51
Xəzər sammiti Putinlə Xamenei görüşü üçün ləğv edilməyib - İran səfiri
Bu gün, 07:38
Məktəb direktoru pedaqoji şuranın iclasında səsləndirdiyi ifadələrə görə məhkəməyə verildi - TƏFƏRRÜAT
Bu gün, 07:36
ABŞ-nin İrana qarşı hərbi əməliyyat xərcləri 61 milyard dolları keçib - "Iran War Cost Tracker" portalı
Bu gün, 07:31
Əmrullayevin BATIRDIĞI TƏHSİL: Daha bir məktəbdə insident... - BELƏ HARA GEDİRİK?
Bu gün, 07:30
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru