İran təzyiq altında danışıqlarda iştirak etməyəcək .....                     AHİK-də nə dəyişib: sədr, yoxsa idarəetmə? .....                     Təhsil geriləyib, yoxsa DİM sərt siyasətə keçib? .....                     Bakı şəhəri üzrə Təhsil İdarəsinin “boz kardinal”ı: .....                     Goranboyda icra başçısı Məhərrəm Quliyev qaziləri dinləmir... .....                     “Yaxşı ki, mədəniyyət evində kazino açmayıblar” .....                     Bakının kriminal məktəbləri: Hansı qadağalara ehtiyac var? .....                     Adil Əliyevin bu özbaşınalıqdan xəbəri yoxdursa.... .....                     Dialoq məkanı kimi Azərbaycanın təklif olunması təsadüfi deyil .....                     SEPAH-dan kritik açıqlama .....                     Zaur Kamal efirə qayıdır? .....                     ABŞ-ın İranı blokadaya almasından bəri 37 gəmi başqa istiqamətə yönləndirilib .....                     Yanacaq bahalaşır, ABŞ aviaşirkətləri yüz milyonlarla zərər edir və uçuşları azaldır .....                     Söhrab İsmayılov həbs oluna bilər? .....                     Pezeşkian hərəkətə keçdi, İsraillə bağlı məlumat yayıldı: .....                     Bərdədə Zümürxan gölü zibilliyə çevrilib .....                     Keçmiş oliqarx-məmur... BU GÜN DƏ QAZANIR... .....                     Müxalifət üçün itirilmiş .....                     İran XİN rəhbəri Tehranın tələblərini Pakistana çatdırıb .....                     İran ordusu ABŞ-a xəbərdarlıq edib .....                     Doğdu günəş qırmızı... İməcliyə apardılar HAMIMIZI... .....                     "Özünə arxayın olmaq adamı qudurdur" .....                     Zelenskinin Azərbaycana səfəri Z-blogerləri qəzəbləndirdi .....                     Ukraynanın “marslı”sı rusları dəhşətə gətirdi .....                     “Georgian Airways” müflis ola bilər .....                     Bakıda yeni oğru PEYDA OLUB: "parik"dən istifadə edir .....                     Zelenskinin Bakı səfəri: Gözləntilər nədir? .....                     İranda “işləməyən” Venesuela modeli: fanatiklərin müqaviməti hələ güclüdür .....                     Oğluma məcburən saxta toy etdirdim, pul yığdım...” .....                     Deputata məxsus olduğu deyilən şirkətə 498 min manatlıq sifariş .....                     Qaynarinfo.az 19 yaşında! .....                     Zaqatalada qəzalı vəziyyətdə olan BİNA: Yağış suları evlərə dolur .....                     AZƏRBAYCANDA MOBİL İNTERNET NİYƏ BAHALAŞIB? .....                     Bakıda yeni proses başlayır: yüzlərlə ailə köçürüləcək .....                     Ukrayna Prezidenti Volodimir Zelenski Azərbaycanda işgüzar səfərdədir .....                     Yekaterinburqa dron hücumu .....                     Yeni tikililən binalarda mənzil qiymətlərinin sürətli dəyişməsinin səbəbləri .....                     İranın gizli təşkilatının rəisi İsrailə casusluğa görə edam edilib .....                     "İki aydan sonra onlar baş nazir olacaqlar” .....                     Qondarma erməni soyqırımı muzeyində qalmaqal .....                 

Fəthullah Gülən və Qərb kəşfiyyatları Bakıda UDUZDULAR - Gəlişmə...
Tarix: 20-09-2016, 10:31 | Çap et
Fəthullah Gülən və Qərb kəşfiyyatları Bakıda UDUZDULAR
Yaxın Şərqdə və Şimali Afrikada müstəqillik, insan haqları və demokratiya adı ilə dövlətlərin əsaslarının laxladılması, yırğalanıb dağıdılan idarəetmə sisteminin söykəndiyi sütunların altında qalan cəmiyyətlərin faciəsi adi insanların bəlaları səviyyəsindən çıxaraq qlobal problemə çevrilib.

Liviya eyni zamanda iki hökuməti və dövlət başçısı olan dövlətə, Yəmən vətəndaş savaşının qan içində boğduğu məkana, Tunis "vətəndaş cəmiyyəti quruculuğu"nun dövlət strukturlarını alt-üst etdiyi yerə, Suriya xaosun çulğadığı dağılan ölkəyə, İraq faktiki olaraq üç hissəyə parçalanmış əraziyə... Əlcəzair seçkilərin farsa çevrildiyi, Mərakeş terror hücumlarının səngimədiyi, Misir inqilabdan sonra daha da geriləyən dövlətə dönüb.

Fəthullah Gülən və Qərb kəşfiyyatları Bakıda UDUZDULAR

Faciələr, qəddarlıqlar, kütləvi qətllər, edamlar, dövlət qurumlarının ekstremistlər, terrorçular və dini qruplaşmalarla əvəzlənməsi; müxtəlif ölkələrin pulu, göstərişi və sifarişi ilə çalışan "siyasi partiya"ların caynaqlarında çırpınan cəmiyyətlərin çıxış yolu araması, bu dəhşətdən başlarını götürüb qaçan miqrantların can atdıqları Avropaya çatmamış Aralıq dənizində batmaları və ən nəhayət, müstəqil, suveren ölkələrin atəşə tutulması, bombardman edilməsi, vurulması, "kütləvi xalq etirazları" adı ilə qiyam, üsyan və hərbi çevriliş ssenarilərinin gerçəkləşdirildiyi məkanlara çevrilməsi də reallıqdır.

Qərb, xüsusilə də ABŞ bu minvalla ölkələrə demokratiya apardığını deyir, amma o ölkələrin insanlarına verilən "bəxşiş" qan, müharibə, bombardmanlar, kütləvi iğtişaşlar və yaşadıqları məkanların viran qalmasıdır.
Belə proseslərin cərəyan etdiyi bir məqamda sosial partlayışlar, vətəndaş müharibələri, dini ekstremizm və terrorizmin tüğyan etdiyi areala Azərbaycanı da qatmaq istəyənlər var.

Fəthullah Gülən və Qərb kəşfiyyatları Bakıda UDUZDULAR

Həmin qüvvələrin avanqardında Türkiyədə hərbi çevrilişə cəhdin ssenari müəllifi və rəhbəri, "Hizmet" hərəkatının lideri Fəthullah Gülənlə bu marioneti idarə edən bir sıra Qərb ölkələrinin kəşfiyyat strukturları dururlar.

"Hücum zamanı" qismində isə Azərbaycanda Konstitusiya dəyişiklikləri ilə bağlı sentyabrın 26-da keçiriləcək referendum ərəfəsi seçilib.
Müsəlman Şərqində xaos girdabına sürüklənməyən, vətəndaşların dini və ya siyasi mənsubiyyətə görə bir-birlərinə divan tutmadığı azsaylı ölkələrdən biri olan Azərbaycanda da sabitliyi alt-üst etmək, qarşıdurma yaratmaq üçün FETÖ təşkilatı ilə bəhs etdiyimiz kəşfiyyat strukturları birgə, unison fəaliyyətə başlayıblar.

Proses aylar əvvəl başlasa da, ötən ayın ortalarında, Müsavat, AXCP, Milli Şura və REAL-ın rəhbərlərinin Bakıdakı bir neçə xarici ölkə səfirliklərinə çağırılması, uzun-uzadı məsləhətləşmələrin aparılması, sonra bu vizitlərin intensivliyinin və habelə səfirlikdə aparılan müzakirələrin sürəyinin artması Bakıda da çirkin, təhlükəli ssenarinin işə salındığını göstərirdi.

Fəthullah Gülən və Qərb kəşfiyyatları Bakıda UDUZDULAR

Daha sonra "Demokratik Qüvvələrin Milli Şurası" adlanan absurd, indiyədək müxalifətin çoxsaylı birləşmələri, ittifaqları və alyansları təki sadəcə qısamüddətli maraqların təminatı üçün yaradılmış süni qurumun rəhbəri Cəmil Həsənli Strasburqa çağırıldı, bir qədər keçəndən sonra isə ABŞ Konqresində və Haaqada Azərbaycanla bağlı "dinləmələr" adı ilə faktiki hədəfə almaya start verildi.

FETÖ ilə Qərb kəşfiyyatı Azərbaycandakı planlarının ikinci mərhələsinə keçdilər: bu dəfə AXCP, Milli Şura və Müsavat "kütləvi etiraz aksiyaları"na nail olmalı, əhalini küçələrə çıxarmalı, yürüşlər və mitinqlər seriyasına başlamalı, sonucda hakimiyyət dəyişikliyinə, yəni çevrilişə nail olmalıydılar.
Qərb Suriyada planlarının alt-üst olmasının, Türkiyədə çevrilişin alınmamasının qisasını Bakıdan almaq, Azərbaycanı revanş məkanıa çevirmək istəyirdi.
Səbəb dəyişməyib: Azərbaycan müstəqil siyasət yürüdən, təzyiqləri rədd edərək təsirlərə boyun əyməyən ölkə olduğundan stabillik pozulmalı, dayanıqlı gərginlik yaradılmalıydı.

İyulun 15-də hərbi çevriliş cəhdinin qarşısını alan Türkiyə xarici siyasət orientirlərini dəyişməklə əslində, ondan əvvəl belə həmləyə məruz qalan dövlətlərin taktikasını təkrarladı.
Həmin taktika bəllidir: çevriliş, qiyam ssenarilərinin alınmadığı ölkələrin istisnasız olaraq hamısı Qərbin "demokratik etiraz"lar, "insan haqları tələbləri" sousu altındakı qeyri-stabillik ixracına müqavimət göstərməyə başlayıblar.

Azərbaycanı FETÖ və bu təşkilatın yerli buyruq qulları vasitəsilə qarşıdurma girdabına sürükləməyə çalışan Qərbin ssenarisinə görə, əldə ediləcək məqsədlər arasında ən başlıcası rəsmi Bakıya təzyiq rıçaqlarının gücləndirilməsi, Azərbaycana xarici və daxili siyasətin diqtə edilməsi, sonra stabilliyin pozulması strategiyasının domino effekti ilə digər ölkələrə yayılması və xaos müstəvisinin genişlənməsi idi.

Fəthullah Gülən və Qərb kəşfiyyatları Bakıda UDUZDULAR

Qərb indiyədək bir sıra ölkələrdə uğurla sınadığı məkrli ssenarini Bakıda da reallaşdırmaq istəyirdi. Hədəfə alınmış Azərbaycanda iğtişaşlar yaratmaq üçün Fəthullah Gülənin faktiki "mülayim nəzarət"indəki yerli siyasi partiyalar, təşkilatlar, QHT-lər, fondlar və s.-lər vasitəsilə gərginlik artırılmalı, insanlar küçələrə çıxarılmalı, hakimiyyət strukturlarına muzdlu "demokrat"ların rəhbərlki etdiyi təşkilatlar vasitəsilə təzyiqlər göstərilməli, daha sonra siyasi partiyalarla radikal dindarların ittifaqına nail olunmalı, bütün bunlar hərbi xuntanın hakimiyyəti ələ keçirməsi və bunun dərhal "demokratik seçkilər" şousu ilə qanuniləşdirilməsi vasitəsilə iqtidara Qərbin marionetkalarının gətirilməsi ilə başa çatması üçün fəal hərəkətlərə başlanmalıydı.

Bakıdakı "Məhsul" stadionunda sentyabrın 11-də, 17-də və 18-də keçirilən mitinqlər, daha doğrusu, AXCP, Milli Şura və Müsavatın siyasi rüsvayçılığı, göstərdi ki, Əli Kərimli, Cəmil Həsənli, Arif Hacılı və İsa Qəmbərin siyasi karyeralarında ilk dəfə olaraq aşkar şəkildə radikal dini qruplaşmalara meyllənmələri, marazma qapılaraq cəmiyyəti "dindarlara və ateistlərə" bölmələri əslində həmin mitinqlərin vətəndaşların sərbəst toplaşmaq hüququndan bəhrələnməsi kimi yox, Azərabaycanda stabilliyin pozulmasında birbaşa maraqlı olan bir yox, bir neçə dövlətin planı kimi qəbul etməliyik.
Azərbaycanda xof, qorxu və vahimə mühiti yaratmaq istəyən FETÖ ilə bəhs etdiyimiz həmin dövlətlər üçün mitinqlər, həmin yığnaqların təşkilatçıları və ən pisi - aldanaraq o mitinqlərə yollananlar sadəcə, vasitə, istifadə üçün materialdır.

Həmin mitinqdə "Avropaya assosiativ üzv olmalıyıq!", "ABŞ Konqresindəki dinləmələr həyəcan siqnalıdır!" şüarlarının səslənməsi əsas sifarişçinin kimliyini, "İmanlı qardaşlarımıza azadlıq!", "Yezidlə mübarizə aparaq!" təki sarsaq şüarlar isə kölgədə duran "əlavə sifarişçi"nin qonşu dövlətlərdən biri olduğunu aşkar göstərdi.

Zatən hər şey daha öncədən AXCP və Milli Şuranın sentyabrın 11-dəki mitinqi ərəfəsində ABŞ səfirliyinə bir para siyasi partiya və QHT rəhbərlərinin çağırılaraq onlardan mitinqi dəstəkləmələrinin "xahiş" olunması sifarişlərin müəlliflərini bəlirləməyə imkan verirdi.

Fəthullah Gülən və Qərb kəşfiyyatları Bakıda UDUZDULAR

Yerli mediada israrla vurğulanan iddialara görə, AXCP-nin din altında pərdələnən Fəthullahçı Terror Təşkilatı (FETÖ) ilə əlaqələrinə dair iddialar və faktlar var, partiya sədrinin köməkçisi və bir sıra AXCP üzvləri FETÖ ilə əlaqələrə görə həbs olunublar. Digər tərəfdən, mitinqdə "İslam Hərəkatı Birliyi"nin sədri Taleh Bağırzadənin və İslam partiyasının rəhbəri olmuş Mövsüm Səmədovun tərəfdarları aktiv iştirak ediblər. Həm FETÖ, həm "İslam Hərəkatı Birliyi" dövlət çevrilişinə cəhddə ittiham olunan qüvvələrdir, eyni zamanda, FETÖ-nun Türkiyədən sonra radikal müxalifət vasitəsilə Azərbaycanda da vəziyyəti gərginləşdirmək planı üzə çıxıb.

Belədirsə, Fəthullah Gülənin və Qərbin bəzi ölkələrinin kəşfiyyat strukturlarının Bakı ilə bağlı planları baş tutmadı.
Onlar uduzdular, çünki xalq siyasətçi səviyyəsində siyasət fiquranı və marionetka həddinə tənəzzül etmişlərin çağırışlarına inanmadı, onların ölkəyə və millətə heç bir xeyir verməyəcəyini bildiyi üçün "Məhsul"a üz tutmadı.

Fəthullah Gülən və Qərb kəşfiyyatları Bakıda UDUZDULAR

Son 3 mitinqin müxalifət üçün biabırçı statistikası isə bir daha göstərdi ki, müxalifətçi partiya liderlərinin hər çıxışlarında refren kimi adı təkrarlanan xalq bu insanlara inanmır.
Nə "səmimiyyət"inə, nə özlərinə.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
İran təzyiq altında danışıqlarda iştirak etməyəcək - Pezeşkian
Bu gün, 04:49
AHİK-də nə dəyişib: sədr, yoxsa idarəetmə? - Çingiz Hacıyevin “Kurort”u və Buzovna filialı “ailə şirkəti”dirmi?
Bu gün, 04:43
Təhsil geriləyib, yoxsa DİM sərt siyasətə keçib? - Ekspert deyir ki...
Bu gün, 04:37
Bakı şəhəri üzrə Təhsil İdarəsinin “boz kardinal”ı: - Turanə Məcidlinin sürətli inkişafının sirri
Bu gün, 04:36
Goranboyda icra başçısı Məhərrəm Quliyev qaziləri dinləmir... - Arzu Məmmədovu buna görə himayə edir
Bu gün, 04:31
“Yaxşı ki, mədəniyyət evində kazino açmayıblar” - Akif İslamzadədən sərt TƏNQİD
Bu gün, 04:23
Bakının kriminal məktəbləri: Hansı qadağalara ehtiyac var? - AKTUAL
Bu gün, 04:20
Adil Əliyevin bu özbaşınalıqdan xəbəri yoxdursa.... - BU NƏDİ BELƏ?
Bu gün, 04:18
Dialoq məkanı kimi Azərbaycanın təklif olunması təsadüfi deyil - ŞƏRH
Bu gün, 04:09
SEPAH-dan kritik açıqlama - “Hərbi hücum üçün zəmin hazırlayanlar məhv edildi”
Bu gün, 04:03
Zaur Kamal efirə qayıdır? – ARB açıqlama yaydı
Bu gün, 03:59
ABŞ-ın İranı blokadaya almasından bəri 37 gəmi başqa istiqamətə yönləndirilib - KİV
Bu gün, 03:51
Yanacaq bahalaşır, ABŞ aviaşirkətləri yüz milyonlarla zərər edir və uçuşları azaldır - "Business Insider"
Dünən, 16:46
Söhrab İsmayılov həbs oluna bilər? - İDDİA
Dünən, 16:44
Pezeşkian hərəkətə keçdi, İsraillə bağlı məlumat yayıldı: - “Xilasetmə” əməliyyatı başladılır
Dünən, 16:30
Bərdədə Zümürxan gölü zibilliyə çevrilib - FOTO
Dünən, 16:18
Keçmiş oliqarx-məmur... BU GÜN DƏ QAZANIR... - İLGİNC FAKT
Dünən, 16:05
Müxalifət üçün itirilmiş ŞANS
Dünən, 15:48
İran XİN rəhbəri Tehranın tələblərini Pakistana çatdırıb
Dünən, 15:42
İran ordusu ABŞ-a xəbərdarlıq edib - “Fars”
Dünən, 15:39
Doğdu günəş qırmızı... İməcliyə apardılar HAMIMIZI... - Nəqşi-cahanın... Talıbovdan qalma NAXŞI...
Dünən, 15:33
"Özünə arxayın olmaq adamı qudurdur"
Dünən, 15:20
Zelenskinin Azərbaycana səfəri Z-blogerləri qəzəbləndirdi – “ikili standartlar” yenidən gündəmdə
Dünən, 15:05
Ukraynanın “marslı”sı rusları dəhşətə gətirdi – 35 min əsgər necə öldürülüb?
Dünən, 13:19
“Georgian Airways” müflis ola bilər
Dünən, 13:11
Bakıda yeni oğru PEYDA OLUB: "parik"dən istifadə edir - VİDEO
Dünən, 13:09
Zelenskinin Bakı səfəri: Gözləntilər nədir? - AKTUAL
Dünən, 12:49
İranda “işləməyən” Venesuela modeli: fanatiklərin müqaviməti hələ güclüdür - İNCƏLƏMƏ
Dünən, 12:43
Oğluma məcburən saxta toy etdirdim, pul yığdım...” – Meyxanaçı Samirədən ŞOK AÇIQLAMALAR
Dünən, 12:22
Deputata məxsus olduğu deyilən şirkətə 498 min manatlıq sifariş - TƏFƏRRÜAT
Dünən, 12:19
Qaynarinfo.az 19 yaşında! - UĞUR YOLU...
Dünən, 12:09
Zaqatalada qəzalı vəziyyətdə olan BİNA: Yağış suları evlərə dolur - FOTO
Dünən, 12:05
AZƏRBAYCANDA MOBİL İNTERNET NİYƏ BAHALAŞIB? - "İstehlakçılara qarşı bu cür davranış yolverilməzdir..."
Dünən, 11:59
Bakıda yeni proses başlayır: yüzlərlə ailə köçürüləcək - Detallar
Dünən, 11:46
Ukrayna Prezidenti Volodimir Zelenski Azərbaycanda işgüzar səfərdədir - FOTO
Dünən, 11:41
Yekaterinburqa dron hücumu − Xəsarət alan var
Dünən, 11:40
Yeni tikililən binalarda mənzil qiymətlərinin sürətli dəyişməsinin səbəbləri - ARAŞDIRMA
Dünən, 11:37
İranın gizli təşkilatının rəisi İsrailə casusluğa görə edam edilib -“tabnak”
Dünən, 11:36
"İki aydan sonra onlar baş nazir olacaqlar” – Paşinyandan səs-küylü AÇIQLAMA
Dünən, 11:26
Qondarma erməni soyqırımı muzeyində qalmaqal - "Hraparak"
Dünən, 11:21
Trampın İran strategiyası niyə iflasa uğraya bilər?.. - YƏHUDİ EKSPERT
Dünən, 11:17
Azərbaycan neftinin qiyməti 114 dollara yüksəlib
Dünən, 11:15
Turizm Agentlini eyni şirkətə bir gündə iki tender verib - DETALLAR
Dünən, 11:06
ABŞ-nin yeni prezidenti Rubio ola bilər - Politico nəşri
Dünən, 11:03
Gəncədə terror qurbanlarının evləri... NECƏ QANUNDAN KƏNAR OLDU... - BU NƏDİ BELƏ?..
Dünən, 10:56
Ermənistanda Türkiyəyə “müharibə” elan edən kimlərdir? – gizli planın şok detalları
Dünən, 10:44
Abbas Əraqçi Pakistan ordusunun komandanı ilə görüşdü
Dünən, 10:42
Sosial media qazancının görünməyən ÜZÜ…
Dünən, 10:40
İrana nüvə bombası atılacaq - Dövlət Departamentinin keçmiş rəsmisindən şok iddia
Dünən, 10:26
Azərbaycanda ət tapılmayacaq? - qiymətlət niyə bahalaşır
Dünən, 10:25
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru