Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası davam etdiriləcək .....                     Portağal idxalı: İrandan çox alırıq, Türkiyədən isə ucuz… .....                     Gürcüstanda 55 əcnəbi saxlanıldı .....                     Deputat Aydın Mirzəzadənin sərgüzəştləri .....                     Bu komitəyə yeni sədr seçildi .....                     Hakim Elnur Nuriyev bir dələduza niyə HÖKM oxumur? .....                     Məhkəmə sələmçi qadını və onun ərini öldürən ömürlük məhkumla bağlı qərar çıxardı .....                     Rövşən Rzayev keçmiş icra başçısı Tahir Kərimovun şirkətinə yaşıl işıqlar yandırır .....                     Nizami Kino Mərkəzinin direktoru işdən çıxıb, yerinə müvəqqəti təyinat olub .....                     Mərkəzi Bankın tenderi niyə ləğv olundu? .....                     Milli Məclis MSK-nın yeni tərkibini təsdiqləyib .....                     Şərurun icra başçısı etirazçını DƏLİXANAYA SALDIRDI .....                     Gərginlik artır: Ermənistan sülhə ağır zərbə vurdu .....                     MSK-nın yeni üzvlərinin adları açıqlandı .....                     Neft məhsulları ilə məşğul olan xarici şirkət Azərbaycandan gedir .....                     Zaur Baxşəliyev yenə ATV-də: .....                     Əliyevin açıqlamasında mühüm siqnallar .....                     “PAŞA Management Company” adını dəyişir .....                     Hərbiyə ən çox pul xərcləyən ölkələr .....                     Üçüncü İran müharibəsi başlayıb: .....                     Azərbaycanda bu zavodun fəaliyyəti 10 il müddətinə dayandırılır .....                     “Azparkinq”: Rahatlıq vəd edib narazılıq yaradan sistem .....                     Kasparovun adamı həbsxanada öldü .....                     "Ram Holdinq" ətrafında qalmaqallı iddialar... .....                     Sabah Hacı Vəliyevə hökm oxunacaq .....                     Oğlunu qətlə yetirən ata: .....                     Vüqar Qurbanovun SONUNCU ƏMRİ: xəstələrə baha başa gələ bilər... .....                     Məhkəmə sələmçi qadını və onun ərini öldürən ömürlük məhkumla bağlı qərar çıxardı .....                     Faiq Qürbətovun tenderi LƏĞV OLUNDU .....                     Mahmudovlarla birləşən hakim cəzalandırılacaqmı? .....                     Kürəkənini yandıraraq öldürməkdə təqsirləndirilən şəxsin cinayət işinin detalları .....                     İrandan ABŞ-yə yeni təklif .....                     TƏBİB-in yeni rəhbərliyi buralara mütləq nəzər salmalıdır... .....                     Mədəniyyətin Adil Kərimli dövrünün PƏRDƏARXASI .....                     “Birmarket”in müştərilərə ONLAYN TƏLƏSİ... .....                     İran–Azərbaycan münaqişəsi niyə baş vermədi .....                     ABŞ–İran qarşıdurması Aİ üçün siyasi böhran riski yaradır .....                     Rusiya Ukrayna ilə bağlı ABŞ-la təmaslara açıqdır .....                     İranın yeni təklifi Hörmüz boğazının açılmasını nəzərdə tutur .....                     Yaponlar Hörmüzə qoşun yeridir? .....                 

"Niyə o ağsaqqallar şurası əvvəldən Taleh Bağırzadəni qəsəbədən uzaqlaşdırmırdılar?" - deputat
Tarix: 4-12-2015, 09:26 | Çap et
"Niyə o ağsaqqallar şurası əvvəldən Taleh Bağırzadəni qəsəbədən uzaqlaşdırmırdılar?"
Daxili İşlər Nazirliyi tərəfindən Bakı şəhərinin Nardaran qəsəbəsində xüsusi əməliyyat keçirildikdən sonra ayrı-ayrı destruktiv elementlər həmin yaşayış məntəqəsində icazəsiz toplantı keçirməyə, sakinləri konstitusion quruluşa qarşı çıxmağa, hakimiyyət nümayəndələrinə zor tətbiq olunmasına, kütləvi itaətsizliyə çağırışlar ediblər. Hətta onlar yolları bağlayaraq, barrikadalar quraraq, dayandıqları ərazilərə silah qismində əşyalar toplayıb, hakimiyyət nümayəndələrinə, polisə müqavimət göstərməyə hazırlaşıblar. Lakin hüquq-mühafizə orqanlarının həyata keçirdiyi tədbirlər nəticəsində bu cür qanunazidd hərəkətlərin qarşısı qətiyyətlə alınıb. Beləliklə də Nardaran qəsəbəsində ictimai asayiş tam təmin olunub. Sözügedən hadisələrlə bağlı “Kaspi”nin suallarını Vəhdət Partiyasının sədri, millət vəkili Tahir Kərimli cavablandırır.

- Tahir müəllim, noyabr ayının əvvəlində, eləcə də ötən həftə Sabunçu rayonunun Nardaran qəsəbəsində baş verən hadisələrə, hüquq-mühafizə orqanları tərəfindən orada həyata keçirilən əməliyyatlara münasibətiniz necədir?

- Bu hadisələr barədə fikrimi ifadə etməzdən öncə, “Müsəlman Birliyi Hərəkatı” adlandırılan dini təşkilatın Nardaranı özünə mərkəz kimi seçməsindən narahatlığımı bildirmək istəyirəm. İsmayıllının hansısa kəndindən olan, Nardaranla hər hansı bağlılığı olmayan Taleh Bağırzadənin, eləcə də onun Masallı rayonundan olan silahdaşlarının Bakı kəndini özlərinə məkan seçmələri əvvəlcədən şübhə doğurmalı idi. Bilirsiniz ki, Bakı kəndlərinin İslam dini etiqadlı əhalisi, saf, səmimi mömin kimi dinimizin bütün adət-ənənələrinə, qayda-qanunlarına riayət edirlər. Belə olan halda Taleh Bağırzadə və tərəfdarlarının həmin insanların dini inancından öz məqsədləri naminə sui-istifadə etməsi qəti yolverilməzdir. Baxın, görün onların Nardaranda yerləşməsi, oradakı İslam etiqadlı səmimi insanları təsir altına salmaları nə ilə nəticələndi? Hüquq-mühafizə orqanları əməliyyat keçirərkən həmin təsir altında olanlar hakimiyyət nümayəndəsinə silahlı müqavimət göstərdilər, 2 polisimiz şəhid oldu, 5 kənd sakini də öldü. Bu nəticə heç kimə lazım deyildi. Nə dövlətə, nə də nardaranlılara. Heç bir dövlət öz vətəndaşına qarşı zor tətbiq etməkdə maraqlı deyil. O zamana qədər ki, həmin vətəndaş qanunun tələblərinə riayət etməkdən boyun qaçırır, polisə silah çəkir, ictimai asayişi pozur və sair. Nardaranlılar da vəziyyətin belə olmasını istəmirdilər. Çünki qəsəbə sakinlərindən bir neçə nəfər mənimlə də söhbət edib oradakı vəziyyəti müzakirə etmişdi. Onlarla söhbətdən də görürdüm ki, nardaranlılar radikal dini ekstremistləri dəstəkləmirlər. Sadəcə, Taleh Bağırzadənin ətrafında toplaşan bir qrup var idi ki, Nardarandakı insanlara psixoloji, mənəvi təzyiq göstərirdilər. Məhz buna görə də hüquq-mühafizə orqanları Nardaran qəsəbəsində xüsusi əməliyyat keçirmək məcburiyyətində qaldı. Bu əməliyyatdan sonra bizə bəlli oldu ki, bəzi nardaranlılarda sözün əsl mənasında cəbbəxana varmış. Avtomat və tapança silahlar, qumbaralar, soyuq silahlar və sair. Adını dindar qoyan bu şəxslərdə bu cür silah-sursatın olması onu deməyə əsas verir ki, onlar həqiqi dindar deyil, cinayətkardırlar. Onların nə etmək istəmələrini bir kənara qoysaq, silah-sursat saxlamağın özü də bir cinayət əməlidir. İstənilən dövlətdə olduğu kimi Azərbaycanda da Konstitusiyanın, eləcə də digər qanunların ölkə ərazisində hər kəs tərəfindən qəbulu, ona riayət olunması vacib şərtdir. Düşünürəm ki, dövlət bu qanunların Nardaran qəsəbəsində də təmin edilməsi istiqamətində düzgün addım atdı. Eyni zamanda Azərbaycanı gələcəkdə gözləyə biləcək böyük bir təhlükənin qarşısı alındı. Azərbaycanın dövlət suverenliyi bütün ərazilərimizdə olduğu kimi Nardaranda da təmin olunmalı idi və oldu. Heç kimə haqq və səlahiyyət verilməyib ki, Azərbaycanda yaşaya-yaşaya bu ölkənin qanunlarına qarşı çıxsın.

- Ötən həftə keçirilən əməliyyatdan sonra Nardaranda bəzi şəxslər qəsəbəyə giriş-çıxışda barrikadalar qurdular, polisə müqavimət göstərmək üçün armatur və dəyənəklərlə silahlandılar. Polisin - hakimiyyət nümayəndələrinin, qanunçuluğun keşiyində dayanan şəxslərin haqlı addımına bu cür reaksiya verilməsi nə dərəcədə düzgün idi?

- Onlar nəinki polisə, eləcə də hadisə yerinə gələn jurnalistlərə də zor tətbiq etmişdilər. “Azad Azərbaycan” televiziya kanalının əməkdaşları, jurnalistlər hadisə yerinə gəlib dinc şəkildə öz peşə borclarını yerinə yetirmək istəmişdilər. Telekanalın avtomobilinin şüşələri sındırılmış, sürücü və jurnalistlərə müxtəlif xəsarətlər yetirilmişdi. Tutaq ki, hüquq-mühafizə orqanları radikal ekstremistlər barədə sərt tədbirlər gördükləri üçün onların bəzi tərəfdarları buna görə polisə acıqlı idilər, bəs işi-gücü sadəcə informasiya hazırlamaq olan jurnalisti nədə günahkar bilirdilər? Onun ki, işi xəbər, sujet hazırlamaqdır. Jurnalistlərin peşə borcunu yerinə yetirməsinə mane olmaq həm yerli, həm də beynəlxalq hüququn prinsiplərinə də ziddir. Burdan da görünürdü ki, Nardarandakı bir qrup şəxs açıq-aşkar ölkə qanunlarına itaətsizlik nümayiş etdirir, hər kəsin onlarla hesablaşmasını istəyirmişlər. Bu isə yolverilməzdir. Nardaranda əvvəllər də kiçik həcmli aksiyalar olub, İslam dinindən irəli gələn müəyyən əlamətdar günlərdə mərasimlər də keçirilib. Amma 26 noyabr tarixinə qədər olan aksiyaların heç birində nardaranlılar silah-sursat işlətməyib, barrikadalar qurmayıb, polisə belə müqavimət göstərməyiblər. Hər bir insan fərqli düşünə, fərqli dinə sitayiş edə bilər. Ancaq bu zaman heç kim konstitusion tələbləri poza bilməz. Ona görə də Azərbaycan hakimiyyətinin bu məsələdə atdığı addımları hüquqi, qanuni sayıram. Buna qarşı olanlar Azərbaycanın suverenliyinə qarşı olduqlarını əyani şəkildə ortaya qoyurlar.

- Azərbaycanın digər yaşayış məntəqələrindən fərqli olaraq Nardaranda nə üçün yerli özünüidarəetmə orqanı, icra nümayəndəliyi, polis olmamalı, yalnız ağsaqqallar şurası, yaxud da hansısa təşkilat tərəfindən idarəetmə müəyyən edilməlidir?

- Əlbəttə ki, bələdiyyənin, polisin, icra nümayəndəsinin qəsəbədə olmaması yaxşı hal deyil. Çünki hər hansı yerli problemi məhz bu qurumların köməkliyi ilə həll etmək olar. İcra nümayəndəsi kimdir? Prezidentin rayona təyin etdiyi nümayəndənin təmsilçisi. Əgər sən o təmsilçinin fəaliyyətinə imkan vermirsənsə, necə iddia edə bilərsən ki, hakimiyyət nümayəndəsi sənin üzləşdiyin çətinliyə biganədir. Yaxud, sosial problemlərin həllindən danışılırsa, bələdiyyə də bu problemlərin həllində iştirak edə bilər. Lakin onun da fəaliyyətinə imkan yaradılmır. Polisin qəsəbədə olmaması isə bəzi radikalların Nardaranda kök atmasına, silah-sursat yığmasına səbəb olub. Ona görə də müvafiq qurumların bu kənddə də olması vacibdir. Nardaran Azərbaycanın bir parçasıdır və burada da dövlətin bütün maraqları, qurumları, o cümlədən seçkili orqanı olmalıdır. O ki, qaldı orada olan ağsaqqallar şurasının əməkdaşlıq, danışıq təklifinə, nə üçün belə təkliflər son hadisələr baş verməzdən əvvəl gündəmə gəlmirdi? Niyə o ağsaqqallar şurası qan tökülmə ehtimalını əvvəldən görüb Taleh Bağırzadə və tərəfdarlarını qəsəbədən uzaqlaşdırmırdılar? İki polis nəfəri şəhid, 5 kənd sakini həlak olandan sonra danışıqların nə mənası var? Dövlət öz suveren hüquqlarını təmin etmək üçün nəyə görə kimlərlə isə danışıqlar aparmalıdır? Həmin hadisə baş verəndən sonra hansısa qrup, radikal ekstremisti özünü tərəf hesab edirdi. Radikalla, terroristlə, polisə silahlı müqavimət göstərən cinayətkar dəstə ilə danışıqlar aparmaq olmaz. Qanuna, dövlətin konstitusion quruluşuna qarşı çıxanlar ən sərt şəkildə cəzalandırılmalıdırlar.

- Bir sıra hallarda bu hadisələri Nardarandakı kommunal problemlərlə əlaqələndirmək cəhdləri də oldu. Amma rəsmi qurumların ortaya çıxardığı faktlar deyilənlərin həqiqətdən uzaq olduğunu təsdiqlədi. Bununla bağlı fikriniz nədən ibarətdir?

- Həqiqətən də həm “Azəriqaz”ın, həm də “Azərişıq”ın açıqladığı faktlar nardaranlıların guya ki, kommunal problemlərlə əlaqədar hakimiyyətə etiraz etməsi iddiasını tamamilə inkar etdi. Bu qəsəbə əhalisinin ümumilikdə dövlətə kommunal xidmətlərə görə milyonlarla manat borclu olmasına rəğmən, onlara böyük güzəştlər edilib. Gələcəkdə vətəndaşlar tərəfindən bu borcların ödəniləcəyi ümidi ilə onların qazı, işığı kəsilməyib. Lakin görəndə ki, bu güzəştlər sakinlər tərəfindən düzgün başa düşülmür, onda həm qaz, həm də işıq kəsildi. Heç bir ölkə vətəndaşı dövlətin büdcəsinə ödəməli olduğu vəsaiti ödəməkdən boyun qaçıra bilməz. Bu əməlin özü də qanun pozuntusudur. Humanistliyi qorxaqlıq, gücsüzlük kimi qəbul etmək olmaz. Hər bir şüurlu vətəndaş bilir ki, aydan-aya kommunal xidmətə görə ödəmələr etməlidir. Nə üçün nardaranlılar istisna təşkil etməlidir? Qanun hər kəs üçündür, hamı da ona eyni dərəcədə əməl etməlidir.

- Hüquq-mühafizə orqanları Nardaran qəsəbəsi ilə yanaşı, Gəncə, Neftçala, Lənkəranda da əməliyyatlar keçirdi və “Müsəlman Birliyi Hərəkatı”nı dəstəkləyən bəzi radikalları saxladı. Onlardan da çoxsaylı silah-sursat və sair götürüldü. Özünü dindar hesab edən şəxs nə üçün odlu və soyuq silah toplamalı, cinayətkar dəstə yaratmalıdır ki? Məgər İslama etiqad göstərmək üçün bu vacib şərtdir?

- Dövlət uzun müddətdir ki, ciddi yoxlamalar aparır, hüquq-mühafizə orqanları vasitəsilə müxtəlif əməliyyat məlumatlarını analiz edir. Məhz bu analizlər nəticəsində müəyyən olub ki, ölkədə yaradılan din-etiqad azadlığından bəzi şəxslər açıq-aşkar sui-istifadə edir, radikal qruplar, cinayətkar dəstələr yaradırlar. Hətta bunu Azərbaycanın müxtəlif bölgələrində edirlər. Xarici qüvvələrin təsiri altında olan bu dəstələr gələcəkdə ölkədə şəriət dövləti qurmaq, Azərbaycanı Suriya, İraq, Liviya kimi ölkələrin gününə salmaq istəyirlər. Ona görə də Nardarandan start götürən əməliyyatlarla bu istəyin qarşısı alındı, radikal ekstremistçi, terrorçu qruplar zərərsizləşdirildi. İnanıram ki, bu istiqamətdə tədbirlər bundan sonra da davam etdiriləcəkdir. Dövlət ölkənin milli təhlükəsizliyinə təhdid və təhlükə ola biləcək hər hansı hadisəyə göz yummayacaq. Azərbaycanın mütləq əksəriyyəti də dövlətin, siyasi hakimiyyətin, hüquq-mühafizə orqanlarının bu addımını birmənalı şəkildə dəstəkləyir. Çünki bu dövlətin gələcəyi bizim gələcəyimizdir. Kimsə Azərbaycan qanunlarını bəyənmir, onlarla hesablaşmaq istəmirsə, onun üçün iki yol var. Birinci halda o, dincə şəkildə bu ölkəni tərk etməli, bəyəndiyi dövlətdə həyatını, yaşayışını davam etdirməlidir. İkinci halda isə həmin adamlar barədə qanun çərçivəsində tədbir görüləcəkdir.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası davam etdiriləcək - Nikol Paşinyan
Bu gün, 12:27
Portağal idxalı: İrandan çox alırıq, Türkiyədən isə ucuz… - SİYAHI
Bu gün, 12:24
Gürcüstanda 55 əcnəbi saxlanıldı - Aralarında Azərbaycan vətəndaşları da var
Bu gün, 12:13
Deputat Aydın Mirzəzadənin sərgüzəştləri - Orxan Saffari yazır...
Bu gün, 12:08
Bu komitəyə yeni sədr seçildi - ƏMR
Bu gün, 12:02
Hakim Elnur Nuriyev bir dələduza niyə HÖKM oxumur? - 165 ailə Mehriban Əliyeva və İnam Kərimova üz tutdu
Bu gün, 11:58
Məhkəmə sələmçi qadını və onun ərini öldürən ömürlük məhkumla bağlı qərar çıxardı
Bu gün, 11:55
Rövşən Rzayev keçmiş icra başçısı Tahir Kərimovun şirkətinə yaşıl işıqlar yandırır - İLGİNC FAKTLAR...
Bu gün, 11:51
Nizami Kino Mərkəzinin direktoru işdən çıxıb, yerinə müvəqqəti təyinat olub - BUNDAN SONRA...
Bu gün, 11:46
Mərkəzi Bankın tenderi niyə ləğv olundu?
Bu gün, 11:44
Milli Məclis MSK-nın yeni tərkibini təsdiqləyib - SİYAHI
Bu gün, 11:39
Şərurun icra başçısı etirazçını DƏLİXANAYA SALDIRDI - BU NƏDİ BELƏ?
Bu gün, 11:32
Gərginlik artır: Ermənistan sülhə ağır zərbə vurdu – Nur Tuğba Aktay
Bu gün, 11:23
MSK-nın yeni üzvlərinin adları açıqlandı - YENİLƏNDİ
Bu gün, 11:22
Neft məhsulları ilə məşğul olan xarici şirkət Azərbaycandan gedir
Bu gün, 11:13
Zaur Baxşəliyev yenə ATV-də: - Bu dəfə...
Bu gün, 11:12
Əliyevin açıqlamasında mühüm siqnallar – Diplomatiyada 7 rəqəminin önəmi
Bu gün, 11:11
“PAŞA Management Company” adını dəyişir - BUNDAN SONRA...
Bu gün, 11:05
Hərbiyə ən çox pul xərcləyən ölkələr - SİYAHI
Bu gün, 11:04
Üçüncü İran müharibəsi başlayıb: - əyləc basılmasa, qloballaşa bilər
Bu gün, 11:02
Azərbaycanda bu zavodun fəaliyyəti 10 il müddətinə dayandırılır - DETALLAR
Bu gün, 11:01
“Azparkinq”: Rahatlıq vəd edib narazılıq yaradan sistem - AXI NİYƏ?..
Bu gün, 10:56
Kasparovun adamı həbsxanada öldü - Rusiyada müəmmalı hadisələr
Bu gün, 10:48
"Ram Holdinq" ətrafında qalmaqallı iddialar... - daxildə baş verənlər niyə araşdırılmır?
Bu gün, 10:47
Sabah Hacı Vəliyevə hökm oxunacaq - TƏFƏRRÜAT
Bu gün, 10:42
Oğlunu qətlə yetirən ata: - “Məndən soruşdu ki, işləyib qazandığım pulu nə etmişəm...”
Bu gün, 10:30
Vüqar Qurbanovun SONUNCU ƏMRİ: xəstələrə baha başa gələ bilər... - İLGİNC İDDİALAR
Bu gün, 10:23
Məhkəmə sələmçi qadını və onun ərini öldürən ömürlük məhkumla bağlı qərar çıxardı
Bu gün, 10:14
Faiq Qürbətovun tenderi LƏĞV OLUNDU - BUNA GÖRƏ...
Bu gün, 10:10
Mahmudovlarla birləşən hakim cəzalandırılacaqmı? - VƏTƏNDAŞLAR ƏDALƏT TƏLƏB EDİR!
Bu gün, 10:05
Kürəkənini yandıraraq öldürməkdə təqsirləndirilən şəxsin cinayət işinin detalları - TƏFƏRRÜAT
Bu gün, 10:03
İrandan ABŞ-yə yeni təklif - KİV
Bu gün, 09:54
TƏBİB-in yeni rəhbərliyi buralara mütləq nəzər salmalıdır... - İTTİHAM VAR...
Bu gün, 09:53
Mədəniyyətin Adil Kərimli dövrünün PƏRDƏARXASI - Görünəni odur ki...
Bu gün, 09:42
“Birmarket”in müştərilərə ONLAYN TƏLƏSİ... - BU NƏDİ BELƏ?..
Bu gün, 09:35
İran–Azərbaycan münaqişəsi niyə baş vermədi - "The National Interest" yazır ki...
Bu gün, 09:20
ABŞ–İran qarşıdurması Aİ üçün siyasi böhran riski yaradır - “Politico”
Bu gün, 09:15
Rusiya Ukrayna ilə bağlı ABŞ-la təmaslara açıqdır - Lavrov
Bu gün, 07:11
İranın yeni təklifi Hörmüz boğazının açılmasını nəzərdə tutur - "Axios"
Bu gün, 07:09
Yaponlar Hörmüzə qoşun yeridir?
Bu gün, 06:05
Azərbaycanda baş verən qəribə hadisədə İran izi? – Sensasion iddiaya cavab gəldi
Bu gün, 06:03
Gəncədə başçıya söykənən ÖZBAŞINALIQ - İTTİHAM VAR...
Bu gün, 06:01
"Trampizmin" alternativi "Mamdanizimdirsə", vay ABŞ ın halına... - REAKSİYA
Bu gün, 05:50
Trampın ölümü kimin işinə yarayır ki... - HƏQİQƏTƏN DƏ...
Bu gün, 05:40
Bu ölkə Beynəlxalq Komissiyadan çıxdı - Rusiyaya görə
Bu gün, 05:20
Sahil Babayev Qarabağa PULLARIN SEL KİMİ AXININA BLOK QOYUB - ONA GÖRƏ DƏ...
Bu gün, 05:17
Atışmada hədəf olub-olmadığımı bilmirəm - Tramp belə deyir...
Bu gün, 05:00
2025-ci ildə qlobal hərbi xərclər 2,8 trilyon dolları keçib - HESABAT
Bu gün, 04:58
Çində ən böyük LNG tankeri istifadəyə verilib
Bu gün, 04:56
“Aztəsərrüfat” MMC NARAZILIQ YARADIR - Pullarını ala bilməyən kəndlilərin ETİRAZI
Bu gün, 04:40
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru