AZƏRBAYCAN-KIBRIS TÜRK CƏMIYYƏTİ TƏQDİMAT KEÇİRDİ
Tarix: 22-07-2012, 11:36 | Çap et
QURUM “20 İYUL KIBRIS BARIŞ HƏRƏKATI”NI DA QEYD EDİB
DİA.AZ: - Azərbaycan-Kıbrıs Türk Cəmiyyəti 20 iyul saat 15-00-da təşkilatın yaranması ilə bağlı təqdimat mərasimi və “20 iyul Kıbrıs Barış Hərəkatı”nın 38-ci ildönümünü qeyd edib. Tərlan Akçayın aparıcılığı ilə “Nicat” Şadlıq Sarayında keçirilən tədbirdə ölkənin tanınmış siyasi və elm xadimləri, yerli və diaspor təşkilatlarının rəhbərləri, müxtəlif türk topluluqlarının nümayəndələri, o cümlədən incəsənət ustaları, gənclər və jurnalistlər iştirak edib.
DİA.AZ-a daxil olan məlumatda deyilir ki, Azərbaycan və Quzey Kıbrıs Türk Cümhuriyyətinin himnlərinin oxunması və Şəhidlərin ruhuna sayqı duruşu ilə başlayan tədbirin birinci hissəsi rəsmi xarakter kəsb edib. Təşkilatın həmsədrləri Seymur Həsənli (Azərbaycan), Mehmet Akçay (Türkiyə), Cəfər Mənsimi (Kıbrıs) çıxış edərək təşkilatın yaranma məqsədi, həyata keçirəcəyi işlər haqqında məlumat veriblər. Seymur Həsənli bildirib ki, Azərbaycan-Kıbrıs Türk Cəmiyyəti “Qardaşını tanı və tanıt” fəlsəfəsi ilə yola çıxmış bir təşkilatdır. “Türk Dünyası parçalandıqdan sonra müxtəlif türk dövlətləri yaranmış, onların bəziləri müstəqil respublika, bəziləri isə müxtəlif dövlətlərin tərkibində muxtariyyət formasında varlığını qoruyub saxlamaqdadır. Quzey Kıbrıs Türk Cümhuriyyəti yarandığı gündən dünya tərəfindən siyasi olaraq tanınmamaqla, müxtəlif embarqoların qoyulması ilə təcrid duruma düşmüşdür. Azərbaycan-Kıbrıs Türk Cəmiyyətinin məqsədi Quzey Kıbrıs Türk Cümhuriyyəti ilə Azərbaycan Cümhuriyyəti arasında bütün əlaqələrin ən yüksək səviyyədə inkişafına töhfə verməkdir. Bu istiqamətdə bütün ictimai təşkilatları, partiyaları, ayrı-ayrı tanınmış fərdləri səfərbər edərək qarşılıqlı münasibətlərdə onların imkanlarından yararlanmaqdır. Təşkilatın əsas hədəf obyekti iki türk dövləti gənclərinin Xəzərlə Ağ dəniz arasında körpü quruculuğunda inkişafını stimullaşdırmaqdır.”
Mehmet Akçay iştirakçılara 20 iyul Quzey Kıbrıs Barış Hərəkatının tarixi haqqında məlumat verilib. Cəfər Mənsimi çıxışında təşkilatın yaranması haqqında Azərbaycanın 50, Türkiyənin 60, Kıbrısın 20 media qurumu məlumat dərc etdiyini diqqətə çatdırıb.
Quzey Kıbrıs Türk Cümhuriyyətinin Azərbaycandakı diplomatik nümayəndəliyinin rəhbəri Zeki Qazioğlu yeni yaranmış təşkilata fəaliyyətində uğurlar arzulayıb. “Azərbaycan və Türkiyə nə qədər güclənərsə, Quzey Kıbrısda türk bayraqlarının dalğalanması bir o qədər davam edər. Belə bir cəmiyyətin yaranması Kıbrıs üçün çox önəmlidir. İnanıram ki, qarşılıqlı münasibətlərin inkişafında və Kıbrısın tanıdılmasında təşkilat önəmli işlər görə biləcək.”
Türk Xalqları Ümumdünya Assambleyasının I vitse-prezidenti, general Yəhya Əliyev, Azərbaycan və Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzi mədəniyyət departamentinin rəhbəri Şahin Verdiyev, “İbad” Vətənpərvərlik Birliyinin sədri, polkovnik Məhəmməd Qədirov, Bakı Dövlət Universitetinin dosenti Atamoğlan Məmmədli və digər qonaqlar çıxış edərək yeni yaranmış təşkilata fəaliyyətində uğurlar arzu ediblər.

Tədbirdə Milli Dirçəliş Hərəkatı Partiyası, Milli Demokrat Partiyası, Musavat, Klassik Xalq Cəbhəsi Partiyası, Açıq Cəmiyyət, Yeni Azərbaycan Partiyası, Dünya Azərbaycanlıları Konqresi, Beynəlxalq Heydər Əliyev Düşüncə Mərkəzi, Milli Düşüncə İnstitutu, “Sayokan” Döyüş Növləri mərkəzi, “Gənclərin Töhfəsi”, “Gənc Liderlər”, "Miras" və s. təşkilatların nümayəndələrinin, Milli Elmlər Akademiyasının, Azərbaycan Yazıçılar Birliyi üzvlərinin iştirakı ilə 170-dən artıq qonaq qatılmışdı.
Tədbirin ikinci hissəsində Azərbaycanın əməkdar artist Bəsti Sevdiyeva, Nuriyyə Hüseynova, vətənpərvər mahnıların mahir ifaçısı Şəmistan Əlizamanlı, Əlirza Amanbəyli və bır sıra tanınmış sənətkarların ifasında bədii gecə də keçirilib.
Aysel Həsənli


|
|
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
|
|
| • Bakının bitməyən tıxac dərdi: - “Ali məktəblərin bölgələrə köçürülməsi...”
Dünən, 18:16 |
|
|
|
| • Paşinyan ETİRAF ETDİ: - "O adamların siyahısı məndədir, lazım olanda... "
Dünən, 18:13 |
|
|
|
| • Azərbaycanlı gənci güllələyib öldürən yol polisi HƏBS OLUNDU
Dünən, 18:10 |
|
|
|
| • İrəvan İran ərazisindən logistika zəncirləri və imkanları genişləndirmək istəyir - Paşinyan
Dünən, 13:33 |
|
|
|
| • "Bakı və Ankara ilə işləməyin vaxtıdır" – Ermənistan Baş nazirindən tarixi dönüş
Dünən, 13:22 |
|
|
|
| • Rusiyanın iki aeroportu fəaliyyətini dayandırıb
Dünən, 13:21 |
|
|
|
| • Rüfət İsmayılovun qol saatları da müsadirə edildi
Dünən, 13:19 |
|
|
|
| • Ermənistan və Rusiya bəzi müqavilələrin icrası barədə razılığa gəlib
Dünən, 13:16 |
|
|
|
| • Azərbaycan Mədəniyyət Nazirliyi xalq artistindən kimin nə nəyin qisasını alır? - AXI NİYƏ?
Dünən, 13:15 |
|
|
|
| • ABB öz səhmdarlarına 200 milyon manat - DİVİDEND ÖDƏYƏCƏK
Dünən, 12:35 |
|
|
|
| • "Ege Hospital"da yeni doğulan körpə öldü
Dünən, 12:31 |
|
|
|
| • Rusiya silahını Avropaya tuşlayır - GƏLİŞMƏ
Dünən, 12:18 |
|
|
|
| • “Elə bilirlər ki, Baş nazir olmaq asandır” - Artur Rasizadə
Dünən, 12:14 |
|
|
|
| • Paytaxtda növbəti daxili iməclik keçirilib - FOTO
Dünən, 11:57 |
|
|
|
| • Yadplanetlilərlə bağlı məlumatlar dərc olunacaq - Tramp anons verdi
Dünən, 11:52 |
|
|
|
| • Bakının bu ərazilərində torpağın sotu 2 milyondur - AÇIQLAMA
Dünən, 11:35 |
|
|
|
| • Azərbaycan-Ermənistan modeli Ukrayna üçün nümunə ola bilər - ŞƏRH
Dünən, 11:31 |
|
|
|
| • Türkiyədə son hadisələrə görə, 7,5 milyonluq “YouTube” kanalı bağlandı - KİV
Dünən, 11:27 |
|
|
|
| • Gəncə səhiyyəsində dəyişiklik - ƏMR
Dünən, 11:26 |
|
|
|
| • General Müşfiq Məmmədov vəzifəsindən azad edildi - ƏMR
Dünən, 11:19 |
|
|
|
| • İran hava məkanını beynəlxalq uçuşlar üçün qismən açıb
Dünən, 11:17 |
|
|
|
| • Azərbaycana 94 min dollar gətirmək istədi, 64 min manat cərimələndi - TƏFƏRRÜAT
Dünən, 11:02 |
|
|
|
| • “Fikirləşmirlər ki, bu adamlar yazıqdır, əziyyət çəkirlər” - NARAZILIQ VAR...
Dünən, 10:49 |
|
|
|
| • Lənkəranda torpaq sürüşməsi olub
Dünən, 10:40 |
|
|
|
| • “Bank Avrasiya” bağlanma təhlükəsi ilə ÜZ-ÜZƏ - Azalan kreditlər, zəifləyən kapital...
Dünən, 10:38 |
|
|
|
| • Qarabağ Qazisi NARAZILIQ EDİR... - Qarabağ əlili kimi yox, mülki əlil kimi qeyd ediblər...
Dünən, 10:37 |
|
|
|
| • Xalq artistinə qarşı qorxunc rüşvət iddiası - VİDEO
Dünən, 10:32 |
|
|
|
| • Kürdəxanı sakinləri boğaza yığılıblar - "Üfunətdən keçmək olmur"
Dünən, 10:26 |
|
|
|
| • “Azərbaycan və Türkiyə dövlətləri hər vasitə ilə Güneydəki soydaşlarımıza dəstək olmalıdır...” - ÇAĞIRIŞ
Dünən, 10:19 |
|
|
|
| • 14 milyonluq SİRR AÇILIR - "Atlant" işində yeni İDDİALAR
Dünən, 10:16 |
|
|
|
| • Samvel Karapetyanın ev dustaqlığı daha 3 ay uzadıldı - KİV
Dünən, 09:59 |
|
|
|
| • Nazim Bəydəmirli karsdan çıxarılıb
Dünən, 09:58 |
|
|
|
| • Şirvan "103"də nələr baş verir? – Rəhbər özbaşınalığı və təhlükədə qalan həyatlar!
Dünən, 09:37 |
|
|
|
| • Banklardan SOYĞUNÇULUQ - Faizlər görün neçə dəfə ARTIB
Dünən, 09:31 |
|
|
|
| • İran Hörmüz boğazını açmasaydı... - AKTUAL
Dünən, 09:26 |
|
|
|
| • Sərhəd Akademiyasında intihar - NƏ BAŞ VERİR?
Dünən, 09:22 |
|
|
|
| • Özünün bu qədər əmlakı ola-ola elə formanı necə təsdiqləsin axı?! - HƏQİQƏTƏN DƏ...
Dünən, 08:20 |
|
|
|
| • Təqaüd yaşına çatmayan vətəndaşın HAQQI YEYİLİR - BU FAKTDIR!
Dünən, 08:14 |
|
|
|
| • Əmrullayev gələndən maaşlar artmayıb... - düz 6 ildir ki...
Dünən, 08:06 |
|
|
|
| • Nəcibə Nəsibova erası bitdi? - Üç prezident, 14 nazir dəyişən müşavir geri çağrılır
Dünən, 08:03 |
|
|
|
| • “Rus dilinin qadağan olunmasının əleyhinəyəm” - partiya sədri
Dünən, 07:56 |
|
|
|
| • Peşə Təhsili Agentliyində kadr xaosu – Boş ştatlar, bölüşdürülən maaşlar …
Dünən, 07:53 |
|
|
|
| • Vüsal Nəsirli də belə narazılıq yaradır - GİLEY
Dünən, 07:49 |
|
|
|
| • Tramp İranla danışıqlarda iştirak edəcək nümayəndə heyətinin tərkibini açıqlayıb
Dünən, 07:44 |
|
|
|
| • Azərbaycanda yağ və ət problemi yaşanır - BELƏ DAVAM EDƏRSƏ...
Dünən, 07:02 |
|
|
|
| • "Rusiyada artıq başa düşürlər ki, Azərbaycan heç bir ölkəyə bənzəmir" - deputat
Dünən, 07:00 |
|
|
|
| • “Tramp marşrutu”na qarşı “qara piar” - İNCƏLƏMƏ
Dünən, 06:55 |
|
|
|
| • Medvedevin təhdidi: siyasi ritorika, yoxsa real hücum siqnalı? - AKTUAL
Dünən, 06:53 |
|
|
|
| • Sahil Qasımovun Əli Həsənovlu keçmişi və ad manipulyasiyası - EAPCA-nın Pərdəarxası
Dünən, 06:50 |
|
|
|
| • Ekranlardakı "parlaq" cinayət və uydurma eşqlər: Bizə nə izlətdirirlər? - ARAŞDIRMA
Dünən, 06:46 |
|
|
|
|