Hacı Qalibi istintaqa cəlb ediblər; - sabiq deputatı yeni skandalın mərkəzində
Tarix: 12-10-2018, 11:20 | Çap et
 Sabiq deputat Hacı Qalib Salahzadənin barəsində Daxili İşlər Nazirliyi(DİN) İstintaq İdarəsinin Ağır Cinayətlərin İstintaqı İdarəsində araşdırma aparılır.
Hacı Qalib Salahzadə vətəndaş Seymur Quliyevin 3 və 2 mərtəbəli evlərini yerlə bir olunması, evlərin talan edilməsi, evlərdən əşyaların oğurlanması, həyətdəki ağacların, su quyusunun dağıdılması işi üzrə dindirilir. Bundan başqa sabiq deputat saxta sənədlə Bilgəh qəsəbəsində bağ torpaq sahəsi satmaqda iştirakçılıq işi üzrə də ifadə verib. Hazırda fakt üzrə Cinayət Məcəlləsinin 186-cı - əmlakı qəsdən məhv etmə və ya zədələmə və 188-ci - torpaq üzərində mülkiyyət, istifadə və ya icarə hüququnu pozma maddələri ilə cinayət işi davam etdirilir.
Şikayətçi Seymur Quliyev deyir ki, Baş Prokurorluqda əmlakının dağıdılması ilə bağlı cinayət işi başlanıb. İş materialları istintaq olunmaq üçün Daxili İşlər Nazirliyi İstintaq İdarəsinə göndərilib. Seymur Quliyevin sözlərinə görə Hacı Qalib Salahzadə iş üzrə bir neçə dəfə dindirilib və onunla üzləşdirilib. Seymur Quliyev istintaqa onun əmlakının məhz Hacı Qalib Salahzadə tərəfindən zəbt edilərək dağıdılmasını israrla bildirib, faktlar təqdim edib. 10-a yaxın şahid də Seymur Quliyevin dediklərinin təsdiq ediblər. Hacı Qalib Salahzadə isə deyib ki, həmin ərazi qardaşının istifadəsində olub. Seymur Quliyev Hacı Qalibin dediklərinin növbəti uydurma olduğunu deyir. Bildirir ki, Hacı Qalib Salahzadə onun əmlakını saxta sənədlərlə qardaşının həyat yoldaşı Rəhilə Kamal qızı Salahzadənin adına keçirib. Lakin bu günə qədər Rəhilə Salahzadə istintaqda dindirilməyib.
“Biz tələb edirik ki, Rəhilə Salahzadə istintaqa çağırılsın və dindirilsin. Bilinsin ki, həmin saxta sənədlə mənim torpağım onun adına necə rəsmiləşib?
Torpaq, üzərində 2 mülk, ağaclar, su quyusu, böyük hovuz necə boş bir ərazi kimi bu qadının adına keçirilib? Azərbaycan hüquqi dövlətdir və bu məsələlər araşdırılıb ortaya həqiqət çıxarılmalıdır. Qalib Salahzadə mənim torpağımla yanaşı qonşum Nurid Əliyevin torpağını da zəbt edib və onun da əmlakını darmadağın edib. Həmin əmlakı da saxta sənədlə özünün nənəsi Kübra Mirəbdül qızının adına rəsmiləşdirmişdi. Qalib Salahzadə ilə yanaşı həmin o 2 xanım qohumu da dindirilməlidir ki, həqiqət üzə çıxsın” – deyə Seymur Quliyev bildirir.
Bu qalmaqallı olay haqda “Yeni Müsavat”ın 12 mart 2018-ci il tarixli sayında http://musavat.com/news/seyxin-qudasi-vetendasin-3-mertebeli-evini-dagidib-fotolar_511533.html yazı dərc etmişdik. Seymur Quliyev bildirmişdi ki, özəl əmlakını Hacı Qalib Salahzadə hələ Milli Məclisin deputatı olduğu dövrdə zəbt edib.
Seymur Quliyev deyir ki, Hacı Qalib Salahzadə Milli Məclisin deputatı olduğu dövrdə vətəndaş olaraq onun mülkünü zəbt etməklə Azərbaycan Konstitusiyasını saymadığını ortaya qoyub.
“Bilgəhdə hamı bilir ki, ora bizim torpağımız, evimizdir. Əlimdə Azərbaycan dövlətinin verdiyi sənədlər – kupça var. Bizim həyətdə olan su quyusunun belə sənədləri var. O quyudan ətrafda yaşayanlar bizim icazəmizlə istifadə edirdilər. Qalib Salahzadə evlərimi dağıdıb, həyəti söküb, su quyusunu belə zir-zibillə doldurub. Bizim həyətimiz qayalıqda idi. Qalib Salahzadə qayaları belə darmadağın edib. Bunu Bilgəhdə hamı bilir. Qalib Salahzadə 7 ildir ki, mənim mülkümü zəbt etməklə darmadağın edib. Mən Azərbaycan dövlətini sabiq deputata qanunların gücünü göstərməyə, mənim vətəndaş olaraq pozulan mülkiyyət hüququmun bərpa edilməsinə çağırıram. Baş prokuror Zakir Qaralovdan, daxili işlər naziri Ramil Usubovdan xahiş edirəm bu işi öz nəzarətlərinə götürüb araşdırılmasını təmin etsinlər. 7 ildir ki, mən Konstitusiyamızda təsbit olunan mülkiyyət hüququmu bərpa edə bilmirəm. Hacı Qalib Salahzadə məni öz mülkümdən daşa basmaqla qovub. Əlimdıə bunu təsdiq edən video da var. 3 mərtəbəli evimi buldozerin qabağına verib dağıdıb. Hazırda mənim mülkümü dayanacaq kimi istifadə edir. Orada hovuz inşa etdirmişdim, dekorativ ağaclar əkdirmişdim, 2 ev inşa etdirmişdim.
Zor gücünə torpağım zəbt olunub, əmlakım darmadağın edilib. Mən Azərbaycan dövlətindən baş verən qanunsuzluğun qarşısının alınması üçün vətəndaş olaraq dəstək, kömək istəyirəm”.
Seymur Quliyev ölkə rəhbərliyinə də müraciət ünvanlayıb. Həmin müraciəti də redaksiyamıza təqdim edəcəyini bildirib.
Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq. “Yeni Müsavat”


|
|
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
|
|
| • Yanacaq bahalaşır, ABŞ aviaşirkətləri yüz milyonlarla zərər edir və uçuşları azaldır - "Business Insider"
Bu gün, 16:46 |
|
|
|
| • Söhrab İsmayılov həbs oluna bilər? - İDDİA
Bu gün, 16:44 |
|
|
|
| • Pezeşkian hərəkətə keçdi, İsraillə bağlı məlumat yayıldı: - “Xilasetmə” əməliyyatı başladılır
Bu gün, 16:30 |
|
|
|
| • Bərdədə Zümürxan gölü zibilliyə çevrilib - FOTO
Bu gün, 16:18 |
|
|
|
| • Keçmiş oliqarx-məmur... BU GÜN DƏ QAZANIR... - İLGİNC FAKT
Bu gün, 16:05 |
|
|
|
| • Müxalifət üçün itirilmiş ŞANS
Bu gün, 15:48 |
|
|
|
| • İran XİN rəhbəri Tehranın tələblərini Pakistana çatdırıb
Bu gün, 15:42 |
|
|
|
| • İran ordusu ABŞ-a xəbərdarlıq edib - “Fars”
Bu gün, 15:39 |
|
|
|
| • Doğdu günəş qırmızı... İməcliyə apardılar HAMIMIZI... - Nəqşi-cahanın... Talıbovdan qalma NAXŞI...
Bu gün, 15:33 |
|
|
|
| • "Özünə arxayın olmaq adamı qudurdur"
Bu gün, 15:20 |
|
|
|
| • Zelenskinin Azərbaycana səfəri Z-blogerləri qəzəbləndirdi – “ikili standartlar” yenidən gündəmdə
Bu gün, 15:05 |
|
|
|
| • Ukraynanın “marslı”sı rusları dəhşətə gətirdi – 35 min əsgər necə öldürülüb?
Bu gün, 13:19 |
|
|
|
| • “Georgian Airways” müflis ola bilər
Bu gün, 13:11 |
|
|
|
| • Bakıda yeni oğru PEYDA OLUB: "parik"dən istifadə edir - VİDEO
Bu gün, 13:09 |
|
|
|
| • Zelenskinin Bakı səfəri: Gözləntilər nədir? - AKTUAL
Bu gün, 12:49 |
|
|
|
| • İranda “işləməyən” Venesuela modeli: fanatiklərin müqaviməti hələ güclüdür - İNCƏLƏMƏ
Bu gün, 12:43 |
|
|
|
| • Oğluma məcburən saxta toy etdirdim, pul yığdım...” – Meyxanaçı Samirədən ŞOK AÇIQLAMALAR
Bu gün, 12:22 |
|
|
|
| • Deputata məxsus olduğu deyilən şirkətə 498 min manatlıq sifariş - TƏFƏRRÜAT
Bu gün, 12:19 |
|
|
|
| • Qaynarinfo.az 19 yaşında! - UĞUR YOLU...
Bu gün, 12:09 |
|
|
|
| • Zaqatalada qəzalı vəziyyətdə olan BİNA: Yağış suları evlərə dolur - FOTO
Bu gün, 12:05 |
|
|
|
| • AZƏRBAYCANDA MOBİL İNTERNET NİYƏ BAHALAŞIB? - "İstehlakçılara qarşı bu cür davranış yolverilməzdir..."
Bu gün, 11:59 |
|
|
|
| • Bakıda yeni proses başlayır: yüzlərlə ailə köçürüləcək - Detallar
Bu gün, 11:46 |
|
|
|
| • Ukrayna Prezidenti Volodimir Zelenski Azərbaycanda işgüzar səfərdədir - FOTO
Bu gün, 11:41 |
|
|
|
| • Yekaterinburqa dron hücumu − Xəsarət alan var
Bu gün, 11:40 |
|
|
|
| • Yeni tikililən binalarda mənzil qiymətlərinin sürətli dəyişməsinin səbəbləri - ARAŞDIRMA
Bu gün, 11:37 |
|
|
|
| • İranın gizli təşkilatının rəisi İsrailə casusluğa görə edam edilib -“tabnak”
Bu gün, 11:36 |
|
|
|
| • "İki aydan sonra onlar baş nazir olacaqlar” – Paşinyandan səs-küylü AÇIQLAMA
Bu gün, 11:26 |
|
|
|
| • Qondarma erməni soyqırımı muzeyində qalmaqal - "Hraparak"
Bu gün, 11:21 |
|
|
|
| • Trampın İran strategiyası niyə iflasa uğraya bilər?.. - YƏHUDİ EKSPERT
Bu gün, 11:17 |
|
|
|
| • Azərbaycan neftinin qiyməti 114 dollara yüksəlib
Bu gün, 11:15 |
|
|
|
| • Turizm Agentlini eyni şirkətə bir gündə iki tender verib - DETALLAR
Bu gün, 11:06 |
|
|
|
| • ABŞ-nin yeni prezidenti Rubio ola bilər - Politico nəşri
Bu gün, 11:03 |
|
|
|
| • Gəncədə terror qurbanlarının evləri... NECƏ QANUNDAN KƏNAR OLDU... - BU NƏDİ BELƏ?..
Bu gün, 10:56 |
|
|
|
| • Ermənistanda Türkiyəyə “müharibə” elan edən kimlərdir? – gizli planın şok detalları
Bu gün, 10:44 |
|
|
|
| • Abbas Əraqçi Pakistan ordusunun komandanı ilə görüşdü
Bu gün, 10:42 |
|
|
|
| • Sosial media qazancının görünməyən ÜZÜ…
Bu gün, 10:40 |
|
|
|
| • İrana nüvə bombası atılacaq - Dövlət Departamentinin keçmiş rəsmisindən şok iddia
Bu gün, 10:26 |
|
|
|
| • Azərbaycanda ət tapılmayacaq? - qiymətlət niyə bahalaşır
Bu gün, 10:25 |
|
|
|
| • “AzəriQaz” işçilərinin tək dərdi MAAŞ DEYİL Kİ... - NARAZILIQ VAR...
Bu gün, 10:20 |
|
|
|
| • “Azercell”in 13-cü ay OYUNBAZLIĞI... - GİLEY
Bu gün, 10:04 |
|
|
|
| • Banka borcu olanlara BƏD xəbər - Bundan sonra...
Bu gün, 09:28 |
|
|
|
| • "Dəyişən bir şey olmayacaq, amma..." - REAKSİYA
Bu gün, 08:33 |
|
|
|
| • TƏBİB pasiyentə xəstə kimi yox... BANKOMAT KİMİ baxır... - BUNA GÖRƏ DƏ...
Bu gün, 08:28 |
|
|
|
| • Qadınlar niyə imkanlı kişinin məşuqəsi, sevgilisi olmaq istəyir... - Nura Suri deyir ki...
Bu gün, 08:16 |
|
|
|
| • Aİ-də Kiyevə yardım qərarı parçalanmaya səbəb olub - “Politico”
Bu gün, 08:10 |
|
|
|
| • Eldar Mahmudovun sabiq kadrı ətrafında çənbər daralır... - Mürsəl İbrahimov NƏ EDƏCƏK...
Bu gün, 07:51 |
|
|
|
| • Xəzər sammiti Putinlə Xamenei görüşü üçün ləğv edilməyib - İran səfiri
Bu gün, 07:38 |
|
|
|
| • Məktəb direktoru pedaqoji şuranın iclasında səsləndirdiyi ifadələrə görə məhkəməyə verildi - TƏFƏRRÜAT
Bu gün, 07:36 |
|
|
|
| • ABŞ-nin İrana qarşı hərbi əməliyyat xərcləri 61 milyard dolları keçib - "Iran War Cost Tracker" portalı
Bu gün, 07:31 |
|
|
|
| • Əmrullayevin BATIRDIĞI TƏHSİL: Daha bir məktəbdə insident... - BELƏ HARA GEDİRİK?
Bu gün, 07:30 |
|
|
|
|