Bakının bitməyən tıxac dərdi: .....                     Paşinyan ETİRAF ETDİ: .....                     Azərbaycanlı gənci güllələyib öldürən yol polisi .....                     İrəvan İran ərazisindən logistika zəncirləri və imkanları genişləndirmək istəyir .....                     "Bakı və Ankara ilə işləməyin vaxtıdır" .....                     Rusiyanın iki aeroportu fəaliyyətini dayandırıb .....                     Rüfət İsmayılovun qol saatları da müsadirə edildi .....                     Ermənistan və Rusiya bəzi müqavilələrin icrası barədə razılığa gəlib .....                     Azərbaycan Mədəniyyət Nazirliyi xalq artistindən kimin nə nəyin qisasını alır? .....                     ABB öz səhmdarlarına 200 milyon manat .....                     "Ege Hospital"da yeni doğulan körpə öldü .....                     Rusiya silahını Avropaya tuşlayır .....                     “Elə bilirlər ki, Baş nazir olmaq asandır” .....                     Paytaxtda növbəti daxili iməclik keçirilib .....                     Yadplanetlilərlə bağlı məlumatlar dərc olunacaq .....                     Bakının bu ərazilərində torpağın sotu 2 milyondur .....                     Azərbaycan-Ermənistan modeli Ukrayna üçün nümunə ola bilər .....                     Türkiyədə son hadisələrə görə, 7,5 milyonluq “YouTube” kanalı bağlandı .....                     Gəncə səhiyyəsində dəyişiklik .....                     General Müşfiq Məmmədov vəzifəsindən azad edildi .....                     İran hava məkanını beynəlxalq uçuşlar üçün qismən açıb .....                     Azərbaycana 94 min dollar gətirmək istədi, 64 min manat cərimələndi .....                     “Fikirləşmirlər ki, bu adamlar yazıqdır, əziyyət çəkirlər” .....                     Lənkəranda torpaq sürüşməsi olub .....                     “Bank Avrasiya” bağlanma təhlükəsi ilə ÜZ-ÜZƏ .....                     Qarabağ Qazisi NARAZILIQ EDİR... .....                     Xalq artistinə qarşı qorxunc rüşvət iddiası .....                     Kürdəxanı sakinləri boğaza yığılıblar .....                     “Azərbaycan və Türkiyə dövlətləri hər vasitə ilə Güneydəki soydaşlarımıza dəstək olmalıdır...” .....                     14 milyonluq SİRR AÇILIR .....                     Samvel Karapetyanın ev dustaqlığı daha 3 ay uzadıldı .....                     Nazim Bəydəmirli karsdan çıxarılıb .....                     Şirvan "103"də nələr baş verir? .....                     Banklardan SOYĞUNÇULUQ .....                     İran Hörmüz boğazını açmasaydı... .....                     Sərhəd Akademiyasında intihar .....                     Özünün bu qədər əmlakı ola-ola elə formanı necə təsdiqləsin axı?! .....                     Təqaüd yaşına çatmayan vətəndaşın HAQQI YEYİLİR .....                     Əmrullayev gələndən maaşlar artmayıb... .....                     Nəcibə Nəsibova erası bitdi? .....                 

DEPUTATIN ŞİRKƏTİNİ KİMLƏR ÇÖKDÜRÜR?
Tarix: 1-06-2012, 10:32 | Çap et
DEPUTATIN ŞİRKƏTİNİ KİMLƏR ÇÖKDÜRÜR?

В«QASİDВ» MƏTBUAT YAYIMI FIRMASI TƏNƏZZÜLÜN ASTANASINDA

DİA.AZ: - Neçə müddətdir ki, mətbuat yayımı sistemində çox ciddi silkələnmələr müşahidə olunmaqdadır. Bu barədə oxucularımızı dəfələrlə məlumatlandırmışıq və bildirmişik ki, hələ də hansısa dövlət qurumunun sahib çıxmadığı, arxasında kimin dayandığı rəsmən bəlli olmadığı В«Press KöşkВ»lər qəzet yayımı bazarında at oynatmaqdadır. Əslində qəzet yayımı bazarında yox, ərzaq malları bazarında. Sadəcə olaraq, bu köşklərin normal qəzet kökşlərinin yerləşdikləri əraziləri zəbt etməsi qəzet yayımı işini böhranlı həddə çatdırır.

Məlumdur ki, В«Press KöşkВ»lərlə bağlı qalmaqal mətbuatda hələ xeyli müddətdir ki, müzakirə mövzusu olub. Bu köşklərin arxasında birbaşa olaraq Prezident Administrasiyasının şöbə müdiri Əli Həsənovun dayandığı söylənilsə də, bu barədə mətbuata şəxsən açıqlama verən PA rəsmisi deyilənləri təkzib etməklə yanaşı, bildirdi ki, В«QasidВ», В«QayaВ» və digər mətbuat yayımı firmalarının köşklərinin yerində qoyulan В«Press KöşkВ»lər əslində Bakı Şəhər İcra Hakimiyyətinin Ticarət Departamentinə aiddir. Biz də inandıq. Amma sonradan baş verən olaylar Əli Həsənovun verdiyi izahatı ciddi şəkildə şübhəyə aldı.

Məlum oldu ki, Əli Həsənovun Bakı meri Hacıbala Abutalıbovun ayağına yazdığı В«Press KöşkВ»lər Sumqayıt şəhərində də qoyulmağa başlayıb. Burdan isə iki nəticə hasil olurdu. Ya Sumqayıtın ayrıca şəhər statusu ləğv olunub və bu ərazilər Bakı Şəhər İcra Hakimiyyətinin balansına verilib ki, icra başçısı Hacıbala Abutalıbov da həmin prosesdən sonra əldə etdiyi səlahiyyətlərindən istifadə edərək Sumqayıtda da В«Bakı Şəhər İcra Hakimiyyətinin Ticarət Departamentinə aid olanВ» (ifadə Əli Həsənova məxsusdur -S.) В«Press KöşkВ»ləri yerləşdirib, ya da ki, sadəcə olaraq Əli Həsənov yalan danışıb. Bu iki versiyadan hansı inandırıcıdır, bunu isə oxucuların öhdəsinə buraxırıq.

İndi isə gələk В«Press KöşkВ»lərin yaradılma məqsədlərinə. Dəfələrlə verdiyimiz məlumatlarda da vurğulamışıq ki, həmin yeni köşklər qoyularkən rəsmi dairələr açıqlama verərək bildirmişdilər ki, bəs onların yerləşdirilməsi zərurəti köhnə köşklərin şəhərin yeniləşən, modernləşən qiyafətinə uyğun gəlməməsi ilə əlaqədardır. Biz buna da inanmaq istərdik. Amma ortada olan dəlillər hətta ən sadəlövh olanımızı belə tərəddüd içinə salır.

Birincisi, ona görə ki, əgər həqiqətən də məsələn, В«QasidВ» mətbuat yayımı firmasının köhnə köşklərinin yerinə daha modern В«Press KöşkВ»lərin yerləşdirilməsində əsas səbəb məhz şəhərin memarlıq imicinin qorunması ilə bağlı idisə, o zaman nədən belə bir tələb köşkləri yığışdırılan firmalar qarşısında qoyulmadan, onların köşklərinin əraziləri tamam başqa və yeni bir firmaya verilir? Yəni ola bilərdi ki, eyni tələbi - yeniləşmə, modernləşmə tələbini В«QasidВ» firmasının rəhbərliyinin qarşısında da səsləndirərdilər və həmin firmanın rəhbərliyi də köşklərini müasir standartlara uyğunlaşdırardı. Deməli, burada məqsəd tamam fərqlidir.

Digər tərəfdən, bu gün adı qəzet yayımı ilə bağlı olan həmin köşklərdə qəzet yerinə meyvə-tərəvəzin satılması faktı da təsdiqləyir ki, məqsəd tamam başqadır. Bu yolla sırf olaraq satış üzərində dayanan qəzetlərin fəaliyyəti məhdudlaşdırılır. Əgər qəzetlərin oxucu ilə təmasda ən böyük vasitə olan yayım siyasəti iflasa uğrayırsa, sadə dillə desək, qəzetlər satışa çıxmırsa, bu aşkar surətdə mətbuatın məhvi anlamını daşıyır.

Bu bir faktdır ki, bu gün В«Press KöşkВ»lərdə qəzetdən daha çox qəzetçiliyə aidiyyatı olmayan mallar müştəriyə təqdim olunur. Qəzetlər mininci dərəcəli mal kimi yeni köşklərin piştaxtalarında yer alıb. Hətta Bakının elə əraziləri var ki, həmin yerlərdə qoyulmuş yeni В«Press KöşkВ»lərdə ümumiyyətlə, qəzetlər satılmır. Konkret olaraq Bakıxanov ərazisini göstərə bilərik. Oxucularımız da dəfələrlə şikayətləniblər ki, əvvəllər həmin ərazidə В«QasidВ» firmasının köşkü yerləşirdi və onlar asanlıqla istədikləri qəzeti əldə edirlər. İndi isə qəzet köşkündən evlərinin ərzaq bazarlıqlarını edirlər. Bu bilirsinizmi nəyə bənzəyir? Elə bil ki, aptekdən maşınlarımız üçün ehtiyat hissələri alırıq…

Beləcə, ortalıqda müxtəlif bəhanələr olsa da, yeni, modern, dəbdəbəli В«Press KöşkВ»lərin tədrici olaraq köhnə yayım firmalarının ərazilərini zəbt etməsinin əslində, mətbuata qarşı aparılan bir kampaniya oluduğu bir faktdır. Yuxarıda da vurğuladıq ki, kimlərinsə В«köhnə köşklər şəhərin görünüşünü pozurduВ» kimi sırf В«obıvatelВ» təfəkkürünə hesablanmış açıqlamaları çox mənasız görünür. Əgər həqiqətən də yeganə səbəb budursa, o zaman bir neçə il əvvəl fəaliyyətinə qadağa qoyulmuş В«ÇaparВ» mətbuat yayımı firmasının günahı nə idi? Hər kəs xatırlayır ki, həmin firmanın köşkləri hətta indiki tələblər çərçivəsində də kifayət qədər modern hesab olunurdu. Halbuki üzərindən illər keçib. Amma В«ÇaparВ» firması fəaliyyətini dayandırdı. Və burada əsas üzərində dayanılası məqam isə odur ki, modernləşmə tələbi əraziləri yeni köşklər tərəfindən zəbt olunan firmaların rəhbərliyi qarşısında da qoyula bilərdi. Daha onların köşklərinin yeri yeni firmaya verilməzdi.

Təbii ki, burada digər vacib məqamlardan biri də pul qazanma ehtirasıdır. Bu bir faktdır ki, əslndə minimarket kimi (bəziləri hətta В«ovoşnoyВ»u xatırladır -S.) fəaliyyət göstərən yeni В«Press KöşkВ»lərin biri Bakı ərazisində 10 min manata satılır. Yəni ilk başdan 10 min manat pul verməlisən ki, belə bir dükan əldə edə biləsən. Bu da son deyil. Bundan əlavə, köşkü alan şəxs yerinə görə aylıq olaraq 1000-2000 manat haqq ödəməlidirlər. Həmin pulların isə Əli Həsənovun adamları tərəfindən yığıldığı bildirilir. Elə bunun özü də bir səbəb də ki, Əli Həsənovun Hacıbala Abutalıbova В«perevodВ» etməyə cəhd etdiyi yeni köşklərin arxasında dayanan qüvvə barədə təsəvvür yaradasan.

Daha bərbad durum isə Sumqayıt şəhərində cərəyan edir. Elə bir neçə gün əvvəl də bu barədə oxucularımızı məlumatlandırmışdıq. Belə ki, Sumqayıtdan redaksiyamıza edilən müraciətlərdə bildirilirdi ki, yerli şəhər icra hakimiyyətinin rəhbərliyi В«QasidВ» firmasının köşklərini yığışdıraraq onların yerinə В«Press KöşkВ»ləri yerləşdirir. Və hər bir yeni köşk də 17 min manata satışa çıxarılır. Diqqət yetirin, Bakıda 10 min manata olan köşklər, daha dəqiqi, minimarketlər Sumqayıtda 17 min manatadır. Bildirilir ki, burada alınan 17 min manatın təmiz 10 min manatı Bakıdakı adama - yəni Əli Həsənovun adamına ötürülür. 5 min manat isə Sumqayıtın icra başçısı Eldar Əzizova çatır. Yerdə qalan 2 min manat isə aradakı xırda məmurlar tərəfindən bölüşdürülür. Amma aylıq haqq məsələsində Sumqayıtda durum bir az ürəkaçandır. Bakıdan fərqli olaraq yeni minimarketləri işlədən şəxslər obyektlərinin ərazisinə uyğun olaraq 700-1000 manat arası aylıq haqq ödəyirlər.

İndi isə gələk əsas məqama. Yeni köşklərin qoyulması ilə köhnədən fəaliyyətdə olan mətbuat yayımı firmalarının çökdürülməsi siyasətinə. Bu barədə DİA.AZ-ın əldə etdiyi məlumatlardan aydın olur ki, В«Press KöşkВ»lərin bir nömrəli hədəfi olan В«QasidВ» mətbuat yayımı firması artıq can üstündədir və firma hətta belə davam edərsə, fəaliyyətini durdura bilər. Bu barədə danışan mənbəmiz bildirir ki, mərhum prezident Heydər Əliyevin zamanında sayğı ilə yanaşdığı böyük ocağın nümayəndəsi, millət vəkili Mirkazım Kazımovun rəhbərlik etdiyi В«QasidВ» firması əslində qəzet bazarında mətbuatın bir nömrəli dayağı hesab olunurdu.

Amma təkcə son iki ayda В«QasidВ» firmasının onlarla köşkü ləğv edilərək, onların yerində yeni В«Press KöşkВ»lər yerləşdirilib. Təbii ki, bu həm firmanın maliyyə siyasətinə vurulan zərbədir və həm də onlarla ailənin ac qalması deməkdir. Sürətlə davam etdirilən bu proses isə bütünlükdə olaraq В«QasidВ» firmasının işçilərinin işsiz qalması ilə nəticələnə bilər. Bu isə təxminən 400 ailənin yeganə dolanışıq yerindən məhrm edilməsi anlamına gəlir. Əgər bu gün hakimiyyət yeni iş yerlərinin açılması siyasətini yürüdürsə və bununla öyünürsə, artıq bəzi dairələr əslində bununla həm də hakimiyyətin sözügedən siyasətinə qarşı da çıxmış olurlar.

В«QasidВ» firmasının çökdürülməsinin digər aşkar sübutlarından biri də sözügedən yayım şirkətinin əlindəki abunə sahəsinin də iflasa uğradılmasıdır. Belə ki, artıq В«QasidВ» firması abunələrini də əlindən verir. Və həmin abunə işi Əli Həsənova yaxın firmalara ötürülməkdədir.

Bunun da nəticəsində В«QasidВ» firmasında ciddi maliyyə böhranının yarandığını bildirən məlumatlı mənbə redaksiyamıza onu da açıqladı ki, В«QasidВ» firması bu şəkilda proseslərin cərəyan edəcəyi təqdirdə özünü iflas elan edə bilər: В«Təbii ki, arada ən böyük zərər qəzet redaksiyalarına dəyəcək. Bu gün normal qəzetlərin ən zəif olanının В«QasidВ» firmasından bir aylıq üçün 1000-1500 manat alacağı var. İflas olacaqsa, artıq bir neçə aydır qəzetlərə pul ödəməyən firmanın qəzet redaksiyalarının hər birinə ən azı 6-7 min manat borcu yaranacaq. Hətta elə qəzet var ki, bu məbləğ 10 min manata qədər yüksəlirВ».

Təbii ki, qəzet redaksiyaları pullarını ala bilməyəcəkləri təqdirdə onlar da eyni qaydada mətbəələr qarşısında borclanırlar ki, artıq bu proses də sürətlə inkişaf etməkdə, qəzetlərin nəşriyyatlara olan borcları şişməkdədir. Bu isə birbaşa olaraq qəzetlərin çöküşü ilə nəticələnən bir mərhələni diqtə edir.

Onu da bildirək ki, В«QasidВ» firmsının rəhbərliyi şəxsi nüfuzundan istifadə edib bu problemi yoluna qoya bilər. Yuxarıda da vurğuladıq ki, firmanın rəhbəri prezident ailəsi tərəfindən hörmətğlə qarşılanan bir seyid ocağının nümayəndəsidir. Amma bu gün qəzet köşklərindən minimarket kimi istifadə edərək eyni zamanda böyük pullara ümidli olan dairələr hətta Mirkazım Kazımovun bu statusunu belə sayğısız etdikləri bir şəraitdə başqa bir sözə lüzum qalmır.

Araşdırmalarımız davam edir. Mövzuya qayıdacağıq…










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Bakının bitməyən tıxac dərdi: - “Ali məktəblərin bölgələrə köçürülməsi...”
Dünən, 18:16
Paşinyan ETİRAF ETDİ: - "O adamların siyahısı məndədir, lazım olanda... "
Dünən, 18:13
Azərbaycanlı gənci güllələyib öldürən yol polisi HƏBS OLUNDU
Dünən, 18:10
İrəvan İran ərazisindən logistika zəncirləri və imkanları genişləndirmək istəyir - Paşinyan
Dünən, 13:33
"Bakı və Ankara ilə işləməyin vaxtıdır" – Ermənistan Baş nazirindən tarixi dönüş
Dünən, 13:22
Rusiyanın iki aeroportu fəaliyyətini dayandırıb
Dünən, 13:21
Rüfət İsmayılovun qol saatları da müsadirə edildi
Dünən, 13:19
Ermənistan və Rusiya bəzi müqavilələrin icrası barədə razılığa gəlib
Dünən, 13:16
Azərbaycan Mədəniyyət Nazirliyi xalq artistindən kimin nə nəyin qisasını alır? - AXI NİYƏ?
Dünən, 13:15
ABB öz səhmdarlarına 200 milyon manat - DİVİDEND ÖDƏYƏCƏK
Dünən, 12:35
"Ege Hospital"da yeni doğulan körpə öldü
Dünən, 12:31
Rusiya silahını Avropaya tuşlayır - GƏLİŞMƏ
Dünən, 12:18
“Elə bilirlər ki, Baş nazir olmaq asandır” - Artur Rasizadə
Dünən, 12:14
Paytaxtda növbəti daxili iməclik keçirilib - FOTO
Dünən, 11:57
Yadplanetlilərlə bağlı məlumatlar dərc olunacaq - Tramp anons verdi
Dünən, 11:52
Bakının bu ərazilərində torpağın sotu 2 milyondur - AÇIQLAMA
Dünən, 11:35
Azərbaycan-Ermənistan modeli Ukrayna üçün nümunə ola bilər - ŞƏRH
Dünən, 11:31
Türkiyədə son hadisələrə görə, 7,5 milyonluq “YouTube” kanalı bağlandı - KİV
Dünən, 11:27
Gəncə səhiyyəsində dəyişiklik - ƏMR
Dünən, 11:26
General Müşfiq Məmmədov vəzifəsindən azad edildi - ƏMR
Dünən, 11:19
İran hava məkanını beynəlxalq uçuşlar üçün qismən açıb
Dünən, 11:17
Azərbaycana 94 min dollar gətirmək istədi, 64 min manat cərimələndi - TƏFƏRRÜAT
Dünən, 11:02
“Fikirləşmirlər ki, bu adamlar yazıqdır, əziyyət çəkirlər” - NARAZILIQ VAR...
Dünən, 10:49
Lənkəranda torpaq sürüşməsi olub
Dünən, 10:40
“Bank Avrasiya” bağlanma təhlükəsi ilə ÜZ-ÜZƏ - Azalan kreditlər, zəifləyən kapital...
Dünən, 10:38
Qarabağ Qazisi NARAZILIQ EDİR... - Qarabağ əlili kimi yox, mülki əlil kimi qeyd ediblər...
Dünən, 10:37
Xalq artistinə qarşı qorxunc rüşvət iddiası - VİDEO
Dünən, 10:32
Kürdəxanı sakinləri boğaza yığılıblar - "Üfunətdən keçmək olmur"
Dünən, 10:26
“Azərbaycan və Türkiyə dövlətləri hər vasitə ilə Güneydəki soydaşlarımıza dəstək olmalıdır...” - ÇAĞIRIŞ
Dünən, 10:19
14 milyonluq SİRR AÇILIR - "Atlant" işində yeni İDDİALAR
Dünən, 10:16
Samvel Karapetyanın ev dustaqlığı daha 3 ay uzadıldı - KİV
Dünən, 09:59
Nazim Bəydəmirli karsdan çıxarılıb
Dünən, 09:58
Şirvan "103"də nələr baş verir? – Rəhbər özbaşınalığı və təhlükədə qalan həyatlar!
Dünən, 09:37
Banklardan SOYĞUNÇULUQ - Faizlər görün neçə dəfə ARTIB
Dünən, 09:31
İran Hörmüz boğazını açmasaydı... - AKTUAL
Dünən, 09:26
Sərhəd Akademiyasında intihar - NƏ BAŞ VERİR?
Dünən, 09:22
Özünün bu qədər əmlakı ola-ola elə formanı necə təsdiqləsin axı?! - HƏQİQƏTƏN DƏ...
Dünən, 08:20
Təqaüd yaşına çatmayan vətəndaşın HAQQI YEYİLİR - BU FAKTDIR!
Dünən, 08:14
Əmrullayev gələndən maaşlar artmayıb... - düz 6 ildir ki...
Dünən, 08:06
Nəcibə Nəsibova erası bitdi? - Üç prezident, 14 nazir dəyişən müşavir geri çağrılır
Dünən, 08:03
“Rus dilinin qadağan olunmasının əleyhinəyəm” - partiya sədri
Dünən, 07:56
Peşə Təhsili Agentliyində kadr xaosu – Boş ştatlar, bölüşdürülən maaşlar …
Dünən, 07:53
Vüsal Nəsirli də belə narazılıq yaradır - GİLEY
Dünən, 07:49
Tramp İranla danışıqlarda iştirak edəcək nümayəndə heyətinin tərkibini açıqlayıb
Dünən, 07:44
Azərbaycanda yağ və ət problemi yaşanır - BELƏ DAVAM EDƏRSƏ...
Dünən, 07:02
"Rusiyada artıq başa düşürlər ki, Azərbaycan heç bir ölkəyə bənzəmir" - deputat
Dünən, 07:00
“Tramp marşrutu”na qarşı “qara piar” - İNCƏLƏMƏ
Dünən, 06:55
Medvedevin təhdidi: siyasi ritorika, yoxsa real hücum siqnalı? - AKTUAL
Dünən, 06:53
Sahil Qasımovun Əli Həsənovlu keçmişi və ad manipulyasiyası - EAPCA-nın Pərdəarxası
Dünən, 06:50
Ekranlardakı "parlaq" cinayət və uydurma eşqlər: Bizə nə izlətdirirlər? - ARAŞDIRMA
Dünən, 06:46
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru