“Nəbz” klinikasında Vüqar Səfərov necə həkim kimi çalışır? .....                     TRIPP layihəsi üzrə işlər 2026-cı ildə başlayacaq .....                     Pafoslu olmağı da bacarmayan gənc aktyorumuz .....                     Heydərov onu Xankəndiyə rəis təyin etdi .....                     SOCAR-da “Neftci” MTK KORRUPSİYASI... .....                     SOCAR-da MÜHÜM POSTA yeni təyinat olub .....                     SEPAH generalı İranın qonşularını .....                     Nazirlik 71 min manata “Toyota” alır .....                     Ukraynanın "IT ordusu" və ya "vəhşi qazlar" .....                     "TikTok"da 181 nəfəri aldadan “şirkət rəhbəri”ndən xəbər var .....                     Turizm Agentliyi İstanbul Hava Limanında reklam yerləşdirmək üçün .....                     Perinatal Mərkəzdə yanğınla bağlı məhkəmə: .....                     Gömrük Komitəsinin yeni binasının tikintisində YEYİNTİ .....                     Bakıya səfərə hazırlaşan Baş nazir NİYƏ aşağılandı? .....                     Pərvin Quliyevaya yüksək vəzifə verildi .....                     "Əli Əsədov dərhal həbs edilməlidir" .....                     Revanşistlər Bakıya YENƏ dil uzatdı .....                     Ceyhun Cəlilov Ahıllar Evinin işçilərini qapısında NÖKƏR KİMİ İŞLƏDİR .....                     Prokurorluq Gəncə Şəhər İcra Hakimiyyətində araşdırmalara BAŞLADI .....                     Pakistandan dünyaya “Taimoor” MESAJI .....                     Əli Əsədovun adamları TOY-BAYRAM İÇİNDƏ... .....                     Rusiya bu azərbaycanlını İnterpola verdi .....                     Eyni pensiya kapitalı olan şəxslərə hansı məbləğdə pensiya verilir? .....                     Türkiyədə CHP-li bələdiyyə sədri saxlanıldı .....                     İranda yüksək vəzifəli məmur İsraillə əlaqəyə görə edam edilib .....                     "Kürd Amo"nu xüsusi amansızlıqla öldürən şəxs yenidən məhkəmə qarşısında .....                     Dadsız, rəngsiz POMİDORLAR .....                     “Atamın şəxsi əşyalarını muzeyə verdim, Rasim Balayev bu mövzuda mənə kömək etdi” .....                     Gömrük Komitəsində işlə təmin etdirmək adı ilə 26 minlik dələduzluq etdi .....                     Vüsal Aslanov bu imtahandan “2” aldı .....                     Azərbaycan nefti cüzi bahalaşıb .....                     “Rabitəbank”da yığıncaq keçiriləcək .....                     Ölüdən orqan götürmək haramdır? .....                     Azərbaycanda ən çox hansı nazirliklər “bəyənilir”? .....                     Repetitorluğun ləğvi gerçəkləşir .....                     "Dinləmirlər, eşitmirlər..." .....                     Ukraynadan sonra Rusiya NATO-ya hücum edəcək .....                     Millət vəkilinə inanaqmı? .....                     2 qəpiklik borca görə, müştərini çətinə saldılar... .....                     İş yerləri ilə bağlı gözlənilməz proses başladı: nə baş verir? .....                 

Teymur Musayev hansı sələfinin yolunu gedir?.. - HƏQİQƏTƏN DƏ...
Tarix: 11-02-2022, 11:17 | Çap et
Teymur Musayev hansı sələfinin yolunu gedir?..
"Ha çığır, ha bağır, yatan ayılmaz,
Yaxşını yamandan ayıran olmaz.
Satsan, üzünə də baxan tapılmaz,
Necə ucuzlaşıb ləyaqət, Allah.", - Bəxtiyar Vahabzadə


Azərbaycan Səhiyyəsinin soy ağacında 17 iyun 1918-ci ildən bu günə qədər 22 Səhiyyə naziri fəaliyyət göstərib. Bu nazirlərin arasında vaxtilə düşmən soydan olan Abram Dastakyanın (14 mart 1919 – 22 dekabr 1919) Nəsib bəy Yusifbəylinin dördüncü hökumətində Səhiyyə naziri vəzifəsinə gəlməsi və onun Bakıdakı soydaşlarının vəziyyətinin yaxşılaşdırılması müsbət addım kimi mərkəzə bildirilmişdi. Təbii ki, həmin zaman “canfəşanlıqla” öz vəzifəsini icra edən Dastakyanın ən əsas məqsədi Azərbaycan torpaqlarında, xüsusilə də Bakıda yaşayan soydaşlarının sağlamlıq vəziyyətini yaxşılaşdırmaqdan ibarət idi. Onu azərbaycanlılar maraqlandırmırdı. Hətta problemləri ilə əlaqədar tibbi mərkəzlərə üz tutan azərbaycanlıların müraciətləri görməzdən gəlinir, məlum millətin nümayəndələri önə salınır və problemləri bir göz qırpımında həll olunurdu.

Həmin dövrdəki azərbaycanlı dədə-babalarımız da bax, indiki Səhiyyə və Əmək nazirlikləri qarşısında öz haqlarımızı gözlədiyimiz kimi, gözləyirdilər. Təbii ki, həmin dövrün hakimiyyəti ciddi şəkildə artan bu ayrıseçkilik problemini, insanların narazılığını görmüş və qısa müddətdə düşmən naziri vəzifəsindən azad edib yerinə V hökumət kabinetinin üzvü olan Musa bəy Rəfiyevi gətirmişdi. Bu dəyişiklikdən sonra haqq-ədalət öz yerini tapmışdı.

Günümüzü keçmişlə müqayisə etdikdə, həmin düşmən nazirlə fəaliyyətləri üst-üstə düşən son üç Azərbaycan Səhiyyə nazirinin adını sadalamaq olar. Onlardan birincisi Əli İnsanov və ikincisi Oqtay Şirəliyevdir. O, 2005-ci ildə həbs olunan sələfinin yerinə gəldikdən sonra Azərbaycan cəmiyyəti nələrinsə dəyişəcəyinə ümid etdi. Ancaq Şirəliyevin həqiqi imtahanı 2020-ci ilin mart ayından – ölkənin pandemiya ilə əlaqədar karantin rejiminə keçməsi ilə başladı. Nə zaman ki, ölkədə karantin elan olundu, ölkə cərimə meydançasına döndərildi, Oqtay Şirəliyevdən səs-səda çıxmadı. Ölkənin xəstəlikdən qırılıb-batdığı bir dövrdə Səhiyyə naziri itkin düşmüşdü. Onun haqqında müxtəlif xəbərlər gəlirdi. Gah deyirdilər, “yoluxub”, gah deyirdilər “karantin rejiminə ciddi əməl edir”. Gah da deyirdilər ki, sağlamlığı ilə əlaqədar Almaniyaya müalicəyə gedib. Sonunda qızı Nərmin Şirəliyeva atasının müdafiəsiz qaldığını görərək mediaya açıqlama verdi: “Mənim atam görkəmli dövlət xadimidir, fantastik, Allah vergisi olan həkim, həddindən artıq müdrik, güclü və incə bir insandır. Bu qədər, nöqtə…”

Amma təəssüf ki, fantastik, Allah vergisi olan həkim Oqtay Şirəliyev insafsızlıq edərək ölkənin ən çətin günündə aradan sürüşmüşdü. Onun öldüyünü, yoxsa qaldığını belə, demək olar ki, heç kim bilmirdi. Fəaliyyəti də özü kimi məchul, səriştəsiz olan bu şəxsdən sonra həmin postu indiki çiçəyi burnunda, ancaq tərkibində fəaliyyət göstərən qurumların fərsizliyindən xəbərsiz olan Teymur Musayev tutdu.
Səhiyyə Nazirliyinin “nəsil” ağacında təmsil etdikləri qurumu bu qədər alçaldan, gözdən salan, cəmiyyət düşməni edən bu dörd nəfər – Abram Dastakyan, Əli İnsanov, Oqtay Şirəliyev və Teymur Musayev qədər başqa bir nazir olmayıb. Bir insanın yaşadığı cəmiyyətə düşmən olması, onlarla düşmən kimi rəftar etməsi üçün ya gərək Abram Dastakyan olasan, ya da Cavanşir Feyziyev kimi öz mənəvi fəzilətlərini “tender”lərdə uduzasan. Üçüncü bir ehtimal yoxdur. Bu iki ehtimal isə aidiyyatı orqanlar tərəfindən mütləq nəzarətə alınmalıdır. Bu insanların soy ağacları barədə AMEA-da araşdırma getməli, Azərbaycan cəmiyyətini bu insanların həqiqətən azərbaycanlı kimliyi daşıdığına inandırmaq lazımdır. Əks halda, 44 günlük Qarabağ müharibəsində düşmənin anasını ağlar qoymuş bu ölkənin vətəndaşları hansısa Abram Dastakyan davamçısına çox ağır şəkildə məğlub olacaqlar, necə ki, olurlar.

Gəlin, bu gün də Teymur Musayevin idarə etdiyi Nazirliyin fəaliyyətinə baxaq. Nazirliyin tabeliyində fəaliyyəti ingilislər demiş, “top secret”, yəni “tam məxfi” olan tibbi komissiya fəaliyyət göstərir. Bu komissiyanın işi peyvənd olunmaları məsləhət görülməyən xəstələri əks-göstəriş sertifikatı ilə təmin etməkdir. Həmin sertifikatla bağlı 20 gün öncə 15 saylı poliklinikaya müraciət etmiş epilepsiya xəstəsinə hələ də bir “hə, yox” cavabı gəlməyib. Poliklinikadan vətəndaşa bildiriblər ki, “ola bilsin” hansısa sənədlər yerində deyil. Halbuki lazım olan bütün sənədlər aidiyyatı üzrə təqdim olunub və sənədlərdə yaranmış problemlə əlaqədar həmin “məxfi” komissiya mütləq bir cavab verməlidir. Poliklinikada verilən cavabda təxəyyüllərə, ehtimallara dayanaraq, “ola bilsin”lə başlayan cümlədən aydın olur ki, bu nəzarətsiz qalan naməlum komissiyanın dünya vecinə deyil. Məsələ ilə bağlı Səhiyyə Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, həmin komissiyanın fəaliyyəti, üzvlərinin kimliyi gizli saxlanılır və bu Nazirlikdə “şəffaf iş”in göstəricisidir. Mətbuat xidmətindən məsləhət görüldü ki, Nazirliyin “qaynar xətti” ilə əlaqə saxlayaq: “Vallah, siz yaxşısı budur, zəng edin, qaynar xəttə filan şikayəti edin. Yəni bu, bizim səlahiyyətimizdə olan bir şey deyil. Komissiyanın verdiyi qərarı araşdırmaq kimi bir səlahiyyətimimiz yoxdur”,- deyə Nazirliyin rəsmisi bildirib. Tövsiyə olunan yerə - Səhiyyə Nazirliyinin “qaynar xətt”inə dəfələrlə zəng etsəm də, telefon “məşğul”a verildi. Ortada sertifikat müraciəti ilə bağlı böyük bir məchulluq var. Mətbuat xidməti bu “məxfi” komissiya barədə heç bir məlumat vermək istəmir, komissiyadan poliklinikaya “hə”, ya da “yox” cavabı da verilmir, 23 yaşlı gənc isə 20 gündür ki, poliklinikanın qabağında durub cavab gözləyir. Dastakyanın nazir olduğu vaxtlardakı kimi...

Daha sonra məlum olub ki, Səhiyyə Nazirliyinin Xüsusi Komissiyasının rəyinə əsasən, əks-göstəriş sertifikatını verən qurum İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyidir. Bu məlumat isə “e-təbib” mobil tətbiqi proqramında öz əskini tapıb. Agentliklə əlaqə saxladım. Bildirildi ki, həmin komissiyanın rəyi olmadan, sertifikatın verilməsindən söhbət gedə bilməz.

Yeni nazirin idarə etdiyi səhiyyə sisteminin “şəffaflığı” 23 yaşlı gənci, onun ailə üzvlərini boğaza yığıb. Ortaya isə belə bir sual çıxır: bir aya yaxındır, heç bir reaksiya verməyən xüsusi komissiya və onun üzvləri sertifikat qarşılığında nə umurlar? Teymur Musayev hansı sələfinin yolunu gedir?..
Bizimyol.info










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
“Nəbz” klinikasında Vüqar Səfərov necə həkim kimi çalışır? - Asiman Həsənovun əli ilə….
Bu gün, 12:11
TRIPP layihəsi üzrə işlər 2026-cı ildə başlayacaq - Paşinyan
Bu gün, 12:02
Pafoslu olmağı da bacarmayan gənc aktyorumuz - Orxan Saffari yazır...
Bu gün, 11:59
Heydərov onu Xankəndiyə rəis təyin etdi - ƏMR
Bu gün, 11:56
SOCAR-da “Neftci” MTK KORRUPSİYASI... - Buna hüquqi qiymət verilərsə...
Bu gün, 11:51
SOCAR-da MÜHÜM POSTA yeni təyinat olub - ƏMR
Bu gün, 11:44
SEPAH generalı İranın qonşularını HƏDƏLƏDİ
Bu gün, 11:42
Nazirlik 71 min manata “Toyota” alır
Bu gün, 11:38
Ukraynanın "IT ordusu" və ya "vəhşi qazlar" - Kibermüharibə nəzarətdən çıxır
Bu gün, 11:36
"TikTok"da 181 nəfəri aldadan “şirkət rəhbəri”ndən xəbər var
Bu gün, 11:34
Turizm Agentliyi İstanbul Hava Limanında reklam yerləşdirmək üçün 1,4 milyon manat xərcləyəcək
Bu gün, 11:33
Perinatal Mərkəzdə yanğınla bağlı məhkəmə: - Növbətçi həkim palatanı tərk edərək yatmağa gedib
Bu gün, 11:28
Gömrük Komitəsinin yeni binasının tikintisində YEYİNTİ - TƏFƏRRÜAT
Bu gün, 11:26
Bakıya səfərə hazırlaşan Baş nazir NİYƏ aşağılandı? – Solovyovu SUSDURMAQ zamanı
Bu gün, 11:23
Pərvin Quliyevaya yüksək vəzifə verildi - ƏMR
Bu gün, 11:22
"Əli Əsədov dərhal həbs edilməlidir" - Sərdar Cəlaloğlu
Bu gün, 11:21
Revanşistlər Bakıya YENƏ dil uzatdı - Paşinyan devrilsə...
Bu gün, 11:19
Ceyhun Cəlilov Ahıllar Evinin işçilərini qapısında NÖKƏR KİMİ İŞLƏDİR - İTTİHAM VAR...
Bu gün, 11:14
Prokurorluq Gəncə Şəhər İcra Hakimiyyətində araşdırmalara BAŞLADI - TƏFƏRRÜAT
Bu gün, 11:10
Pakistandan dünyaya “Taimoor” MESAJI - Yeni raket sınaqdan keçirildi
Bu gün, 11:01
Əli Əsədovun adamları TOY-BAYRAM İÇİNDƏ... - İLGİNC İDDİA
Bu gün, 10:57
Rusiya bu azərbaycanlını İnterpola verdi - Terror İTTİHAMI
Bu gün, 10:30
Eyni pensiya kapitalı olan şəxslərə hansı məbləğdə pensiya verilir? - AKTUAL
Bu gün, 10:25
Türkiyədə CHP-li bələdiyyə sədri saxlanıldı
Bu gün, 10:15
İranda yüksək vəzifəli məmur İsraillə əlaqəyə görə edam edilib - "Al-Jazeera"
Bu gün, 10:12
"Kürd Amo"nu xüsusi amansızlıqla öldürən şəxs yenidən məhkəmə qarşısında - TƏFƏRRÜAT
Bu gün, 10:11
Dadsız, rəngsiz POMİDORLAR - Süfrəmizə keyfiyyətsiz məhsulu kim gətirir?
Bu gün, 10:10
“Atamın şəxsi əşyalarını muzeyə verdim, Rasim Balayev bu mövzuda mənə kömək etdi”
Bu gün, 10:08
Gömrük Komitəsində işlə təmin etdirmək adı ilə 26 minlik dələduzluq etdi - MƏHKƏMƏ
Bu gün, 10:05
Vüsal Aslanov bu imtahandan “2” aldı – REPLİKA
Bu gün, 10:02
Azərbaycan nefti cüzi bahalaşıb
Bu gün, 09:47
“Rabitəbank”da yığıncaq keçiriləcək
Bu gün, 09:45
Ölüdən orqan götürmək haramdır? - İlahiyyatçı mübahisələrə son qoydu
Bu gün, 09:43
Azərbaycanda ən çox hansı nazirliklər “bəyənilir”? - SİYAHI
Bu gün, 09:38
Repetitorluğun ləğvi gerçəkləşir - yeni model
Bu gün, 09:29
"Dinləmirlər, eşitmirlər..." - ETİRAZ
Bu gün, 08:22
Ukraynadan sonra Rusiya NATO-ya hücum edəcək - Kəşfiyyat
Bu gün, 08:09
Millət vəkilinə inanaqmı? - SÖZARDI...
Bu gün, 07:24
2 qəpiklik borca görə, müştərini çətinə saldılar... - YƏNİ BU QƏDƏR...
Bu gün, 07:11
İş yerləri ilə bağlı gözlənilməz proses başladı: nə baş verir? - AKTUAL
Bu gün, 07:04
Bu ölkə Rusiyaya 3 min əsgər, 10 qırıcı göndərir? - ŞƏRH
Bu gün, 07:02
AzəriQaz-da ƏDALƏTSİZ növbəli iş rejimi... - NARAZILIQ VAR...
Bu gün, 07:01
Bir damla yağış suyu bəs edir ki, kanalizasiya aşıb-daşsın... - GİLEY
Bu gün, 06:49
Daha bir vətəndaşın əlilliyi qanunsuz olaraq LƏĞV OLUNDU - "20 ildir ki..."
Bu gün, 06:41
İran ABŞ ilə danışıqlarda iştirak məsələsini hələ nəzərdən keçirir - KİV
Bu gün, 06:23
Azərbaycanda internet bahalaşdı – Yeni qiymət
Bu gün, 06:21
Qalmaqallı direktor necə bəraət alır? - İDDİA
Bu gün, 06:17
"Rabitəbank"da "saatlı bomba": Təhlükəli kreditlərdə 540%-lik şok - TƏFƏRRÜAT
Bu gün, 06:06
"Atam deyirdi ki, səndən adam olmayacaq"
Bu gün, 06:02
“Bu verilişlərin bağlanmasını alqışlayıram”
Bu gün, 06:01
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru