“Macarıstan üçün daha sakit bir dövr başlayır” .....                     "Rüzgar"ın əmisinə .....                     Yaxın Şərqdə müharibə tərəflərin maraqlarına cavab vermir .....                     ABŞ-la danışıqların növbəti raundunda iştirakla bağlı qərar verilməyib .....                     Avropa Məhkəməsindən Bakıya absurd TƏLƏB .....                     Flyblast Travel Agency qalmaqalı böyüyür .....                     "Yaltaqların danışıqlarını görürəm, ürəyim bulanır" .....                     Ermənistanda seçkiöncəsi gərginlik PİK HƏDDƏ .....                     Azərbaycanlı konfliktoloq Ukraynanın gələcəyi ilə bağlı .....                     Həbsdən yeni çıxan şəxs azyaşlıya qarşı cinayət törətdi .....                     Lənkəran səhiyyəsində şübhəli tender .....                     Müctəba Xamenei atasından da radikaldır .....                     Türkiyə ilə sərhədlərin açılmasına hazırıq .....                     Naxçıvan məktəbində BIÇAQLI HÜCUM: “Hadisəni gizlədirlər...” .....                     Rədd edilən SÜLH .....                     Bu dəfə Azər Qasımlının xanımından şikayət etdi .....                     “Kölgə kəşfiyyatı”ndan Zəngəzur xəbərdarlığı .....                     Ukrayna ordusu Rusiyanın 150 milyon dollarlıq iki desant gəmisini vurub .....                     İrəvandan Ankaraya "top səndədir" mesajı .....                     Manaf Babayev "Azərpoçt"un rəhbərliyinə TƏYİN OLUNDU .....                     Camalovun xaraba günə qoyduğu Zərdab... .....                     “AtaSığorta” ləğv edilir .....                     İcra Hakimiyyəti 4 800 kiloqram qurban əti paylayacaq .....                     Bir əldə 7 qarpız tutmağı bacaran "deputat" .....                     Rusiya Kiyevi də, Odessanı da tuta bilər .....                     Məhkəmə vətəndaşlara qarşı dələduzluq edən “maşın alverçi”si ilə bağlı qərar çıxardı .....                     "Azərpoçt"un rəhbəri işdən çıxıb .....                     Kənd Təsərrüfatı Nazirliyinin tenderi .....                     Bakıda 11 nəfəri aldadan professora hansı cəza verilib? .....                     Kədərli mahnıları da gülməli olan müğənnimiz .....                     ABŞ-dakı erməni mafiyası Qarabağı geri istəyir? .....                     İranda "Mossad" ilə əməkdaşlıqda ittiham olunan iki nəfər edam edilib .....                     Başçıya müraciət etsə də... .....                     MSK üzvlərinin səlahiyyət müddəti bitir .....                     Dünyanın ən müftəxor deputatları .....                     Tehran Vaşinqtondan sanksiyaların ləğvini tələb edir .....                     28 illik fəaliyyət göstərən şirkətə yeni sədr təyin olunur .....                     Naxçıvan Muxtar Dərəbəyliyində “Açıq qapı” siyasəti .....                     Arvadını məktəbin qarşısında döyən şəxs: “O, uşağımı qucaqlamağa qoymadı...” .....                     Bakıda alça və gilası .....                 

ELÇİBƏYİN YIXILDIĞI GÜN
Tarix: 4-06-2012, 13:04 | Çap et
ELÇİBƏYİN YIXILDIĞI GÜN

GƏNCƏ QİYAMINI DOĞURAN SƏBƏBLƏR NƏ İDİ?

1993-cü ilin iyununda Gəncədə və bütünlükdə Azərbaycanda nə baş verdiyini tam dərk etmək üçün mütləq bir neçə suala dəqiq cavab tapılmalıdır. Beləliklə birinci sual:

Bu qiyam idi, yoxsa nə?

Bu hadisənin necə adlandırılması, onun mahiyyətinin dərk edilməsi üçün çox əhəmiyyətlidir. Həmin hadisəyə hələ də birmənalı hüquqi qiymət verilməyib. Hərçənd o vaxtlar hakimiyyətdə, indi isə müxalifətdə olan qüvvələr Gəncədə baş verənləri elə ilk gündən qiyam, dövlət çevrilişi adlandırıblar:

В«Əslində bunu iyun qiyamı adlandırmaq lazımdırВ»,- o zaman parlamentin sədri olmuş, Müsavat partiyasının başqanı İsa Qəmbər belə deyir.

Ancaq bu hadisələrdən sonra hakimiyyətə gələn qüvvələr qiyam sözünün işlədilməsinə bir müddət yasaq qoydular. Bu o dövr idi ki, Gəncədə hökumətə qarşı silahlı itaətsizlik göstərmiş 709 saylı hərbi hissənin mütləq söz sahibi Sürət Hüseynovu, yenicə prezident seçilən Heydər Əliyev baş nazir təyin etmişdi.

Ancaq 1994-cü ilin oktyabrında Gəncədə baş verən oxşar hadisənin qarşısının alınması və Sürət Hüseynovun vəzifədən çıxarılması ilə də qiyam sözünə qoyulan yasaq yumşaldıldı.

O vaxt deputat istintaq komissiyasının işləməsi üçün əlverişli şərait olmadığından bu hadisəyə açıq və birmənalı hüquqi qiymət verilmədi.

Müstəqil hüquqşünasların fikrincə 1993-cü ilin iyununda baş verənlərin qiyam adlandırılması üçün daha ciddi əsaslar var.Hələ 1992-ci ilin fevralında prezident Əbülfəz Elçibəy 709 saylı hərbi hissənin ləğvi haqqında sərəncam vermişdi. Ancaq bu sərəncamı həmin hissəyə faktiki rəhbərlik edən Sürət Hüseynov icra etməkdən imtina etmişdi. O, nəinki sərəncamda qeyd edildiyinin əksinə olaraq Yevlax Yun Zavoduna rəhbərlik etməyə getmədi, üstəlik Kəlbəcərin işğalından sonra, prezidenti həmin hərbi hissənin bərpasına inandıra bildi. Həmin dövrdə dövlət müşaviri işləyən Arif Hacılı belə xatırlayır:

В«Sürət Hüseynov dedi ki, əgər Qarabağda komandanlıq mənə verilməsə və 709 saylı hərbi hissə bərpa edilməsə, ermənilər Gəncəni tutacaq. Prezident Gəncənin müdafiəsi və Sürət Hüseynovu neytrallaşdırmaq məqsədi ilə bu sərəncamı verdi. Sürət Hüseynovun yaxın adamlarından biri həmin hissəyə komandir təyin edildi…»

Ancaq bu sərəncamdan heç bir ay keçməmiş Sürət Hüseynov prezidentə yazılı ultimatum göndərərək onu tanımadığını açıqca bəyan etdi…

Prezident 709 saylı hərbi hissənin rəhbərliyinin dəyişdirilməsi və onun Ağcabədi rayonuna köçürülməsi haqqında yeni bir sərəncam verdi. Gəncədə bu sərəncamı da yerinə yetirməkdən imtina etdilər, üstəlik ora gələn hüquq mühafizə orqanlarının rəhbər şəxsləri girov götürüldülər. 709 saylı hərbi hissəyə silahlarının В«maqazinВ»lərini təhvil verib geri qayıtmaq istəyən prezident qvardiyasının komandiri və 18 əsgər avtobusdaca gülləboran edildi. Bu isə Azərbaycanın həmin vaxt qüvvədə olan qanunvericiliyinə görə hakimiyyəti zorla ələ alma və ya saxlama-yəni bir sözlə qiyam adlandırılırdı. Ancaq qaliblər yox məğlublar mühakimə olunur. Sürət Hüseynov da 1993-cü ili iyunun 4-də qələbəsinə görə yox, 1994-cü il oktyabrın 4-də məğlubiyyətinə görə mühakimə olundu.

Gəncə 15 il əvvəl baş verən qiyamı necə xatırlayır?

709 saylı hərbi hissəylə üzbəüz binada yaşayan Fəridə xala xatırlayır ki, səhər obaşdan hərbi geyimli adamlar onun və qonşuların qapılarını döyüb evdən kənara çıxmamağı deyiblər. Bildiriblər ki, atışma olacaq.

5-ci mərtəbədə yaşayan, eyvanından hərbi hissə əl içi kimi görünən Firuzə Məmmədova da ailə üzvlərini təhlükəsiz yerə aparandan sonra evə qayıdıb, qorxub ki, evlərini soyarlar. Atəş səslərini eşidəndə isə eyvana çıxıb:

В«Gördüm ki, avtobusun içində qırğın gedir. Öz gözümlə gördüm ki, atırlar. Qırmızı avtobusuydu. Ondan bir az aralı Mehmanı vurdular. Avtobusun içindən isə sonra qışqırıq qopdu ki, Tahiri vurdularВ».

Mehman Ələkbərov Gəncə özünümüdafiə batalyonun rəhbəri idi, şahidlər danışırlar ki, o, ağ bayraqla milli qvardiyaya sarı gedirmiş, məqsədi barışıq yaratmaq imiş. Amma onu arxadan, hərbi hissədən vurublar…

Surət Hüseynovun keçmiş silahdaşı deyir ki, görünür, baş verənlər cəmiyyəti şoka salacaq həddə olmadığından kimlərəsə insan ölümüylə nəticələnən olay lazım imiş.

Kimə lazım idi bu?

В«Hakimiyyət dəyişikliyini kim istəyirdi? Onlara! Surət Hüseynov Elçibəyin hakimiyyətdən getməsi tələbini qoymamışdı, deyirdi ki, ətrafı getsin. Mənə sonradan danışdı ki, Heydər Əliyevlə görüşəndə də tələbi yalnız bu olub. 4 iyundan qabaq da hadisələrin qabağını almaq olardı. Surəti həbs etməklə problem həll olacaqdı. Amma onu həbs etmək istəmədilərВ». Surət Hüseynovun keçmiş silahdaşlarından biri belə deyir.

4 iyun hadisələrinin izi Gəncədə başlasa da, Bakıda sona çatır. Amma sona çatırmı?

O vaxt Gəncədə ölən və yaralanan insanların sayının şişirdilməsi də qiyamın çox maraqlı özəlliklərindən idi. Deputat İstintaq Komissiyasının araşdırmalarına görə o vaxt Gəncədə düz 20 nəfər qətlə yetirilmişdi. Amma Sürət Hüseynovun qoşunlarının Bakıya doğru irəlilədiyi müddətdə daha bir neçə nəfərin müxtəlif şəraitlərdə öldürülməsi isə bu sıraya daxil deyil. Gəncədə 48 nəfərin isə müxtəlif dərəcəli xəsarət aldığı bildirilir. Ancaq deputat istintaq komissiyasının üzvü Mirmahmud Mirəloğlu bildirir ki, həmin 48 nəfərdən bəzilərinin heç burunu da qanamamışdı. Ancaq kimlərsə səhhətində hansısa problemlər olan bu insanları silahlı toqquşmada xəsarət alanların sırasına daxil etmişdi.

Bəs Gəncə qiyamını doğuran səbəblər nə idi?
Bu suala cavab tapmaq üçün isə qiyam ərəfəsində ölkədə baş verən bir sıra hadisələri yada salmaq lazımdır. 1993-cü il mayın 25-də sonuncu Rusiya əsgərinin Azərbaycandan çıxarılmasını yada salmaq qiyamı doğuran səbəblərin öyrənilməsi baxımından çox əhəmiyyətlidir. Təsadüfi deyil ki, o vaxt hakimiyyətdə olan Əbülfəz Elçibəyin komanda üzvləri iddia edirlər ki, həm Rusiya, həm də İran getdikcə güclənən Azərbaycanı qısqanmaqda idi.

Üstəlik Azərbaycan neftinin qərbə inteqrasiyası istiqamətində də o vaxt çox mühüm addımlar atılırdı. 1993-cü ilin iyul ayının 2-də neft müqavilələrinin imzalanması gözlənilirdi. Hələ mart ayında İstanbulda Bakı-Ceyhan neft kəmərinin çəkilişi ilə bağlı razılıq əldə edilmişdi. Ancaq bu hələ müstəqilliyini yenicə qazanan ölkədə gözlənən məhəlli və regional dəyişikliklərin hamısı deyil.

Əbülfəz Elçibəy komandasının üzvləri ölkə daxilində Sürət Hüseynovu himayə edən əsas qüvvə kimi o vaxt Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri işləyən Heydər Əliyevi və onun rəhbərlik etdiyi Yeni Azərbaycan Partiyasını göstərirlər. Onların fikrincə qiyamı Milli İstiqlal və Sosial Demokrat Partiyası və keçmiş Müdafiə naziri Rəhim Qazıyev də müdafiə edirdi. Deputat İstintaq Komissiyasının üzvü Mirmahmud Mirəlioğlunun sözlərinə görə sonradan məlum oldu ki, Naxçıvanla-Gəncə arasında çox sıx əlaqələr mövcud olub.
Qiyam günlərində isə başda Nemət Pənahlı olmaqla Naxçıvandan gələn bəzi simalar Sürət Hüseynovun ətrafında öz fəallıqları ilə xüsusi olaraq seçilirdilər. O vaxt parlamentin sədri olan İsa Qəmbər də deyir ki, Sürət Hüseynovun həmin hadisələrdə həlledici fiqur olmasına inanmır.

Növbəti sual baş verənlərin mahiyyətini daha dərindən anlamaq istəyinə xidmət edir:

Əbülfəz Elçibəy hakimiyyəti Gəncədə niyə məğlub oldu?

Hakimiyyətin o vaxtkı məqsədini Gəncədə keçirilən əməliyyatlara birbaşa nəzarət edən baş nazir Pənah Hüseyn belə izah edir:

В«Məqsəd Gəncədə gözlənilən qiyamın başlamadan qarşısını almaq idi. Bundan ötrü təşkilatçıların həbsi nəzərdə tutulurduВ».

Ancaq Əbülfəz Elçibəyə yaxın olan bəzi insanların da fikirlərinə görə əslində məğlubiyyətin əsası 1993-cü il aprelin 2-də Kəlbəcərin işğalından sonra qoyulmuşdu. Onların deməsinə görə, əslində o vaxtdan etibarən komandanın əksər aparıcı simaları hakimiyyəti qoruyub saxlamaqdan çox hakimiyyət olimpinə çatmaq üzrə olan Naxçıvan Ali Məclisinin sədri Heydər Əliyevlə əməkdaşlığa getmək haqqında düşünürdü.

Deməli daha bir sualın səslənməsi çox yerinə düşər:

Heydər Əliyevin Bakıya dəvət edilməsi nə vaxt və nədən zərurətə çevrildi?

Klassik Xalq Cəbhəsi Partiyasının sədri Mirmahmud Mirəloğlu deyir ki, hələ Gəncə qiyamından əvvəl hakimiyyətin 4 aparıcı siması Naxçıvana zəng vuraraq Heydər Əliyevi Bakıya dəvət etmişdi. Onun sözlərinə görə bu zəng prezident Elçibəylə razılaşdırılmamışdı.

Bundan əvvəl isə 1993-cü ilin fevralda Heydər Əliyevin Bakıda Əbülfəz Elçibəylə 8 saatlıq görüşü olmuşdu və orada danışılan məsələlərdən komandanın əksər üzvləri məlumatsız qalmışdılar.

Pənah Hüseyn deyir ki, Heydər Əliyevin Bakıya dəvət edilməsi qərarını prezident Əbülfəz Elçibəy verib.

Heydər Əliyev isə qiyamdan 11 gün sonra iyunun 15-də Ali Sovetin sədri seçildi. Əbülfəz Elçibəy isə həmin hadisədən 3 gün keçməmiş Bakını tərk edib doğulduğu Kələki kəndinə yollandı.

Müşahidəçilərin fikrincə qiyamın ən böyük nəticəsi Əbülfəz Elçibəy hakimiyyətinin Heydər Əliyev hakimiyyəti ilə əvəzlənməsi oldu. Hərçənd Hakim Yeni Azərbaycan partiyası Siyasi Şurasının üzvü Musa Quliyev Heydər Əliyevin qiyam nəticəsində hakimiyyətə gəlməsi fikri ilə razı deyil:

В«15 iyun qurtuluş günü, Heydər Əliyevin Gəncəyə gedib sülh yaratması 4 iyun hadisələrinin nəticələri deyildiВ».

Politoloq Zərdüşt Əlizadə: В«Bu zəncirin bir həlqəsi də Sürət Hüseynovun üsyanı idi. O bacarmadığı bir oyuna girişmişdi. O hadisələrində ləkələnib qurbanına çevrildi…»

Keçmiş dövlət katibi Əli Kərimli: В«Məhz o qiyam nəticəsində Azərbaycan ictimai fikri on illərlə geri düşdü…»

(Bu məqalə arxivimizdən istifadə olunur. Onu əməkdaşlarımız 2008-ci ildə hazırlayıblar.)

/ “Azadlıq” Radiosu /










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
“Macarıstan üçün daha sakit bir dövr başlayır” – QABOR ŞTİR
Bu gün, 11:49
"Rüzgar"ın əmisinə AĞIR CƏZA tələbi
Bu gün, 11:47
Yaxın Şərqdə müharibə tərəflərin maraqlarına cavab vermir - Pezeşkian
Bu gün, 11:42
ABŞ-la danışıqların növbəti raundunda iştirakla bağlı qərar verilməyib - İran XİN
Bu gün, 11:41
Avropa Məhkəməsindən Bakıya absurd TƏLƏB – Avqustun 31-dək...
Bu gün, 11:35
Flyblast Travel Agency qalmaqalı böyüyür - Şirkət barədə şok iddialar
Bu gün, 11:33
"Yaltaqların danışıqlarını görürəm, ürəyim bulanır"
Bu gün, 11:26
Ermənistanda seçkiöncəsi gərginlik PİK HƏDDƏ – Paşinyan rəqiblərini belə NEYTRALLAŞDIRIR
Bu gün, 11:24
Azərbaycanlı konfliktoloq Ukraynanın gələcəyi ilə bağlı 3 ssenari sadaladı...
Bu gün, 11:19
Həbsdən yeni çıxan şəxs azyaşlıya qarşı cinayət törətdi – CƏZA
Bu gün, 11:17
Lənkəran səhiyyəsində şübhəli tender - DETALLAR
Bu gün, 11:15
Müctəba Xamenei atasından da radikaldır - Lukaşenko
Bu gün, 11:10
Türkiyə ilə sərhədlərin açılmasına hazırıq - Kostanyan
Bu gün, 11:02
Naxçıvan məktəbində BIÇAQLI HÜCUM: “Hadisəni gizlədirlər...” - İLGİNC İDDİALAR...
Bu gün, 10:59
Rədd edilən SÜLH – İranı nə gözləyir?
Bu gün, 10:52
Bu dəfə Azər Qasımlının xanımından şikayət etdi - TƏFƏRRÜAT
Bu gün, 10:50
“Kölgə kəşfiyyatı”ndan Zəngəzur xəbərdarlığı – Bakıdan REAKSİYA
Bu gün, 10:49
Ukrayna ordusu Rusiyanın 150 milyon dollarlıq iki desant gəmisini vurub
Bu gün, 10:47
İrəvandan Ankaraya "top səndədir" mesajı – Ermənistan Türkiyə ilə sərhədləri açmağa tam hazırdır
Bu gün, 10:37
Manaf Babayev "Azərpoçt"un rəhbərliyinə TƏYİN OLUNDU - BUNDAN SONRA...
Bu gün, 10:33
Camalovun xaraba günə qoyduğu Zərdab... - BU NƏDİ BELƏ?..
Bu gün, 10:29
“AtaSığorta” ləğv edilir - DETALLAR
Bu gün, 10:25
İcra Hakimiyyəti 4 800 kiloqram qurban əti paylayacaq – Kilosuna 20 manat ödəyəcək
Bu gün, 10:21
Bir əldə 7 qarpız tutmağı bacaran "deputat" - Dünyanın ən istedadlı adamı...
Bu gün, 10:09
Rusiya Kiyevi də, Odessanı da tuta bilər - Amerikalı polkovnik
Bu gün, 10:03
Məhkəmə vətəndaşlara qarşı dələduzluq edən “maşın alverçi”si ilə bağlı qərar çıxardı
Bu gün, 10:01
"Azərpoçt"un rəhbəri işdən çıxıb - BUNDAN SONRA...
Bu gün, 09:56
Kənd Təsərrüfatı Nazirliyinin tenderi niyə LƏĞV olundu?
Bu gün, 09:55
Bakıda 11 nəfəri aldadan professora hansı cəza verilib? - TƏFƏRRÜAT
Bu gün, 09:54
Kədərli mahnıları da gülməli olan müğənnimiz - Orxan Saffari yazır...
Bu gün, 09:53
ABŞ-dakı erməni mafiyası Qarabağı geri istəyir? – “Netfliks”də sensasion Azərbaycan səhnəsi
Bu gün, 09:47
İranda "Mossad" ilə əməkdaşlıqda ittiham olunan iki nəfər edam edilib - "Reuters"
Bu gün, 09:44
Başçıya müraciət etsə də... - "Vətən mənim əlacsız halımı..."
Bu gün, 09:42
MSK üzvlərinin səlahiyyət müddəti bitir - Aprelin sonunadək...
Bu gün, 09:35
Dünyanın ən müftəxor deputatları - Hər əl qaldırmağa ən azı 25-30 min manat
Bu gün, 09:32
Tehran Vaşinqtondan sanksiyaların ləğvini tələb edir - CNN
Bu gün, 09:27
28 illik fəaliyyət göstərən şirkətə yeni sədr təyin olunur - DETALLAR
Bu gün, 09:25
Naxçıvan Muxtar Dərəbəyliyində “Açıq qapı” siyasəti - "Motivasiya olmayan yerdə isə..."
Bu gün, 09:11
Arvadını məktəbin qarşısında döyən şəxs: “O, uşağımı qucaqlamağa qoymadı...” - TƏFƏRRÜAT
Bu gün, 08:10
Bakıda alça və gilası niyə fantastik qiymətə satırlar?
Bu gün, 08:08
Milyardlıq “qalxan” ucuz İran PUA-larına qarşı - ABŞ-ın “Qızıl mərmi”ləri sınağa çəkilir
Bu gün, 07:54
"Əgər sizin sisteminiz müştərini narahat edirsə..." - NARAZILIQ VAR...
Bu gün, 07:51
Rusiya nefti ilə bağlı qərar müvəqqəti xarakter daşıyacaq - ABŞ
Bu gün, 07:27
"Bu gün sadə neftçi yaşamaq uğrunda mübarizə aparır..." - MALƏSƏF...
Bu gün, 07:10
Tramp bunu etsə, fəlakətlə üzləşəcək - Ritter
Bu gün, 07:01
İranla müharibə bitməyib və yeni hadisələr mümkündür - Netanyahu
Bu gün, 07:00
İranda Hörmüz boğazı ilə bağlı fikir ayrılığı var - “The Wall Street Journal”
Bu gün, 06:58
ABŞ Karib dənizində narkotik ticarətçilərinin gəmisinə zərbə endirib, ölənlər var
Bu gün, 06:56
Ceyhun Cəlilov Fuad Nəcəfliyə ŞÜKÜR OXUTDURUR... - FAKT BUDUR!
Bu gün, 06:28
Rus əhalisi kimi rus dili də Azərbaycanda qocalıb ölməyə məhkum idi ki, elə də oldu - Overçuka cavab
Bu gün, 06:08
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru