Nobel istəyi, cənnətə getmək arzusu... .....                     "Hələ də Paşinyan hökuməti referendum keçirilməsi haqda elan verməyib..." .....                     "Qardaşınızın beyni çöndü və 30 yaşında universitetə girdi" .....                     Rejissor və ssenarist Zaur Məhərrəmov vəfat edib .....                     Rusiyanın böyük yanlışı nədir? .....                     “Ukrayna öz torpaqlarını verməyəck” .....                     Ermənistanı qarışdıran xəbər yayıldı: .....                     Laricani Zəngəzur dəhlizi barədə: .....                     Tehran Azərbaycana dair sübut tapmadığını açıqladı .....                     "Xəbər səhifələrinin əsassız bağlanması jurnalistlər üçün ciddi təhlükədir" .....                     “Şəhidlərimizi süni intellektlə ‘danışdırmaq’ iyrənc hərəkətdir” .....                     Erməni revanşistləri .....                     "Onlar hakimiyyətə gəlmək, hakimiyyət hərisliyini həyata keçirmək naminə bu addımı atdılar" .....                     Bakıda qadın qətlə yetirilib .....                     Tarixi yurd yerimiz olan Kəlbəcərdə həyat yenidən öz axarına düşür .....                     Telejurnalist Günel Gözəlova yeni vəzifəyə təyin olundu .....                     Çox yaxında Bakıya təzminat ödəyə bilərik .....                     Azərbaycan kriminal avtoriteti Hindistana verdi .....                     Azərbaycanın regionda yeni reallıqlar yaradıb .....                     Böyük Qayıdış Proqramının icrasında mühüm rol oynayan səfər .....                     “Baku Food Center”in səhmləri dövriyyədən çıxarılır .....                     200 min dollar vəsaiti ölkədən çıxaran şirkət cərimələnib .....                     2025-ci ilin avqustu Ermənistan üçün dinc həyatın başlanğıcı oldu .....                     Bu səhiyyə ocağını BAZARA ÇEVİRİBLƏR... .....                     Ticarət mərkəzində atışma törədən azərbaycanlı ilə bağlı .....                     Pezeşkiana hücumlar başladı: Onu qorumalıyıqmı? .....                     170 min dollarlıq borcla bağlı məhkəmə qərarı niyə icra olunmur? .....                     Ermənistanın Müstəqillik Bəyannaməsində ziddiyyətlər var .....                     Bakı-Tiflis-Qars xətti əhəmiyyətini itirmir .....                     Prezidentin İşlər müdirinin müavininə ağır itki üz verib .....                     Adı nə olursa olsun... BU YOL AÇILACAQ .....                     "Fars molla rejimi "illər boyu Ermənistanı hərtərəfli dəstəklədik və buna davam edəcəyik" demək istəyir" .....                     Paşinyanın “torpaq mübadiləsi” açıqlamasının şok pərdəarxası .....                     İşçi məsuliyyəti... .....                     Prezidentin xəbərdarlığı hansı paytaxtlaradır? .....                     "Fars-molla rejimi İsrailə qarşı formalaşdırdığı düşmənçilik siyasətini Azərbaycana qarşı yönəltməyə çalışır" .....                     “Azəriqaz” öz itkilərini belə ört-basdır edir .....                     Bu çay evi də qanunlara tabe olmur... .....                     Azərbaycanda böyük tikinti layihələrində işləmiş Türkiyə vətəndaşı niyə cəzalandırıldı? .....                     'Vurulacaq' rektorlar arasında ONUN DA ADI VAR .....                 

BU DA OQTAY ŞİRƏLİYEVİN “QARA SİYAHISI”
Tarix: 15-06-2012, 12:00 | Çap et
BU DA OQTAY ŞİRƏLİYEVİN “QARA SİYAHISI”

DƏRMAN BAZARINA ADMİNİSTRATİV MÜDAXİLƏ

Səhiyyə Nazirliyi Farmakoloji və Farmakopeya Ekspert Şurasının qərarı əsasında dövlət qeydiyyatı ləğv olunmuş dərman vasitələrinin son siyahısını açıqlayıb. Şuranın sədr müavini, SN-nin kadrlar, elm və təhsil şöbəsinin müdir müavini Rauf Ağayev APA-ya açıqlamasında bildirib ki, bu vasitələr aşağıdakılardır:

1. Bor turşusunun toz dərman forması (toksiki təsirliyini nəzərə alaraq)
2. Bufeksamak və Bufeksamak tərkibli preparat Proktozan (kontakt allergik reaksiyaya səbəb olmasını nəzərə alaraq)
3. Aşağımolekullu polivinilpirrolidon tərkibli infuziya məhlulları (yüksək toksiki təsirini nəzərə alaraq)
4. Oktaqam (istehsalçı müəssisə tərəfindən istehsalı dayandırılıb)
5. Buflomedil (neyro və kardiotoksikliyə səbəb olduğuna görə istehsalı istehsalçı tərəfindən dayandırılıb)
6. Buflomedil tərkibli preparatlar – İrrodan və Dialon (yuxarıda qeyd olunan səbəbə görə)
7. Qatifloksasin və Qatifloksasin tərkibli preparatların dövlət qeydiyyatına alınmasına icazə verilməyib (hipo- və hiperqlikemiyaya səbəb olduğunu nəzərə alaraq)

R. Ağayevin sözlərinə görə, çox vaxt əhali arasında uzun illər ərzində təbabətdə istifadə olunan dərmanların təhlükəsinin olmaması, insan orqanizminə zərər vurmaması haqqında fikir formalaşır: “Alimlər tərəfindən aparılan tədqiqatlar və klinik araşdırmalar isə belə fikirlərin yanlış olduğunu sübut edir. Belə stereotip fikir illərlə çoxlarının ev aptekində yer alan bor turşusu haqqında da yaranıb. Zəif turşu kimi xarakterizə olunan bor müxtəlif sahələrdə - kənd təsərrüfatında gübrələrin və insektisidlərin istehsalında, fotoçap işlərində - aydınlaşdırıcı məhlulların, kimyada – bufer məhlulların hazırlanmasında və s. istifadə olunur. XIX əsrin axırlarında alimlər tərəfindən bor turşusunun mikroblar əleyhinə (antiseptik) təsiri müəyyən edildikdən sonra bu preparat təbabətdə də geniş istifadə olunmaqa başlayıb. Bu antiseptikin bəzi xüsusiyyətləri - tamı və qoxusunun olmaması, paltarda ləkə qoymaması, yaralarda qıcıqlanma yaratmaması onun ev şəraitində geniş istifadəsinə səbəb olub. Lakin bor turşusunun antimikrob təsiri digər preparatlarla müqayisədə dəfələrlə aşağıdır. Belə ki, bor turşusu antimikrob təsirini minimal 2% konsentrasiyada göstərirsə, kalium permanqanat həmin təsirə – 0,1%, furasillin - 0,01%, xlorheksidin – 0,005% qatılığında malikdir, yəni, bor turşusundan 20-400 dəfə artıq aktivdir”.

R. Ağayev bildirib ki, dünyanın müxtəlif ölkələrində aparılan tədqiqatlar və klinik müşahidələr bor turşunun orqanizmə toksiki təsir göstərdiyini sübut edib: “Avropa və Amerika tədqiqatçıları elmi məqalələrində bor turşusunun istifadəsindən uşaqların zəhərlənmə, hətta ölüm hadisələri ilə nəticələnən halları vurğulayıblar. Zəhərlənmənin əsas səbəbi odur ki, bor turşusu böyrəklərdən dəyişilməmiş vəziyyətdə ifraz olunur. Böyrəklərin funksiyası normal olduğu halda zəhərlənmə yüngül keçir, hər hansı səbəbdən onların funksiyalarında problemlər yarandığı halda isə bu turşu orqanizmdə daxili ağır zəhərlənməyə gətirib çıxara bilər. Uşaqlarda, xüsusilə körpələrdə, böyrək funksiyalarının nisbi zəif və lazımınca inkişaf etməməsi ilə əlaqədar bor turşunun zərəredici təsiri daha güclü olur və onun istifadəsi zəhərlənmə riskini artırır. Məhz buna görə bor turşusunun istifadəsi nəticəsində ağır zəhərlənmə və ölüm hadisələri əksər hallara körpə uşaqlar arasında baş verir. Bunları nəzərə alaraq, keçən əsrin 70-ci illərindən etibarən bor turşusu toksik preparat kimi hesab edilir və onun təbabətdə istifadəsinə məhdudiyyətlərin qoyulmasına dair tədbirlər görülür. Belə ki, əksər ölkələrdə bor turşusunun istifadəsində onun konsentrasiyası 1-3% ilə məhdudlaşdırılır və tərkibində bu preparat olduğu dərmanların etiketlərinə “yalnız xarici istifadə üçün”, “geniş dəri zədələnmələrində istifadə oluna bilməz”, “uşaqlar üçün istifadə edilmir” xəbərdarlıq yazıları qeyd edilir. Hazırda əksər ölkədə bor turşusu demək olar ki, konservant kimi, qeyd olunan faizdə göz, qulaq, burun damcılarında istifadə olunur və 3 yaşına qədər uşaqlarda istifadə edilməsinə qadağa qoyulur. Qeyd olunanları nəzərə alaraq, Azərbaycanda da bor turşusunun toz şəkilində istifadəsinə qadağa qoyulub və preparatın tərkibində bor turşusunun yalnız 1-3% konsentrasiyası olduğu halda icazə verilir”.

R. Ağayev deyib ki, ümumiyyətlə, bor turşusu tərkibli preparatlarla bağlı nəzarət gücləndirilməlidir: “Bu preparatların içlik vərəqələrində mütləq xəbərdarlıq edilməlidir ki, onun daxilə qəbulu nəticəsində hansı toksiki nəticələri ola bilər, hansı qrup insanlarda istifadəsi təhlükəlidir və s.”.

O, həmçinin qeyd edib ki, Azərbaycanda istehsal olunan “Teymurov” pastası və “Leyner” məlhəminin tərkibində də bor turşusu komponenti var: “Bunlar istifadəsinə icazə verilən preparatlardır. Amma həmin dərmanların içlik vərəqələrində göstərilməlidir ki, onları böyük bir sahəyə, açıq yaraya istifadə etmək təhlükəlidir. Biz bu preparatların istehsalçısı “Azərfarm” şirkətinə təkrarən müraciət edəcəyik ki, onun texnologiyasına nəzarət gücləndirilsin, içlik vərəqələrində əks göstərişlər, istifadəsi zamanı yaranan yan təsiri haqqında daha geniş məlumat və xəbərdarlıq verilsin”.

Onu da bildirək ki, həm “Buflomedil” və həm də “Qatifloksasin” prezidentin əmisi oğlu İlqar Əliyevə məxsus “RiadFARM” tərəfindən ölkəyə gətirilir. Elə buna görə də DİA.AZ-a daxil olan məlumatlarda bildirilir ki, əslində səhiyyə nazirliyinin həmin adda dərmanlara qadağa qoyması sırf olaraq dərman bazarında cərəyan edən olaylarla bağlıdır.

Xatırladaq ki, neçə müddətdir sözügedən bazarda ciddi rəqabət gedir. Birbaşa olaraq SN rəhbərliyinin dəstəklədiyi “Avromed” (deputat Cavanşir Feyziyev rəhbərlik edir –red.) şirkəti dərman bazarından İlqar Əliyevin şirkətini sıxışdırıb çıxarmaqdadır. Keçən dəfə isə bu şirkətin Hindistan və Pakistandan dərman idxalına qadağa qoyulmuşdu.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Nobel istəyi, cənnətə getmək arzusu... - Tramp sülh axtarışında
Bu gün, 02:04
"Hələ də Paşinyan hökuməti referendum keçirilməsi haqda elan verməyib..." - ŞƏRH
Bu gün, 02:02
"Qardaşınızın beyni çöndü və 30 yaşında universitetə girdi"
Bu gün, 01:59
Rejissor və ssenarist Zaur Məhərrəmov vəfat edib
Bu gün, 01:55
Rusiyanın böyük yanlışı nədir? - İNCƏLƏMƏ
Dünən, 13:25
“Ukrayna öz torpaqlarını verməyəck” - Zelenski
Dünən, 12:58
Ermənistanı qarışdıran xəbər yayıldı: - Paşinyan 2 saatlıq təcili iclasda nə deyib?
Dünən, 12:55
Laricani Zəngəzur dəhlizi barədə: - İran üçün təhlükəli deyil
Dünən, 12:51
Tehran Azərbaycana dair sübut tapmadığını açıqladı
Dünən, 12:49
"Xəbər səhifələrinin əsassız bağlanması jurnalistlər üçün ciddi təhlükədir" - Hacıbəy Heydərli
Dünən, 12:42
“Şəhidlərimizi süni intellektlə ‘danışdırmaq’ iyrənc hərəkətdir” - Zaur Bayramlı
Dünən, 12:35
Erməni revanşistləri YENİDƏN AKTİVLƏŞDİ
Dünən, 12:27
"Onlar hakimiyyətə gəlmək, hakimiyyət hərisliyini həyata keçirmək naminə bu addımı atdılar" - deputat
Dünən, 11:11
Bakıda qadın qətlə yetirilib - TƏFƏRRÜAT
Dünən, 11:08
Tarixi yurd yerimiz olan Kəlbəcərdə həyat yenidən öz axarına düşür - MƏQALƏ
Dünən, 11:00
Telejurnalist Günel Gözəlova yeni vəzifəyə təyin olundu - BUNDAN SONRA...
Dünən, 10:50
Çox yaxında Bakıya təzminat ödəyə bilərik - Şahnazaryan
Dünən, 10:45
Azərbaycan kriminal avtoriteti Hindistana verdi
Dünən, 10:43
Azərbaycanın regionda yeni reallıqlar yaradıb - MƏQALƏ
Dünən, 10:37
Böyük Qayıdış Proqramının icrasında mühüm rol oynayan səfər - İsrafil Kərimovun yazısı...
Dünən, 10:34
“Baku Food Center”in səhmləri dövriyyədən çıxarılır
Dünən, 10:17
200 min dollar vəsaiti ölkədən çıxaran şirkət cərimələnib - QƏRAR
Dünən, 10:16
2025-ci ilin avqustu Ermənistan üçün dinc həyatın başlanğıcı oldu - Paşinyan
Dünən, 10:14
Bu səhiyyə ocağını BAZARA ÇEVİRİBLƏR... - İTTİHAM VAR...
Dünən, 10:08
Ticarət mərkəzində atışma törədən azərbaycanlı ilə bağlı YENİ QƏRAR
Dünən, 10:01
Pezeşkiana hücumlar başladı: Onu qorumalıyıqmı? - AKTUAL
Dünən, 09:55
170 min dollarlıq borcla bağlı məhkəmə qərarı niyə icra olunmur? - TƏFƏRRÜAT
Dünən, 09:52
Ermənistanın Müstəqillik Bəyannaməsində ziddiyyətlər var - Paşinyan
Dünən, 09:32
Bakı-Tiflis-Qars xətti əhəmiyyətini itirmir - ÇÜNKİ...
Dünən, 09:30
Prezidentin İşlər müdirinin müavininə ağır itki üz verib
Dünən, 09:23
Adı nə olursa olsun... BU YOL AÇILACAQ - Artıq iş gedir...
Dünən, 09:06
"Fars molla rejimi "illər boyu Ermənistanı hərtərəfli dəstəklədik və buna davam edəcəyik" demək istəyir" - HƏQİQƏTƏN DƏ...
Dünən, 09:03
Paşinyanın “torpaq mübadiləsi” açıqlamasının şok pərdəarxası - NƏ BAŞ VERİR?
Dünən, 08:56
İşçi məsuliyyəti... - Ekspert danışır...
Dünən, 08:49
Prezidentin xəbərdarlığı hansı paytaxtlaradır? - Görünəni odur ki...
Dünən, 08:40
"Fars-molla rejimi İsrailə qarşı formalaşdırdığı düşmənçilik siyasətini Azərbaycana qarşı yönəltməyə çalışır" - FAKT BUDUR!
Dünən, 08:04
“Azəriqaz” öz itkilərini belə ört-basdır edir - BU DA FAKT...
Dünən, 07:51
Bu çay evi də qanunlara tabe olmur... - qapalı məkan olsa da...
Dünən, 07:41
Azərbaycanda böyük tikinti layihələrində işləmiş Türkiyə vətəndaşı niyə cəzalandırıldı? - TƏFƏRRÜAT
Dünən, 07:36
'Vurulacaq' rektorlar arasında ONUN DA ADI VAR - SİYAHI
Dünən, 07:20
Banka 5 milyon borcu olan Elmar Vəliyevin məşhur bazarı satışa çıxarıldı - Qafqazda ən böyük ticarət mərkəzidir
Dünən, 07:15
Turizm şirkətinin yeni tender müəmması - TƏFƏRRÜAT
Dünən, 07:13
AYNA şefinin tərəzisi də HARAM ÇIXDI - sürücülər deyir ki...
Dünən, 07:07
İrəvan kəndləri də Azərbaycana qaytarır: Əks halda, sülh olmayacaq - AKTUAL
Dünən, 07:04
Qala hərbi şəhərciyində qadına qarşı zorakılıq: sifarişli hadisənin arxasında komandir dayanır? - BU NƏDİ BELƏ?
Dünən, 07:02
Minsk qrupu daha yoxdur: Son sözü Azəbaycan dedi - GƏLİŞMƏ
Dünən, 06:59
Binəqədinin icra başçısı kimsədən qorxmur - Rüşvət verməyənin BAŞINA OYUN AÇIRLAR
Dünən, 06:57
"Ermənistan vətəndaşları ancaq turist kimi Azərbaycana gəlib-gedə bilərlər" - Başqa cür ola da bilməz...
Dünən, 06:50
“Ölü doğulmuş layihənin” uğursuz əks-sədası - İNCƏLƏMƏ
Dünən, 06:42
Rusiyanın xof yaratma planı: Paşinyan geri addım atacaq? – “Hraparak”
Dünən, 06:40
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru