İran təzyiq altında danışıqlarda iştirak etməyəcək .....                     AHİK-də nə dəyişib: sədr, yoxsa idarəetmə? .....                     Təhsil geriləyib, yoxsa DİM sərt siyasətə keçib? .....                     Bakı şəhəri üzrə Təhsil İdarəsinin “boz kardinal”ı: .....                     Goranboyda icra başçısı Məhərrəm Quliyev qaziləri dinləmir... .....                     “Yaxşı ki, mədəniyyət evində kazino açmayıblar” .....                     Bakının kriminal məktəbləri: Hansı qadağalara ehtiyac var? .....                     Adil Əliyevin bu özbaşınalıqdan xəbəri yoxdursa.... .....                     Dialoq məkanı kimi Azərbaycanın təklif olunması təsadüfi deyil .....                     SEPAH-dan kritik açıqlama .....                     Zaur Kamal efirə qayıdır? .....                     ABŞ-ın İranı blokadaya almasından bəri 37 gəmi başqa istiqamətə yönləndirilib .....                     Yanacaq bahalaşır, ABŞ aviaşirkətləri yüz milyonlarla zərər edir və uçuşları azaldır .....                     Söhrab İsmayılov həbs oluna bilər? .....                     Pezeşkian hərəkətə keçdi, İsraillə bağlı məlumat yayıldı: .....                     Bərdədə Zümürxan gölü zibilliyə çevrilib .....                     Keçmiş oliqarx-məmur... BU GÜN DƏ QAZANIR... .....                     Müxalifət üçün itirilmiş .....                     İran XİN rəhbəri Tehranın tələblərini Pakistana çatdırıb .....                     İran ordusu ABŞ-a xəbərdarlıq edib .....                     Doğdu günəş qırmızı... İməcliyə apardılar HAMIMIZI... .....                     "Özünə arxayın olmaq adamı qudurdur" .....                     Zelenskinin Azərbaycana səfəri Z-blogerləri qəzəbləndirdi .....                     Ukraynanın “marslı”sı rusları dəhşətə gətirdi .....                     “Georgian Airways” müflis ola bilər .....                     Bakıda yeni oğru PEYDA OLUB: "parik"dən istifadə edir .....                     Zelenskinin Bakı səfəri: Gözləntilər nədir? .....                     İranda “işləməyən” Venesuela modeli: fanatiklərin müqaviməti hələ güclüdür .....                     Oğluma məcburən saxta toy etdirdim, pul yığdım...” .....                     Deputata məxsus olduğu deyilən şirkətə 498 min manatlıq sifariş .....                     Qaynarinfo.az 19 yaşında! .....                     Zaqatalada qəzalı vəziyyətdə olan BİNA: Yağış suları evlərə dolur .....                     AZƏRBAYCANDA MOBİL İNTERNET NİYƏ BAHALAŞIB? .....                     Bakıda yeni proses başlayır: yüzlərlə ailə köçürüləcək .....                     Ukrayna Prezidenti Volodimir Zelenski Azərbaycanda işgüzar səfərdədir .....                     Yekaterinburqa dron hücumu .....                     Yeni tikililən binalarda mənzil qiymətlərinin sürətli dəyişməsinin səbəbləri .....                     İranın gizli təşkilatının rəisi İsrailə casusluğa görə edam edilib .....                     "İki aydan sonra onlar baş nazir olacaqlar” .....                     Qondarma erməni soyqırımı muzeyində qalmaqal .....                 

Bu qurumu bəh-bəhlə yaratdılar, indi üzünə baxan da yoxdur... - NARAZILIQ VAR...
Tarix: 11-10-2016, 10:46 | Çap et
Bu qurumu bəh-bəhlə yaratdılar, indi üzünə baxan da yoxdur...
Daha bir federasiya problemlərlə üz-üzədir. Hurriyyet.org-un məlumatına görə, problemlərin yaşandığı idman qurumlarından biri də məhz Azərbaycan Reqbi Federasiyasıdır. Hətta Gənclər və İdman Nazirliyi belə onların probleminə əncam çəkmək istəmir.
Reqbi olimpiya idman növü olmsına baxmayaraq, diqqətdən xeyli kənar qalıb.
Federasiyanın rəhbəri Eldəgiz Rəfibəylidir. Onun özü də bir müddət bu idman növü ilə məşğul olub.

Diqqətdən kənar qalan olimpiya idman növü – ciddi maliyyə sıxıntısı...

Ölkəmizdə idmana maddi və mənəvi dəstək var. Ölkə başçısı İlham Əliyev idmançılarımızı hər zaman diqqətdə saxlayır. Bəs görəsən, niyə idmandakı aidiyyatı qurumlar bu diqqətdən sui-itifadə edir, bəzi federasiyalarımızı sıxışdırırlar?
Yuxarıda bildirdiyimiz kimi, federasiya ciddi maliyyə problemləri ilə üz-üzədir. Nəsə bir yenilik etmək gücünə sahib deyil.

Nazirlik belə olimpiya idman növünü saymır?

Azərbaycan Reqbi Federasiyası İnkişaf Şöbəsinin layihələr üzrə meneceri Eldar Kərimov Hurriyyet.org-a müsahibəsində qurumun diqqətdən kənar qalması və nazirliyin biganəliyindən danışıb.

- Eldar müəllim, reqbi üzrə milli komandamız niyə bu durumdadır?
- Azərbaycan Reqbi Federasiyası rəsmi olaraq 2004-cü ildən fəaliyyət göstərir. Amma federasiyanın maliyyələşməsi olmadığına görə, normal bir yığma komanda yaratmaq çətindir. Milli yığmamız var, amma məşq etməyimiz üçün şərait yoxdur. Nə meydançamız var, nə də məşq ləvazimatlarımız...
Buna baxmyaraq, milli yığmamız Avropa Millətlər Kuboku yarışında iştirak edib. Bundan əlavə, bizim uşaq klubumuz da fəaliyyətə başlayıb.
- Reqbi idmanı niyə belə diqqətdən kənar qalıb?
- Bizim özümüzə də maraqlıdır ki, olimpiya statusu alandan sonra niyə belə diqqətdən kənardadır?! Bu günə qədər elə böyük nailiyyətlərimiz olmayıb, razıyam... Amma uğurlar olması üçün hansısa bir şərait yaradılsın. O şərait yaradılmadığına görə deyərdim ki, bizim federasiyaya aidiyyatı qurumların marağı aşağı səviyyədədir.
Ümid edirdik ki, Olimpiya Oyunlarından sonra bizim fedederasiyada dəyişiklik olar, yeni rəhbər təyin edilər. Amma o da olmadı.

- Məşqləri necə keçirsiniz?
- Bu il milli yığmamızın hələ məşqləri keçirilməyib. Çünki əvvəllər həftədə bir dəfə “İnter” “Şəfa” stadionunu bizə məşq keçməyimiz üçün verirdi. Amma Beynəlxalq bank məsələlərindən sonra “İnter” klubunun rəhbərliyi dəyişdi. İndi bizə deyirlər məşq keçməyiniz üçün aylıq ödəniş etməlisiniz. Bizdə də təəssüf ki, hələ o imkan yoxdur. Buna görə də millimiz məşqsiz qalıb.
- Bunun üçün hansısa idman qurumuna müraciət etmisiniz?
- Gənclər və İdman Nazirliyinə dəfələrlə müraciət etmişik. Hələ ki yubadırlar, heç bir cavab vermirlər. Konkret bir cavab yoxdur. Deyirlər, baxarıq, çalışarıq.

Başqa işlərlə məşğul olan idmançılar...

- Bəs idmançılarımız nə işlə məşğuldurlar? Onlara maliyyə ayrılmırsa, özlərini necə təmin edirlər?
- Yığma komandalarımızın üzvləri hərəsi bir yerdə işləyir. İdman onlar üçün gəlir gətirmədiyinə görə, sadəcə, hobbidir. Həmçinin milli yığma komandanın oyunçuları artıq yaşlanıblar. Hamısının 30-dan çox yaşı var, demək olar ki, yavaş-yavaş idmandan uzaqlaşırlar.
Buna görə də biz indi ilk peşəkar klub olaraq “Qarabağ” Reqbi Klubunu yaratmışıq. Özü də sırf uşaqlardan başlamışıq. Məqsədimiz peşəkar reqbiçilər yetişdirməkdir. Hazırkı milllimizdəkilər sırf reqbiçilər deyil, başqa-başqa idman növlərindən gəliblər. Ona görə də biz indi sırf bununla məşğuluq ki, əsl reqbiçilər yetişdirək, bəlkə buna görə bizə şərait yaratdılar.
- Bu idmana maraq necədir? Uşaqlarını reqbiyə yazdıran valideynlər var?
- Uşaqların marağı çox böyükdür. Reqbi bizim millətə, xasiyyətimizə xas olan idman növüdür. Yəni güc, dözümlülük tələb edir. Uşaqlar gəlib bir neçə məşq keçəndən sonra bu idmanda qalmaq istəyirlər. Onlar üçün reqbi çox maraqlı gəlir. Uşaqların sayı artır. Həmçinin məktəblərdə məktəb komandaları yaradırıq. Artıq demək olar ki, 4-5 məktəb bizim kluba qoşulub. Hazırda 20-30 nəfər bizim klubda məşq edir. Amma yenə də şərait olmadığına görə, bu uşaqların sayını artır bilmirik. Əslində artıra bilərik, böyük kütlə var ki, bizim komandaya qoşulmağa hazırdır. Amma yenə deyirəm, bizim onları qəbul edib məşq keçməyə şəraitimiz yoxdur.
- Belə çıxır ki, ölkəmizdə reqbi yığma kimi yox, sırf klub səviyyəsində fəaliyyət göstərir? Yığmadan ümidi kəsmisiniz?
- Elədir. Heç olmasa cüzi şərait olsa, yenə də yığma komandanın köhnə idmançılarını toplayıb yarışlarda iştirak etmək olar. Amma bunun perspektivi yoxdur. Biz bu idman növünü inkişaf etdiririksə, bunun gələcəyini düşünməliyik. Reqbinin də gələcəyi uşaqlardır.

Nazirliyin diqqətsizliyinin qurbanı oldular

- Gənlər və İdman Nazirliyinə təqvim planı təqdim etmisiniz?
- Son iki ilə qədər təqdim edirdik. Buna görə də nazirlik yarışlara bizi ildə bir dəfə göndərirdi. Lakin Avropa Oyunları ərəfəsində bizi iki dəfə yarışlara göndərmədilər. Yarışlara da yollanmadığımıza görə, Avropa Reqbi İttifaqı bizi iki illik diskvalifikasiya etdi. Bildirdilər ki, 2 dəfə yarışa qatılmadığınıza görə, 206-cı ilin sonuna qədər turnirlərdə iştirak edə bilməyəcəksiniz. Buna görə də biz 2 il ərzində nazirliyə heç bir plan göndərmədik.
Mən özüm “Qarabağ Reqbi Klubu”nun rəhbəri kimi müraciət etmişdim ki, bizə heç olmasa həftədə 3 dəfə meydança ayrılsın ki, uşaqlar məşq edə bilsin. Nazirlikdən isə bizə dedilər ki, biz sırf milli yığma komandaya nə isə edə bilərik, kluba yox... Klublarla biz işləmirik.
- Bəs klub nəyin sayəsində fəaliyyət göstərə bilir? Pulu necə təmin edirsiniz?
- “Qarabağ” RK-nin formalarını bizə Kapital Bank hədiyyə edir. Həmçinin bir şirkət də köməklik edir. Amma cari xərcləri və stadionun kirayə pulunu öz cibimdən ödəyirəm.

- “Qarabağ” Reqbi klubunun həm məşqçisi, həm də təsisiçisi siz özünüzüsüz?
- Baş məşqçi milli komandanın təcrübəli oyunçusu Nizami Mahmudovdur. Amma ikinci məşqçi kimi mən fəaliyyət göstərirəm. Həm təsisçi rəhbər, həm də ikinci məşqçiyəm. Yığma komandamızda isə məşqçi yoxdur.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
İran təzyiq altında danışıqlarda iştirak etməyəcək - Pezeşkian
Bu gün, 04:49
AHİK-də nə dəyişib: sədr, yoxsa idarəetmə? - Çingiz Hacıyevin “Kurort”u və Buzovna filialı “ailə şirkəti”dirmi?
Bu gün, 04:43
Təhsil geriləyib, yoxsa DİM sərt siyasətə keçib? - Ekspert deyir ki...
Bu gün, 04:37
Bakı şəhəri üzrə Təhsil İdarəsinin “boz kardinal”ı: - Turanə Məcidlinin sürətli inkişafının sirri
Bu gün, 04:36
Goranboyda icra başçısı Məhərrəm Quliyev qaziləri dinləmir... - Arzu Məmmədovu buna görə himayə edir
Bu gün, 04:31
“Yaxşı ki, mədəniyyət evində kazino açmayıblar” - Akif İslamzadədən sərt TƏNQİD
Bu gün, 04:23
Bakının kriminal məktəbləri: Hansı qadağalara ehtiyac var? - AKTUAL
Bu gün, 04:20
Adil Əliyevin bu özbaşınalıqdan xəbəri yoxdursa.... - BU NƏDİ BELƏ?
Bu gün, 04:18
Dialoq məkanı kimi Azərbaycanın təklif olunması təsadüfi deyil - ŞƏRH
Bu gün, 04:09
SEPAH-dan kritik açıqlama - “Hərbi hücum üçün zəmin hazırlayanlar məhv edildi”
Bu gün, 04:03
Zaur Kamal efirə qayıdır? – ARB açıqlama yaydı
Bu gün, 03:59
ABŞ-ın İranı blokadaya almasından bəri 37 gəmi başqa istiqamətə yönləndirilib - KİV
Bu gün, 03:51
Yanacaq bahalaşır, ABŞ aviaşirkətləri yüz milyonlarla zərər edir və uçuşları azaldır - "Business Insider"
Dünən, 16:46
Söhrab İsmayılov həbs oluna bilər? - İDDİA
Dünən, 16:44
Pezeşkian hərəkətə keçdi, İsraillə bağlı məlumat yayıldı: - “Xilasetmə” əməliyyatı başladılır
Dünən, 16:30
Bərdədə Zümürxan gölü zibilliyə çevrilib - FOTO
Dünən, 16:18
Keçmiş oliqarx-məmur... BU GÜN DƏ QAZANIR... - İLGİNC FAKT
Dünən, 16:05
Müxalifət üçün itirilmiş ŞANS
Dünən, 15:48
İran XİN rəhbəri Tehranın tələblərini Pakistana çatdırıb
Dünən, 15:42
İran ordusu ABŞ-a xəbərdarlıq edib - “Fars”
Dünən, 15:39
Doğdu günəş qırmızı... İməcliyə apardılar HAMIMIZI... - Nəqşi-cahanın... Talıbovdan qalma NAXŞI...
Dünən, 15:33
"Özünə arxayın olmaq adamı qudurdur"
Dünən, 15:20
Zelenskinin Azərbaycana səfəri Z-blogerləri qəzəbləndirdi – “ikili standartlar” yenidən gündəmdə
Dünən, 15:05
Ukraynanın “marslı”sı rusları dəhşətə gətirdi – 35 min əsgər necə öldürülüb?
Dünən, 13:19
“Georgian Airways” müflis ola bilər
Dünən, 13:11
Bakıda yeni oğru PEYDA OLUB: "parik"dən istifadə edir - VİDEO
Dünən, 13:09
Zelenskinin Bakı səfəri: Gözləntilər nədir? - AKTUAL
Dünən, 12:49
İranda “işləməyən” Venesuela modeli: fanatiklərin müqaviməti hələ güclüdür - İNCƏLƏMƏ
Dünən, 12:43
Oğluma məcburən saxta toy etdirdim, pul yığdım...” – Meyxanaçı Samirədən ŞOK AÇIQLAMALAR
Dünən, 12:22
Deputata məxsus olduğu deyilən şirkətə 498 min manatlıq sifariş - TƏFƏRRÜAT
Dünən, 12:19
Qaynarinfo.az 19 yaşında! - UĞUR YOLU...
Dünən, 12:09
Zaqatalada qəzalı vəziyyətdə olan BİNA: Yağış suları evlərə dolur - FOTO
Dünən, 12:05
AZƏRBAYCANDA MOBİL İNTERNET NİYƏ BAHALAŞIB? - "İstehlakçılara qarşı bu cür davranış yolverilməzdir..."
Dünən, 11:59
Bakıda yeni proses başlayır: yüzlərlə ailə köçürüləcək - Detallar
Dünən, 11:46
Ukrayna Prezidenti Volodimir Zelenski Azərbaycanda işgüzar səfərdədir - FOTO
Dünən, 11:41
Yekaterinburqa dron hücumu − Xəsarət alan var
Dünən, 11:40
Yeni tikililən binalarda mənzil qiymətlərinin sürətli dəyişməsinin səbəbləri - ARAŞDIRMA
Dünən, 11:37
İranın gizli təşkilatının rəisi İsrailə casusluğa görə edam edilib -“tabnak”
Dünən, 11:36
"İki aydan sonra onlar baş nazir olacaqlar” – Paşinyandan səs-küylü AÇIQLAMA
Dünən, 11:26
Qondarma erməni soyqırımı muzeyində qalmaqal - "Hraparak"
Dünən, 11:21
Trampın İran strategiyası niyə iflasa uğraya bilər?.. - YƏHUDİ EKSPERT
Dünən, 11:17
Azərbaycan neftinin qiyməti 114 dollara yüksəlib
Dünən, 11:15
Turizm Agentlini eyni şirkətə bir gündə iki tender verib - DETALLAR
Dünən, 11:06
ABŞ-nin yeni prezidenti Rubio ola bilər - Politico nəşri
Dünən, 11:03
Gəncədə terror qurbanlarının evləri... NECƏ QANUNDAN KƏNAR OLDU... - BU NƏDİ BELƏ?..
Dünən, 10:56
Ermənistanda Türkiyəyə “müharibə” elan edən kimlərdir? – gizli planın şok detalları
Dünən, 10:44
Abbas Əraqçi Pakistan ordusunun komandanı ilə görüşdü
Dünən, 10:42
Sosial media qazancının görünməyən ÜZÜ…
Dünən, 10:40
İrana nüvə bombası atılacaq - Dövlət Departamentinin keçmiş rəsmisindən şok iddia
Dünən, 10:26
Azərbaycanda ət tapılmayacaq? - qiymətlət niyə bahalaşır
Dünən, 10:25
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru