ŞƏMKİRDƏ KABUS DOLAŞIR
Tarix: 13-07-2012, 14:09 | Çap et
VƏTƏNDAŞLARIN EVİNƏ GİRƏNİN KİMLİYİ MƏLUM DEYİL
Artıq 20 günə yaxındır ki, Şəmkirin bir neçə kəndinin sakinləri polislə birgə səhərədək növbə çəkirlər. Onların dincliklərini pozan, dediklərinə görə, üzlərini görə bilmədikləri 3 nəfər saqqallı, hündürboylu adamlardır. Şəmkirdə В«Maflar ərazisiВ» kimi tanınan Müşfiq Qəhrəmanov küçəsinin sakini Eldar Cəfərov deyir ki, həmin şəxslər indiyədək təkcə onların küçəsində 7-8 evə giriblər, 1 qadını bıçaqlayıblar:
В«Bizim qonşuda gəlini bıçaqlayıblar. Cavan qızı qorxudublar. Polis növbə çəkir. Amma gecə-gündüzümüz yoxdur. Görənlər də deyir ki, gedirik, yaxına çatanda yoxa çıxır. O biri qonşuya da girib. Polis də gəlir В«zajiqalkaВ» işığı ilə. Tutmağa gəlirsən, itlə gəl, silahla gəl. Fənərlə adam tuturlar?В».
EVLƏRƏ LAZER İŞIĞI İLƏ GİRİRLƏR
Digər sakin Vəli deyir ki, tuta bilmədikləri, nə də üzünü görə bilmədikləri adamın oğru olmadığı məlumdur. Çünki evə girən heç bir əşyaya toxunmur, sadəcə qadınları yaralayıb qaçır:
В«Gecə yarısı səs-küy qopdu ki, məhləyə giriblər. Bütün bu məhlələrə qərq oluruq, tapa bilmirik. 3 gün bundan qabaq aşağı qonşunun evindən keçdi, qaynatamın evinə girdi. Girib qorxuzur, nə yemək istəmir, nə əşya - qızıl, pul aparmır. Nəsə aparmağı qorxutmaqdan yaxşıdırВ».
Söhbətləşdiyim sakinlərin hamısı gecələrini gündüzlərinə qatan naməlum adamların evlərə lazer işığı ilə girdiyini deyirdilər. Onları görən əksər adamlar isə evə girənlərin qaranlıqda belə saqqallı olduğunu təxmin edə bildiklərini deyirlər.
В«OĞRU DEYİL, BAŞQA NİYYƏTİ VARВ»
Sakin Deputat Hüseynov:
В«Axşam tərəfi idi, hamımız oturmuşduq məhlədə. Gördük ki, lazer işığı düşür. Getdik baxdıq gördük ki, pəncərədən tullandı məhləyə. Getdik işıq saldıq. Qurşaqdan yuxarısını gördük hündürboylu adam idi. Biri deyir vəhabidir, hərə bir söz deyir. Yəni oğru deyil, başqa niyyəti var. Qadının qolunu kəsib 3 küçə o tərəfdə. 2 gündür yatmırıq. Gecə 4 də yatmışıq. В«LopatkaВ», В«lavaВ» ilə gözləyirikВ».
Sakin Firudin həmin şəxslərin onların evinə 2 gün əvvəl girdiyini deyir:
В«Tanımadım. Gördük qışqır-bağır saldılar. Arıq, uzun adam idi. Saqqallı. Dəqiq bilmədim maskadır ya saqqaldır. Heç bir şey oğurlamayıblar. Lazer işığı ilə səs-küy düşdü, tuta bilmədik. Polis də tuta bilmədi. İstədiyi məhləyə düşür, burda yaşayır nədir hər yeri tanıyır. Sabaha kimi otururuq, ən çox qadınları tutur, döyür. Pul-filan istəmir. Deyir öldürəcəm, asacamВ».
В«HƏMİN ŞƏXS KƏNDƏ YAXŞI BƏLƏDDİRВ»
В«Maflar ərazisindəВ» naməlum adamın qolunu kəsdiyi qadın hələ də hadisənin şokunu yaşayır. Mikrofona danışmaq istəmir, ancaq deyir ki, qaranlıqda əlbəyaxa olduğu adam onu boğmaq istəyib, səs-küy saldığını görəndə əlindəki aləti qoluna vurub və kəsib. Yarası dərin deyil, ancaq qadın ağlayır və yaşadıqlarını təsvir belə edə bilmir. Hadisə Şəmkirin В«Maflar ərazisiВ» ilə yanaşı, ayrı-ayrı günlərdə Morul və Sərxan kəndlərində də baş verib.
Kəndin kişiləri isə polisin məsələyə laqeyd yanaşdığından, bu qədər müddət ərzində həmin şəxslərin izini tapmadığından giley edirlər.
Şəmkir şəhər Polis İdarəsinin istintaq şöbəsinin rəisi Məhərrəm Məmmədov da etiraf edir ki, 20 günə yaxındır Şəmkirin bir neçə kəndində naməlum adamlar insanların rahatlığını pozur, evlərə girib qadınları döyür. Məhərrəm Məmmədov deyir polis heyəti ciddi rejimlə gecə növbələrinə çıxır. Ancaq həmin adamı tutmaq mümkün olmur. İstintaq rəisi ehtimal edir ki, həmin şəxs kəndə yaxşı bələddir.
FOTOROBOT HAZIRLANIB
Bununla belə Məhərrəm Məmmədov cəmi 2 qadının yaralı kimi qeydiyyata alındığını deyir. İstintaq ifadələrinə görə, naməlum adamlar onlardan birinin əlini hələlik istintaqa məlum olmayan iti bir alətlə kəsib, boğazından tutaraq boğmağa çalışıb. Digər qadının boğazından tutub.
Polisi də çaş-baş salan odur ki, həmin şəxslər evlərə nə kimisə öldürmək, nə də qarət məqsədilə girir. Üstəlik kişilərə toxunmur, ancaq qadınları yaralayır, üzlərində, əllərində iz qoymağa çalışır.
Məhərrəm Məmmədov istintaq sirri məqsədilə əlavə açıqlama verə bilməyəcəyini deyir. Ancaq bildirir ki, sakinlər narahat olmasınlar, bir neçə faktın izi ilə həmin adamların fotorobotunu hazırlayıblar və yaxın günlərdə onları tutacaqlar. \ Azadlıq Radiosu \


|
|
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
|
|
| • Bakının bitməyən tıxac dərdi: - “Ali məktəblərin bölgələrə köçürülməsi...”
Dünən, 18:16 |
|
|
|
| • Paşinyan ETİRAF ETDİ: - "O adamların siyahısı məndədir, lazım olanda... "
Dünən, 18:13 |
|
|
|
| • Azərbaycanlı gənci güllələyib öldürən yol polisi HƏBS OLUNDU
Dünən, 18:10 |
|
|
|
| • İrəvan İran ərazisindən logistika zəncirləri və imkanları genişləndirmək istəyir - Paşinyan
Dünən, 13:33 |
|
|
|
| • "Bakı və Ankara ilə işləməyin vaxtıdır" – Ermənistan Baş nazirindən tarixi dönüş
Dünən, 13:22 |
|
|
|
| • Rusiyanın iki aeroportu fəaliyyətini dayandırıb
Dünən, 13:21 |
|
|
|
| • Rüfət İsmayılovun qol saatları da müsadirə edildi
Dünən, 13:19 |
|
|
|
| • Ermənistan və Rusiya bəzi müqavilələrin icrası barədə razılığa gəlib
Dünən, 13:16 |
|
|
|
| • Azərbaycan Mədəniyyət Nazirliyi xalq artistindən kimin nə nəyin qisasını alır? - AXI NİYƏ?
Dünən, 13:15 |
|
|
|
| • ABB öz səhmdarlarına 200 milyon manat - DİVİDEND ÖDƏYƏCƏK
Dünən, 12:35 |
|
|
|
| • "Ege Hospital"da yeni doğulan körpə öldü
Dünən, 12:31 |
|
|
|
| • Rusiya silahını Avropaya tuşlayır - GƏLİŞMƏ
Dünən, 12:18 |
|
|
|
| • “Elə bilirlər ki, Baş nazir olmaq asandır” - Artur Rasizadə
Dünən, 12:14 |
|
|
|
| • Paytaxtda növbəti daxili iməclik keçirilib - FOTO
Dünən, 11:57 |
|
|
|
| • Yadplanetlilərlə bağlı məlumatlar dərc olunacaq - Tramp anons verdi
Dünən, 11:52 |
|
|
|
| • Bakının bu ərazilərində torpağın sotu 2 milyondur - AÇIQLAMA
Dünən, 11:35 |
|
|
|
| • Azərbaycan-Ermənistan modeli Ukrayna üçün nümunə ola bilər - ŞƏRH
Dünən, 11:31 |
|
|
|
| • Türkiyədə son hadisələrə görə, 7,5 milyonluq “YouTube” kanalı bağlandı - KİV
Dünən, 11:27 |
|
|
|
| • Gəncə səhiyyəsində dəyişiklik - ƏMR
Dünən, 11:26 |
|
|
|
| • General Müşfiq Məmmədov vəzifəsindən azad edildi - ƏMR
Dünən, 11:19 |
|
|
|
| • İran hava məkanını beynəlxalq uçuşlar üçün qismən açıb
Dünən, 11:17 |
|
|
|
| • Azərbaycana 94 min dollar gətirmək istədi, 64 min manat cərimələndi - TƏFƏRRÜAT
Dünən, 11:02 |
|
|
|
| • “Fikirləşmirlər ki, bu adamlar yazıqdır, əziyyət çəkirlər” - NARAZILIQ VAR...
Dünən, 10:49 |
|
|
|
| • Lənkəranda torpaq sürüşməsi olub
Dünən, 10:40 |
|
|
|
| • “Bank Avrasiya” bağlanma təhlükəsi ilə ÜZ-ÜZƏ - Azalan kreditlər, zəifləyən kapital...
Dünən, 10:38 |
|
|
|
| • Qarabağ Qazisi NARAZILIQ EDİR... - Qarabağ əlili kimi yox, mülki əlil kimi qeyd ediblər...
Dünən, 10:37 |
|
|
|
| • Xalq artistinə qarşı qorxunc rüşvət iddiası - VİDEO
Dünən, 10:32 |
|
|
|
| • Kürdəxanı sakinləri boğaza yığılıblar - "Üfunətdən keçmək olmur"
Dünən, 10:26 |
|
|
|
| • “Azərbaycan və Türkiyə dövlətləri hər vasitə ilə Güneydəki soydaşlarımıza dəstək olmalıdır...” - ÇAĞIRIŞ
Dünən, 10:19 |
|
|
|
| • 14 milyonluq SİRR AÇILIR - "Atlant" işində yeni İDDİALAR
Dünən, 10:16 |
|
|
|
| • Samvel Karapetyanın ev dustaqlığı daha 3 ay uzadıldı - KİV
Dünən, 09:59 |
|
|
|
| • Nazim Bəydəmirli karsdan çıxarılıb
Dünən, 09:58 |
|
|
|
| • Şirvan "103"də nələr baş verir? – Rəhbər özbaşınalığı və təhlükədə qalan həyatlar!
Dünən, 09:37 |
|
|
|
| • Banklardan SOYĞUNÇULUQ - Faizlər görün neçə dəfə ARTIB
Dünən, 09:31 |
|
|
|
| • İran Hörmüz boğazını açmasaydı... - AKTUAL
Dünən, 09:26 |
|
|
|
| • Sərhəd Akademiyasında intihar - NƏ BAŞ VERİR?
Dünən, 09:22 |
|
|
|
| • Özünün bu qədər əmlakı ola-ola elə formanı necə təsdiqləsin axı?! - HƏQİQƏTƏN DƏ...
Dünən, 08:20 |
|
|
|
| • Təqaüd yaşına çatmayan vətəndaşın HAQQI YEYİLİR - BU FAKTDIR!
Dünən, 08:14 |
|
|
|
| • Əmrullayev gələndən maaşlar artmayıb... - düz 6 ildir ki...
Dünən, 08:06 |
|
|
|
| • Nəcibə Nəsibova erası bitdi? - Üç prezident, 14 nazir dəyişən müşavir geri çağrılır
Dünən, 08:03 |
|
|
|
| • “Rus dilinin qadağan olunmasının əleyhinəyəm” - partiya sədri
Dünən, 07:56 |
|
|
|
| • Peşə Təhsili Agentliyində kadr xaosu – Boş ştatlar, bölüşdürülən maaşlar …
Dünən, 07:53 |
|
|
|
| • Vüsal Nəsirli də belə narazılıq yaradır - GİLEY
Dünən, 07:49 |
|
|
|
| • Tramp İranla danışıqlarda iştirak edəcək nümayəndə heyətinin tərkibini açıqlayıb
Dünən, 07:44 |
|
|
|
| • Azərbaycanda yağ və ət problemi yaşanır - BELƏ DAVAM EDƏRSƏ...
Dünən, 07:02 |
|
|
|
| • "Rusiyada artıq başa düşürlər ki, Azərbaycan heç bir ölkəyə bənzəmir" - deputat
Dünən, 07:00 |
|
|
|
| • “Tramp marşrutu”na qarşı “qara piar” - İNCƏLƏMƏ
Dünən, 06:55 |
|
|
|
| • Medvedevin təhdidi: siyasi ritorika, yoxsa real hücum siqnalı? - AKTUAL
Dünən, 06:53 |
|
|
|
| • Sahil Qasımovun Əli Həsənovlu keçmişi və ad manipulyasiyası - EAPCA-nın Pərdəarxası
Dünən, 06:50 |
|
|
|
| • Ekranlardakı "parlaq" cinayət və uydurma eşqlər: Bizə nə izlətdirirlər? - ARAŞDIRMA
Dünən, 06:46 |
|
|
|
|