"Xaricdə təhsil" adıyla yüzlərlə adamın pulunu və sənədlərini götürüb ABŞ-a qaçdı - Azərbaycanlıdan şok addım
Tarix: 3-12-2018, 12:01 | Çap et
 Ehtiyatlı olun, araşdırın, informasiya azlığınıza görə başınız ağrımasın.
Bu sözləri sosial şəbəkədə Cahangir Qarayev yazıb. Onun qeyd etdiyinə görə İsgəndər Ağayev adlı şəxs yüzlərlə həmyerlimizin sənəd və pullarını götürərək ABŞ-a qaçıb.
diaaz.space milli.az-a istinadən statusu olduğu kimi təqdim edir:
"Bir fırıldaqçı haqqında onun yaxın və uzaq ətrafına, eləcə də tanımayanlara informasiya vermək istəyirəm.
(bizə yazın: [email protected] , instagram @leveland_isgender) Azərbaycan, Bakı şəhərində fəaliyyət göstərmiş keçmiş #LEVELAND - "təhsil mərkəzi"nin rəhbəri - İsgəndər Ağayev Xaliq oğlu (Aghayev Isgandar Khalig oghlu) (26.09.1988 təvəllüdlü, Hacıqabul, Talış kənd qeydiyyatlı) yüzlərlə Azərbaycan Vətəndaşından "Xaricdə təhsil" adı ilə yüksək məbləğdə pul və lazımlı sənədlərin əslini toplayıb ailəsiylə birgə - ABŞ-a qaçıb.
İnstagram və facebook - hesablarıma onlarla zərərçəkmiş şəxs yazıb - bildirib ki, İsgəndər Ağayev Xaliq oğlu - (dəqiq məlum olan son bir il ərzində) müxtəlif adlarla - xaricdə - magistr-bakalavr və ya sadəcə bir neçə aylıq dil kursu adı ilə vətəndaşlardan 1000-5000 dollar və daha çox məbləğdə pulları toplayıb, vacib sənədləri (xarici pasportlar, İELTS və ya digər sertifikatlar, attestatlar, diplomlar) götürüb (əvvəllər özü dediyi kimi) guya vətəndaşlarla imzaladığı (saxta) müqavilələrdə vəd verdiyi öhdəlikləri yerinə yetirmək üçün Amerikaya gedib. 2018-ci ilin iyul ayından etibarən Azərbaycanda yoxdur.
Harda olduğunu, nə işlə məşğul olduğunu soruşduqda, "gördüyü" işlərin gedişat və ya yekun nəticələri ilə bağlı elementar sübut istədikdə - heç bir sübut göstərə bilmir, sadəcə hamıya eyni cavabı verir: "Mənim işimə mane olmayın", "İşin gedişatı deyil-əsas nəticədir", "Hər şey qaydasındadır, narahat olmayın" , "Hər şey yaxşı olacaq", "Sizin qəbl cavabınız çıxıb", "Hər şey hazırdır", "işlər yekunlaşmaq üzrədir" və s.. standart - şablon cavablar.

Zərərçəkmişlər İsgəndərdən sənədlərini tələb etdikdə - hər dəfə bir cavab verib : "Sənədlər məndədir", "Sənədlər Bakıdadır" , konkret kimdə olduğunu dirənib-soruşanda, elə bir adam adı (dostu Murad İsmayılov) deyir ki, heç o adam özü də (guya dediyinə görə) sənədlərin harda olduğunu bilmir. Son nəticə olaraq İsgəndər və Murad qeyd edib ki , sənədlərin əsli İsgəndərin qardaşı Ağayev Fəqani Xaliq oğlundadır (29.09.1990, Hacıqabul, Talış kəndi).
İsgəndər bu günə qədər heç kəsə nə pul qaytarıb, nə sənədləri, nə də müqavilə üzrə götürdüyü heç bir öhdəliyi yerinə yetirməyib. Bu məsələylə bağlı 500-ə yaxın zərərçəkmiş şəxs hüquq mühafizə orqanlarına müraciət edib və araşdırmalar-dindirilmələr, şikayət-ərizə qəbulu davam etdirilir. 2017-ci il dekabr ayında İsgəndərin dələduzluq faktı üzrə cinayət işi olub və ölkədən çıxışına qadağa qoyulub, amma 2018-ci ilin aprel ayında qadağa götürülüb və o, xaricə səfərlər edib.
2018-ci ilin iyul ayından etibarən isə İsgəndər #leveland kursunun rəsmi instagram-facebook səhifələrini bağlayıb, heç bir mobil nömrəsinə zəng çatmır, kursun ofisi zərərçəkmişlərin şikayətindən sonra bağlanıb. Sadəcə, bir whatsapp nömrəsi var idi (+99455-2564620). Buna da gündə bir dəfə və ya 3-4 gündən bir daxil olub - öz aləmində hamını boş sözləriylə - "yatızdırıb" offline olurdu. 7 oktyabrdan etibarən, ümumiyyətlə, heç kimlə danışmır, whatsapp - a daxil olmur. İsgəndər hal-hazırda həyat yoldaşı ilə ABŞ-dadır, oturum izni almaq üçün ABŞ dövlətindən sığınacaq istəyib, işləyir, sənədlərini düzəltməyə çalışır.
Vicdanı olan, digər insanların da başına fırıldaqçılıqların gəlməməyini istəyən və artıq zərər çəkmiş insanların zərərinin ödənməsinə, sənədlərin qaytarılmasına nail olmaq üçün kömək etmək istəyənlər, bu yazını paylaşıb - İsgəndərin tapılmasına - yerinin aşkar olunmasına və hətta cəzalanmasına vasitəçi olsunlar. İsgəndəri dünyanın istənilən yerində görənlər olarsa - heç kim ona kömək etməsin".


|
|
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
|
|
| • Yanacaq bahalaşır, ABŞ aviaşirkətləri yüz milyonlarla zərər edir və uçuşları azaldır - "Business Insider"
Bu gün, 16:46 |
|
|
|
| • Söhrab İsmayılov həbs oluna bilər? - İDDİA
Bu gün, 16:44 |
|
|
|
| • Pezeşkian hərəkətə keçdi, İsraillə bağlı məlumat yayıldı: - “Xilasetmə” əməliyyatı başladılır
Bu gün, 16:30 |
|
|
|
| • Bərdədə Zümürxan gölü zibilliyə çevrilib - FOTO
Bu gün, 16:18 |
|
|
|
| • Keçmiş oliqarx-məmur... BU GÜN DƏ QAZANIR... - İLGİNC FAKT
Bu gün, 16:05 |
|
|
|
| • Müxalifət üçün itirilmiş ŞANS
Bu gün, 15:48 |
|
|
|
| • İran XİN rəhbəri Tehranın tələblərini Pakistana çatdırıb
Bu gün, 15:42 |
|
|
|
| • İran ordusu ABŞ-a xəbərdarlıq edib - “Fars”
Bu gün, 15:39 |
|
|
|
| • Doğdu günəş qırmızı... İməcliyə apardılar HAMIMIZI... - Nəqşi-cahanın... Talıbovdan qalma NAXŞI...
Bu gün, 15:33 |
|
|
|
| • "Özünə arxayın olmaq adamı qudurdur"
Bu gün, 15:20 |
|
|
|
| • Zelenskinin Azərbaycana səfəri Z-blogerləri qəzəbləndirdi – “ikili standartlar” yenidən gündəmdə
Bu gün, 15:05 |
|
|
|
| • Ukraynanın “marslı”sı rusları dəhşətə gətirdi – 35 min əsgər necə öldürülüb?
Bu gün, 13:19 |
|
|
|
| • “Georgian Airways” müflis ola bilər
Bu gün, 13:11 |
|
|
|
| • Bakıda yeni oğru PEYDA OLUB: "parik"dən istifadə edir - VİDEO
Bu gün, 13:09 |
|
|
|
| • Zelenskinin Bakı səfəri: Gözləntilər nədir? - AKTUAL
Bu gün, 12:49 |
|
|
|
| • İranda “işləməyən” Venesuela modeli: fanatiklərin müqaviməti hələ güclüdür - İNCƏLƏMƏ
Bu gün, 12:43 |
|
|
|
| • Oğluma məcburən saxta toy etdirdim, pul yığdım...” – Meyxanaçı Samirədən ŞOK AÇIQLAMALAR
Bu gün, 12:22 |
|
|
|
| • Deputata məxsus olduğu deyilən şirkətə 498 min manatlıq sifariş - TƏFƏRRÜAT
Bu gün, 12:19 |
|
|
|
| • Qaynarinfo.az 19 yaşında! - UĞUR YOLU...
Bu gün, 12:09 |
|
|
|
| • Zaqatalada qəzalı vəziyyətdə olan BİNA: Yağış suları evlərə dolur - FOTO
Bu gün, 12:05 |
|
|
|
| • AZƏRBAYCANDA MOBİL İNTERNET NİYƏ BAHALAŞIB? - "İstehlakçılara qarşı bu cür davranış yolverilməzdir..."
Bu gün, 11:59 |
|
|
|
| • Bakıda yeni proses başlayır: yüzlərlə ailə köçürüləcək - Detallar
Bu gün, 11:46 |
|
|
|
| • Ukrayna Prezidenti Volodimir Zelenski Azərbaycanda işgüzar səfərdədir - FOTO
Bu gün, 11:41 |
|
|
|
| • Yekaterinburqa dron hücumu − Xəsarət alan var
Bu gün, 11:40 |
|
|
|
| • Yeni tikililən binalarda mənzil qiymətlərinin sürətli dəyişməsinin səbəbləri - ARAŞDIRMA
Bu gün, 11:37 |
|
|
|
| • İranın gizli təşkilatının rəisi İsrailə casusluğa görə edam edilib -“tabnak”
Bu gün, 11:36 |
|
|
|
| • "İki aydan sonra onlar baş nazir olacaqlar” – Paşinyandan səs-küylü AÇIQLAMA
Bu gün, 11:26 |
|
|
|
| • Qondarma erməni soyqırımı muzeyində qalmaqal - "Hraparak"
Bu gün, 11:21 |
|
|
|
| • Trampın İran strategiyası niyə iflasa uğraya bilər?.. - YƏHUDİ EKSPERT
Bu gün, 11:17 |
|
|
|
| • Azərbaycan neftinin qiyməti 114 dollara yüksəlib
Bu gün, 11:15 |
|
|
|
| • Turizm Agentlini eyni şirkətə bir gündə iki tender verib - DETALLAR
Bu gün, 11:06 |
|
|
|
| • ABŞ-nin yeni prezidenti Rubio ola bilər - Politico nəşri
Bu gün, 11:03 |
|
|
|
| • Gəncədə terror qurbanlarının evləri... NECƏ QANUNDAN KƏNAR OLDU... - BU NƏDİ BELƏ?..
Bu gün, 10:56 |
|
|
|
| • Ermənistanda Türkiyəyə “müharibə” elan edən kimlərdir? – gizli planın şok detalları
Bu gün, 10:44 |
|
|
|
| • Abbas Əraqçi Pakistan ordusunun komandanı ilə görüşdü
Bu gün, 10:42 |
|
|
|
| • Sosial media qazancının görünməyən ÜZÜ…
Bu gün, 10:40 |
|
|
|
| • İrana nüvə bombası atılacaq - Dövlət Departamentinin keçmiş rəsmisindən şok iddia
Bu gün, 10:26 |
|
|
|
| • Azərbaycanda ət tapılmayacaq? - qiymətlət niyə bahalaşır
Bu gün, 10:25 |
|
|
|
| • “AzəriQaz” işçilərinin tək dərdi MAAŞ DEYİL Kİ... - NARAZILIQ VAR...
Bu gün, 10:20 |
|
|
|
| • “Azercell”in 13-cü ay OYUNBAZLIĞI... - GİLEY
Bu gün, 10:04 |
|
|
|
| • Banka borcu olanlara BƏD xəbər - Bundan sonra...
Bu gün, 09:28 |
|
|
|
| • "Dəyişən bir şey olmayacaq, amma..." - REAKSİYA
Bu gün, 08:33 |
|
|
|
| • TƏBİB pasiyentə xəstə kimi yox... BANKOMAT KİMİ baxır... - BUNA GÖRƏ DƏ...
Bu gün, 08:28 |
|
|
|
| • Qadınlar niyə imkanlı kişinin məşuqəsi, sevgilisi olmaq istəyir... - Nura Suri deyir ki...
Bu gün, 08:16 |
|
|
|
| • Aİ-də Kiyevə yardım qərarı parçalanmaya səbəb olub - “Politico”
Bu gün, 08:10 |
|
|
|
| • Eldar Mahmudovun sabiq kadrı ətrafında çənbər daralır... - Mürsəl İbrahimov NƏ EDƏCƏK...
Bu gün, 07:51 |
|
|
|
| • Xəzər sammiti Putinlə Xamenei görüşü üçün ləğv edilməyib - İran səfiri
Bu gün, 07:38 |
|
|
|
| • Məktəb direktoru pedaqoji şuranın iclasında səsləndirdiyi ifadələrə görə məhkəməyə verildi - TƏFƏRRÜAT
Bu gün, 07:36 |
|
|
|
| • ABŞ-nin İrana qarşı hərbi əməliyyat xərcləri 61 milyard dolları keçib - "Iran War Cost Tracker" portalı
Bu gün, 07:31 |
|
|
|
| • Əmrullayevin BATIRDIĞI TƏHSİL: Daha bir məktəbdə insident... - BELƏ HARA GEDİRİK?
Bu gün, 07:30 |
|
|
|
|