Yanacaq bahalaşır, ABŞ aviaşirkətləri yüz milyonlarla zərər edir və uçuşları azaldır .....                     Söhrab İsmayılov həbs oluna bilər? .....                     Pezeşkian hərəkətə keçdi, İsraillə bağlı məlumat yayıldı: .....                     Bərdədə Zümürxan gölü zibilliyə çevrilib .....                     Keçmiş oliqarx-məmur... BU GÜN DƏ QAZANIR... .....                     Müxalifət üçün itirilmiş .....                     İran XİN rəhbəri Tehranın tələblərini Pakistana çatdırıb .....                     İran ordusu ABŞ-a xəbərdarlıq edib .....                     Doğdu günəş qırmızı... İməcliyə apardılar HAMIMIZI... .....                     "Özünə arxayın olmaq adamı qudurdur" .....                     Zelenskinin Azərbaycana səfəri Z-blogerləri qəzəbləndirdi .....                     Ukraynanın “marslı”sı rusları dəhşətə gətirdi .....                     “Georgian Airways” müflis ola bilər .....                     Bakıda yeni oğru PEYDA OLUB: "parik"dən istifadə edir .....                     Zelenskinin Bakı səfəri: Gözləntilər nədir? .....                     İranda “işləməyən” Venesuela modeli: fanatiklərin müqaviməti hələ güclüdür .....                     Oğluma məcburən saxta toy etdirdim, pul yığdım...” .....                     Deputata məxsus olduğu deyilən şirkətə 498 min manatlıq sifariş .....                     Qaynarinfo.az 19 yaşında! .....                     Zaqatalada qəzalı vəziyyətdə olan BİNA: Yağış suları evlərə dolur .....                     AZƏRBAYCANDA MOBİL İNTERNET NİYƏ BAHALAŞIB? .....                     Bakıda yeni proses başlayır: yüzlərlə ailə köçürüləcək .....                     Ukrayna Prezidenti Volodimir Zelenski Azərbaycanda işgüzar səfərdədir .....                     Yekaterinburqa dron hücumu .....                     Yeni tikililən binalarda mənzil qiymətlərinin sürətli dəyişməsinin səbəbləri .....                     İranın gizli təşkilatının rəisi İsrailə casusluğa görə edam edilib .....                     "İki aydan sonra onlar baş nazir olacaqlar” .....                     Qondarma erməni soyqırımı muzeyində qalmaqal .....                     Trampın İran strategiyası niyə iflasa uğraya bilər?.. .....                     Azərbaycan neftinin qiyməti 114 dollara yüksəlib .....                     Turizm Agentlini eyni şirkətə bir gündə iki tender verib .....                     ABŞ-nin yeni prezidenti Rubio ola bilər .....                     Gəncədə terror qurbanlarının evləri... NECƏ QANUNDAN KƏNAR OLDU... .....                     Ermənistanda Türkiyəyə “müharibə” elan edən kimlərdir? .....                     Abbas Əraqçi Pakistan ordusunun komandanı ilə görüşdü .....                     Sosial media qazancının .....                     İrana nüvə bombası atılacaq .....                     Azərbaycanda ət tapılmayacaq? .....                     “AzəriQaz” işçilərinin tək dərdi MAAŞ DEYİL Kİ... .....                     “Azercell”in 13-cü ay OYUNBAZLIĞI... .....                 

“İndi bilirəm ki, bu çirkli pulun “yuyulması” imiş” – MTN İŞİ
Tarix: 10-06-2017, 14:57 | Çap et
“İndi bilirəm ki, bu çirkli pulun “yuyulması” imiş”
Bakı Hərbi Məhkəməsində ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşı, polkovnik Mirəziz Əsgərovun cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.

Hafta.az-ın əməkdaşının verdiyi xəbərə görə, proses hakim Elbəy Allahverdiyevin sədrliyi ilə aparılıb. Məhkəmə ictimaiyyətə açıq şəkildə keçirilib.

İlk olaraq ittiham aktından qısa arayışı diqqətinizə çatdıraq:

“Əziz Vidadi Əsgər oğlu Zaminbankdan 975 min manatdan 675 min manatını hesabından çəkərkən həbs edilib. Zorla onun qoluna qandal vurulub. 24 aprel 2012-ci ildə Mirəziz Əsgərov Vidadi Əzizdən 100 min manat pul tələb edib. Zorla, silah tətbiq edərək və vəzifə səlahiyyətlərini aşaraq ondan rüşvət alıb”.


Keçmiş MTN polkovniki isə ona qarşı irəli sürülən Cinayət Məcəlləsinin 182, 341 və 311-ci maddələri üzrə ittihamlarda özünü təqsirli bilmədiyini qeyd edib. Mirəziz Əsgərov ləğv edilmiş hüquq-mühafizə orqanında ona verilmiş tapşırıq əsasında xarici kəşfiyyat orqanları ilə əlaqədə şübhəli bilinən Vidadi Əzizi izlədiyini vurğulayıb.


Sayca yeddinci olan məhkəmədə şahid qismində "Zaminbankı"n keçmiş müdiri Qubad Qubadov şahid qismində ifadə verib. Bank müdirinin sözlərinə görə o aprelin 7-də şənbə günü olmasına baxmayaraq, xaricdən həvalə yolu ilə göndərilmiş 900 min ABŞ dollarını qəbul edib. Pulu isə tanımadığı adam gətirib. Əlbəəl ona təqdim edilib. Pulları da şəxsən özü sayaraq Vidadi Əzizə verdiyini vurğulayıb.Həmin məbləğin 600 min dollarını Vidadi Əzizə verib. Zərəçəkən Vidadi Əziz həmin məbləği götürüb gedib.

Qubad Qubadov onu da qeyd edib ki, bundan bir qədər sonra ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyindən tanımadığı şəxs ona zəng edib. Qalıq məbləği o, MTN əməkdaşlarına təhvil verdiyini deyib.

Sonra ittiham olunan şəxsin vəkilləri və prokuror Qubad Qubadova əlavə suallar ünvalayıb.

Prokuror:


-Necə olur ki, siz bank müdiri kimi pulu rəsmi yox, qeyri-rəsmi qəbul edirsiniz?

Qubad Qubadov:

-Nəriman bizim müştərimiz olub. Elə bilmişəm ki, həmin 900 min dollar Nərimanın puludur.

Prokuror:

-Axı şənbə günü banklar işləmir? Necə olur ki, siz o pulu qəbul edirsiniz?

-…Günortaya kimi işləyirdik o vaxtlar…

Sonra ittiham olunan MTN polkovniki Mirəziz Əsgərovun vəkili Fazil Nəhmətov keçmiş bank müdirinə bir neçə sual verib. Vəkil bank müdirindən bu qədər məbləği mədaxil etməklə vətəndaşa hansı bank xidməti göstərdiyini soruşub. Həmin xidmətə görə bankın hesabına hər hansı məbləğin keçib-keçməməsini soruşub. Qubad Qubadov da hesaba belə bir məbləğin köçürülmədiyi cavabını verib. Sadəcə olaraq Vidadi Əzizə və yaxud Nəriman adlı sahibkara qeyri-rəsmi yardım göstərdiyini bildirib. Fazil Nəhmətovun növbəti sualı daha diqqətçəkən olub. İttiham olunan şəxsin vəkili bank müdirindən soruşub ki, o vaxt bilməsə də indi Qubad Qubadov anlayırmı ki, bu qədər məbləğ çirkli pulun “yuyulması” məsələsidir. F.Nəhmətov sualına aydınlaşdırıcı əlavə edib ki, yəni 900 min dollar Azərbaycana həvalə yolu ilə ötürülüb. Qubad Qubadov isə cavabında bunun sonradan fərqində olduğunu məhkəmə önündə izah edib. Daimi müştərisi olduğu üçün həmin məbləği qəbul etdiyini vurğulayıb.

Ardınca zərəçəkən qismində təmsil olunan Vidadi Əziz ayağa durub və şahidə çox suallar verilməsinə etiraz edib. Prosesi aparan hakim isə Vidadi Əzizə bildirib ki, şahidə bütün aydınlaşmamış məsələlər haqqında vəkillər və dövlət ittihamçısı sual verə bilər.
Sonra Vidadi Əzizdən 41 min manat rüşvət almaqda ittiham olunan və həmin ittihamı ilk prosesdən qətiyyətlə rədd edən MTN polkovniki Mirəziz Əsgərov Qubad Qubadova suallar verməyə başlayıb. 900 min dolların nə vaxt Zaminbanka daxil olduğunu soruşub. Mirəziz Əsgərov ardınca qeyd edib ki, MTN-ə daxil olan məlumata görə, həmin məbləğ adıçəkilən bankın hesabına iki-üç gün əvvəl oturdulub. Qubad Qubadov isə bildirib ki, elə həmin gün pul hesaba oturdulub.
Mirəziz Əsgərov qeyd edib ki, Qubad Qubadov 20 min dollardan artıq pul qəbul edərkən həmin pul monitorinqləşdirilməlidir. O, Zamninbankın müdirindən 900 min dolları qəbul etməsi haqda Qubad Qubadovun Milli Banka niyə məlumat vermədiyini soruşub. Sonra Vidadi Əzizin xaricdən gələn məbləğin bir milyon dollar olduğunu dediyi halda Q.Qubadovun bunun 900 min ABŞ dolları olmasını məhkəmənin diqqətinə çatdırıb. Vidadi Əzizə 600 min dollar verildikdən sonra qalıq 300 min dolları MTN-ə apardığını deyən bank müdirinə polkovnikin cavabı da qısa olub. O, bildirib ki, mülki şəxsin MTN-ə girişi üçün ən azı nazir müavini və ya nazir şəxsən göstəriş verməlidir.

Vidadi Əzizin günahı vardısa niyə tutmurdunuz? – sualına ittiham olunan polkovnik bildirib ki, zərəçəkən haqqında MTN-də 7 cinayət işi, kifayət qədər materiallar var:

“Mənim səhvimi niyə siz təkrarlayırsınız, mən buraxdım, siz həbs edin. Bir də ki, möhtərəm hakim, vidadi haqqında siqnal materialların da işə əlavə edilməsini xahiş edirəm”.
Hakim Elbəy Allahverdiyev isə Mirəziz Əsgərova “mən buraxdım, siz həbs edin” ifadəsinə görə xəbərdarlıq edib. Mirəziz Əsgərov isə 24 illik xidməti ərzində dürüst olduğunu, Azərbaycan dövlətinə, xidməti işinə və ölkə prezidentinə sədaqətli olduğunu bildirib.
Bundan sonra zərərçəkən Vidadi Əziz keçmiş MTN əməkdaşlarını quldur dəstəsi adlandırıb və ittiham olunan Mirəziz Əsgərov isə təmsil etdiyi qurumda çox vətənpərvər, dövlətinə xidmət edən şəxslərin çalışdığını qeyd edib. Bütün işçilərə bu cür ləkə yaxmağın düzgün olmadığını vurğulayıb. Nəticədə tərəflər arasında mübahisə düşüb.

Növbəti prosesdə keçmiş MTN əməkdaşı general Ədalət Əsədullayevin ifadə verməsi qərara alınıb. Məhkəmə prosesindən sonra hafta.az-a açıqlama verən vəkil Fazil Nəhmətov deyib ki, Mirəziz Əsgərovu 41 min manat rüşvət almaqda ittiham edənlərin özləri 900 min ABŞ dolları həcmində xaricdən həvalə yolu ilə qeyri-rəsmi şəkildə göndərilən pulu rəsmiləşdirmək istəyiblər.
Proses 23 iyun saat 14:00-a qədər təxirə salınıb.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Yanacaq bahalaşır, ABŞ aviaşirkətləri yüz milyonlarla zərər edir və uçuşları azaldır - "Business Insider"
Dünən, 16:46
Söhrab İsmayılov həbs oluna bilər? - İDDİA
Dünən, 16:44
Pezeşkian hərəkətə keçdi, İsraillə bağlı məlumat yayıldı: - “Xilasetmə” əməliyyatı başladılır
Dünən, 16:30
Bərdədə Zümürxan gölü zibilliyə çevrilib - FOTO
Dünən, 16:18
Keçmiş oliqarx-məmur... BU GÜN DƏ QAZANIR... - İLGİNC FAKT
Dünən, 16:05
Müxalifət üçün itirilmiş ŞANS
Dünən, 15:48
İran XİN rəhbəri Tehranın tələblərini Pakistana çatdırıb
Dünən, 15:42
İran ordusu ABŞ-a xəbərdarlıq edib - “Fars”
Dünən, 15:39
Doğdu günəş qırmızı... İməcliyə apardılar HAMIMIZI... - Nəqşi-cahanın... Talıbovdan qalma NAXŞI...
Dünən, 15:33
"Özünə arxayın olmaq adamı qudurdur"
Dünən, 15:20
Zelenskinin Azərbaycana səfəri Z-blogerləri qəzəbləndirdi – “ikili standartlar” yenidən gündəmdə
Dünən, 15:05
Ukraynanın “marslı”sı rusları dəhşətə gətirdi – 35 min əsgər necə öldürülüb?
Dünən, 13:19
“Georgian Airways” müflis ola bilər
Dünən, 13:11
Bakıda yeni oğru PEYDA OLUB: "parik"dən istifadə edir - VİDEO
Dünən, 13:09
Zelenskinin Bakı səfəri: Gözləntilər nədir? - AKTUAL
Dünən, 12:49
İranda “işləməyən” Venesuela modeli: fanatiklərin müqaviməti hələ güclüdür - İNCƏLƏMƏ
Dünən, 12:43
Oğluma məcburən saxta toy etdirdim, pul yığdım...” – Meyxanaçı Samirədən ŞOK AÇIQLAMALAR
Dünən, 12:22
Deputata məxsus olduğu deyilən şirkətə 498 min manatlıq sifariş - TƏFƏRRÜAT
Dünən, 12:19
Qaynarinfo.az 19 yaşında! - UĞUR YOLU...
Dünən, 12:09
Zaqatalada qəzalı vəziyyətdə olan BİNA: Yağış suları evlərə dolur - FOTO
Dünən, 12:05
AZƏRBAYCANDA MOBİL İNTERNET NİYƏ BAHALAŞIB? - "İstehlakçılara qarşı bu cür davranış yolverilməzdir..."
Dünən, 11:59
Bakıda yeni proses başlayır: yüzlərlə ailə köçürüləcək - Detallar
Dünən, 11:46
Ukrayna Prezidenti Volodimir Zelenski Azərbaycanda işgüzar səfərdədir - FOTO
Dünən, 11:41
Yekaterinburqa dron hücumu − Xəsarət alan var
Dünən, 11:40
Yeni tikililən binalarda mənzil qiymətlərinin sürətli dəyişməsinin səbəbləri - ARAŞDIRMA
Dünən, 11:37
İranın gizli təşkilatının rəisi İsrailə casusluğa görə edam edilib -“tabnak”
Dünən, 11:36
"İki aydan sonra onlar baş nazir olacaqlar” – Paşinyandan səs-küylü AÇIQLAMA
Dünən, 11:26
Qondarma erməni soyqırımı muzeyində qalmaqal - "Hraparak"
Dünən, 11:21
Trampın İran strategiyası niyə iflasa uğraya bilər?.. - YƏHUDİ EKSPERT
Dünən, 11:17
Azərbaycan neftinin qiyməti 114 dollara yüksəlib
Dünən, 11:15
Turizm Agentlini eyni şirkətə bir gündə iki tender verib - DETALLAR
Dünən, 11:06
ABŞ-nin yeni prezidenti Rubio ola bilər - Politico nəşri
Dünən, 11:03
Gəncədə terror qurbanlarının evləri... NECƏ QANUNDAN KƏNAR OLDU... - BU NƏDİ BELƏ?..
Dünən, 10:56
Ermənistanda Türkiyəyə “müharibə” elan edən kimlərdir? – gizli planın şok detalları
Dünən, 10:44
Abbas Əraqçi Pakistan ordusunun komandanı ilə görüşdü
Dünən, 10:42
Sosial media qazancının görünməyən ÜZÜ…
Dünən, 10:40
İrana nüvə bombası atılacaq - Dövlət Departamentinin keçmiş rəsmisindən şok iddia
Dünən, 10:26
Azərbaycanda ət tapılmayacaq? - qiymətlət niyə bahalaşır
Dünən, 10:25
“AzəriQaz” işçilərinin tək dərdi MAAŞ DEYİL Kİ... - NARAZILIQ VAR...
Dünən, 10:20
“Azercell”in 13-cü ay OYUNBAZLIĞI... - GİLEY
Dünən, 10:04
Banka borcu olanlara BƏD xəbər - Bundan sonra...
Dünən, 09:28
"Dəyişən bir şey olmayacaq, amma..." - REAKSİYA
Dünən, 08:33
TƏBİB pasiyentə xəstə kimi yox... BANKOMAT KİMİ baxır... - BUNA GÖRƏ DƏ...
Dünən, 08:28
Qadınlar niyə imkanlı kişinin məşuqəsi, sevgilisi olmaq istəyir... - Nura Suri deyir ki...
Dünən, 08:16
Aİ-də Kiyevə yardım qərarı parçalanmaya səbəb olub - “Politico”
Dünən, 08:10
Eldar Mahmudovun sabiq kadrı ətrafında çənbər daralır... - Mürsəl İbrahimov NƏ EDƏCƏK...
Dünən, 07:51
Xəzər sammiti Putinlə Xamenei görüşü üçün ləğv edilməyib - İran səfiri
Dünən, 07:38
Məktəb direktoru pedaqoji şuranın iclasında səsləndirdiyi ifadələrə görə məhkəməyə verildi - TƏFƏRRÜAT
Dünən, 07:36
ABŞ-nin İrana qarşı hərbi əməliyyat xərcləri 61 milyard dolları keçib - "Iran War Cost Tracker" portalı
Dünən, 07:31
Əmrullayevin BATIRDIĞI TƏHSİL: Daha bir məktəbdə insident... - BELƏ HARA GEDİRİK?
Dünən, 07:30
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru