"Təmiz Qaz QSC benefisiar sahibi görəsən kimdir!" "DİA-AZ" xəbər verir ki, bu ritorik sualla çıxış edən Neftçilərin Hüquqlarının Müdafiəsi Təşkilatının (NHMT) sədri, tanınmış hüquq müdafiəçisi Mirvari Qəhrəmanlı növbəti dəfə ilginc bir məqama diqqət çəkir.
Ekspertlərdən birinə istinadla M.Qəhrəmanlı yazır ki;
"Bildiyimiz kimi, bütün rayon qaz istismar xidmətlərində Sayğacların qəbulu və istismarı xidməti fəaliyyət göstərirdi. Mövcud xidmət isə Təbii qazın qəbulu və satışı xidməti ilə birləşdirilərək vahid Sayğac əməliyyatları xidməti fəaliyyət göstərəcək.
Sayğacların qəbulu və istismarı xidmətində illərin təcrübəsini əldə etmiş 10 il bəzən 15-20 il bu sahədə çalışan mühəndislər məcburən müayinə və ya qəza dispetcer xidmətinə keçirilir . bəziləri isə kənarda qalacaq.
Bildiyimiz kimi rayon qaz istismar xidmətlərində sayğacın əvəzlənmə əməliyyatlarını bundan sonra “Təmiz qaz” QSC tərəfindən icra olunacaq. Məlumat ücün qeyd edim ki, bağlanmış müqaviləyə əsasən hər əvəz olunmuş qaz sayğacına görə Azəriqaz İB tərəfindən QSC -ə 13, 00 AZN vəsait ödənilir.
Halbuki, rayon qaz istismar xidmətində fəaliyyət göstərən 8 –ci dərəcəli əmək haqqısı 802 manat olan mühəndis metroloq gün ərzində 20-30 sayğac və ay ərzində 500 ə yaxın sayğac əvəzləmə gücündə idi,
Görəsən, bu Təmiz Qaz QSC kimindi ki?.."