Yanacaq bahalaşır, ABŞ aviaşirkətləri yüz milyonlarla zərər edir və uçuşları azaldır .....                     Söhrab İsmayılov həbs oluna bilər? .....                     Pezeşkian hərəkətə keçdi, İsraillə bağlı məlumat yayıldı: .....                     Bərdədə Zümürxan gölü zibilliyə çevrilib .....                     Keçmiş oliqarx-məmur... BU GÜN DƏ QAZANIR... .....                     Müxalifət üçün itirilmiş .....                     İran XİN rəhbəri Tehranın tələblərini Pakistana çatdırıb .....                     İran ordusu ABŞ-a xəbərdarlıq edib .....                     Doğdu günəş qırmızı... İməcliyə apardılar HAMIMIZI... .....                     "Özünə arxayın olmaq adamı qudurdur" .....                     Zelenskinin Azərbaycana səfəri Z-blogerləri qəzəbləndirdi .....                     Ukraynanın “marslı”sı rusları dəhşətə gətirdi .....                     “Georgian Airways” müflis ola bilər .....                     Bakıda yeni oğru PEYDA OLUB: "parik"dən istifadə edir .....                     Zelenskinin Bakı səfəri: Gözləntilər nədir? .....                     İranda “işləməyən” Venesuela modeli: fanatiklərin müqaviməti hələ güclüdür .....                     Oğluma məcburən saxta toy etdirdim, pul yığdım...” .....                     Deputata məxsus olduğu deyilən şirkətə 498 min manatlıq sifariş .....                     Qaynarinfo.az 19 yaşında! .....                     Zaqatalada qəzalı vəziyyətdə olan BİNA: Yağış suları evlərə dolur .....                     AZƏRBAYCANDA MOBİL İNTERNET NİYƏ BAHALAŞIB? .....                     Bakıda yeni proses başlayır: yüzlərlə ailə köçürüləcək .....                     Ukrayna Prezidenti Volodimir Zelenski Azərbaycanda işgüzar səfərdədir .....                     Yekaterinburqa dron hücumu .....                     Yeni tikililən binalarda mənzil qiymətlərinin sürətli dəyişməsinin səbəbləri .....                     İranın gizli təşkilatının rəisi İsrailə casusluğa görə edam edilib .....                     "İki aydan sonra onlar baş nazir olacaqlar” .....                     Qondarma erməni soyqırımı muzeyində qalmaqal .....                     Trampın İran strategiyası niyə iflasa uğraya bilər?.. .....                     Azərbaycan neftinin qiyməti 114 dollara yüksəlib .....                     Turizm Agentlini eyni şirkətə bir gündə iki tender verib .....                     ABŞ-nin yeni prezidenti Rubio ola bilər .....                     Gəncədə terror qurbanlarının evləri... NECƏ QANUNDAN KƏNAR OLDU... .....                     Ermənistanda Türkiyəyə “müharibə” elan edən kimlərdir? .....                     Abbas Əraqçi Pakistan ordusunun komandanı ilə görüşdü .....                     Sosial media qazancının .....                     İrana nüvə bombası atılacaq .....                     Azərbaycanda ət tapılmayacaq? .....                     “AzəriQaz” işçilərinin tək dərdi MAAŞ DEYİL Kİ... .....                     “Azercell”in 13-cü ay OYUNBAZLIĞI... .....                 

Sübahir Qurbanov ilk dəfə ifadə verdi: - “Bu adamı həbs edin...”
Tarix: 26-04-2017, 12:25 | Çap et
Sübahir Qurbanov ilk dəfə ifadə verdi:
Sabunçu Rayon Məhkəməsinin binasında Bakı Şəhər Hərbi Məhkəməsinin icraatında olan MTN-in sabiq baş idarə və idarə rəisləri Sübahir Qurbanov, Teymur Quliyev, Natəvan Mürvətova, həmin qurumun vəzifəli şəxsləri Füzuli Əliyev, Zaur Məmmədov, Natiq Alıyev, Fərhad Atayev, Anar Şirəliyev, Eşqin Əliyev, Elşad Əzizovun barəsində olan cinayət işi üzrə məhkəmə prosesi davam edir.

Aprelin 25-də məhkəmə iclası zərərçəkmiş, “Araz-Plast” MMC-nin direktoru Elman Muradova təqsirləndirilənlərin sualları və onların epizod üzrə ifadələri ilə başladı. Xatırladaq ki, E.Muradov MTN əməkdaşlarını onun ofisindəki seyfdən 80 min manatı götürüb mənimsəməkdə, təqsirləndirilənlər isə sahibkarı ermənilərlə işbirliyində günahlandırıblar.

Füzuli Əliyev geniş izahat verdi

Baxılan epizod üzrə dövlət ittihamçısının zərərçəkmiş Elman Muradovun 4 gün ərzində MTN-də qanunsuz olaraq saxlanması ilə bağlı sualına təqsirləndirilən Füzuli Əliyev belə cavab verdi:

“Mən o gün də öz ifadəmdə bildirdim ki, 2015-ci il may ayının 1-də ailə məclisimlə əlaqədar günortadan sonra işdə olmamışam. Amma məsələ ilə bağlı bunları deyə bilərəm ki, Elman Muradov saat 13:21-də edilən zənglə MTN-ə dəvət olunub. Bunlar hamısı telefon zənglərinin cinayət işinə əlavə edilmiş siyahısında və həmin vaxt telefonların geolokasiyası üzrə arayışda öz əksini tapıb.

Saat 14-17 radələrində Elman Muradov MTN-in yaxınlığında olub. Saat 17:47-də bizim əməkdaşlarla birlikdə zərərçəkmiş Əhməd Rəcəbli küçəsindəki ofisində olub. Saat 20-dən 21-ə qədər Elman Muradovun və MTN əməkdaşları Zaur Məmmədovla Natiq Alıyevin telefonları Zığ qəsəbəsinin yaxınlığında qeydiyyata düşüb. Yəni həmin vaxt onlar Zığda yerləşən istehsal sahəsində baxış keçiriblər. Vaxtdan da görünür ki, axşam saatlarında oradakı seyfdə 80 min manat pul ola bilməzdi, çünki həmin vaxt artıq banklar işləmir və pul qəbul etmirlər. Başqa sözlə, bizim əməkdaşlar oradakı seyfdən pul götürə bilməzdilər.

Saat 21:35-dən etibarən hər üçünün antennası MTN-in yaxınlığında olub. Elə ancaq buradan görünür ki, cinayət işinin materiallarında iddia edildiyi kimi, Elman Muradov mayın 1-də saat 14-dən sonra 4 gün ərzində MTN-də saxlanılmayıb. Yalnız 2 saat ərzində nazirliyin nəzarət-buraxılış məntəqəsində olub.

Həmin 2 saat ərzində biz Baş Prokurorluğa məktubla müraciət etmişik, məktub canlı olaraq əlbəəl Baş Prokurorluğa çatdırılıb, baş prokurorun müavini Rüstəm Usubovun razılığı əsasında məktub hazırlanıb və məhkəmə qarşısında məsələ qaldırılıb, məhkəmə qapalı iclasda Elman Muradovun şirkətinin ofisində baxış keçirilməsi ilə əlaqədar qərar çıxarıb.

O ki qaldı sonrakı günlərə, telefon antennasının göstəricilərindən də aydın olur ki, may ayının 4-nə qədər Elman Muradov MTN binasında olmayıb, telefon Nərimanov prospektini göstərir, bu isə qətiyyən MTN ərazisi deyil”.

Füzuli Əliyev bu arada başqa mətləbə də toxundu:

“Bu gün mənim əməllərimdə cinayət tərkibinin olması sübuta yetirilmədiyi bir vaxtda mənim yaxın qohumlarımın – həyat yoldaşımın, qardaşımın ölkədən çıxmasına məhdudiyyət qoyulub. Soruşmaq istəyirəm ki,bu, hansı əsaslarla edilib? Dəfələrlə bununla bağlı müxtəlif orqanlara müraciətlər olunub, nəticəsi yoxdur.

O ki qaldı o vaxt Elman Muradovun ölkədən çıxmasına qoyulmuş məhdudiyyətə, Azərbaycan qanunvericiliyi ilə nəzarətə götürülmüş və barəsində məhkəmə qərarı olan şəxsin 6 ay ərzində istənilən şəkildə yoxlanılması üçün MTN-in bütün səlahiyyətləri var idi. Bunu biz öz istəyimizdən etməmişik”.

“Həmin ərəfədə biz Dövlət Bayrağı meydanının sabiq rəisi Rəşad Məmmədovun ətrafında baş vermiş hadisələrlə məşğul idik, buna görə də, Elman Muradovun məsələsi ilə bağlı iş tam ciddi araşdırılmadı. Həm də qeyd etdiyim kimi, bizə E.Muradovla bağlı təzyiqlər başladı, onu sərbəst buraxmalı olduq”, - Füzuli Əliyev deyib.

Universitet prorektoru: “Bəs mən pulu kimə vermişəm?”

Məhkəmədə zərərçəkmiş kimi ifadə vermiş Ramazan Hüseynov bildirdi ki, 2010-cu ilə qədər fəaliyyət göstərmiş Moskva Dövlət Açıq Universitetinin Bakı filialının humanitar elmlər üzrə prorektoru işləyib.

Əvvəllər prorektor işlədiyi dövrdə yol verdiyi korrupsuiya hallarına görə məhkumluq həyatı yaşamış Ramazan Hüseynov ifadəsinə başlayar-başlamaz qeyd etdi ki, hamıdan onun istintaqa verdiyi ifadələri nəzərə almamağı xahiş edir və ən düzünü məhkəmədə danışacaq.

R.Hüseynovun sözlərinə görə, 2004-cü ildə onu MTN-ə dəvət ediblər və təhsil sahəsinin kurasiyası ilə məşğul olan Nazim Lətifov prorektoru qarşılayaraq, təqsirləndirilən Sübahir Qurbanovun qəbuluna aparıb. General Qurbanov zərərçəkmişə bildirib ki, onu “yuxarının təkidi ilə” çağırıblar və əməkdaşların dediklərini yerinə yetirsin.

Zərərçəkmiş ondan 400 min manat “qeydiyyat pulu” gətirməyin tələb olunduğunu deyib, lakin sonradan bu rəqəm 40 min manata endirilib. R.Hüseynov 2009-ci ilə kimi MTN-ə 340 min manat pul ödədiyini bildirib.

Virtualaz.org-un əməkdaşı məhkəmə zalından xəbər verir ki, vəkillərin sualları zərərçəkmişi çətin vəziyyətə saldı. Belə ki, onun ifadəsi istintaq dövründə və üzləşmələr vaxtı verdiyi ifadələrlə daban-dabana ziddir. Məsələn, məhkəmədə zərərçəkmiş dəfələrlə qeyd etdi ki. pulu həmişə MTN-də şöbə rəisi işləmiş Nazim Lətifova verib. Lakin N.Lətifovla üzləşmədə Ramazan Hüsynov pulu ona vermədiyini, bu işdə tanımadığı üçüncü şəxsin vasitəçilik etdiyini deyib.

Bu sözləri eşidən zərərçəkmiş hamının gülüşünə səbəb olan sual verdi: “Bəs mən pulu kimə vermişəm?”

Ramazan Hüsynov çıxışının sonuna yaxın maraqlı bir bəyanat da verdi: “Mən xahiş edirəm ki, tələb etdiyim maddi və mənəvi zərərin kompensasiyasını (ümumilikdə təxminən 1 milyon manat – red.) təqsirləndirilənlərin arasında görmək istədiyim keçmiş nazir Eldar Mahmudovun villalarının hesabına ödənilsin. Bura yığılmış günahsızların olan-qalan daxmalarının satışından mənə heç nə lazım deyil”.

Epizod üzrə şahid qismində ifadə vermiş Rafiq Salahov zərərçəkmişin istintaq dövründə verdiyi ifadəsini qismən təsdiqlədi.

Vəkil Adil İsmayılov vəsatətlə çıxış edərək, Ramazan Hüseynovun zərərçəkmiş statusunun ləğv edilməsini və onun zərərəçəkmiş kimi tanınmamasını məhkəmədən xahiş etdi.Məhkəmə vəsatəti baxılmamış saxladı və bununla bağlı xüsusi müşavirə keçiriləcəyi elan edildi.

Sübahir Qurbanov məhkəmədə ilk dəfə ifadə verdi

Qeyd edək ki, ötən dəfə səhhətində yaranmış problemlərlə əlaqədar iclasın təxirə salındığı təqsirləndirilən Sübahir Qurbanov bu gün yaxşı görünürdü və baxılan epizod üzrə izahat vermək istədiyini bildirdi.

General çıxışında dedi:

“Nəzərinizə çatdırıram ki, 2004-cü ildən 2008-ci ilə qədər mən Milli Təhlükəsizlik Nazirliyinin 4-cü Baş idarəsində neft sektoruna rəhbərlik etmişəm. 4-cü Baş idarə nazirliyin 4-cü mərtəbəsində yerləşir. Təhsili kurasiya edən şöbə isə 2008-ci ilə qədər bizim Baş idarəyə daxil olmayıb. Bu sahə Antiterror mərkəzinin kurasiyasında olub. Nazim Lətifov da orada işləyib. Yəni mən 4-cü mərtəbədə tamamilə başqa şöbənin rəisi olaraq, Antiterror mərkəzinin əməkdaşına 2-ci mərtəbədə heç cür göstəriş verə bilməzdim. Bu nonsensdir. Görünür, Ramazan müəllim nəyisə səhv salır.

Bu, mənə qarşı böyük ittihamdır və mən vəkillərimdən xahiş edirəm ki, bu şəxsə qarşı cinayət işi qaldırsınlar. O, mənə böhtan atır”.

Zərərçəkmiş sahibkar Sumqayıt Şəhər İcra Hakimiyyətində işləyirmiş

Məhkəmədə zərərçəkmiş Gündüz Əliyevin iddiası üzrə baxılan epizod üzrə zərərçəkmiş qismində ifadə vermiş Arif Kərimov bildirib ki, Sumqayıt şəhər Səhiyyə şöbəsinin keçirdiyi tenderi qazanmış şirkətin yerinə yetirməli olduğu işin subpodratçısı kimi iş həcminin zərərçəkmiş Gündüz Əliyevə həvalə olunmasında vasitəçilik edib.

A.Kərimov bildirdi ki, Sumqayıtdakı “Buta” çay evindən MTN əməkdaşları tərəfindən nazirliyin binasına aparılıb və səhər sərbəst buraxılıb. O, ifadəsində qeyd edib ki, içərisində 190 min manata yaxın pul olan sellofan torbanı çay evinə özü gətirməyib. “Pul olan torbanı oraya şirkətin nümayəndəsi gətirmişdi. Mən isə həmin pulu götürərək, Gündüz Əliyevə təhvil vermişəm”, - zərərçəkmiş deyib.

Pulun sonrakı aqibəti ilə bağlı suala cavab verən zərərçəkmiş qeyd etdi ki, həmin pullar MTN-də qalıb və geri qaytarılmayıb.

Təqsirləndirilən Sübahir Qurbanovun vəkili Adil İsmayılov baxılan epizodla bağlı maraqlı faktlar əldə etdiyini bildirdi və zərərçəkmiş Gündüz Əliyevə bir neçə sualla müraciət etdi:

Vəkil: Bəs bu hadisələr baş verərkən hansı nazirlikdə işləmisiniz?

Zərərçəkmiş: Bunun işin mahiyyətinə aidiyyatı yoxdur, cavab vermirəm.

Bu yerdə söhbətə məhkəməyə sədrlik edən hakim Həbib Həsənov da qoşuldu: “Necə yəni cavab vermirəm? Deməli, sən keçən dəfə məhkəməni də aldatmısan?”

Vəkillə zərərçəkmişin dialoqu davam etdirildi:

Vəkil: O vaxt hansı nazirlikdə işləmisiniz?

Zərərçəkmiş: Ekologiya Nazirliyində.

Vəkil: Səhiyyə şöbəsi ilə hansı əlaqəniz var?

Zərərçəkmiş: Çox əlaqəm var.

Vəkil: Həmin şöbənin baş mühasibi kimdir?

Zərərçəkmiş: Gülnarə xanım.

Vəkil: Sizin bacınız deyil ki?

Zərəçəkmiş bu suala cavab verərkən “xeyr” desə də, vəkil Adil İsmayılov bu faktları araşdırdığını və məhkəməyə təqdim edəcəyimi bildirdi.

Bu epizod üzrə şahid qismində “Buta” çay evində çalışan Nazir Şükürov və DTX əməkdaşı Tural Həsənov ifadə verdilər.

Hakim Həbib Həsənov növbəti məhkəmə iclasının cüməaxşamı, aprelin 27-də keçiriləcəyini elan etdi.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Yanacaq bahalaşır, ABŞ aviaşirkətləri yüz milyonlarla zərər edir və uçuşları azaldır - "Business Insider"
Bu gün, 16:46
Söhrab İsmayılov həbs oluna bilər? - İDDİA
Bu gün, 16:44
Pezeşkian hərəkətə keçdi, İsraillə bağlı məlumat yayıldı: - “Xilasetmə” əməliyyatı başladılır
Bu gün, 16:30
Bərdədə Zümürxan gölü zibilliyə çevrilib - FOTO
Bu gün, 16:18
Keçmiş oliqarx-məmur... BU GÜN DƏ QAZANIR... - İLGİNC FAKT
Bu gün, 16:05
Müxalifət üçün itirilmiş ŞANS
Bu gün, 15:48
İran XİN rəhbəri Tehranın tələblərini Pakistana çatdırıb
Bu gün, 15:42
İran ordusu ABŞ-a xəbərdarlıq edib - “Fars”
Bu gün, 15:39
Doğdu günəş qırmızı... İməcliyə apardılar HAMIMIZI... - Nəqşi-cahanın... Talıbovdan qalma NAXŞI...
Bu gün, 15:33
"Özünə arxayın olmaq adamı qudurdur"
Bu gün, 15:20
Zelenskinin Azərbaycana səfəri Z-blogerləri qəzəbləndirdi – “ikili standartlar” yenidən gündəmdə
Bu gün, 15:05
Ukraynanın “marslı”sı rusları dəhşətə gətirdi – 35 min əsgər necə öldürülüb?
Bu gün, 13:19
“Georgian Airways” müflis ola bilər
Bu gün, 13:11
Bakıda yeni oğru PEYDA OLUB: "parik"dən istifadə edir - VİDEO
Bu gün, 13:09
Zelenskinin Bakı səfəri: Gözləntilər nədir? - AKTUAL
Bu gün, 12:49
İranda “işləməyən” Venesuela modeli: fanatiklərin müqaviməti hələ güclüdür - İNCƏLƏMƏ
Bu gün, 12:43
Oğluma məcburən saxta toy etdirdim, pul yığdım...” – Meyxanaçı Samirədən ŞOK AÇIQLAMALAR
Bu gün, 12:22
Deputata məxsus olduğu deyilən şirkətə 498 min manatlıq sifariş - TƏFƏRRÜAT
Bu gün, 12:19
Qaynarinfo.az 19 yaşında! - UĞUR YOLU...
Bu gün, 12:09
Zaqatalada qəzalı vəziyyətdə olan BİNA: Yağış suları evlərə dolur - FOTO
Bu gün, 12:05
AZƏRBAYCANDA MOBİL İNTERNET NİYƏ BAHALAŞIB? - "İstehlakçılara qarşı bu cür davranış yolverilməzdir..."
Bu gün, 11:59
Bakıda yeni proses başlayır: yüzlərlə ailə köçürüləcək - Detallar
Bu gün, 11:46
Ukrayna Prezidenti Volodimir Zelenski Azərbaycanda işgüzar səfərdədir - FOTO
Bu gün, 11:41
Yekaterinburqa dron hücumu − Xəsarət alan var
Bu gün, 11:40
Yeni tikililən binalarda mənzil qiymətlərinin sürətli dəyişməsinin səbəbləri - ARAŞDIRMA
Bu gün, 11:37
İranın gizli təşkilatının rəisi İsrailə casusluğa görə edam edilib -“tabnak”
Bu gün, 11:36
"İki aydan sonra onlar baş nazir olacaqlar” – Paşinyandan səs-küylü AÇIQLAMA
Bu gün, 11:26
Qondarma erməni soyqırımı muzeyində qalmaqal - "Hraparak"
Bu gün, 11:21
Trampın İran strategiyası niyə iflasa uğraya bilər?.. - YƏHUDİ EKSPERT
Bu gün, 11:17
Azərbaycan neftinin qiyməti 114 dollara yüksəlib
Bu gün, 11:15
Turizm Agentlini eyni şirkətə bir gündə iki tender verib - DETALLAR
Bu gün, 11:06
ABŞ-nin yeni prezidenti Rubio ola bilər - Politico nəşri
Bu gün, 11:03
Gəncədə terror qurbanlarının evləri... NECƏ QANUNDAN KƏNAR OLDU... - BU NƏDİ BELƏ?..
Bu gün, 10:56
Ermənistanda Türkiyəyə “müharibə” elan edən kimlərdir? – gizli planın şok detalları
Bu gün, 10:44
Abbas Əraqçi Pakistan ordusunun komandanı ilə görüşdü
Bu gün, 10:42
Sosial media qazancının görünməyən ÜZÜ…
Bu gün, 10:40
İrana nüvə bombası atılacaq - Dövlət Departamentinin keçmiş rəsmisindən şok iddia
Bu gün, 10:26
Azərbaycanda ət tapılmayacaq? - qiymətlət niyə bahalaşır
Bu gün, 10:25
“AzəriQaz” işçilərinin tək dərdi MAAŞ DEYİL Kİ... - NARAZILIQ VAR...
Bu gün, 10:20
“Azercell”in 13-cü ay OYUNBAZLIĞI... - GİLEY
Bu gün, 10:04
Banka borcu olanlara BƏD xəbər - Bundan sonra...
Bu gün, 09:28
"Dəyişən bir şey olmayacaq, amma..." - REAKSİYA
Bu gün, 08:33
TƏBİB pasiyentə xəstə kimi yox... BANKOMAT KİMİ baxır... - BUNA GÖRƏ DƏ...
Bu gün, 08:28
Qadınlar niyə imkanlı kişinin məşuqəsi, sevgilisi olmaq istəyir... - Nura Suri deyir ki...
Bu gün, 08:16
Aİ-də Kiyevə yardım qərarı parçalanmaya səbəb olub - “Politico”
Bu gün, 08:10
Eldar Mahmudovun sabiq kadrı ətrafında çənbər daralır... - Mürsəl İbrahimov NƏ EDƏCƏK...
Bu gün, 07:51
Xəzər sammiti Putinlə Xamenei görüşü üçün ləğv edilməyib - İran səfiri
Bu gün, 07:38
Məktəb direktoru pedaqoji şuranın iclasında səsləndirdiyi ifadələrə görə məhkəməyə verildi - TƏFƏRRÜAT
Bu gün, 07:36
ABŞ-nin İrana qarşı hərbi əməliyyat xərcləri 61 milyard dolları keçib - "Iran War Cost Tracker" portalı
Bu gün, 07:31
Əmrullayevin BATIRDIĞI TƏHSİL: Daha bir məktəbdə insident... - BELƏ HARA GEDİRİK?
Bu gün, 07:30
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru