Rusiyanın iri şirniyyat şirkətinin Azərbaycandakı nümayəndəliyi fəaliyyətini dayandırır .....                     “Macarıstan üçün daha sakit bir dövr başlayır” .....                     "Rüzgar"ın əmisinə .....                     Yaxın Şərqdə müharibə tərəflərin maraqlarına cavab vermir .....                     ABŞ-la danışıqların növbəti raundunda iştirakla bağlı qərar verilməyib .....                     Avropa Məhkəməsindən Bakıya absurd TƏLƏB .....                     Flyblast Travel Agency qalmaqalı böyüyür .....                     "Yaltaqların danışıqlarını görürəm, ürəyim bulanır" .....                     Ermənistanda seçkiöncəsi gərginlik PİK HƏDDƏ .....                     Azərbaycanlı konfliktoloq Ukraynanın gələcəyi ilə bağlı .....                     Həbsdən yeni çıxan şəxs azyaşlıya qarşı cinayət törətdi .....                     Lənkəran səhiyyəsində şübhəli tender .....                     Müctəba Xamenei atasından da radikaldır .....                     Türkiyə ilə sərhədlərin açılmasına hazırıq .....                     Naxçıvan məktəbində BIÇAQLI HÜCUM: “Hadisəni gizlədirlər...” .....                     Rədd edilən SÜLH .....                     Bu dəfə Azər Qasımlının xanımından şikayət etdi .....                     “Kölgə kəşfiyyatı”ndan Zəngəzur xəbərdarlığı .....                     Ukrayna ordusu Rusiyanın 150 milyon dollarlıq iki desant gəmisini vurub .....                     İrəvandan Ankaraya "top səndədir" mesajı .....                     Manaf Babayev "Azərpoçt"un rəhbərliyinə TƏYİN OLUNDU .....                     Camalovun xaraba günə qoyduğu Zərdab... .....                     “AtaSığorta” ləğv edilir .....                     İcra Hakimiyyəti 4 800 kiloqram qurban əti paylayacaq .....                     Bir əldə 7 qarpız tutmağı bacaran "deputat" .....                     Rusiya Kiyevi də, Odessanı da tuta bilər .....                     Məhkəmə vətəndaşlara qarşı dələduzluq edən “maşın alverçi”si ilə bağlı qərar çıxardı .....                     "Azərpoçt"un rəhbəri işdən çıxıb .....                     Kənd Təsərrüfatı Nazirliyinin tenderi .....                     Bakıda 11 nəfəri aldadan professora hansı cəza verilib? .....                     Kədərli mahnıları da gülməli olan müğənnimiz .....                     ABŞ-dakı erməni mafiyası Qarabağı geri istəyir? .....                     İranda "Mossad" ilə əməkdaşlıqda ittiham olunan iki nəfər edam edilib .....                     Başçıya müraciət etsə də... .....                     MSK üzvlərinin səlahiyyət müddəti bitir .....                     Dünyanın ən müftəxor deputatları .....                     Tehran Vaşinqtondan sanksiyaların ləğvini tələb edir .....                     28 illik fəaliyyət göstərən şirkətə yeni sədr təyin olunur .....                     Naxçıvan Muxtar Dərəbəyliyində “Açıq qapı” siyasəti .....                     Arvadını məktəbin qarşısında döyən şəxs: “O, uşağımı qucaqlamağa qoymadı...” .....                 

Satınalmalarda qanun, qadağa bilməyən, vergi tanımayan Yusifzadə Nərmin kimdir? - BU NƏDİ BELƏ?!
Tarix: 10-01-2024, 11:16 | Çap et
Satınalmalarda qanun, qadağa bilməyən, vergi tanımayan Yusifzadə Nərmin kimdir?
Azərbaycanın dövlət satınalmaları bazarında bir MMC girib. Təsəvvür edin, ilk addımlarını belə qanunsuzluqla atıb. Penitensiar Xidmətin 12 saylı Cəzaçəkmə Müəssisəsi tərəfindən yumşaq inventarların satınalınması üzrə keçirilmiş 33 405.4 manat dəyərində kotirovka sorğusunun qalibi olub. Hələ 2022-ci ildə.

Qeyd edək ki, 12 saylı Cəzaçəkmə Müəssisəsi tərəfindən keçirilən kotirovka sorğusu müsabiqəsinin başlanma tarixi 27.09.2022-ci ilə, zərflərin açılış tarixi isə 14.11.2022-ci il tarixə müəyyən edilib. “NUR GENERAL SUPPLIER” Məhdud Məsuliyyətli Cəmiyyəti isə 13.10.2022-ci-ci il tarixində, yəni müsabiqənin başlanılmasından 16 gün sonra dövlət qeydiyyatına alınib.

Kommersiya qurumunun hüquqi şəxslərin dövlət reyestrinə daxil edilmiş məlumatlarında “NUR GENERAL SUPPLIER” Məhdud Məsuliyyətli Cəmiyyətinin 13.10.2022-ci il tarixdə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Kiçik Sahibkarlıqla İş üzrə Baş İdarəsində dövlət qeydiyyatına alındığı göstərilir. Reyestr məlumatlarında nizamnamə kapitalı 10 manat olan MMC-nin hüquqi ünvanının BAKI ŞƏHƏRİ SURAXANI RAYONU, HÖVSAN ŞTQ, MUĞAN, ev 7, GİRİŞ 72, MƏRTƏBƏ 1, m. 4, qanuni təmsilçisi kimi isə Yusifzadə Nərmin Tahir qızı qeyd olunub.

Dövlət qeydiyyatına alındıqdan cəmi bir gün sonra Ədliyyə Nazirliyi Penitensiar Xidməti tərəfindən keçirilmiş dəftərxana və təsərrüfat mallarının satın alınması keçirilmiş açıq tenderin qalibi olub və 100.000 manat məbləğində dövlət sifarişi alıb.

Hələ dövlət qeydiyyatına alınmamışdan Lerik rayon İşıqlandırma İdarəsi tərəfindən 10.11.2022-ci il tarixdə başlanmış elektrik avadanlıqlarının satın alınması kotirovkanın da qalibi olub.

MMC daha sonra Ədliyyə Nazirliyi Penitensiar Xidmətinə 11.996 manat dəyərində gül və əklillər alıb.

Dövlət qeydiyyatına alındıqdan bir ay sonra Azərbaycan Respublikası Hərbi Prokurorluğuna 4.157 manat məbləğində mətbəx ləvazimatları alıb.

Sonra Neftçala rayon İcra Hakimiyyətinə 8.760 manat dəyərində sair xərclər üzrə bayram tədbirlərinin keçirilməsini təşkil edib.

Göründüyü kimi MMC dövlət qeydiyyatına alındıqdan bir ay sonra 5 müxtəlif lot üzrə ayrı ayrı dövlət qurumlarının keçirdiyi açıq tender və kotirovkaların qalibi olub. Beləcə 14.11.2022-ci ildən 26.12.2023-cü ilə qədər, yəni bir il bir ay ərzində 45 satınalma prosedurunun iştirakçısı olub.

MMC Hacıqabul rayon Mərkəzi Rayon Xəstəxanasına 20.452,94 manat məbləğində dəftərxana və təsərrüfat malları, Yardımlı rayon Mərkəzi Rayon Xəstəxanasına 19.995,1 avtomobillər üçün ehtiyat hissələri, Bitki Mühafizə və Texniki Bitkilər Elmi-Tədqiqat İnstitutuna 39.200 manat məbləğində kimyəvi maddələr, Abşeron rayon İcra Hakimiyyətinin Mənzil Kommunal Təsərrüfat Birliyinin Abadlıq və Kommunal Xidmətlər İdarəsinə 11.351,6 manat məbləğində abadlıq, təmizlik və yaşıllıqlara qulluq işlərinin həyata keçirilməsi məqsədi ilə çiçəklər, Abşeron rayon İcra Hakimiyyətinin Mənzil Kommunal Təsərrüfat Birliyinin Abadlıq və Kommunal Xidmətlər İdarəsinə 9.006,4 manat məbləğində işçilər üçün geyim və avadanlıqlar, 201 nömrəli hərbi hissə üçün 182.453,75 manat dəyərində vacib olan ləvazimat və detallar, Gəncə şəhər İcra Hakimiyyətinin Tabeliyində “Park-Xiyaban” İstismar və Mühafizə İdarəsinə 95.119,8 manat məbləğində istehsalat nəqliyyatı vasitələri alıb.

Göründüyü kimi satınalmaların içində demək olar bütün xidmət növləri var. MMC -nin qanunun tələb etdiyi kimi müvafiq sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi və ya müəyyən hərəkətlərin yerinə yetirilməsi üçün müvafiq lisenziyaya və ya icazəyə malik olması barədə heç bir məlumat yoxdu. Amma daha maraqlı məlumatlar var.

Dövlət Vergi Xidmətinin rəsmi portalında olan məlumatlara görə “NUR GENERAL SUPPLIER” Məhdud Məsuliyyətli Cəmiyyəti 16.10.2023-cü il tarixdən Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən riskli vergi ödəyicilərin siyahısına daxil edilib. MMC-nin hazırkı günə 31 174.23 manat vergi borcu var.

Daha təəccüblüsü isə şirkətin riskli vergi ödəyicilərin siyahısına daxil edilməsindən, 16.10.2023-cü il tarixdən sonra MMC müxtəlif dövlət qurumlarının keçirdiyi 20 satınalma prosedurunun iştirakçısı olub. Ədliyyə Nazirliyi Penitensiar Xidməti ilə dəftərxana mallarının satınalınması üzrə 110.129,4 manat 17.10.2023-cü il tarixdə, Yardımlı rayon Mərkəzi Rayon Xəstəxanası ilə avtomobillər üçün ehtiyat hissələrinin satınalması üzrə 19.995,1 manat məbləğində 16.10.2023-cü il tarixdə, Abşeron rayon İcra Hakimiyyətinin Mənzil Kommunal Təsərrüfat Birliyinin Abadlıq və Kommunal Xidmətlər İdarəsi ilə 9.006,47 və 11.351,6 manat mələğində 03.11.2023-cü il tarixdə, Gəncə şəhər İcra Hakimiyyətinin Tabeliyində “Park-Xiyaban” İstismar və Mühafizə İdarəsi ilə 95.119,8 manat məbləğində 16.11.2023-cü il tarixdə, 29.972 manat məbləğində 07.12.2023-cü il tarixdə, Kürdəmir rayon Mərkəzi Rayon Xəstəxanası ilə 18.679,87 manat məbləğində 13.12.2023-cü il tarixdə, Salyan rayon İcra Hakimiyyəti ilə 6.274,06 manat məbləğində 30.12.2023-cü il tarixdə, Lerik rayon Yaşillaşdirma İdarəsi ilə 20.596,9 manat məbləğində 08.01.2024-cü il tarixdə ümumi olaraq 9 satınalma müqavilələri bağlayıb.

Buradan suallar yaranır. “NUR GENERAL SUPPLIER” MMC ilə satınalma müqaviləsi bağlayan bu qədər dövlət müəssisəsi bunu görməyibmi? Axı satınalmalar haqqında qanun vergilər və digər icbari ödənişlər üzrə vaxtı keçmiş öhdəliklərinin olması, Vergi Məcəlləsinə uyğun olaraq riskli vergi ödəyicisi olmasına dair barəsində qüvvədə olan qərarın olması kimi halları yolverilməz hesab edir.

Bəs necə olur ki, Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən “NUR GENERAL SUPPLIER” MMC-nin riskli vergi ödəyicisi olmasına dair barəsində qüvvədə olan 2319022459902700 nömrəli qərarı bu qədər dövlət müəssisəsi görməzdən gəlib?

Göründüyü kimi apardığımız kiçik bir araşdırmada bir MMC-nin müxtəlif dövlət qurumları tərəfindən keçirilmiş satınalmalarda ayrı-ayrı lotlar üzrə onlarla tenderin qalibi olması yol verilən qanun pozuntuları ilə bərabər açıq-aydın görsənir. Hansıki, bir xanımın qanuni təmsilçisi olduğu şirkətdir. Barəsində açıq mənbələrdə heç bir məlumata rast gəlinmir. Kimdir Yusifzadə Nərmin Tahir qızı? Bir il əvvəl yaratdığı bir MMC ilə dövlət müəssisələrinə həm yumşaq inventarlar, dəftərxana və təsərrüfat malları, elektrik avadanlıqları, avtomobillər üçün ehtiyat hissələri, sürtgü yağları alır, həm də yaşıllaşdırma və abadlaşdırma xidmətləri göstərir? Həm də heç bir qanun, qadağa bilmədən, vergi tanımadan?

Aktualinfo.org










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Rusiyanın iri şirniyyat şirkətinin Azərbaycandakı nümayəndəliyi fəaliyyətini dayandırır
Bu gün, 11:55
“Macarıstan üçün daha sakit bir dövr başlayır” – QABOR ŞTİR
Bu gün, 11:49
"Rüzgar"ın əmisinə AĞIR CƏZA tələbi
Bu gün, 11:47
Yaxın Şərqdə müharibə tərəflərin maraqlarına cavab vermir - Pezeşkian
Bu gün, 11:42
ABŞ-la danışıqların növbəti raundunda iştirakla bağlı qərar verilməyib - İran XİN
Bu gün, 11:41
Avropa Məhkəməsindən Bakıya absurd TƏLƏB – Avqustun 31-dək...
Bu gün, 11:35
Flyblast Travel Agency qalmaqalı böyüyür - Şirkət barədə şok iddialar
Bu gün, 11:33
"Yaltaqların danışıqlarını görürəm, ürəyim bulanır"
Bu gün, 11:26
Ermənistanda seçkiöncəsi gərginlik PİK HƏDDƏ – Paşinyan rəqiblərini belə NEYTRALLAŞDIRIR
Bu gün, 11:24
Azərbaycanlı konfliktoloq Ukraynanın gələcəyi ilə bağlı 3 ssenari sadaladı...
Bu gün, 11:19
Həbsdən yeni çıxan şəxs azyaşlıya qarşı cinayət törətdi – CƏZA
Bu gün, 11:17
Lənkəran səhiyyəsində şübhəli tender - DETALLAR
Bu gün, 11:15
Müctəba Xamenei atasından da radikaldır - Lukaşenko
Bu gün, 11:10
Türkiyə ilə sərhədlərin açılmasına hazırıq - Kostanyan
Bu gün, 11:02
Naxçıvan məktəbində BIÇAQLI HÜCUM: “Hadisəni gizlədirlər...” - İLGİNC İDDİALAR...
Bu gün, 10:59
Rədd edilən SÜLH – İranı nə gözləyir?
Bu gün, 10:52
Bu dəfə Azər Qasımlının xanımından şikayət etdi - TƏFƏRRÜAT
Bu gün, 10:50
“Kölgə kəşfiyyatı”ndan Zəngəzur xəbərdarlığı – Bakıdan REAKSİYA
Bu gün, 10:49
Ukrayna ordusu Rusiyanın 150 milyon dollarlıq iki desant gəmisini vurub
Bu gün, 10:47
İrəvandan Ankaraya "top səndədir" mesajı – Ermənistan Türkiyə ilə sərhədləri açmağa tam hazırdır
Bu gün, 10:37
Manaf Babayev "Azərpoçt"un rəhbərliyinə TƏYİN OLUNDU - BUNDAN SONRA...
Bu gün, 10:33
Camalovun xaraba günə qoyduğu Zərdab... - BU NƏDİ BELƏ?..
Bu gün, 10:29
“AtaSığorta” ləğv edilir - DETALLAR
Bu gün, 10:25
İcra Hakimiyyəti 4 800 kiloqram qurban əti paylayacaq – Kilosuna 20 manat ödəyəcək
Bu gün, 10:21
Bir əldə 7 qarpız tutmağı bacaran "deputat" - Dünyanın ən istedadlı adamı...
Bu gün, 10:09
Rusiya Kiyevi də, Odessanı da tuta bilər - Amerikalı polkovnik
Bu gün, 10:03
Məhkəmə vətəndaşlara qarşı dələduzluq edən “maşın alverçi”si ilə bağlı qərar çıxardı
Bu gün, 10:01
"Azərpoçt"un rəhbəri işdən çıxıb - BUNDAN SONRA...
Bu gün, 09:56
Kənd Təsərrüfatı Nazirliyinin tenderi niyə LƏĞV olundu?
Bu gün, 09:55
Bakıda 11 nəfəri aldadan professora hansı cəza verilib? - TƏFƏRRÜAT
Bu gün, 09:54
Kədərli mahnıları da gülməli olan müğənnimiz - Orxan Saffari yazır...
Bu gün, 09:53
ABŞ-dakı erməni mafiyası Qarabağı geri istəyir? – “Netfliks”də sensasion Azərbaycan səhnəsi
Bu gün, 09:47
İranda "Mossad" ilə əməkdaşlıqda ittiham olunan iki nəfər edam edilib - "Reuters"
Bu gün, 09:44
Başçıya müraciət etsə də... - "Vətən mənim əlacsız halımı..."
Bu gün, 09:42
MSK üzvlərinin səlahiyyət müddəti bitir - Aprelin sonunadək...
Bu gün, 09:35
Dünyanın ən müftəxor deputatları - Hər əl qaldırmağa ən azı 25-30 min manat
Bu gün, 09:32
Tehran Vaşinqtondan sanksiyaların ləğvini tələb edir - CNN
Bu gün, 09:27
28 illik fəaliyyət göstərən şirkətə yeni sədr təyin olunur - DETALLAR
Bu gün, 09:25
Naxçıvan Muxtar Dərəbəyliyində “Açıq qapı” siyasəti - "Motivasiya olmayan yerdə isə..."
Bu gün, 09:11
Arvadını məktəbin qarşısında döyən şəxs: “O, uşağımı qucaqlamağa qoymadı...” - TƏFƏRRÜAT
Bu gün, 08:10
Bakıda alça və gilası niyə fantastik qiymətə satırlar?
Bu gün, 08:08
Milyardlıq “qalxan” ucuz İran PUA-larına qarşı - ABŞ-ın “Qızıl mərmi”ləri sınağa çəkilir
Bu gün, 07:54
"Əgər sizin sisteminiz müştərini narahat edirsə..." - NARAZILIQ VAR...
Bu gün, 07:51
Rusiya nefti ilə bağlı qərar müvəqqəti xarakter daşıyacaq - ABŞ
Bu gün, 07:27
"Bu gün sadə neftçi yaşamaq uğrunda mübarizə aparır..." - MALƏSƏF...
Bu gün, 07:10
Tramp bunu etsə, fəlakətlə üzləşəcək - Ritter
Bu gün, 07:01
İranla müharibə bitməyib və yeni hadisələr mümkündür - Netanyahu
Bu gün, 07:00
İranda Hörmüz boğazı ilə bağlı fikir ayrılığı var - “The Wall Street Journal”
Bu gün, 06:58
ABŞ Karib dənizində narkotik ticarətçilərinin gəmisinə zərbə endirib, ölənlər var
Bu gün, 06:56
Ceyhun Cəlilov Fuad Nəcəfliyə ŞÜKÜR OXUTDURUR... - FAKT BUDUR!
Bu gün, 06:28
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru