Azərbaycanda Bilik Günüdür .....                     Bakının işğaldan azad edilməsindən 107 il ötür .....                     Yenə yağış, yenə Sabunçu... .....                     Bu gün Xankəndinin erməni əsilli sakininin silahlı təxribata hazırlıq görməsinin görüntüləri ortaya çıxıb .....                     Yaxın Şərqdə YENİ SAVAŞ ANONSU .....                     Qazaxda abadlıq işləri aparılır .....                     Ermənistan müdafiə naziri Çinə səfər edib .....                     Alimenti boşanan tərəf yox, dövlət verəcək: NƏ DƏYİŞƏCƏK? .....                     Azərbaycan kərə yağını hansı ölkələrdən və neçəyə alır? .....                     Yumurtanın da qiyməti BAHALAŞDI .....                     Xankəndində erməni əsilli sakin terrora cəhd edib, polisə qumbara atdı .....                     Masallıda mayası haramla yoğrulan TİKİNTİ PLANI .....                     “Çin köməyi kəssəydi, müharibə sabah bitərdi” .....                     Keçmiş baş həkimlə müğənni arasında qalmaqal .....                     İrəvan bu görüntülərlə çalxalanır: Paşinyandan Bakı ilə bağlı həmlə .....                     Saziş imzalanması Azərbaycanla sülhün institusionallaşdırılması yolunda ciddi addım olacaq .....                     Problemli kreditlərin həcmini necə azaltmaq olar? .....                     "Nar" Bakı Ali Neft Məktəbinin 4 tələbəsini mükafatlandırdı .....                     Neft bazarında çalxalanma: Azərbaycanı nə gözləyir? .....                     İrəvandan daha bir sülh açıqlaması .....                     DİQQƏT: Burda satışda zay ərzaq var... .....                     "Qarşıdan parlament seçkiləri gəlir..." .....                     Dolanışıq ucbatından balıq ovlayan kənd sakinləri cəzalandırıldı .....                     Nazir təzə mövzu açıb... .....                     Saxta həkimliyi bir yana: HƏLƏ ONA-BUNA SERTİFİKAT DA VERİR .....                     Rusiya azərbaycanlının evini bombaladı: İTKİMİZ VAR .....                     20 manatdan başlayacaq, yoxsa 50 manatdan başlayacaq? .....                     Ceyhun Əsgərovun xoşagəlməz görüntülərinin .....                     Ermənistan Azərbaycanla bərabər Azərbaycanın dostları ilə də barışır... .....                     Sülh prosesini pozmaq cəhdləri... .....                     Ermənistan Zəngəzur dəhlizi açılmadan belə 55 milyon xeyir götürür .....                     "Kişi ailəni saxlaya bilmir, qadın da həyat yoldaşı ilə yaşamaq istəmir" .....                     Rusiya Türkiyədən "S-400"ləri geri alır .....                     GDU-dan tədris dövründə təmirə hazırlaşır... .....                     Rusiya niyə Polşadan sonra bu gün Rumıniyaya hücum etdi? .....                     “AFFA milli komandaya Fatih Terimi düşünür” .....                     Cəbrayılov gedir... YERİNƏ İSƏ... .....                     “Pulu vermək üçün “Lexus”u 50 minə satdım” .....                     Hakan Fidan sabah Dohaya gedəcək .....                     Sentyabrın 15-də 2,2 milyon şəxs tədris ilinə başlayacaq .....                 

Radara düşən sürücülərə Vahid Nuriyev "məngənəsi"... - İDDİA
Tarix: 19-01-2017, 11:22 | Çap et
Radara düşən sürücülərə Vahid Nuriyev "məngənəsi"...
urada insanları otağa saldıqdan sonra qapını bərk-bərk bağlayır və pulu alınmayana qədər vətəndaşı buraxmağ belə düşünmürlər. Otaqdan çıxan hər kəs kədərə bürünür.

Qanunda isə belə yazılıb: Yol polisi əməkdaşının sürücüdən cəriməni nağd şəkildə alması qadağandır

Baş Dövlət Yol Polisi İdarəsinin hər bir sürücü üçün ən bəd otağı sayılan 403-cü otağının qarşısında maraqlı söhbətin şahidi olub. Əməkdaşımız orada görüb eşitdiklərini bizimlə bölüşüb…

…Bu qapıya adətən radara düşən sürücülər gəldiyindən səhər saatlarına baxmayaraq hər kəsin üzündə kədər vardı. Uzun növbə yarandığından və 2-3 nəfər polis əməkdaşının В«iş düzüb-qoşanlıqВ» edərək hər 5 dəqiqədən bir növbədə gözləyən insanları nəzərə almadan, В«ElvinВ», В«ŞahinВ» çağıraraq kənardakıları otağa aparmasından sonra insanların onsuz da tarıma çəkilən əsəbləri bir az da gərilirdi.

В«Qapını bağlayıb cibə girdi oyununa başlayırlarВ»

İçəridə qapının ağzını kəsən mülki geyimli cavan oğlanın vəzifəsi isə deyəsən içəri girən hər vətəndaşın ardınca qapını bağlamaq idi. Sürücünün radara düşüb-düşməməsini yoxlamaq üçün otağın qapısının hər dəfə bağlanmasının nəyə lazım olduğunu bilməsəm də, sonradan bunu yəqinləşdirə bildim. Bəzi təcrübəli sürücülər növbələrinin çatacağını səbrsizliklə gözləyən digərlərinə içəri girməyə tələsməməyi tövsiyyə edirdi. В«İçəri girənin cibinə pul qoymurlar, pulunu alırlar. Yazıqsan, qoy pulun bir az da cidində qalsınВ».(bakunews)Bu otağın qarşısında gözlədiyim təxminən 1 saat ərzində hər kəsin üzündə kədər olsa da, deyib-gülən iki nəfər diqqəti xüsusi cəlb edirdi. Aralarında olan söhbətdən belə başa düşmək olurdu ki, bunlar 403-cü otağı tez-tez В«ziyarət edirlərВ». Amma öz cərimələrini ödəmək üçün deyil, başqasına görə gəlirlər.

Xətai RİH-də Samir adlı şəxs radara görə 3 min manat ziyan edib

Hər iki nəfərin tanıdığı Samir adlı şəxs avtomobillərin qənimi imiş. Əlinə düşən istənilən avtomobili sürmək səlahiyyəti olan Samir avtomobilə minən kimi bütün radarlarda В«şəkil çəkdiribВ» keçir. Buna görə də cərərimə cərimə ardınca, bal-bal ardınca gəlir. Cəriməni Samir adlı şəxs özü ödəsə də, balı paylaşdırmağa bu dəfə bu iki nəfər gəlmişdi. Deyilənə görə, Samir hətta atasından xəbərsiz öz atasının da sürücülük vəsiqəsinə 18 bal В«hədiyyəВ» edib. Bu sürücülərin yoxladtıqları В«dördgüzВ» kimi tanıdığımız В«MersedesВ»in isə nə az nə çox, düz 800 manat cəriməsi varmış. Digər markasını bilmədiyim avtomobilin cəriməsi isə 1200 manatdan yuxarı idi. Onlar gülə-gülə içəridən çıxıb, razılaşdılar, sonra yenidən içəri keçən sürücülər yaxın vaxtlarda rayona gedəcəklərini və heç olmasa В«Land GruiserВ» markalı avtomobildən istifadə etməyi qərara aldılar. Sürücülərdən biri o birinə bu avtomobilin də radarının olub-olmamasını yoxlamağı tapşırdı.

Sən demə, bu avtomobilin də radara görə cəriməsi varmış – 560 manat. Bunu eşidən sürücü Samirin şəninə bir В«duaВ» da oxudu. Dediyinə görə, təkcə bu il o 403-cü otağa 3 min manatdan artıq pul verib. Amma bu pulu rəsmi, yoxsa qeyri-rəsmi verdiyini bilmədik. Sonradan isə orada hər iki sürücünü tanıyan şəxsdən öyrəndim ki, bu şəxslər Xətai Rayon İcra Hakimiyyətinin sürücüləridir. Amma haqqında söhbət gedən Samirin kim olduğunu dəqiqləşdirə bilmədim. Bircə onu eşitdim ki, Samir kimdirsə, Xətai rayon İcra Hakimiyyətində bütün avtomobilləri sürmək səlahiyyətinə malikdir və hətta bir dəfə öz sürücüsünü avtomobillə qovarkən sürücüsü maşını Samirə məxsus digər avtomobilə çırparaq əzib. Və belə hadisələrə görə Samir Xətai Rayon İcra Hakimiyyətində çox tanınır.

Bu otaq bank deyil, alınan pullara görə qəbz verilmir

Yeri gəlmişkən, ölkəmizdə Samir kimi hər gün radara düşən yüzlərlə sürücü var. Onları MMX radar çəkirsə, dərhal sistemə vurulur və sürücüyə elektron protokol göndərilir. Qanunvericiliyə görə, sürücü həmin protokoldan narazı deyilsə, bu sənəd əsasında istənilən banka gedib cəriməni ödəyə bilər. Amma Baş Dövlət Yol Polisi İdarəsinin 403-cü otağındakı şıdırğı alver başadüşülən deyil. Məsələn, o otağa girib-çıxan hər kəs pul verdiyini deyir. Maraqlıdır, axı bu otaq bank deyil və alınan pullara görə də heç kimə qəbz verilmir. Özü də, ən az pul verən 500 manatdan dəm vurur.

Nə qanun düz işləyir, nə də DYP-nin sistemi

Digər bir mühim məsələ ondan ibarətdir ki, radara düşən sürücüyə elektron protokol tərtib olunub ünvanına göndərilir. Amma son vaxtlar bu cür protokollarla banka gedib ödəniş etmək istəyənlər problemlə üzləşirlər. Çünki cərimə sistemə vurulmayıb. Və sürücülər də məcbur olub cəriməni ödəmək üçün Baş Dövlət Yol Polisi İdarəsinə üz tuturlar. Burada isə В«xəzinəВ» rolunu oynayan 403-cü otaqda pul verib gedirlər. Və bununla da məsələ həll olunur.

Həll olunmayan məsələ isə odur ki, bəzi sürücülər ünvana gələn MMX radar protokolu ilə banka ödəniş etmək üçün aylarla gözləyir, həftədə bir dəfə banka gedir, amma məlum olur ki, cərimə sistemə vurulmayıb. Sürücü isə qanuna əsaslanıb, ödənişi banka etməyi düşünür. Və bir neçə aydan sonra məlum olur ki, DYP cəriməni sistemə vurmaya-vurmaya vətəndaşa faiz də hesablayıb.

DYP-nin internet sistemində ciddi problemlər var

Ümumiyyətlə, DYP sistemini deyə bəlmərik, amma deyəsən, DYP-nin elektron məlumat sistemində çox ciddi problemlər var. Əgər sürücü MMX radara düşübsə, evinə məktub göndərilibsə, məktubda protokol və qayda pozuntusunu əks etdirən görüntülər varsa, sürücü bununla razılaşırsa, nədən DYP-nin sistemindəki hansısa problemə görə polis şöbələrinin qarşısında növbə gözləməli, ayda 4 dəfə banka getməlidir? Vətəndaşların işini asanlaşdırmaq əvəzinə, niyə bu qədər qəlizləşdirirlər? Bəlkə bu işlərin də В«ASAN xidmətВ»ə verilməsinin vaxtı çatıb? Belə baxanda, işi asanlaşdırmağın yolu elə budur, çünki DYP-nin sistemindəki problemlər illərdir ki, davam edir və düzəlməyə doğru da nəsə müşahidə edilmir. Amma istək və arzu olsa, DYP sistemi çox gözəl işləyə bilər. Hələlik belə istək görünmür.

Yol polisi əməkdaşının sürücüdən cəriməni nağd şəkildə alması qadağandır

Məsələn, son dövrlər kütləvi şəkildə artan MMX radarlara Baş Dövlət Yol Polisi İdarəsindən başqa heç kim müdaxilə edə bilməz. Bakı şəhər Dövlət Yol Polisi İdarəsi, rayon dövlət yol polisi şöbələri MMX radarla bağlı işlərə baxıb həll edə bilməzlər, çünki onlar sistemdə sürücü barəsində məlumatları görə, MMX radarın mövcudluğu ilə tanış ola bilsələr də, onu silmək, dəyişmək və ya həmin məlumata hansısa müdaxilə etmək imkanlarına malik deyillər. Ölkənin istənilən yerində MMX radara düşən sürücülər bir qayda olaraq problemin həlli üçün Baş DYPİ-nin 403-cü otağına göndərilirlər.

Deməli, belə vəziyyəti 403-cü otaqla birlikdə təhlil etdikdə aydın olur ki, bunu edənlərin hədəfi pulların bir mərkəzə cəmlənməsi olub. Qanunda isə açıq şəkildə yazılıb ki, yol polisi əməkdaşının sürücüdən cəriməni nağd şəkildə alması qadağandır. Cərimə olunan sürücü cəriməni bankda və ya plastik kartla DYP-nin post-termniallarında, habelə, internet vasitəsilə və ya poçtla ödəyə bilər. Elədirsə, DYP-dən bu suallara cavab istəyirik:

-403-cü otaqda MMX radarı olan sürücülərdən pulu kim və niyə alır?

-Bunu hansı əsasla edirlər?

-Sürücü otağa girən kimi qapıları niyə kilidləyirlər?

-Qapını kilidləmək nəyə lazımdır?

-Axı kənardan baxan elə bilər ki, kimisə qarət edirlər…
rublika.az










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Azərbaycanda Bilik Günüdür
Bu gün, 00:46
Bakının işğaldan azad edilməsindən 107 il ötür - UNUTMARIQ...
Bu gün, 00:43
Yenə yağış, yenə Sabunçu... - VİDEO
Dünən, 23:28
Bu gün Xankəndinin erməni əsilli sakininin silahlı təxribata hazırlıq görməsinin görüntüləri ortaya çıxıb - VİDEO
Dünən, 23:23
Yaxın Şərqdə YENİ SAVAŞ ANONSU - NƏ BAŞ VERİR?
Dünən, 18:09
Qazaxda abadlıq işləri aparılır
Dünən, 18:03
Ermənistan müdafiə naziri Çinə səfər edib
Dünən, 18:00
Alimenti boşanan tərəf yox, dövlət verəcək: NƏ DƏYİŞƏCƏK? - AKTUAL
Dünən, 17:48
Azərbaycan kərə yağını hansı ölkələrdən və neçəyə alır? - SİYAHI
Dünən, 17:46
Yumurtanın da qiyməti BAHALAŞDI - AÇIQLAMA
Dünən, 17:42
Xankəndində erməni əsilli sakin terrora cəhd edib, polisə qumbara atdı - TƏFƏRRÜAT
Dünən, 17:35
Masallıda mayası haramla yoğrulan TİKİNTİ PLANI - ARAŞDIRMA
Dünən, 14:03
“Çin köməyi kəssəydi, müharibə sabah bitərdi” – Trampın nümayəndəsi sensasion açıqlama verdi
Dünən, 13:56
Keçmiş baş həkimlə müğənni arasında qalmaqal - həbsdə olan müğənninin cəza müddəti artırıldı
Dünən, 13:54
İrəvan bu görüntülərlə çalxalanır: Paşinyandan Bakı ilə bağlı həmlə - FOTO
Dünən, 13:48
Saziş imzalanması Azərbaycanla sülhün institusionallaşdırılması yolunda ciddi addım olacaq - Ermənistan XİN
Dünən, 11:27
Problemli kreditlərin həcmini necə azaltmaq olar? - BELƏ DAVAM EDƏRSƏ...
Dünən, 11:15
"Nar" Bakı Ali Neft Məktəbinin 4 tələbəsini mükafatlandırdı - FOTO
Dünən, 11:02
Neft bazarında çalxalanma: Azərbaycanı nə gözləyir? - İNCƏLƏMƏ
Dünən, 10:56
İrəvandan daha bir sülh açıqlaması - “İmzalanma tarixi…”
Dünən, 10:55
DİQQƏT: Burda satışda zay ərzaq var... - BU NƏDİ BELƏ?
Dünən, 10:47
"Qarşıdan parlament seçkiləri gəlir..." - partiya sədri
Dünən, 10:43
Dolanışıq ucbatından balıq ovlayan kənd sakinləri cəzalandırıldı - "Ailədə başqa gəlir gətirən yoxdur"
Dünən, 10:36
Nazir təzə mövzu açıb... - AKTUAL
Dünən, 10:30
Saxta həkimliyi bir yana: HƏLƏ ONA-BUNA SERTİFİKAT DA VERİR - DƏLİXANADIR, VALLAH...
Dünən, 10:27
Rusiya azərbaycanlının evini bombaladı: İTKİMİZ VAR - FOTO
Dünən, 10:11
20 manatdan başlayacaq, yoxsa 50 manatdan başlayacaq? - Bu, hələ konkret qərar deyil...
Dünən, 10:05
Ceyhun Əsgərovun xoşagəlməz görüntülərinin yayılmasına ETİRAZ
Dünən, 10:01
Ermənistan Azərbaycanla bərabər Azərbaycanın dostları ilə də barışır... - GƏLİŞMƏ
Dünən, 09:59
Sülh prosesini pozmaq cəhdləri... - “Moskva ona görə əsəbidir ki...”
Dünən, 09:57
Ermənistan Zəngəzur dəhlizi açılmadan belə 55 milyon xeyir götürür - KİV
Dünən, 09:53
"Kişi ailəni saxlaya bilmir, qadın da həyat yoldaşı ilə yaşamaq istəmir"
Dünən, 09:50
Rusiya Türkiyədən "S-400"ləri geri alır - SENSASİON İDDİA
Dünən, 09:48
GDU-dan tədris dövründə təmirə hazırlaşır... - Universitet bütün yayı niyə “yatıb?”
13-09-2025, 23:45
Rusiya niyə Polşadan sonra bu gün Rumıniyaya hücum etdi? - AKTUAL
13-09-2025, 23:44
“AFFA milli komandaya Fatih Terimi düşünür”
13-09-2025, 15:46
Cəbrayılov gedir... YERİNƏ İSƏ... - İŞ BİTİB!
13-09-2025, 15:43
“Pulu vermək üçün “Lexus”u 50 minə satdım” - Çıxarış almaq istəyən iş adamı aldadılıb
13-09-2025, 15:34
Hakan Fidan sabah Dohaya gedəcək
13-09-2025, 15:28
Sentyabrın 15-də 2,2 milyon şəxs tədris ilinə başlayacaq
13-09-2025, 15:24
“Müsabiqədə iştirak üçün ödəniş etmək ən böyük haqsızlıqdır” - NARAZILIQ VAR...
13-09-2025, 13:04
Xalq artisti Hacı Murad Yagizarov vəfat edib
13-09-2025, 13:00
"Vüsal 300" kimi tanınan iş adamı qanunsuz lizinq fəaliyyəti ilə məşğul olmaqda ittiham olunur - TƏFƏRRÜAT
13-09-2025, 12:28
Gəlinsiz, musiqisiz və içkisiz toy - Musiqini haram buyuran zehniyyəti din adlandırmaq olarmı?
13-09-2025, 12:26
15 yaşlı qızı 35 yaşlı kişiyə ərə verirdilər - Polis qarşısını aldı
13-09-2025, 12:24
“Sonsuz qardaşlıq - IV” çoxmillətli birgə xüsusi təyinatlı qüvvələr təlimi davam edir
13-09-2025, 12:19
Simonyanın Bakı nefti arzusu - reaksiyalar
13-09-2025, 12:18
Dələduzluqda təqsirləndirilən tikinti şirkətinin rəhbəri axtarışa verilib - TƏFƏRRÜAT
13-09-2025, 12:13
Xalq artistinin evində ŞADYANALIQ: - “Çox həyəcanlıyam”
13-09-2025, 12:11
Mərkəzi Nəbatat Bağında təlim keçirildi - FOTO
13-09-2025, 12:06
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru