ABŞ-ın İranı blokadaya almasından bəri 37 gəmi başqa istiqamətə yönləndirilib .....                     Yanacaq bahalaşır, ABŞ aviaşirkətləri yüz milyonlarla zərər edir və uçuşları azaldır .....                     Söhrab İsmayılov həbs oluna bilər? .....                     Pezeşkian hərəkətə keçdi, İsraillə bağlı məlumat yayıldı: .....                     Bərdədə Zümürxan gölü zibilliyə çevrilib .....                     Keçmiş oliqarx-məmur... BU GÜN DƏ QAZANIR... .....                     Müxalifət üçün itirilmiş .....                     İran XİN rəhbəri Tehranın tələblərini Pakistana çatdırıb .....                     İran ordusu ABŞ-a xəbərdarlıq edib .....                     Doğdu günəş qırmızı... İməcliyə apardılar HAMIMIZI... .....                     "Özünə arxayın olmaq adamı qudurdur" .....                     Zelenskinin Azərbaycana səfəri Z-blogerləri qəzəbləndirdi .....                     Ukraynanın “marslı”sı rusları dəhşətə gətirdi .....                     “Georgian Airways” müflis ola bilər .....                     Bakıda yeni oğru PEYDA OLUB: "parik"dən istifadə edir .....                     Zelenskinin Bakı səfəri: Gözləntilər nədir? .....                     İranda “işləməyən” Venesuela modeli: fanatiklərin müqaviməti hələ güclüdür .....                     Oğluma məcburən saxta toy etdirdim, pul yığdım...” .....                     Deputata məxsus olduğu deyilən şirkətə 498 min manatlıq sifariş .....                     Qaynarinfo.az 19 yaşında! .....                     Zaqatalada qəzalı vəziyyətdə olan BİNA: Yağış suları evlərə dolur .....                     AZƏRBAYCANDA MOBİL İNTERNET NİYƏ BAHALAŞIB? .....                     Bakıda yeni proses başlayır: yüzlərlə ailə köçürüləcək .....                     Ukrayna Prezidenti Volodimir Zelenski Azərbaycanda işgüzar səfərdədir .....                     Yekaterinburqa dron hücumu .....                     Yeni tikililən binalarda mənzil qiymətlərinin sürətli dəyişməsinin səbəbləri .....                     İranın gizli təşkilatının rəisi İsrailə casusluğa görə edam edilib .....                     "İki aydan sonra onlar baş nazir olacaqlar” .....                     Qondarma erməni soyqırımı muzeyində qalmaqal .....                     Trampın İran strategiyası niyə iflasa uğraya bilər?.. .....                     Azərbaycan neftinin qiyməti 114 dollara yüksəlib .....                     Turizm Agentlini eyni şirkətə bir gündə iki tender verib .....                     ABŞ-nin yeni prezidenti Rubio ola bilər .....                     Gəncədə terror qurbanlarının evləri... NECƏ QANUNDAN KƏNAR OLDU... .....                     Ermənistanda Türkiyəyə “müharibə” elan edən kimlərdir? .....                     Abbas Əraqçi Pakistan ordusunun komandanı ilə görüşdü .....                     Sosial media qazancının .....                     İrana nüvə bombası atılacaq .....                     Azərbaycanda ət tapılmayacaq? .....                     “AzəriQaz” işçilərinin tək dərdi MAAŞ DEYİL Kİ... .....                 

"İŞİD, digər terrorçu təşkilatlar kimi gizli müxalifət qəfildən baş qaldırır və böyük fəsadlara yol açır" - Sərdar Cəlaloğlu
Tarix: 8-12-2014, 11:08 | Çap et
"İŞİD, digər terrorçu təşkilatlar kimi gizli müxalifət qəfildən baş qaldırır və böyük fəsadlara yol açır"
ADP sədri Sərdar Cəlaloğlu Moderator.az saytı və “Hürriyyət” qəzetinə müsahibəsində Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin sonuncu məqaləsində müxalifət haqqında yer alan bəzi fikirləri şərh etməklə yanaşı, müxalifətin mahiyyəti haqqında da maraqlı fikirlər səsləndirib.

-Sərdar bəy, Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev müxalifətin, QHT sektorunun böyük bir qismini 5-ci kalon adlandırıb və kənar qüvvələrə çalışmaqda ittiham edib. Müxalifətə və ölkə QHT-lərinə bu cür yanaşma nə dərəcədə doğru sayıla bilər?

-Öncə 5-ci kalon ifadəsinin nə demək olduğunu bilmək alzımdır. 5-ci kalonun funksiyalarından biri beynəlxalq administrasiyanın ölkənin idarə edilməsinə yardım etməkdir. Bu nə deməkdir? Qlobal dünyada beynəlxalq təşkilatlarla əməkdaşlıq edən tərəflər bir-birlərinə nəzarət edir. Bu nəzarət isə beynəlxalq administrasiyanın iştirakçılığı ilə həyata keçirilir. Bu nəzarətin effektivliyi iki yolla təmin edilir. Bir, həmin təşkilatların dövlətlə, ikincisi isə QHT-lərlə əlaqələri vasitəsi ilə reallaşır. Buna görə də QHT-lər Azərbaycanın üzərinə götürdüyü öhdəliklərin icrası vəziyyəti ilə bağlı beynəlxalq administrasiyaya məlumat verirlər, necə ki, məlumat verməlidirlər. Vətəndaş cəmiyyətinin funksiyalarından biri budur. Bunu qeyri-adi bir şey kimi qəbul etmək düzgün deyil. Azərbaycanda insan hüquqularının pozulması bizi narahat edir və biz bununla bağlı beynəlxalq təşkilatlara müraciət edirik. Biz niyə bu təşkilatlara müraciət edirik? Ona görə müraciət edirik ki, Azərbaycan bu təşkilatların üzvüdür. Bizim bu təşkilatlar qarşısında öhdəliyimiz var. Bu öhdəliyi isə hökumət götürüb, biz yox. Əgər hökumət bu öhdəliyi götürüb və bununla da beynəlxalq administrasiyaya ölkənin daxili işlərinə qarışmaq imkanı verirsə və bu gün bu, mənfi bir şey kimi dəyərləndirilirsə, o zaman bütün məsuliyyət hökumətin üzərinə düşür. Çünki bu öhdəliyi götürən hökumətdir. Vətəndaş cəmiyyəti isə sadəcə bu öhdəliklərin icrası ilə bağlı beynəlxalq təşkilatlarla əməkdaşlıq edir. Məsələyə dövlətlərin daxili işlərinə qarışmamaqla bağlı sovet dönəmindəki kimi, ikiqütblü dünyanın fəlsəfəsindən yanaşanda, bu doğrudan da qəbahətli görünür. Amma müsir dünyanın, qlobal dünyanın tələblərindən yanaşanda vətəndaş cəmiyyətlərinin beynəlxalq administrasiyanın ölkənin idarə etməsinə yardım etmək və bu idarəetmənin effektivliyini yüksəltmək normaldır.

-R.Mehdiyev məqaləsində sizin “müxalifət zəif olduğu üçün siyasi səhnədən çəkilib” fikrinə də istinad olunub və demək olar ki, müxalifətin mövcudluğu inkar olunub. Sizcə doğrudanmı müxalifət o qədər zəifləyib ki, artıq onu görməzdən gəlmək olar?

-Müxalifət konkret olaraq adam, hansısa fərd deyil ki, ona bu qədər konkret yanaşmaq mümkün olsun. Necə ki, iqtidar yalnız YAP, İlham Əliyev, Ramiz Mehdiyev deyil. Müxalifət də S.Cəlaoğlu, İsa Qəmbər və ya başqası deyil. Dövlət yaranandan bugünə qədər bir hakimiyyət gücləri, bir də hakimiyyətə iddia edən güclər olub. Tarixdə elə bir dövlət, elə bir hal olmayıb ki, orada müxalifət olmasın. Demkratik cəmiyyətlərdə müxalifət aşkar şəkildə fəaliyyət göstərir, cəmiyyətin iştirakı ilə hakimiyyətə gəlir. Antidemokratik cəmiyyətlərdə müxalif güclər gizli olur. Dövlətin və cəmiyyətin həyatında iştirak eləmədən hansısa dolayı yolla hakimiyyətə gəlməyə çalışırlar. Əgər biz bu gün desək ki, Azərbaycanda demokratik müxalifət yoxdur, o zaman deməliyik ki, ölkədə gizlin, qeyri-demokratik, radikal müxalifət mövcuddur. Çünki əks təqdirdə biz deməliyik ki,Azərbaycanda dövlət və hakimiyyət yoxdur. Hakimiyyətiun bir əksikliyi olmalıdır. Kosmosda əksikliklərin vəhdəti və mübarizəsi qanunu mövcuddur. Hakimiyyət varsa, deməli onun əskikliyi olan müxalifət də mövcuddur. Əgər biz desək ki, Azərbaycanda müxalifət yoxdur, bu, həm də o deməkdir ki, ölkədə hakimiyyət də yoxdur. Biz desək ki, Azərbaycanda hakimiyyət var, deməli müxalifət də mövcuddur.

-Amma yəqin siz də etiraf vedərsiniz ki, bu gün müxalifət bəlkə də heç zaman olmadığı qədər zəifdir...

-Bilirsiniz, görünən və görünməyən müxalifət ola bilər. Bəli, hökumət çox sevinir ki, görünən müxalifətin fəaliyyətini məhdudlaşdırır, onu siyasi səhnədən çıxardıb, məhv edib və s. Bəs bunun əvəzində nə qazanıb? Bunun əvəzində görünməyən müxalifət qazanıb. İŞİD, digər terrorçu təşkilatlar kimi gizli müxalifət qəfildən baş qaldırır və böyük fəsadlara yol açır. Hökumətin apardığı siyasət Azərbaycanda görünən müxalifəti sıradan çıxartmağa hesablanıb. Hansı ki, demokratik ölkələrdə müxalifətin mümkün qədər görünən olmasına can atırlar ki, müxalifət qeyri-qanui, qeyri-demokratik üsullardan istifadə etməsin. Məsələn, Türkiyədə niyə PKK təmsilçilərini parlamentə buraxırlar, onların partiya yaratmasına niyə imkan verirlər, hətta onların açıq küçə aksiyalarına belə müdaxilə eləmirlər? Ona görə ki, buna müdaxilə edərlərsə PKK qapalı mübarizəyə keçəcək ki, belə olan halda onunla mübarizə aparmaq daha çətin olacaq. Sözünü açıq şəkildə deyən S.Cəlaloğılu ilə və ya parlamentdə təmsil olunan hər hansı bir şəxslər hökumətin mübarizə aparması çox asandır. Çünki hökumət bu halda bilir ki, kiminlə mübarizə aparır. Amma gizli mübarizə aparan insanların kimlər olduğunu, onların əlində hansı silah, hansı imkanlar olduğunu bilmir. Hökumət bilmir ki, bu gizli qüvvə kimlərlə hansı formada əlaqədədir. Əgər hökumət görünən, dinc müxalifəti sıradan çıxarırsa, faktiki olaraq həm özü, həm də dövlət və xalq üçün çox böyük bir təhlükə hazırlayır. Mən bu iqtidarın məntiqini anlaya bilmirəm. Onlar hey deyirlər ki, müxalifət yoxdur. “Müxalifət yoxdur” ifadəsi o deməkdir ki, dövlət yoxdur. Dövlət varsa, hakimiyyət varsa, deməli müxalifət də var. Qədim şəhər-dövlətlərdən tutmuş xilafatə qədər, ondan sonrakı dövrlərə qədər olub-keçənlərə nəzər salın. Baxın görün hakimiyyət olan yerdə müxalifət olub, ya yox? Bu gün həm YAP-da, həm də müxalif partiyaların özündə belə idarəetməyə müxalif olanlar var. Biznes sektorunda belə idarəedənlərə qarşı müxalif olan şəxslər var. Harda hakimiyyət varsa, orada müxalifət olmalıdır. Bunu yox eləmək mümkün deyil. Ən yaxşı halda görünən müxalifəti yox etmək olar ki, bu da görünməyən müxalifətin formalaşması üçün zəmin yaratmaq deməkdir. Bu isə həm dövlətin, həm də xalqın zərərinədir. Dünya təcrübəsi də bunu göstərir.

-Qərb ölkələrində müxalifətə münasibətdə hansı strategiya sərgilənir?

-Qərb müxalifətin açıq fəaliyyətinə şərait yaradır. Ona görə müxalifətin açıq fəaliyyətinə şərait yaradır ki, bu, gizli qüvvəyə çevrilməsin. Qeyri-qanuni üsullara əl atmasın. Qeyri-qanuni yollarla mübarizə aparmasın. Əks halda bu qüvvələrin mövcudluğu və fəaliyyəti yalnız həmin dövltələr üçün deyil, bütün dünya üçün, bəşəriyyətin sülh və təhlükəsizliyi üçün ciddi təhdiddir. Bu, bütün dünya üçün təhlükə mənbəyidir. Buna görə də demokratik dövlətlər anti-demokratik dövlət və cəmiyyətləri tənqid edirlər. Məsələn, vaxtında Suriyaya təzyiq edib orada insan hüquq və azadlıqlarının inkişafına nail olsaydılar, nə son hadisələr baş verərdi, nə də İŞİD meydana çıxardı. O vaxt Səddam Hüseynə dünya ikiqütblü olduğu üçün təsir edə bilmirdilər. Bu gün də Bəşər Əsəd ona görə öz hakimiyyətini qoruyub saxlayır ki, onun dalında Rusiya dayanır. Bu baxımdan dünyanın ikiqütblü olmasını arzulamaq da yanlışdır. Dünya bir qütblü olmalı, bir hüquqla idarə olunmalıdır. Eyni zamanda heç kəs özünü o qütbün rəhbəri hesab edə bilməz. İkiqütblü dünyada kimlərsə öz düşüncə tərzi və maraqları konteksində demokratiyanı dəstəkləyirdi. Necə ki, Azərbaycandakı demokratiyanı bu gün Rusiya dəstəkləyir. Bunun doğurduğu faciələr göz önündədir. İraq və Suriyada baş verən hadisələrin Avropa və Amerikaya çox böyük mənfi təsirləri olduğuna görə, indi bu dövlətlər daha çox bu qüvvələrə qarşı vuruşmalıdır. Qərb isə öz qüvvəsini iki yerə ayırmaq, iki cəbhədə vuruşmaq istəmir. Istəmrilər ki, buna pul sərf etsinlər, əsgərlərini bu savaşda itirsinlər. Buna görə də rejimləri məcbur edirlər ki, elə bir siyasət aparın ki, sizdə gerilim və qeyri-qanuni yollarla mübarizə aparan müxalifət meydana çıxmasın.

-Demək müxalifətə qarşı mübarizədə kimisə susdurmaq, hansısa partiyanı sıradan çıxartmaq heç də müxalifəti sıradan çıxartmaq anlamına gəlməməlidir?

-Əlbəttə. Siz Həsəni öldürə, Hüseyni tuta bilərsiniz. Bu partiyanı ləğv edə, o partiyanı sıradan çıxarda bilərsiniz. Amma müxalifəti, müxalifətçiliyi ləğv edə bilməzsiniz. Çünki bu, sənin mənim iradəmdən asılı deyil. Müxalifəti ləğv eləmək üçün dövləti və idarəçiliyi ləğv eləmək lazımdır. Bunun üçün gərək öncə siz idarəetmə hüququndan imtina edəsiniz. Bunu eləməlisiniz ki, kimlərsə də sizə tabeçilik hüququndan imtina etsin. Söhbət müxalifətdən gedirsə, məsələyə ümumi yanaşmaq lazımdır. Şəxsdən danışırıqsa, onu pis, yaxşı deyə səciyyələndirə bilərik. Ramiz Mehdiyevi məqaləsində ən böyük qüsur odur ki, o, fərdə məxsus olacaq xüsusiyyətləri ümumi müxalifətçiliyə yönəlik fikir kimi səsləndirir. Bu, ona bənzəyir ki, biz hansısa məmurun və ya YAP-ın yox, Azərbaycan dövlətinin yıxılmasını istəyək. Müxalifətin yox olmasını istəməklə dövlətin yox olmasını istəmək eyni şeydir. Biz siyasi qüvvələrin dəyişilməsini tələb edə bilərik və ya konkret şəxslər haqqında bu fikri səsləndirə bilərik. Müxalifət dövlətin atributlarından biridir. Dövlətin olduğu yerdə müxalifətin mövcudluğu qaçılmazdır.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
ABŞ-ın İranı blokadaya almasından bəri 37 gəmi başqa istiqamətə yönləndirilib - KİV
Bu gün, 03:51
Yanacaq bahalaşır, ABŞ aviaşirkətləri yüz milyonlarla zərər edir və uçuşları azaldır - "Business Insider"
Dünən, 16:46
Söhrab İsmayılov həbs oluna bilər? - İDDİA
Dünən, 16:44
Pezeşkian hərəkətə keçdi, İsraillə bağlı məlumat yayıldı: - “Xilasetmə” əməliyyatı başladılır
Dünən, 16:30
Bərdədə Zümürxan gölü zibilliyə çevrilib - FOTO
Dünən, 16:18
Keçmiş oliqarx-məmur... BU GÜN DƏ QAZANIR... - İLGİNC FAKT
Dünən, 16:05
Müxalifət üçün itirilmiş ŞANS
Dünən, 15:48
İran XİN rəhbəri Tehranın tələblərini Pakistana çatdırıb
Dünən, 15:42
İran ordusu ABŞ-a xəbərdarlıq edib - “Fars”
Dünən, 15:39
Doğdu günəş qırmızı... İməcliyə apardılar HAMIMIZI... - Nəqşi-cahanın... Talıbovdan qalma NAXŞI...
Dünən, 15:33
"Özünə arxayın olmaq adamı qudurdur"
Dünən, 15:20
Zelenskinin Azərbaycana səfəri Z-blogerləri qəzəbləndirdi – “ikili standartlar” yenidən gündəmdə
Dünən, 15:05
Ukraynanın “marslı”sı rusları dəhşətə gətirdi – 35 min əsgər necə öldürülüb?
Dünən, 13:19
“Georgian Airways” müflis ola bilər
Dünən, 13:11
Bakıda yeni oğru PEYDA OLUB: "parik"dən istifadə edir - VİDEO
Dünən, 13:09
Zelenskinin Bakı səfəri: Gözləntilər nədir? - AKTUAL
Dünən, 12:49
İranda “işləməyən” Venesuela modeli: fanatiklərin müqaviməti hələ güclüdür - İNCƏLƏMƏ
Dünən, 12:43
Oğluma məcburən saxta toy etdirdim, pul yığdım...” – Meyxanaçı Samirədən ŞOK AÇIQLAMALAR
Dünən, 12:22
Deputata məxsus olduğu deyilən şirkətə 498 min manatlıq sifariş - TƏFƏRRÜAT
Dünən, 12:19
Qaynarinfo.az 19 yaşında! - UĞUR YOLU...
Dünən, 12:09
Zaqatalada qəzalı vəziyyətdə olan BİNA: Yağış suları evlərə dolur - FOTO
Dünən, 12:05
AZƏRBAYCANDA MOBİL İNTERNET NİYƏ BAHALAŞIB? - "İstehlakçılara qarşı bu cür davranış yolverilməzdir..."
Dünən, 11:59
Bakıda yeni proses başlayır: yüzlərlə ailə köçürüləcək - Detallar
Dünən, 11:46
Ukrayna Prezidenti Volodimir Zelenski Azərbaycanda işgüzar səfərdədir - FOTO
Dünən, 11:41
Yekaterinburqa dron hücumu − Xəsarət alan var
Dünən, 11:40
Yeni tikililən binalarda mənzil qiymətlərinin sürətli dəyişməsinin səbəbləri - ARAŞDIRMA
Dünən, 11:37
İranın gizli təşkilatının rəisi İsrailə casusluğa görə edam edilib -“tabnak”
Dünən, 11:36
"İki aydan sonra onlar baş nazir olacaqlar” – Paşinyandan səs-küylü AÇIQLAMA
Dünən, 11:26
Qondarma erməni soyqırımı muzeyində qalmaqal - "Hraparak"
Dünən, 11:21
Trampın İran strategiyası niyə iflasa uğraya bilər?.. - YƏHUDİ EKSPERT
Dünən, 11:17
Azərbaycan neftinin qiyməti 114 dollara yüksəlib
Dünən, 11:15
Turizm Agentlini eyni şirkətə bir gündə iki tender verib - DETALLAR
Dünən, 11:06
ABŞ-nin yeni prezidenti Rubio ola bilər - Politico nəşri
Dünən, 11:03
Gəncədə terror qurbanlarının evləri... NECƏ QANUNDAN KƏNAR OLDU... - BU NƏDİ BELƏ?..
Dünən, 10:56
Ermənistanda Türkiyəyə “müharibə” elan edən kimlərdir? – gizli planın şok detalları
Dünən, 10:44
Abbas Əraqçi Pakistan ordusunun komandanı ilə görüşdü
Dünən, 10:42
Sosial media qazancının görünməyən ÜZÜ…
Dünən, 10:40
İrana nüvə bombası atılacaq - Dövlət Departamentinin keçmiş rəsmisindən şok iddia
Dünən, 10:26
Azərbaycanda ət tapılmayacaq? - qiymətlət niyə bahalaşır
Dünən, 10:25
“AzəriQaz” işçilərinin tək dərdi MAAŞ DEYİL Kİ... - NARAZILIQ VAR...
Dünən, 10:20
“Azercell”in 13-cü ay OYUNBAZLIĞI... - GİLEY
Dünən, 10:04
Banka borcu olanlara BƏD xəbər - Bundan sonra...
Dünən, 09:28
"Dəyişən bir şey olmayacaq, amma..." - REAKSİYA
Dünən, 08:33
TƏBİB pasiyentə xəstə kimi yox... BANKOMAT KİMİ baxır... - BUNA GÖRƏ DƏ...
Dünən, 08:28
Qadınlar niyə imkanlı kişinin məşuqəsi, sevgilisi olmaq istəyir... - Nura Suri deyir ki...
Dünən, 08:16
Aİ-də Kiyevə yardım qərarı parçalanmaya səbəb olub - “Politico”
Dünən, 08:10
Eldar Mahmudovun sabiq kadrı ətrafında çənbər daralır... - Mürsəl İbrahimov NƏ EDƏCƏK...
Dünən, 07:51
Xəzər sammiti Putinlə Xamenei görüşü üçün ləğv edilməyib - İran səfiri
Dünən, 07:38
Məktəb direktoru pedaqoji şuranın iclasında səsləndirdiyi ifadələrə görə məhkəməyə verildi - TƏFƏRRÜAT
Dünən, 07:36
ABŞ-nin İrana qarşı hərbi əməliyyat xərcləri 61 milyard dolları keçib - "Iran War Cost Tracker" portalı
Dünən, 07:31
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru