Paşinyandan erməni kilsəsinə növbəti tələb: .....                     Zəngəzur dəhlizi ilə bağlı SENSASİYA: .....                     Ərəb ölkələri İranın bu addımından qorxur .....                     Vətəndaşı həbsdən buraxdıracağı adı ilə aldatdı .....                     İran tankeri ABŞ-ın blokadasını yararaq Hörmüz boğazından keçib .....                     Ayrı-ayrı yerlərdə arabir duman olacaq .....                     Tovuzun icra başçısı RAYONDA HƏR KƏSİN QAZANCINA ŞƏRİKDİR... .....                     Vens İranla danışıqlar üçün İslamabada gedəcək .....                     DTX-də KADR DƏYİŞİKLİYİ .....                     Separatçılardan yeni Xankəndi HƏMLƏSİ .....                     İrandan Pakistana nümayəndə heyəti getməyib .....                     Anar Bayramov daha 5 müşavirini və departament rəhbərini işdən çıxardı .....                     Faytonçu Nazim niyə efirlərə çıxmır? .....                     Azərbaycanda mənzillər .....                     Məhkəmə qərarı var, AMMA İCRA YOXDUR... .....                     "Aygünün qızı böyüyüb, vay ölənin halına" .....                     Saxta yağ qalmaqalı: Nəzarət niyə yetərli deyil? .....                     Azərbaycan Ermənistandan nələri tələb edir? .....                     Rəsul Quliyev Azərbaycana qayıdır? .....                     Regionda sülh mühiti artıq formalaşır .....                     İsrailin müdafiə naziri Hizbullah liderinin etdiklərinin bədəlini başı ilə ödəyəcəyini deyib .....                     “Bizə atəşkəs yox, sülh lazımdır” .....                     İranla müharibə Rusiyanı gücləndirir, ABŞ-ı yorur .....                     Paşinyan Qarabağla bağlı xəbərdarlıq etdi .....                     FHN 7 ədəd avtomobil alır .....                     “Azər Türk Bank”da yeni təyinat .....                     Ötən ay ən çox bahalaşan və ucuzlaşan məhsullar .....                     Venesiyada küçənin adı görün NƏDİR .....                     İranda İsrail kəşfiyyatı ilə əlaqədə ittiham olunan şəxs edam edilib .....                     33 il gizlənən azərbaycanlı biznesmen TUTULDU .....                     17 gün əvvəl müşavir təyin olunmuşdu: İşdən çıxarıldı .....                     “ZN TRADE” MMC-yə ƏƏSMN-də bu şəraiti kimlər yaradır .....                     Bakının köhnə avtobus DƏRDİ .....                     "Mən onu ölümlə heç vaxt hədələməmişəm" .....                     AZTV `Ovçu Pirim`in verilişini bağladı .....                     “Günəşli İnşaat”-dan tanınmış aktrisaya 16 minlik dələduzluq .....                     Tramp İrandan zənginləşdirilmiş uranın çıxarılmasının “uzun və çətin proses” olacağını bildirib .....                     “Naxçıvanda vəziyyət heç də yaxşı deyil, deyirlər, hakimiyyət sizindir, səsinizi çıxarmayın” .....                     Azərbaycan neftinin qiyməti 110 dolları ötüb .....                     İran ABŞ ilə İslamabadda danışıqlara razılıq verib .....                 

“HƏR İKİSİ MƏNİM ÖVLADIMDIR”
Tarix: 16-07-2012, 15:31 | Çap et
“HƏR İKİSİ MƏNİM ÖVLADIMDIR”

“HƏR İKİSİNİN MƏSULİYYƏTİ, ÇƏKİSİ EYNİDİR”

Həyat bir musiqidir. İnsan dünyaya ağlayaraq göz açır. Lay-lay ilə böyüyür. Sonra hərə öz taleyinə yazılmış fərqli ritmli melodiyaları ifa etməli olur. Kimisi ritmik, dinamik həyat sürür, kiminin həyatı hərbi marş dəqiqliyi ilə ölçülüb biçilir, kimi keşməkeşli ömür yolunu improvizasiyalarla dolu olan caz notları ilə davam etdirir, bir başqaları isə minor və ya major əhval-ruhiyə ilə yaşayır. Sonda bu musiqi hər kəsi ağladır.

Çox şükür ki, insan ömrü yeknəsəq deyil, onun müxtəlif mərhələlərində fərqli musiqilər səslənir. Məhz buna görə də biz insanlar həyatdan zövq almaqda davam edirik.

Bugünkü qonağım musiqiləri və şeirləri ilə bizlərə zövq verən Xanım İsmayılqızıdır.

- Xanım İsmayılqızının təqdimata ehtiyacı varmı?

- Bəli, təqdimata ehtiyac var. Şairə-bəstəkar Xanım İsmayılqızı.

- Necə oldu ki, birdən-birə bu cür tanınmağa başladınız?

- Yəqin ki, şansım gətirdi. Amma bu, birdən-birə olmadı. Tanınana qədər uzun bir yol var idi və mən o yolun çətinliyini dada-dada, keçə-keçə çox çətinliklərdən sonra dinləyicilərim və tamaşaçılarımla görüşə bildim. Təbii ki, mahnılarım və şeirlərimlə. Kənardan bu, bəlkə də birdən-birə kimi görünə bilər.

- Bəstəkarlıqda son zamanlar peşəkarlıq və qeyri-peşəkarlıq söhbəti gedir. Siz necə, bunun fərqinə varırsınızmı?

- Mən bu suala çox cavab vermişəm. Təkrarçılıq olsa da, bir də deyəcəyəm: “Mənim üçün mahnı faktoru var. Mahnı, şeir keyfiyyətlidirsə, səviyyəlidirsə, məzmunludursa, mənalıdırsa, kimin yazdığının fərqinə varmıram. İstər peşəkar olsun, istərsə də qeyri-peşəkar, əsas məsələ odur ki, zövqlərə xələl gətirəcək mahnılar yazılmasın. Ümumiyyətlə, bu həyatda hər bir şeyin öz məsuliyyəti var. Özünün, sözünün, əməllərinin, həyatının, yaradanların və yaratdıqlarının məsuliyyətini anlayan insan məsuliyyətsiz ola bilməz. O ki qaldı mənim yaradıcılığıma, həm şeirlərimin, həm də mahnılarımın altında mənim imzam yazılır, hər ikisi mənim övladımdır. Odur ki, hər ikisinin məsuliyyəti, çəkisi eynidir.

- Neçə ildir bu sənətdəsiniz?

- Artıq 20 ildir ki, mahnılarım səslənir və sevilir. Amma 26 ildir yazıram.

- Hansı müğənnilərlə çalışırsınız?

- Adlarını sadalasam, çox böyük bir siyahı alınar. Odur ki, qısaca deyim ki, sənət aləminin 80 faizi ilə işləmişəm və işləyirəm.

- Hansı müğənnilərlə çalışmaq sizə rahatdır?

- Ümumiyyətlə, yaradıcılıqda rahat alınan heç bir şey olmur. Əslində elə yazdıqlarım çətinliklərdən doğub və onların araya-ərsəyə gəlməsi də asanlıqla başa gəlməyib.

- Həyatdan küsdüyünüz anlar olubmu?

- Həyatdan küsdüyüm anlar da olub, bezdiyim anlar da olub, təbii ki.

- Neçə-neçə nəğmələrin müəllifi olan Xanım müəllimə hansı nəğməsini ürəyinin nəğməsi adlandırır?

- Hamısını. Mahnılarımın, şeirlərimin hər biri mənim həyatımın hansısa dönəmində yaşadığım kədərin, sevincin qığılcımlarıdır. O qığılcımlar da mənim ürəyimdən qopur.

- İndi hansı nəğmənizi bizə zümzümə etmək istərdiniz?

- Hal-hazırda heç birini. Çünki zümzümə etmək əhvalında deyiləm.

- Ailənizdə sizin yaradıcılığınızı dəstəkləyirlərmi?

- Ümumiyyətlə, yaradıcı insan və ailə – bu, çox çətindir. Ailənin öz ağırlıqları, çətinlikləri var. Yaradıcılığın da həmçinin. Dəstəkləmək deyəndə ki, mənə yaradıcılığımda indiyə qədər mane olmayıblarsa, bu elə dəstəkləmək deməkdir.

- Bir çox həmkarınız şəxsi həyatını qabartmağı sevmir. Sizin necə, bu tip suallara qarşı kompleksiniz var?

- Bir həyatın ki adı şəxsi həyatdır, o, niyə qabardılmalı, gündəmə gəlməlidir? Bu mövqedə olanlara hörmətim xüsusidir.

- Ailədə yolunuzu davam etdirən oldumu?

- Xeyr, ailədə bu sahənin adamı yoxdur. Övladlarım musiqi təhsili alıb, amma onlar başqa peşənin sahibidirlər.

- Bugünkü ünsiyyətimizdən necə, razı qaldınızmı?

- Baxmayaraq ki, mən sənətə gələndən bu günə kimi dönə-dönə eyni suallara cavab verirəm, razı qalmamağa səbəb yoxdur. Anlayıram ki, yeni gənc nəsil gəlir və sizlər bizi yenidən onlara təqdim edirsiniz. Buna, bu müsahibəyə gənc nəsillə yenidən tanışlıq kimi qiymət verirəm. Bu tanışlığa görə sizə minnətdaram.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Paşinyandan erməni kilsəsinə növbəti tələb: - vergi ödəməlidir!
Bu gün, 13:08
Zəngəzur dəhlizi ilə bağlı SENSASİYA: - Risk yaranıb, İran çalışır ki...
Bu gün, 13:07
Ərəb ölkələri İranın bu addımından qorxur – “Röyters”
Bu gün, 13:04
Vətəndaşı həbsdən buraxdıracağı adı ilə aldatdı - 223 minlik dələduzluq işi
Bu gün, 13:00
İran tankeri ABŞ-ın blokadasını yararaq Hörmüz boğazından keçib
Bu gün, 12:56
Ayrı-ayrı yerlərdə arabir duman olacaq - belə deyirlər...
Bu gün, 12:46
Tovuzun icra başçısı RAYONDA HƏR KƏSİN QAZANCINA ŞƏRİKDİR... - FAKT BUDUR...
Bu gün, 12:45
Vens İranla danışıqlar üçün İslamabada gedəcək - "Al-Jazeera"
Bu gün, 12:35
DTX-də KADR DƏYİŞİKLİYİ - BUNDAN SONRA...
Bu gün, 12:29
Separatçılardan yeni Xankəndi HƏMLƏSİ – Bakıya qarşı ÇİRKİN kampaniya
Bu gün, 12:26
İrandan Pakistana nümayəndə heyəti getməyib - "Tasnim"
Bu gün, 12:21
Anar Bayramov daha 5 müşavirini və departament rəhbərini işdən çıxardı - ADLAR
Bu gün, 12:16
Faytonçu Nazim niyə efirlərə çıxmır? – SƏBƏBİNİ AÇIQLADI
Bu gün, 12:14
Azərbaycanda mənzillər 8% BAHALAŞIB
Bu gün, 12:11
Məhkəmə qərarı var, AMMA İCRA YOXDUR... - Yasamalda qanunsuzluq kimin himayəsindədir?
Bu gün, 12:08
"Aygünün qızı böyüyüb, vay ölənin halına" - Efir qadağası qoyulduğu deyilən mərhum müğənninin bacısı danışdı
Bu gün, 11:54
Saxta yağ qalmaqalı: Nəzarət niyə yetərli deyil? - AKTUAL
Bu gün, 11:52
Azərbaycan Ermənistandan nələri tələb edir?
Bu gün, 11:51
Rəsul Quliyev Azərbaycana qayıdır? - AÇIQLAMA
Bu gün, 11:49
Regionda sülh mühiti artıq formalaşır - ŞƏRH
Bu gün, 11:46
İsrailin müdafiə naziri Hizbullah liderinin etdiklərinin bədəlini başı ilə ödəyəcəyini deyib
Bu gün, 11:37
“Bizə atəşkəs yox, sülh lazımdır” - Rusiya Ukraynaya qarşı tələblərini sərtləşdirib
Bu gün, 11:36
İranla müharibə Rusiyanı gücləndirir, ABŞ-ı yorur - Zelenski
Bu gün, 11:32
Paşinyan Qarabağla bağlı xəbərdarlıq etdi - KİV
Bu gün, 11:31
FHN 7 ədəd avtomobil alır – 471 min manat ödəyəcək
Bu gün, 11:30
“Azər Türk Bank”da yeni təyinat - BUNDAN SONRA...
Bu gün, 11:28
Ötən ay ən çox bahalaşan və ucuzlaşan məhsullar - SİYAHI
Bu gün, 11:27
Venesiyada küçənin adı görün NƏDİR - Azərbaycanla bağlı tarixi iz
Bu gün, 11:26
İranda İsrail kəşfiyyatı ilə əlaqədə ittiham olunan şəxs edam edilib
Bu gün, 11:21
33 il gizlənən azərbaycanlı biznesmen TUTULDU - TƏFƏRRÜAT
Bu gün, 11:07
17 gün əvvəl müşavir təyin olunmuşdu: İşdən çıxarıldı - EYNİ ZAMANDA...
Bu gün, 11:00
“ZN TRADE” MMC-yə ƏƏSMN-də bu şəraiti kimlər yaradır – Anar Əliyev daha yaxşı bilər
Bu gün, 10:57
Bakının köhnə avtobus DƏRDİ – 195 və 161 nömrəli marşrutlar nə vaxt YENİLƏNƏCƏK?
Bu gün, 10:54
"Mən onu ölümlə heç vaxt hədələməmişəm" - Naxçıvanda NƏ BAŞ VERİR?..
Bu gün, 10:45
AZTV `Ovçu Pirim`in verilişini bağladı “İxtisarlar gedir, maliyyə problemi də...”
Bu gün, 10:39
“Günəşli İnşaat”-dan tanınmış aktrisaya 16 minlik dələduzluq - “Deyir ki, şikayət etsən maşınla üstündən keçəcəm”
Bu gün, 10:36
Tramp İrandan zənginləşdirilmiş uranın çıxarılmasının “uzun və çətin proses” olacağını bildirib - "Truth Social"
Bu gün, 10:26
“Naxçıvanda vəziyyət heç də yaxşı deyil, deyirlər, hakimiyyət sizindir, səsinizi çıxarmayın” - Novella Cəfəroğlu
Bu gün, 10:20
Azərbaycan neftinin qiyməti 110 dolları ötüb
Bu gün, 10:17
İran ABŞ ilə İslamabadda danışıqlara razılıq verib - KİV
Bu gün, 10:16
Qarabağ haqda nə qədər çox xəyal qursaq, o qədər itirəcəyik - Stepanyan
Bu gün, 10:06
Ağcabədinin icra başçısının barəsində inanılmaz faktlar yazıldı və… - İTTİHAM VAR...
Bu gün, 10:00
Pəri Teymurovaya VƏZİFƏ VERİLDİ - BUNDAN SONRA...
Bu gün, 09:54
Şuşada 7 binanın tikintisinə 29 milyon manat ayrıldı – Şirkətin vergi borcu var
Bu gün, 09:44
Naxçıvanda taksi biznesini hansı məmur İNHİSARA ALIR? - sürücülər ÇƏTİN DURUMDA
Bu gün, 09:41
Tramp danışıqlar masasını pozmağa çalışır?.. - YOXSA...
Bu gün, 09:33
Amerika erməni mafiyası Ermənistan ordusuna pul ayırır? - Revanşizmin Hollivud versiyası
Bu gün, 09:29
KİÇİK marketlərə böyük ZƏRBƏ – Çıxış yolu NƏ?
Bu gün, 08:14
Rusiya və Çinə görə ABŞ böhrandadır - Kadlek
Bu gün, 08:11
Nazirlər Kabineti NİYƏ SUSUR? - ortada belə bir ağır ittiham var, amma...
Bu gün, 07:34
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru