Trampın qəbulunda atəş açan şəxs saxlanıldı .....                     Donald Tramp tədbir zamanı atışmanın baş verdiyi yerdədir .....                     "Dəfələrlə əlaqə saxlasam da..." .....                     " Allaha min şükür ki, Azərbaycan “pro-Rusiya” olmadı..." .....                     TÜRKÜN TANRISI TƏBİƏTDƏDİR! .....                     Bu gün Əflatun Amaşov üçün ÖZƏL GÜNDÜR .....                     Din Dövlətdən ayrıdır, bəs din futboldan ayrıdırmı? .....                     Tramp və Vens Vaşinqtonda qəbul zamanı baş verən ATIŞMADA xəsarət almayıb .....                     Kürdəmir Psixiatriya Xəstəxanası deyil, sanki qul düşərgəsidir" .....                     ABŞ Prezidenti Ağ Evdə Müxbirlər Assosiasiyası üzvlərinin qəbulu zamanı təxliyə edilib .....                     İcra başçısına etiraz edən vətəndaş avtomobilinə od vurdu .....                     Şahin Mehdiyev Qarabağda işçiləri işlədib, pulunu vermir… .....                     Binəqədidə tikinti xaosuna KİM RƏVAC VERİR... .....                     Güllü İbadovaya necə vəzifə həvalə olunur? .....                     İran təzyiq altında danışıqlarda iştirak etməyəcək .....                     AHİK-də nə dəyişib: sədr, yoxsa idarəetmə? .....                     Təhsil geriləyib, yoxsa DİM sərt siyasətə keçib? .....                     Bakı şəhəri üzrə Təhsil İdarəsinin “boz kardinal”ı: .....                     Goranboyda icra başçısı Məhərrəm Quliyev qaziləri dinləmir... .....                     “Yaxşı ki, mədəniyyət evində kazino açmayıblar” .....                     Bakının kriminal məktəbləri: Hansı qadağalara ehtiyac var? .....                     Adil Əliyevin bu özbaşınalıqdan xəbəri yoxdursa.... .....                     Dialoq məkanı kimi Azərbaycanın təklif olunması təsadüfi deyil .....                     SEPAH-dan kritik açıqlama .....                     Zaur Kamal efirə qayıdır? .....                     ABŞ-ın İranı blokadaya almasından bəri 37 gəmi başqa istiqamətə yönləndirilib .....                     Yanacaq bahalaşır, ABŞ aviaşirkətləri yüz milyonlarla zərər edir və uçuşları azaldır .....                     Söhrab İsmayılov həbs oluna bilər? .....                     Pezeşkian hərəkətə keçdi, İsraillə bağlı məlumat yayıldı: .....                     Bərdədə Zümürxan gölü zibilliyə çevrilib .....                     Keçmiş oliqarx-məmur... BU GÜN DƏ QAZANIR... .....                     Müxalifət üçün itirilmiş .....                     İran XİN rəhbəri Tehranın tələblərini Pakistana çatdırıb .....                     İran ordusu ABŞ-a xəbərdarlıq edib .....                     Doğdu günəş qırmızı... İməcliyə apardılar HAMIMIZI... .....                     "Özünə arxayın olmaq adamı qudurdur" .....                     Zelenskinin Azərbaycana səfəri Z-blogerləri qəzəbləndirdi .....                     Ukraynanın “marslı”sı rusları dəhşətə gətirdi .....                     “Georgian Airways” müflis ola bilər .....                     Bakıda yeni oğru PEYDA OLUB: "parik"dən istifadə edir .....                 

Dekoderlərin də pulunu yeyibmiş... - İTTİHAM VAR
Tarix: 8-11-2016, 11:01 | Çap et
Dekoderlərin də pulunu yeyibmiş...
Artıq bir həftədir ki, Bakı və Abşeron yarımadasında analoq yayımla işləyən televizorlarda yerli telekanalları izləmək mümkün deyil. Rəqəmsal yayımlı müasir televizorlardan fərqli olaraq, köhnə buraxılışlı televizorlara dekoder deyilən elektron avadanlıq quraşdırmaq tələb olunur.
Mütəxəssislər bildirirlər ki, 2010-cu ildən sonra buraxılan LCD markalı rəqəmli televiziyaların bəzi funksiyasını öz üzərinə götürən, HD yayımı dəstəkləyən dekoderlər alınmalıdır. Əks halda, izləyici HD formatda yayımlanan telekanalları izləyə bilməyəcək. Bu marka dekoderlər isə ölkədə qıtdır.
Milli Televiziya və Radio Şurası (MTRŞ) məlumat yayıb ki, 2017-ci ildən Azərbaycanda AzTV, “İdman Azərbaycan” və digər bir neçə kanal yüksək keyfiyyəti təmin edən HD yayıma keçəcək.

RYTN müştərilərini niyə itirir?

Redaksiyaya daxil olan məlumata görə, ölkədə xüsusən HD yayımı dəstəkləyən dekoder qıtlığna səbəb bu qurğunun keçmiş Rabitə və Yüksək Texnologiyalar naziri Əli Abbasovun biznesinin tərkib hissəsi olmasıdır. Onun nazirliyi dövründə ölkəyə idxal olunan bu dekoderlərin, eləcə də internet yayımını təmin edən bəzi digər avadanlıqların idxalına hazırda məhdudiyyət qoyulub. Bu isə Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (RYTN) elektron informasiya yayımı sahəsində fəaliyyətini bir növ məhdudlaşdırmaq, necə deyərlər, müştəri itirməsinə gətirib çıxarır.

Beynəlxalq öhdəlik nəzərə alınır, əhalinin informasiyasızlığı yox

MTRŞ-nin yaydığı məlumata görə, bu il dekabrın 31-dən bütün ölkədə analoq televiziya yayımı dayandırılacaq. Çünki bununla bağlı Azərbaycan Beynəlxalq Telekommunikasiya İttifaqı qarşısında öhdəlik götürüb. Həmin öhdəliyə görə, ilin sonunda analoq yayımı tamamilə dayandırılmalıdır.
Öhdəliyi yerinə yetirmək qərarı ortada olsa da, aztəminatlı ailələrin informasiya almaqdan məhrum olması nəzərdə yoxdur. Olsaydı, ən azı bu gün poçt şöbələrində insanlar dekoder almaq növbəsinə durmazdı.

Teleradio İB: "Bahalığı biz yox, sahibkarlar yaradır"

Məsələ ilə əlaqədar RYTN-ə müraciət etdik. Mətbuat xidmətindən ilk cümlənin belə tamamlanmasına imkan verilmədi. Dərhal cavab verildi ki, Teleradio İstehsalat Birliyinin texniki direktoru Mikayıl Abbasovla əlaqə saxlayaq. Mikayıl Abbasovu yerində tapmadıq. Onun əvəzinə bir xanım belə cavab verdi ki, dekoderlərlə bağlı problemə onlar cavabdeh deyillər. Amma o da təsdiqlədi ki, dekoder qıtlığı və qiymətində bahalıq var, bunun isə məsuliyyətini sərbəst bazarın, sahibkarların boynuna qoydu: “Prezident sərəncam verib. Telekommunikasiya strukturunu inkişaf etdirmək üçün Azərbaycan ölkəboyu rəqəmsal yayıma keçməlidir. İlin sonunadək analoq yayımın dayandırılması prosesi başa çatmalıdır. Amma dekoderlərin defitsit və baha olmasının bizim quruma aidiyyatı yoxdur. Bahalığı sahibkarlar yaradır. Məlumatım var ki, 2-3 günə ölkəyə yenidən tələbata uyğun markada dekoder gətiriləcək”.

RYTN-in qaynar xətti: Poçtlarda 28 manatdan yuxarı satılsa, 14-11-ə deyin

Onu da bildirək ki, RYTN rəqəmli televiziya yayımına keçidlə bağlı 14-11 nömrəli qaynar xətt yaradıb. Qaynar xətlə əlaqə saxladıq. Bizə cavab verildi ki, HD yayımı dəstəkləyən dekoderlər artıq ölkəyə gətirilib və poçtlarda 28 manatdan satılacaq. “Nə qədər sayda gətirilib, əhalinin tələbatını ödəyəcəkmi” və başqa bu kimi suallarımızı cavablandırmaq səlahiyyətlərinin olmadığı bildirildi: “Biz yalnız əhalinin bu avadamlığı almaq, quraşdırmaqla bağlı problemlərini aydınlaşdırırıq. Sahibkarların bu avadanlığı baha satmasına RYTN məsuliyyət daşımır. Amma əhali qaynar xəttə müraciət edərsə, hər hansı bir poçt şöbəsində yol verilən qiymət artımının qarşısı alınar”.
Qeyd edək ki, “İnformasiya cəmiyyətinin inkişafına dair Milli Strategiyanın həyata keçirilməsi üzrə 2016–2020-ci illərə aid Dövlət Proqramı” təsdiqlənib. Proqramda telekommunikasiya və informasiya infrastrukturunun daha da inkişaf etdirilməsi, rəqəmsal televiziya yayımına keçidin başa çatdırılması, analoq yayımın dayandırılması nəzərdə tutulur.

Osman Gündüz: "Aztəminatlı ailə sayına uyğun avadanlıq idxal edilməliydi"

“Multimedia" İnformasiya Sistemləri Texnologiyaları Mərkəzinin direktoru Osman Gündüzün Hurriyyet.org-a bildirdiyinə görə, ölkəboyu rəqəmsal yayıma keçidlə bağlı baş verən situasiyalar onu göstərir ki, görülən hazırlıqlar yetərincə deyil: “Uzun müddətdir ölkədə bu prosesə hazırlıqlar aparılırdı. Teleradio Şurası, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi açıqlamalar veriridilər ki, rəqəmsal yayıma keçilir. Açığını deyim ki, burda tələskənlik də görünürdü. Baş verən situasiyalar isə onu göstərir ki, hazırlıqlar yetərli deyilmiş. Qabaqcadan da bəlliydi, müəyyən bir təbəqə var ki, onların avadanlıqları rəqəmsal yayımı qəbul edə bilmir. Bununla bağlı monitorinqlər də aparılmışdı və müəyyənləşdirlimişdi ki, dekorderə ehtiyacı olan aztəminatlı ailələr nə qədərdir. Br neçə il öncə adını çəkdiyim hər iki qurum hökumətə müraciət etmişdi ki, dövlət hesabına dekoderlər alınsın və həmin aztəminatlı ailələrə pulsuz verilsin. Lakin bu qurumların ləng siyasəti, uzun, qapalı və qeyri-şəffaf müzakirələri sonda ona səbəb oldu ki, hökumət bu təklifi dəstəkləmədi. Hansı ki, 4-5 milyon manatın ayrılmasndan söhbət gedirdi. Bu vəsaitə ölkəyə dekoderlər idxal olunub, həmin aztəminatlı təbəqəyə pulsuz paylanmalı idi. Hökumət bu məsələylə bağlı başqa qərar qəbul etdi: dekoderlərin ölkəyə gətirilməsi üçün gömrük rüsumları, digər rüsumlar azaldıldı ki, bu dekoderlərin pərakəndə satışı ucuz olsun”.

Pərakəndə satış 40-50 manatdır

Amma aztəminatlı ailələrin mənafeyinə verilən qərar, belə demək mümkünsə, onların əleyhinə işlədi. Osman Gündüz: “Hazırda bu dekoderlərin pərakəndə satışı 40-50 manatdır. Mən hesab edirəm ki, bu rəqəm kifayət qədər bahadır. Xaricdə bu avadanlıqlar bizim ölkəylə müqayisədə çox ucuzdur. Ona görə də nazirliik bəyan etdi ki, öz strukturunda olan poçt qurumlarında bunları satsın. Amma məlumatlar daxil olur ki, sən demə, bunlar həm də deficit imiş. Az saydaymış və problemli təbəqənin tələbatı ödənmir. Əlbəttə, bu da qüsurlu məsələdir. Aiddiyyatı qurumların yetərincə ciddi yanaşmamasının nəticəsidir”.

“MTRŞ televiziyaları, bələdiyyələi, icra hakimiyyətlərini bu işə cəlb etməliydi”

Mütəxəssisin fikrincə, bu məsələdə xüsusən MTRŞ-nın tutduğu mövqe qənaətbəxş deyil: “Qabaqcadan, yerli icra hakimiyyətləriylə iş aparılmaqla, bələdiyyələri, televiziyaları bu işə qoşmaqla müsbət bir nəticə əldə etmək olardı. Mən indiyədək televiziyaların heç birisində bu işə dair məlumatlara, təbliğat işinə rast gəlmədim”.

Özləri göstərəcək, özləri baxacaq?..

Qeyd edək ki, bu günlərdə ATV-nin “Səhər” proqramının aparıcısı analoq yayımın dayandırılması ilə tamaşaçı itkisindən narahatlığını ifadə etmişdi. Onsuz da baxımsız verilişlər Azərbaycan televiziyalarının tamaşaçılarını ildən-ilə azaldır, son baş verənlər də onarın bu problemini daha da dərinləşdirir. Belə getsə, özləri göstərəcək, özləri baxacaq.

Telekanalın səsi çıxmır ki, tamaşaçı niyə onun yayımıni qəbul edə bilmir…

Osman Gündüz hesab edir ki, televiziyaların bu məsələdə heç bir təşəbbüs göstərməməsi də yarıtmaz işin nəticəsidir: “Telekanalların da səsi çıxmır ki, vətəndaş onun yayımını qəbul edə bilmir. İnformasiya satan, məlumat satan qurumun səsi çıxmır ki, onun satdığı məlumatlar yerlərə lazımınca çatmır. Gərək MTRŞ ilə birlikdə monitorinqlər aparaydı, nətcələri açıqlanaydı, müvafiq tədbirlər görüləydi. Təəssüf ki, laqeydlik göstərilib və bugünkü nəticələr də o laqeydliyin göstəricisidir. Açıqlama verilmir, köməklik göstərilmir. Maarifləndirici iş internet mediada gedir, nəinki televizyada. Sevinərdim ki, hansısa televiziya öz büdcəsindən vəsait ayırsın, regionlarda, kənd-kəsəklərdə olan imkansız ailələr də onların verilişlərini izləyə bilsin”.

Yayımın keyfiyyət artır, bəs verilişlərin?

Osman Gündüz keyfiyyətli yayımın texniki tərəfdən təminatına cəhdləri bir mütəxəssis olaraq təqdir etsə də, bir seyrçi kimi verilişlərin keyfiyyətinin artırılmasını da vurğuladı: “Eyni zamanda MTRŞ-dan addımlar gözləyirik ki, keyfiyyətli siqnallar var, bu siqnalların içərisində keyfiyyətli proqramlar da olsun. Siqnala uyğun məzmunlu, keyfiyyətli informasiyalar hazırlanmalıdır. Marrifləndirici, intellektual verilişlərə önəm verilməlidir”.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Trampın qəbulunda atəş açan şəxs saxlanıldı - “Truth Social”
Bu gün, 06:09
Donald Tramp tədbir zamanı atışmanın baş verdiyi yerdədir - Ağ Ev
Bu gün, 06:07
"Dəfələrlə əlaqə saxlasam da..." - GİLEY
Bu gün, 06:00
" Allaha min şükür ki, Azərbaycan “pro-Rusiya” olmadı..." - partiya sədri
Bu gün, 05:51
TÜRKÜN TANRISI TƏBİƏTDƏDİR! - Murad Köhnəqala yazır...
Bu gün, 05:48
Bu gün Əflatun Amaşov üçün ÖZƏL GÜNDÜR - qəzetə çevrilən ADAM...
Bu gün, 05:39
Din Dövlətdən ayrıdır, bəs din futboldan ayrıdırmı? - Saqqalılar imperiyasının çöküşü…
Bu gün, 05:35
Tramp və Vens Vaşinqtonda qəbul zamanı baş verən ATIŞMADA xəsarət almayıb - YENİLƏNDİ
Bu gün, 05:29
Kürdəmir Psixiatriya Xəstəxanası deyil, sanki qul düşərgəsidir" – ŞOK İDDİALAR
Bu gün, 05:18
ABŞ Prezidenti Ağ Evdə Müxbirlər Assosiasiyası üzvlərinin qəbulu zamanı təxliyə edilib - VİDEO
Bu gün, 05:14
İcra başçısına etiraz edən vətəndaş avtomobilinə od vurdu - TƏFƏRRÜAT
Bu gün, 05:11
Şahin Mehdiyev Qarabağda işçiləri işlədib, pulunu vermir… - NARAZILIQ VAR...
Bu gün, 05:05
Binəqədidə tikinti xaosuna KİM RƏVAC VERİR... - FOTOLAR
Bu gün, 05:00
Güllü İbadovaya necə vəzifə həvalə olunur? - İLGİNC FAKTLAR
Bu gün, 04:55
İran təzyiq altında danışıqlarda iştirak etməyəcək - Pezeşkian
Bu gün, 04:49
AHİK-də nə dəyişib: sədr, yoxsa idarəetmə? - Çingiz Hacıyevin “Kurort”u və Buzovna filialı “ailə şirkəti”dirmi?
Bu gün, 04:43
Təhsil geriləyib, yoxsa DİM sərt siyasətə keçib? - Ekspert deyir ki...
Bu gün, 04:37
Bakı şəhəri üzrə Təhsil İdarəsinin “boz kardinal”ı: - Turanə Məcidlinin sürətli inkişafının sirri
Bu gün, 04:36
Goranboyda icra başçısı Məhərrəm Quliyev qaziləri dinləmir... - Arzu Məmmədovu buna görə himayə edir
Bu gün, 04:31
“Yaxşı ki, mədəniyyət evində kazino açmayıblar” - Akif İslamzadədən sərt TƏNQİD
Bu gün, 04:23
Bakının kriminal məktəbləri: Hansı qadağalara ehtiyac var? - AKTUAL
Bu gün, 04:20
Adil Əliyevin bu özbaşınalıqdan xəbəri yoxdursa.... - BU NƏDİ BELƏ?
Bu gün, 04:18
Dialoq məkanı kimi Azərbaycanın təklif olunması təsadüfi deyil - ŞƏRH
Bu gün, 04:09
SEPAH-dan kritik açıqlama - “Hərbi hücum üçün zəmin hazırlayanlar məhv edildi”
Bu gün, 04:03
Zaur Kamal efirə qayıdır? – ARB açıqlama yaydı
Bu gün, 03:59
ABŞ-ın İranı blokadaya almasından bəri 37 gəmi başqa istiqamətə yönləndirilib - KİV
Bu gün, 03:51
Yanacaq bahalaşır, ABŞ aviaşirkətləri yüz milyonlarla zərər edir və uçuşları azaldır - "Business Insider"
Dünən, 16:46
Söhrab İsmayılov həbs oluna bilər? - İDDİA
Dünən, 16:44
Pezeşkian hərəkətə keçdi, İsraillə bağlı məlumat yayıldı: - “Xilasetmə” əməliyyatı başladılır
Dünən, 16:30
Bərdədə Zümürxan gölü zibilliyə çevrilib - FOTO
Dünən, 16:18
Keçmiş oliqarx-məmur... BU GÜN DƏ QAZANIR... - İLGİNC FAKT
Dünən, 16:05
Müxalifət üçün itirilmiş ŞANS
Dünən, 15:48
İran XİN rəhbəri Tehranın tələblərini Pakistana çatdırıb
Dünən, 15:42
İran ordusu ABŞ-a xəbərdarlıq edib - “Fars”
Dünən, 15:39
Doğdu günəş qırmızı... İməcliyə apardılar HAMIMIZI... - Nəqşi-cahanın... Talıbovdan qalma NAXŞI...
Dünən, 15:33
"Özünə arxayın olmaq adamı qudurdur"
Dünən, 15:20
Zelenskinin Azərbaycana səfəri Z-blogerləri qəzəbləndirdi – “ikili standartlar” yenidən gündəmdə
Dünən, 15:05
Ukraynanın “marslı”sı rusları dəhşətə gətirdi – 35 min əsgər necə öldürülüb?
Dünən, 13:19
“Georgian Airways” müflis ola bilər
Dünən, 13:11
Bakıda yeni oğru PEYDA OLUB: "parik"dən istifadə edir - VİDEO
Dünən, 13:09
Zelenskinin Bakı səfəri: Gözləntilər nədir? - AKTUAL
Dünən, 12:49
İranda “işləməyən” Venesuela modeli: fanatiklərin müqaviməti hələ güclüdür - İNCƏLƏMƏ
Dünən, 12:43
Oğluma məcburən saxta toy etdirdim, pul yığdım...” – Meyxanaçı Samirədən ŞOK AÇIQLAMALAR
Dünən, 12:22
Deputata məxsus olduğu deyilən şirkətə 498 min manatlıq sifariş - TƏFƏRRÜAT
Dünən, 12:19
Qaynarinfo.az 19 yaşında! - UĞUR YOLU...
Dünən, 12:09
Zaqatalada qəzalı vəziyyətdə olan BİNA: Yağış suları evlərə dolur - FOTO
Dünən, 12:05
AZƏRBAYCANDA MOBİL İNTERNET NİYƏ BAHALAŞIB? - "İstehlakçılara qarşı bu cür davranış yolverilməzdir..."
Dünən, 11:59
Bakıda yeni proses başlayır: yüzlərlə ailə köçürüləcək - Detallar
Dünən, 11:46
Ukrayna Prezidenti Volodimir Zelenski Azərbaycanda işgüzar səfərdədir - FOTO
Dünən, 11:41
Yekaterinburqa dron hücumu − Xəsarət alan var
Dünən, 11:40
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru