ABŞ-ın İranı blokadaya almasından bəri 37 gəmi başqa istiqamətə yönləndirilib .....                     Yanacaq bahalaşır, ABŞ aviaşirkətləri yüz milyonlarla zərər edir və uçuşları azaldır .....                     Söhrab İsmayılov həbs oluna bilər? .....                     Pezeşkian hərəkətə keçdi, İsraillə bağlı məlumat yayıldı: .....                     Bərdədə Zümürxan gölü zibilliyə çevrilib .....                     Keçmiş oliqarx-məmur... BU GÜN DƏ QAZANIR... .....                     Müxalifət üçün itirilmiş .....                     İran XİN rəhbəri Tehranın tələblərini Pakistana çatdırıb .....                     İran ordusu ABŞ-a xəbərdarlıq edib .....                     Doğdu günəş qırmızı... İməcliyə apardılar HAMIMIZI... .....                     "Özünə arxayın olmaq adamı qudurdur" .....                     Zelenskinin Azərbaycana səfəri Z-blogerləri qəzəbləndirdi .....                     Ukraynanın “marslı”sı rusları dəhşətə gətirdi .....                     “Georgian Airways” müflis ola bilər .....                     Bakıda yeni oğru PEYDA OLUB: "parik"dən istifadə edir .....                     Zelenskinin Bakı səfəri: Gözləntilər nədir? .....                     İranda “işləməyən” Venesuela modeli: fanatiklərin müqaviməti hələ güclüdür .....                     Oğluma məcburən saxta toy etdirdim, pul yığdım...” .....                     Deputata məxsus olduğu deyilən şirkətə 498 min manatlıq sifariş .....                     Qaynarinfo.az 19 yaşında! .....                     Zaqatalada qəzalı vəziyyətdə olan BİNA: Yağış suları evlərə dolur .....                     AZƏRBAYCANDA MOBİL İNTERNET NİYƏ BAHALAŞIB? .....                     Bakıda yeni proses başlayır: yüzlərlə ailə köçürüləcək .....                     Ukrayna Prezidenti Volodimir Zelenski Azərbaycanda işgüzar səfərdədir .....                     Yekaterinburqa dron hücumu .....                     Yeni tikililən binalarda mənzil qiymətlərinin sürətli dəyişməsinin səbəbləri .....                     İranın gizli təşkilatının rəisi İsrailə casusluğa görə edam edilib .....                     "İki aydan sonra onlar baş nazir olacaqlar” .....                     Qondarma erməni soyqırımı muzeyində qalmaqal .....                     Trampın İran strategiyası niyə iflasa uğraya bilər?.. .....                     Azərbaycan neftinin qiyməti 114 dollara yüksəlib .....                     Turizm Agentlini eyni şirkətə bir gündə iki tender verib .....                     ABŞ-nin yeni prezidenti Rubio ola bilər .....                     Gəncədə terror qurbanlarının evləri... NECƏ QANUNDAN KƏNAR OLDU... .....                     Ermənistanda Türkiyəyə “müharibə” elan edən kimlərdir? .....                     Abbas Əraqçi Pakistan ordusunun komandanı ilə görüşdü .....                     Sosial media qazancının .....                     İrana nüvə bombası atılacaq .....                     Azərbaycanda ət tapılmayacaq? .....                     “AzəriQaz” işçilərinin tək dərdi MAAŞ DEYİL Kİ... .....                 

Sahibkarların “dərisini soyan” icra başçıları - “İşlədikləri rayonu dədə-baba mülkü sayırlar”
Tarix: 5-07-2018, 12:15 | Çap et
Sahibkarların “dərisini soyan” icra başçıları
Bəzi şəhər və rayonlarda sahibkarların yerli İcra hakimiyyətləri başçıları tərəfindən incidildiyinə dair siqnallar gəlməkdədir. Və bu, heç kimə sirr deyil ki, təzə xəbər də sayılmır. Şübhəsiz ki, illərdir icra başçılarının təhdidlərinə dözən, onların qeyri-rəsmi göstərişləri əsasında qanunsuz ödənişlər edən sahibkarlar arasında bıçağın sümüyə dirəndiyi görəndə bu sahədən gedənlər az olmayıb. Özlərini az qala “əyalət padşahı” kimi aparan, sahibkarlar və iş adamları ilə istədikləri kimi davranan bəzi icra başçıları isə “burda mənəm, Bağdadda kor xəlifə” iddiasından əl çəkənə oxşamırlar... Ta ki, söz-söhbət ölkə rəhbərliyi səviyyəsinədək gedib çatana kimi...

Sahibkarlar yerlərdə haqsızlıqla üzləşir, icra başçılarına qeyri-qanuni "haqq" ödəməyə məcbur edilirlər.Yerlərdəki rüşvət, məmur özbaşınalığı, insanlar arasında ayrı-seçkilik mühiti sadə vətəndaşların vəziyyətini çətinləşdirdiyi kimi, sahibkarları da çıxılmaz durumlara salır.

Araşdırmalar da göstərir ki, bir sıra regionlarda kiçik və orta sahibkarlar rayon İcra hakimiyyətlərinin nümayəndələri tərəfindən sıxışdırılır, eyni zamanda insanlara hədələyici münasibət göstərilir. Yerlərdə büdcə vəsaitlərinin mənimsəmələri həyata keçirilir ki, bunun da başında icra başçıları və onların komandaları durur. Məsələn, bir rayon və ya şəhərdəki hansısa parkda, küçədə təmir-abadlıq işlərinə gərək olanda, icra başçıları bunu yerli sahibkarların boynuna qoyur, onları öz büdcələrindən vəsair xərcləməyə məcbur edir. Əvəzində sənədlərdə həmin işlərə guya dövlət büdcəsindən İcra hakimiyyətinə ayrılmış vəsaitin xərcləndiyi öz əksini tapır.

Ölkə başçısı İlham Əliyev də dəfələrlə keçirdiyi müşavirələrdə icra başçılarına özlərini yığışdırmaları barədə xəbərdarlıq edərək, "məmurlar yaddan çıxarmamalıdırlar ki, onlar xalq üçün işləyirlər, onlar xalqın xidmətçiləridir”,- deyə bildirib.

Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Fəzail Ağamalı bu məsələni Modern.az-a şərh edərkən bir çox icra başçıları ilə vətəndaşlar arasında müxtəlif problemlərin olduğunu vurğulayıb:

“Bunu bütün icra başçılarına şamil etməzdim. Elə icra başçıları var ki onlar həqiqətən də xalqın içindədir. Problemləri həll etmək üçün bütün potensialını, imkanlarını sərf edirlər. Salyanın icra başçısı Sevindik Hətəmov vaxtilə həmkarlımız olub. O, Salyanda tamam başqa ab-hava yaradıb. Əsl xalqa xidmət nümunəsi ortaya qoyub. Təəssüf edirəm ki, bu cür icra başçılarımızın sayı azdır. Bəziləri ölkə prezidentinin sərəncamını aldıqdan sonra sanki təyin olunduqları rayona, şəhərə dədə-babalarından qalma mülk kimi baxırlar. Belə hallar təəssüf doğurur və narazılığa gətirib çıxarır”.

Deputat bildirib ki, xalqa qarşı laqeyd olan icra başçıları sahibkarlara da, iş adamlarına da eyni halı yaşadırlar:

“İş adamlarına donor, maliyyə, əlavə gəlir mənbəyi kimi yanaşırlar. Bu doğru deyil. Belə hallara son qoyulmalıdır. Onlar ittiham olunmaqla bərabər, ciddi şəkildə tənqid edilməli, qınaq obyektinə çevrilməlidir. Ölkə prezidenti cənab İlham Əliyev dəfələrlə müxtəlif çıxışlarında deyib ki, “xalqın ən böyük xidmətçisi mənəm. Mən sizi təyin edirəm ki, xalqa xidmət edəsiniz”.
Ancaq bəzi adamlarda abır-həya yoxdur. Bunu necə eləyəsən? Kim ki daha çox pul qazanmaq istəyir, məmur işləməsin. Həmin adam gedib sahibkarlıqla məşğul olsun. Getsin həmin sahədə pul qazansın. Ancaq dövlət məmuru səlahiyyətindən istifadə edib insanları incitməklə və ən müxtəlif yollarla özünə var-dövlət yaratmalı deyil”.

F.Ağamalı qeyd edib ki, yenidən Azərbaycan prezidenti seçilən İlham Əliyev yeni bir xətt götürüb.

“Bu və buna bənzər hadisələrə özünün birmənalı və barışmaz mövqeyini ortaya qoyub. Bir tərəfdən islahatların aparılması ilə ölkədə sahibkarlığın inkişafına mane olan əngəllər aradan qaldırılır. Baxın, ölkə başçısı bununla əlaqədar sərəncamlar imzalayır, sahibkarlığın inkişafına xidmət edən qanunvericilikdə dəyişikliklərin aparılması ilə bağlı Milli Məclis qarşısında təşəbbüslərlə çıxış edir. Başqa bir tərəfdən isə yeni düşüncəli insanları yüksək vəzifələrə təyin edir. Son təyinatlar dediklərimə misaldır. Xüsusi olaraq, Vergilər Nazirliyində, Gömrük Komitəsində təyinatlar və bu sahələrdə ciddi dəyişikliklər, islahatlar dediklərimə misaldır”.

Deputat əminliklə deyib ki, icra strukturlarında da islahatlar aparılacaq.
“Artıq bu islahtların ilkin əlamətləri özünü ifadə etməkdədir. Düşünürəm ki, icra başçıları siyasi yükü öz üzərilərində daşımalıdır. Əslində bu çox şərəfli vəzifədir. “Sahibkarın qazandığı pulun müəyyən və çox hissəsini müxtəlif yollarla almalıyam, götürməliyəm” psixologiyası və həyat tərzi ilə yaşayanlar nə xalqa, nə prezidentə, nə də dövlətə xidmət edir. Bu cür insanlar xalqın dövlətə qarşı etimadını zəiflədirlər. Bu da yolverilməzdir. Bu gün biz çox gözəl bir nümunəni yaşayırıq ki, xalqla-prezident arasında etimad, güvən mühiti var. Məmurların hər hansı bir addımı da buna xidmət etməlidir”.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
ABŞ-ın İranı blokadaya almasından bəri 37 gəmi başqa istiqamətə yönləndirilib - KİV
Bu gün, 03:51
Yanacaq bahalaşır, ABŞ aviaşirkətləri yüz milyonlarla zərər edir və uçuşları azaldır - "Business Insider"
Dünən, 16:46
Söhrab İsmayılov həbs oluna bilər? - İDDİA
Dünən, 16:44
Pezeşkian hərəkətə keçdi, İsraillə bağlı məlumat yayıldı: - “Xilasetmə” əməliyyatı başladılır
Dünən, 16:30
Bərdədə Zümürxan gölü zibilliyə çevrilib - FOTO
Dünən, 16:18
Keçmiş oliqarx-məmur... BU GÜN DƏ QAZANIR... - İLGİNC FAKT
Dünən, 16:05
Müxalifət üçün itirilmiş ŞANS
Dünən, 15:48
İran XİN rəhbəri Tehranın tələblərini Pakistana çatdırıb
Dünən, 15:42
İran ordusu ABŞ-a xəbərdarlıq edib - “Fars”
Dünən, 15:39
Doğdu günəş qırmızı... İməcliyə apardılar HAMIMIZI... - Nəqşi-cahanın... Talıbovdan qalma NAXŞI...
Dünən, 15:33
"Özünə arxayın olmaq adamı qudurdur"
Dünən, 15:20
Zelenskinin Azərbaycana səfəri Z-blogerləri qəzəbləndirdi – “ikili standartlar” yenidən gündəmdə
Dünən, 15:05
Ukraynanın “marslı”sı rusları dəhşətə gətirdi – 35 min əsgər necə öldürülüb?
Dünən, 13:19
“Georgian Airways” müflis ola bilər
Dünən, 13:11
Bakıda yeni oğru PEYDA OLUB: "parik"dən istifadə edir - VİDEO
Dünən, 13:09
Zelenskinin Bakı səfəri: Gözləntilər nədir? - AKTUAL
Dünən, 12:49
İranda “işləməyən” Venesuela modeli: fanatiklərin müqaviməti hələ güclüdür - İNCƏLƏMƏ
Dünən, 12:43
Oğluma məcburən saxta toy etdirdim, pul yığdım...” – Meyxanaçı Samirədən ŞOK AÇIQLAMALAR
Dünən, 12:22
Deputata məxsus olduğu deyilən şirkətə 498 min manatlıq sifariş - TƏFƏRRÜAT
Dünən, 12:19
Qaynarinfo.az 19 yaşında! - UĞUR YOLU...
Dünən, 12:09
Zaqatalada qəzalı vəziyyətdə olan BİNA: Yağış suları evlərə dolur - FOTO
Dünən, 12:05
AZƏRBAYCANDA MOBİL İNTERNET NİYƏ BAHALAŞIB? - "İstehlakçılara qarşı bu cür davranış yolverilməzdir..."
Dünən, 11:59
Bakıda yeni proses başlayır: yüzlərlə ailə köçürüləcək - Detallar
Dünən, 11:46
Ukrayna Prezidenti Volodimir Zelenski Azərbaycanda işgüzar səfərdədir - FOTO
Dünən, 11:41
Yekaterinburqa dron hücumu − Xəsarət alan var
Dünən, 11:40
Yeni tikililən binalarda mənzil qiymətlərinin sürətli dəyişməsinin səbəbləri - ARAŞDIRMA
Dünən, 11:37
İranın gizli təşkilatının rəisi İsrailə casusluğa görə edam edilib -“tabnak”
Dünən, 11:36
"İki aydan sonra onlar baş nazir olacaqlar” – Paşinyandan səs-küylü AÇIQLAMA
Dünən, 11:26
Qondarma erməni soyqırımı muzeyində qalmaqal - "Hraparak"
Dünən, 11:21
Trampın İran strategiyası niyə iflasa uğraya bilər?.. - YƏHUDİ EKSPERT
Dünən, 11:17
Azərbaycan neftinin qiyməti 114 dollara yüksəlib
Dünən, 11:15
Turizm Agentlini eyni şirkətə bir gündə iki tender verib - DETALLAR
Dünən, 11:06
ABŞ-nin yeni prezidenti Rubio ola bilər - Politico nəşri
Dünən, 11:03
Gəncədə terror qurbanlarının evləri... NECƏ QANUNDAN KƏNAR OLDU... - BU NƏDİ BELƏ?..
Dünən, 10:56
Ermənistanda Türkiyəyə “müharibə” elan edən kimlərdir? – gizli planın şok detalları
Dünən, 10:44
Abbas Əraqçi Pakistan ordusunun komandanı ilə görüşdü
Dünən, 10:42
Sosial media qazancının görünməyən ÜZÜ…
Dünən, 10:40
İrana nüvə bombası atılacaq - Dövlət Departamentinin keçmiş rəsmisindən şok iddia
Dünən, 10:26
Azərbaycanda ət tapılmayacaq? - qiymətlət niyə bahalaşır
Dünən, 10:25
“AzəriQaz” işçilərinin tək dərdi MAAŞ DEYİL Kİ... - NARAZILIQ VAR...
Dünən, 10:20
“Azercell”in 13-cü ay OYUNBAZLIĞI... - GİLEY
Dünən, 10:04
Banka borcu olanlara BƏD xəbər - Bundan sonra...
Dünən, 09:28
"Dəyişən bir şey olmayacaq, amma..." - REAKSİYA
Dünən, 08:33
TƏBİB pasiyentə xəstə kimi yox... BANKOMAT KİMİ baxır... - BUNA GÖRƏ DƏ...
Dünən, 08:28
Qadınlar niyə imkanlı kişinin məşuqəsi, sevgilisi olmaq istəyir... - Nura Suri deyir ki...
Dünən, 08:16
Aİ-də Kiyevə yardım qərarı parçalanmaya səbəb olub - “Politico”
Dünən, 08:10
Eldar Mahmudovun sabiq kadrı ətrafında çənbər daralır... - Mürsəl İbrahimov NƏ EDƏCƏK...
Dünən, 07:51
Xəzər sammiti Putinlə Xamenei görüşü üçün ləğv edilməyib - İran səfiri
Dünən, 07:38
Məktəb direktoru pedaqoji şuranın iclasında səsləndirdiyi ifadələrə görə məhkəməyə verildi - TƏFƏRRÜAT
Dünən, 07:36
ABŞ-nin İrana qarşı hərbi əməliyyat xərcləri 61 milyard dolları keçib - "Iran War Cost Tracker" portalı
Dünən, 07:31
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru