İki ayda Azərbaycana 4 ölkədən 545 ton donuz əti gətirilib .....                     Vens Pakistana gedəcək? .....                     İran nümayəndə heyəti İslamabada gedir .....                     İran razılaşmasa, məhv edəcəyəm .....                     "Bir vaxtlar böyüyün sözü daş kimi ağır idi" .....                     İran iki tankerin Hörmüz boğazından keçməsinin qarşısını aldı .....                     Batumidə 2 Azərbaycan vətəndaşı saxlanıldı .....                     ABŞ və İsrailə məğlubiyyət yaşatmağa hazırıq .....                     “Başçının razılığı olmadan sənəd verilmir” .....                     "Rejim dəyişikliyi alternativ vasitələrlə də həyata keçirilə bilər" .....                     “Müğənni olmağım onlar üçün dəhşətli bir şey idi” .....                     Belarus Ukraynaya hücuma hazırlaşır .....                     Putin İrəvanda son kartını oynayır .....                     Belarusa hücum olarsa, bu, Rusiya ilə toqquşma deməkdir .....                     İran parlamentinin rəhbəri Hörmüz boğazı ilə bağlı qeyri-müəyyənliyin qaldığını deyib .....                     Daha bir müştərisi ABB-dən imtina etdi .....                     Madyar Ukraynanın maliyyələşdirilməsini dəstəkləmək niyyətində deyil .....                     Erməni saxtakarlığı .....                     Bu, AB-ni Rusiyaya olan bağlılıqdan azad edə bilər .....                     Türkiyədə təhdid dolu paylaşımlar edən şagirdin evindən Azərbaycan bayrağı və hərbi ləvazimatlar çıxıb .....                     Bakının yaratdığı yeni reallıq .....                     Azərbaycan-Rusiya münasibətləri: Güllələnmiş “dostluq” .....                     Hüquqi statusu olmayan ELİZA SCHOOL Mədəniyyət Mərkəzinin binasına necə yerləşdirilib? .....                     "Gül salonum var..." .....                     "Son 25 ildə təhsilə dair açıq və nəticəli müzakirələr görmədik..." .....                     Nuru Əliyevin qalmaqallı oğlu şirkətə rəhbər keçib? .....                     ABŞ-İran danışıqları irəliləsə də, Hörmüz boğazı ətrafında gərginlik qalmaqdadır .....                     Əli Əsədovun Mədəniyyət sarayını zəbt etməkliyi... .....                     Fuad Nəcəfli HƏBS OLUNA BİLƏR... .....                     "Qəbulda olmuşam, zənglər etmişəm, lakin..." .....                     TƏBİB-də niyə bu ölkənin qanunları İŞLƏMİR? .....                     Əslində savaş bu iki dövlət arasında gedir... .....                     AzəriQaz oğurluq üçün ZƏMİN YARADIR... .....                     "Əgər heç bir işlə məşğul olmursa, Nazirlər Kabinetinin qalmasının mənası nədir?" .....                     "Ölkədə köklü islahatlar həyata keçirilməlidir..." .....                     Bakının bitməyən tıxac dərdi: .....                     Paşinyan ETİRAF ETDİ: .....                     Azərbaycanlı gənci güllələyib öldürən yol polisi .....                     İrəvan İran ərazisindən logistika zəncirləri və imkanları genişləndirmək istəyir .....                     "Bakı və Ankara ilə işləməyin vaxtıdır" .....                 

“Hətta Bakı Atatürk Liseyinin bağlanması məsələsi qaldırıla bilər” - “NAZİRLİK MÜDAXİLƏ ETMƏLİDİR...”
Tarix: 19-09-2024, 11:52 | Çap et
“Hətta Bakı Atatürk Liseyinin bağlanması məsələsi qaldırıla bilər”
Azərbaycan və Türkiyə hökumətləri arasında 1992-ci ildə imzalanmış müqaviləyə əsasən əslində ödənişsiz təhsil verməli olan Bakı Atatürk Liseyində təhsil haqqının kəskin artırılması və buna etiraz edən valideynlərin övladlarının liseydən qovulması hallarının ictimailəşdirilməsi cəmiyyətdə geniş rezonans doğurub.

Xatırladaq ki, bu liseydə 4-5 il əvvəl 1000 manat təşkil edən təhsil haqqı bu il 4500 manata qaldırılıb. 11-ci sinfdə oxuyan şagirdlərin valideynləri buna etiraz ediblər. Bu etiraza görə 3 valideynin övladı məktəbdən uzaqlaşdırılıb.

Təhsil eksperti Kamran Əsədov “AzPolitika”-ya açıqlamasında qeyd edib ki, Bakı Atatürk Liseyi Azərbaycanda özəl təhsil müəssisəsi kimi fəaliyyət göstərir və əsasən beynəlxalq tədris proqramlarına əsaslanan müasir təhsil təklif edir. Liseydə əsasən ana dili, xarici dillər, riyaziyyat, elmi fənlər və texnologiyaya fokuslanmış proqramlar tədris olunur. Ekspert vurğualyıb ki, məktəb valideynlərin istəklərini qarşılayaraq yüksək səviyyəli tədris mühiti təqdim etməyi hədəfləyir, lakin qiymət artımları və digər məqamlarla bağlı bəzi narazılıqlar mövcuddur.

Ekspert Bakı Atatürk Liseyində yaranış vəziyyəti belə xarakterizə edib və çıxış yolları göstərib:

“1. Təhsil haqqının hər il artırılması və bununla bağlı narazılıqlar. Müasir tədris müəssisələri, xüsusilə də özəl məktəblər, çox vaxt maliyyə və infrastrukturun təkmilləşdirilməsi üçün hər il təhsil haqlarını artırır. Lakin bu artımlar çox zaman valideynlər tərəfindən narazılıqla qarşılanır. Bunun səbəbləri bunlardır:

Valideynlərin maddi yükü: Hər il təhsil haqlarının artırılması bəzi valideynlər üçün əlavə maliyyə yükü yaradır. Bir çox ailə uşaqlarına keyfiyyətli təhsil vermək istəsə də, artan təhsil haqları onları narahat edir və seçim imkanlarını məhdudlaşdıra bilər.

Şəffaflıq çatışmazlığı: Təhsil haqqının artımının səbəbləri hər zaman aydın və şəffaf şəkildə izah olunmadıqda, valideynlər arasında suallar yaranır. Haqqın nəyə əsasən artdığı, təhsil keyfiyyətinin və ya resursların nə dərəcədə təkmilləşdirildiyi aydın deyilsə, etirazlar meydana gələ bilər.

2. Valideynlərin narazılığı və uşaqların məktəbdən qovulması. Valideynlər təhsil haqqının artımına etiraz etdikdə uşaqlarının məktəbdən çıxarılması çox ciddiyə alınmalı olan bir məsələdir. Aşağıdakı mənfi təsirləri yarada bilər:

Uşaqların hüquqları: Uşaqların təhsil almasına maneə törətmək onların fundamental təhsil hüquqlarını pozmaq deməkdir. Valideynlərin məktəbə olan narazılığı uşaqların tədrisinə mane olmamalıdır.

Məktəbin imici və etibarının zədələnməsi: Belə hallarda məktəb ictimaiyyət arasında etibarını itirə bilər. Məktəbin valideynlərin narazılığına konstruktiv cavab vermək əvəzinə radikal addımlar atması, cəmiyyətin gözündə məktəbin nüfuzuna mənfi təsir göstərir.

3. Təhsil keyfiyyəti. Bakı Atatürk Liseyi müasir tədris proqramları və innovativ metodlarla iş aparır, şagirdlərin akademik uğurlarını artırmaq üçün müxtəlif resurslar və tədris vasitələri ilə təmin edir. Bununla yanaşı, təhsilin keyfiyyətinə dair bir neçə əsas məqamı nəzərə almaq lazımdır:

Beynəlxalq standartlar: Lisey beynəlxalq təhsil standartlarına cavab verən proqramlar təqdim edir. Bu, xüsusən də xarici dillərin tədrisi və texnologiyaların istifadəsi baxımından şagirdlərə rəqabət üstünlüyü təmin edə bilər.

Şagirdlərin akademik göstəriciləri: Liseydə şagirdlər müxtəlif olimpiadalar, imtahanlar və digər akademik müsabiqələrdə iştirak edərək yüksək nəticələr əldə edirlər. Bu, məktəbin tədris keyfiyyətinin yüksək olduğunu göstərir.

Müəllim heyətinin peşəkarlığı: Yüksək keyfiyyətli təhsil tədris edən bir məktəbin müəllim heyəti də xüsusi diqqətə layiqdir. Müəllimlərin peşəkar hazırlığı və davamlı inkişafı məktəbin uğurunun təməlidir.

4. Məktəbin atdığı addımlara münasibət. Təhsil müəssisəsi olaraq Bakı Atatürk Liseyi valideynlərlə daha səmərəli kommunikasiya qurmalı və onların narazılıqlarını anlamaq üçün platformalar yaratmalıdır. Təhsil haqqının artırılması kimi addımlar valideynlərə əvvəlcədən bildirilməli və onun arxasında duran səbəblər izah olunmalıdır.

Aşağıdakı məqamlar bu məsələnin daha yaxşı idarə olunmasına kömək edə bilər:

Şəffaf maliyyə siyasəti: Təhsil haqqının artmasının səbəbləri barədə valideynlərə şəffaf və aydın məlumat verilməlidir. Məsələn, yeni tədris vasitələrinin alınması, müəllimlərin inkişafı və ya məktəb infrastrukturu üçün resursların istifadəsi haqqında valideynlər məlumatlandırıla bilər.

Valideynlərlə açıq dialoq: Valideynlərin narazılıqlarının nəzərə alınması və onları dinləmək üçün açıq forumlar və ya görüşlər təşkil olunmalıdır. Bu, məktəbin valideynlərlə daha yaxşı münasibətlər qurmasına və yaranan problemləri birlikdə həll etməyə kömək edər.

5. Dünya təcrübəsi. Dünya təcrübəsində, xüsusən də özəl məktəblərdə təhsil haqqının hər il artırılması normal bir praktikadır. Ancaq bu prosesin şəffaf və tənzimlənmiş şəkildə aparılması çox vacibdir. Bir çox inkişaf etmiş ölkələrdə məktəblər təhsil haqqının artımını əsaslandıran detallı hesabatlar təqdim edirlər. Valideynlərə təhsil haqqının nəyə xərcləndiyi, hansı yeniliklərin həyata keçirildiyi və tədrisin keyfiyyətinin necə inkişaf etdiyinə dair məlumat verilir. Bu, valideynlərin məktəbə olan etibarını artırır və onların narazılıqlarını minimuma endirir. Məsələn, Finlandiya və Almaniyada dövlət məktəbləri pulsuzdur, lakin özəl məktəblərdə təhsil haqqı adətən detallı olaraq izah olunur. ABŞ-də və Böyük Britaniyada isə prestijli özəl məktəblər yüksək təhsil haqları ilə tanınır, lakin valideynlərə təqdim olunan şəffaf maliyyə hesabatları valideyn-məktəb münasibətlərinin qorunmasına kömək edir.

Ümumilikdə, Bakı Atatürk Liseyi, yüksək keyfiyyətli təhsil təqdim etməklə yanaşı, təhsil haqlarının artması və valideyn narazılıqlarının düzgün idarə olunması məsələsində şəffaflıq prinsipinə daha çox diqqət yetirməlidir. Valideynlərlə qurulan münasibətlərdə daha açıq və kommunikativ yanaşma tətbiq olunmalıdır. Məktəb təhsil haqqı siyasətində balansı qorumaq, valideynlərin maliyyə vəziyyətini nəzərə alaraq qərarlar vermək və eyni zamanda təhsil keyfiyyətini yüksəltməyə davam etmək üçün yeni mexanizmlər üzərində düşünməlidir”.

Hüquqşünas Hafiz Həsənov “AzPolitika”-ya bildirib ki, bu məsələdə liseynin məsuliyyəti var: “Birincisi, məktəb nəyə görə özbaşına müqaviləni yeniləməlidir? Birtərəfli qaydada müqaviləyə baxılması və təhsil haqlarının artırılması hüquqi baxımdan doğru deyil. Məsələ tərəflərin qarşılıqlı razılığı əsasında olmalıdır. Başqa tərəfdən də şagirdin məktəbdə təhsil alacağı ilə bağlı müqavilə imzalanırsa, bu, bütün təhsil müddətini əhatə etməlidir. Beləliklə, burada tərəflərin müstəqil olmaq hüququ, könüllülük prinsipi pozulur. Məktəb birətərfli qaydada təhsil ödənişini artırır və bu da hüquqi prnsplərə uyğun deyil”.

H.Həsənov ikinci amil kimi vurğulayır ki, təhsil alan şagirdlərin heç bir qanuni əsas gətirilmədən məktəbdən qovulması onların hüquqlarının kobud şəkildə pozulmasıdır. “Hər iki məsələ özbaşınalıq kimi qiymətləndirilə bilər. Valideynlərin məktb rəhbərliyini məhkəməyə verib vurduğu maddi, mənəvi zərəri tələb etmək hüququ var. Təbii ki, burada söhbət daha çox uşaqların psixikasına vurulan mənəvi zərərdən, təhsil hüquqularının məhdudlaşdırılmasından gedir”.

Hüquqşünas hesab edir ki, məsələ Elm və Təhsil Nazirliyi tərəfindən mübahisələndirilə bilər: “Nazirlik bu hadisəyə münasibət bildirməlidir. Bir lisey öz bildiyi kimi hərəkət edirsə, Azərbaycan qanunlarına hörmətsiz yanaşırsa, onda təhsilin səviyyəsi, məktəbin fəaliyyətinin qanunlara uyğunluğu məsələsi qaldırılmalıdır. Hesab edirtəm ki, hətta liseyin bağlanması səviyyəsində belə məsələ mübahisələndirilə bilər”.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
İki ayda Azərbaycana 4 ölkədən 545 ton donuz əti gətirilib
Bu gün, 19:05
Vens Pakistana gedəcək? - Ziddiyyətli açıqlamalar
Bu gün, 19:02
İran nümayəndə heyəti İslamabada gedir - CNN
Bu gün, 18:57
İran razılaşmasa, məhv edəcəyəm – Tramp yenə təhdid etdi
Bu gün, 16:58
"Bir vaxtlar böyüyün sözü daş kimi ağır idi"
Bu gün, 16:21
İran iki tankerin Hörmüz boğazından keçməsinin qarşısını aldı - KİV
Bu gün, 16:19
Batumidə 2 Azərbaycan vətəndaşı saxlanıldı
Bu gün, 16:05
ABŞ və İsrailə məğlubiyyət yaşatmağa hazırıq - Xamenei
Bu gün, 16:02
“Başçının razılığı olmadan sənəd verilmir” – Tovuzda qanun kimə işləyir?
Bu gün, 15:59
"Rejim dəyişikliyi alternativ vasitələrlə də həyata keçirilə bilər" - Məhəmməd Rəhmanifər
Bu gün, 15:57
“Müğənni olmağım onlar üçün dəhşətli bir şey idi”
Bu gün, 15:49
Belarus Ukraynaya hücuma hazırlaşır - Kuleba
Bu gün, 15:45
Putin İrəvanda son kartını oynayır - İNCƏLƏMƏ
Bu gün, 10:47
Belarusa hücum olarsa, bu, Rusiya ilə toqquşma deməkdir - Lukaşenko
Bu gün, 10:43
İran parlamentinin rəhbəri Hörmüz boğazı ilə bağlı qeyri-müəyyənliyin qaldığını deyib
Bu gün, 10:01
Daha bir müştərisi ABB-dən imtina etdi - ETİRAZ
Bu gün, 09:59
Madyar Ukraynanın maliyyələşdirilməsini dəstəkləmək niyyətində deyil - “L'Antidiplomatico” portalı
Bu gün, 09:28
Erməni saxtakarlığı – xəritə yalanı və onun ifşası
Bu gün, 09:25
Bu, AB-ni Rusiyaya olan bağlılıqdan azad edə bilər - Fitso
Bu gün, 08:38
Türkiyədə təhdid dolu paylaşımlar edən şagirdin evindən Azərbaycan bayrağı və hərbi ləvazimatlar çıxıb - VİDEO
Bu gün, 08:35
Bakının yaratdığı yeni reallıq - GƏLİŞMƏ
Bu gün, 08:20
Azərbaycan-Rusiya münasibətləri: Güllələnmiş “dostluq” - AKTUAL
Bu gün, 08:16
Hüquqi statusu olmayan ELİZA SCHOOL Mədəniyyət Mərkəzinin binasına necə yerləşdirilib? - ARAŞDIRMA
Bu gün, 08:13
"Gül salonum var..."
Bu gün, 08:09
"Son 25 ildə təhsilə dair açıq və nəticəli müzakirələr görmədik..." - MALƏSƏF...
Bu gün, 08:05
Nuru Əliyevin qalmaqallı oğlu şirkətə rəhbər keçib? - Nurgün Group dövlətə külli miqdarda borclandı
Bu gün, 07:57
ABŞ-İran danışıqları irəliləsə də, Hörmüz boğazı ətrafında gərginlik qalmaqdadır - "Reuters"
Bu gün, 07:39
Əli Əsədovun Mədəniyyət sarayını zəbt etməkliyi... - SƏN DEMƏ...
Bu gün, 07:30
Fuad Nəcəfli HƏBS OLUNA BİLƏR... - İLGİNC
Bu gün, 07:21
"Qəbulda olmuşam, zənglər etmişəm, lakin..." - Çernobıl əlili haqqını tələb edir...
Bu gün, 07:05
TƏBİB-də niyə bu ölkənin qanunları İŞLƏMİR? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 06:58
Əslində savaş bu iki dövlət arasında gedir... - İNCƏLƏMƏ
Bu gün, 06:46
AzəriQaz oğurluq üçün ZƏMİN YARADIR... - NARAZILIQ VAR...
Bu gün, 06:41
"Əgər heç bir işlə məşğul olmursa, Nazirlər Kabinetinin qalmasının mənası nədir?" - partiya sədri
Bu gün, 06:35
"Ölkədə köklü islahatlar həyata keçirilməlidir..." - ÇAĞIRIŞ
Bu gün, 06:31
Bakının bitməyən tıxac dərdi: - “Ali məktəblərin bölgələrə köçürülməsi...”
Dünən, 18:16
Paşinyan ETİRAF ETDİ: - "O adamların siyahısı məndədir, lazım olanda... "
Dünən, 18:13
Azərbaycanlı gənci güllələyib öldürən yol polisi HƏBS OLUNDU
Dünən, 18:10
İrəvan İran ərazisindən logistika zəncirləri və imkanları genişləndirmək istəyir - Paşinyan
Dünən, 13:33
"Bakı və Ankara ilə işləməyin vaxtıdır" – Ermənistan Baş nazirindən tarixi dönüş
Dünən, 13:22
Rusiyanın iki aeroportu fəaliyyətini dayandırıb
Dünən, 13:21
Rüfət İsmayılovun qol saatları da müsadirə edildi
Dünən, 13:19
Ermənistan və Rusiya bəzi müqavilələrin icrası barədə razılığa gəlib
Dünən, 13:16
Azərbaycan Mədəniyyət Nazirliyi xalq artistindən kimin nə nəyin qisasını alır? - AXI NİYƏ?
Dünən, 13:15
ABB öz səhmdarlarına 200 milyon manat - DİVİDEND ÖDƏYƏCƏK
Dünən, 12:35
"Ege Hospital"da yeni doğulan körpə öldü
Dünən, 12:31
Rusiya silahını Avropaya tuşlayır - GƏLİŞMƏ
Dünən, 12:18
“Elə bilirlər ki, Baş nazir olmaq asandır” - Artur Rasizadə
Dünən, 12:14
Paytaxtda növbəti daxili iməclik keçirilib - FOTO
Dünən, 11:57
Yadplanetlilərlə bağlı məlumatlar dərc olunacaq - Tramp anons verdi
Dünən, 11:52
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru