Təcili olmayan TİBBİ YARDIM... .....                     Trampın qəbulunda atəş açan şəxs saxlanıldı .....                     Donald Tramp tədbir zamanı atışmanın baş verdiyi yerdədir .....                     "Dəfələrlə əlaqə saxlasam da..." .....                     " Allaha min şükür ki, Azərbaycan “pro-Rusiya” olmadı..." .....                     TÜRKÜN TANRISI TƏBİƏTDƏDİR! .....                     Bu gün Əflatun Amaşov üçün ÖZƏL GÜNDÜR .....                     Din Dövlətdən ayrıdır, bəs din futboldan ayrıdırmı? .....                     Tramp və Vens Vaşinqtonda qəbul zamanı baş verən ATIŞMADA xəsarət almayıb .....                     Kürdəmir Psixiatriya Xəstəxanası deyil, sanki qul düşərgəsidir" .....                     ABŞ Prezidenti Ağ Evdə Müxbirlər Assosiasiyası üzvlərinin qəbulu zamanı təxliyə edilib .....                     İcra başçısına etiraz edən vətəndaş avtomobilinə od vurdu .....                     Şahin Mehdiyev Qarabağda işçiləri işlədib, pulunu vermir… .....                     Binəqədidə tikinti xaosuna KİM RƏVAC VERİR... .....                     Güllü İbadovaya necə vəzifə həvalə olunur? .....                     İran təzyiq altında danışıqlarda iştirak etməyəcək .....                     AHİK-də nə dəyişib: sədr, yoxsa idarəetmə? .....                     Təhsil geriləyib, yoxsa DİM sərt siyasətə keçib? .....                     Bakı şəhəri üzrə Təhsil İdarəsinin “boz kardinal”ı: .....                     Goranboyda icra başçısı Məhərrəm Quliyev qaziləri dinləmir... .....                     “Yaxşı ki, mədəniyyət evində kazino açmayıblar” .....                     Bakının kriminal məktəbləri: Hansı qadağalara ehtiyac var? .....                     Adil Əliyevin bu özbaşınalıqdan xəbəri yoxdursa.... .....                     Dialoq məkanı kimi Azərbaycanın təklif olunması təsadüfi deyil .....                     SEPAH-dan kritik açıqlama .....                     Zaur Kamal efirə qayıdır? .....                     ABŞ-ın İranı blokadaya almasından bəri 37 gəmi başqa istiqamətə yönləndirilib .....                     Yanacaq bahalaşır, ABŞ aviaşirkətləri yüz milyonlarla zərər edir və uçuşları azaldır .....                     Söhrab İsmayılov həbs oluna bilər? .....                     Pezeşkian hərəkətə keçdi, İsraillə bağlı məlumat yayıldı: .....                     Bərdədə Zümürxan gölü zibilliyə çevrilib .....                     Keçmiş oliqarx-məmur... BU GÜN DƏ QAZANIR... .....                     Müxalifət üçün itirilmiş .....                     İran XİN rəhbəri Tehranın tələblərini Pakistana çatdırıb .....                     İran ordusu ABŞ-a xəbərdarlıq edib .....                     Doğdu günəş qırmızı... İməcliyə apardılar HAMIMIZI... .....                     "Özünə arxayın olmaq adamı qudurdur" .....                     Zelenskinin Azərbaycana səfəri Z-blogerləri qəzəbləndirdi .....                     Ukraynanın “marslı”sı rusları dəhşətə gətirdi .....                     “Georgian Airways” müflis ola bilər .....                 

"Mahmudov və 40 quldur" nağılında göydən düşəcək 3 qara daş...
Tarix: 25-11-2016, 09:18 | Çap et
"Mahmudov və 40 quldur" nağılında göydən düşəcək 3 qara daş...
İl sona yaxınlaşır. Heç kimin gözləmədiyi halda Eldar Mahmudovun vəzifəsindən qəflətən kənarlaşdırılması ötən 2015-ci ilə damğasını vursa da yola salmağa hazırlaşdığımız 2016-cı il bütün proqnozların əksinə olaraq onun həbsi ilə yadda qalmadı, amma onu da etiraf etmək lazımdır ki, rəngarəng olaylara şahidlik etmək mümkün oldu.

Xüsusən də “MTN işi”nin “rabitə qanadı” hesab olunan cinayət dosyelərində ifşa olunan nazir müavinləri, qanlı general adıyla məşhurlaşan Akif Çovdarovun rəhbərlik etdiyi cinayətkar şəbəkənin etirafları onu iddia etməyə əsas verir ki, ilin sonunadək hələ xeyli səsli-küylü olayların şahidi olacağıq.

"Mahmudov və 40 quldur" nağılında göydən düşəcək 3 qara daş...

Onu da nəzərə almaq lazımndır ki, istintaqın indiki mərhələsində sadəcə icraçılar məşhər ayağına çəkilir, törədilən tükürpədici cinayətlərin gözəgörünməz sifarişçiləri hələ ki, toxunulmaz persona statuslarını qorumağa müvəffəq olublar. Yeri gəlmişkən, Akif Çovdarov ona qarşı irəli sürülən ittihamları “Məlikməmmədin nağılı” adlandıraraq günah keçisi olduğunu hər kəsə eşitdirmək istəyir, eyni zamanda "Sizin məhkəməniz də, hökmünüz də mənə maraqlı deyil. Bu uşaqların heç bir günahı yoxdur. Bunları buraxın, nəyə desəniz qol çəkərəm" kimi həm gözəgörünməzlərə, həm də hələ ifşa olunmamış dəstə üzvlərinə kodlu mesaj göndərir ki, mən heç bir etiraflarda bulunmamışam və məni sındıra bilməyiblər. Akif Çovdarovdan fərqli olaraq onun rəhbərlik etdiyi cinayətkar şəbəkənin üzvləri olan Səlim Məmmədov, Akif Əliyev və Orxan Osmanovsa istintaqda bülbül kimi ötərək sadəcə icraçı olduqlarını bildirirlər: “Biz hərbçiyik, göstəriş nə olurdusa, onu da icra edirdik. Tapşırıqların qanunsuz olmasından xəbərimiz olmayıb. Biz cinayət törətməmişik”.

"Mahmudov və 40 quldur" nağılında göydən düşəcək 3 qara daş...

Əslində cəmiyyəti də düşündürən və narahat edən əsas məqam bundan ibarətdir ki, Hacı Məmmədovun təbirincə desək, Akif Çovdarov və onun cinayət ortaqları olsa – olsa osminoqun qollarından biri ola bilərlər, bəs bu "bədheybət canlı"nın digər qolları nə vaxt üzə çıxarılacaq? Təbii ki, “MTN işi” hətta tezliklə başa çatdırılıb günahkarlara cəza verilsə belə ötən 12 il ərzində Eldar Mahmudovun rəhbərliyi altında törədilən qorxunc cinayətlərin, “qanunsuz tapşırıqlar”ın böyük əksəriyyəti açılmamış qalacaq, ta o vaxta qədər ki, onu da qudası Cahangir Hacıyevin Kürdəxanıdakı “iqamətgah”ının qonşuluğuna köçürəcəklər. Bu baş verməyənə qədər cəmiyyət “MTN işi”nin indiki epizodlarını elə doğrudan da “Məlikməmməd nağılı” hesab edəcək. Bu nağıl o zaman bitəcək ki, Eldar Mahmudov və daha bir neçə yüksək çinli MTN görəvlisi istintaqda etiraflarda bulunsunlar və törədilən cinayətlərin, verilən qanunsuz tapşırıqların gerçək miqyası gözlər önündə canlansın.

"Mahmudov və 40 quldur" nağılında göydən düşəcək 3 qara daş...

Amma hələ ki, Eldar Mahmudov məharətlə müdafiə olunur və üzü Kürdəxanıya deyil, Şimala tərəf sürünməkdədir. Amma bütün bədbin proqnozlara rəğmən birmənalı şəkildə iddia etmək olar ki, gec - tez Eldar Mahmudov da həbsxana qoxusu hiss edəcək. Çünki onun rəhbərliyi altında baş verənlər o qədər qorxuncdur ki, yaşananları sadəcə insanların çeşidli yollarla incidilərək milyardalarla sərvətə sahiblənməklə məhdudlaşdırmaq sadəlohvlük olmaqla yanaşı bu cinayətin fəsadlarının gözardı edilməsi demək olardı. Söhbət ondan gedir ki, bu gün ölkədə yaşanan iqtisadi krizis və iqtisadiyyatın qan-damar sistemi hesab edilən bank sisteminin faktiki olaraq çökdürülməsindən tutmuş, qeyri-neft sektorunun inkişafının tormozlanması, kiçik və orta sahibkarlığın demək olar ki, məhv edilməsi əslində Eldar Mahmudovun rəhbərlik etdiyi cinayətkar şəbəkənin məqsədyönlü, dövlətin bel sütunun qırmaqla iqtidarı zəiflətmək, məmləkət insanını dövlət başçısına qarşı kökləmək, son nəticədə isə bütövlükdə hakimiyyəti ələ keçirmək niyyətlərinin tərkib hissəsi olub və bunu sübut etmək üçün nə iqtisadçı ekspert, nə də hüquqşünas olmağa gərək yoxdur. Bununla Eldar Mahmudov təkcə ona misligörünməmiş etimad göstərərək ölkənin ən strateji görəvini etibar etmiş dövlət başçısı İlham Əliyevə deyil, bütövlükdə hamımızın and yerimiz olan dövlətə, dövlətçiliyə qarşı xəyanət edərək bağışlanılmaz cinayət törədib.

"Mahmudov və 40 quldur" nağılında göydən düşəcək 3 qara daş...

Məhz bu xəyanətin acı meyvələrini təkcə hakimiyyət deyil, eyni zamanda məmləkətin “məmə” deyənindən pəpə yeyəninədək hər kəs günü gündən ağırlaşan güzəranında hiss edir. Məhz bu xəyanətin nəticəsidir ki, noyabr sona yaxınlaşsa da son on ildə ilk dəfədir növbəti ilin dövlət büdcəsi nəinki qəbul olunmayıb, hətta parlament müzakirələrinə də çıxarılmayıb. Bütün bunlar hökumətin çaşqınlıq içərisində olduğunun və Eldar Mahmudov şəbəkəsinin bu cür “qurşaqdan aşağı” zərbələrinə hazır olmadığının sübutu hesab oluna bilər.

"Mahmudov və 40 quldur" nağılında göydən düşəcək 3 qara daş...

Diqqətlə fikir verdikdə bu şəbəkənin necə hiyləgər taktika seçdiyi və mövcud sistemin ən zəif yerindən vuraraq onu çaşqınlığa sürükləmək niyyətində olduğu aşkar görsənir. Bəllidir ki, ölkə əhalisinin az qala yarıdan çoxu bu və ya digər formada bank müştəriləridir və məhz bu sistemi xaosa sürükləməklə milyonlarla sadə vətəndaşı, cəmiyyətin aztəminatlı təbəqəsini, kiçik və orta sahibkarları etiraza kökləmək üçün bank sisteminin bel sütununu qırdılar. Bank sistemindəki dövlətçiliyə, prezidentə sadiq və kifayət qədər peşəkar kadrları çeşidli şantaj metodları ilə sıradan çıxardılar və beləliklə ölkə iqtisadiyyatının lokomotivini relsindən çıxarmağa nail oldular...

"Mahmudov və 40 quldur" nağılında göydən düşəcək 3 qara daş...

Bu şəbəkənin azğınlığını, qudurğanlığını ifadə etməkdə söz acizdir. Bunlar təkcə sadə vətəndaşlara və iş adamlarına kələf hörmədilər. Bunlar 23 illik YAP iqtidarının vazkeçilməz ideoloqu hesab olunan və bu hakimiyyətin uzunömürlülüyündə müstəsna xidmətləri olan Prezident Administarsiyasının rəhbəri Ramiz Mehdiyevi sıradan çıxarmaq üçün hətta dövlət başçısının qarşısında şərt heab olunacaq hikkəli davranış sərgilədilər. Bu hakimiyyətin ayaqda durmasında gülləkeçirməz jilet hesab edilən DİN-i və onun rəhbəri Ramil Usubovu qandallamaq üçün hətta onun burnunun dibinə qədər getməyə müvəffəq oldular. Amma kifayət qədər dövlətçilik təcrübəsi mənimsəmiş dövlət başçısı onların xam xəyallarını son anda gözlərində qoydu və komandasının hər iki üzvünü bu həyasız şantajdan qorudu. Ac toyuq yuxusunda darı gördüyü kimi Eldar Mahmudov da Ramil Usubovdan qisas almaq üçün alışıb - yanırdı və vaxtilə onu sözün həqiqi mənasında işdən qovduğunun heyfini bu yolla çıxacağını düşünürdü. Amma sərvət ovçusu olsa belə, dövlətin ən strateji qurumuna rəhbərlik etməsinə baxmayaraq dünyagörüşcə nəinki "obxss", hətta qəsəbə "uçastkovı"sından uzağa gedə bilməyən bu zavallının xam xəyalı gerçəkləşmədi...

Amma bu şəbəkə ötən 12 ildə çox şeyləri gerçəkləşdirməyə macal tapdı. Bu şəbəkə milyardlarla dövlət vəsaitini aşkar quldurluq və talama yolu ilə mənimsəyərək ölkə xaricinə çıxara bildi. Bu şəbəkə hamını bir - birinin yanında gözükölgəli duruma saldı, borc verən də xəcalətli duruma düşüb, borc alan da, iş görənin də əlini işdən soyudublar, yeni işə başlamaq istəyənin də. Minlərlə iş adamına divan tutulub, var - yoxu talanıb, kimisini həbsxanalarda çürüdüblər, kimisini vətəndən didərgin salıblar.

İstintaq da bunların diktəsinə “baş üstə” deyib, məhkəmələr də. MTN-dən kimə hansı cəza istənilibsə “niyə” sualı verilmədən can – başla, bəzən də qorxularından yerinə yetiriblər. Amma ötən ilin 17 oktyabrında Eldar Mahmudov prezident İlham Əliyev tərəfindən vəzifəsindən qovulanadək kimsə cınqırını belə çıxarmağa cəsarət etməyib. Məgər bu gün sadəcə üzə çıxarılan cinayətlər Rabitə və Yüksək Texnologiyalar Nazirliyi ilə məhdudlaşırmı? Gəlin görək ölkədəki mərkəzi və yerli icra hakimiyyəti orqanları arasında MTN-də formalaşmış cinayətkar şəbəkəyə aylıq, illik “xərac” verməyən neçə faiz “qurd ürəyi yemiş” məmur tapmaq olar? Təkcə Metropolitenin keçmiş rəisi Tağı Əhmədovun bir neçə milyon pulunu hansı priyomlarla ələ keçirdiklərini xatırlmaq kifayət edər ki, dövlətçiliyimizə qənim kəsilmiş bu “çete” tərəfindən törədilmiş cinayətin gerçək miqyası haqqında vahim təsəvvürlərə malik olmaq mümkün olsun.

"Mahmudov və 40 quldur" nağılında göydən düşəcək 3 qara daş...

Bütün bunlar Eldar Mahmudovun “MTN işi”nin növbəti mərhələsində qandallanmasını diktə edir və eyni zamanda etiraf etmək lazımdır ki, istintaq bu şəbəkəni tamamilə çökdürməkdə maraqlıdırsa ilk növbədə Beynəlxalq Bankının rəhbəri Cahangir Hacıyevin törətdiyi əməllərə adekvat hüquqi qiymət verilməlidir. Amma indiki halda görünən odur ki, sanki istintaq da Beynəlxalq Bank rəhbərinin törətdiyi əməllərin böyük əksəriyyətini ifşa etməkdə maraqlı deyil və cinayət işini alayarımçıq yekunlaşdıraraq məhkəməyə göndərməyə çalışılır. Əks halda Cahangir Hacıyevin ölkənin bank sistemini iflic edən çeşidli təxribatçı addımları bu günədək asanlıqla ifşa edilməliydi. Görünür, Cinayət Məcəlləsinin az qala yarısındakı maddələrlə cinayət törətməsinə baxmayaraq Mahmudovun hələ də azadlığın dadını çıxarması bir çoxlarını "bəlkə də qaytardılar" dilemması qarşısında qoyduğundan hamı dar gün ehtiyatı saxlamağa üstünlük verir...

"Mahmudov və 40 quldur" nağılında göydən düşəcək 3 qara daş...

Amma cidanı çuvalda gizlətmək mümkün olmadığı kimi dövlətə və millətə vurulan bu zərbənin baiskarlarını, bu cinayətin baş memarlarının tükürpədici əməllərini də sonadək qorumaq kimsəyə müyəssər olmayacaq. Odur ki, 2017-ci ilin “sürprizlər ili” olacağını da bəri başdan iddia etmək olar. Kimlərin kəllələrinin, kimlərin postlarının, kimlərin qamarladıqları sərvətlərin gedəcəyini indidən söyləmək çətin olsa da tüğyan edən işsizlik şəraitində əminliklə istintaq və məhkəmə orqanlarının, Penitensiar Xidmət əməkdaşlarının işlərinin başlarından aşacağını iddia etmək üçün ciddi əsaslar var...

"Mahmudov və 40 quldur" nağılında göydən düşəcək 3 qara daş...

Akif Çovdarov bu gün ona və başçılıq etdiyi cinayətkar şəbəkəyə qarşı irəli sürülən ittihamları "Məlikməmmədin nağılı" hesab edir. Amma unudur ki, artıq nağıl bitib və üstəlik bu dəfəki nağılda göydən üç alma deyil, üç qara daş düşəcək, bu daşların kimlərin təpəsinə düşəcəyini də müəyyənləşdirmək çətin deyil, bu daşdan həm tükürpədici cinayətlərin sifarişçilərinin, həm icraçılarının da kəlləsinə "pay" düşəcək. "Məlikməmmədin nağılı"ndan fərqli olaraq "Mahmudov və 40 quldur" nağılında kimsə ağ qoça minib aradan çıxa bilməyəcək, başda Eldar Mahmudov və Cahangir Hacıyevin "qara qoç"u minib qaranlığa gedəcəklərinə kimsə təəccüblənməyəcək...










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Təcili olmayan TİBBİ YARDIM... - AXI NİYƏ?..
Bu gün, 06:22
Trampın qəbulunda atəş açan şəxs saxlanıldı - “Truth Social”
Bu gün, 06:09
Donald Tramp tədbir zamanı atışmanın baş verdiyi yerdədir - Ağ Ev
Bu gün, 06:07
"Dəfələrlə əlaqə saxlasam da..." - GİLEY
Bu gün, 06:00
" Allaha min şükür ki, Azərbaycan “pro-Rusiya” olmadı..." - partiya sədri
Bu gün, 05:51
TÜRKÜN TANRISI TƏBİƏTDƏDİR! - Murad Köhnəqala yazır...
Bu gün, 05:48
Bu gün Əflatun Amaşov üçün ÖZƏL GÜNDÜR - qəzetə çevrilən ADAM...
Bu gün, 05:39
Din Dövlətdən ayrıdır, bəs din futboldan ayrıdırmı? - Saqqalılar imperiyasının çöküşü…
Bu gün, 05:35
Tramp və Vens Vaşinqtonda qəbul zamanı baş verən ATIŞMADA xəsarət almayıb - YENİLƏNDİ
Bu gün, 05:29
Kürdəmir Psixiatriya Xəstəxanası deyil, sanki qul düşərgəsidir" – ŞOK İDDİALAR
Bu gün, 05:18
ABŞ Prezidenti Ağ Evdə Müxbirlər Assosiasiyası üzvlərinin qəbulu zamanı təxliyə edilib - VİDEO
Bu gün, 05:14
İcra başçısına etiraz edən vətəndaş avtomobilinə od vurdu - TƏFƏRRÜAT
Bu gün, 05:11
Şahin Mehdiyev Qarabağda işçiləri işlədib, pulunu vermir… - NARAZILIQ VAR...
Bu gün, 05:05
Binəqədidə tikinti xaosuna KİM RƏVAC VERİR... - FOTOLAR
Bu gün, 05:00
Güllü İbadovaya necə vəzifə həvalə olunur? - İLGİNC FAKTLAR
Bu gün, 04:55
İran təzyiq altında danışıqlarda iştirak etməyəcək - Pezeşkian
Bu gün, 04:49
AHİK-də nə dəyişib: sədr, yoxsa idarəetmə? - Çingiz Hacıyevin “Kurort”u və Buzovna filialı “ailə şirkəti”dirmi?
Bu gün, 04:43
Təhsil geriləyib, yoxsa DİM sərt siyasətə keçib? - Ekspert deyir ki...
Bu gün, 04:37
Bakı şəhəri üzrə Təhsil İdarəsinin “boz kardinal”ı: - Turanə Məcidlinin sürətli inkişafının sirri
Bu gün, 04:36
Goranboyda icra başçısı Məhərrəm Quliyev qaziləri dinləmir... - Arzu Məmmədovu buna görə himayə edir
Bu gün, 04:31
“Yaxşı ki, mədəniyyət evində kazino açmayıblar” - Akif İslamzadədən sərt TƏNQİD
Bu gün, 04:23
Bakının kriminal məktəbləri: Hansı qadağalara ehtiyac var? - AKTUAL
Bu gün, 04:20
Adil Əliyevin bu özbaşınalıqdan xəbəri yoxdursa.... - BU NƏDİ BELƏ?
Bu gün, 04:18
Dialoq məkanı kimi Azərbaycanın təklif olunması təsadüfi deyil - ŞƏRH
Bu gün, 04:09
SEPAH-dan kritik açıqlama - “Hərbi hücum üçün zəmin hazırlayanlar məhv edildi”
Bu gün, 04:03
Zaur Kamal efirə qayıdır? – ARB açıqlama yaydı
Bu gün, 03:59
ABŞ-ın İranı blokadaya almasından bəri 37 gəmi başqa istiqamətə yönləndirilib - KİV
Bu gün, 03:51
Yanacaq bahalaşır, ABŞ aviaşirkətləri yüz milyonlarla zərər edir və uçuşları azaldır - "Business Insider"
Dünən, 16:46
Söhrab İsmayılov həbs oluna bilər? - İDDİA
Dünən, 16:44
Pezeşkian hərəkətə keçdi, İsraillə bağlı məlumat yayıldı: - “Xilasetmə” əməliyyatı başladılır
Dünən, 16:30
Bərdədə Zümürxan gölü zibilliyə çevrilib - FOTO
Dünən, 16:18
Keçmiş oliqarx-məmur... BU GÜN DƏ QAZANIR... - İLGİNC FAKT
Dünən, 16:05
Müxalifət üçün itirilmiş ŞANS
Dünən, 15:48
İran XİN rəhbəri Tehranın tələblərini Pakistana çatdırıb
Dünən, 15:42
İran ordusu ABŞ-a xəbərdarlıq edib - “Fars”
Dünən, 15:39
Doğdu günəş qırmızı... İməcliyə apardılar HAMIMIZI... - Nəqşi-cahanın... Talıbovdan qalma NAXŞI...
Dünən, 15:33
"Özünə arxayın olmaq adamı qudurdur"
Dünən, 15:20
Zelenskinin Azərbaycana səfəri Z-blogerləri qəzəbləndirdi – “ikili standartlar” yenidən gündəmdə
Dünən, 15:05
Ukraynanın “marslı”sı rusları dəhşətə gətirdi – 35 min əsgər necə öldürülüb?
Dünən, 13:19
“Georgian Airways” müflis ola bilər
Dünən, 13:11
Bakıda yeni oğru PEYDA OLUB: "parik"dən istifadə edir - VİDEO
Dünən, 13:09
Zelenskinin Bakı səfəri: Gözləntilər nədir? - AKTUAL
Dünən, 12:49
İranda “işləməyən” Venesuela modeli: fanatiklərin müqaviməti hələ güclüdür - İNCƏLƏMƏ
Dünən, 12:43
Oğluma məcburən saxta toy etdirdim, pul yığdım...” – Meyxanaçı Samirədən ŞOK AÇIQLAMALAR
Dünən, 12:22
Deputata məxsus olduğu deyilən şirkətə 498 min manatlıq sifariş - TƏFƏRRÜAT
Dünən, 12:19
Qaynarinfo.az 19 yaşında! - UĞUR YOLU...
Dünən, 12:09
Zaqatalada qəzalı vəziyyətdə olan BİNA: Yağış suları evlərə dolur - FOTO
Dünən, 12:05
AZƏRBAYCANDA MOBİL İNTERNET NİYƏ BAHALAŞIB? - "İstehlakçılara qarşı bu cür davranış yolverilməzdir..."
Dünən, 11:59
Bakıda yeni proses başlayır: yüzlərlə ailə köçürüləcək - Detallar
Dünən, 11:46
Ukrayna Prezidenti Volodimir Zelenski Azərbaycanda işgüzar səfərdədir - FOTO
Dünən, 11:41
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru