Şəki səhiyyəsinin “psixo-nevroloji” problemləri - İDDİA
Tarix: 22-11-2016, 11:05 | Çap et
 Qəzetimizin ötən saylarında da biz öz yazılarımızda bəzi psixo-nevroloji səhiyyə müəssisələrinin fəaliyyətlərinə dair redaksiyamza daxil olan məlumatlara diqqət çəkmişdik. Qeyd edək ki, bu məlumatlarda daha çox şikayət və ittiham xarakterli açıqlamalar yer almışdır. Həqiqətən də, bu tip müəssisələrin fəaliyyətində zəruri olan özəlliklər, eyni zamanda araşdırma aparılması imkanlarını da müəyyən çərçivəyə salmış olur. Bu isə öz növbəsində, həmin müəssisə rəhbərlərinə bu və ya digər maxinasiyaları daha sərbəst formada həyata keçirmək üçün əlverişli şərait yaradır. O cümlədən, son vaxtlar aldığımız məlumatlarda Şəki Rayonlararası Psixiatriya Xəstəxanası da, bu rayonun səhiyyə sisteminin ən problemli müəssisələrindən biri kimi təqdim olunur. Açıqlamalarda xəstəxananın baş həkimi Akif Əsədullayevin fəaliyyətində vəzifəsindən sui-istifadə, rüşvətxorluq və digər ciddi qanun pozuntularına yol verildiyi bildirirlir. Aldığımız məlumatlarda əks olunan ümumi rəyə görə, məhz baş həkimin yarıtmaz fəaliyyəti nəticəsində bu gün Şəki Rayonlararası Psixiatriya Xəstəxanasında vəziyyət son dərəcə acınacaqlı bir duruma gəlmişdir. Açıqlamalara görə, hazırda xəstəxanada müalicə olunan xəstələr müəssisə rəhbərliyi tərəfindən dözülməz haqsızlıqlara məruz qalırlar. Belə ki, iddialara görə, bu səhiyyə müəssisəsində heç bir xəstənin pulsuz müalicə və ya hətta müayinə olunmaq şansı yoxdur. Həkimlər isə, Akif Əsədullayevin tapşırığı əsasında müalicənin müddətini mümkün qədər uzatmağa çalışırlar. Həmçinin daxil olan məlumatlarda, xəstəxanada buraya Səhiyyə Nazirliyi tərəfindən ayrılan dərman preparatları ilə də müəyyən maxinasiyalara yol verildiyi bildirilir. Bu “biznes”in sadə sxemi bundan ibarətdir ki, dövlət tərəfindən verilən preparatların çeşidi və sayı nə xəstələrə, nə də onların qohum və ya hamilərinə məlum deyil. Bundan yararlanan xəstəxana rəhbərliyinə sadəcə olaraq dərman qıtlığı görüntüsü yaratmaq kifayət edir. Xəstə sahibləri özləri həkimlərə müraciət edərək, iki-üç qat bahasına tələb olunan preparatları almaq arzularını ifadə edirlər.
Həmçinin, məlumatlarda Şəki Rayonlararası Psixiatriya Xəstəxanasında primitiv səviyyədə göstərilən tibbi xidmətlərə görə yüksək məbləğlərin alınması, xəstəxananın antisanitariya şəraitində saxlanması, abadlıq və təmirə ayrılan vəsaitlərin mənimsənilməsi kimi halların da mütəmadi yer aldığı iddia olunur. Aldığımız açıqlamalardan birində deyilir: “Akif Əsədullayev özü qət-təzə “Niva”da gəzir. Amma rəhbərlik etdiyi xəstəxana az qala dağılmaq üzrədir. Xəstəxana binasının təmirinə dövlət tərəfindən ayrılan pullar hara xərclənirsə, təyinatı üzrə məsrəflərə vəsair qalmır. Akif Əsədullayev isə, məsuliyyəti Şəki RMX-nın baş həkimi Məcid Əliyevin üzərinə yönəltməyə çalışır...” Mövzuya dair dərc etdiyimiz ötən yazılarda da biz qeyd etmişik ki, bu gün ölkəmizin səhiyyə sistemində əsaslı islahatların həyata keçirildiyi və bir çox istiqamətlərdə kifayət qədər inkişaf dinamikası və irəliləyişlərin müşahidə olunduğu bir dövrdə, bəzi rayon və bölgələrimizdə bu sahədə ciddi problemlərin mövcud olması obyektiv reallıqdır. Təbii ki, Şəki Rayonlararası Psixiatriya Xəstəxanasında mövcud olan vəziyyətə görə də rayonun istisnasız olaraq bütün hakimiyyət orqanları və yerli ictimaiyyət məsuliyyət daşıyır. Digər tərəfdən isə, bəzən konkret bir müəssisəyə rəhbərlik edən məmurun özbaşnalıqları hətta yuxarı instansiyalar tərəfindən belə qarşısı alınmaz bir həddə çatır. Bu gün də redaksiyamıza daxil olan məlumatlarda məhz baş həkim Akif Əsədullayevin rəhbərlik etdiyi tibb müəssisəsini olduqca acınacaqlı bir duruma saldığı iddia olunur.
Qarşı tərəfin də məsələyə münasibətini öyrənməyə hazırıq.


|
|
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
|
|
| • "Özünə arxayın olmaq adamı qudurdur"
Bu gün, 15:20 |
|
|
|
| • Zelenskinin Azərbaycana səfəri Z-blogerləri qəzəbləndirdi – “ikili standartlar” yenidən gündəmdə
Bu gün, 15:05 |
|
|
|
| • Ukraynanın “marslı”sı rusları dəhşətə gətirdi – 35 min əsgər necə öldürülüb?
Bu gün, 13:19 |
|
|
|
| • “Georgian Airways” müflis ola bilər
Bu gün, 13:11 |
|
|
|
| • Bakıda yeni oğru PEYDA OLUB: "parik"dən istifadə edir - VİDEO
Bu gün, 13:09 |
|
|
|
| • Zelenskinin Bakı səfəri: Gözləntilər nədir? - AKTUAL
Bu gün, 12:49 |
|
|
|
| • İranda “işləməyən” Venesuela modeli: fanatiklərin müqaviməti hələ güclüdür - İNCƏLƏMƏ
Bu gün, 12:43 |
|
|
|
| • Oğluma məcburən saxta toy etdirdim, pul yığdım...” – Meyxanaçı Samirədən ŞOK AÇIQLAMALAR
Bu gün, 12:22 |
|
|
|
| • Deputata məxsus olduğu deyilən şirkətə 498 min manatlıq sifariş - TƏFƏRRÜAT
Bu gün, 12:19 |
|
|
|
| • Qaynarinfo.az 19 yaşında! - UĞUR YOLU...
Bu gün, 12:09 |
|
|
|
| • Zaqatalada qəzalı vəziyyətdə olan BİNA: Yağış suları evlərə dolur - FOTO
Bu gün, 12:05 |
|
|
|
| • AZƏRBAYCANDA MOBİL İNTERNET NİYƏ BAHALAŞIB? - "İstehlakçılara qarşı bu cür davranış yolverilməzdir..."
Bu gün, 11:59 |
|
|
|
| • Bakıda yeni proses başlayır: yüzlərlə ailə köçürüləcək - Detallar
Bu gün, 11:46 |
|
|
|
| • Ukrayna Prezidenti Volodimir Zelenski Azərbaycanda işgüzar səfərdədir - FOTO
Bu gün, 11:41 |
|
|
|
| • Yekaterinburqa dron hücumu − Xəsarət alan var
Bu gün, 11:40 |
|
|
|
| • Yeni tikililən binalarda mənzil qiymətlərinin sürətli dəyişməsinin səbəbləri - ARAŞDIRMA
Bu gün, 11:37 |
|
|
|
| • İranın gizli təşkilatının rəisi İsrailə casusluğa görə edam edilib -“tabnak”
Bu gün, 11:36 |
|
|
|
| • "İki aydan sonra onlar baş nazir olacaqlar” – Paşinyandan səs-küylü AÇIQLAMA
Bu gün, 11:26 |
|
|
|
| • Qondarma erməni soyqırımı muzeyində qalmaqal - "Hraparak"
Bu gün, 11:21 |
|
|
|
| • Trampın İran strategiyası niyə iflasa uğraya bilər?.. - YƏHUDİ EKSPERT
Bu gün, 11:17 |
|
|
|
| • Azərbaycan neftinin qiyməti 114 dollara yüksəlib
Bu gün, 11:15 |
|
|
|
| • Turizm Agentlini eyni şirkətə bir gündə iki tender verib - DETALLAR
Bu gün, 11:06 |
|
|
|
| • ABŞ-nin yeni prezidenti Rubio ola bilər - Politico nəşri
Bu gün, 11:03 |
|
|
|
| • Gəncədə terror qurbanlarının evləri... NECƏ QANUNDAN KƏNAR OLDU... - BU NƏDİ BELƏ?..
Bu gün, 10:56 |
|
|
|
| • Ermənistanda Türkiyəyə “müharibə” elan edən kimlərdir? – gizli planın şok detalları
Bu gün, 10:44 |
|
|
|
| • Abbas Əraqçi Pakistan ordusunun komandanı ilə görüşdü
Bu gün, 10:42 |
|
|
|
| • Sosial media qazancının görünməyən ÜZÜ…
Bu gün, 10:40 |
|
|
|
| • İrana nüvə bombası atılacaq - Dövlət Departamentinin keçmiş rəsmisindən şok iddia
Bu gün, 10:26 |
|
|
|
| • Azərbaycanda ət tapılmayacaq? - qiymətlət niyə bahalaşır
Bu gün, 10:25 |
|
|
|
| • “AzəriQaz” işçilərinin tək dərdi MAAŞ DEYİL Kİ... - NARAZILIQ VAR...
Bu gün, 10:20 |
|
|
|
| • “Azercell”in 13-cü ay OYUNBAZLIĞI... - GİLEY
Bu gün, 10:04 |
|
|
|
| • Banka borcu olanlara BƏD xəbər - Bundan sonra...
Bu gün, 09:28 |
|
|
|
| • "Dəyişən bir şey olmayacaq, amma..." - REAKSİYA
Bu gün, 08:33 |
|
|
|
| • TƏBİB pasiyentə xəstə kimi yox... BANKOMAT KİMİ baxır... - BUNA GÖRƏ DƏ...
Bu gün, 08:28 |
|
|
|
| • Qadınlar niyə imkanlı kişinin məşuqəsi, sevgilisi olmaq istəyir... - Nura Suri deyir ki...
Bu gün, 08:16 |
|
|
|
| • Aİ-də Kiyevə yardım qərarı parçalanmaya səbəb olub - “Politico”
Bu gün, 08:10 |
|
|
|
| • Eldar Mahmudovun sabiq kadrı ətrafında çənbər daralır... - Mürsəl İbrahimov NƏ EDƏCƏK...
Bu gün, 07:51 |
|
|
|
| • Xəzər sammiti Putinlə Xamenei görüşü üçün ləğv edilməyib - İran səfiri
Bu gün, 07:38 |
|
|
|
| • Məktəb direktoru pedaqoji şuranın iclasında səsləndirdiyi ifadələrə görə məhkəməyə verildi - TƏFƏRRÜAT
Bu gün, 07:36 |
|
|
|
| • ABŞ-nin İrana qarşı hərbi əməliyyat xərcləri 61 milyard dolları keçib - "Iran War Cost Tracker" portalı
Bu gün, 07:31 |
|
|
|
| • Əmrullayevin BATIRDIĞI TƏHSİL: Daha bir məktəbdə insident... - BELƏ HARA GEDİRİK?
Bu gün, 07:30 |
|
|
|
| • Qayıbovun YEYİNTİ ORTAQLARI... - ARAŞDIRMA
Bu gün, 07:25 |
|
|
|
| • TƏBİB daxilində regional səhiyyə idarələri yaradılır? - Baş həkim və direktorlar...
Bu gün, 07:16 |
|
|
|
| • Hücum hazırlığı olmasa da, Rusiya səhvə yol verə bilər - GƏLİŞMƏ
Bu gün, 07:01 |
|
|
|
| • Tehrandan beynəlxalq uçuşlar bu gündən bərpa edilir - KİV
Bu gün, 06:59 |
|
|
|
| • Biləsuvar Rayonunda 400 min manatlıq tender dayandırıldı - BUNA GÖRƏ
Bu gün, 06:58 |
|
|
|
| • İzahı olmayan hadisə: Xəzər niyə quruyur? - AKTUAL
Bu gün, 06:56 |
|
|
|
| • “Görünür o qadına kimlərsə himayədarlıq edir ki, mədəniyyət evini bağçaya çevirib, özbaşına etməz” - Əməkdar artistdən qalmaqallı AÇIQLAMA
Bu gün, 06:54 |
|
|
|
| • "Mən Paşinyan hakimiyyətinin Türkiyə-Azərbaycan münasibətlərinə yanaşmasını səmimi hesab etmirəm" - partiya sədri
Bu gün, 06:51 |
|
|
|
| • İcra başçısı qazi ailəsini süründürür – Hüquq müdafiəçisindən ÇAĞIRIŞ
Bu gün, 06:48 |
|
|
|
|