Təcili olmayan TİBBİ YARDIM... .....                     Trampın qəbulunda atəş açan şəxs saxlanıldı .....                     Donald Tramp tədbir zamanı atışmanın baş verdiyi yerdədir .....                     "Dəfələrlə əlaqə saxlasam da..." .....                     " Allaha min şükür ki, Azərbaycan “pro-Rusiya” olmadı..." .....                     TÜRKÜN TANRISI TƏBİƏTDƏDİR! .....                     Bu gün Əflatun Amaşov üçün ÖZƏL GÜNDÜR .....                     Din Dövlətdən ayrıdır, bəs din futboldan ayrıdırmı? .....                     Tramp və Vens Vaşinqtonda qəbul zamanı baş verən ATIŞMADA xəsarət almayıb .....                     Kürdəmir Psixiatriya Xəstəxanası deyil, sanki qul düşərgəsidir" .....                     ABŞ Prezidenti Ağ Evdə Müxbirlər Assosiasiyası üzvlərinin qəbulu zamanı təxliyə edilib .....                     İcra başçısına etiraz edən vətəndaş avtomobilinə od vurdu .....                     Şahin Mehdiyev Qarabağda işçiləri işlədib, pulunu vermir… .....                     Binəqədidə tikinti xaosuna KİM RƏVAC VERİR... .....                     Güllü İbadovaya necə vəzifə həvalə olunur? .....                     İran təzyiq altında danışıqlarda iştirak etməyəcək .....                     AHİK-də nə dəyişib: sədr, yoxsa idarəetmə? .....                     Təhsil geriləyib, yoxsa DİM sərt siyasətə keçib? .....                     Bakı şəhəri üzrə Təhsil İdarəsinin “boz kardinal”ı: .....                     Goranboyda icra başçısı Məhərrəm Quliyev qaziləri dinləmir... .....                     “Yaxşı ki, mədəniyyət evində kazino açmayıblar” .....                     Bakının kriminal məktəbləri: Hansı qadağalara ehtiyac var? .....                     Adil Əliyevin bu özbaşınalıqdan xəbəri yoxdursa.... .....                     Dialoq məkanı kimi Azərbaycanın təklif olunması təsadüfi deyil .....                     SEPAH-dan kritik açıqlama .....                     Zaur Kamal efirə qayıdır? .....                     ABŞ-ın İranı blokadaya almasından bəri 37 gəmi başqa istiqamətə yönləndirilib .....                     Yanacaq bahalaşır, ABŞ aviaşirkətləri yüz milyonlarla zərər edir və uçuşları azaldır .....                     Söhrab İsmayılov həbs oluna bilər? .....                     Pezeşkian hərəkətə keçdi, İsraillə bağlı məlumat yayıldı: .....                     Bərdədə Zümürxan gölü zibilliyə çevrilib .....                     Keçmiş oliqarx-məmur... BU GÜN DƏ QAZANIR... .....                     Müxalifət üçün itirilmiş .....                     İran XİN rəhbəri Tehranın tələblərini Pakistana çatdırıb .....                     İran ordusu ABŞ-a xəbərdarlıq edib .....                     Doğdu günəş qırmızı... İməcliyə apardılar HAMIMIZI... .....                     "Özünə arxayın olmaq adamı qudurdur" .....                     Zelenskinin Azərbaycana səfəri Z-blogerləri qəzəbləndirdi .....                     Ukraynanın “marslı”sı rusları dəhşətə gətirdi .....                     “Georgian Airways” müflis ola bilər .....                 

Naxçıvan səhiyyəsinin AĞRISI... - GİLEY
Tarix: 18-05-2018, 09:24 | Çap et
Naxçıvan səhiyyəsinin AĞRISI...
Ötən saylarımızın birində qeyd etdiyimiz kimi, hazırda Naxçıvan Muxtar Respublikasında digər bir çox sahələr kimi səhiyyə sistemi də özünün acınacaqlı günlərini yaşayır. Məhz elə bu səbəbdəndir ki, Valid Kazımov kimi qeyri-peşəkar, təcrübəsiz, işinə laqeyd yanaşan cərrahlar hazırda Naxçıvan Muxtar Respublika Xəstəxanasında "at oynadır"lar. Nəzərinizə çatdıraq ki, əlimizdə adıçəkilən cərrahın məsuliyyətsizliyini, həkim peşəsinə qara ləkə gətirəcək əməllərə yol verdiyini, o cümlədən Hippokrat andına sadiq olmadığını sübuta yetirən kifayət qədər faktlar mövcuddur.

Belə ki, bu yaxınlarda Naxçıvan sakinlərindən biri qolundakı şüşə kəsiyi ilə bağlı Naxçıvan Muxtar Respublika Xəstəxanasına üz tutub. Orada isə cərrah Valid Kazımovun qəbulunda olub və sonda həmin vətəndaşın qolundakı vətərlər, sinirlər tikilmədən, eyni zamanda qolundakı şüşələr təmizlənilmədən, yalnız üzdən, həm də olduqca səliqəsiz şəkildə tikiş atmaqla evinə buraxıblar. Cərrahiyyə əməliyyatından bir neçə gün keçdikdən sonra xəstə barmaqlarının işləmədiyi, yavaş-yavaş qaralmağa başladığını müşahidə edib. Elə buna görə də vəziyyətin nə yerdə olduğunu öyrənmək məqsədiylə yenidən cərrah Valid Kazımovun qəbulunda olur. Adıçəkilən qeyri-peşəkar cərrah isə narahatlığa lüzum olmadığını deyərək, pasiyentini arxayınlaşdırıb evinə yola salıb. Lakin gün keçdikcə xəstənin vəziyyəti daha da ağırlaşır, qolu az qala tam yararsız vəziyyətə düşüb. Bu səbəbdən də xəstənin yaxınları onu müayinə olunmaq üçün paytaxta gətirirlər.

Bakıdakı xəstəxanaların birində müayinə zamanı bəlli olub ki, Naxçıvan Muxtar Respublika Xəstəxanasının cərrahı Valid Kazımov əməliyyat zamanı nə xəstənin qolundakı şüşələri təmizləyib, nə də vətərləri, sinirləri tikib. Yəni sadəcə yaranın ağzını sıxıb bağladıqdan sonra xəstəni evə yola salıb. Bir sözlə, Naxçıvan Muxtar Respublika Xəstəxanasında xəstədən külli miqdarda pul alınmasına rəğmən, onu taleyin ümidinə buraxıblar.

Qeyd edək ki, həmin vaxtdan etibarən, yəni əməllərinin üstü açıldıqdan sonra cərrah Valid Kazımov sanki qeybə çəkilib və xəstənin yaxınlarının qarşısına çıxmağa səcarət etməyib. Halbuki o, etdiyi qeyri-peşəkar cərrahiyyə əməliyyatı ilə bir insanı qolundan edə, onu ömürlük şikəst qoya bilərdi. Buna görə də sözügedən xəstə və onun yaxınları cərrah Valid Kazımov barəsində müvafiq ölçü götürülməsi məqsədiylə Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinə müraciət edib. Muxtar Respublikanın səhiyyə naziri Niyazi Novruzovun imzası ilə 4 may 2018-ci il tarixdə vətəndaşa ünvanlanmış cavab məktubunda isə deyilir ki, guya tikişdən əvvəl və sonra xəstənin barmaqları işlək vəziyyətdə olub: "Həkim Valid Kazımovun izahatına görə, tikişdən əvvəl və sonra xəstənin əlində barmaqlar işlək vəziyyətdə olub. Təkrar xəstəxanaya müraciət zamanı həkim Valid Kazımovun sizə qarşı etdiyi kobudluğa görə cəza tədbirinin görülməsi məqsədiylə xəstəxananın rəhbərliyinə tapşırıq verilmişdir".

Gördüyünüz kimi, Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi yol verilən həkim məsuliyyətsizliyinə məhz bu cür qeyri-ciddi reaksiya sərgiləyib. Belə ki, Muxtar Respublikanın səhiyyə naziri Niyazi Novruzov cərrah Valid Kazımovun qeyri-peşəkar cərrahiyyə əməliyyatından şikayətçi olan vətəndaşın dediklərini, təqdim olunan faktları bir kənara qoyaraq, nəyinsə naminə, kim bilir, bəlkə də kim(lər)insə göstərişinə əsasən adıçəkilən həkimi “aydan arı, sudan duru” kimi qələmə verməyə çalışıb. Halbuki ortada konkret həkim məsuliyyətsizliyi var və məhz cərrah Valid Kazımovun düzgün əməliyyat etməməsi nəticəsində Naxçıvan sakini qolundan ola bilərdi.

Bir qədər əvvəl də qeyd etdiyimiz kimi, əməliyyat zamanı xəstənin qolundakı vətərlərin, sinirlərin tikilmədən, şüşələr təmizlənilmədən, üzdən səliqəsiz şəkildə tikiş atıldığını sübuta yetirən video görüntü də mövcuddur. Və həmin görüntü "Hürriyyət" qəzetinin saytında da yerləşdirilib. Ancaq buna baxmayaraq, Naxçıvan Muxtar Respublikanın səhiyyə naziri həm nazirliyə təqdim olunan, həm də qəzetimiz vasitəsiylə ictimailəşdirilən faktlara əhəmiyyət vermədən cərrah Valid Kazımovun guya düzgün əməliyyat apardığını bildirib. Və onun yalnız vətəndaşa qarşı etdiyi kobudluğa görə cəzalandırılacağını vurğulayıb.

Fikir verin, cərrah Valid Kazımovun etdiyi kobudluğa görə cəzalandırılacağı qeyd olunsa da, həkim-cərrah kimi məsuliyyətsizliyinə, qeyri-peşəkarcasına etdiyi əməliyyata görə, ona "gözün üstə qaşın var" deyən yoxdur. Görəsən, bu, hansı məntiqə, hansı qanuna sığır?..

Mövzu ilə əlaqədar qarşı tərəfin də mövqeyini işıqlandırmağa hazırıq.
Hurriyyet.org

Naxçıvan səhiyyəsinin AĞRISI...










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Təcili olmayan TİBBİ YARDIM... - AXI NİYƏ?..
Bu gün, 06:22
Trampın qəbulunda atəş açan şəxs saxlanıldı - “Truth Social”
Bu gün, 06:09
Donald Tramp tədbir zamanı atışmanın baş verdiyi yerdədir - Ağ Ev
Bu gün, 06:07
"Dəfələrlə əlaqə saxlasam da..." - GİLEY
Bu gün, 06:00
" Allaha min şükür ki, Azərbaycan “pro-Rusiya” olmadı..." - partiya sədri
Bu gün, 05:51
TÜRKÜN TANRISI TƏBİƏTDƏDİR! - Murad Köhnəqala yazır...
Bu gün, 05:48
Bu gün Əflatun Amaşov üçün ÖZƏL GÜNDÜR - qəzetə çevrilən ADAM...
Bu gün, 05:39
Din Dövlətdən ayrıdır, bəs din futboldan ayrıdırmı? - Saqqalılar imperiyasının çöküşü…
Bu gün, 05:35
Tramp və Vens Vaşinqtonda qəbul zamanı baş verən ATIŞMADA xəsarət almayıb - YENİLƏNDİ
Bu gün, 05:29
Kürdəmir Psixiatriya Xəstəxanası deyil, sanki qul düşərgəsidir" – ŞOK İDDİALAR
Bu gün, 05:18
ABŞ Prezidenti Ağ Evdə Müxbirlər Assosiasiyası üzvlərinin qəbulu zamanı təxliyə edilib - VİDEO
Bu gün, 05:14
İcra başçısına etiraz edən vətəndaş avtomobilinə od vurdu - TƏFƏRRÜAT
Bu gün, 05:11
Şahin Mehdiyev Qarabağda işçiləri işlədib, pulunu vermir… - NARAZILIQ VAR...
Bu gün, 05:05
Binəqədidə tikinti xaosuna KİM RƏVAC VERİR... - FOTOLAR
Bu gün, 05:00
Güllü İbadovaya necə vəzifə həvalə olunur? - İLGİNC FAKTLAR
Bu gün, 04:55
İran təzyiq altında danışıqlarda iştirak etməyəcək - Pezeşkian
Bu gün, 04:49
AHİK-də nə dəyişib: sədr, yoxsa idarəetmə? - Çingiz Hacıyevin “Kurort”u və Buzovna filialı “ailə şirkəti”dirmi?
Bu gün, 04:43
Təhsil geriləyib, yoxsa DİM sərt siyasətə keçib? - Ekspert deyir ki...
Bu gün, 04:37
Bakı şəhəri üzrə Təhsil İdarəsinin “boz kardinal”ı: - Turanə Məcidlinin sürətli inkişafının sirri
Bu gün, 04:36
Goranboyda icra başçısı Məhərrəm Quliyev qaziləri dinləmir... - Arzu Məmmədovu buna görə himayə edir
Bu gün, 04:31
“Yaxşı ki, mədəniyyət evində kazino açmayıblar” - Akif İslamzadədən sərt TƏNQİD
Bu gün, 04:23
Bakının kriminal məktəbləri: Hansı qadağalara ehtiyac var? - AKTUAL
Bu gün, 04:20
Adil Əliyevin bu özbaşınalıqdan xəbəri yoxdursa.... - BU NƏDİ BELƏ?
Bu gün, 04:18
Dialoq məkanı kimi Azərbaycanın təklif olunması təsadüfi deyil - ŞƏRH
Bu gün, 04:09
SEPAH-dan kritik açıqlama - “Hərbi hücum üçün zəmin hazırlayanlar məhv edildi”
Bu gün, 04:03
Zaur Kamal efirə qayıdır? – ARB açıqlama yaydı
Bu gün, 03:59
ABŞ-ın İranı blokadaya almasından bəri 37 gəmi başqa istiqamətə yönləndirilib - KİV
Bu gün, 03:51
Yanacaq bahalaşır, ABŞ aviaşirkətləri yüz milyonlarla zərər edir və uçuşları azaldır - "Business Insider"
Dünən, 16:46
Söhrab İsmayılov həbs oluna bilər? - İDDİA
Dünən, 16:44
Pezeşkian hərəkətə keçdi, İsraillə bağlı məlumat yayıldı: - “Xilasetmə” əməliyyatı başladılır
Dünən, 16:30
Bərdədə Zümürxan gölü zibilliyə çevrilib - FOTO
Dünən, 16:18
Keçmiş oliqarx-məmur... BU GÜN DƏ QAZANIR... - İLGİNC FAKT
Dünən, 16:05
Müxalifət üçün itirilmiş ŞANS
Dünən, 15:48
İran XİN rəhbəri Tehranın tələblərini Pakistana çatdırıb
Dünən, 15:42
İran ordusu ABŞ-a xəbərdarlıq edib - “Fars”
Dünən, 15:39
Doğdu günəş qırmızı... İməcliyə apardılar HAMIMIZI... - Nəqşi-cahanın... Talıbovdan qalma NAXŞI...
Dünən, 15:33
"Özünə arxayın olmaq adamı qudurdur"
Dünən, 15:20
Zelenskinin Azərbaycana səfəri Z-blogerləri qəzəbləndirdi – “ikili standartlar” yenidən gündəmdə
Dünən, 15:05
Ukraynanın “marslı”sı rusları dəhşətə gətirdi – 35 min əsgər necə öldürülüb?
Dünən, 13:19
“Georgian Airways” müflis ola bilər
Dünən, 13:11
Bakıda yeni oğru PEYDA OLUB: "parik"dən istifadə edir - VİDEO
Dünən, 13:09
Zelenskinin Bakı səfəri: Gözləntilər nədir? - AKTUAL
Dünən, 12:49
İranda “işləməyən” Venesuela modeli: fanatiklərin müqaviməti hələ güclüdür - İNCƏLƏMƏ
Dünən, 12:43
Oğluma məcburən saxta toy etdirdim, pul yığdım...” – Meyxanaçı Samirədən ŞOK AÇIQLAMALAR
Dünən, 12:22
Deputata məxsus olduğu deyilən şirkətə 498 min manatlıq sifariş - TƏFƏRRÜAT
Dünən, 12:19
Qaynarinfo.az 19 yaşında! - UĞUR YOLU...
Dünən, 12:09
Zaqatalada qəzalı vəziyyətdə olan BİNA: Yağış suları evlərə dolur - FOTO
Dünən, 12:05
AZƏRBAYCANDA MOBİL İNTERNET NİYƏ BAHALAŞIB? - "İstehlakçılara qarşı bu cür davranış yolverilməzdir..."
Dünən, 11:59
Bakıda yeni proses başlayır: yüzlərlə ailə köçürüləcək - Detallar
Dünən, 11:46
Ukrayna Prezidenti Volodimir Zelenski Azərbaycanda işgüzar səfərdədir - FOTO
Dünən, 11:41
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru