Bakının bitməyən tıxac dərdi: .....                     Paşinyan ETİRAF ETDİ: .....                     Azərbaycanlı gənci güllələyib öldürən yol polisi .....                     İrəvan İran ərazisindən logistika zəncirləri və imkanları genişləndirmək istəyir .....                     "Bakı və Ankara ilə işləməyin vaxtıdır" .....                     Rusiyanın iki aeroportu fəaliyyətini dayandırıb .....                     Rüfət İsmayılovun qol saatları da müsadirə edildi .....                     Ermənistan və Rusiya bəzi müqavilələrin icrası barədə razılığa gəlib .....                     Azərbaycan Mədəniyyət Nazirliyi xalq artistindən kimin nə nəyin qisasını alır? .....                     ABB öz səhmdarlarına 200 milyon manat .....                     "Ege Hospital"da yeni doğulan körpə öldü .....                     Rusiya silahını Avropaya tuşlayır .....                     “Elə bilirlər ki, Baş nazir olmaq asandır” .....                     Paytaxtda növbəti daxili iməclik keçirilib .....                     Yadplanetlilərlə bağlı məlumatlar dərc olunacaq .....                     Bakının bu ərazilərində torpağın sotu 2 milyondur .....                     Azərbaycan-Ermənistan modeli Ukrayna üçün nümunə ola bilər .....                     Türkiyədə son hadisələrə görə, 7,5 milyonluq “YouTube” kanalı bağlandı .....                     Gəncə səhiyyəsində dəyişiklik .....                     General Müşfiq Məmmədov vəzifəsindən azad edildi .....                     İran hava məkanını beynəlxalq uçuşlar üçün qismən açıb .....                     Azərbaycana 94 min dollar gətirmək istədi, 64 min manat cərimələndi .....                     “Fikirləşmirlər ki, bu adamlar yazıqdır, əziyyət çəkirlər” .....                     Lənkəranda torpaq sürüşməsi olub .....                     “Bank Avrasiya” bağlanma təhlükəsi ilə ÜZ-ÜZƏ .....                     Qarabağ Qazisi NARAZILIQ EDİR... .....                     Xalq artistinə qarşı qorxunc rüşvət iddiası .....                     Kürdəxanı sakinləri boğaza yığılıblar .....                     “Azərbaycan və Türkiyə dövlətləri hər vasitə ilə Güneydəki soydaşlarımıza dəstək olmalıdır...” .....                     14 milyonluq SİRR AÇILIR .....                     Samvel Karapetyanın ev dustaqlığı daha 3 ay uzadıldı .....                     Nazim Bəydəmirli karsdan çıxarılıb .....                     Şirvan "103"də nələr baş verir? .....                     Banklardan SOYĞUNÇULUQ .....                     İran Hörmüz boğazını açmasaydı... .....                     Sərhəd Akademiyasında intihar .....                     Özünün bu qədər əmlakı ola-ola elə formanı necə təsdiqləsin axı?! .....                     Təqaüd yaşına çatmayan vətəndaşın HAQQI YEYİLİR .....                     Əmrullayev gələndən maaşlar artmayıb... .....                     Nəcibə Nəsibova erası bitdi? .....                 

Aqrar Xidmətlər Agentliyi altı yüz min manata siçanlara qarşı mübarizə aparır, yoxsa… - İcazə verin şübhələnək...
Tarix: 30-06-2025, 10:10 | Çap et

Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyi sink fosfid və alüminium fosfid dərman preparatlarının satın alınması üzrə 11.04.2025-ci ildə başladığı açıq tenderə yekun vurub. Müsabiqənin qalibi fərdi sahibkar Məhərrəm Əmirxəlil oğlu Atakişiyevlə seçilib. Tərəflər arasında bağlanmış satınalma müqaviləsinin maliyyə dəyəri 609 600 manatdır. Məlumat satınalmaların portalında 20.06.2025-ci ildə dərc edilib.

Şərtlər toplusuna görə fiziki şəxs Məhərrəm Atakişiyev Agentliyi 20 000 kq Tərkibi-80 % Təyinatı- Siçanabənzər gəmiricilərin zərərsizləşdirilməsi (fumiqasiya edilməsi) Fiziki forması-toz Növü-R Toksiklik dərəcəsi-1B Qablaşdırma: 1 – 1.5 kq dəmir qablarda olmaqla Zinc phosphide dərman vasitəsi ilə təmin etməlidir. Həmçinin 8.000 kq, Tərkibi-56% Karantin nəzarətində olan materialların zərərsizləşdirilməsi (fumiqasiya edilməsi) Fiziki forması-bərk (tablet) Növü-Fm Toksiklik dərəcəsi-1B Qablaşdırma: 1-1,44 kq alüminium qablarda, Aluminium Phosphide ilə təchiz etməlidir.

Qeyd edək ki, sink fosfid hamımızın tanıdığı siçan dərmanıdır. Bundan kənd təsərrüfatında gəmiricilərə qarşı istifadə olunur. Hələ 2014-cü ildə Hesablama Palatası tərəfindən aparılan auditin nəticələri müzakirə edilərək Azərbaycanda zərərli gəmiricilərə qarşı mübarizə məqsədilə istifadə olunan sink-fosfid preparatının Avropa İttifaqı ölkələri və MDB-yə daxil olan bir sıra dövlətlər tərəfindən qadağan edilməsini, sink-fosfidin, ətraf mühitə, flora və faunaya, insanlara yaratdığı təhlükələrin ciddiliyini, onu qadağan edən ölkələrin sayının və preparatın tətbiqi ilə bağlı təhlükələrin daha da artmasını nəzərə alaraq, sink-fosfidin dövlət qeydiyyatından keçən pestisidlərin siyahısından çıxarılması, istifadəsinin dayandırılması və onun başqa pestisidlərlə əvəz olunması məsələsinin “Fitosanitar nəzarəti haqqında” qanuna əsasən Dövlət Fitosanitar Nəzarəti Xidmətinin nəzdində yaradılmış Elmi Texniki Şurada və Nazirlər Kabinetinin 2007-ci il 22 yanvar tarixli 10 nömrəli qərarına əsasən yaradılmış Ekspert Şurasında müzakirə edilməsi məqsədəuyğun sayılıb.

Sink-fosfid preparatının Avropa İttifaqı ölkələrində qadağan edildiyi halda nədən Aqrar Xidmətlər Agentliyi məhz bu pestisidin alınmasını məqsədəuyğun hesab edib, deyə bilmərik. Amma özlərinin yaydığı məlumatlara görə son illər siçanabənzər gəmiricilərə qarşı respublikamızda Sink-fosfid və Brodifakum preparatları tətbiq olunur. Mübarizə məqsədi ilə Sink-fosfid preparatı istifadə olunmaqla gəmiricilərin qidası olan yemlərdən biri ilə aldadıcı yem hazırlanaraq mübarizə aparılır. Bu məqsədlə buğda dəni və ya günəbaxan tumundan istifadə edilə bilər. Aldadıcı yem hazırlamaq üçün hər 100 kq buğda üzərinə zəhərli maddənin yapışmasını və yemin cəlb ediciliyini təmin etmək üçün 2,5 l bitki yağı tökülərək qarışdırılır, daha sonra 2,5 kq sink-fosfid preparatı əlavə edilərək yaxşıca qarışdırılır. Hazırlanmış aldadıcı yem bir dəfəlik istifadə edilən kisələrə yığılır, sahəyə daşınır, bir dəfə istifadə olunan qablara doldurulur və qaşıqla hər işlək yuvaya normaya uyğun istifadə edilir. Hər işlək yuvaya 3 qram sink-fosfidlə hazırlanmış aldadıcı yem (0.5 çay qaşığı-75 buğda dəni) qoyulur.

Qeyd edək ki, bütün bu təlimatları yerlərdə Aqrar Xidmətlər Agentliyinin əməkdaşları həyata keçirməlidir. Amma əldə etdiyimiz məlumatlara görə Agentliyin rayon şöbələrində bu dərman vasitələri fermerlərə satılır, az-az hallarda isə sakinlərə paylanılır ki, özləri düzəldib istifadə etsinlər. Bu da sakinlər üçün açıq-aşkar təhlükə deməkdir.

Bunlardan əlavə. Apardığımız araşdırma zamanı Aqrar Xidmətlər Agentliyinin 609 600 manat dəyərində satınalma müqaviləsi bağladığı Məhərrəm Əmirxəlil oğlu Atakişiyev barəsində də bəzi maraqlı məlumatlar ortaya çıxdı.

AQTA-dan hələ 12 avqust 2022-ci mətbuata verilən məlumata görə fiziki şəxs Atakişiyev Məhərrəm Əmirxəlil oğlu tərəfindən Çin Xalq Respublikasından idxal olunan, ümumi çəkisi 3500 kq “TİTAN 350 SC” adlı pestisid məhsuluna Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları tərəfindən keçirilən baxış zamanı götürülmüş nümunələrin Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyasında müayinəsi nəticəsində məhsulun saxtalaşdırıldığı, etiket məlumatları ilə tərkibinin uyğunsuz olduğu müəyyən edilib. Aşkar olunmuş uyğunsuzluqla əlaqədar pestisidin istifadə təyinatı üzrə tətbiqinə icazə verilməyib.

Təqdim olunan sənədlərin həqiqiliyinə dair şübhələr yarandığından, məsələnin araşdırılması məqsədilə idxalçı ölkənin aidiyyəti qurumuna sorğu göndərilib. Müraciət əsasında, preparata dair mənşə sertifikatının verildiyi Çin Xalq Respublikasının Beynəlxalq Ticarətin Təşviqi üzrə Çin Şurası (China Council for Promotion of International Trade) tərəfindən göndərilmiş cavab məktubunda sertifikatın saxta olduğu bildirilib. Faktla bağlı qanunvericiliyin tələbləri çərçivəsində müvafiq tədbirlər görülməsi üçün aidiyyəti dövlət qurumlarına məlumat verilib.

Çin Xalq Respublikasının Beynəlxalq Ticarətin Təşviqi üzrə Çin Şurası tərəfindən göndərilmiş cavab məktubundan da göründüyü kimi Məhərrəm Əmirxəlil oğlu Atakişiyev sertifikatları saxtalaşdırıb.

Bundan əvvəl isə, yəni 18 yanvar 2022-ci ildə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi “Pestisidlərin, bioloji preparatların və aqrokimyəvi maddələrin dövlət sınağının aparılması, qeydiyyata alınması və istifadəsinə icazə verilmiş preparatların siyahısına daxil edilməsi üzrə Ekspert Şurası”nın növbəti iclası keçirilib. Sözügedən iclasda Atakişiyev Əmirxəlil Məhərrəm oğlunun müraciətinə əsasən Türkiyə Respublikasının “DOĞAL Kim. Mad. Ve Zirai. İlaç. San. A. Ş.” şirkətinin istehsalı olan Pole 500 SC, Doris, Sezox, Sapho, Çin Xalq Respublikasının “Evergreen Agrochemical Co” LTD şirkətinin istehsalı olan. Atlantic 500 SC, Smerch 240 EC, Dogaman 250 EC, Sword 240 SL, Hindistan Respublikasının “MODERN INSECTICIDES LIMITED” şirkətinin istehsalı olan Judo 5 EC, Aytap 200 EC, Baston 400 EC kimi pestisidlər ilk dəfə qeydiyyata alınıb və ölkəmizə gətirilməsinə icazə verilib.

Qeyd edək ki, Aqrar Xidmətlər Agentliyinin satınalma müqaviləsi bağladığı Məhərrəm Əmirxəlil oğlu Atakişiyev (VÖEN:1304381402 ) Kənd Təsərrüfatı Nazirliyinin rəsmi portalında pestisidlərin satışı ilə məşğul olan fərdi sahibkar kimi göstərir. 2023-cü il üzrə Vergi Məcəlləsinə uyğun olaraq vergi hesabatını və ya onu əvəz edən arayışı vaxtında təqdim etməməyə görə 1 hal üzrə ümumilikdə 40.00 manat maliyyə sanksiyası tətbiq edilmişdir.

Qeyd edək ki, onun oğlu Atakişiyev Əmirxəlil Məhərrəm oğlu (VÖEN: 1304385642) da pestisidlərin satışı ilə məşğul olan fərdi sahibkar kimi göstərir. 2022-ci il üzrə Vergi Məcəlləsinə uyğun olaraq vergi hesabatını və ya onu əvəz edən arayışı vaxtında təqdim etməməyə görə 1 hal üzrə ümumilikdə 40.00 manat maliyyə sanksiyası tətbiq edilmişdir. hazırki günə 91 928.87 manat vergi borcu var.

Xatırladaq ki, Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin sədri Sərdar Hacıyevdi. O, bu vəzifəyə nazir Məcnun Məmmədovun əmri ilə 2023-cü ilin oktyabrında təyin edilib. Daha əvvəl “PAŞA Holdinq” MMC-yə məxsus “Yalama Aqropark” MMC-nin İdarə Heyətinin sədri olub

Aktualinfo.org











 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Bakının bitməyən tıxac dərdi: - “Ali məktəblərin bölgələrə köçürülməsi...”
Bu gün, 18:16
Paşinyan ETİRAF ETDİ: - "O adamların siyahısı məndədir, lazım olanda... "
Bu gün, 18:13
Azərbaycanlı gənci güllələyib öldürən yol polisi HƏBS OLUNDU
Bu gün, 18:10
İrəvan İran ərazisindən logistika zəncirləri və imkanları genişləndirmək istəyir - Paşinyan
Bu gün, 13:33
"Bakı və Ankara ilə işləməyin vaxtıdır" – Ermənistan Baş nazirindən tarixi dönüş
Bu gün, 13:22
Rusiyanın iki aeroportu fəaliyyətini dayandırıb
Bu gün, 13:21
Rüfət İsmayılovun qol saatları da müsadirə edildi
Bu gün, 13:19
Ermənistan və Rusiya bəzi müqavilələrin icrası barədə razılığa gəlib
Bu gün, 13:16
Azərbaycan Mədəniyyət Nazirliyi xalq artistindən kimin nə nəyin qisasını alır? - AXI NİYƏ?
Bu gün, 13:15
ABB öz səhmdarlarına 200 milyon manat - DİVİDEND ÖDƏYƏCƏK
Bu gün, 12:35
"Ege Hospital"da yeni doğulan körpə öldü
Bu gün, 12:31
Rusiya silahını Avropaya tuşlayır - GƏLİŞMƏ
Bu gün, 12:18
“Elə bilirlər ki, Baş nazir olmaq asandır” - Artur Rasizadə
Bu gün, 12:14
Paytaxtda növbəti daxili iməclik keçirilib - FOTO
Bu gün, 11:57
Yadplanetlilərlə bağlı məlumatlar dərc olunacaq - Tramp anons verdi
Bu gün, 11:52
Bakının bu ərazilərində torpağın sotu 2 milyondur - AÇIQLAMA
Bu gün, 11:35
Azərbaycan-Ermənistan modeli Ukrayna üçün nümunə ola bilər - ŞƏRH
Bu gün, 11:31
Türkiyədə son hadisələrə görə, 7,5 milyonluq “YouTube” kanalı bağlandı - KİV
Bu gün, 11:27
Gəncə səhiyyəsində dəyişiklik - ƏMR
Bu gün, 11:26
General Müşfiq Məmmədov vəzifəsindən azad edildi - ƏMR
Bu gün, 11:19
İran hava məkanını beynəlxalq uçuşlar üçün qismən açıb
Bu gün, 11:17
Azərbaycana 94 min dollar gətirmək istədi, 64 min manat cərimələndi - TƏFƏRRÜAT
Bu gün, 11:02
“Fikirləşmirlər ki, bu adamlar yazıqdır, əziyyət çəkirlər” - NARAZILIQ VAR...
Bu gün, 10:49
Lənkəranda torpaq sürüşməsi olub
Bu gün, 10:40
“Bank Avrasiya” bağlanma təhlükəsi ilə ÜZ-ÜZƏ - Azalan kreditlər, zəifləyən kapital...
Bu gün, 10:38
Qarabağ Qazisi NARAZILIQ EDİR... - Qarabağ əlili kimi yox, mülki əlil kimi qeyd ediblər...
Bu gün, 10:37
Xalq artistinə qarşı qorxunc rüşvət iddiası - VİDEO
Bu gün, 10:32
Kürdəxanı sakinləri boğaza yığılıblar - "Üfunətdən keçmək olmur"
Bu gün, 10:26
“Azərbaycan və Türkiyə dövlətləri hər vasitə ilə Güneydəki soydaşlarımıza dəstək olmalıdır...” - ÇAĞIRIŞ
Bu gün, 10:19
14 milyonluq SİRR AÇILIR - "Atlant" işində yeni İDDİALAR
Bu gün, 10:16
Samvel Karapetyanın ev dustaqlığı daha 3 ay uzadıldı - KİV
Bu gün, 09:59
Nazim Bəydəmirli karsdan çıxarılıb
Bu gün, 09:58
Şirvan "103"də nələr baş verir? – Rəhbər özbaşınalığı və təhlükədə qalan həyatlar!
Bu gün, 09:37
Banklardan SOYĞUNÇULUQ - Faizlər görün neçə dəfə ARTIB
Bu gün, 09:31
İran Hörmüz boğazını açmasaydı... - AKTUAL
Bu gün, 09:26
Sərhəd Akademiyasında intihar - NƏ BAŞ VERİR?
Bu gün, 09:22
Özünün bu qədər əmlakı ola-ola elə formanı necə təsdiqləsin axı?! - HƏQİQƏTƏN DƏ...
Bu gün, 08:20
Təqaüd yaşına çatmayan vətəndaşın HAQQI YEYİLİR - BU FAKTDIR!
Bu gün, 08:14
Əmrullayev gələndən maaşlar artmayıb... - düz 6 ildir ki...
Bu gün, 08:06
Nəcibə Nəsibova erası bitdi? - Üç prezident, 14 nazir dəyişən müşavir geri çağrılır
Bu gün, 08:03
“Rus dilinin qadağan olunmasının əleyhinəyəm” - partiya sədri
Bu gün, 07:56
Peşə Təhsili Agentliyində kadr xaosu – Boş ştatlar, bölüşdürülən maaşlar …
Bu gün, 07:53
Vüsal Nəsirli də belə narazılıq yaradır - GİLEY
Bu gün, 07:49
Tramp İranla danışıqlarda iştirak edəcək nümayəndə heyətinin tərkibini açıqlayıb
Bu gün, 07:44
Azərbaycanda yağ və ət problemi yaşanır - BELƏ DAVAM EDƏRSƏ...
Bu gün, 07:02
"Rusiyada artıq başa düşürlər ki, Azərbaycan heç bir ölkəyə bənzəmir" - deputat
Bu gün, 07:00
“Tramp marşrutu”na qarşı “qara piar” - İNCƏLƏMƏ
Bu gün, 06:55
Medvedevin təhdidi: siyasi ritorika, yoxsa real hücum siqnalı? - AKTUAL
Bu gün, 06:53
Sahil Qasımovun Əli Həsənovlu keçmişi və ad manipulyasiyası - EAPCA-nın Pərdəarxası
Bu gün, 06:50
Ekranlardakı "parlaq" cinayət və uydurma eşqlər: Bizə nə izlətdirirlər? - ARAŞDIRMA
Bu gün, 06:46
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru