Portağal idxalı: İrandan çox alırıq, Türkiyədən isə ucuz… .....                     Gürcüstanda 55 əcnəbi saxlanıldı .....                     Deputat Aydın Mirzəzadənin sərgüzəştləri .....                     Bu komitəyə yeni sədr seçildi .....                     Hakim Elnur Nuriyev bir dələduza niyə HÖKM oxumur? .....                     Məhkəmə sələmçi qadını və onun ərini öldürən ömürlük məhkumla bağlı qərar çıxardı .....                     Rövşən Rzayev keçmiş icra başçısı Tahir Kərimovun şirkətinə yaşıl işıqlar yandırır .....                     Nizami Kino Mərkəzinin direktoru işdən çıxıb, yerinə müvəqqəti təyinat olub .....                     Mərkəzi Bankın tenderi niyə ləğv olundu? .....                     Milli Məclis MSK-nın yeni tərkibini təsdiqləyib .....                     Şərurun icra başçısı etirazçını DƏLİXANAYA SALDIRDI .....                     Gərginlik artır: Ermənistan sülhə ağır zərbə vurdu .....                     MSK-nın yeni üzvlərinin adları açıqlandı .....                     Neft məhsulları ilə məşğul olan xarici şirkət Azərbaycandan gedir .....                     Zaur Baxşəliyev yenə ATV-də: .....                     Əliyevin açıqlamasında mühüm siqnallar .....                     “PAŞA Management Company” adını dəyişir .....                     Hərbiyə ən çox pul xərcləyən ölkələr .....                     Üçüncü İran müharibəsi başlayıb: .....                     Azərbaycanda bu zavodun fəaliyyəti 10 il müddətinə dayandırılır .....                     “Azparkinq”: Rahatlıq vəd edib narazılıq yaradan sistem .....                     Kasparovun adamı həbsxanada öldü .....                     "Ram Holdinq" ətrafında qalmaqallı iddialar... .....                     Sabah Hacı Vəliyevə hökm oxunacaq .....                     Oğlunu qətlə yetirən ata: .....                     Vüqar Qurbanovun SONUNCU ƏMRİ: xəstələrə baha başa gələ bilər... .....                     Məhkəmə sələmçi qadını və onun ərini öldürən ömürlük məhkumla bağlı qərar çıxardı .....                     Faiq Qürbətovun tenderi LƏĞV OLUNDU .....                     Mahmudovlarla birləşən hakim cəzalandırılacaqmı? .....                     Kürəkənini yandıraraq öldürməkdə təqsirləndirilən şəxsin cinayət işinin detalları .....                     İrandan ABŞ-yə yeni təklif .....                     TƏBİB-in yeni rəhbərliyi buralara mütləq nəzər salmalıdır... .....                     Mədəniyyətin Adil Kərimli dövrünün PƏRDƏARXASI .....                     “Birmarket”in müştərilərə ONLAYN TƏLƏSİ... .....                     İran–Azərbaycan münaqişəsi niyə baş vermədi .....                     ABŞ–İran qarşıdurması Aİ üçün siyasi böhran riski yaradır .....                     Rusiya Ukrayna ilə bağlı ABŞ-la təmaslara açıqdır .....                     İranın yeni təklifi Hörmüz boğazının açılmasını nəzərdə tutur .....                     Yaponlar Hörmüzə qoşun yeridir? .....                     Azərbaycanda baş verən qəribə hadisədə İran izi? .....                 

“Seçiciyə vədlər verib, onları yerinə yetirməmək zamanı geridə qalıb” - deputat
Tarix: 5-12-2015, 11:06 | Çap et
“Seçiciyə vədlər verib, onları yerinə yetirməmək zamanı geridə qalıb”
V çağırış Milli Məclis artıq öz işinə başlayıb. Bu günə qədər parlamentin və komitələrin iclasları keçirilib, qanunverici orqanın və komitələrin sədrləri, həmçinin onların müavinləri seçilib, bəzi qanunlara əlavə və dəyişikliklərin edilməsi təşəbbüsləri irəli sürülüb. Parlamentin yeni tərkibində iştirak edən millət vəkillərindən biri də 17 saylı Yasamal III Seçki Dairəsindən deputat seçilmiş Elşad Həsənovdur. Onunla görüşüb söhbətləşdik, seçki mübarizəsi, qalibiyyət sevinci, gələcək planları barədə “Kaspi” qəzeti üçün müsahibə aldıq.

- Elşad müəllim, Siz ilk dəfədir ki, millət vəkili seçilmisiniz və artıq parlamentin iki iclasında iştirakçı olmusunuz. Deputat kimi hansı hissləri keçirirsiniz?
- Müstəqil dövlətimizin ali qanunverici orqanının üzvü olmaq şübhəsiz ki, insanda ilk olaraq qürur hissi yaradır. Hansı vəzifədə, hansı səlahiyyətdə olmasına baxmayaraq, hər bir Azərbaycan vətəndaşının yeganə məqsədi müstəqilliyimizin daha da möhkəmləndirilməsi, dövlətimizin gücünün artırılmasıdır. Bu baxımdan millət vəkili seçilməklə qürur hissi keçirdim ki, ali qanunverici orqanda deputat statusu ilə Azərbaycana xidmət edəcəm. Fikrimcə, indiyə qədər bu istiqamətdə göstərdiyim fəaliyyətimin genişləndirilməsi üçün yeni imkanlar yaranıb.

- Təxminən iki-üç ay bundan əvvələ qayıtsaq, o zaman bu yola çıxarkən, yəni millət vəkilliyinə namizədliyinizi irəli sürərkən qalib gələcəyinizə əmin idinizmi?
- Seçki kimi önəmli prosesə qoşulursansa, bütün imkanlarını götür-qoy etməlisən. Təbii ki, imkanlara nəzər salanda qalib olmaq şansın da özünə, sənə dəstək verən insanlara aydın olur. Mən bundan öncə 2 dəfə parlamentə keçirilən seçkilərin iştirakçısı olmuşam. Seçki marafonuna hər dəfə qoşulmağım qalib gələcəyimə inam hissi ilə bağlı olub. Bu dəfə isə artıq əminlik yaranmışdı. Çünki həm əvvəlki seçkilərdən böyük təcrübə qazanmışdıq, həm də ötən illərdə 17 saylı Yasamal III Seçki Dairəsində fasiləsiz iş aparmışdıq. Mənim bu ərazi ilə bağlılığım ancaq seçki dövrlərinə təsadüf etməyib. Ona görə də qələbəmizə mənə səs verən seçicilərim də əmin idi.

- 17 saylı Yasamal III Seçki Dairəsindən Sizinlə bərabər daha bir neçə nəfər deputatlığa namizədliyini irəli sürmüşdü. Onları üstələmək, seçicilərinizin səsini toplamaq üçün həmin vaxt təbliğat-təşviqatınızı necə qururdunuz?
- Qeyd etdiyim kimi, bu seçki dairəsi ilə təmaslarım ancaq seçkiqabağı təşviqat dövrü ilə məhdudlaşmayıb. Prosesə qoşularkən təşviqatla məşğul olan komandamız bəlli bir elektoratın artıq bir neçə ildir formalaşdığını müşahidə etdi. Amma bu reallıq bizi arxayınlaşdırmadı. Biz təbliğat dövründə qapı-qapı gəzərək minlərlə seçici ilə görüşdük, ərazidə kütləvi görüşlər keçirdik. Təbliğat-təşviqat kampaniyasını əsas etibarı ilə ərazidə qurduq. Nəyə görə ərazi məsələsini xüsusi qeyd edirəm? Çünki bəzi namizədlər elə bilirdilər ki, təbliğat ancaq sosial şəbəkələrdə və yaxud mediada olur. Düzdür, biz də sosial şəbəkələrdən, media resurslarından faydalandıq. Amma əsas işimiz dairənin hüdudlarında aparıldı.

- Seçki dövründə Sizinlə eyni dairədən namizədliyini irəli sürənlər arasında özünüzə əsas güclü rəqib kimi daha çox kimi görürdünüz?
- Rəqibin güclü və yaxud zəif kateqoriyalarına ayrılmasının tərəfdarı deyiləm. Əgər mübarizəyə qoşulmuşsansa, istənilən rəqibini tam ciddi qəbul etməlisən. Bizim uğurumuzun bir səbəbi də budur: rəqibləri hesaba almaq və sağlam mübarizə aparmaq.

- Qeyd etdiniz ki, seçicilərlə görüşlər keçirmişsiniz. Çox maraqlıdır seçiciləriniz qarşısında çıxış edərkən, onlara hansı vədlər verirdiniz, hansı problemlərin həllinə nail olacağınızı söyləyirdiniz? Ümumiyyətlə, həmin vaxt, elə bu gün də seçiciləriniz hansı məsələləri qaldırır, nədən şikayət edirlər sizə?
- Mən görüşlərimdə seçicilərə vəd verməyəcəyimi dedim. Artıq seçiciyə vədlər verib, sonra onları yerinə yetirməmək zamanı geridə qalıb. Mən seçicilərimlə bir yerdə olacağımı, problemləri birgə aradan qaldırmağa çalışacağımı açıqlamışdım. Onların qaldırdıqları əsas məsələlər isə Yasamal ərazisindəki problemlər idi. Bilirsiniz ki, rayonda indi bütün diqqət “Sovetski” adlanan ərazidə aparılan yenidənqurma işlərinin üzərindədir. O zaman da, elə indi də müraciətlərin bir qismi bu məsələ ilə bağlıdır. Hər bir müraciəti diqqətlə dinləyir, dövlətimizin yaratdığı imkanlar çərçivəsində həlli üçün köməklik göstərməyə çalışıram. Ümumilikdə vətəndaşlar bütün fəaliyyətimizlə cənab prezident İlham Əliyevin həyata keçirdiyi siyasətə dəstək olmağa çağırırlar. Bu fikirlər indi də daxil olan müraciətlərdə əksini tapır.

- Bəs, bütövlükdə seçki prosesini necə qiymətləndirirsiniz?
- Seçki prosesi ədalətli, şəffaf və qanunların tələb etdiyi şəraitdə keçdi. Daha güclü olan, seçicidə inam yarada bilən namizədlər qələbə qazandı. Seçicilərin iradəsinin əksi üçün bütün şərait yaradılmışdı.

- Gələcək 5 il üçün planlarınız nədən ibarətdir?
- 5 il ərzində fəaliyyətimlə mənə etimad göstərən insanların inamını doğrultmağa çalışacağam. Onların öz seçimlərində yanılmadıqlarını təsdiqləməyi bacaracağıma inanıram. Şübhəsiz ki, millət vəkilinin əsas vəzifəsi qanunvericiliyin təkmilləşdirilməsi işinə öz töhfəsini verməkdir. Bir hüquqşünas kimi bu istiqamətdə dövlətimiz və xalqımız üçün faydalı olacağıma əminəm.

- Bəzi qərb dairələri, eləcə də Azərbaycandakı radikal müxalifət seçkinin nəticələrinə kölgə salmağa cəhd edir, bu məqsədlə müxtəlif bəyanatlar verirdilər. Seçkinin sona çatmasından bir aydan artıq vaxt keçməsinə rəğmən, sözügedən dairələr köhnə fikirlərini ara-sıra təkrarlamaqdan əl çəkmirlər. Sizin buna münasibətiniz necədir?
- Seçkilər Azərbaycan xalqının iradəsini tam ifadə edib. Bunu biz yox, prosesi izləyən on minlərlə beynəlxalq və yerli müşahidəçi deyir. Onların yekun fikri budur ki, seçkilər ən yüksək beynəlxalq standartlara cavab verir, Azərbaycan xalqı bu seçkilərdə öz iradəsini azad şəkildə ifadə edib. Təəssüf ki, Azərbaycanın demokratiya yolunda atdığı hər bir uğurlu addımı bəzi dairələrdə əks reaksiya doğurur. Həmin dairələr dövlətimizin nailiyyətlərinə sevinə bilmirlər, çünki güclü Azərbaycan onların maraqlarına uyğun gəlmir. Azərbaycan demokratiyaya sadiqdir və atılan hər bir addım, hər bir seçki prosesi bunu növbəti dəfə təsdiqləyir. Ona görə də bəzi xarici dairələrin Azərbaycan əleyhinə bu istiqamətdə qarayaxma kampaniyası aparmasının heç bir əhəmiyyəti yoxdur.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Portağal idxalı: İrandan çox alırıq, Türkiyədən isə ucuz… - SİYAHI
Bu gün, 12:24
Gürcüstanda 55 əcnəbi saxlanıldı - Aralarında Azərbaycan vətəndaşları da var
Bu gün, 12:13
Deputat Aydın Mirzəzadənin sərgüzəştləri - Orxan Saffari yazır...
Bu gün, 12:08
Bu komitəyə yeni sədr seçildi - ƏMR
Bu gün, 12:02
Hakim Elnur Nuriyev bir dələduza niyə HÖKM oxumur? - 165 ailə Mehriban Əliyeva və İnam Kərimova üz tutdu
Bu gün, 11:58
Məhkəmə sələmçi qadını və onun ərini öldürən ömürlük məhkumla bağlı qərar çıxardı
Bu gün, 11:55
Rövşən Rzayev keçmiş icra başçısı Tahir Kərimovun şirkətinə yaşıl işıqlar yandırır - İLGİNC FAKTLAR...
Bu gün, 11:51
Nizami Kino Mərkəzinin direktoru işdən çıxıb, yerinə müvəqqəti təyinat olub - BUNDAN SONRA...
Bu gün, 11:46
Mərkəzi Bankın tenderi niyə ləğv olundu?
Bu gün, 11:44
Milli Məclis MSK-nın yeni tərkibini təsdiqləyib - SİYAHI
Bu gün, 11:39
Şərurun icra başçısı etirazçını DƏLİXANAYA SALDIRDI - BU NƏDİ BELƏ?
Bu gün, 11:32
Gərginlik artır: Ermənistan sülhə ağır zərbə vurdu – Nur Tuğba Aktay
Bu gün, 11:23
MSK-nın yeni üzvlərinin adları açıqlandı - YENİLƏNDİ
Bu gün, 11:22
Neft məhsulları ilə məşğul olan xarici şirkət Azərbaycandan gedir
Bu gün, 11:13
Zaur Baxşəliyev yenə ATV-də: - Bu dəfə...
Bu gün, 11:12
Əliyevin açıqlamasında mühüm siqnallar – Diplomatiyada 7 rəqəminin önəmi
Bu gün, 11:11
“PAŞA Management Company” adını dəyişir - BUNDAN SONRA...
Bu gün, 11:05
Hərbiyə ən çox pul xərcləyən ölkələr - SİYAHI
Bu gün, 11:04
Üçüncü İran müharibəsi başlayıb: - əyləc basılmasa, qloballaşa bilər
Bu gün, 11:02
Azərbaycanda bu zavodun fəaliyyəti 10 il müddətinə dayandırılır - DETALLAR
Bu gün, 11:01
“Azparkinq”: Rahatlıq vəd edib narazılıq yaradan sistem - AXI NİYƏ?..
Bu gün, 10:56
Kasparovun adamı həbsxanada öldü - Rusiyada müəmmalı hadisələr
Bu gün, 10:48
"Ram Holdinq" ətrafında qalmaqallı iddialar... - daxildə baş verənlər niyə araşdırılmır?
Bu gün, 10:47
Sabah Hacı Vəliyevə hökm oxunacaq - TƏFƏRRÜAT
Bu gün, 10:42
Oğlunu qətlə yetirən ata: - “Məndən soruşdu ki, işləyib qazandığım pulu nə etmişəm...”
Bu gün, 10:30
Vüqar Qurbanovun SONUNCU ƏMRİ: xəstələrə baha başa gələ bilər... - İLGİNC İDDİALAR
Bu gün, 10:23
Məhkəmə sələmçi qadını və onun ərini öldürən ömürlük məhkumla bağlı qərar çıxardı
Bu gün, 10:14
Faiq Qürbətovun tenderi LƏĞV OLUNDU - BUNA GÖRƏ...
Bu gün, 10:10
Mahmudovlarla birləşən hakim cəzalandırılacaqmı? - VƏTƏNDAŞLAR ƏDALƏT TƏLƏB EDİR!
Bu gün, 10:05
Kürəkənini yandıraraq öldürməkdə təqsirləndirilən şəxsin cinayət işinin detalları - TƏFƏRRÜAT
Bu gün, 10:03
İrandan ABŞ-yə yeni təklif - KİV
Bu gün, 09:54
TƏBİB-in yeni rəhbərliyi buralara mütləq nəzər salmalıdır... - İTTİHAM VAR...
Bu gün, 09:53
Mədəniyyətin Adil Kərimli dövrünün PƏRDƏARXASI - Görünəni odur ki...
Bu gün, 09:42
“Birmarket”in müştərilərə ONLAYN TƏLƏSİ... - BU NƏDİ BELƏ?..
Bu gün, 09:35
İran–Azərbaycan münaqişəsi niyə baş vermədi - "The National Interest" yazır ki...
Bu gün, 09:20
ABŞ–İran qarşıdurması Aİ üçün siyasi böhran riski yaradır - “Politico”
Bu gün, 09:15
Rusiya Ukrayna ilə bağlı ABŞ-la təmaslara açıqdır - Lavrov
Bu gün, 07:11
İranın yeni təklifi Hörmüz boğazının açılmasını nəzərdə tutur - "Axios"
Bu gün, 07:09
Yaponlar Hörmüzə qoşun yeridir?
Bu gün, 06:05
Azərbaycanda baş verən qəribə hadisədə İran izi? – Sensasion iddiaya cavab gəldi
Bu gün, 06:03
Gəncədə başçıya söykənən ÖZBAŞINALIQ - İTTİHAM VAR...
Bu gün, 06:01
"Trampizmin" alternativi "Mamdanizimdirsə", vay ABŞ ın halına... - REAKSİYA
Bu gün, 05:50
Trampın ölümü kimin işinə yarayır ki... - HƏQİQƏTƏN DƏ...
Bu gün, 05:40
Bu ölkə Beynəlxalq Komissiyadan çıxdı - Rusiyaya görə
Bu gün, 05:20
Sahil Babayev Qarabağa PULLARIN SEL KİMİ AXININA BLOK QOYUB - ONA GÖRƏ DƏ...
Bu gün, 05:17
Atışmada hədəf olub-olmadığımı bilmirəm - Tramp belə deyir...
Bu gün, 05:00
2025-ci ildə qlobal hərbi xərclər 2,8 trilyon dolları keçib - HESABAT
Bu gün, 04:58
Çində ən böyük LNG tankeri istifadəyə verilib
Bu gün, 04:56
“Aztəsərrüfat” MMC NARAZILIQ YARADIR - Pullarını ala bilməyən kəndlilərin ETİRAZI
Bu gün, 04:40
“Azəriqaz” işçisi Prezidentə ÜZ TUTDU - MÜRACİƏT
Bu gün, 04:35
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru