"Qəbulda olmuşam, zənglər etmişəm, lakin..." .....                     TƏBİB-də niyə bu ölkənin qanunları İŞLƏMİR? .....                     Əslində savaş bu iki dövlət arasında gedir... .....                     AzəriQaz oğurluq üçün ZƏMİN YARADIR... .....                     "Əgər heç bir işlə məşğul olmursa, Nazirlər Kabinetinin qalmasının mənası nədir?" .....                     "Ölkədə köklü islahatlar həyata keçirilməlidir..." .....                     Bakının bitməyən tıxac dərdi: .....                     Paşinyan ETİRAF ETDİ: .....                     Azərbaycanlı gənci güllələyib öldürən yol polisi .....                     İrəvan İran ərazisindən logistika zəncirləri və imkanları genişləndirmək istəyir .....                     "Bakı və Ankara ilə işləməyin vaxtıdır" .....                     Rusiyanın iki aeroportu fəaliyyətini dayandırıb .....                     Rüfət İsmayılovun qol saatları da müsadirə edildi .....                     Ermənistan və Rusiya bəzi müqavilələrin icrası barədə razılığa gəlib .....                     Azərbaycan Mədəniyyət Nazirliyi xalq artistindən kimin nə nəyin qisasını alır? .....                     ABB öz səhmdarlarına 200 milyon manat .....                     "Ege Hospital"da yeni doğulan körpə öldü .....                     Rusiya silahını Avropaya tuşlayır .....                     “Elə bilirlər ki, Baş nazir olmaq asandır” .....                     Paytaxtda növbəti daxili iməclik keçirilib .....                     Yadplanetlilərlə bağlı məlumatlar dərc olunacaq .....                     Bakının bu ərazilərində torpağın sotu 2 milyondur .....                     Azərbaycan-Ermənistan modeli Ukrayna üçün nümunə ola bilər .....                     Türkiyədə son hadisələrə görə, 7,5 milyonluq “YouTube” kanalı bağlandı .....                     Gəncə səhiyyəsində dəyişiklik .....                     General Müşfiq Məmmədov vəzifəsindən azad edildi .....                     İran hava məkanını beynəlxalq uçuşlar üçün qismən açıb .....                     Azərbaycana 94 min dollar gətirmək istədi, 64 min manat cərimələndi .....                     “Fikirləşmirlər ki, bu adamlar yazıqdır, əziyyət çəkirlər” .....                     Lənkəranda torpaq sürüşməsi olub .....                     “Bank Avrasiya” bağlanma təhlükəsi ilə ÜZ-ÜZƏ .....                     Qarabağ Qazisi NARAZILIQ EDİR... .....                     Xalq artistinə qarşı qorxunc rüşvət iddiası .....                     Kürdəxanı sakinləri boğaza yığılıblar .....                     “Azərbaycan və Türkiyə dövlətləri hər vasitə ilə Güneydəki soydaşlarımıza dəstək olmalıdır...” .....                     14 milyonluq SİRR AÇILIR .....                     Samvel Karapetyanın ev dustaqlığı daha 3 ay uzadıldı .....                     Nazim Bəydəmirli karsdan çıxarılıb .....                     Şirvan "103"də nələr baş verir? .....                     Banklardan SOYĞUNÇULUQ .....                 

HAKİMİYYƏT “QİSAS ƏMƏLİYYATI”NA BAŞLAYIR
Tarix: 4-06-2012, 12:09 | Çap et
HAKİMİYYƏT “QİSAS ƏMƏLİYYATI”NA BAŞLAYIR

AMMA BU PROSESİN QİTİDARA BAHA BAŞA OTURACAĞI DA SÖYLƏNİLİR

DİA.AZ: - Hakimiyyət artıq siyasi münasibətlərə yeni arşınını tətbiq edəcəyi barədə anonslar verməkdədir. Xatırladaq ki, hələ В«Avroviziya-2012В» mahnı yarışmasından öncə belə bir rəy var idi ki, müsabiqənin ardından YAP iqtidarı rəqib cinahda repressiya dalğasını gücləndirəcək. Amma yarışma dövründə mətbuat qarşısına çıxaraq repressiyaların olmayacağını, hakimiyyətin qisas almayacağını bildirən Prezident Administrasiyasının şöbə müdiri Əli Həsənov bir arxayınçılıq atmosferi formalaşdırmağa cəhd etdi. Sonradan isə aydın olacaqdı ki, Əli Həsənov əslində baş altına yastıq qoymaqla məşğuldur. Və hakimiyyət yenə də öz ənənəsinə uyğun olaraq dediklərinin tam tərsini etməklə məşğuldur.

Bunun təsdiqi üçün elə də böyük zaman kəsiyinə ehtiyac olmadı. Həmin Əli Həsənov - В«qisas barədə deyilənlər yalandırВ» deyən Əli Həsənov keçən həftə iqtidaryönlü qeyri-hökumət təşkilatlarının qarşısına çıxaraq özünü təkzib etdi. Onun həmin tədbirdəki çıxışının bütün mahiyyətini bir cümlə ilə ifadə etmək də olardı: BİZ SİZİ MƏHV EDƏCYİK.

Bəli, Əli Həsənov əslində özünün aqressiv və isterik çıxışı ilə hakim düşərgənin nəinki siyasiləşmiş narazı kəsimə, bütün xalqa yönəlik ismarıcını çatdırdı ki, daha bitdi və bundan sonra hər şey tamam fərqli olacaq. Əli Həsənov çıxışında həmin fərqliliyin də anonsunu verdi. В«Prezident və onun ailəsi barədə jurnalistlər yazırlar. Dünənə qədər buna səbrlə yanaşmışıq. Buna niyə dözməliyik? Nəyin naminə?В» ifadəsi əslində o demək idi ki, azad mətbuatı böyük təhlükə gözləyir. В«Müxalifət o qədər rəzildirВ» ifadəsi narazı eloktoratın siyasi nüvəsinin əss hədəf olmasına işarədir. В«Mənim onlara xanım deməyə dilim də gəlmir. Ora-buralarını, ayıb yerlərini polisin əlinə verirlərВ» ifadəsi isə artıq onsuz da son illərdə kifayət qədər deqradasiyaya uğramış əxlaqi dəyərlərin siyasi müstəvidən tamamən yığışdırılmasını anons etmiş oldu.

Bütün bunlar onun göstəricisi idi ki, В«AvroviziyaВ» kimi nüfuzlu bir tədbirin təşkilatçılığını uğurla həyata keçirmiş, amma uğurla başa vura bilməmiş YAP iqtidarı sözügedən təmtəraqlı törəndən ona yadigar qalan aqressiyanı opponenlərinin və xalqın üzərinə yönəldəcək. Elə В«SavaşВ» qəzetinə məlumatlı dairələrdən daxil olan məlumatlarda da bildirilir ki, hakimiyyət yenə də ənənəvi qara qüvvələrini proseslərin В«favorit qüvvəsiВ»nə çevirmək niyyətindədir. İnformasiyalara görə, müxalifət mətbuatının və müxalifət təşkilatlarının çox tanınmış simaları barəsində ciddi təqib göstərişi verilib. Bu barədə az sonra…

Xatırladaq ki, buna qədər də hakimiyyət siyasi rəqiblərinə qarşı bu kimi təbliğatdan, yəni qara piardan geniş şəkildə istifadə edib və zaman-zaman da istifadə etməkdədir. Yəni onsuz da iqtidarın qara piar texnoloqları susmayıblar, sadəcə olaraq 2003-cü ilin prezident, 2005-ci ilin parlament seçkiləri ərəfəsində bu istiqamət kifayət qədər В«inkişaf etmişdiВ». Sonrakı müddətdə isə proses bir qədər səngisə də, tam olaraq yığışdırılmadı. Elə В«AzadlıqВ» radiosunun əməkdaşı Xədicə İsmayılovanın şəxsi həyatına biabırçı müdaxilə də həmin qara qüvvələrin В«əl işiВ» hesab olunmaqdadır.

İndi isə hakimiyyət yenidən В«qara piarВ»a keçid qərarını verib. Bu barədə məlumatı qəzetimizə ötürən mənbə bildirir ki, hakimiyyət içində bu vaxta qədər sözügedən prosesə fərqli münasibətlər var idisə, indi az qala yekdillik yaranıb: В«Məsələn, iddia etmək olmaz ki, hakimiyyətdə təmsil olunanların hamısı hansısa jurnalistin yataqda yaşadıqlarının ictimailəşməsini alqışlayır. Yəni dünənə qədər hakimiyyətin öz daxilində də ciddi tərəddüdlər var idi və qara qüvvələr heç də əksəriyyət tərəfindən dəstəklənmirdi. İndi isə vəziyyət tamamən dəyişib. Demək olar ki, əksəriyyətdə belə bir qənaət - В«nəyin bahasına olursa-olsun hakimiyyətdə oturmağlıyıqВ» qənaəti yaranıb. Ona görə də, dünənə qədərə qara qüvvələri qınayan iqtidar cinahının elitar dairələri belə bu gün qara qüvvələrin təsiri altında olmaqla yanaşı, onlara ehtiyac zərurəti hiss edirlər. Bu isə sırf olaraq psixoloji məsələdirВ».

Mənbəmiz bildirir ki, iqtidar düşərgəsinə hakim kəsilən psixoloji ab-hava bunu zəruri edir: В«Buna özünüqoruma instiktinin təzahürü də demək olar. Artıq yuxarıda oturanların hamısı belə fikirləşir ki, mindikləri gəmi batmaq üzərədir. Gəminin xilası naminə isə hansısa dəyərin qurban verilməsi, hansı kriteriyanın dəyərsizləşməsi yolveriləndirВ».

Əslində bu prosesin xeyli əvvəldən start götürdüyünü iddia edən mənbə bildirir ki, qara piar işində əsas ağırlığı çiyinlərinə alacaq rəsmi mətbuat, həmçinin hakimiyyətin monapoliyasında olan telekanallar da yeni təlimatları gözləməkdədirlər. Məlumatlara görə, bir müddət əvvəl ATV kanalının rəhbərliyində baş verən dəyişiklik də əslində iqtidar düşərgəsinin yeni siyasəti ilə birbaşa əlaqədardır. Mənbəmiz bildirir ki, əvvəlki В«qara piarВ» dönəmlərində yuxarıların tələblərinə В«layiqincəВ» cavab verməyən, digər telekanallardan fərqli olaraq abır-həyasını qorumağa çalışan (təbii ki, siyasi münasibətlər müstəvisində -red.) ATV kanalının yeni siyasətə ayaq udyura bilməsi üçün В«qara piarВ» dönəminin В«razqarВ» vaxtında həmin proseslərdə hakimiyyətin əsas tribunası kimi diqqətə gələn В«LiderВ» telekanalında kifayət qədər təcrübə toplamış Vüqar Qaradağlı rəhbərliyə gətirildi. Bildirək ki, barəsində danışdığımız dönəmdə Vüqar Qaradağlı В«LiderВ» analının aparıcı fiqurlarından biri idi. İndi isə Vüqar Qaradağlıya ATV kanalında, hakimiyyətin isə В«qara piarВ» müstəvisində ATV kanalına ehtiyacı var.

Mənbəmiz onu da bildirib ki, artıq hakimiyyət üçün arzuolunmaz şəxslərin siyahıları hazırlanıb: В«Onların təqibi barədə də xüsusi göstəriş verilib. Təsəvvür edin, İranla, İranın xüsusi xidmət orqanları ilə mübarizə aparmalı olan, onların bir nömrəli hədəfi olan bir hakimiyyət özünün az qala bütün kəşfiyyat resurslarını siyasi opponentlərinə qarşı yönəldib. Əslində dünən və bu gün hakimiyyətin İrandan ölkəmiz əleyhinə yönəlik təbliğatın qarşısında duruş gətirə bilməməsi də sırf olaraq bununla bağlıdır. Yəni əsas güc müxalifətə qarşı tətbiq edildiyindən, xarici qüvvələr - hansılar ki, birbaşa olaraq Azərbaycan dövlətinin sütunlarını hədəfə alıblar, onlar unudulur. Deməli, YAP iqtidarı üçün hakimiyyətləri, dövlətin maraqlarından daha ümdədirВ».

Bu gün adları iqtidar cinahının qara siyahısında yer alan müxaliflərin telefonlarının dinlənildiyini, onların hərəkət trayektoriyalarının nəzarət altına alındığını bildirən mənbələr onu da əlavə ediblər ki, əslində rəsmi Bakı bu şəkildə özünə daha da çətin və böhranlı situasiyanı hazırlamaqdadır: В«Tutalım, hansısa müxalifət lideri ilə bağlı В«qara piarВ» planı baş tutdu. Və bu məsələ ictimailəşdi. Hansı hakimiyyət bunun ağırlığı altından qalxa bilər? Axı yeganə hədəf daxli ictimai rəy deyil? Yeganə hədəf daxili ictimai rəyə hesablanmamalıdır. Bu gün beynəlxalq aləmlə münasibətlərini təhlükəli nöqtəyə daşıyan hakimiyyət düşərgəsi bilməlidir ki, onun Əli Həsənovun dilindən səsləndirdiyi В«müxalifət ümid edir ki, beynəlxalq təşkilatlar gəlib ona hakimiyyət verəcəklər, kül sizin başınızaВ» şəklində olan ifadəsi əslində aradakı körpülərin birdəfəlik olaraq yandırılması deməkdir. Çünki əgər dünənə qədər bu kimi ifadələr Hafiz Hacıyev, Qüdrət Həsənquliyev, Fazil Qəzənfəroğlu kimi dillərlə diqqətə çatdırılırdısa, artıq danışan bir dövlət rəsmisidir. Və Əli Həsənovun həmin qalmaqallı açıqlamasını beynəlxalq qurumlar rəsmi Bakının mövqe ifadəsi kimi qəbul etməkdədirlərВ».

Bir sözlə, hakimiyyətin gələcəyə tədarükündə olduğu proseslərin, əslində bu rejimin kökünü baltalayacağı qənaətini ortaya qoyan mənbəmiz onu da vurğuladı ki, əgər iqtidar cinahına aid ağıllı dairələr hərəkətə keçməzsə, ağılsızların nəzarətinə keçməkdə olan hakimiyyət sükanı onların qərarlaşdıqları gəmini qısa müddətdə batıracaq: В«Bu, qaçılmaz bir aqibətdirВ».

“SAVAŞ”









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
"Qəbulda olmuşam, zənglər etmişəm, lakin..." - Çernobıl əlili haqqını tələb edir...
Bu gün, 07:05
TƏBİB-də niyə bu ölkənin qanunları İŞLƏMİR? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 06:58
Əslində savaş bu iki dövlət arasında gedir... - İNCƏLƏMƏ
Bu gün, 06:46
AzəriQaz oğurluq üçün ZƏMİN YARADIR... - NARAZILIQ VAR...
Bu gün, 06:41
"Əgər heç bir işlə məşğul olmursa, Nazirlər Kabinetinin qalmasının mənası nədir?" - partiya sədri
Bu gün, 06:35
"Ölkədə köklü islahatlar həyata keçirilməlidir..." - ÇAĞIRIŞ
Bu gün, 06:31
Bakının bitməyən tıxac dərdi: - “Ali məktəblərin bölgələrə köçürülməsi...”
Dünən, 18:16
Paşinyan ETİRAF ETDİ: - "O adamların siyahısı məndədir, lazım olanda... "
Dünən, 18:13
Azərbaycanlı gənci güllələyib öldürən yol polisi HƏBS OLUNDU
Dünən, 18:10
İrəvan İran ərazisindən logistika zəncirləri və imkanları genişləndirmək istəyir - Paşinyan
Dünən, 13:33
"Bakı və Ankara ilə işləməyin vaxtıdır" – Ermənistan Baş nazirindən tarixi dönüş
Dünən, 13:22
Rusiyanın iki aeroportu fəaliyyətini dayandırıb
Dünən, 13:21
Rüfət İsmayılovun qol saatları da müsadirə edildi
Dünən, 13:19
Ermənistan və Rusiya bəzi müqavilələrin icrası barədə razılığa gəlib
Dünən, 13:16
Azərbaycan Mədəniyyət Nazirliyi xalq artistindən kimin nə nəyin qisasını alır? - AXI NİYƏ?
Dünən, 13:15
ABB öz səhmdarlarına 200 milyon manat - DİVİDEND ÖDƏYƏCƏK
Dünən, 12:35
"Ege Hospital"da yeni doğulan körpə öldü
Dünən, 12:31
Rusiya silahını Avropaya tuşlayır - GƏLİŞMƏ
Dünən, 12:18
“Elə bilirlər ki, Baş nazir olmaq asandır” - Artur Rasizadə
Dünən, 12:14
Paytaxtda növbəti daxili iməclik keçirilib - FOTO
Dünən, 11:57
Yadplanetlilərlə bağlı məlumatlar dərc olunacaq - Tramp anons verdi
Dünən, 11:52
Bakının bu ərazilərində torpağın sotu 2 milyondur - AÇIQLAMA
Dünən, 11:35
Azərbaycan-Ermənistan modeli Ukrayna üçün nümunə ola bilər - ŞƏRH
Dünən, 11:31
Türkiyədə son hadisələrə görə, 7,5 milyonluq “YouTube” kanalı bağlandı - KİV
Dünən, 11:27
Gəncə səhiyyəsində dəyişiklik - ƏMR
Dünən, 11:26
General Müşfiq Məmmədov vəzifəsindən azad edildi - ƏMR
Dünən, 11:19
İran hava məkanını beynəlxalq uçuşlar üçün qismən açıb
Dünən, 11:17
Azərbaycana 94 min dollar gətirmək istədi, 64 min manat cərimələndi - TƏFƏRRÜAT
Dünən, 11:02
“Fikirləşmirlər ki, bu adamlar yazıqdır, əziyyət çəkirlər” - NARAZILIQ VAR...
Dünən, 10:49
Lənkəranda torpaq sürüşməsi olub
Dünən, 10:40
“Bank Avrasiya” bağlanma təhlükəsi ilə ÜZ-ÜZƏ - Azalan kreditlər, zəifləyən kapital...
Dünən, 10:38
Qarabağ Qazisi NARAZILIQ EDİR... - Qarabağ əlili kimi yox, mülki əlil kimi qeyd ediblər...
Dünən, 10:37
Xalq artistinə qarşı qorxunc rüşvət iddiası - VİDEO
Dünən, 10:32
Kürdəxanı sakinləri boğaza yığılıblar - "Üfunətdən keçmək olmur"
Dünən, 10:26
“Azərbaycan və Türkiyə dövlətləri hər vasitə ilə Güneydəki soydaşlarımıza dəstək olmalıdır...” - ÇAĞIRIŞ
Dünən, 10:19
14 milyonluq SİRR AÇILIR - "Atlant" işində yeni İDDİALAR
Dünən, 10:16
Samvel Karapetyanın ev dustaqlığı daha 3 ay uzadıldı - KİV
Dünən, 09:59
Nazim Bəydəmirli karsdan çıxarılıb
Dünən, 09:58
Şirvan "103"də nələr baş verir? – Rəhbər özbaşınalığı və təhlükədə qalan həyatlar!
Dünən, 09:37
Banklardan SOYĞUNÇULUQ - Faizlər görün neçə dəfə ARTIB
Dünən, 09:31
İran Hörmüz boğazını açmasaydı... - AKTUAL
Dünən, 09:26
Sərhəd Akademiyasında intihar - NƏ BAŞ VERİR?
Dünən, 09:22
Özünün bu qədər əmlakı ola-ola elə formanı necə təsdiqləsin axı?! - HƏQİQƏTƏN DƏ...
Dünən, 08:20
Təqaüd yaşına çatmayan vətəndaşın HAQQI YEYİLİR - BU FAKTDIR!
Dünən, 08:14
Əmrullayev gələndən maaşlar artmayıb... - düz 6 ildir ki...
Dünən, 08:06
Nəcibə Nəsibova erası bitdi? - Üç prezident, 14 nazir dəyişən müşavir geri çağrılır
Dünən, 08:03
“Rus dilinin qadağan olunmasının əleyhinəyəm” - partiya sədri
Dünən, 07:56
Peşə Təhsili Agentliyində kadr xaosu – Boş ştatlar, bölüşdürülən maaşlar …
Dünən, 07:53
Vüsal Nəsirli də belə narazılıq yaradır - GİLEY
Dünən, 07:49
Tramp İranla danışıqlarda iştirak edəcək nümayəndə heyətinin tərkibini açıqlayıb
Dünən, 07:44
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru