Rövşən Bağırovun təhsildəki idarəetmə metodları... - Korrupsiya ittihamı...
Tarix: 11-05-2016, 10:21 | Çap et
 Lerik rayon Təhsil şöbəsinin müdiri Balaşirin Nəsirov haqda ilginc məlumatlar yayılıb. Rayon sakinlərinin TİA.AZ-a verdiyi məlumata görə, son 6 ildə rayon təhsilinin vəziyyəti icra başçısı Rövşən Bağırov və Balaşirin Nəsirovun əməyinin nəticəsidir. Şikayətçilər qeyd edir ki, B.Nəsirovun pedaqoq təcrübəsi olmadığı halda bu vəzifəyə gətirilib: "Təhsil haqqında qanunun müddəlarına əsasən Təhsil şöbəsinin rəhbəri ən azı 5 il məktəb direktoru vəzifəsində işləməlidir. Amma Rayon İcra hakimiyyətinin saytında yerləşdirilən məlumatda qeyd olunur ki, Balaşirin Nəsirov cəmi heç bir il məktəb direktoru işləməyib. Balaşirin Nəsirov Lerik Peşə məktəbində cəmi 7 ay direktor işləyib. Yaxşı, Təhsil haqqında qanunun müddəlarının kobud şəkildə pozularaq bu adamın Təhsil Şobəsinə rəhbər təyin olunmasına niyə dövlət strukturları göz yümür? Lerikdə hər hansı vəzifə bölgüsü aparılanda və yaxud da kimisə vəzifəyə təyin olunanda hökmən gərək Rayon İcra Başçısı Rövşən Bağırovun istəyi və əmri olmalıdır. Yəni bu hörmətli alicənaba yüz faiz "dəyməlisən”, yoxsa mümkün deyil. Rayonun təhsil sisteminin bu son 6 ildə biabırçı vəziyətə düşməsində Balaşirin Nəsirov qədər Rovşən Bağırovda günahkardı. Hətta Rayonda Balaşirin Nəsirovun vəzifəyə gəlmək üçün 40 min manat rüşvət verdiyi də deyilir. Son 6 ildə TQDK-nın açıqladığı nəticələrə görə, Lerik qara siyahıdadır. Qeyd edək ki, Balaşirin Nəsirov 1965-ci ildə Lerik rayonunun Mastail kəndində anadan olub. 1991-ci ildə Azərbaycan Dövlət Pedaqoji Universitetini bitirib. Əmək fəaliyyətinə 1983-cü ildə "1 May” sovxozunda fəhlə kimi başlayıb. 2010-cu ilin aprel ayından Lerik Rayon Təhsil Şöbəsinin müdiri vəzifəsində çalışır. 3-cü dərəcə dövlət qulluqçusudur. 1. 04.08.1985 - Lerik Rayon Rabitə Qovşağında əməliyyatçı 2. 01.04.1987 - "Sosialist Kubası” sovxozunda gözətçi və fəhlə 3. 15.10.1987 - Lerik Rayon İstilik Şəbəkəsində ocaqçı 4. 10.02.1988 - Livədirqə kənd səkkizillik məktəbində pioner baş dəstə rəhbəri 5. 03.05.1988 - Hamarmeşə kənd orta məktəbində pioner baş dəstə rəhbəri 6. 26.08.1988 - Mastail kənd orta məktəbində müəllim 7. 19.06.2009 - Lerik peşə məktəbinin direktoru vəzifələrində çalışıb. B.Nəsirovun rüşvət alması ilə bağlı yayılan iddialar ilk deyil. 2011-ci ilin mayında "Azadlıq” qəzetində bu barədə məlumat qeyd olunub. Xəbərə görə, Lerik rayonu Mastail kəndində biologiya müəllimi işləyən Balaşirin Nəsirov 2009-cu ilin iyun ayında 20 min manat müqabilində Lerik Peşə Məktəbinə direktor, 7 aydan sonra isə 40 min manat rüşvət müqabilində Lerik Rayon Təhsil Şöbəsinə müdir təyin olunub. Təhsil Şöbəsinin müdiri təyin olunandan sonra Balaşirin Nəsirov ona rüşvət verməyən 17 məktəb direktorunu müxtəlif təzyiqlərlə işdən çıxarıb. Yeni təyin edilən direktorların isə hər birindən 3 min manat alıb. Işdən çıxarmadığı orta məktəb direktorlarının isə hər birindən 500-1500 manat arasında pul alıb. O, hər ay guya qonaqları yola salmaq bəhanəsiylə 47 tam orta məktəb direktorunun hər birindən 50 manat, 40 əsas məktəb direktorunun hər birindən 30 manat, ibtidai məktəb direktorlarının hər birindən 20 manat pul alıb. Daha sonra rayondakı 16 uşaq bağçası müdirinin hər biri postunu qorumaq üçün ona 1000 manat verməyə məcbur edilib. Halbuki uşaq bağçalarının, demək olar, əksəriyyəti çox formal fəaliyyət göstərir. Bu uşaq bağçalarına verilən ərzaq və inventar pulunun əksər hissəsi həmin uşaq təşkilatına çatmamış mənimsənilir. Hər bağça qrupu üçün ayrılan 500 manat pulun necə xərcləndiyini bilən çətin tapılar. Bu isə bir ayda 5-6 min manat pul edir. Təhsil Nazirliyinin razılığı olmadan təkcə 2011-ci ildə Lerik rayonunda 25 müəllimi işə götürüb. O cümlədən, nazirliyin keçirdiyi test imtahanlarında lazımi qədər bal yığa bilməyən müəllimlər 3 min manat müqabilində Laman kənd məktəbinə müəllim təyin edilib. Mətbuat konfransında səsləndirilən ittihamlara Balaşirin Nəsirovun fikirlərini öyrənmək istəsək də, cəhdlərimiz səmərə vermədi. Onun da mövqeyini dərc etməyə hazırıq…


|
|
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
|
|
| • Yanacaq bahalaşır, ABŞ aviaşirkətləri yüz milyonlarla zərər edir və uçuşları azaldır - "Business Insider"
Bu gün, 16:46 |
|
|
|
| • Söhrab İsmayılov həbs oluna bilər? - İDDİA
Bu gün, 16:44 |
|
|
|
| • Pezeşkian hərəkətə keçdi, İsraillə bağlı məlumat yayıldı: - “Xilasetmə” əməliyyatı başladılır
Bu gün, 16:30 |
|
|
|
| • Bərdədə Zümürxan gölü zibilliyə çevrilib - FOTO
Bu gün, 16:18 |
|
|
|
| • Keçmiş oliqarx-məmur... BU GÜN DƏ QAZANIR... - İLGİNC FAKT
Bu gün, 16:05 |
|
|
|
| • Müxalifət üçün itirilmiş ŞANS
Bu gün, 15:48 |
|
|
|
| • İran XİN rəhbəri Tehranın tələblərini Pakistana çatdırıb
Bu gün, 15:42 |
|
|
|
| • İran ordusu ABŞ-a xəbərdarlıq edib - “Fars”
Bu gün, 15:39 |
|
|
|
| • Doğdu günəş qırmızı... İməcliyə apardılar HAMIMIZI... - Nəqşi-cahanın... Talıbovdan qalma NAXŞI...
Bu gün, 15:33 |
|
|
|
| • "Özünə arxayın olmaq adamı qudurdur"
Bu gün, 15:20 |
|
|
|
| • Zelenskinin Azərbaycana səfəri Z-blogerləri qəzəbləndirdi – “ikili standartlar” yenidən gündəmdə
Bu gün, 15:05 |
|
|
|
| • Ukraynanın “marslı”sı rusları dəhşətə gətirdi – 35 min əsgər necə öldürülüb?
Bu gün, 13:19 |
|
|
|
| • “Georgian Airways” müflis ola bilər
Bu gün, 13:11 |
|
|
|
| • Bakıda yeni oğru PEYDA OLUB: "parik"dən istifadə edir - VİDEO
Bu gün, 13:09 |
|
|
|
| • Zelenskinin Bakı səfəri: Gözləntilər nədir? - AKTUAL
Bu gün, 12:49 |
|
|
|
| • İranda “işləməyən” Venesuela modeli: fanatiklərin müqaviməti hələ güclüdür - İNCƏLƏMƏ
Bu gün, 12:43 |
|
|
|
| • Oğluma məcburən saxta toy etdirdim, pul yığdım...” – Meyxanaçı Samirədən ŞOK AÇIQLAMALAR
Bu gün, 12:22 |
|
|
|
| • Deputata məxsus olduğu deyilən şirkətə 498 min manatlıq sifariş - TƏFƏRRÜAT
Bu gün, 12:19 |
|
|
|
| • Qaynarinfo.az 19 yaşında! - UĞUR YOLU...
Bu gün, 12:09 |
|
|
|
| • Zaqatalada qəzalı vəziyyətdə olan BİNA: Yağış suları evlərə dolur - FOTO
Bu gün, 12:05 |
|
|
|
| • AZƏRBAYCANDA MOBİL İNTERNET NİYƏ BAHALAŞIB? - "İstehlakçılara qarşı bu cür davranış yolverilməzdir..."
Bu gün, 11:59 |
|
|
|
| • Bakıda yeni proses başlayır: yüzlərlə ailə köçürüləcək - Detallar
Bu gün, 11:46 |
|
|
|
| • Ukrayna Prezidenti Volodimir Zelenski Azərbaycanda işgüzar səfərdədir - FOTO
Bu gün, 11:41 |
|
|
|
| • Yekaterinburqa dron hücumu − Xəsarət alan var
Bu gün, 11:40 |
|
|
|
| • Yeni tikililən binalarda mənzil qiymətlərinin sürətli dəyişməsinin səbəbləri - ARAŞDIRMA
Bu gün, 11:37 |
|
|
|
| • İranın gizli təşkilatının rəisi İsrailə casusluğa görə edam edilib -“tabnak”
Bu gün, 11:36 |
|
|
|
| • "İki aydan sonra onlar baş nazir olacaqlar” – Paşinyandan səs-küylü AÇIQLAMA
Bu gün, 11:26 |
|
|
|
| • Qondarma erməni soyqırımı muzeyində qalmaqal - "Hraparak"
Bu gün, 11:21 |
|
|
|
| • Trampın İran strategiyası niyə iflasa uğraya bilər?.. - YƏHUDİ EKSPERT
Bu gün, 11:17 |
|
|
|
| • Azərbaycan neftinin qiyməti 114 dollara yüksəlib
Bu gün, 11:15 |
|
|
|
| • Turizm Agentlini eyni şirkətə bir gündə iki tender verib - DETALLAR
Bu gün, 11:06 |
|
|
|
| • ABŞ-nin yeni prezidenti Rubio ola bilər - Politico nəşri
Bu gün, 11:03 |
|
|
|
| • Gəncədə terror qurbanlarının evləri... NECƏ QANUNDAN KƏNAR OLDU... - BU NƏDİ BELƏ?..
Bu gün, 10:56 |
|
|
|
| • Ermənistanda Türkiyəyə “müharibə” elan edən kimlərdir? – gizli planın şok detalları
Bu gün, 10:44 |
|
|
|
| • Abbas Əraqçi Pakistan ordusunun komandanı ilə görüşdü
Bu gün, 10:42 |
|
|
|
| • Sosial media qazancının görünməyən ÜZÜ…
Bu gün, 10:40 |
|
|
|
| • İrana nüvə bombası atılacaq - Dövlət Departamentinin keçmiş rəsmisindən şok iddia
Bu gün, 10:26 |
|
|
|
| • Azərbaycanda ət tapılmayacaq? - qiymətlət niyə bahalaşır
Bu gün, 10:25 |
|
|
|
| • “AzəriQaz” işçilərinin tək dərdi MAAŞ DEYİL Kİ... - NARAZILIQ VAR...
Bu gün, 10:20 |
|
|
|
| • “Azercell”in 13-cü ay OYUNBAZLIĞI... - GİLEY
Bu gün, 10:04 |
|
|
|
| • Banka borcu olanlara BƏD xəbər - Bundan sonra...
Bu gün, 09:28 |
|
|
|
| • "Dəyişən bir şey olmayacaq, amma..." - REAKSİYA
Bu gün, 08:33 |
|
|
|
| • TƏBİB pasiyentə xəstə kimi yox... BANKOMAT KİMİ baxır... - BUNA GÖRƏ DƏ...
Bu gün, 08:28 |
|
|
|
| • Qadınlar niyə imkanlı kişinin məşuqəsi, sevgilisi olmaq istəyir... - Nura Suri deyir ki...
Bu gün, 08:16 |
|
|
|
| • Aİ-də Kiyevə yardım qərarı parçalanmaya səbəb olub - “Politico”
Bu gün, 08:10 |
|
|
|
| • Eldar Mahmudovun sabiq kadrı ətrafında çənbər daralır... - Mürsəl İbrahimov NƏ EDƏCƏK...
Bu gün, 07:51 |
|
|
|
| • Xəzər sammiti Putinlə Xamenei görüşü üçün ləğv edilməyib - İran səfiri
Bu gün, 07:38 |
|
|
|
| • Məktəb direktoru pedaqoji şuranın iclasında səsləndirdiyi ifadələrə görə məhkəməyə verildi - TƏFƏRRÜAT
Bu gün, 07:36 |
|
|
|
| • ABŞ-nin İrana qarşı hərbi əməliyyat xərcləri 61 milyard dolları keçib - "Iran War Cost Tracker" portalı
Bu gün, 07:31 |
|
|
|
| • Əmrullayevin BATIRDIĞI TƏHSİL: Daha bir məktəbdə insident... - BELƏ HARA GEDİRİK?
Bu gün, 07:30 |
|
|
|
|