Yanacaq bahalaşır, ABŞ aviaşirkətləri yüz milyonlarla zərər edir və uçuşları azaldır .....                     Söhrab İsmayılov həbs oluna bilər? .....                     Pezeşkian hərəkətə keçdi, İsraillə bağlı məlumat yayıldı: .....                     Bərdədə Zümürxan gölü zibilliyə çevrilib .....                     Keçmiş oliqarx-məmur... BU GÜN DƏ QAZANIR... .....                     Müxalifət üçün itirilmiş .....                     İran XİN rəhbəri Tehranın tələblərini Pakistana çatdırıb .....                     İran ordusu ABŞ-a xəbərdarlıq edib .....                     Doğdu günəş qırmızı... İməcliyə apardılar HAMIMIZI... .....                     "Özünə arxayın olmaq adamı qudurdur" .....                     Zelenskinin Azərbaycana səfəri Z-blogerləri qəzəbləndirdi .....                     Ukraynanın “marslı”sı rusları dəhşətə gətirdi .....                     “Georgian Airways” müflis ola bilər .....                     Bakıda yeni oğru PEYDA OLUB: "parik"dən istifadə edir .....                     Zelenskinin Bakı səfəri: Gözləntilər nədir? .....                     İranda “işləməyən” Venesuela modeli: fanatiklərin müqaviməti hələ güclüdür .....                     Oğluma məcburən saxta toy etdirdim, pul yığdım...” .....                     Deputata məxsus olduğu deyilən şirkətə 498 min manatlıq sifariş .....                     Qaynarinfo.az 19 yaşında! .....                     Zaqatalada qəzalı vəziyyətdə olan BİNA: Yağış suları evlərə dolur .....                     AZƏRBAYCANDA MOBİL İNTERNET NİYƏ BAHALAŞIB? .....                     Bakıda yeni proses başlayır: yüzlərlə ailə köçürüləcək .....                     Ukrayna Prezidenti Volodimir Zelenski Azərbaycanda işgüzar səfərdədir .....                     Yekaterinburqa dron hücumu .....                     Yeni tikililən binalarda mənzil qiymətlərinin sürətli dəyişməsinin səbəbləri .....                     İranın gizli təşkilatının rəisi İsrailə casusluğa görə edam edilib .....                     "İki aydan sonra onlar baş nazir olacaqlar” .....                     Qondarma erməni soyqırımı muzeyində qalmaqal .....                     Trampın İran strategiyası niyə iflasa uğraya bilər?.. .....                     Azərbaycan neftinin qiyməti 114 dollara yüksəlib .....                     Turizm Agentlini eyni şirkətə bir gündə iki tender verib .....                     ABŞ-nin yeni prezidenti Rubio ola bilər .....                     Gəncədə terror qurbanlarının evləri... NECƏ QANUNDAN KƏNAR OLDU... .....                     Ermənistanda Türkiyəyə “müharibə” elan edən kimlərdir? .....                     Abbas Əraqçi Pakistan ordusunun komandanı ilə görüşdü .....                     Sosial media qazancının .....                     İrana nüvə bombası atılacaq .....                     Azərbaycanda ət tapılmayacaq? .....                     “AzəriQaz” işçilərinin tək dərdi MAAŞ DEYİL Kİ... .....                     “Azercell”in 13-cü ay OYUNBAZLIĞI... .....                 

Ramiz Yediyarov bu rayonun kralıdır... - Vəssalam...
Tarix: 25-05-2016, 10:05 | Çap et
Ramiz Yediyarov bu rayonun kralıdır...
Uzun illərdir ki, Gədəbəydə sahibkarlarla bağlı problemlər həllini tapmır. Belə olan halda hər kəsdə müəyyən fikir də formalaşır ki, Ramiz Yediyarovun həyata keçirdiyi idarəçilik yalnız zoraklığa və qanunsuzluğa söykənən idarəçilikdir. Artıq bir neçə ildir ki, təqribən 34 nəfər sahibkarın üz-üzə qaldıqları problemlər, hal-hazırda daha geniş ictimaiyyətin müzakirə etdiyi mövzulardan birinə də çevrilib. Düzdür, ötən illər ərzində onlar problemlərinin ədalətli həllinə nail olmaq istəsələr də, hələ ki, heç bir ümidverici ab-hava hiss olunmur. Bunun da başlıca səbəbi, rayon rəhbərliyi başda olmaqla, digər vəzifə sahiblərinin gədəbəyli sahibkarların müraciətlərini saya salmamalarıdır. Məsələn, əslən Gədəbəydən olan sahibkar Əliyev Oqtay Qara oğlu “Gündəm Xəbər”in əməkdaşına bildirir ki, “mən düz 15 aydan çoxdur ki, heç bir məhkəmə qərarı, hər hansı əsaslandırıcı sənəd olmadan, yalnız Gədəbəy rayon İcra Hakimiyyəti başçısının vermiş olduğu şifahi tapşırıq əsasında darmadağın edilən 38,5 kvm sahəsi olan obyektimlə bağlı problemin, bu gün də həllinə nail ola bilməmişəm. Maraq kəsb edən hal odur ki, obyektimlə bağlı qanuni sənədlərim olsa da, icra hakimiyyəti başçısının tapşırığı ilə altüst edilən və qısa vaxt ərzində də izi-tozu belə qalmayan obyektimin əvəzinə, bu gün nə yeni obyekt verirlər, nə də ki, qarşı tərəf ödəməli olduqları kompensasiyanı ödəyirlər. Diqqəti bir məqama da yönəldim ki, ötən 15 ay ərzində aidiyyəti qurumlara, o cümlədən Gədəbəy rayon İcra Hakimiyyəti Aparatına ünvanladığım müraciətlərin heç birinə rəsmi cavab da verilməyib. Düzdür, PA-na və digər dövlət qurumlarına ünvanladığım ərizələrimə, müraciətlərimə və.s “ünvanladığınız müraciətiniz tədbir görülməsi üçün, Gədəbəy rayon İcra Hakimiyyəti Aparatına göndərilmişdir” cavabı verilsə də, ötən illər ərzində daşdan səs çıxdı, amma icra hakimiyyəti aparatından bir səs çıxmadı. Bu da onu söyləməyə əsas verir ki, Ramiz Yediyarovun icra başçısı olduğu rayonda qanunçuluq deyil, birbaşa qanunsuzluq mühiti hökm sürməkdədir”. Oqtay Əliyev onu da vurğulayır ki, “üzləşdiyim problemlərin həll olunmaması qalsın bir yana, rayonda vəzifə sahibi olanlardan bəzilərinin məni ittiham etmələri də nə yerə, nə də ki, göyə sığası məsələdir. Çünki, bir neçə gün bundan əvvəl DİN-nə ünvanladığım müraciətimlə bağlı araşdırmalar aparılarkən, Gədəbəy rayon Polis Şöbəsi rəisinin müavini Bəhmən müəllimin iş otağında, rayon icra hakimiyyəti aparatının hüquq şöbəsinin müdiri Zülfüqar İsgəndərov və şəhər icra nümayəndəsi Şahbaz Bayramov bildirdilər ki, “Əliyev Oqtay Qara oğluna məxsus obyektin qanuni sənədləri olmayıb və obyektin söküntüsü həyata keçirilərkən, onun içərisində nə ərzaq məhsulları, nə də ki, hər hansı avadanlıqlar olub” dedikdə, mən onların danışdıqlarına qəti etirazımı bildirdim. Çünki, hər iki vəzifə sahibinin danışdıqları şifahi sözə, mənim söylədiklərim isə rəsmi sənədlərə əsaslanırdı. Ümumiyyətlə, adı çəkilən vəzifə sahibləri hər zaman yalan, şər-böhtan danışmağa aludə olduqlarından, mən onların danışdıqlarını növbəti fırıldaq əməli kimi də qiymətləndirdim. Çünki, Zülfüqar İsgəndərov vaxtilə ANS televiziya şirkətini də aldatmağa çalışmışdı. Yəni, üzləşdiyimiz problemlərlə bağlı vaxtilə Beynəlxalq Mətbuat Mərkəzində mətbuat konfransı keçirdikdən sonra, konfransın mahiyyəti ilə bağlı xəbərlər yayan ANS televiziya şirkətinə Zülfüqar İsgəndərov zəng edib bildirmişdi ki, “həmin sahibkarların səsləndirdikləri iddialar heç də həqiqəti ifadə etmir. Yəni, onların sənədləri qaydasında deyil” dedikdə, dərhal televiziya əməkdaşları bir neçə sahibkarı ləngimədən şirkətə dəvət etdi və bir daha onlara məxsus sənədlərlə yaxından tanış oldular. Elə ki, gədəbəyli sahibkarlara məxsus sənədlərin tam qaydasında olduğu aşkara çıxdı, o halda Zülfüqar İsgəndərovun niyyəti də hər kəsə bəlli oldu. Gədəbəydə vəzifə sahibi olanların məni müxalifətçilikdə ittiham etmələrini də, bu gün heç cür başa düşə bilmirəm. Çünki, onlar ən yuxarı səviyyədə mənimlə bağlı belə bir təbliğat aparırlar ki, guya mən müxalifəti təmsil edirəm. Çox maraqlı və gülünc doğuran təbliğatdır ki, həmin təbliğatın da başında, əldə etdiyim məlumatlara görə daha çox Zülfüqar İsgəndərov durur. O halda meydana belə bir sual çıxır. Bir kimsə müxalifəti təmsil edirsə, deməli həmin şəxs hansısa müxalif siyasi partiyanın üzvü olmalıdır və onun da biletini daşımalıdır. Əgər mən müxalif siyasi partiyalardan heç birinin ünvanını belə tanımıramsa, müxalif siyasi partiya nə olan şeydir, fəaliyyəti nələrdən ibarətdir, o haqda da heç bir təsəvvürüm yoxdursa, bəs Zülfüqar İsgəndərovu vadar edən səbəb nədir ki, o, bu gün də bu yöndə təbliğatını davam etdirməkdədir. Əgər mənimlə bağlı bu cür ucuz, əsası olmayan bir təbliğat aparılırsa, o halda Zülfüqar İsgəndərova demək istəyirəm ki, müxalifəti mən yox, məhz vaxtilə sənin özün təmsil etmisən. Çünki, AXCP-Müsavat cütlüyü hakimiyyətdə olduğu 1992-1993-cü illər ərzində müxalifətə xidmət edən, yəni Gədəbəy rayon İcra Hakimiyyəti Aparatında vəzifə sahibi olan, məhz sənin özün deyildinmi?. Baxmayaraq ki, illər ötdü, zaman dəyişdi və zamanın dəyişdiyi kimi, sən də siyasi mənsubiyyətini dəyişərək, böyük bir YAP-çı oldun. Mən 15 aydan çox müddət ərzində üz-üzə qaldığım problemimi həll edə bilmədiyim bir vaxtda, 14 saylı Ərazi Vergilər İdarəsi bu gün də məni unutmur. Yəni, qeyd olunan qurum tərəfindən yaşadığım ünvana adı çəkilən qurumun rəisinin imzası ilə, 04 aprel 2016-cı il tarixdə xəbərdarlıq məktubu göndərilir və 96.06 manat borclu olmağım da bildirilir. Maraqlı hal odur ki, vaxtilə “Rabitə Bank”ın 50 min manat dəyərində qiymətləndirdiyi obyektimin kompensasiyasını ala bilmədiyim halda, vergilər idarəsi 96.06 manat borclu olduğumu mənə xəbərdarlıq məktubunda bir daha bildirir.” Bütün bunlar 15 aydan bir qədər çox müddət ərzində PA-na, digər dövlət qurumlarına, daha çox isə Gədəbəy rayon İcra Hakimiyyəti Aparatına üz-üzə qaldığı problemlərlə bağlı müraciətlət, şikayət ərizələri, sayı-hesabı bilinməyən teleqrammalar vuran Əliyev Oqtay Qara oğlunun danışdıqlarıdır. O, nədənsə rayon icra hakimiyyəti aparatında vəzifə sahibi olan Zülfüqar İsgəndərovu, daha çox ittiham etməkdən də çəkinmir. Məsələn, Oqtay Qaraoğlu “Gündəm Xəbər”in əməkdaşına vurğulayır ki, “Zülfüqar İsgəndərov mənim qohumlarıma zəng edərək bildirir ki, “siz heç də narahat olmayın, onun problemini yaxın vaxtlarda həll edəcəyik” desə də, verdiyi vədlə atdığı addımlar heç də üstüstə düşmür. Ümumiyyətlə, Zülfüqar İsgəndərovla bağlı redaksiyamıza diqqəti cəlb edən məlumatlar da çatdırılıb. Yəni, çatdırılan məlumatlarda bildirilir ki, “o, bu gün Gədəbəy rayon İcra Hakimiyyəti Aparatında hüquq şöbəsinin müdiri vəzifəsini daşısa da, daşıdığı vəzifəsinə uyğun ixtisasın sahibi deyil. Zülfüqar İsgəndərov tarix təhsili almış kadr olmaqla bərabər, həm də sahib olduğu təhsilini qiyabi başa vurub. Digər tərəfdən onun iki oğul övladı olsa da, heç biri həqiqi hərbi xidmət keçməyiblər. Ona görə də, icra aparatında mühüm bir vəzifəyə sahib olan bu şəxsin övladlarının həm həqiqi hərbi xidmət məsələsi, həm də onların sahib olduqları diplomlarla bağlı problemlər, bu gün də müzakirə olunan mövzulardandır. Baxmayaraq ki, həqiqi hərbi xidmət keçməyən övladlarından biri, hal-hazırda SHXÇDX Gədəbəy rayon idarəsində hansısa vəzifəni də daşımaqdadır. Çatdırılan məlumatlarda o da bildirilir ki, onun oğlanlarından biri, bir müddət bundan əvvəl babasına məxsus veteran maşını ilə rayonun Qumlu kənd sakinini vurur. Həmin şəxs aldığı zərbədən şikəst olsa da, baş verən hadisə ilə bağlı onun oğlu heç bir məsuliyyətə cəlb olunmur. Çünki, atasının daşıdığı vəzifə törədilmiş yol-nəqliyyat hadisəsini ört-basdır etməyə imkan verir. Növbəti sayımızda daha ətraflı məlumatları diqqətinizə çatdırmağa çalışacağıq.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Yanacaq bahalaşır, ABŞ aviaşirkətləri yüz milyonlarla zərər edir və uçuşları azaldır - "Business Insider"
Bu gün, 16:46
Söhrab İsmayılov həbs oluna bilər? - İDDİA
Bu gün, 16:44
Pezeşkian hərəkətə keçdi, İsraillə bağlı məlumat yayıldı: - “Xilasetmə” əməliyyatı başladılır
Bu gün, 16:30
Bərdədə Zümürxan gölü zibilliyə çevrilib - FOTO
Bu gün, 16:18
Keçmiş oliqarx-məmur... BU GÜN DƏ QAZANIR... - İLGİNC FAKT
Bu gün, 16:05
Müxalifət üçün itirilmiş ŞANS
Bu gün, 15:48
İran XİN rəhbəri Tehranın tələblərini Pakistana çatdırıb
Bu gün, 15:42
İran ordusu ABŞ-a xəbərdarlıq edib - “Fars”
Bu gün, 15:39
Doğdu günəş qırmızı... İməcliyə apardılar HAMIMIZI... - Nəqşi-cahanın... Talıbovdan qalma NAXŞI...
Bu gün, 15:33
"Özünə arxayın olmaq adamı qudurdur"
Bu gün, 15:20
Zelenskinin Azərbaycana səfəri Z-blogerləri qəzəbləndirdi – “ikili standartlar” yenidən gündəmdə
Bu gün, 15:05
Ukraynanın “marslı”sı rusları dəhşətə gətirdi – 35 min əsgər necə öldürülüb?
Bu gün, 13:19
“Georgian Airways” müflis ola bilər
Bu gün, 13:11
Bakıda yeni oğru PEYDA OLUB: "parik"dən istifadə edir - VİDEO
Bu gün, 13:09
Zelenskinin Bakı səfəri: Gözləntilər nədir? - AKTUAL
Bu gün, 12:49
İranda “işləməyən” Venesuela modeli: fanatiklərin müqaviməti hələ güclüdür - İNCƏLƏMƏ
Bu gün, 12:43
Oğluma məcburən saxta toy etdirdim, pul yığdım...” – Meyxanaçı Samirədən ŞOK AÇIQLAMALAR
Bu gün, 12:22
Deputata məxsus olduğu deyilən şirkətə 498 min manatlıq sifariş - TƏFƏRRÜAT
Bu gün, 12:19
Qaynarinfo.az 19 yaşında! - UĞUR YOLU...
Bu gün, 12:09
Zaqatalada qəzalı vəziyyətdə olan BİNA: Yağış suları evlərə dolur - FOTO
Bu gün, 12:05
AZƏRBAYCANDA MOBİL İNTERNET NİYƏ BAHALAŞIB? - "İstehlakçılara qarşı bu cür davranış yolverilməzdir..."
Bu gün, 11:59
Bakıda yeni proses başlayır: yüzlərlə ailə köçürüləcək - Detallar
Bu gün, 11:46
Ukrayna Prezidenti Volodimir Zelenski Azərbaycanda işgüzar səfərdədir - FOTO
Bu gün, 11:41
Yekaterinburqa dron hücumu − Xəsarət alan var
Bu gün, 11:40
Yeni tikililən binalarda mənzil qiymətlərinin sürətli dəyişməsinin səbəbləri - ARAŞDIRMA
Bu gün, 11:37
İranın gizli təşkilatının rəisi İsrailə casusluğa görə edam edilib -“tabnak”
Bu gün, 11:36
"İki aydan sonra onlar baş nazir olacaqlar” – Paşinyandan səs-küylü AÇIQLAMA
Bu gün, 11:26
Qondarma erməni soyqırımı muzeyində qalmaqal - "Hraparak"
Bu gün, 11:21
Trampın İran strategiyası niyə iflasa uğraya bilər?.. - YƏHUDİ EKSPERT
Bu gün, 11:17
Azərbaycan neftinin qiyməti 114 dollara yüksəlib
Bu gün, 11:15
Turizm Agentlini eyni şirkətə bir gündə iki tender verib - DETALLAR
Bu gün, 11:06
ABŞ-nin yeni prezidenti Rubio ola bilər - Politico nəşri
Bu gün, 11:03
Gəncədə terror qurbanlarının evləri... NECƏ QANUNDAN KƏNAR OLDU... - BU NƏDİ BELƏ?..
Bu gün, 10:56
Ermənistanda Türkiyəyə “müharibə” elan edən kimlərdir? – gizli planın şok detalları
Bu gün, 10:44
Abbas Əraqçi Pakistan ordusunun komandanı ilə görüşdü
Bu gün, 10:42
Sosial media qazancının görünməyən ÜZÜ…
Bu gün, 10:40
İrana nüvə bombası atılacaq - Dövlət Departamentinin keçmiş rəsmisindən şok iddia
Bu gün, 10:26
Azərbaycanda ət tapılmayacaq? - qiymətlət niyə bahalaşır
Bu gün, 10:25
“AzəriQaz” işçilərinin tək dərdi MAAŞ DEYİL Kİ... - NARAZILIQ VAR...
Bu gün, 10:20
“Azercell”in 13-cü ay OYUNBAZLIĞI... - GİLEY
Bu gün, 10:04
Banka borcu olanlara BƏD xəbər - Bundan sonra...
Bu gün, 09:28
"Dəyişən bir şey olmayacaq, amma..." - REAKSİYA
Bu gün, 08:33
TƏBİB pasiyentə xəstə kimi yox... BANKOMAT KİMİ baxır... - BUNA GÖRƏ DƏ...
Bu gün, 08:28
Qadınlar niyə imkanlı kişinin məşuqəsi, sevgilisi olmaq istəyir... - Nura Suri deyir ki...
Bu gün, 08:16
Aİ-də Kiyevə yardım qərarı parçalanmaya səbəb olub - “Politico”
Bu gün, 08:10
Eldar Mahmudovun sabiq kadrı ətrafında çənbər daralır... - Mürsəl İbrahimov NƏ EDƏCƏK...
Bu gün, 07:51
Xəzər sammiti Putinlə Xamenei görüşü üçün ləğv edilməyib - İran səfiri
Bu gün, 07:38
Məktəb direktoru pedaqoji şuranın iclasında səsləndirdiyi ifadələrə görə məhkəməyə verildi - TƏFƏRRÜAT
Bu gün, 07:36
ABŞ-nin İrana qarşı hərbi əməliyyat xərcləri 61 milyard dolları keçib - "Iran War Cost Tracker" portalı
Bu gün, 07:31
Əmrullayevin BATIRDIĞI TƏHSİL: Daha bir məktəbdə insident... - BELƏ HARA GEDİRİK?
Bu gün, 07:30
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru