İran təzyiq altında danışıqlarda iştirak etməyəcək .....                     AHİK-də nə dəyişib: sədr, yoxsa idarəetmə? .....                     Təhsil geriləyib, yoxsa DİM sərt siyasətə keçib? .....                     Bakı şəhəri üzrə Təhsil İdarəsinin “boz kardinal”ı: .....                     Goranboyda icra başçısı Məhərrəm Quliyev qaziləri dinləmir... .....                     “Yaxşı ki, mədəniyyət evində kazino açmayıblar” .....                     Bakının kriminal məktəbləri: Hansı qadağalara ehtiyac var? .....                     Adil Əliyevin bu özbaşınalıqdan xəbəri yoxdursa.... .....                     Dialoq məkanı kimi Azərbaycanın təklif olunması təsadüfi deyil .....                     SEPAH-dan kritik açıqlama .....                     Zaur Kamal efirə qayıdır? .....                     ABŞ-ın İranı blokadaya almasından bəri 37 gəmi başqa istiqamətə yönləndirilib .....                     Yanacaq bahalaşır, ABŞ aviaşirkətləri yüz milyonlarla zərər edir və uçuşları azaldır .....                     Söhrab İsmayılov həbs oluna bilər? .....                     Pezeşkian hərəkətə keçdi, İsraillə bağlı məlumat yayıldı: .....                     Bərdədə Zümürxan gölü zibilliyə çevrilib .....                     Keçmiş oliqarx-məmur... BU GÜN DƏ QAZANIR... .....                     Müxalifət üçün itirilmiş .....                     İran XİN rəhbəri Tehranın tələblərini Pakistana çatdırıb .....                     İran ordusu ABŞ-a xəbərdarlıq edib .....                     Doğdu günəş qırmızı... İməcliyə apardılar HAMIMIZI... .....                     "Özünə arxayın olmaq adamı qudurdur" .....                     Zelenskinin Azərbaycana səfəri Z-blogerləri qəzəbləndirdi .....                     Ukraynanın “marslı”sı rusları dəhşətə gətirdi .....                     “Georgian Airways” müflis ola bilər .....                     Bakıda yeni oğru PEYDA OLUB: "parik"dən istifadə edir .....                     Zelenskinin Bakı səfəri: Gözləntilər nədir? .....                     İranda “işləməyən” Venesuela modeli: fanatiklərin müqaviməti hələ güclüdür .....                     Oğluma məcburən saxta toy etdirdim, pul yığdım...” .....                     Deputata məxsus olduğu deyilən şirkətə 498 min manatlıq sifariş .....                     Qaynarinfo.az 19 yaşında! .....                     Zaqatalada qəzalı vəziyyətdə olan BİNA: Yağış suları evlərə dolur .....                     AZƏRBAYCANDA MOBİL İNTERNET NİYƏ BAHALAŞIB? .....                     Bakıda yeni proses başlayır: yüzlərlə ailə köçürüləcək .....                     Ukrayna Prezidenti Volodimir Zelenski Azərbaycanda işgüzar səfərdədir .....                     Yekaterinburqa dron hücumu .....                     Yeni tikililən binalarda mənzil qiymətlərinin sürətli dəyişməsinin səbəbləri .....                     İranın gizli təşkilatının rəisi İsrailə casusluğa görə edam edilib .....                     "İki aydan sonra onlar baş nazir olacaqlar” .....                     Qondarma erməni soyqırımı muzeyində qalmaqal .....                 

İcra başçıları Prezidentin Ehtiyat Fondunun vəsaitlərini necə yeyir? - Onlara bəd xəbər var...
Tarix: 10-10-2016, 10:41 | Çap et
İcra başçıları Prezidentin Ehtiyat Fondunun vəsaitlərini necə yeyir?
...Prezident İlham Əliyevin bu yaxınlarda Şəkiyə və Sabirabada səfəri daha bir maraqlı çıxışı ilə yadda qaldı. Ölkə başçısı Şəkinin timsalında digər rayon İcra Hakimiyyətlərinin rəhbərlərinə xitabən bölgələrdə iqtisadi səmərələliliyin artırılmasını şərtini bir vəzifə kimi ortaya qoydu. Prezident qeyd etdi ki, rayonlar bundan sonra daxili ehtiyatlarından səmərəli istifadə etməklə özü özünü maliyyələşdirmə, sadə dildə desək, dolandırmalıdır… Və bununla da Prezidentin Ehtiyat Fondundan hər il RİH-lərə ayrılan vəsaitlərə son qoymaq lazımdır…

Niyə adi bir MMC özünü dolandıra bilir, amma münbit torpaqları olan rayonlar isə dövlət büdcəsindən dotasiya almalıdır?

…Hələ də yersiz tənqid edərək bəyənmədiyimiz Sovet dönəmində Azərbaycanın yalnız Naxçıvan MR və Dağlıq Qarabağ Muxtarn Vilayəti dövlət büdcəsindən dotasiya alıardı… Hətta həmin dönəmlərdə Azərbaycanın ən kasıb hesab edilən Lerik və ya Qax rayonları belə özünü daxili istehsal hesabına dolandırırdı, dövlət büdcəsinə yatırımlar edərdi. Bəs indii nə olub? Necə ola bilər ki, Sumqayıt kimi bir sənaye şəhəri Prezidentin Ehtiyat Fondundan bu yaxınlarda 10 milyon manat yardım alır?
Mən hələ Sabirabad, Beyləqan, İmişli, Kürdəmir, Gəncə, Mingəçevir, Şirvan, Bərdə, Qazax… kimi böyük sənaye və kənd təsərrüfatı potensialına malik rayon və şəhərləri demirəm…
Bəs nə baş verir??? Prezident iki dəfə ardıcıl olaraq müxtəlif dövrlər üçün “Regionların Sosial-İqtisadi İnkişafı Dövlət Proqramı”nı qəbul etdi. Sonra özünün, yəni Prezidentin Ehtiyat Fondundan bu Proqramın icrası üçün milyardlar ayırdı...

Prezidentin Ehtiyat Fondundan İcra Hakimiyyətlərinə ayrılan milyonlar...

Bəli, Prezidentin Ehtiyat fondundan il ərzində rayonların sosial-iqtisadi inkişafı üçün İcra Hakimiyyətlərinə ayırdığı pul vəsaitləri yüz milyonları ötürü... Və bu vəsait ilbəil artır. İcra başçıları isə Prezidentin Ehtiyat Fondundan ayrılan neft pullarını bərbəzəyə, gül-çiçəyə... sərf etməklə əməllicə kef çəkirlər. Çünki belə puldan kim qaçar, əziyyət çəkmədən, rayon büdcəsini zora salmadan vəsait gəlməkdədir... Bakıda isə rayonlardan gəlib iş axtaranların sayı ilböəil artır. Niyə Sabirabad, Beyləqan, İmişli, Saatlı, Bərdə, Ağcabədi… kimi rayonların gəncləri Bakıda tikinti meydançalarında, bazarlarda çörək pulu axtarmalıdır? Bəs hanı həmin rayonların rəhbərlərinin yeni iş yerləri açmaq vədləri?
Bəs rayonların özünün büdcəsinə yığılan vəsaitlər hanı? Allaha min şükür ki, indi demək olar hər bir rayonda gəlir gətirən sənaye və digər sahələr üzrə müəssisələr fəaliyyət göstərir, sahibkarlıq inkişaf edir... Bu obyektlər də neft pullarının sayəsində tikilib, rayonlara-başçılara ərməğan edilib... Bəs onların büdcəyə ödəmələri, həmçinin digər mənbələrdən ayrılan gəlirlər hara qeyb olurdu ki, hələ bir Prezidentin Ehtiyat Fondundan da az qala hər ay bir neçə rayona yardım verilirdi? İcra başçıları niyə bizim qaçqın və məcburi köçkünlər kimi ələbaxım öyrədilib???
Yeri gəlmişkən, kiçik bir araşdırma apardıq və hamımız üçün maraqlı faktlar və qəribə mənzərə üzə çıxdı. Məsələn, elə rayonlar var ki, 2013, həmçinin 2014-cü ildə Prezidentin Ehtiyat Fondundan hər il yardım alıb, bəziləri isə hətta ildə iki-üç dəfə bu yardımdan bəhrələnib. Xeyir ola? Yardım, özü də birdəfəlik yardım ondan ötrüdür ki, həmin rayonun sosial-iqtisadi inkişafı yolunda ən zəruri işlər başa çatdırılsın. Yaxşı, 2013-cü ildə yardım aldılar və kəm-kəsirlərini düzəltdilər. Bəs növbəti illərdə-2014, 2015 və 2016-cı illərdə nəyə görə yardım alırlar? Məgər rayonlarımız dotasiya ilə işləyir? Vaxtilə pambığı, üzümü, narı, tərəvəzi, ət və südü, yunu… ilə SSRİ bazarında meydan sulayan bu rayonlara indii nə olub???
Dövlət büdcəsindən ardıcıl olaraq illər üzrə “Regionların Sosial-İqtisadi İnkişafı Dövlət Proqramı”na müvafiq olaraq hər bir rayonun, hətta qaz, su və kanalizasiya, elektrik, yol infrastruktru... yolunda rayonlarda milyardlar xərclənib neçə illərdir. Bəs bu görülən işlər də bəs deyil?
***
Ölkə başçısı iki il əvvəl Zığ gölünün qurudulması və ətrafının bərpası üçün hansısa şirkətə 20 milyon manat ayırdı... 2015-ci ildə isə ölkəmizdə əkin sahələrinin suvarılması üçün Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinə 19,5 milyon (on doqquz milyon beş yüz min) manat, Naxçıvan Muxtar Respublikasına isə eyni təyinatla 2,0 (iki) milyon manat ayrıldı. Digər sahələrdə eləcə… Anlamaq olmur, yaxşı, suvarma suyu üçün neçə illər əvvəl həmin ASC-yə ardıcıl olaraq eyni təyinat üçün milyonlar ayrılıb. Bəs bu işlər düzəlməyib ki?! Hansı rayonda subartezian quyularının təmiri pulsuz aparılır? Nasosun birini 800-1000 manata satır aidiyyəti rayon idarələrinin rəisləri... Bunu da Prezident yerində yoxlatmalıdır??? Şəhərlərin və rayon mərkəzlərinin, yolların… təmirinə büdcədən nə qədər pul ayırmaq olar? Məgər rayonların mərkəzlərində hər il park və meydanlar sökülüb təzələnir???

Prezidentin Ehtiyat
Fondunun vəsaitləri də tükənməz deyil!

Faktlar təsdiq edir ki, məmurlarımız hələ də bilmirlər ki, Prezidentin Ehtiyat Fondunun vəsaitləri də tükənməz deyil! Diqqətə çatdırım ki, məsələn, 2013-cü ildə Prezidentin Ehtiyat Fondu dövlət büdcəsinin gəlirlərinin 2 faizi həcmində, yaxud 367 milyon manat olub. Həmin rəqəm 2014-cü ildə 1,9 faizi, yaxud 343 mln. manat təşkil edib. 2015-ci ildə 270 milyon… Digər illər üzrə cərgələsək, məsələn, 2006-cı ildə isə Prezidentin Ehtiyat Fondundan 75 milyon manat, 2007-də 114 milyon, 2008-də 154 milyon, 2009-da 178,8 milyon manat və s. xərclənib. Bunlar rəsmi rəqəmlərdir. Prezident ölkənin çiçəklənməsi yolunda səxavət göstərir, büdcədən formalaşan Fondun vəsaitlərindən bu inkişafa yardım edir. Amma rayonlar düzəlmir ki, düzəlmir. Yeri gəlmişkən, Prezident son bir ildə Hacıqabulun sosial-iqtisadi inkişafı üçün neçə milyon pul ayırıb. Bu günlərdə rayon mərkəzində bir yas mərasimində iştirak edirdim. Palçıq və gölməçələrin əlindən meyidi qəbirstanlığa apara bilmirdilər. Özü də rayonun düz mərkəzində. Buna nə ad vermək olar?

Büdcəni sümürən icra hakimiyyətləri...

Prezident.az saytından götürdüyümüz rəqəmlər isə daha diqqəti çəkəndir. Fondun pullarını yeyənlər arasında rayonlar sanki bir-biri ilə bəhsə girib. Məsələn, 2014-cü ildə Fondun vəsaitlərindən üst-üstə 69 halda şəhər və rayonlara nə az, nə çox-205,6 milyon manat pul verilib. Budur, bu da həmin İcra Hakimiyyətləri: Yardımlı 2 milyon (7 yanvar), Mingəçevir 2 (8 yanvar), Daşkəsən 2 (10 yanvar), Şirvan 2 (11 yanvar), Şamaxı 6 (18 yanvar), Quba 5 (1 fevral), Qazax 6,9 (18 fevral), Zaqatala 5,5 (19 fevral), Yardımlı 5 (21 fevral), Qax 3 (22 fevral), Qəbələ 4,9 (1 mart), Naxçıvan MR-in Babək rayonu 6,3 (5 mart), Xaçmaz 3,7 (27 mart), Xəzər 2 (29 mart), Bakı Şəhər İcra Hakimiyyəti 5 (3 aprel), Gəncə 1 (3 aprel), Sumqayıt 1 (3 aprel), Abşeron 2 (5 aprel), Xudat 500 min (9 aprel), Sabirabad 1 (12 aprel), Hacıqabul 2 (17 aprel), Mingəçevir 7 (18 aprel), Binəqədi 2 (22 aprel), Quba 3 (31 may), Gəncə 4 (5 iyun), Qaradağ 2 (13 iyun), Samux 1 (14 iyun), Sabunçu 2 (18 iyun), Goranboy 1 (19 iyun), Suraxanı 2 (20 iyun), Horadiz şəhəri 6 (27 iyun), Şirvan 2 (1 iyul), Tovuz 2 (6 iyul), Qazax 2 (8 iyul), Ağstafa 2 (9 iyul), Oğuz 1 (10 iyul), Yevlax 3 (11 iyul), Sabirabad 6 (12 iyul), Astara 3,3 (15 iyul), Saatlı 3,5 (16 iyul), Göyçay 2,2 (17 iyul), Siyəzən 2 (20 iyul), Xaçmaz 2 (23 iyul), Şabran 2 (25 iyul), Ağdaş 4 (26 iyul), Lənkəran 2,5 (29 iyul), Goranboy 3 (30 iyul), Tərtər 3,2 (31 iyul), Abşeron 3 (1 avqust), Gəncə 2,6 (2 avqust), Cəlilabad 2 (5 avqust), Kürdəmir 2 (8 avqust), Biləsuvar 2 (10 avqust), Beyləqan 2 (12 avqust), İsmayıllı 2 (15 avqust), Qəbələ 2 (17 avqust), Oğuz 2 (19 avqust), Şəki 4,5 (20 avqust), Qax 2 (21 avqust), Balakən 4 (22 avqust), Zaqatala 2 (23 avqust), Ağdaş 2 (24 avqust), Sabirabad 2 (30 avqust), Saatlı 2 (31 avqust), Ağcabədi 7 (2 sentyabr), Salyan 3 (6 sentyabr), Biləsuvar 5 (7 sentyabr), Cəlilabad 4 (9 sentyabr), Yardımlı 4 (10 sentyabr) milyon manat ayrılıb (Diqqət edilsə, təkcə Yardımlıya ildə 3 dəfə, cəmi 11 milyon manat pul ayrılıb).

İcra başçılarına bəd xəbər: 2017-də Prezidentin Ehtiyat Fondunun vəsaiti 30 faizə qədər azalacaq!

Bəli, 2017-ci il üçün proqnozlaşdırılan dövlət büdcəsinin açıqlanan parametrlərinin təhili göstərir ki, bu illə müqayisədə ixtisar olunan yalnız bir sıra xərclər deyil, həm də ehtiyat fondlarıdır. Bu barədə iqtisadçı-ekspertlər açıq söhbət edirlər. Məsələn, Qubad İbadoğlu gələn ilin büdcə layihəsini şərh edərkən bildirib ki, cəmi büdcə xərclərinin bu ilə nisbətən gələn il 1,5 milyard manat az planlanladırılması ehtiyat fondlarına da təsir edib: "Belə ki, 2017-ci ildə bütövlükdə ehtiyat fondlarına 300 milyon manat ayrılacaq ki, bu da cari illə müqayisədə 113 milyon azdır. Azalma əsasən Azərbaycan Respublikası prezidentinin ehtiyat fonduna daha ciddi təsir göstərib və nəticədə azalan 113 milyon manatın 85 milyon manatı prezidentin ehtiyat fondunun ixtisarı hesabına yaranıb. Beləliklə də 2017-ci il üçün proqnozlaşdırılan dövlət büdcəsində Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondu 200 milyon manat müəyyənləşdirilib ki, bu da 2016-cı ilə nisbətən 30 faizə qədər azalma deməkdir. Məlumat üçün qeyd edək ki, həmin məbləğ 2016-da 285 milyon manat təsdiq olunmuşdu".
***
İndi sözünüz nədir cənab hazıra nazir İcra başçıları? Artıq rayonlarda ələbaxımlıqdan qurtulub rayonların daxili ehtiyatlarını hərəkətə gətirib əhalinin və dövlətin iqtisadi problemlərinə çiyin verməyin vaxtıdır…
Asif Mərzili
"Təzadlar" qəzeti










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
İran təzyiq altında danışıqlarda iştirak etməyəcək - Pezeşkian
Bu gün, 04:49
AHİK-də nə dəyişib: sədr, yoxsa idarəetmə? - Çingiz Hacıyevin “Kurort”u və Buzovna filialı “ailə şirkəti”dirmi?
Bu gün, 04:43
Təhsil geriləyib, yoxsa DİM sərt siyasətə keçib? - Ekspert deyir ki...
Bu gün, 04:37
Bakı şəhəri üzrə Təhsil İdarəsinin “boz kardinal”ı: - Turanə Məcidlinin sürətli inkişafının sirri
Bu gün, 04:36
Goranboyda icra başçısı Məhərrəm Quliyev qaziləri dinləmir... - Arzu Məmmədovu buna görə himayə edir
Bu gün, 04:31
“Yaxşı ki, mədəniyyət evində kazino açmayıblar” - Akif İslamzadədən sərt TƏNQİD
Bu gün, 04:23
Bakının kriminal məktəbləri: Hansı qadağalara ehtiyac var? - AKTUAL
Bu gün, 04:20
Adil Əliyevin bu özbaşınalıqdan xəbəri yoxdursa.... - BU NƏDİ BELƏ?
Bu gün, 04:18
Dialoq məkanı kimi Azərbaycanın təklif olunması təsadüfi deyil - ŞƏRH
Bu gün, 04:09
SEPAH-dan kritik açıqlama - “Hərbi hücum üçün zəmin hazırlayanlar məhv edildi”
Bu gün, 04:03
Zaur Kamal efirə qayıdır? – ARB açıqlama yaydı
Bu gün, 03:59
ABŞ-ın İranı blokadaya almasından bəri 37 gəmi başqa istiqamətə yönləndirilib - KİV
Bu gün, 03:51
Yanacaq bahalaşır, ABŞ aviaşirkətləri yüz milyonlarla zərər edir və uçuşları azaldır - "Business Insider"
Dünən, 16:46
Söhrab İsmayılov həbs oluna bilər? - İDDİA
Dünən, 16:44
Pezeşkian hərəkətə keçdi, İsraillə bağlı məlumat yayıldı: - “Xilasetmə” əməliyyatı başladılır
Dünən, 16:30
Bərdədə Zümürxan gölü zibilliyə çevrilib - FOTO
Dünən, 16:18
Keçmiş oliqarx-məmur... BU GÜN DƏ QAZANIR... - İLGİNC FAKT
Dünən, 16:05
Müxalifət üçün itirilmiş ŞANS
Dünən, 15:48
İran XİN rəhbəri Tehranın tələblərini Pakistana çatdırıb
Dünən, 15:42
İran ordusu ABŞ-a xəbərdarlıq edib - “Fars”
Dünən, 15:39
Doğdu günəş qırmızı... İməcliyə apardılar HAMIMIZI... - Nəqşi-cahanın... Talıbovdan qalma NAXŞI...
Dünən, 15:33
"Özünə arxayın olmaq adamı qudurdur"
Dünən, 15:20
Zelenskinin Azərbaycana səfəri Z-blogerləri qəzəbləndirdi – “ikili standartlar” yenidən gündəmdə
Dünən, 15:05
Ukraynanın “marslı”sı rusları dəhşətə gətirdi – 35 min əsgər necə öldürülüb?
Dünən, 13:19
“Georgian Airways” müflis ola bilər
Dünən, 13:11
Bakıda yeni oğru PEYDA OLUB: "parik"dən istifadə edir - VİDEO
Dünən, 13:09
Zelenskinin Bakı səfəri: Gözləntilər nədir? - AKTUAL
Dünən, 12:49
İranda “işləməyən” Venesuela modeli: fanatiklərin müqaviməti hələ güclüdür - İNCƏLƏMƏ
Dünən, 12:43
Oğluma məcburən saxta toy etdirdim, pul yığdım...” – Meyxanaçı Samirədən ŞOK AÇIQLAMALAR
Dünən, 12:22
Deputata məxsus olduğu deyilən şirkətə 498 min manatlıq sifariş - TƏFƏRRÜAT
Dünən, 12:19
Qaynarinfo.az 19 yaşında! - UĞUR YOLU...
Dünən, 12:09
Zaqatalada qəzalı vəziyyətdə olan BİNA: Yağış suları evlərə dolur - FOTO
Dünən, 12:05
AZƏRBAYCANDA MOBİL İNTERNET NİYƏ BAHALAŞIB? - "İstehlakçılara qarşı bu cür davranış yolverilməzdir..."
Dünən, 11:59
Bakıda yeni proses başlayır: yüzlərlə ailə köçürüləcək - Detallar
Dünən, 11:46
Ukrayna Prezidenti Volodimir Zelenski Azərbaycanda işgüzar səfərdədir - FOTO
Dünən, 11:41
Yekaterinburqa dron hücumu − Xəsarət alan var
Dünən, 11:40
Yeni tikililən binalarda mənzil qiymətlərinin sürətli dəyişməsinin səbəbləri - ARAŞDIRMA
Dünən, 11:37
İranın gizli təşkilatının rəisi İsrailə casusluğa görə edam edilib -“tabnak”
Dünən, 11:36
"İki aydan sonra onlar baş nazir olacaqlar” – Paşinyandan səs-küylü AÇIQLAMA
Dünən, 11:26
Qondarma erməni soyqırımı muzeyində qalmaqal - "Hraparak"
Dünən, 11:21
Trampın İran strategiyası niyə iflasa uğraya bilər?.. - YƏHUDİ EKSPERT
Dünən, 11:17
Azərbaycan neftinin qiyməti 114 dollara yüksəlib
Dünən, 11:15
Turizm Agentlini eyni şirkətə bir gündə iki tender verib - DETALLAR
Dünən, 11:06
ABŞ-nin yeni prezidenti Rubio ola bilər - Politico nəşri
Dünən, 11:03
Gəncədə terror qurbanlarının evləri... NECƏ QANUNDAN KƏNAR OLDU... - BU NƏDİ BELƏ?..
Dünən, 10:56
Ermənistanda Türkiyəyə “müharibə” elan edən kimlərdir? – gizli planın şok detalları
Dünən, 10:44
Abbas Əraqçi Pakistan ordusunun komandanı ilə görüşdü
Dünən, 10:42
Sosial media qazancının görünməyən ÜZÜ…
Dünən, 10:40
İrana nüvə bombası atılacaq - Dövlət Departamentinin keçmiş rəsmisindən şok iddia
Dünən, 10:26
Azərbaycanda ət tapılmayacaq? - qiymətlət niyə bahalaşır
Dünən, 10:25
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru