Madyar Ukraynanın maliyyələşdirilməsini dəstəkləmək niyyətində deyil .....                     Erməni saxtakarlığı .....                     Bu, AB-ni Rusiyaya olan bağlılıqdan azad edə bilər .....                     Türkiyədə təhdid dolu paylaşımlar edən şagirdin evindən Azərbaycan bayrağı və hərbi ləvazimatlar çıxıb .....                     Bakının yaratdığı yeni reallıq .....                     Azərbaycan-Rusiya münasibətləri: Güllələnmiş “dostluq” .....                     Hüquqi statusu olmayan ELİZA SCHOOL Mədəniyyət Mərkəzinin binasına necə yerləşdirilib? .....                     "Gül salonum var..." .....                     "Son 25 ildə təhsilə dair açıq və nəticəli müzakirələr görmədik..." .....                     Nuru Əliyevin qalmaqallı oğlu şirkətə rəhbər keçib? .....                     ABŞ-İran danışıqları irəliləsə də, Hörmüz boğazı ətrafında gərginlik qalmaqdadır .....                     Əli Əsədovun Mədəniyyət sarayını zəbt etməkliyi... .....                     Fuad Nəcəfli HƏBS OLUNA BİLƏR... .....                     "Qəbulda olmuşam, zənglər etmişəm, lakin..." .....                     TƏBİB-də niyə bu ölkənin qanunları İŞLƏMİR? .....                     Əslində savaş bu iki dövlət arasında gedir... .....                     AzəriQaz oğurluq üçün ZƏMİN YARADIR... .....                     "Əgər heç bir işlə məşğul olmursa, Nazirlər Kabinetinin qalmasının mənası nədir?" .....                     "Ölkədə köklü islahatlar həyata keçirilməlidir..." .....                     Bakının bitməyən tıxac dərdi: .....                     Paşinyan ETİRAF ETDİ: .....                     Azərbaycanlı gənci güllələyib öldürən yol polisi .....                     İrəvan İran ərazisindən logistika zəncirləri və imkanları genişləndirmək istəyir .....                     "Bakı və Ankara ilə işləməyin vaxtıdır" .....                     Rusiyanın iki aeroportu fəaliyyətini dayandırıb .....                     Rüfət İsmayılovun qol saatları da müsadirə edildi .....                     Ermənistan və Rusiya bəzi müqavilələrin icrası barədə razılığa gəlib .....                     Azərbaycan Mədəniyyət Nazirliyi xalq artistindən kimin nə nəyin qisasını alır? .....                     ABB öz səhmdarlarına 200 milyon manat .....                     "Ege Hospital"da yeni doğulan körpə öldü .....                     Rusiya silahını Avropaya tuşlayır .....                     “Elə bilirlər ki, Baş nazir olmaq asandır” .....                     Paytaxtda növbəti daxili iməclik keçirilib .....                     Yadplanetlilərlə bağlı məlumatlar dərc olunacaq .....                     Bakının bu ərazilərində torpağın sotu 2 milyondur .....                     Azərbaycan-Ermənistan modeli Ukrayna üçün nümunə ola bilər .....                     Türkiyədə son hadisələrə görə, 7,5 milyonluq “YouTube” kanalı bağlandı .....                     Gəncə səhiyyəsində dəyişiklik .....                     General Müşfiq Məmmədov vəzifəsindən azad edildi .....                     İran hava məkanını beynəlxalq uçuşlar üçün qismən açıb .....                 

KOMİTƏ SƏDRİ YANLIŞ ARDINCA YANLIŞ BURAXIB
Tarix: 25-06-2012, 12:57 | Çap et
KOMİTƏ SƏDRİ YANLIŞ ARDINCA YANLIŞ BURAXIB

KƏRƏM HƏSƏNOVUN FƏRHAD ƏLİYEVƏ DƏYİŞƏN MÜNASİBƏTİ NƏLƏRİ VƏD EDİR?

DİA.AZ: - Daha bir əfv fərmanı geridə qalsa da, 2005-ci ilin 17 Oktyabr hadisələri zamanı həbs olunanların heç biri azadlığa buraxılmadı. Və artıq bununla da onların əfv olunmayacaqları ilə bağlı oturuşmuş qənaətlər də formalaşmış oldu. Bu barədə redaksiyamıza daxil olan məlumatların birində net şəkildə vurğulanırdı ki, həm keçmiş iqtisadi inkişaf naziri Fərhad Əliyevin və həm də keçmiş səhiyyə naziri Əli İnsanovun В«qara günləriВ» irəlidədir və onlar hazırki cəza müddətləri başa çatdıqdan sonra yenidən mühakimə masasına oturdulacaqlar.

Belə ki, hər iki sabiq nazir ilk əvvəl В«dövlət çevrilişinə cəhdВ» ittihamı ilə həbs olunsalar da, sonradan - 2007-ci ildə yalnız iqtisadi cinayətlərə görə mühakimə olundular. Ən acınacaqlısı isə odur ki, 2005-ci ildən həbsdə saxlanılmalarına baxmayaraq, onların cəzaları nədənsə 2007-ci ildən, yəni mühakimə olunduqları tarixdən hesablanır. Bu isə əslində həm də hər iki sabiq dövlət məmuruna hakimiyyətin real münasibətinin təzahürü kimi qəbul olunmalıdır. Yəni nəyin bahasına olursa-olsun keçmiş nazirlər azadlığa buraxılmayacaq.

Onu da xatırladaq ki, həm Fərhad Əliyev və həm də Əli İnsanov həbs olunarkən onlara qarşı rəsmi dairələr tərəfindən sovet dönəmlərinə xarakterik olan bir В«zəhmətkeş etirazlarıВ» kampaniyası da təşkil olunmuşdu ki, bu işdə xüsusi olaraq iki fiqurun fərqləndiyini gördük. Söhbət Fərhad Əliyevin hesabına hakimiyyətin yuxarı olimpinə qədəm basmış Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin sədri Kərəm Həsənovdan və zamanında Əli İnsanova В«ağsaqqalımВ» deyən təhsil naziri Misir ərdanovdan gedir. Onların hər ikisi qolları qandallanmış dostlarına qarşı elə bir hərəkətdə bulundular ki, hətta bu prosesləri kənardan izləyən cəmiyyətdə belə ikraha səbəb oldular.

Amma indi isə deyəsən, vəziyyət dəyişmək üzərədir və redaksiyamıza artıq Misir Mərdanovun Əli İnsanova yardımlar yollaması haqda xəbərlər daxil olub. Hətta bildirilir ki, təhsil naziri həbsdə olan В«ağsaqqalınınВ» bütün maliyyə xərclərini də öz üzərinə götürüb. Yəni həbsxanada nazir tərəfindən keçmiş nazirə korluq verilməyəcək.

Bu arada isə DİA.AZ-a daxil olan bir başqa məlumatda isə vurğulanır ki, Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin (ƏMDK) sədri Kərəm Həsənov həbsdə olan sabiq iqtisadi inkişaf naziri Fərhad Əliyevlə tamamilə barışıb. Lakin tərəflər indiyə qədər bunu məxfi saxlamağa çalışıblar. Çünki ölkə rəhbərliyinin cəza evlərində olan iki sabiq nazirə, xüsusilə də Fərhad Əliyevə münasibəti olduqca mənfidir. İş o dərəcədə inkişaf edib ki, hətta tərəflərin gizli olaraq ortaq biznesləri də var.

Bu məlumatı bizə Kərəm Həsənovun yaxın ətrafındakılarla münasibəti olan mənbə çatdırıb. Adının çəkilməməsi şərti ilə açıqlama verən mənbəmiz iddia edir ki, son aylarda bəzi qəzetlərin bu mövzuda ortalığa qoyduğu iddialar doğrudur. Onlar nəinki barışıblar, hətta hər iki tərəfdən inanılmış şəxslər vasitəsilə xaricdə ortaq biznes layihələri də həyata keçirirlər. Ölkə xaricində olan bu biznes Kərəm Həsənovun Fərhad Əliyevə bir növ kompensasiyası xarakteri daşıyır...

Bildirək ki, ilk baxışdan və məlumatsız oxucular üçün bu cür iddialarda xüsusi və fövqəladə bir məqam yoxdur. Lakin Azərbaycanın yaxın tarixinə azacıq bələd olan hər kəs bilir ki, sabiq iqtisadi inkişaf naziri Fərhad Əliyev 2005-ci ilin oktyabrında dövlət çevrilişinə cəhd ittihamı ilə həbs olunan vəzifəli məmurlar sırasında idi. Sonradan bilinəcəkdi ki, bu proses Azərbaycanda Rusiya və ABŞ kəşfiyyatları arasında gedən müharibənin ən parlaq və həlledici epizodu idi. Fərhad Əliyevin, keçmiş səhiyyə naziri Əli İnsanovun və digərlərinin həbsi ilə nəticələnən ciddi bir əməliyyat nəticəsində ABŞ-ın Azərbaycanla bağlı demokratiya ssenariləri tamamilə sarsıdıldı, dünyanın supergücü ölkəmizdəki iddiaları ilə bağlı geriyə çəkilməyə məcbur oldu. Rusiya xüsusi xidmət orqanlarının birbaşa dəstəyi ilə həyata keçirilən əməliyyat zamanı belə məlum olub ki, ABŞ Azərbaycan müxalifətinin də bir qismini içərisinə almaqla inqilab ssenarisi qurmuş, ölkə iqtidarının içindən də kiçik, amma güclü bir qrupu tərəfinə çəkməyi bacararaq İlham Əliyev iqtidarını dəyişmək istəmişdi.

Redaksiyamıza sonradan o da bəlli olmuşdu ki, hətta bu plana Fərhad Əliyevin bilavasitə çabaları ilə hörmətli akademik Cəlal Əliyev də isti baxırmış... Lakin plan içəridən satılıb. Bu “satqın”ların ikisinin adı məlumdur - keçmiş maliyyə naziri Fikrət Yusifov və hazırkı Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin sədri Kərəm Həsənov. Bundan sonra işə Rusiya kəşfiyyatı, konkret olaraq o zamankı prezident Vladimir Putinin bilavasitə rəhbərliyi altında qatılır və iqtidardakı devrimçi qrupu tam deşifrə edəcək bir əməliyyat hazırlanır. Nazirlərdən Fərhad Əliyevin, Əli İnsanovun, Akif Muradverdiyevin (Prezident Aparatının İşlər müdiri) danışıqları, görüşləri təqibə alınır, yazılır. Fərhad Əliyev Sankt-Peterburqda rəsmi səfərdə olarkən sabiq spiker Rəsul Quliyevlə iki dəfə telefonla danışır. Bu danışıq da Rusiya kəşfiyyatı tərəfindən yazılaraq, dərhal Azərbaycana, ən ali məqama göndərilir.

Məsələnin ən maraqlı və skandal tərəfi də budur ki, o zamanlar ABŞ-ın Bakıdakı səfiri olan Rino Harniş də həm Azərbaycan, həm də Rusiya kəşfiyyatlarının ortaq nəzarətində olub. Və bütün məlumatlar, sonradan ortalığa çıxan sənədlər onu göstərir ki, səfirlə bağlı kifayət qədər kəşfiyyat məlumatları olub. Hətta o dərəcədə ki, Amerika kimi dövləti Azərbaycan iqtidarı qarşısında gözükölgəli etməyə yetib. Bakıdan yarımçıq geri çağırılmış R.Harnişdən sonra gələn səfir Enn Dersinin öz hökumətinə yazdığı hesabat yəqin ki, yaddaşlardadır. В«WikiLeaksВ» saytının yaydığı həmin sənəddə prezident Əliyev xanım Dersiyə qəzəblə deyir: “Bəs nəyə görə ABŞ mənə qarşı 2003-cü il seçkilərindəki qələbəmdən sonra mənfi yanaşır? Niyə 2005-ci ildə Fərhad Əliyev və Rəsul Quliyevi dəstəkləyirdi? Nəyə görə ABŞ ”məni özünə düşmən görən" qruplara dəstək verir? Siz öz strateji tərəfdaşınıza niyə hücum edirsiniz?"

E.Dersi ona cavab olaraq deyib ki, ABŞ təkcə Azərbaycanda yox, bütün dünyada demokratiyanı dəstəkləyir...

Dünyanın ən güclü dövlətinin Bakıdakı elçisinə bu cür ittihamlar səsləndirilir, o da bunları hökumətinə yazır. Sənəddə isə heç bir yerdə yoxdur ki, xanım səfir prezidentin 2005-ci il ittihamlarını təkzib etsin. Və buradan belə şübhə yaranır ki, Amerika ilə YAP iqtidarı arasındakı münasibətlərin pozulmasının kökü elə 2005-ci il olaylarına dayanır. Və məhz həmin il Rusiya kəşfiyyatı ABŞ-ın ölkəmizdəki yüksək iddialarını zədələyə biləcək işlər görüb...

Dediyimiz kimi, bu cür əməliyyatın baş tutması üçün Kərəm Həsənovun da böyük əməyi olub. O, Fərhad Əliyevin ən yaxınında idi, nazir ən çox ona güvənirdi; onu məhz F.Əliyev məqama çatdırmışdı. İqtisadi inkişaf nazirinin vurulması əməliyyatında da onu satan əsas simalardan biri məhz Kərəm Həsənov olub. F.Əliyev həbs olunandan sonra isə onun harada nəyi varsa, hansı xarici ölkələrdə nə qədər sərvəti mövcuddursa, hamısı məhz K.Həsənovun məlumatları əsasında deşifrə edilib. K.Həsənov həyatında ən çox yaxşılıq gördüyü F.Əliyevi, onun qardaşı Rafiqi ələ vermək üçün o dərəcə ciddi xidmət göstərib ki, sonradan onu həbs olunan qardaşların digər yaxınları kimi cəzalandırmaq əvəzinə mükafatlandırdılar...

Lakin illər sonra görünür, ya vicdanı, ya da başqa amillər ona təsir edib. Və həyatını qaraltdığı adamlarla məxfi şəkildə münasibətləri düzəltmək qərarına gəlib. Alınan məlumatlar onu göstərir ki, hörmətli Kərəm müəllim artıq buna nail olub. Amma qaş düzəldən yerdə göz çıxarıb. Onun bu barışığı deşifrə olunub və Azərbaycanın xüsusi xidmət orqanları bu barədə dövlət rəhbərliyini məlumatlandırıblar. Yaxın zamanlarda işdən gedən yüksək rütbəli xüsusi xidmət zabiti isə bu hadisə ilə bağlı faktları da ortalığa qoyub.

Bu səbəbdən də K.Həsənovun durumu hazırda olduqca fənadır. Onu atışa hazır olan nəhəng bir topun lüləsinin qabağında durmuş halda təsəvvür edin. Bax cənab Həsənov eyni ilə bu cür durumdadır...










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Madyar Ukraynanın maliyyələşdirilməsini dəstəkləmək niyyətində deyil - “L'Antidiplomatico” portalı
Bu gün, 09:28
Erməni saxtakarlığı – xəritə yalanı və onun ifşası
Bu gün, 09:25
Bu, AB-ni Rusiyaya olan bağlılıqdan azad edə bilər - Fitso
Bu gün, 08:38
Türkiyədə təhdid dolu paylaşımlar edən şagirdin evindən Azərbaycan bayrağı və hərbi ləvazimatlar çıxıb - VİDEO
Bu gün, 08:35
Bakının yaratdığı yeni reallıq - GƏLİŞMƏ
Bu gün, 08:20
Azərbaycan-Rusiya münasibətləri: Güllələnmiş “dostluq” - AKTUAL
Bu gün, 08:16
Hüquqi statusu olmayan ELİZA SCHOOL Mədəniyyət Mərkəzinin binasına necə yerləşdirilib? - ARAŞDIRMA
Bu gün, 08:13
"Gül salonum var..."
Bu gün, 08:09
"Son 25 ildə təhsilə dair açıq və nəticəli müzakirələr görmədik..." - MALƏSƏF...
Bu gün, 08:05
Nuru Əliyevin qalmaqallı oğlu şirkətə rəhbər keçib? - Nurgün Group dövlətə külli miqdarda borclandı
Bu gün, 07:57
ABŞ-İran danışıqları irəliləsə də, Hörmüz boğazı ətrafında gərginlik qalmaqdadır - "Reuters"
Bu gün, 07:39
Əli Əsədovun Mədəniyyət sarayını zəbt etməkliyi... - SƏN DEMƏ...
Bu gün, 07:30
Fuad Nəcəfli HƏBS OLUNA BİLƏR... - İLGİNC
Bu gün, 07:21
"Qəbulda olmuşam, zənglər etmişəm, lakin..." - Çernobıl əlili haqqını tələb edir...
Bu gün, 07:05
TƏBİB-də niyə bu ölkənin qanunları İŞLƏMİR? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 06:58
Əslində savaş bu iki dövlət arasında gedir... - İNCƏLƏMƏ
Bu gün, 06:46
AzəriQaz oğurluq üçün ZƏMİN YARADIR... - NARAZILIQ VAR...
Bu gün, 06:41
"Əgər heç bir işlə məşğul olmursa, Nazirlər Kabinetinin qalmasının mənası nədir?" - partiya sədri
Bu gün, 06:35
"Ölkədə köklü islahatlar həyata keçirilməlidir..." - ÇAĞIRIŞ
Bu gün, 06:31
Bakının bitməyən tıxac dərdi: - “Ali məktəblərin bölgələrə köçürülməsi...”
Dünən, 18:16
Paşinyan ETİRAF ETDİ: - "O adamların siyahısı məndədir, lazım olanda... "
Dünən, 18:13
Azərbaycanlı gənci güllələyib öldürən yol polisi HƏBS OLUNDU
Dünən, 18:10
İrəvan İran ərazisindən logistika zəncirləri və imkanları genişləndirmək istəyir - Paşinyan
Dünən, 13:33
"Bakı və Ankara ilə işləməyin vaxtıdır" – Ermənistan Baş nazirindən tarixi dönüş
Dünən, 13:22
Rusiyanın iki aeroportu fəaliyyətini dayandırıb
Dünən, 13:21
Rüfət İsmayılovun qol saatları da müsadirə edildi
Dünən, 13:19
Ermənistan və Rusiya bəzi müqavilələrin icrası barədə razılığa gəlib
Dünən, 13:16
Azərbaycan Mədəniyyət Nazirliyi xalq artistindən kimin nə nəyin qisasını alır? - AXI NİYƏ?
Dünən, 13:15
ABB öz səhmdarlarına 200 milyon manat - DİVİDEND ÖDƏYƏCƏK
Dünən, 12:35
"Ege Hospital"da yeni doğulan körpə öldü
Dünən, 12:31
Rusiya silahını Avropaya tuşlayır - GƏLİŞMƏ
Dünən, 12:18
“Elə bilirlər ki, Baş nazir olmaq asandır” - Artur Rasizadə
Dünən, 12:14
Paytaxtda növbəti daxili iməclik keçirilib - FOTO
Dünən, 11:57
Yadplanetlilərlə bağlı məlumatlar dərc olunacaq - Tramp anons verdi
Dünən, 11:52
Bakının bu ərazilərində torpağın sotu 2 milyondur - AÇIQLAMA
Dünən, 11:35
Azərbaycan-Ermənistan modeli Ukrayna üçün nümunə ola bilər - ŞƏRH
Dünən, 11:31
Türkiyədə son hadisələrə görə, 7,5 milyonluq “YouTube” kanalı bağlandı - KİV
Dünən, 11:27
Gəncə səhiyyəsində dəyişiklik - ƏMR
Dünən, 11:26
General Müşfiq Məmmədov vəzifəsindən azad edildi - ƏMR
Dünən, 11:19
İran hava məkanını beynəlxalq uçuşlar üçün qismən açıb
Dünən, 11:17
Azərbaycana 94 min dollar gətirmək istədi, 64 min manat cərimələndi - TƏFƏRRÜAT
Dünən, 11:02
“Fikirləşmirlər ki, bu adamlar yazıqdır, əziyyət çəkirlər” - NARAZILIQ VAR...
Dünən, 10:49
Lənkəranda torpaq sürüşməsi olub
Dünən, 10:40
“Bank Avrasiya” bağlanma təhlükəsi ilə ÜZ-ÜZƏ - Azalan kreditlər, zəifləyən kapital...
Dünən, 10:38
Qarabağ Qazisi NARAZILIQ EDİR... - Qarabağ əlili kimi yox, mülki əlil kimi qeyd ediblər...
Dünən, 10:37
Xalq artistinə qarşı qorxunc rüşvət iddiası - VİDEO
Dünən, 10:32
Kürdəxanı sakinləri boğaza yığılıblar - "Üfunətdən keçmək olmur"
Dünən, 10:26
“Azərbaycan və Türkiyə dövlətləri hər vasitə ilə Güneydəki soydaşlarımıza dəstək olmalıdır...” - ÇAĞIRIŞ
Dünən, 10:19
14 milyonluq SİRR AÇILIR - "Atlant" işində yeni İDDİALAR
Dünən, 10:16
Samvel Karapetyanın ev dustaqlığı daha 3 ay uzadıldı - KİV
Dünən, 09:59
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru