Trampın qəbulunda atəş açan şəxs saxlanıldı .....                     Donald Tramp tədbir zamanı atışmanın baş verdiyi yerdədir .....                     "Dəfələrlə əlaqə saxlasam da..." .....                     " Allaha min şükür ki, Azərbaycan “pro-Rusiya” olmadı..." .....                     TÜRKÜN TANRISI TƏBİƏTDƏDİR! .....                     Bu gün Əflatun Amaşov üçün ÖZƏL GÜNDÜR .....                     Din Dövlətdən ayrıdır, bəs din futboldan ayrıdırmı? .....                     Tramp və Vens Vaşinqtonda qəbul zamanı baş verən ATIŞMADA xəsarət almayıb .....                     Kürdəmir Psixiatriya Xəstəxanası deyil, sanki qul düşərgəsidir" .....                     ABŞ Prezidenti Ağ Evdə Müxbirlər Assosiasiyası üzvlərinin qəbulu zamanı təxliyə edilib .....                     İcra başçısına etiraz edən vətəndaş avtomobilinə od vurdu .....                     Şahin Mehdiyev Qarabağda işçiləri işlədib, pulunu vermir… .....                     Binəqədidə tikinti xaosuna KİM RƏVAC VERİR... .....                     Güllü İbadovaya necə vəzifə həvalə olunur? .....                     İran təzyiq altında danışıqlarda iştirak etməyəcək .....                     AHİK-də nə dəyişib: sədr, yoxsa idarəetmə? .....                     Təhsil geriləyib, yoxsa DİM sərt siyasətə keçib? .....                     Bakı şəhəri üzrə Təhsil İdarəsinin “boz kardinal”ı: .....                     Goranboyda icra başçısı Məhərrəm Quliyev qaziləri dinləmir... .....                     “Yaxşı ki, mədəniyyət evində kazino açmayıblar” .....                     Bakının kriminal məktəbləri: Hansı qadağalara ehtiyac var? .....                     Adil Əliyevin bu özbaşınalıqdan xəbəri yoxdursa.... .....                     Dialoq məkanı kimi Azərbaycanın təklif olunması təsadüfi deyil .....                     SEPAH-dan kritik açıqlama .....                     Zaur Kamal efirə qayıdır? .....                     ABŞ-ın İranı blokadaya almasından bəri 37 gəmi başqa istiqamətə yönləndirilib .....                     Yanacaq bahalaşır, ABŞ aviaşirkətləri yüz milyonlarla zərər edir və uçuşları azaldır .....                     Söhrab İsmayılov həbs oluna bilər? .....                     Pezeşkian hərəkətə keçdi, İsraillə bağlı məlumat yayıldı: .....                     Bərdədə Zümürxan gölü zibilliyə çevrilib .....                     Keçmiş oliqarx-məmur... BU GÜN DƏ QAZANIR... .....                     Müxalifət üçün itirilmiş .....                     İran XİN rəhbəri Tehranın tələblərini Pakistana çatdırıb .....                     İran ordusu ABŞ-a xəbərdarlıq edib .....                     Doğdu günəş qırmızı... İməcliyə apardılar HAMIMIZI... .....                     "Özünə arxayın olmaq adamı qudurdur" .....                     Zelenskinin Azərbaycana səfəri Z-blogerləri qəzəbləndirdi .....                     Ukraynanın “marslı”sı rusları dəhşətə gətirdi .....                     “Georgian Airways” müflis ola bilər .....                     Bakıda yeni oğru PEYDA OLUB: "parik"dən istifadə edir .....                 

“Elçibəyə dedim ki, yeganə çıxış yolun Heydər Əliyevi Bakıya çağırmaqdır...” - “91-lər”in qocamanlarından biri ilginc açıqlamalarda bulundu
Tarix: 30-12-2014, 10:27 | Çap et
“Elçibəyə dedim ki, yeganə çıxış yolun Heydər Əliyevi Bakıya çağırmaqdır...”
“91-lər” Yeni Azərbaycan Partiyasının Qızıl Fondudur… Onlar çox cəsarətli, qorxmaz, cəsur, vətənpərvər insanlardır, onlar hər cür yüksək qiymətə layiqdir, bütün qapılar onların üzünə açıq olmalıdır…” (Heydər Əliyev).

Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni İl bayramları ərəfəsində son üç onillikdə Azərbaycan dövlətçiliyinin formalaşmasında və güclənməsində danılmaz xidmətləri olmuş məşhur “91”lərdən biri, ömrünün qürub çağını yaşayan BDU-nun professoru, görkəmli islamşünas alim Əsədulla Qurbanovu ziyarət etməyə qərar verdik. Siyasi marafonda 1950-ci illərdən start götürən qocaman alim ahıl yaşına rəğmən “Final”da özünü çox gümrah apardı...

- Əsədulla müəllim, ilk dəfə gizli və ya açıq siyasi fəaliyyətlə nə vaxtdan məşğul olmağa başlamısız?
- Açıq siyasi fəaliyyətə, demək olar ki, hələ 1953-54-cü illərdə - Balakənin doğma Katex kəndində orta məktəbin IX sinfində oxuyarkən başlamışam. 1953-cü il martın 5-də SSRİ lideri İ.Stalinin vəfatı münasibətilə məktəbimizin komsomolçuları adından etdiyim çıxış rayon mərkəzindən gəlmiş nümayəndələr tərəfindən də bəyənilmişdi. X sinifdə isə məktəbdə şagirdlər arasında ideya tərbiyə işləri də mənə tapşırılmışdı. 1957-ci ildə indiki BDU-nun filologiya fakültəsinin tələbəsi kimi ictimai-siyasi fəaliyyətimi davam etdirdim. Universitetin “Lenin tərbiyəsi uğrunda” çoxtirajlı qəzetinin müxbiri işləyirdim. Universitetdə Mir Cəlal Paşayev, Həmid Araslı, Abbas Zamanlı, Əli Sultanlı və s. kimi tanınmış professor və müəllimlərdən dərs almışam...

“Tələbə ikən Heydər Əliyevdən müsahibə götürmüşəm...”

- Yəqin müxbir kimi müəllimlərinizdən müsahibə də alırdınız?
- Bəli, müəllimlərimizdən də, tələbələrdən də qəzetimiz üçün maraqlı müsahibələr götürürdüm. Yadıma çox maraqlı bir epizodu saldınız. 1957-ci il idi. Bir dəfə redaktor tapşırıq verdi ki, tarix fakültəsinin müdavimlərindən birindən müsahibə götür. Dekanlığa müraciət etdim. Məsləhət gördülər ki, 106-cı auditoriyada Aslan Aslanov tarix fakütəsinin tələbələrinə estetikadan dərs deyir, tənəffüsdə ona yaxınlaş. Zəng vurulan kimi Aslan müəllimə yaxınlaşıb məqsədimi çatdırdım. O, dərhal yaxınlıqda dayanan ucaboy, yaraşıqlı, səliqə-sahmanlı bir cavanı göstərib dedi: -Budur, əlaçı tələbələrimizdən biri - Əliyev! O, sənin bütün suallarına cavab verər.

Həmin tələbəyə yaxınlaşıb tanış oldum... Bax, bu müsahibə mənim Heydər Əliyevlə ilk tanışlığıma vəsilə oldu. Yadımdadır ki, o vaxt hələ gələcəkdə kim olmayacağını bilmədiyim əlaçı tələbə ilə sual-cavabımız təxminən belə oldu:

“- Siz fəlsəfi fənlərdən hansını daha çox sevirsiz?
Heydər Əliyev:
- Estetikanı.
- Nə üçün məhz estetikanı?
- Çünki Aslan müəllim gözəlliyin fəlsəfi mahiyyəti haqqında bizə çox maraqlı mühazirələr oxuyur...”.

Müsahibə universitet qəzetində çap olundu. Çox xoşbəxtəm ki, hələ tələbə ikən Heydər Əliyevdən bəlkə də ilk müsahibəni mən götürmüşəm...

- Tanınmış tələbəlik yoldaşlarınızdan kimlər yaddaşınızda daha qabarıq izlər qoyub?
- Tələbə yoldaşlarım arasında ictimai-siyasi fəaliyyətləri ilə tanınmış mərhumlar Əbülfəz Əliyev (Elçibəy) və Sabir Azəri barədə xüsusi danışmaq istərdim.

Sonradan jurnalist və yazıçı kimi məşhurlaşmış Sabir Azəri – Xruşovun hakimiyyətə gəlişindən sonra Stalinin şəxsiyyətə pərəstişi ilə mübarizə mövqeyini bəyənməyərək Stalini müdafiə edən insanlardan idi. Buna görə onu 50-ci illərin ikinci yarısında həbs etmişdilər. Əbülfəz Əliyev isə bütövlükdə sosializm sisteminin əleyhinə olduğundan 70-ci illərdə də onu da bir müddət həbsxanada yatırtdılar. Həbsdən çıxandan sonra sağlamlığını bərpa etməkdə və işə düzəltməkdə ona əlimdən gələn köməyi göstərmişəm. Mən isə sovet-sosialist sisteminə qarşı yox, cəmiyyətdə sosial ədalətin pozulmasına səbəb olan bir para rüşvətxor və bürokrat dövlət məmurlarına qarşı idim. Qeyd edim ki, bu gün də həmin mövqedəyəm...

Əsədulla Qurbanov 1957-1982-ci illərdə Oqtay Eldəgəz, Xudu Məmmədli, Yusif Məmmədəliyev kimi görkəmli Azərbaycan ziyalılarının rəhbərlik etdiyi, müstəqillik ideyalarının yenidən oyanması üçün çalışan Milli Azadlıq Qərargahı adlı gizli təşkilatda da tələbə ikən bir müddət fəaliyyət göstərib. Lakin onun siyasi bioqrafiyasında ən parlaq məqam 1991-1993-cü illərdə Naxçıvanda yaşayan Heydər Əliyevin yenidən Azərbaycan rəhbərliyinə qayıtması üçün məşhur 91-lər sırasında göstərdiyi xidmətlərlə bağlıdır.

Ə.Qurbanov:
- Mən hələ Heydər Əliyevin Azərbaycan KPMK-nın I katibi olduğu, eləcə də sovet rəhbərliyində işlədiyi illərdə onun sosial ədalətsizliyə qarşı mübarizəsini dəstəkləmişəm... 1982-ci ildə Rusiyanın Rostov Dövlət Universitetində 5 aylıq ixtisasartırma kursu keçirdim. İlk günlərdən diqqət etdim ki, universitetin zalında Siyasi Büro üzvlərinin portretləri arasında H.Əliyein portreti sonuncu sıradadır. Ancaq fürsət tapıb bu barədə etirazımı universitet rəhbərliyinə çatdıra bilmirdim. Həmin ilin noyabrında SSRİ rəhbəri L.İ.Brejnev vəfat etmişdi. Onun anım mərasimində rektor Yuri Jdanova yaxınlaşıb etirazımı çatdıra bildim. O, cavab verdi ki, axı Əliyev yenicə büro üzvlüyünə qəbul edilib. İzah etdim ki, bunun məsələyə dəxli yoxdur, büro üzvlərinin adları əlifba sırasıyla düzülür və buna görə də H.Əliyevin adı ikinci olmalıdır. Rektor razılaşıb səhvini etiraf etdi və Heydər Əliyevin portretini ikinci yerdə asdırdı.

Qorbaçov H.Əliyevi SSRİ rəhbərliyindən kənarlaşdırdıqdan və o, Naxçıvana gəldikdən sonra biz bir qrup ziyalı yeni bir təşkilat yaradıb, onu həmin qurumun başına gətirmək, sonra da ölkə rəhbərliyinə qayıdışını təşkil etmək fikrinə düşdük. Bu minvalla Yeni Azərbaycan Partiyasının əsası qoyuldu. O zaman Naxçıvan Ali Məclisinin sədri olan Heydər Əliyev o dövrkü şəraiti və yaşını nəzərə alaraq YAP rəhbəri olmaq istəmirdi. Ancaq mərhum akademik Ziya Bünyadov, Fərəməz Maqsudov, Sirus Təbrizli, X.Ulutürk və s. başda olmaqla 91 nəfərin imzaladığı müraciətlə onu Azərbaycan xalqının xilası naminə bu işə dəvət etdik. Bu dəfə H.Əliyev müraciətimizə müsbət cavab verdi. Başda “91-lər” olmaqla 550 ziyalı və fəal Naxçıvana yollandıq. Beləliklə, 1992-ci il noyabrın 21-də YAP-ın ilk təsis konfransını keçirdik. Orada H.Əliyev özü məni YAP Siyasi Şurasına üzv seçdi...

Heydər Əliyev onun partiya lideri, Elçibəy isə tələbəlik yoldaşı idi...

- 1993-cü ilin gərgin iyun günlərində o vaxtkı prezident Elçibəylə tələbə yoldaşı idiniz. Digər tərəfdən isə Heydər Əliyevin lideri olduğu YAP-ın Siyasi Şura üzvü, həmin partiyanın yaradıcılarından və ən fəal üzvlərindən idiniz. Maraqlıdır, bu halda necə davrandınız?
- Həmişə olduğu kimi, o, təlatümlü günlərdə də mənim üçün öncə Azərbaycan xalqının, dövlətçiliyinin mənafeyi idi. Rəhbərliyində olduğum YAP da məhz vətənimizin, dövlətçiliyimizin xilası üçün köklənmişdi... 1993-cü il iyunun 5-də rəhmətlik Rəfael Allahverdiyevlə birgə YAP-ın “Nərimanov” metro stansiyası yaxınlığındakı mərkəzi qərargahında əyləşib, Naxçıvanda olan partiya lideri Heydər Əliyevdən göstərişlər gözləyirdik. Artıq Gəncədə Surət Hüseynovun rəhbərlik etdiyi olaylar başlamışdı. Ulu öndər zəng etdi və Rəfael Allahverdiyevə dedi ki, Gəncədəki hadisələr Azərbaycanın sonuna çıxa bilər, onun qarşısını mütləq almaq lazımdır. O, məsləhət gördü ki, “91-lər”in nümayəndələri başda olmaqla, bir qrup ziyalı o vaxtkı prezident Ə.Elçibəyin yanına gedib onu başa salsın ki, qiyamın qarşısını təcili almaq lazımdır. Sonra Heydər müəllim R.Allahverdiyevə daha bir tapşırıq verdi: “Rəfael, professor Əsədulla Qurbanovu tap və onunla birgə Azərbaycanın tanınmış ağsaqqallarından biri olan İmam Mustafayevin yanına gedib ondan xahiş edin ki, Elçibəylə görüşüb, ona Gəncəyə yollanıb orada danışıqlar aparmaq üçün komissiya yaratmağı məsləhət görsün...”. Rəfael müəllim H.Əliyevə yanında olduğumu söylədikdən sonra partiya lideri mənimlə də danışıb İ.Mustafayevlə görüşməyin vacibliyini bir daha vurğuladı...

“Elçibəyə dedim ki, yeganə çıxış yolun Heydər Əliyevi Bakıya çağırmaqdır...”

Bundan sonra Ə.Qurbanov həmin vaxt ağır vəziyyətdə xəstə yatan İmam Mustafayevin yanına yollanır və onu özündə güc tapıb Azərbaycanın xilası naminə Gəncəyə yollanması üçün dilə tutur. Və buna nail olur. Prezident Elçibəyin yanında İmam Mustafayev sədr, Əsədulla Qurbanov müavin olmaqla, bir qrup tanınmış ziyalıdan ibarət dövlət komissiyası yaradılır və onun üzvləri Gəncəyə yollanır...

Ə.Qurbanov:
- Gəncədən qayıdıb parlamentdə vəziyyəti Elçibəyə məruzə etdikdən sonra o, qalan komissiya üzvlərini yola salıb məndən qalmağımı xahiş etdi. Qaldım. O dedi ki, biz səninlə tələbə yoldaşı olmuşuq. Həbsdən çıxanda xəstə idim, iki ay məni kəndinizdə saxlamısan. Sonra da Əlyazmalar İnstitutunda işə düzəltmisən. Sənə inanıram. Ona görə də hamını yola salıb səni saxlatdım. Bu Surət ipə-sapa yatmır. Mənə bir yol göstər. Nə edim? Heydər Əliyev 1993-cü ilin aprelində qardaşı Həsən Əliyevin yasına gələndə onunla xeyli söhbət etdik. O, mənə çoxlu faydalı məsləhətlər verdi. Amma yanımdakı bəzi “mehralı”lar (işə-gücə yaramayan adamlar) imkan vermir işləməyə. Sonra H.Əliyev Moskvaya gedib-qayıtdı, yenə görüşdük, yenə xeyli məsləhətlər verdi. Ancaq yenə də yanımdakılar... İndi də H.Əliyevlə məsləhətləşmək istəyirəm, zəng edirəm, telefonu götürmür...

Əbülfəz bəyə dedim ki, indi sənin yeganə çıxış yolun Heydər Əliyevi Bakıya dəvət etməkdir. Təklif etdim ki, bir də zəng elə, yəqin cavab verər. Doğrudan da bu dəfə xoşbəxtlikdən Heydər müəllimin köməkçisi telefonu götürdü və onu Elçibəylə calaşdırdı. Elçibəy soruşdu ki, nə deyim. Dedim vəziyyəti ətraflı izah et və “91-lər” başda olmaqla Azərbaycan xalqı adından onu Bakıya dəvət et. Bu qayda ilə Elçibəy H.Əliyevlə danışdı və o, ertəsi gün Bakıya gəlməyə razılaşdı. Orada olduğumu biləndən sonra mənimlə də danışdı və soruşdu ki, Əsədulla müəllim, Elçbəyə inanmaq olarmı. Cavab verdim ki, bəli, Heydər müəllim, artıq o, bütün səhvlərini başa düşüb. Bu minvalla iyunun 9-da H.Əliyev Bakıya gəldi, 13-də özü Gəncəyə getdi və 15-də Ali Sovetin sədri seçildi... Bax, Qurtuluş Gününün yetişməsi, yəni Heydər Əliyevin Bakıya gələrək Azərbaycanı fəlakətdən, müstəqilliyini itirməkdən xilas etməsi üçün biz belə işlər görmüşük...

Xatırladaq ki, professor Əsədulla Qurbanovun təşəbbüsü ilə 1999-cu ildə prezident Heydər Əliyevin göstərişi əsasında BDU-nun ilahiyyat fakültəsinin nəzdində İslamşünaslığın Tədrisi və Tədqiqi Elmi Mərkəzi yaradılmışdır. Hazırda professor həmin qurumun rəhbəridir. O, eyni zamanda “İdeal Sülhün Təbliği Fondu”nun vitse-prezidentidir. 3-4 aprel 2007-ci ildə “Heydər Əliyev və Azərbaycanda din siyasəti: gerçəkliklər və perspektivlər“ adlı simpoziumda, 2008-ci il 8 iyun “Dinlər arası dialoq” beynəlxalq konfrans və s. beynəlxalq tədbirlərdə iştirak edib. İranda keçirilmiş belə tədbirlərdən birində BMT-nin Beynəlxalq Sülh Səfiri seçilmişdir. İslamşünas alim 78 yaşında da yorulmadan çalışır. “Heydər Əliyevin Şərq siyasətində islam amili”, “Heydər Əliyev və islam”, “Terrorçuluğa qarşı mübarizədə Azərbaycanın mövqeyi birmənalıdır” və s. əsər və məqalələrin müəllifidir.

...Əsədulla müəllimin II Cahan müharibəsi dövrünə düşən uşaqlığı çox ağır keçib. İki aylığında atasını, sonra isə anasını itirib. Həyatındakı bütün nailiyyətləri, yüksək adları öz gərgin zəhməti hesabına əldə edib...

- Əsədulla müəllim, tanınmış elm xadimisiniz. Bəs siyasətə qoşulduğunuza görə peşman deyilsiz ki?
- Qətiyyən yox. Hər şeydən əvvəl ona görə ki, dövlətin güclü olması, vətənin çiçəklənməsi naminə ilk növbədə ziyalılar çalışmalıdır. Və mən bunu özümə borc bilərək yaşadığım çətinlik və məhrumiyyətlərə baxmayaraq, Azərbaycanın müstəqilliyi, azadlığı, dövlətçiliyimizin güclənməsi üçün əlimdən gələni etmişəm və ömrümün sonunadək də bu əqidədə, bu yoldayam...










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Trampın qəbulunda atəş açan şəxs saxlanıldı - “Truth Social”
Bu gün, 06:09
Donald Tramp tədbir zamanı atışmanın baş verdiyi yerdədir - Ağ Ev
Bu gün, 06:07
"Dəfələrlə əlaqə saxlasam da..." - GİLEY
Bu gün, 06:00
" Allaha min şükür ki, Azərbaycan “pro-Rusiya” olmadı..." - partiya sədri
Bu gün, 05:51
TÜRKÜN TANRISI TƏBİƏTDƏDİR! - Murad Köhnəqala yazır...
Bu gün, 05:48
Bu gün Əflatun Amaşov üçün ÖZƏL GÜNDÜR - qəzetə çevrilən ADAM...
Bu gün, 05:39
Din Dövlətdən ayrıdır, bəs din futboldan ayrıdırmı? - Saqqalılar imperiyasının çöküşü…
Bu gün, 05:35
Tramp və Vens Vaşinqtonda qəbul zamanı baş verən ATIŞMADA xəsarət almayıb - YENİLƏNDİ
Bu gün, 05:29
Kürdəmir Psixiatriya Xəstəxanası deyil, sanki qul düşərgəsidir" – ŞOK İDDİALAR
Bu gün, 05:18
ABŞ Prezidenti Ağ Evdə Müxbirlər Assosiasiyası üzvlərinin qəbulu zamanı təxliyə edilib - VİDEO
Bu gün, 05:14
İcra başçısına etiraz edən vətəndaş avtomobilinə od vurdu - TƏFƏRRÜAT
Bu gün, 05:11
Şahin Mehdiyev Qarabağda işçiləri işlədib, pulunu vermir… - NARAZILIQ VAR...
Bu gün, 05:05
Binəqədidə tikinti xaosuna KİM RƏVAC VERİR... - FOTOLAR
Bu gün, 05:00
Güllü İbadovaya necə vəzifə həvalə olunur? - İLGİNC FAKTLAR
Bu gün, 04:55
İran təzyiq altında danışıqlarda iştirak etməyəcək - Pezeşkian
Bu gün, 04:49
AHİK-də nə dəyişib: sədr, yoxsa idarəetmə? - Çingiz Hacıyevin “Kurort”u və Buzovna filialı “ailə şirkəti”dirmi?
Bu gün, 04:43
Təhsil geriləyib, yoxsa DİM sərt siyasətə keçib? - Ekspert deyir ki...
Bu gün, 04:37
Bakı şəhəri üzrə Təhsil İdarəsinin “boz kardinal”ı: - Turanə Məcidlinin sürətli inkişafının sirri
Bu gün, 04:36
Goranboyda icra başçısı Məhərrəm Quliyev qaziləri dinləmir... - Arzu Məmmədovu buna görə himayə edir
Bu gün, 04:31
“Yaxşı ki, mədəniyyət evində kazino açmayıblar” - Akif İslamzadədən sərt TƏNQİD
Bu gün, 04:23
Bakının kriminal məktəbləri: Hansı qadağalara ehtiyac var? - AKTUAL
Bu gün, 04:20
Adil Əliyevin bu özbaşınalıqdan xəbəri yoxdursa.... - BU NƏDİ BELƏ?
Bu gün, 04:18
Dialoq məkanı kimi Azərbaycanın təklif olunması təsadüfi deyil - ŞƏRH
Bu gün, 04:09
SEPAH-dan kritik açıqlama - “Hərbi hücum üçün zəmin hazırlayanlar məhv edildi”
Bu gün, 04:03
Zaur Kamal efirə qayıdır? – ARB açıqlama yaydı
Bu gün, 03:59
ABŞ-ın İranı blokadaya almasından bəri 37 gəmi başqa istiqamətə yönləndirilib - KİV
Bu gün, 03:51
Yanacaq bahalaşır, ABŞ aviaşirkətləri yüz milyonlarla zərər edir və uçuşları azaldır - "Business Insider"
Dünən, 16:46
Söhrab İsmayılov həbs oluna bilər? - İDDİA
Dünən, 16:44
Pezeşkian hərəkətə keçdi, İsraillə bağlı məlumat yayıldı: - “Xilasetmə” əməliyyatı başladılır
Dünən, 16:30
Bərdədə Zümürxan gölü zibilliyə çevrilib - FOTO
Dünən, 16:18
Keçmiş oliqarx-məmur... BU GÜN DƏ QAZANIR... - İLGİNC FAKT
Dünən, 16:05
Müxalifət üçün itirilmiş ŞANS
Dünən, 15:48
İran XİN rəhbəri Tehranın tələblərini Pakistana çatdırıb
Dünən, 15:42
İran ordusu ABŞ-a xəbərdarlıq edib - “Fars”
Dünən, 15:39
Doğdu günəş qırmızı... İməcliyə apardılar HAMIMIZI... - Nəqşi-cahanın... Talıbovdan qalma NAXŞI...
Dünən, 15:33
"Özünə arxayın olmaq adamı qudurdur"
Dünən, 15:20
Zelenskinin Azərbaycana səfəri Z-blogerləri qəzəbləndirdi – “ikili standartlar” yenidən gündəmdə
Dünən, 15:05
Ukraynanın “marslı”sı rusları dəhşətə gətirdi – 35 min əsgər necə öldürülüb?
Dünən, 13:19
“Georgian Airways” müflis ola bilər
Dünən, 13:11
Bakıda yeni oğru PEYDA OLUB: "parik"dən istifadə edir - VİDEO
Dünən, 13:09
Zelenskinin Bakı səfəri: Gözləntilər nədir? - AKTUAL
Dünən, 12:49
İranda “işləməyən” Venesuela modeli: fanatiklərin müqaviməti hələ güclüdür - İNCƏLƏMƏ
Dünən, 12:43
Oğluma məcburən saxta toy etdirdim, pul yığdım...” – Meyxanaçı Samirədən ŞOK AÇIQLAMALAR
Dünən, 12:22
Deputata məxsus olduğu deyilən şirkətə 498 min manatlıq sifariş - TƏFƏRRÜAT
Dünən, 12:19
Qaynarinfo.az 19 yaşında! - UĞUR YOLU...
Dünən, 12:09
Zaqatalada qəzalı vəziyyətdə olan BİNA: Yağış suları evlərə dolur - FOTO
Dünən, 12:05
AZƏRBAYCANDA MOBİL İNTERNET NİYƏ BAHALAŞIB? - "İstehlakçılara qarşı bu cür davranış yolverilməzdir..."
Dünən, 11:59
Bakıda yeni proses başlayır: yüzlərlə ailə köçürüləcək - Detallar
Dünən, 11:46
Ukrayna Prezidenti Volodimir Zelenski Azərbaycanda işgüzar səfərdədir - FOTO
Dünən, 11:41
Yekaterinburqa dron hücumu − Xəsarət alan var
Dünən, 11:40
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru