Milyonları Azərbaycana qaytarmayan bu şirkət vergi borcunu da ödəmir .....                     "Süni yağış tətbiq etməklə büdcəni boş yerə xərcləyəcəklər" .....                     Regiondankənar qüvvələr Ermənistana təzyiqlər göstərirlər .....                     “Tramp yolu”nda gömrük xidməti .....                     İsrailin İrana növbəti hücumunun vaxtı bilindi .....                     AFFA-nın Santuşa ödədiyi kompensasiyanın məbləği .....                     Ərdoğan Qətərə səfər edəcək .....                     Elşən Qafarov Emin Əmrullayevi debata dəvət etdi: .....                     Rusiyada ikinci “Borodino döyüşü” .....                     Milli Paralimpiya Komitəsində yeni təyinat olub .....                     Pezeşkian İran xalqından üzr istədi .....                     Süleyman Mikayılov növbəti səyyar görüş keçirib .....                     “Kim-kimin həyat yoldaşından dünyaya övlad gətirdi...” .....                     Şahin Şıxlinskinin oğlu hakimin qərarından şikayət etdi .....                     “Tanrı türkə kitab göndərmədi, türklük özü bir dindir” .....                     Taksi qalmaqalı, yoxsa növbəti monopoliya? .....                     ABB kartına pul qoyanların DİQQƏTİNƏ! .....                     Dəmir yollarında AVTORİTAR REJİM... .....                     “Rabitəbank" keşbek qaydalarını SƏRTLƏŞDİRDİ .....                     Tofiq Bakıxanov xəstəxanaya yerləşdirilib, əməliyyat olundu .....                     Məhkəmə dövlətə xəyanətdə ittiham olunan şəxslə bağlı qərar çıxardı .....                     Anar Yaradıcılıq Evinin açılışında iştirak etmədi .....                     Paşinyanın “Kinder sürpriz”i .....                     Balakəndə sevgi üstündə dava: 27 yaşlı oğlana qızı vermədilər, iş polisə düşdü .....                     Masallı səhiyyəsi: Əgər belə davam edərsə... .....                     Praktik sülhün təməli qoyulur .....                     Ağdamda 9 milyon manata evlər tikiləcək .....                     Müştəriyə açıq-aşkar zay məhsulu sırıyırlar... .....                     SOCAR-da QULDARLIQ DÖVRÜNƏ QAYIDIŞ... .....                     “Azərbaycanda əmək bazarında gərginlik yarana bilər” .....                     Makronun Mühafizə Xidmətinin sabiq rəhbəri 6 milyon dollara yaxtanı azad edəcəyini deyirdi .....                     Sankt-Peterburq hava limanlarında məhdudiyyətlər tətbiq edilib .....                     Bakı AŞ PA ilə barışır? .....                     Hacıyevin ABŞ səfəri: “907-ci düzəliş” Minsk Qrupunun “yanına” gedir? .....                     Bu, İlham Əliyevin tələbləri ilə bağlı deyil .....                     UZUN ÖMRÜN SİRRİ: Hər halda iylənmiş suda deyil... .....                     "Kapitalbank" mücərrəd ayı söhbəti haradan çıxdı? .....                     Köhnə dəllal Zakir Quliyev İŞ BAŞINDA .....                     Müdafiə Nazirliyinin əməkdaşı iş vaxtı damarlarını niyə doğrayıb? .....                     Ermənistanda absurd savaş xəyalları... .....                 

“Ermənistanla biznes quran Muradovun yüksək vəzifəli qardaşı...” - MTN POLKOVNİKİ AÇIQLADI
Tarix: 19-04-2017, 12:29 | Çap et
“Ermənistanla biznes quran Muradovun yüksək vəzifəli qardaşı...”
Sabunçu Rayon Məhkəməsinin binasında Bakı Şəhər Hərbi Məhkəməsinin icraatında olan MTN-in sabiq baş idarə və idarə rəisləri Sübahir Qurbanov, Teymur Quliyev, Natəvan Mürvətova, həmin qurumun vəzifəli şəxsləri Füzuli Əliyev, Zaur Məmmədov, Natiq Alıyev, Fərhad Atayev, Anar Şirəliyev, Eşqin Əliyev, Elşad Əzizovun barəsində olan cinayət işi üzrə məhkəmə prosesi davam edir.

Aprelin 18-də keçirilmiş iclas təqsirləndirilən Füzuli Əliyevin vəkillərinin vəsatətlə çıxış etməsi ilə başladı. Bildirildi ki, istintaqın gedişində F.Əliyevin iş otağında aparılmış baxış zamanı götürülmüş sənədlər cinayət işinin materialları arasına əlavə edilməlidir. Vəsatətə münasibət bildirən dövlət ittihamçısı cinayət işində kifayət qədər sənədin olduğunu əsas gətirərək, vəsatətin təmin edilməməsini istədi. Təqsirləndirilənlərin müdafiəçiləri isə yekdil olaraq vəsatətin təmin edilməsini istədilər. Qısa müşavirədən sonra məhkəmə vəsatəti hələlik baxılmamış saxladı və bu məsələyə cinayət işinin materiallarının tədqiqi mərhələsində qayıdacağını bildirdi.

“Araz-Plast”ın əməkdaşı MTN-çiləri stəkan sındırmaqda ittiham etdi

Şahid qismində ifadə verən “Araz-Plast” MMC-nin keçmiş mühasibi Afət Əliyeva bildirdi ki, 2015-ci ilin may ayında işlədikləri ofis-mağazaya şirkətin başçısı Elman Muradovla birlikdə bir qrup tanımadığı şəxs daxil olub, sonradan öyrənib ki, onlar MTN-in işçiləridir.

Xatırladaq ki, Azərbaycanda “Araz-Plast”, Türkiyədə isə “Elbor” şirkətlərinin sahibi E.Muradov Ermənistanda yaşayan iş adamı ilə əlaqələrdə ittiham edildiyi üçün MTN-ə çağırılb. Zərərçəkmiş MTN işçilərinin onun şirkətinin seyfindən 80 min manat pulu götürdüklərini və onu bir neçə gün ərzində nazirlikdə saxladıqlarını iddia edib.

Afət Əliyeva təqsirləndirilənlərdən yalnız Natiq Alıyevi göy gözlərindən tanıdığını qeyd etdi. Şahid əlavə olaraq bildirdi ki, Natiq Alıyev ofisdə özünü aqressiv aparıb, onun işlədiyi şirkətin rəhbərini dəfələrlə təhqir edib.

Mühasib qadın şirkətdə cəmi 3 il işlədiyini bildirsə də, zərərçəkmiş Elman Muradovu 1996-cı ildən tanıdığını dedi. Vəkillər bu nüansa aydınlıq gətirmədilər.

Əvəzində təqsirləndirilənlərin müdafiəçiləri suallarına aldıqları cavablarla və cinayət işindəki sənədlərlə göstərdilər ki, MTN əməkdaşlarının şirkətin ofisinə və istehsal sahəsinə gəldikləri vaxt seyfdə götürülməsi iddia edilən 80 min manat ola bilməzdi.

Epizod üzrə ifadə verən digər şahid, “Araz-Plast” MMC-də anbardar vəzifəsində çalışan Könül Ağayeva özündən əvvəlki şahidin sözlərini təsdiqlədi və əlavə etdi ki, göy gözlərinə görə tanıdığı və yadında saxladığı Natiq Alıyev ofisin ikinci mərtəbəsinə qalxandan sonra orada stəkan sınıb. Şahid stəkanı konkret olaraq kimin sındırdığını şəxsən görmədiyini bildirdi.

Şahid Eldar Məmmədov “Araz-Plast” MMC-də satış meneceri işlədiyini bildirdi. MTN əməkdaşlarının ofisə baxış keçirdikləri günü xatırlayan E.Məmmədov onların ofisdəki sənədləri və kompüterləri özləri ilə apardıqlarını göstərdi. Həmin sənədlərin və kompüterlərin geri qaytarılıb-qaytarılmaması barədə vəkillərin suallarını şahid dürüst cavablandıra bilmədi.

Natiq Alıyev: “Ofisdən heç bir məbləğ götürülməyib”

Təqsirləndirilən Natiq Alıyev ifadəsində bildirdi ki, 2015-ci ilin aprel ayında Yalçın adlı tanışı zəng edərək, qonşuluqda işləyən Elman Muradovun istehsalat sexinə elektrik xəttinin çəkilməsi ilə bağlı xahiş edib. “Maraqlandıqda öyrəndim ki, nazirliyin Antiterror mərkəzində həmin E.Muradovla bağlı araşdırma aparılır, buna görə də, həmin işi görməkdən imtina etdim”, - təqsirləndirilən deyib.

N.Alıyev sözlərinə davam edib: “Bundan bir neçə gün sonra rəhbərlikdən mənə göstəriş verildi ki, Elman Muradovu nazirliyə dəvət edim. Onu MTN-in nəzarət-buraxılış məntəqəsində qarşılayaraq, yuxarı qaldırdım və təhvil verdim. Həmin gün Füzuli Əliyev mənə məhkəmə qərarı əsasında hal şahidlərinin iştirakı ilə mənə “Araz-Plast” şirklətinin ofis-mağazasında və istehsal sahəsində baxış keçirilməsini tapşırdı.

Baxış keçirildikdən və protokol tərtib edildikdən sonra nazirliyə qayıtdım. Bundan sonra Elman Muradovun nazirlikdə saxlanması barədə məlumatım olmayıb.

O ki qaldı şirkətin ofisində 80 min manat götürülməsinə, ofisdə pul olmayıb və təbii ki, heç bir məbləğ götürülməyib”.

Zaur Məmmədov: “Mənim heç vaxt silahım olmayıb”

Daha sonra baxılan epizod üzrə təqsirləndirilən Zaur Məmmədov ifadə verdi.

“Mən 1 may 2015-ci il tarixdə “Araz-Plast” MMC-nin ofisində keçirilmiş baxışda iştirak etmişəm. Baxışın məqsədi Elman Muradovun Ermənistan Respublikasında yaşayan erməni millətindən olan şəxslərlə əlaqələrinin aşkarlanması olub. Baxış nəticəsində bunu sübut edən sənədlər aşkarlanaraq, müvafiq protokol tərtib edilərək götürülüb”, - təqsirləndirilən bildirdi.

Z.Məmmədovun sözlərinə görə, Elman Muradov nazirliyə gətirildikdən sonra baş vermiş proseslərdən xəbəri yoxdur.

“Elman Muradov mənim üzərimdə silah olduğunu bildirib ki, bu tamamilə yalandır. Çünki MTN-də çalışdığım 12 il müddətində yalnız 2012-ci ildə qısa bir müddət istisna olmaqla, məndə heç bir zaman silah olmayıb və bu sənədlərlə sübuta yetirilir. Lakin istintaq həmin sənədləri cinayət işinə əlavə etməkdən imtina edib”, - Z.Məmmədov qeyd edib.

“Bizə dedilər ki, Aydını ailəsinin yanında götürməyin”

“Metak” şirkətinin prezidenti Alik Kərimovun və onun oğlu, şirkətin direktoru Aydın Kərimovun iddiası üzrə baxılan epizodda Akif Çovdarovun və əlaltılarının məhkəməsində təqsirləndirilən kimi iştirak edən Akif Əliyev şahid qismində ifadə verib.

O bildirib ki, 2015-ci ilin oktyabr ayında Alik Kərimov Rusiyadan zəng edərək, oğlu Aydının itdiyini bildirib və onun yerinin təyin edilməsini xahiş edib. Lakin çox keçmir ki, “Metak” şirkətinin başçısı yenidən zəng edir və oğlunun MTN-də olduğunu öyrəndiyini deyir.

Akif Əliyev o zaman bu işin başqa idarə tərəfindən aparıldığını göstərərək, onun burada elə bir rolunun olmadığını qeyd etdi.

Şahid İlkin Əsgərov isə “Metak”ın kuratoru olduğunu, lakin baxilan epizodda onun heç bir rolunun olmadığını göstərdi. “Mənə dedilər ki, sən kənarda dur, bu işlərə qarışma”, - şahid qeyd edib.

Epizod üzrə ifadə verən şahidlər – MTN əməkdaşları Samir Nəcəfov, Cavid Hümbətov və Teymur Novruzlu “Metak”ın direktoru Aydın Kərimovun saxlanılaraq MTN-ə gətirilməsindən danışdılar. Onların spzlərinə görə, səhər saat 7:30-da “Koroğlu” metro stansiyasının yaxınlığında görüşərək, iki avtomobillə Nardaran istiqamətinə yollanıblar və Aydın Kərimovu maşınında ailəsi ilə birlikdə görüblər. Nazirlikdən verilən göstərişə uyğun olaraq, MTN əməkdaşları ailəsinin yanında Aydın Kərimovu narahat etməyiblər və onun maşınını izləyərək, yalnız Dərnəgül yolunda, “Çermet” körpüsünün yaxınlığında tək olarkən saxlayıblar.

Şahidərin bildirdiklərinə görə, Aydın Kərimovu nazirliyin nəzarət-buraxılış məntəqəsində təhvil verdikdən sonra səhər yeməyinə yollanıblar və hadisənin sonrasından xəbərləri olmayıb.

Oktyabrın 16-sı götürülən pul ayın 14-də MTN-ə necə verilib?

Şahid Rauf İsmayılov bildirdi ki, “Metak” şirkətində xəzinədardır. Onun sözlərinə görə, sənədlərdən də aydın olur ki, 2015-ci il oktyabr ayının 16-da şirkətin prezidenti Alik Kərimova MTN-ə təqdim edilmək üçün 50 min manat verib.

Vəkillər şahidin nəzərinə çatdırdılar ki, nə qədər qəribə də olsa, zərərçəkmişlər pulun MTN-ə oktyabrın 14-də verildiyini bildiriblər. Xəzinədar bununla əlaqədar heç bir məlumatının olmadığını, yalnız verdiyi pulun kassa sənədlərində qeyd edilən tarixdə şirkətin xəzinəsindən çıxdığını əlavə edib.

“Mallar hələ də anbardadır və işlək vəziyyətdədir”

Məhkəmədə baxılan epizod üzrə ifadə verən şahid Kamran İslamov şirkətlərdən birində anbardar işlədiyini və 2015-ci ilin 16-17 oktyabr tarixlərində “Metak” şirkətindən göndərilən iki maşın tikinti materiallarını – dəmir profilləri və dəmir lövhələri qəbul etdiyini və anbarda yerləşdirdiyini qeyd edib. Şahid məsələnin təfərrüatlarından xəbərsiz olduğunu dedi.

Digər şahid Vəli Cəfərov isə mühəndis olduğunu, Füzuli Əliyevin xahişi ilə iki maşın tikinti materialının anbarda yerləşdirilməsinə razılıq verdiyini bildirdi. Onun sözlərinə görə, həmin materiallar F.Əliyevin qardaşı Elşən Əliyevin Novxanıdakı bağ evində istifadə üçün nəzərdə tutulmuşdu.

Xatırladaq ki, “Metak” şirkətinin prezidenti, zərərçəkmiş Alik Kərimov Füzuli Əliyevin tələbi ilə 35 min manatlıq tikinti materialı verdiyini bildirmişdi.

Şahid V.Cəfərov malların hələ də anbarda qaldığını və işlək vəziyyətdə olduqlarını sözlərinə əalvə etdi.

Füzuli Əliyev: “Bu, olduqca prinsipial məsələdir”

“Araz-Plast” və “Elbor” şirkətlərinin sahibi, zərərçəkmiş Elman Muradovla bağlı təqsirləndirilən Füzuli Əliyev geniş ifadə ilə çıxış etdi. “Elman Muradovla bağlı məsələ olduqca prinsipial məsələdir və mən bu gün bu işlə bağlı nə varsa, hamısını nöqtə-vergülünə qədər deyəcəyəm”, - deyən F.Əliyev ifadəsinə başlayıb.

“MTN-in texniki strukturları qeydə alıblar ki, Ermənistan mobil operatorlarından birinin nömrəsindən Azərbaycanda olan, Türkiyə telefon nömrəsindən istifadə edən şəxsə mütəmadi zənglər daxil olub. Araşdırma nəticəsində məlum oldu ki, Türkiyə nömrəsinin istifadəçisi Azərbaycan vətəndaşı, “Araz-Plast” şirkətinin direktoru Elman Muradovdur. O da məlum olub ki, erməni şəxslə dəfələrlə telefon danışıqları zamanı E.Muradov şərti sözlərdən istifadə etməklə, biznes əlaqələrini müzakirə edib.

Xüsusi olaraq qeyd etmək istəyirəm ki, Elman Muradovun qardaşı Elyar Muradov “Azərbaycan Dəmir Yolları” Səhmdar Cəmiyyətində rəhbər vəzifədə işləyir və ölkə başçısının səfərləri zamanı istifadə etdiyi qatarı müşayiət edən şəxslərdən biridir. Başqa sözlə, ermənilərlə əlaqədə olan şəxsin qardaşı ölkədə kifayət qədər strateji mövqedədir.

1 may 2015-ci ildə mən Baş Prokurorluğun idarə rəisi Elşən Abbasov və Baş prokurorun birinci müavini Rüstəm Usubovla şəxsən danışmışam və zəruri köməklik göstərilməsini xahiş etmişəm.

Məhkəmənin də qərarında göstərilir ki, Elman Muradov üçüncü ölkələrin ərazisində ermənilərlə görüşmüş və biznes əlaqələri qurmuşdur. Bundan əlavə, onun Türkiyə üzərindən Gürcüstan vasitəsilə Ermənistana mal göndərməsi və bunun müqabilində pul alması da aşkar edilib. Elman Muradov bunu gülünc arqumentlə əsaslandıraraq deyib ki, mən Ermənistanın pulunu bizə gətitirəm, burada pis nə var ki?

Lakin nazirlikdə dindirilən zaman Elman Muradov ermənilərlə hər hansı əlaqəsini inkar etdi. Bundan sonra bizə təzyiqlər başladı. Elman Muradov qardaşının köməyi ilə adını çəkmək istəmədiyim bir şəxsə 100 min manat rüşvət verərək, bu məsələnin ört-basdır edilməsinə nail olub. Rüşvəti alan həmin adamı bu məhkəmə zalında oturanların hamısı tanıyır, sadəcə olaraq, adını demək istəmirəm. İstintaq vaxtı müstəntiqə demişdim. Dedim, bacarırsan, get, tut o adamı. Mənə cavab verdi ki, elə adamların adını çəkmə burda.

Məsələnin mürəkkəbliyi ondan ibarət idi ki, mallar Türkiyədə qeydə alınmış firmadan Ermənistana satıldığı üçün cinayət işi qaldırmaq mümkün deyildi. Bu səbəbdən işi Vergilər Nazirliyinə göndərdik ki, Azərbaycan şirkətinin istehsal etdiyi məhsulların da Ermənistana yol tapıb-tapmamasını yoxlasınlar.

İndi istintaq bu adamın iddiası ilə bizi ittiham edir”, - Füzuli Əliyev deyib.

Prosesə sədrlik edən hakim Həbib Həsənov məhkəmənin növbəti iclasının cümə axşamı, aprelin 20-də keçiriləcəyini bildirib.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Milyonları Azərbaycana qaytarmayan bu şirkət vergi borcunu da ödəmir
Bu gün, 12:19
"Süni yağış tətbiq etməklə büdcəni boş yerə xərcləyəcəklər" - ETİRAZ
Bu gün, 12:13
Regiondankənar qüvvələr Ermənistana təzyiqlər göstərirlər - Zülfüqarov
Bu gün, 12:11
“Tramp yolu”nda gömrük xidməti OLACAQ
Bu gün, 12:08
İsrailin İrana növbəti hücumunun vaxtı bilindi - İLGİNC
Bu gün, 12:03
AFFA-nın Santuşa ödədiyi kompensasiyanın məbləği BƏLLİ OLDU
Bu gün, 11:59
Ərdoğan Qətərə səfər edəcək
Bu gün, 11:57
Elşən Qafarov Emin Əmrullayevi debata dəvət etdi: - “Təhsil sahəsində baş verən dağıdıcı fəaliyyəti müzakirə etmək istəyirəm”
Bu gün, 11:40
Rusiyada ikinci “Borodino döyüşü” – Çovdar böhranı dərinləşir
Bu gün, 11:35
Milli Paralimpiya Komitəsində yeni təyinat olub - BUNDAN SONRA...
Bu gün, 11:31
Pezeşkian İran xalqından üzr istədi - İran mediası
Bu gün, 11:29
Süleyman Mikayılov növbəti səyyar görüş keçirib - FOTOLAR
Bu gün, 11:25
“Kim-kimin həyat yoldaşından dünyaya övlad gətirdi...” – Aparıcıdan gözlənilməz açıqlama
Bu gün, 11:19
Şahin Şıxlinskinin oğlu hakimin qərarından şikayət etdi
Bu gün, 11:16
“Tanrı türkə kitab göndərmədi, türklük özü bir dindir” - Rüstəm Behrudi
Bu gün, 11:11
Taksi qalmaqalı, yoxsa növbəti monopoliya? - "İnsanlar daha çox pul xərcləməyə məcbur edilir"
Bu gün, 11:04
ABB kartına pul qoyanların DİQQƏTİNƏ! – Müştərinin pullarını kartdan belə çəkdilər
Bu gün, 11:02
Dəmir yollarında AVTORİTAR REJİM... - İŞƏ MƏHKƏMƏ QARIŞDI...
Bu gün, 10:52
“Rabitəbank" keşbek qaydalarını SƏRTLƏŞDİRDİ – Müştəriləri narazı salan QƏRAR
Bu gün, 10:46
Tofiq Bakıxanov xəstəxanaya yerləşdirilib, əməliyyat olundu - AÇIQLAMA
Bu gün, 10:43
Məhkəmə dövlətə xəyanətdə ittiham olunan şəxslə bağlı qərar çıxardı
Bu gün, 10:41
Anar Yaradıcılıq Evinin açılışında iştirak etmədi - Səbəbini özü AÇIQLADI
Bu gün, 10:32
Paşinyanın “Kinder sürpriz”i – Arvadının göstərişi ilə ONU GƏTİRİR
Bu gün, 10:29
Balakəndə sevgi üstündə dava: 27 yaşlı oğlana qızı vermədilər, iş polisə düşdü - TƏFƏRRÜAT
Bu gün, 10:26
Masallı səhiyyəsi: Əgər belə davam edərsə... - TƏFƏRRÜAT
Bu gün, 10:20
Praktik sülhün təməli qoyulur - ŞƏRH
Bu gün, 10:14
Ağdamda 9 milyon manata evlər tikiləcək - QALİB ŞİRKƏT AÇIQLANDI
Bu gün, 10:12
Müştəriyə açıq-aşkar zay məhsulu sırıyırlar... - ƏVƏZİNDƏ İSƏ...
Bu gün, 09:49
SOCAR-da QULDARLIQ DÖVRÜNƏ QAYIDIŞ... - NƏ BAŞ VERİR?
Bu gün, 09:29
“Azərbaycanda əmək bazarında gərginlik yarana bilər” - NƏ ETMƏLİ?
Bu gün, 09:19
Makronun Mühafizə Xidmətinin sabiq rəhbəri 6 milyon dollara yaxtanı azad edəcəyini deyirdi – MƏHKƏMƏ ZALINDAN
Bu gün, 09:07
Sankt-Peterburq hava limanlarında məhdudiyyətlər tətbiq edilib
Bu gün, 08:57
Bakı AŞ PA ilə barışır? - TƏDARÜK VAR
Bu gün, 08:54
Hacıyevin ABŞ səfəri: “907-ci düzəliş” Minsk Qrupunun “yanına” gedir? - GƏLİŞMƏ
Bu gün, 08:08
Bu, İlham Əliyevin tələbləri ilə bağlı deyil - Xaçatryan
Bu gün, 08:05
UZUN ÖMRÜN SİRRİ: Hər halda iylənmiş suda deyil... - NARAZILIQ VAR...
Bu gün, 08:03
"Kapitalbank" mücərrəd ayı söhbəti haradan çıxdı? - Professordan şərh
Bu gün, 07:56
Köhnə dəllal Zakir Quliyev İŞ BAŞINDA - TƏFƏRRÜAT
Bu gün, 07:52
Müdafiə Nazirliyinin əməkdaşı iş vaxtı damarlarını niyə doğrayıb? – ELMAN QULİYEV ŞOK FAKTLARI AÇIQLADI
Bu gün, 07:36
Ermənistanda absurd savaş xəyalları... - NƏ QƏDƏR REALDIR...
Bu gün, 07:27
Fərhad Əhmədovun 20 milyonluq mülkü əlindən alınır - Ramiz Mehdiyevin adı hallanır
Bu gün, 07:25
Revanşist ermənilər: nə qədər praqmatikdirlər? - AKTUAL
Bu gün, 07:16
Zəngəzur dəhlizi an məsələsidir... - Görünəni odur ki...
Bu gün, 07:12
Peşə təhsili siyasəti iflas həddində... - BU FAKTDIR...
Bu gün, 07:08
Əlyazmalar İnstitutunda NƏ BAŞ VERİR? - Teymur Kərimli Nigar Babaxanlını özündən sonra direktor təyin edilməsini istəyir?
Bu gün, 07:02
Zəngəzur dəhlizi Tehran üçün hansı əhəmiyyətə malikdir? - İNCƏLƏMƏ
Bu gün, 06:55
Məktəbli formaları anbarda qalıb: Alan yoxdur? - BU NƏDİ BELƏ?
Bu gün, 06:46
"Nepal hadisələrinin Ermənistanda eyni ssenari ilə təkrarlanması real deyil" - ÇÜNKİ...
Bu gün, 06:44
ABŞ “Tramp dəhlizi” üçün Ermənistana ilk yardım tranşını ayırıb - GƏLİŞMƏ
Bu gün, 06:40
Regionda ciddi risk: yeni ərazi bölgüsü yaxınlaşır – Azərbaycanı nə gözləyir?
Bu gün, 06:37
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru