Ucarda 15 yaşlı qız uşaq dünyaya gətirdi .....                     AzTV-də dəyişikliklər: bəzi şöbələr birləşdirilir, islahatlar başlayır .....                     “Pensiya sistemində əsas prinsip ədalət və şəffaflıq olmalıdır” .....                     Heyvan idxalı azalıb: .....                     Zənginləşdirilmiş uran İran torpağı qədər vacibdir .....                     Pensiyalar nə vaxt veriləcək? .....                     “İdrak”da güllələnən müəllim həmin şagirdi bağışladı .....                     Müharibəyə görə ali təhsilindən imtina etdi, həbsə düşdü .....                     Şimşək çaxacağı ehtimalı var .....                     “Köçəryan və Karapetyan gələrsə, .....                     Türkiyə iş adamından Bayram Yusifova ittiham: .....                     İran Ordusu ABŞ-yə müharibə elan etdi .....                     Bakıda qaçırdığı “Range Rover”lə qəza törədən şəxs saxlanılıb .....                     Əvəz Zeynallı yenidən kitab marafonu edəcək .....                     Rusiyanın iri şirniyyat şirkətinin Azərbaycandakı nümayəndəliyi fəaliyyətini dayandırır .....                     “Macarıstan üçün daha sakit bir dövr başlayır” .....                     "Rüzgar"ın əmisinə .....                     Yaxın Şərqdə müharibə tərəflərin maraqlarına cavab vermir .....                     ABŞ-la danışıqların növbəti raundunda iştirakla bağlı qərar verilməyib .....                     Avropa Məhkəməsindən Bakıya absurd TƏLƏB .....                     Flyblast Travel Agency qalmaqalı böyüyür .....                     "Yaltaqların danışıqlarını görürəm, ürəyim bulanır" .....                     Ermənistanda seçkiöncəsi gərginlik PİK HƏDDƏ .....                     Azərbaycanlı konfliktoloq Ukraynanın gələcəyi ilə bağlı .....                     Həbsdən yeni çıxan şəxs azyaşlıya qarşı cinayət törətdi .....                     Lənkəran səhiyyəsində şübhəli tender .....                     Müctəba Xamenei atasından da radikaldır .....                     Türkiyə ilə sərhədlərin açılmasına hazırıq .....                     Naxçıvan məktəbində BIÇAQLI HÜCUM: “Hadisəni gizlədirlər...” .....                     Rədd edilən SÜLH .....                     Bu dəfə Azər Qasımlının xanımından şikayət etdi .....                     “Kölgə kəşfiyyatı”ndan Zəngəzur xəbərdarlığı .....                     Ukrayna ordusu Rusiyanın 150 milyon dollarlıq iki desant gəmisini vurub .....                     İrəvandan Ankaraya "top səndədir" mesajı .....                     Manaf Babayev "Azərpoçt"un rəhbərliyinə TƏYİN OLUNDU .....                     Camalovun xaraba günə qoyduğu Zərdab... .....                     “AtaSığorta” ləğv edilir .....                     İcra Hakimiyyəti 4 800 kiloqram qurban əti paylayacaq .....                     Bir əldə 7 qarpız tutmağı bacaran "deputat" .....                     Rusiya Kiyevi də, Odessanı da tuta bilər .....                 

“AQROLİZİNQ” KƏNDLİLƏRƏ NECƏ DİVAN TUTUR?
Tarix: 29-05-2012, 13:48 | Çap et
“AQROLİZİNQ” KƏNDLİLƏRƏ NECƏ DİVAN TUTUR?

KREDİTİN MÜQABİLİNDƏ VƏTƏNDAŞLAR TALAN EDİLİR

Astara rayonunda fəaliyyət göstərən В«ŞindanВ» kənd təsərrüfatı kooperativinin başçısı Zeydulla Cəbiyev texnikaya ehtiyac olduğunu deyir. Onun sözlərinə görə, kooperativ 1988-ci ildən fəaliyyət göstərir, 100-dən çox payçısı var. Təsərrüfat 100 başa yaxın iribuynuzlu mal-qaraya, 400 başdan çox qoyuna malikdir. Üstəlik arıçılıqla da məşğul olurlar. Hektarlarla feyxoa bağı, əkin və otlaq sahələri var. Zeydulla Cəbiyev qeyd edir ki, kooperativ dağ ərazisində, dəniz səviyyəsindən 1500-2000 metr hündürlükdə yerləşir. Vaxtı ilə fəaliyyət göstərmiş 3 sovxozun ərazisini əhatə edir.

Zeydulla Cəbiyev deyir ki, В«ŞindanВ» rayonda ən iri təsərrüfatlardan biri olmasına baxmayaraq, bir ədəd də olsun texnikası yoxdur. Köhnə texnika dağılıb. Bütün işlər əl ilə görülür. O texnika almaq üçün kredit götürmək istədiyini deyir:

В«10 HEKTAR ƏKİNİMİ ÖKÜZLƏ ƏKMİŞƏMВ»

В«Güzəştli kredit almaq istəyirəm. Hara yazıram mənə kredit vermirlər. Nə üçün vermirlər, mən bunu başa düşmürəm. Bakıya getmişəm, fondun müdirinin yanına. Kənd təsərrüfatına kredit verənin yanında olmuşam. Təzə çıxan traktor istəyirəm. 10 hektar əkinimi öküzlə əkmişəm. Başqasının traktoru ilə əkirəmВ».

Zeydulla Cəbiyevin sözlərinə görə, yeri əkmək üçün В«AqroservisВ»ə müraciət etsə də heç kim dağ ərazisinə getmək istəmir. Buna görə də şəxsi texnikası olmadan dağda işləmək mümkün deyil. Onun sözlərinə görə, 50 min manat güzəştli kredit götürmək üçün 100 min manat dəyərində olan əmlakı girov qoymağa hazırdır:

В«MƏNƏ CAVAB VERİR Kİ, GƏRƏK ŞƏHƏRDƏ EVİN OLSUNВ»

В«Deyir kredit götürsən 20 faiz pul verəcəksən. Ondan sonra 10 illini hissə-hissə qaytaracaqsan. Razıyam buna. Kredit şöbəsinə gedirəm etiraz edir. Gedirəm Banka, Astarada bank var, Respublika bankı. Deyirəm bu mənim sənədim, biznes planım. Nə qədər mal-qaram var, hesabatım var. Hamısını verirəm ona. Mənə cavab verir ki, gərək şəhərdə evin olsun. Mən deyirəm kəndə, Şiyəkəranda kupçalı ev, 400 baş qoyun, inək. Gəlirim olub. Gəl bunlara bax. Deyir mənə sənəd ver ki, şəhərdə, Bakıda evin varВ».

Zeydulla Cəbiyevin sözlərinə görə, ötən il 10 ton 100 kiloqram ət istehsal edib:

В«MƏN KEÇƏN İL 10 TON YÜZ KİLOQRAM ƏT İSTEHSAL ETMİŞƏMВ»

В«Kənd yerində işləməliyəm. Mən keçən il 10 ton yüz kiloqram ət istehsal etmişəm. Bunu kənddə istehsal etmişəm. İşləyən adamam. Zəhmətkeş adamam. Əllərim qabar-qabar olubВ».

Təsərrüfat başçısının təqdim etdiyi sənədlərdən məlum olur ki, güzəştli kredit götürmək üçün müraciət etmədiyi yer qalmayıb. Bu sənədlər içərisində İqtisadi İnkişaf Nazirliyinin, Kənd Təsərrüfatı nazirliyi yanında Kənd Təsərrüfatı Kreditləri üzrə Dövlət Agentliyinin, Mərkəzi Bankın, В«AqrolizinqВ» səhmdar cəmiyyətinin, Sahibkarlığa Kömək Milli Fondunun cavab məktubları var. Bu sənədlərdən həmçinin məlum olur ki, mütəxəssislər В«ŞindanВ» kənd təsərrüfatı kooperativində olublar. Onun fəaliyyətinə iradları olmayıb.

Nazirliklər, agentliklər və digər qurumlar kredit verməkdən imtina etmirlər. Lakin sahibkar müvəkkil kredit təşkilatı tapa bilmir. Rayonlarda 10-dan çox bankın filialı olsa da heç biri kənd təsərrüfatı ilə məşğul olan sahibkarla iş görmək istəmir. Bununla bağlı Respublika və В«ZaminВ» bankın Astara rayon filiallarında olduq. Respublika Bankın rayon filialı sahibkardan girov məqsədi ilə şəhərdə ev olmasını tələb edir. В«ZamınВ» bankın filialı isə verəcəyi kreditin dəyəri qədər qızıl istəyir.

Astara rayon İcra Hakimiyyəti başçısının kənd təsərrüfatı üzrə müavini Allahverən Mahmudov deyir ki, sahibkar onlara da müraciət edib:

В«BİZ ONU GÖNDƏRDİK SAHİBKARLIĞA KÖMƏK MİLLİ FONDUNAВ»

В«Biz onu göndərdik Sahibkarlığa Kömək Milli Fonduna. Onlar burda seminar keçirtdilər. Dedilər ki, hər hansı bir fermer təsərrüfatı ilə məşğul olmaq istəyən varsa müvafiq banklarla əlaqə saxlasın, biz həm də həmin banklar üçün vəsait ayırarıq. Bu şərtlə ki, sahibkarlar öz biznes planlarını hazırlasınlar, gəlib bizə bildirsinlər, bunlar nə ilə məşğul olmaq istəyirlər. Bu da dağda yaşadığına görə texnika istədi. Texnikanı almaq üçün birbaşa pul vermək lazım deyil. Texnikanı lizinq yolu ilə Kənd Təsərrüfatı nazirliyində В«AqrolizinqВ» səhmdar cəmiyyəti var, orda verirlər. On illik kreditdir. Amma, şərtləri odur ki, qabaqcadan 10 faiz ödəməlisən, 10 il müddətinə qalan vəsaiti bölürlər və ayırırlarВ».

Müavinin dediyinə görə, sahibkarın problemi əlində nağd pulun olmamasıdır:

В«Mənə belə gəlir ki, o vəsait istəyir, nağd pul istəyir. Nağd pulu da vermirlər. Amma texnika ala bilər. O istəsə kombayn da götürə bilər. Bizdə В«AqrolizinqВ» xətti ilə iki kombayn var. İndiki kombaynların qiyməti 63 mindir. İki il bundam qabaq ucuz idilərВ».

Aqronom, kənd təsərrüfatı mütəxəssisi Xanlar Əliyev hesab edir ki, sahibkarı bilərəkdən get-gələ salırlar. Məqsəd riskli sahə olan kənd təsərrüfatına kredit verməməkdir:

В«VERDİYİ KREDİTİN MÜQABİLİNDƏ QIZIL ƏŞYA VƏ ZİNƏT ŞEYLƏRİ İSTƏYİRВ»

В«Sahibkarlara Milli Fond hər ay bölgələrdə pul verir, güzəştli kreditlər verir. Lakin Astara rayonunda son 6-7 ildə bir nəfər də olsun bu imkanlardan istifadə edə bilməyib. Çünki müvəkkil banklar riskləri azaltmaq üçün onlardan şəhər mərkəzlərində 2-3 otaqlı evlər istəyir. Və yaxud da verdiyi kreditin müqabilində qızıl əşya və zinət şeyləri istəyir. Əgər bu adamın bu qədər qızılı olarsa onda onun kreditə ehtiyacı olmaz. Astara rayonundan prezidentə də müraciət olunub, Fondun rəhbəri Şirzad Abdullayevə də dəflərlə müraciət olunub ki, biz kənd yerlərində yaşayırıq. Bizə kredit lazımdır ki, təsərrüfatı inkişaf etdirək. İşçi qüvvəsi var, lakin təsərrüfatı inkişaf etdirmək üçün vəsait yoxdur. Bu vəsait üçün Mili Fond sahibkarlara elə şərtlər qoyur ki, kənd təsərrüfatı ilə məşğul olanlar götürə bilmirlərВ».

İcra başçısının müavini Allahverən Mahmudov isə deyir ki, rayonda güzəştli kredit götürənlər var. Sahibkarlar lizinq yolu ilə kənd təsərrüfatı texnikasına malikdirlər:

В«Təzə texnikanı vətəndaş özü götürür, müqaviləni bağlayır. 10 il müddətinə, ilkin qiymət üstünə heç faiz də gəlmir. Bu gün alış qiyməti neçəyədirsə onun üstünə faiz qiyməti gəlmirlər. Kənd təsərrüfatında çalışdıqlarına görəВ».

İcra hakimiyyəti başçısının müavini sahibkar Zeydulla Cəbiyevin banklarla bağlı probleminin olduğunu da bildirdi.

SAHİBKAR HƏLƏ DƏ TEXNİKA AXTARIŞINDADIR

В«AqroservisВ» Açıq Tipli Səhmdar Cəmiyyətin Astara filialının icraçı direktoru Pünhan Hüseynov da deyir ki, kənd təsərrüfatı məhsullarının istehsalı ilə məşğul olanlara dəyərinin 10 faizini ödəməklə kənd təsərrüfatı texnikasını vermək imkanı var. Onun bildirdiyinə görə, bununla bağlı heç bir problem yoxdur.

Sahibkar Zeydulla Cəbiyev isə deyir ki, kimin indi nə deməsindən asılı olmayaraq o hələ də texnika ala bilməyib. Bu da ərzaq bolluğuna öz töhfələrini verməyə mane olur:

В«BIR KOMBAYN OLSA BİZ 100 HEKTAR YOX 200 HEKTAR ƏKƏRİKВ»

В«Mənim texnikaya ehtiyacım var. Ərzaq bolluğunu biz yaradırıq. Bizim cavanlar gedir İrandan kartof gətirir. Mən bir hektarda 3 ton kartof əkirəm, 12 ton kartof çıxardıram. Bir hektar əkmişəm. Texnika olsa çox əkərəm, keçən il 10 ton buğda əkmişdim, 24 ton taxıl istehsal elədim, əl əməyi ilə. Neçə ildir torpaqlar qalıb. Kolxoz, sovxoz vaxtı əkirdilər, indi boş qalıb. Bir kombayn olsa biz 100 hektar yox 200 hektar əkərikВ».

Azərbaycan Statistika Komitəsinin məlumatına görə, 2012-ci ilin yanvar-mart aylarında В«AqrolizinqВ» xətti ilə kənd təsərrüfatı istehsalçılarına 10,5 milyon manat dəyərində 273 ədəd traktor, 315 ədəd maşın və avadanlıq satılıb. / Azadlıq Radiosu /










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Ucarda 15 yaşlı qız uşaq dünyaya gətirdi
Bu gün, 13:00
AzTV-də dəyişikliklər: bəzi şöbələr birləşdirilir, islahatlar başlayır - TƏFƏRRÜAT
Bu gün, 12:57
“Pensiya sistemində əsas prinsip ədalət və şəffaflıq olmalıdır” - deputat
Bu gün, 12:54
Heyvan idxalı azalıb: - Ət yenə bahalaşacaq?
Bu gün, 12:50
Zənginləşdirilmiş uran İran torpağı qədər vacibdir - Bəqayi
Bu gün, 12:46
Pensiyalar nə vaxt veriləcək?
Bu gün, 12:43
“İdrak”da güllələnən müəllim həmin şagirdi bağışladı - VİDEO
Bu gün, 12:37
Müharibəyə görə ali təhsilindən imtina etdi, həbsə düşdü - Hüseyn Dəryanın həyatı
Bu gün, 12:31
Şimşək çaxacağı ehtimalı var - belə deyirlər...
Bu gün, 12:28
“Köçəryan və Karapetyan gələrsə, Azərbaycanla müharibə qaçılmaz olacaq”
Bu gün, 12:22
Türkiyə iş adamından Bayram Yusifova ittiham: - “25 milyonluq villada…”
Bu gün, 12:16
İran Ordusu ABŞ-yə müharibə elan etdi
Bu gün, 12:14
Bakıda qaçırdığı “Range Rover”lə qəza törədən şəxs saxlanılıb
Bu gün, 12:12
Əvəz Zeynallı yenidən kitab marafonu edəcək - Bu tarixdə
Bu gün, 12:01
Rusiyanın iri şirniyyat şirkətinin Azərbaycandakı nümayəndəliyi fəaliyyətini dayandırır
Bu gün, 11:55
“Macarıstan üçün daha sakit bir dövr başlayır” – QABOR ŞTİR
Bu gün, 11:49
"Rüzgar"ın əmisinə AĞIR CƏZA tələbi
Bu gün, 11:47
Yaxın Şərqdə müharibə tərəflərin maraqlarına cavab vermir - Pezeşkian
Bu gün, 11:42
ABŞ-la danışıqların növbəti raundunda iştirakla bağlı qərar verilməyib - İran XİN
Bu gün, 11:41
Avropa Məhkəməsindən Bakıya absurd TƏLƏB – Avqustun 31-dək...
Bu gün, 11:35
Flyblast Travel Agency qalmaqalı böyüyür - Şirkət barədə şok iddialar
Bu gün, 11:33
"Yaltaqların danışıqlarını görürəm, ürəyim bulanır"
Bu gün, 11:26
Ermənistanda seçkiöncəsi gərginlik PİK HƏDDƏ – Paşinyan rəqiblərini belə NEYTRALLAŞDIRIR
Bu gün, 11:24
Azərbaycanlı konfliktoloq Ukraynanın gələcəyi ilə bağlı 3 ssenari sadaladı...
Bu gün, 11:19
Həbsdən yeni çıxan şəxs azyaşlıya qarşı cinayət törətdi – CƏZA
Bu gün, 11:17
Lənkəran səhiyyəsində şübhəli tender - DETALLAR
Bu gün, 11:15
Müctəba Xamenei atasından da radikaldır - Lukaşenko
Bu gün, 11:10
Türkiyə ilə sərhədlərin açılmasına hazırıq - Kostanyan
Bu gün, 11:02
Naxçıvan məktəbində BIÇAQLI HÜCUM: “Hadisəni gizlədirlər...” - İLGİNC İDDİALAR...
Bu gün, 10:59
Rədd edilən SÜLH – İranı nə gözləyir?
Bu gün, 10:52
Bu dəfə Azər Qasımlının xanımından şikayət etdi - TƏFƏRRÜAT
Bu gün, 10:50
“Kölgə kəşfiyyatı”ndan Zəngəzur xəbərdarlığı – Bakıdan REAKSİYA
Bu gün, 10:49
Ukrayna ordusu Rusiyanın 150 milyon dollarlıq iki desant gəmisini vurub
Bu gün, 10:47
İrəvandan Ankaraya "top səndədir" mesajı – Ermənistan Türkiyə ilə sərhədləri açmağa tam hazırdır
Bu gün, 10:37
Manaf Babayev "Azərpoçt"un rəhbərliyinə TƏYİN OLUNDU - BUNDAN SONRA...
Bu gün, 10:33
Camalovun xaraba günə qoyduğu Zərdab... - BU NƏDİ BELƏ?..
Bu gün, 10:29
“AtaSığorta” ləğv edilir - DETALLAR
Bu gün, 10:25
İcra Hakimiyyəti 4 800 kiloqram qurban əti paylayacaq – Kilosuna 20 manat ödəyəcək
Bu gün, 10:21
Bir əldə 7 qarpız tutmağı bacaran "deputat" - Dünyanın ən istedadlı adamı...
Bu gün, 10:09
Rusiya Kiyevi də, Odessanı da tuta bilər - Amerikalı polkovnik
Bu gün, 10:03
Məhkəmə vətəndaşlara qarşı dələduzluq edən “maşın alverçi”si ilə bağlı qərar çıxardı
Bu gün, 10:01
"Azərpoçt"un rəhbəri işdən çıxıb - BUNDAN SONRA...
Bu gün, 09:56
Kənd Təsərrüfatı Nazirliyinin tenderi niyə LƏĞV olundu?
Bu gün, 09:55
Bakıda 11 nəfəri aldadan professora hansı cəza verilib? - TƏFƏRRÜAT
Bu gün, 09:54
Kədərli mahnıları da gülməli olan müğənnimiz - Orxan Saffari yazır...
Bu gün, 09:53
ABŞ-dakı erməni mafiyası Qarabağı geri istəyir? – “Netfliks”də sensasion Azərbaycan səhnəsi
Bu gün, 09:47
İranda "Mossad" ilə əməkdaşlıqda ittiham olunan iki nəfər edam edilib - "Reuters"
Bu gün, 09:44
Başçıya müraciət etsə də... - "Vətən mənim əlacsız halımı..."
Bu gün, 09:42
MSK üzvlərinin səlahiyyət müddəti bitir - Aprelin sonunadək...
Bu gün, 09:35
Dünyanın ən müftəxor deputatları - Hər əl qaldırmağa ən azı 25-30 min manat
Bu gün, 09:32
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru