Gürcüstanda 55 əcnəbi saxlanıldı .....                     Deputat Aydın Mirzəzadənin sərgüzəştləri .....                     Bu komitəyə yeni sədr seçildi .....                     Hakim Elnur Nuriyev bir dələduza niyə HÖKM oxumur? .....                     Məhkəmə sələmçi qadını və onun ərini öldürən ömürlük məhkumla bağlı qərar çıxardı .....                     Rövşən Rzayev keçmiş icra başçısı Tahir Kərimovun şirkətinə yaşıl işıqlar yandırır .....                     Nizami Kino Mərkəzinin direktoru işdən çıxıb, yerinə müvəqqəti təyinat olub .....                     Mərkəzi Bankın tenderi niyə ləğv olundu? .....                     Milli Məclis MSK-nın yeni tərkibini təsdiqləyib .....                     Şərurun icra başçısı etirazçını DƏLİXANAYA SALDIRDI .....                     Gərginlik artır: Ermənistan sülhə ağır zərbə vurdu .....                     MSK-nın yeni üzvlərinin adları açıqlandı .....                     Neft məhsulları ilə məşğul olan xarici şirkət Azərbaycandan gedir .....                     Zaur Baxşəliyev yenə ATV-də: .....                     Əliyevin açıqlamasında mühüm siqnallar .....                     “PAŞA Management Company” adını dəyişir .....                     Hərbiyə ən çox pul xərcləyən ölkələr .....                     Üçüncü İran müharibəsi başlayıb: .....                     Azərbaycanda bu zavodun fəaliyyəti 10 il müddətinə dayandırılır .....                     “Azparkinq”: Rahatlıq vəd edib narazılıq yaradan sistem .....                     Kasparovun adamı həbsxanada öldü .....                     "Ram Holdinq" ətrafında qalmaqallı iddialar... .....                     Sabah Hacı Vəliyevə hökm oxunacaq .....                     Oğlunu qətlə yetirən ata: .....                     Vüqar Qurbanovun SONUNCU ƏMRİ: xəstələrə baha başa gələ bilər... .....                     Məhkəmə sələmçi qadını və onun ərini öldürən ömürlük məhkumla bağlı qərar çıxardı .....                     Faiq Qürbətovun tenderi LƏĞV OLUNDU .....                     Mahmudovlarla birləşən hakim cəzalandırılacaqmı? .....                     Kürəkənini yandıraraq öldürməkdə təqsirləndirilən şəxsin cinayət işinin detalları .....                     İrandan ABŞ-yə yeni təklif .....                     TƏBİB-in yeni rəhbərliyi buralara mütləq nəzər salmalıdır... .....                     Mədəniyyətin Adil Kərimli dövrünün PƏRDƏARXASI .....                     “Birmarket”in müştərilərə ONLAYN TƏLƏSİ... .....                     İran–Azərbaycan münaqişəsi niyə baş vermədi .....                     ABŞ–İran qarşıdurması Aİ üçün siyasi böhran riski yaradır .....                     Rusiya Ukrayna ilə bağlı ABŞ-la təmaslara açıqdır .....                     İranın yeni təklifi Hörmüz boğazının açılmasını nəzərdə tutur .....                     Yaponlar Hörmüzə qoşun yeridir? .....                     Azərbaycanda baş verən qəribə hadisədə İran izi? .....                     Gəncədə başçıya söykənən ÖZBAŞINALIQ .....                 

“Birləşmək niyyətimiz yoxdur”
Tarix: 26-11-2015, 13:23 | Çap et
“Birləşmək niyyətimiz yoxdur”
Müxalif partiyaların daxilindəki narazılıqlar nəinki səngimir, hətta məsələlər artıq məhkəmə müstəvisində həll olunur. Məsələn, bu günlərdə Binəqədi rayon Məhkəməsində Müsavat Partiyasının son qurultayının nəticələrindən narazı qalan bir qrup şəxsin müraciəti ilə bağlı hazırlıq iclası keçirilib. Narazılar Qubad İbadoğlu tərəfdarları olduğuna görə Müsavat bunu Azərbaycan Demokratiya və Rifah Hərəkatının (ADR) partiyaya qarşı fəaliyyəti hesab etdiyini gizlətməyib. Oxşar proses AXCP-də də yaşanır. Belə ki, onların da məsələsinin məhkəmə müstəvisində həll olunacağı qaçılmaz olub. Əsil AXCP adına iddialı olan Razi Nurullayevin Ədliyyə Nazirliyinə müraciəti cavabsız qalıb. Belə ki, qurum həm R.Nurullayevin, həm də Əli Kərimlinin sənədlərini geri qaytarıb və onlara məsələnin həllini tapması üçün məhkəməyə müraciət etməyi tövsiyə edib.

Sənədləri təsdiqlənməsə də, faktiki olaraq, R.Nurullayev də, ADR də ayrıca təşkilat kimi fəaliyyət göstərməkdədirlər. Bu fonda isə başqa bir mövzu gündəmə gəlib. Belə fikirlər var ki, hər iki partiyanın fəaliyyətindən narazı qalaraq ayrılan təşkilatlar – ADR və R.Nurullayev AXCP-si birləşə bilər. Çünki onların siyasi baxışları və açıqladıqları gələcək fəaliyyət planları uyğundur və bu yolla onlar ölkə müxalifətinin konstruktiv güc mərkəzinə çevrilə bilərlər. Məsələnin nə dərəcədə real olması ilə maraqlandıq. Mövzu haqda fikirlərini “Kaspi”yə açıqlayan R.Nurullayev dedi ki, bu məsələ bir müddət öncə də gündəmə gəlmişdi və AXCP-nin ADR-lə birləşəcəyi deyilirdi: “Təəssüf ki, yanlış anlaşılma olmuşdu. Jurnalist mənə sual vermişdi ki, bizim təşkilat ADR-lə birləşə bilərmi. Mən hazırda belə bir mövzunun gündəmdə olmadığını, müraciət olunacağı təqdirdə isə müzakirəyə çıxarılacağını demişdim. Amma fikirlər bir qədər fərqli yazılmışdı və ideya müəllifi kimi mənim adım qeyd olunmuşdu. Açıq desəm, bu, jurnalistin səhvindən yaranan mövzu idi. Halbuki biz o mövzu haqda heç düşünməmişdik də. Mən siyasi təşkilatların birləşmə meyllərinə, inteqrasiyasına, müxalif cəbhənin daha da güclənmək üçün atdığı addımlara pis baxmıram. ADR hərəkatına da təbii ki, hörmətimiz, izzətimiz var. Əgər onlar gələcəkdə belə bir təşəbbüs irəli sürsələr, sözsüz ki, biz onu müzakirə edəcəyik. Ümumiyyətlə, təşkilatımız ehtiyac yaranacağı təqdirdə mövzunun müzakirə olunmasına, müsbət və mənfi tərəflərinin aydınlaşdırılmasına hər zaman hazırdır. Amma hazırda gündəmimizdə belə bir məsələ yoxdur”.

R.Nurullayevin fikrincə, mövzunun hələ də müzakirə olunması onu göstərir ki, sözügedən təşkilatların birləşməsini istəyənlər var: “Amma hələ ki, bu iki qurumun arasında belə bir mövzu müzakirə olunmayıb. Nə biz buna təşəbbüs göstərmişik, nə də onlar bu məsələ ilə bağlı bizə müraciət ediblər. Yaxın gələcəkdə də belə bir mövzu bizim gündəmimizdə yoxdur. Amma qarşı tərəfdən təklif gəlsə, bunu müzakirə edəcəyimiz mütləqdir. Əgər bu istiqamətdə hansısa qərar verilsə, məlumatlar mətbuata veriləcək. Amma bu gün üçün nə belə bir təklif, nə də onun müzakirəsivar”.

ADR-in sədr müavini Vurğun Əyyub da belə bir məsələnin gündəmdə olmadığını açıqladı: “İlk olaraq, Müsavat Partiyasının bizə qarşı qərəzli mövqeyi haqda fikirlərimi bildirmək istəyirəm. Partiya rəhbərliyindən narazı qalan insanlar məhkəməyə müraciət ediblərsə, bu, onların hüququdur. ADR həmin şəxslərin bu hüququnu məhdudlaşdıra bilməz. Mən özüm də qurultayın nəticələrindən narazı qalan biriyəm, amma mən məhkəməyə müraciət etmədim. Həmin şəxslərin başqa yolu qalmayıb və məhkəməyə müraciət etməyi qərara alıblarsa, bu, sırf onların öz seçimidir. ADR-in bura nə qarışacağı var ki, durub bizi ittiham edirlər, adımızı hallandırırlar. O ki qaldı Razi Nurullayevin AXCP-si ilə birləşməyimizə, hazırda bizim gündəliyimizdə belə bir mövzu yoxdur. Ümumiyyətlə, hərəkatımız ilə Razi Nurullayev AXCP-sini eyni tutmaq düz deyil. Çünki bu iki təşkilat tamamilə fərqli motivlər və yollarla yaranıb. Biz partiyadan narazı qalıb ayrılmışıq və hərəkat kimi fəaliyyət göstəririk. Burada təkcə Müsavat yox, digər siyasi təşkilatların da təmsilçiləri var. Həmçinin biz Müsavat Partiyası adına iddia etmirik. Hərəkat olaraq da heç bir siyasi təşkilatla və ya ictimai hərəkatla birləşmək fikrində deyilik. Çünki qarşımıza belə bir məqsəd qoymamışıq. Yarananda da belə fikirlərimiz, hədəflərimiz yox idi. Təbii ki, birləşib birgə fəaliyyət qurmaqda qəbahət bir şey yoxdur. Belə hallar həmişə olub. Amma bizim bu kimi bir niyyətimiz yoxdur. Hərəkatımıza da bu istiqamətdə müraciətlər daxil olmayıb. Bu barədə fikir söyləyənlər havadan və heç bir əsas olmadan danışırlar”.

V.Əyyub hərəkata belə müraciət daxil olacağı təqdirdə məsələnin müzakirə ediləcəyini bildirdi: “Siyasət şərtlər daxilində danışmağı sevmir. Təbii ki, təklif gəlsə, biz bu haqda qurum daxilində söhbətlər aparacağıq. Amma mən ADR rəhbərlərindən biri kimi sizə açıq deyəcəyəm - ADR-in heç kimlə birləşmək niyyəti yoxdur. Ona görə də belə bir təklif gələrsə belə, düşünürəm ki, onun müsbət cavablandırılması şansı çox azdır”.

Onu da deyək ki, bir müddət öncə ADR sədri Qubad İbadoğlu da ictimai təşkilat olaraq siyasi partiyalarla birləşə bilməyəcəklərini açıqlamışdı: “Bu, bizim nizamnamə öhdəliklərimizə ziddir. Lakin demokratik təsisatlarla əməkdaşlıq şəbəkələnmə fəaliyyətimizin tərkib hissəsi olduğundan, onunla bağlı ayrıca müavinlik institutu yaradılıb. Demokratik təsisatlarla iş üzrə müavinlik institutuna Məlahət Mürşüdova rəhbərlik edir. Bizimlə əməkdaşlıq etmək istəyən təşkilatlardan daxil olan müraciətlər əvvəlcə müavinlikdə, sonra isə ADR Hərəkatının İdarə Heyətində müzakirə olunur”.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Gürcüstanda 55 əcnəbi saxlanıldı - Aralarında Azərbaycan vətəndaşları da var
Bu gün, 12:13
Deputat Aydın Mirzəzadənin sərgüzəştləri - Orxan Saffari yazır...
Bu gün, 12:08
Bu komitəyə yeni sədr seçildi - ƏMR
Bu gün, 12:02
Hakim Elnur Nuriyev bir dələduza niyə HÖKM oxumur? - 165 ailə Mehriban Əliyeva və İnam Kərimova üz tutdu
Bu gün, 11:58
Məhkəmə sələmçi qadını və onun ərini öldürən ömürlük məhkumla bağlı qərar çıxardı
Bu gün, 11:55
Rövşən Rzayev keçmiş icra başçısı Tahir Kərimovun şirkətinə yaşıl işıqlar yandırır - İLGİNC FAKTLAR...
Bu gün, 11:51
Nizami Kino Mərkəzinin direktoru işdən çıxıb, yerinə müvəqqəti təyinat olub - BUNDAN SONRA...
Bu gün, 11:46
Mərkəzi Bankın tenderi niyə ləğv olundu?
Bu gün, 11:44
Milli Məclis MSK-nın yeni tərkibini təsdiqləyib - SİYAHI
Bu gün, 11:39
Şərurun icra başçısı etirazçını DƏLİXANAYA SALDIRDI - BU NƏDİ BELƏ?
Bu gün, 11:32
Gərginlik artır: Ermənistan sülhə ağır zərbə vurdu – Nur Tuğba Aktay
Bu gün, 11:23
MSK-nın yeni üzvlərinin adları açıqlandı - YENİLƏNDİ
Bu gün, 11:22
Neft məhsulları ilə məşğul olan xarici şirkət Azərbaycandan gedir
Bu gün, 11:13
Zaur Baxşəliyev yenə ATV-də: - Bu dəfə...
Bu gün, 11:12
Əliyevin açıqlamasında mühüm siqnallar – Diplomatiyada 7 rəqəminin önəmi
Bu gün, 11:11
“PAŞA Management Company” adını dəyişir - BUNDAN SONRA...
Bu gün, 11:05
Hərbiyə ən çox pul xərcləyən ölkələr - SİYAHI
Bu gün, 11:04
Üçüncü İran müharibəsi başlayıb: - əyləc basılmasa, qloballaşa bilər
Bu gün, 11:02
Azərbaycanda bu zavodun fəaliyyəti 10 il müddətinə dayandırılır - DETALLAR
Bu gün, 11:01
“Azparkinq”: Rahatlıq vəd edib narazılıq yaradan sistem - AXI NİYƏ?..
Bu gün, 10:56
Kasparovun adamı həbsxanada öldü - Rusiyada müəmmalı hadisələr
Bu gün, 10:48
"Ram Holdinq" ətrafında qalmaqallı iddialar... - daxildə baş verənlər niyə araşdırılmır?
Bu gün, 10:47
Sabah Hacı Vəliyevə hökm oxunacaq - TƏFƏRRÜAT
Bu gün, 10:42
Oğlunu qətlə yetirən ata: - “Məndən soruşdu ki, işləyib qazandığım pulu nə etmişəm...”
Bu gün, 10:30
Vüqar Qurbanovun SONUNCU ƏMRİ: xəstələrə baha başa gələ bilər... - İLGİNC İDDİALAR
Bu gün, 10:23
Məhkəmə sələmçi qadını və onun ərini öldürən ömürlük məhkumla bağlı qərar çıxardı
Bu gün, 10:14
Faiq Qürbətovun tenderi LƏĞV OLUNDU - BUNA GÖRƏ...
Bu gün, 10:10
Mahmudovlarla birləşən hakim cəzalandırılacaqmı? - VƏTƏNDAŞLAR ƏDALƏT TƏLƏB EDİR!
Bu gün, 10:05
Kürəkənini yandıraraq öldürməkdə təqsirləndirilən şəxsin cinayət işinin detalları - TƏFƏRRÜAT
Bu gün, 10:03
İrandan ABŞ-yə yeni təklif - KİV
Bu gün, 09:54
TƏBİB-in yeni rəhbərliyi buralara mütləq nəzər salmalıdır... - İTTİHAM VAR...
Bu gün, 09:53
Mədəniyyətin Adil Kərimli dövrünün PƏRDƏARXASI - Görünəni odur ki...
Bu gün, 09:42
“Birmarket”in müştərilərə ONLAYN TƏLƏSİ... - BU NƏDİ BELƏ?..
Bu gün, 09:35
İran–Azərbaycan münaqişəsi niyə baş vermədi - "The National Interest" yazır ki...
Bu gün, 09:20
ABŞ–İran qarşıdurması Aİ üçün siyasi böhran riski yaradır - “Politico”
Bu gün, 09:15
Rusiya Ukrayna ilə bağlı ABŞ-la təmaslara açıqdır - Lavrov
Bu gün, 07:11
İranın yeni təklifi Hörmüz boğazının açılmasını nəzərdə tutur - "Axios"
Bu gün, 07:09
Yaponlar Hörmüzə qoşun yeridir?
Bu gün, 06:05
Azərbaycanda baş verən qəribə hadisədə İran izi? – Sensasion iddiaya cavab gəldi
Bu gün, 06:03
Gəncədə başçıya söykənən ÖZBAŞINALIQ - İTTİHAM VAR...
Bu gün, 06:01
"Trampizmin" alternativi "Mamdanizimdirsə", vay ABŞ ın halına... - REAKSİYA
Bu gün, 05:50
Trampın ölümü kimin işinə yarayır ki... - HƏQİQƏTƏN DƏ...
Bu gün, 05:40
Bu ölkə Beynəlxalq Komissiyadan çıxdı - Rusiyaya görə
Bu gün, 05:20
Sahil Babayev Qarabağa PULLARIN SEL KİMİ AXININA BLOK QOYUB - ONA GÖRƏ DƏ...
Bu gün, 05:17
Atışmada hədəf olub-olmadığımı bilmirəm - Tramp belə deyir...
Bu gün, 05:00
2025-ci ildə qlobal hərbi xərclər 2,8 trilyon dolları keçib - HESABAT
Bu gün, 04:58
Çində ən böyük LNG tankeri istifadəyə verilib
Bu gün, 04:56
“Aztəsərrüfat” MMC NARAZILIQ YARADIR - Pullarını ala bilməyən kəndlilərin ETİRAZI
Bu gün, 04:40
“Azəriqaz” işçisi Prezidentə ÜZ TUTDU - MÜRACİƏT
Bu gün, 04:35
Aİ-dən 90 milyardlıq dəstək: - Ukrayna xilas olur, yoxsa sadəcə vaxt qazanır?
Bu gün, 04:26
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru