Hikmət Hacızadə Etibar Məmmədov haqqında sirri açdı
Tarix: 23-01-2016, 10:37 | Çap et
 Milli azadlıq hərəkatının liderlərindən biri, AMİP lideri Etibar Məmmədovun 24 il əvvəl dərc olunmuş müsahibəsinin yenidən ictimailəşməsi kəskin fikir toqquşmaları ilə müşayiət olunan müzakirələrə səbəb olub.
Xatırladaq ki, “Aydınlıq” qəzetinin 1992-ci il, 17 aprel tarixli buraxılışına verdiyi müsahibədə E.Məmmədov AXC İdarə Heyətinin üzvü olan Hikmət Hacızadəni onun həbsinə razılıq verməkdə ittiham edib. Sitat: “Mənim mətbuat konfransımdan sonra Hikmət Hacızadə Moskvaya zəng edib bildirib ki, Etibar Məmmədovun danışıqlar aparmağa heç bir səlahiyyəti yoxdur, onunla danışıqlar aparılmasın. Çox keçmədən müstəntiqin də etiraf etdiyi kimi, AXC İdarə Heyətinin belə münasibətindən sonra həbs olunmağım qərara alınıbmış. Beləliklə, mənim həbs edilməyim üçün ilk növbədə AXC İdarə Heyətindən, sonra isə Ayaz Mütəllibovdan razılıq alınıbmış. Bu da bəllidir ki, məni 9 ay yarım həbsdə saxlamaqda məqsəd milli hərəkatı zəiflətmək idi”.
AMİP liderinin eks-prezidentlə bağlı ittihamlarına A.Mütəllibovun reaksiyası ötən sayımızda dərc olunub. Keçmiş prezidentin kəskin cavabına E.Məmmədov və onun partiyadaşı Əli Orucovdan sərt reaksiya gəlib. Müsahibədə açı çəkilən Hikmət Hacızadədə isə “Yeni Müsavat”a açıqlamasında bunları bildirdi: “Etibar düz deyir. İdarə Heyəti onun Moskvada danışıqlar aparması üçün heç bir razılıq verməyib. Xüsusilə də ona görə ki, bütün bu faciənin bir hisssi məhz onun məsuliyyətsizliyindən yaranıb. Bundan sonra ona bizdə heç bir etibar qalmayıb”. “Şəxsən sizin Etibar Məmmədovla bağlı Moskvaya müraciətiniz olmuşdumu” sualına cavabında H.Hacızadə bunları bildirdi: “Şəxsən mən heç yerə müraciət etməmişəm. Etibar Məmmədov burada yanılır. Etibar Azərbaycan SSR-nin Moskvadakı nümayəndəliyinə gələndə və orada mətbuat konfransı keçirəndə oradan dərhal mənə hansısa jurnalist zəng etmişdi. Həmin jurnalist məndən soruşdu ki, Etibar Məmmədovun burada AXC adından danışmağa səlahiyyəti varmı? Mən də demişdim ki, o, AXC adından orada danışa bilməz, danışırsa, qoy Vəzirovla və Nemət Pənahovla birgə üzv olduğu ”Milli Müdafiə Komitəsi"nin adından danışsın. Vəssalam! Başqa söhbət olmayıb". H.Hacızadə həbsində A.Mütəllibovun əlinin olması, yəni onun razılıq verməsi barədə E.Məmmədovun dedikləri barədə qısaca bunu bildirdi: “Mütəllibov məsələsindən xəbərim yoxdur”.


|
|
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
|
|
| • Xocalı sakinləri işsizlik və həyətyanı sahə problemi ilə üzləşirlər... - NARAZILIQ VAR...
Bu gün, 16:03 |
|
|
|
| • ABŞ-nin İranla bağlı strategiyası naməlumdur - Almaniya Kansleri
Bu gün, 15:53 |
|
|
|
| • MSK-nın heç bir funksiyası yoxdur - Siyasilərdən REAKSİYA
Bu gün, 15:51 |
|
|
|
| • “Bank Avrasiya”nın maliyyə vəziyyəti ürəkaçan deyil – Ümidsiz kreditlərin payı kəskin artıb
Bu gün, 15:48 |
|
|
|
| • “Rossotrudniçestvo”nun rəhbəri Yevgeni Primakov istefaya göndərilib
Bu gün, 15:45 |
|
|
|
| • Turan Topalova tutduğu vəzifədən ayrıldı - ƏMR
Bu gün, 15:44 |
|
|
|
| • Ermənistanda Rusiya lehinə olan kanallar silindi
Bu gün, 15:42 |
|
|
|
| • Cəlilov da BELƏ YEYİR: Hər kilometrə 200 MİN MANAT... - AY MAŞALLAH...
Bu gün, 15:34 |
|
|
|
| • Bank of Baku 27 qəpik borcu 2 manata necə çevirib? - Mərkəzi Bank vətəndaş şikayətinə belə CAVAB VERDİ
Bu gün, 15:22 |
|
|
|
| • SAVAŞDAN ÇIXANA “XOX GƏLİRLƏR”: “Telefonumuza cavab verməsəniz, qohumlarınıza zəng edəcəyik” - ÖZBAŞINA QALIBLAR...
Bu gün, 15:15 |
|
|
|
| • Avropa İttifaqının Gürcüstandakı səfiri XİN-ə çağırılıb - KİV
Bu gün, 15:03 |
|
|
|
| • Paşinyanın korteji hamilə qadını belə vurub – yeni iddia
Bu gün, 15:02 |
|
|
|
| • Elgiz və Xoşqədəm yeni layihə ilə efirə QAYIDIR
Bu gün, 14:39 |
|
|
|
| • Xəyal Rza qəzaya düşdü - FOTO
Bu gün, 14:38 |
|
|
|
| • Bu temp Anar Rzayevi HƏBSƏ GÖTÜRƏ BİLƏR... - ÇÜNKİ...
Bu gün, 14:33 |
|
|
|
| • Cavid Nəbiyevin şirkətləri borc içində: Siyahıda "Anadolu Efes" də var - TƏFƏRRÜAT
Bu gün, 14:25 |
|
|
|
| • “Görünür, Kremldə də çox istəyirlər ki, Zelenski ilə Bakıda hansısa görüş keçirilsin, amma...”
Bu gün, 14:08 |
|
|
|
| • Aqil Abbasdan “Ağdam Bus” kartlarının buraxılmasına münasibət: -“2-3 min adam üçün nəyə lazımdır?”
Bu gün, 14:06 |
|
|
|
| • Marukyan Azərbaycanı məhkəməyə vermək istəyir
Bu gün, 14:02 |
|
|
|
| • Körpələrin yeməyinə tamah salan BÖYÜKLƏR... - İTTİHAM VAR...
Bu gün, 13:47 |
|
|
|
| • Maliyyə icarəsi verənlərin reyestri ilə bağlı dövlət rüsumu müəyyənləşir - MƏBLƏĞ
Bu gün, 13:42 |
|
|
|
| • Gürcüstanla sərhədin delimitasiyasının başa çatdırılması barədə razılıq əldə etmişik - Paşinyan
Bu gün, 13:34 |
|
|
|
| • Bakıda FACİƏ: pəncərəni silən qız binadan yıxılıb ÖLDÜ - TƏFƏRRÜAT
Bu gün, 13:31 |
|
|
|
| • Bu şəxslər MSK-nın yeni tərkibində yer almadı - SİYAHI
Bu gün, 13:07 |
|
|
|
| • “Zulu Shipping” dosyesində adı keçən İsmayıl Qasımov kimdir? - Rusiyanın “kölgə tanker”ində İran izi
Bu gün, 13:06 |
|
|
|
| • “Səfərbərlik kimi məsuliyyətli proseslərdə qanun pozuntusuna yol vermək olmaz” - deputat
Bu gün, 12:59 |
|
|
|
| • Şimal-qərb küləyinin güclənəcəyi gözlənilir - belə deyirlər...
Bu gün, 12:49 |
|
|
|
| • Dilarə Kazımova ailə quracağı şəxsə ŞƏRT KƏSDİ - "Məni üç uşağımla..."
Bu gün, 12:39 |
|
|
|
| • Azərbaycanda tətbiq edilən ŞOK SİLAH – Daha təhlükəli formada qayıdıb?
Bu gün, 12:35 |
|
|
|
| • Distant təhsil günlərində internet güzəşti olacaq? - AKTUAL
Bu gün, 12:30 |
|
|
|
| • Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası davam etdiriləcək - Nikol Paşinyan
Bu gün, 12:27 |
|
|
|
| • Portağal idxalı: İrandan çox alırıq, Türkiyədən isə ucuz… - SİYAHI
Bu gün, 12:24 |
|
|
|
| • Gürcüstanda 55 əcnəbi saxlanıldı - Aralarında Azərbaycan vətəndaşları da var
Bu gün, 12:13 |
|
|
|
| • Deputat Aydın Mirzəzadənin sərgüzəştləri - Orxan Saffari yazır...
Bu gün, 12:08 |
|
|
|
| • Bu komitəyə yeni sədr seçildi - ƏMR
Bu gün, 12:02 |
|
|
|
| • Hakim Elnur Nuriyev bir dələduza niyə HÖKM oxumur? - 165 ailə Mehriban Əliyeva və İnam Kərimova üz tutdu
Bu gün, 11:58 |
|
|
|
| • Məhkəmə sələmçi qadını və onun ərini öldürən ömürlük məhkumla bağlı qərar çıxardı
Bu gün, 11:55 |
|
|
|
| • Rövşən Rzayev keçmiş icra başçısı Tahir Kərimovun şirkətinə yaşıl işıqlar yandırır - İLGİNC FAKTLAR...
Bu gün, 11:51 |
|
|
|
| • Nizami Kino Mərkəzinin direktoru işdən çıxıb, yerinə müvəqqəti təyinat olub - BUNDAN SONRA...
Bu gün, 11:46 |
|
|
|
| • Mərkəzi Bankın tenderi niyə ləğv olundu?
Bu gün, 11:44 |
|
|
|
| • Milli Məclis MSK-nın yeni tərkibini təsdiqləyib - SİYAHI
Bu gün, 11:39 |
|
|
|
| • Şərurun icra başçısı etirazçını DƏLİXANAYA SALDIRDI - BU NƏDİ BELƏ?
Bu gün, 11:32 |
|
|
|
| • Gərginlik artır: Ermənistan sülhə ağır zərbə vurdu – Nur Tuğba Aktay
Bu gün, 11:23 |
|
|
|
| • MSK-nın yeni üzvlərinin adları açıqlandı - YENİLƏNDİ
Bu gün, 11:22 |
|
|
|
| • Neft məhsulları ilə məşğul olan xarici şirkət Azərbaycandan gedir
Bu gün, 11:13 |
|
|
|
| • Zaur Baxşəliyev yenə ATV-də: - Bu dəfə...
Bu gün, 11:12 |
|
|
|
| • Əliyevin açıqlamasında mühüm siqnallar – Diplomatiyada 7 rəqəminin önəmi
Bu gün, 11:11 |
|
|
|
| • “PAŞA Management Company” adını dəyişir - BUNDAN SONRA...
Bu gün, 11:05 |
|
|
|
| • Hərbiyə ən çox pul xərcləyən ölkələr - SİYAHI
Bu gün, 11:04 |
|
|
|
| • Üçüncü İran müharibəsi başlayıb: - əyləc basılmasa, qloballaşa bilər
Bu gün, 11:02 |
|
|
|
|