"European Tobacco-Baku" ləğv olunur .....                     MOSSAD-ın nüfuzlu agenti həlak oldu .....                     “Dırnaq ustası studiyaya girib müğənni olur” .....                     Brüssel Ermənistanda yeni Aİ missiyasını təsdiqləyib .....                     Ermənilər Trampı şantaj etməyə başlayıb .....                     Keçmiş məmura yüksək vəzifə verildi .....                     Saxta rəy əsasında ANA TƏBİƏTİN QƏSDİNƏ DURUBLAR... .....                     Yeni tikililərdə mənzillər 13 faizdən çox bahalanıb .....                     Su basan evlərin sakinlərini nə gözləyir? .....                     TƏBİB rəhbəri bütün müşavirlərini niyə işdən çıxarır? .....                     Naxçıvanda “TAXIL İŞİ” böyüyür: Milyonlar YOXA çıxıb, sabiq nümayəndə isə... .....                     Makron gələn ay Ermənistana səfər edəcək .....                     Paşinyandan erməni kilsəsinə növbəti tələb: .....                     Zəngəzur dəhlizi ilə bağlı SENSASİYA: .....                     Ərəb ölkələri İranın bu addımından qorxur .....                     Vətəndaşı həbsdən buraxdıracağı adı ilə aldatdı .....                     İran tankeri ABŞ-ın blokadasını yararaq Hörmüz boğazından keçib .....                     Ayrı-ayrı yerlərdə arabir duman olacaq .....                     Tovuzun icra başçısı RAYONDA HƏR KƏSİN QAZANCINA ŞƏRİKDİR... .....                     Vens İranla danışıqlar üçün İslamabada gedəcək .....                     DTX-də KADR DƏYİŞİKLİYİ .....                     Separatçılardan yeni Xankəndi HƏMLƏSİ .....                     İrandan Pakistana nümayəndə heyəti getməyib .....                     Anar Bayramov daha 5 müşavirini və departament rəhbərini işdən çıxardı .....                     Faytonçu Nazim niyə efirlərə çıxmır? .....                     Azərbaycanda mənzillər .....                     Məhkəmə qərarı var, AMMA İCRA YOXDUR... .....                     "Aygünün qızı böyüyüb, vay ölənin halına" .....                     Saxta yağ qalmaqalı: Nəzarət niyə yetərli deyil? .....                     Azərbaycan Ermənistandan nələri tələb edir? .....                     Rəsul Quliyev Azərbaycana qayıdır? .....                     Regionda sülh mühiti artıq formalaşır .....                     İsrailin müdafiə naziri Hizbullah liderinin etdiklərinin bədəlini başı ilə ödəyəcəyini deyib .....                     “Bizə atəşkəs yox, sülh lazımdır” .....                     İranla müharibə Rusiyanı gücləndirir, ABŞ-ı yorur .....                     Paşinyan Qarabağla bağlı xəbərdarlıq etdi .....                     FHN 7 ədəd avtomobil alır .....                     “Azər Türk Bank”da yeni təyinat .....                     Ötən ay ən çox bahalaşan və ucuzlaşan məhsullar .....                     Venesiyada küçənin adı görün NƏDİR .....                 

Əhməd Əhmədzadə bir əlini meliorasiya və su təsərrüfatı sistemindən niyə çəkmir? - İLGİNC FAKTLAR
Tarix: 17-01-2023, 10:40 | Çap et
Əhməd Əhmədzadə bir əlini meliorasiya və su təsərrüfatı sistemindən niyə çəkmir?
Bir neçə il öncə bəzi dövlət qurumlarında aparılan islahatlar çərçivəsində Meliorasiya və Su Təsərrüfatı ASC-nin də ləğv olunacağı ilə bağlı elektron media resurslarında müxtəlif fikirlər səsləndirilir, məlumatlar yayılırdı. Qurumun səlahiyyətlərinin gah Kənd Təsərrüfatı Nazirliyinə veriləcəyi, gah da “Azərsu” ASC- yə birləşdiriləcəyi barədə məlumatlar demək olar ki, gündəmdən düşmürdü. Bununla yanaşı səhmdar cəmiyyətdə yüksək vəzifə tutanların da artıq yaşı keçmiş Əhməd Əhmədzadənin yeri uğrunda mübarizə aparmaları barədə də tez-tez məlumatlar yayılırdı. Lakin verilən proqnozların heç biri özünü doğrultmadı və gözlənilənlərin əksi baş verdi. Səhmdar cəmiyyətin rəhbərliyində heç kimin gözləmədiyi bir dəyişiklik oldu. Uzun illər Meliorasiya və Su Təsərrüfatı ASC-nin sədri olmuş Əhməd Əhmədzadə vəzifəsindən kənarlaşdırıldı. Əvəzində isə onun yeri uğrunda mübarizəyə girişmiş, adları hallanan bəzi klan başçıları deyil, gözlənilməz bir şəxs, meliorasiya və su təsərrüfatı sisteminə tamamilə yad, Türkiyənin Boğaziçi Universitetinin “Biznesin idarə olunması” fakültəsini bitirmiş, “Bravo” supermarketlər şəbəkəsinin icraçı direktoru olmuş Zaur Mikayılov təyin edildi.

Bunlar baş verəndə 2021-ci ilin yaz ayları idi. Dörd aydan sonra isə Zaur Mikayılovun Meliorasiya və Su Təsərrüfatı ASC-nin sədri vəzifəsinə təyin olunmasının ikinci ili tamam olacaq. Təyinatının ilk günlərindən iddia olunduğu kimi islahatçı, gənc biznesmen Respublikanın ən strateji əhəmiyyətli sahələrindən biri olan meliorasiya və su təsərrüfatı sistemində nə kimi yeniliklər edə bildi? Son iki ildə onun rəhbərliyi ilə ölkə ərazisində su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsi, su təsərrüfatının idarə olunmasının təkmilləşdirilməsi və meliorativ vəziyyətinin yaxşılaşdırılması istiqamətində nə kimi yeniliklər olub?

Açıq mənbələr üzərindən apardığımız araşdırmalarda məlum oldu ki son iki ildə Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-də mərkəzi idarə etmə aparatının strukturu dəyişilərək daha müasir, günün tələblərinə uyğun, işin peşəkarlılığın artırılması, işin təşkilinin daha müasir formada görülməsi üçün yeni şöbə və sektorlar yaradılıb. Cəmiyyət tərəfindən idarəetmədə təcrübəli kadrların cəlb olunması istiqamətində də addımlar atılıb. Bu istiqamətdə cəmiyyətin mərkəzi aparatının strukturunun daha çevik idarəetmə qabiliyyətinə malik formada yenidən təşkili və bu sahəyə xarici dövlətlərdə təhsil almış, müasir biliklərə malik təcrübəli gənc kadrlar cəlb edilib. ASC-nin yaydığı bu məlumatdan göründüyü kimi islahlar struktur dəyişikliyi adı altında ASC-nin mərkəzi aparatında aparılıb. Sədr Zaur Mikayılov özü kimi xaricdə təhsil almış, müasir biliklərə malik gənc kadrları, yəni, yaxın ətrafını ASC-də mühüm vəzifələrə yerləşdirib. Onlardan ikisini də özünə müşavir təyin təyin edib. Biri 1996-cı ildə Xəzər Universitetini, sonralar Azərbaycan Beynəlxalq Universiteti və Bakı Dövlət Universitetini magistr üzrə bitirmiş, 1998-2009-cu illərdə Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Satınalmalar üzrə Dövlət Agentliyində müxtəlif vəzifələrdə işləyimiş, Fuad Quliyevdir. Sözügedən şəxs Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinə tabeli qurumların keçirdikləri onlarla tenderin qalibi olmuş “Modenco” MMC-də də işləyib. İndi də Səhmdar Cəmiyyətdə sədrin müşaviridir. İkincisi isə isə Zaur Mikayılovun tələbə yoldaşıdı. 1998-ci ildə Türkiyənin Boğaziçi Universitetinin İqtisadi və İdari Elmlər fakultəsini bitirmış Əli Şirinovdu.

Qeyd edək ki, Prezident İlham Əliyev Zaur Mikayılovu Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin sədri vəzifəsinə təyin edərkən onu videoformatda qəbul etmiş, su ehtiyatlarından maksimum səmərə ilə istifadə etmək üçün konkret proqramlar və təkliflər təqdim edilməsini tələb etmiş, son dövrlərdə meliorasiya və su təsərrüfatında olan çatışmazlıqların aradan qaldırılmasında innovativ idarəetmə və texnologiyaların tətbiqini önə çəkərək proqram təyinatlı göstərişlər vermişdi. Prezident İlham Əliyev suvarma suyundan səmərəli istifadə edilməsi və su itkilərinin qarşısının alınması, mövcud torpaq məcralı kanalların modernləşdirilməsi məqsədilə onların yenidən qurulması üçün layihələrin hazırlanmasını tapşırmışdı. Bəs Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin artıq yeni olmayan sədri ölkə başçısının tövsiyyə və tapşırıqları üzrə nə kimi addımlar atılıb?

Qeyd edək ki, bu gün Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətində bütün işlər elə keçmiş sədr Əhməd Əhmədzadənin dövründə olduğu kimi qalır və davam etdirilir. Ona görə ki, Baş nazirin müşaviri vəzifəsində olmasına baxmayaraq məlumatlara görə onun bir əli hələ də meliorasiya və su təsərrüfatı sisteminin üstündədi. Məhz buna görə də, bu gün Zaur Mikayılovun rəhbərliyi ilə meliorasiya və su təsərrüfatı sistemində ölkə başçısının göstərişlərini həyata keçirməkdən daha çox Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin keçmiş sədri Əhməd Əhmədzadənin göstərişlərini həyata keçirməyə daha çox önəm verilir.

Aktualinfo.org-a verilən məlumatlara görə Zaur Mikayılov vəzifəsinə başlar, başlamaz Əhməd Əhmədzadənin artıq klanlaşmış kadrları ilə üzbəüz qalıb. Bunlar təkcə vaxtı ilə Əhməd Əhmədzadənin müavinləri olmuş Zakir Quliyev və Rafiq Aslanovla bitmir. Əhməd Əhmədzadənin Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinə gətirib vəzifə verdiyi və bu gün də işlərini davam etdirən kadrları var. Hansı ki, onlar Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin ən gəlirli idarələrində, yəni dövlətin ən çox pul ayırdığı strukturlarda oturub uzun illərdir müxtəlif layihələrin həyata keçirilməsi üçün ayrılan vəsaitləri mənimsəməklə məşğuldurlar.

Məsələn 2021-ci ildə Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin bir sıra rayonlardakı struktur vahidlərində dəyişiklik aparılaraq, 26 idarə ləğv edilib və həmin rayonlarda fəaliyyət göstərən Suvarma Sistemləri və digər idarələrlə birləşdirilib. Verilən məlumatlara görə bu ASC daxilində bir sıra ziddiyyətlərə gətirib çıxarıb. Belə ki, qurumda Əhməd Əhmədzadə tərəfindən toxunulmazlıq statusu verilmiş bəzi idarə müdirləri Zaur Mikayılovun aparmaq istədiyi islahatların əleyhinə olublar. Məlumat verənlərin sözlərinə görə, mübahisələr Əhməd Əhmədzadənin işə qarışmasından sonra bəzi yerdəyişmələr olmaqla həllini tapıb.

Amma verilən məlumatlara görə Əhməd Əhmədzadənin Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətində toxunulmazlıq statusu verdiyi bir çox şəxslər hələ də vəzifələrinin başındadı. Hansı ki, Zaur Mikayılov onları yerindən tərpətməyə aciz qalıb. Onların bəziləri hazırda sədrin müavini vəzifəsini daşıyanların qohumları, yaxınlarıdı. Bəziləri isə dövlət vəsaitlərinin talan edilməsi hesabına var-dövlət, güc sahibi olmuşlardı. Onlar kimlərdir? Texnoloji İstehsalat Komplektləşdirmə İdarəsinin rəisi İlqar Əliyev, Tikilməkdə olan Meliorasiya və İrriqasiya Obyektlərinin Birləşmiş Müdiriyyəti Ramiz Vəkilov, Yuxarı Xanbulançay Hidroqovşağının İstismarı İdarəsinin rəisi Allahyar Salayev, Bəhramtəpə Hidroqovşağının istismarı İdarəsinin rəisi Mirqoca Mirişov, Yuxarı Qarabağ Kanalının İstismarı İdarəsinin rəisi Şakir İmanov, Kür-Araz Çaylarında Bəndlərin İstismarı İdarəsinin rəisi Elman Nuriyev, Samur-Abşeron Kanalının İstismarı İdarəsinin rəisi Zakir Rüstəmov, Baş Mil-Muğan Kollektorunun İstismarı İdarəsinin rəisi Bulat Ağabəyov, Mil-Qarabağ və Aşağı Şirvan Kollektorlarının İstismarı İdarəsinin rəisi Valeh Qaraşov, Ceyrançöl Qış otlaqlarının Su Təminatı İdarəsinin rəisi Nizami Vəliyev, Bakı İxtisaslaşdırılmış Elektrik Avadanlıqları və Təmir-Quraşdırma və Sazlama İdarəsinin rəisi Asif Mikayılov və onlarca suvarma sistemləri və melioservis idarələrinin rəisləri. Hansı ki, onları bu vəzifələrə Əhməd Əhmədzadə gətirib və uzun müddətdir Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin göstərdiyimiz idarələrinə rəhbərlik edirlər. Onların bəzilərinin yaşı hətta yetmişi keçib. Amma məlumatlara görə Zaur Mikayılov səhmdar cəmiyyətin sədri olaraq onları vəzifəsindən kənarlaşdıra bilmir.

Qeyd edək ki, onlar əvəzolunmaz kadrlar deyillər. Əksinə onların işini daha yüksək səviyyədə apara biləcək kadrlar kifayət qədərdir. Lakin onların bir üstünlüyü var. O da Əhməd Əhmədzadənin kadrı olmalarıdır. Yəni bir sözlə Əhməd Əhmədzadə və onun adını çəkdiyimiz və çəkmədiyimiz adamları meliorasiya və su təsərrüfatı sistemində kadr islahatları aparılmasına mane olurlar. Çünki bu sistemə hər il büdcədən milyonlarla manat vəsait ayrılır ki, onların böyük hissəsi çay yataqlarının lildən təmizlənməsi, maşın və avadanlıqlara ehtiyyat hissələrinin alınması və digər adlar adı altında mənimsənilir. Onlar büdcədən ayrılan hazır milyonları əldən verməmək üçün çalışırlar. Əhməd Əhmədzadənin bir əli də daim onların üstündədir.

Aktualinfo.org










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
"European Tobacco-Baku" ləğv olunur
Bu gün, 14:59
MOSSAD-ın nüfuzlu agenti həlak oldu
Bu gün, 14:51
“Dırnaq ustası studiyaya girib müğənni olur” — Reper Qurd sənəti "bazara" çevirənləri hədəf aldı
Bu gün, 14:47
Brüssel Ermənistanda yeni Aİ missiyasını təsdiqləyib
Bu gün, 14:42
Ermənilər Trampı şantaj etməyə başlayıb - GƏLİŞMƏ
Bu gün, 14:35
Keçmiş məmura yüksək vəzifə verildi - YENİ TƏYİNAT
Bu gün, 14:33
Saxta rəy əsasında ANA TƏBİƏTİN QƏSDİNƏ DURUBLAR... - NARAZILIQ VAR...
Bu gün, 14:16
Yeni tikililərdə mənzillər 13 faizdən çox bahalanıb – Rəsmi
Bu gün, 14:13
Su basan evlərin sakinlərini nə gözləyir? - Həkim qorxulu fəsadları AÇIQLADI
Bu gün, 14:09
TƏBİB rəhbəri bütün müşavirlərini niyə işdən çıxarır? - AKTUAL
Bu gün, 14:04
Naxçıvanda “TAXIL İŞİ” böyüyür: Milyonlar YOXA çıxıb, sabiq nümayəndə isə... - TƏFƏRRÜAT
Bu gün, 13:57
Makron gələn ay Ermənistana səfər edəcək
Bu gün, 13:52
Paşinyandan erməni kilsəsinə növbəti tələb: - vergi ödəməlidir!
Bu gün, 13:08
Zəngəzur dəhlizi ilə bağlı SENSASİYA: - Risk yaranıb, İran çalışır ki...
Bu gün, 13:07
Ərəb ölkələri İranın bu addımından qorxur – “Röyters”
Bu gün, 13:04
Vətəndaşı həbsdən buraxdıracağı adı ilə aldatdı - 223 minlik dələduzluq işi
Bu gün, 13:00
İran tankeri ABŞ-ın blokadasını yararaq Hörmüz boğazından keçib
Bu gün, 12:56
Ayrı-ayrı yerlərdə arabir duman olacaq - belə deyirlər...
Bu gün, 12:46
Tovuzun icra başçısı RAYONDA HƏR KƏSİN QAZANCINA ŞƏRİKDİR... - FAKT BUDUR...
Bu gün, 12:45
Vens İranla danışıqlar üçün İslamabada gedəcək - "Al-Jazeera"
Bu gün, 12:35
DTX-də KADR DƏYİŞİKLİYİ - BUNDAN SONRA...
Bu gün, 12:29
Separatçılardan yeni Xankəndi HƏMLƏSİ – Bakıya qarşı ÇİRKİN kampaniya
Bu gün, 12:26
İrandan Pakistana nümayəndə heyəti getməyib - "Tasnim"
Bu gün, 12:21
Anar Bayramov daha 5 müşavirini və departament rəhbərini işdən çıxardı - ADLAR
Bu gün, 12:16
Faytonçu Nazim niyə efirlərə çıxmır? – SƏBƏBİNİ AÇIQLADI
Bu gün, 12:14
Azərbaycanda mənzillər 8% BAHALAŞIB
Bu gün, 12:11
Məhkəmə qərarı var, AMMA İCRA YOXDUR... - Yasamalda qanunsuzluq kimin himayəsindədir?
Bu gün, 12:08
"Aygünün qızı böyüyüb, vay ölənin halına" - Efir qadağası qoyulduğu deyilən mərhum müğənninin bacısı danışdı
Bu gün, 11:54
Saxta yağ qalmaqalı: Nəzarət niyə yetərli deyil? - AKTUAL
Bu gün, 11:52
Azərbaycan Ermənistandan nələri tələb edir?
Bu gün, 11:51
Rəsul Quliyev Azərbaycana qayıdır? - AÇIQLAMA
Bu gün, 11:49
Regionda sülh mühiti artıq formalaşır - ŞƏRH
Bu gün, 11:46
İsrailin müdafiə naziri Hizbullah liderinin etdiklərinin bədəlini başı ilə ödəyəcəyini deyib
Bu gün, 11:37
“Bizə atəşkəs yox, sülh lazımdır” - Rusiya Ukraynaya qarşı tələblərini sərtləşdirib
Bu gün, 11:36
İranla müharibə Rusiyanı gücləndirir, ABŞ-ı yorur - Zelenski
Bu gün, 11:32
Paşinyan Qarabağla bağlı xəbərdarlıq etdi - KİV
Bu gün, 11:31
FHN 7 ədəd avtomobil alır – 471 min manat ödəyəcək
Bu gün, 11:30
“Azər Türk Bank”da yeni təyinat - BUNDAN SONRA...
Bu gün, 11:28
Ötən ay ən çox bahalaşan və ucuzlaşan məhsullar - SİYAHI
Bu gün, 11:27
Venesiyada küçənin adı görün NƏDİR - Azərbaycanla bağlı tarixi iz
Bu gün, 11:26
İranda İsrail kəşfiyyatı ilə əlaqədə ittiham olunan şəxs edam edilib
Bu gün, 11:21
33 il gizlənən azərbaycanlı biznesmen TUTULDU - TƏFƏRRÜAT
Bu gün, 11:07
17 gün əvvəl müşavir təyin olunmuşdu: İşdən çıxarıldı - EYNİ ZAMANDA...
Bu gün, 11:00
“ZN TRADE” MMC-yə ƏƏSMN-də bu şəraiti kimlər yaradır – Anar Əliyev daha yaxşı bilər
Bu gün, 10:57
Bakının köhnə avtobus DƏRDİ – 195 və 161 nömrəli marşrutlar nə vaxt YENİLƏNƏCƏK?
Bu gün, 10:54
"Mən onu ölümlə heç vaxt hədələməmişəm" - Naxçıvanda NƏ BAŞ VERİR?..
Bu gün, 10:45
AZTV `Ovçu Pirim`in verilişini bağladı “İxtisarlar gedir, maliyyə problemi də...”
Bu gün, 10:39
“Günəşli İnşaat”-dan tanınmış aktrisaya 16 minlik dələduzluq - “Deyir ki, şikayət etsən maşınla üstündən keçəcəm”
Bu gün, 10:36
Tramp İrandan zənginləşdirilmiş uranın çıxarılmasının “uzun və çətin proses” olacağını bildirib - "Truth Social"
Bu gün, 10:26
“Naxçıvanda vəziyyət heç də yaxşı deyil, deyirlər, hakimiyyət sizindir, səsinizi çıxarmayın” - Novella Cəfəroğlu
Bu gün, 10:20
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru