ƏLİ KƏRİMLİNİN QOHUMU HƏBSDƏ QALDI
Tarix: 23-06-2012, 11:29 | Çap et
YENİ VƏSATƏTLƏR VERİLDİ
Bakı Apellyasiya Məhkəməsi “Texnikabank”ın Yasamal filialının keçmiş müdir müavini, AXCP sədri Əli Kərimlinin qayını Elnur Seyidovu azadlığa buraxmaqdan imtina edib.
Vəkil Fəxrəddin Mehdiyev “Media forum” saytına bildirib ki, iyunun 22-də hakim Əmir Bayramovun sədrliyi ilə Səbail Rayon Məhkəməsinin Elnur Seyidovun həbs müddətinin üç ay uzadılması qərarından şikayətə baxılıb. Prosesə Elnur Seyidovun özünü də gətiriblər. O, çıxışında deyib ki, heç bir cinayət törətməyib, özünü günahkar saymır, irəli sürülən ittihamlar əsassızdır.
Vəkil Fəxrəddin Mehdiyev isə bildirib ki, Səbail məhkəməsinin qərarı əsassızdır, Elnur Seyidovun cinayət törətməsinə dair heç bir sübut yoxdur: “Elnur Seyidov qanunsuz olaraq həbsdə saxlanır. Səbail Rayon Məhkəməsinin onun barəsində seçilən həbs qətimkan tədbirinin üç ay uzadılması haqda qərarı da qanunsuzdur. Qərar ləğv olunmalı, Elnur Seyidov azadlığa buraxılmalıdır”.
Prokuror Tahir Vəliyev isə söyləyib ki, “Texnikabank”da aparılan yoxlamalar hələ başa çatmayıb, yoxlamalar davam etdiyinə görə Elnur Seyidovu azadlığa buraxmaq olmaz.
Vəkil Fəxrəddin Mehdiyev bu iddianı əsassız saydığını deyib: “Əvvəla, bizdə olan məlumata görə, “Texnikabank”ın Yasamal filialında yoxlamalar başa çatıb. Amma Elnur Seyidovun hər hansı qanunsuz əməli aşkar olunmayıb, onun qanunu pozduğuna dair hər hansı sübut tapılmayıb. İkincisi, “Texnikabank”da, yaxud da bankın hansısa filialında yoxlama gedirsə, buna görə Elnur Seyidov həbsdə saxlanmalıdır?”.
Hakim qısa müşavirəyə gedib və qayıdanda şikayətin təmin olunmadığını elan edib.
Vəkil Əsəbəli Mustafayev “Media forum” saytına açıqlamasında deyib ki, Elnur Seyidovun istintaqını aparan Milli Təhlükəsizlik Nazirliyinə yeni vəsatətlər veriblər. Onun sözlərinə görə, birinci vəsatət Elnur Seyidovla bağlı aparılan tibbi ekspertiza haqdadır: “Elnur Seyidov dağınıq skleroz xəstəliyindən əziyyət çəkir. Amma tibbi ekspertiza başqa rəy verib. Biz bu ekspertizanı keçirən həkimlərin peşəkarlığına və obyektivliyinə şübhə ilə yanaşırıq. Çünki rəydə üç həkimdən ikisinin ixtisası göstərilməyib, onlar haqda məlumat yoxdur. Həkimlərdən birinin sinir xəstəliyi mütəxəssisi olduğu göstərilib. Amma bu, çox geniş sahədir, həmin həkimin dağınıq skleroz xəstəliyi sahəsində biliyinin olub-olmadığı haqda məlumat yoxdur. Biz istəyirik ki, həkimlərlə bağlı məlumatlar bizə təqdim olunsun”.
Vəkil bildirib ki, rəydə ekspertizanın hansı elmi metodlar və tədqiqat vasitələri ilə aparıldığı göstərilməyib: “Hansı diaqnostik avadanlıqlardan istifadə olunduğu da məlum deyil. Ekspertiza MTN-də aparılıb. Orada müvafiq avadanlıqların olub-olmadığı məlum deyil. Biz MTN-də, bu qurumun tibb bölməsində dağınıq skleroz xəstəliyini müəyyən edən avadanlığın olmasına şübhə edirik. Ekspertizanın materiallarını tələb edirik. Mütəxəssislərə alternativ ekspertiza keçirtdirəcəyik. Ekspertizanı keçirən həkimlərin dindirilməsini istəyirik. Dindirmədə vəkillər də iştirak etməlidir”.
Xəstəliyi şiddətləndiyinə görə vəkillər Elnur Seyidovun xəstəxanaya köçürülməsi haqda da vəsatət veriblər: “Əsas vəsatətimiz isə cinayət işinə xitam verilməsi, Elnur Seyidovun azadlığa buraxılması haqdadır. Çünki onun əməlində hər hansı qanun pozuntusuna dair sübut əldə olunmayıb. Belə sübut olsaydı, rəsmi sənəddə əksini tapardı”.
Elnur Seyidovu martın 27-də Milli Təhlükəsizlik Nazirliyi həbs edib. O, MTN-in təcridxanasında saxlanır, Cinayət Məcəlləsinin 178.3.1 və 178.3.2-ci maddələri ilə dələduzluqda ittiham olunur. İyunun 19-da Səbail Rayon Məhkəməsi Elnur Seyidov barədə seçilən həbs-qətimkan tədbirinin müddətini üç ay uzadıb. O, sentyabrın 6-dək həbsdə qalacaq.


|
|
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
|
|
| • Bakının bitməyən tıxac dərdi: - “Ali məktəblərin bölgələrə köçürülməsi...”
Bu gün, 18:16 |
|
|
|
| • Paşinyan ETİRAF ETDİ: - "O adamların siyahısı məndədir, lazım olanda... "
Bu gün, 18:13 |
|
|
|
| • Azərbaycanlı gənci güllələyib öldürən yol polisi HƏBS OLUNDU
Bu gün, 18:10 |
|
|
|
| • İrəvan İran ərazisindən logistika zəncirləri və imkanları genişləndirmək istəyir - Paşinyan
Bu gün, 13:33 |
|
|
|
| • "Bakı və Ankara ilə işləməyin vaxtıdır" – Ermənistan Baş nazirindən tarixi dönüş
Bu gün, 13:22 |
|
|
|
| • Rusiyanın iki aeroportu fəaliyyətini dayandırıb
Bu gün, 13:21 |
|
|
|
| • Rüfət İsmayılovun qol saatları da müsadirə edildi
Bu gün, 13:19 |
|
|
|
| • Ermənistan və Rusiya bəzi müqavilələrin icrası barədə razılığa gəlib
Bu gün, 13:16 |
|
|
|
| • Azərbaycan Mədəniyyət Nazirliyi xalq artistindən kimin nə nəyin qisasını alır? - AXI NİYƏ?
Bu gün, 13:15 |
|
|
|
| • ABB öz səhmdarlarına 200 milyon manat - DİVİDEND ÖDƏYƏCƏK
Bu gün, 12:35 |
|
|
|
| • "Ege Hospital"da yeni doğulan körpə öldü
Bu gün, 12:31 |
|
|
|
| • Rusiya silahını Avropaya tuşlayır - GƏLİŞMƏ
Bu gün, 12:18 |
|
|
|
| • “Elə bilirlər ki, Baş nazir olmaq asandır” - Artur Rasizadə
Bu gün, 12:14 |
|
|
|
| • Paytaxtda növbəti daxili iməclik keçirilib - FOTO
Bu gün, 11:57 |
|
|
|
| • Yadplanetlilərlə bağlı məlumatlar dərc olunacaq - Tramp anons verdi
Bu gün, 11:52 |
|
|
|
| • Bakının bu ərazilərində torpağın sotu 2 milyondur - AÇIQLAMA
Bu gün, 11:35 |
|
|
|
| • Azərbaycan-Ermənistan modeli Ukrayna üçün nümunə ola bilər - ŞƏRH
Bu gün, 11:31 |
|
|
|
| • Türkiyədə son hadisələrə görə, 7,5 milyonluq “YouTube” kanalı bağlandı - KİV
Bu gün, 11:27 |
|
|
|
| • Gəncə səhiyyəsində dəyişiklik - ƏMR
Bu gün, 11:26 |
|
|
|
| • General Müşfiq Məmmədov vəzifəsindən azad edildi - ƏMR
Bu gün, 11:19 |
|
|
|
| • İran hava məkanını beynəlxalq uçuşlar üçün qismən açıb
Bu gün, 11:17 |
|
|
|
| • Azərbaycana 94 min dollar gətirmək istədi, 64 min manat cərimələndi - TƏFƏRRÜAT
Bu gün, 11:02 |
|
|
|
| • “Fikirləşmirlər ki, bu adamlar yazıqdır, əziyyət çəkirlər” - NARAZILIQ VAR...
Bu gün, 10:49 |
|
|
|
| • Lənkəranda torpaq sürüşməsi olub
Bu gün, 10:40 |
|
|
|
| • “Bank Avrasiya” bağlanma təhlükəsi ilə ÜZ-ÜZƏ - Azalan kreditlər, zəifləyən kapital...
Bu gün, 10:38 |
|
|
|
| • Qarabağ Qazisi NARAZILIQ EDİR... - Qarabağ əlili kimi yox, mülki əlil kimi qeyd ediblər...
Bu gün, 10:37 |
|
|
|
| • Xalq artistinə qarşı qorxunc rüşvət iddiası - VİDEO
Bu gün, 10:32 |
|
|
|
| • Kürdəxanı sakinləri boğaza yığılıblar - "Üfunətdən keçmək olmur"
Bu gün, 10:26 |
|
|
|
| • “Azərbaycan və Türkiyə dövlətləri hər vasitə ilə Güneydəki soydaşlarımıza dəstək olmalıdır...” - ÇAĞIRIŞ
Bu gün, 10:19 |
|
|
|
| • 14 milyonluq SİRR AÇILIR - "Atlant" işində yeni İDDİALAR
Bu gün, 10:16 |
|
|
|
| • Samvel Karapetyanın ev dustaqlığı daha 3 ay uzadıldı - KİV
Bu gün, 09:59 |
|
|
|
| • Nazim Bəydəmirli karsdan çıxarılıb
Bu gün, 09:58 |
|
|
|
| • Şirvan "103"də nələr baş verir? – Rəhbər özbaşınalığı və təhlükədə qalan həyatlar!
Bu gün, 09:37 |
|
|
|
| • Banklardan SOYĞUNÇULUQ - Faizlər görün neçə dəfə ARTIB
Bu gün, 09:31 |
|
|
|
| • İran Hörmüz boğazını açmasaydı... - AKTUAL
Bu gün, 09:26 |
|
|
|
| • Sərhəd Akademiyasında intihar - NƏ BAŞ VERİR?
Bu gün, 09:22 |
|
|
|
| • Özünün bu qədər əmlakı ola-ola elə formanı necə təsdiqləsin axı?! - HƏQİQƏTƏN DƏ...
Bu gün, 08:20 |
|
|
|
| • Təqaüd yaşına çatmayan vətəndaşın HAQQI YEYİLİR - BU FAKTDIR!
Bu gün, 08:14 |
|
|
|
| • Əmrullayev gələndən maaşlar artmayıb... - düz 6 ildir ki...
Bu gün, 08:06 |
|
|
|
| • Nəcibə Nəsibova erası bitdi? - Üç prezident, 14 nazir dəyişən müşavir geri çağrılır
Bu gün, 08:03 |
|
|
|
| • “Rus dilinin qadağan olunmasının əleyhinəyəm” - partiya sədri
Bu gün, 07:56 |
|
|
|
| • Peşə Təhsili Agentliyində kadr xaosu – Boş ştatlar, bölüşdürülən maaşlar …
Bu gün, 07:53 |
|
|
|
| • Vüsal Nəsirli də belə narazılıq yaradır - GİLEY
Bu gün, 07:49 |
|
|
|
| • Tramp İranla danışıqlarda iştirak edəcək nümayəndə heyətinin tərkibini açıqlayıb
Bu gün, 07:44 |
|
|
|
| • Azərbaycanda yağ və ət problemi yaşanır - BELƏ DAVAM EDƏRSƏ...
Bu gün, 07:02 |
|
|
|
| • "Rusiyada artıq başa düşürlər ki, Azərbaycan heç bir ölkəyə bənzəmir" - deputat
Bu gün, 07:00 |
|
|
|
| • “Tramp marşrutu”na qarşı “qara piar” - İNCƏLƏMƏ
Bu gün, 06:55 |
|
|
|
| • Medvedevin təhdidi: siyasi ritorika, yoxsa real hücum siqnalı? - AKTUAL
Bu gün, 06:53 |
|
|
|
| • Sahil Qasımovun Əli Həsənovlu keçmişi və ad manipulyasiyası - EAPCA-nın Pərdəarxası
Bu gün, 06:50 |
|
|
|
| • Ekranlardakı "parlaq" cinayət və uydurma eşqlər: Bizə nə izlətdirirlər? - ARAŞDIRMA
Bu gün, 06:46 |
|
|
|
|