Təcili olmayan TİBBİ YARDIM... .....                     Trampın qəbulunda atəş açan şəxs saxlanıldı .....                     Donald Tramp tədbir zamanı atışmanın baş verdiyi yerdədir .....                     "Dəfələrlə əlaqə saxlasam da..." .....                     " Allaha min şükür ki, Azərbaycan “pro-Rusiya” olmadı..." .....                     TÜRKÜN TANRISI TƏBİƏTDƏDİR! .....                     Bu gün Əflatun Amaşov üçün ÖZƏL GÜNDÜR .....                     Din Dövlətdən ayrıdır, bəs din futboldan ayrıdırmı? .....                     Tramp və Vens Vaşinqtonda qəbul zamanı baş verən ATIŞMADA xəsarət almayıb .....                     Kürdəmir Psixiatriya Xəstəxanası deyil, sanki qul düşərgəsidir" .....                     ABŞ Prezidenti Ağ Evdə Müxbirlər Assosiasiyası üzvlərinin qəbulu zamanı təxliyə edilib .....                     İcra başçısına etiraz edən vətəndaş avtomobilinə od vurdu .....                     Şahin Mehdiyev Qarabağda işçiləri işlədib, pulunu vermir… .....                     Binəqədidə tikinti xaosuna KİM RƏVAC VERİR... .....                     Güllü İbadovaya necə vəzifə həvalə olunur? .....                     İran təzyiq altında danışıqlarda iştirak etməyəcək .....                     AHİK-də nə dəyişib: sədr, yoxsa idarəetmə? .....                     Təhsil geriləyib, yoxsa DİM sərt siyasətə keçib? .....                     Bakı şəhəri üzrə Təhsil İdarəsinin “boz kardinal”ı: .....                     Goranboyda icra başçısı Məhərrəm Quliyev qaziləri dinləmir... .....                     “Yaxşı ki, mədəniyyət evində kazino açmayıblar” .....                     Bakının kriminal məktəbləri: Hansı qadağalara ehtiyac var? .....                     Adil Əliyevin bu özbaşınalıqdan xəbəri yoxdursa.... .....                     Dialoq məkanı kimi Azərbaycanın təklif olunması təsadüfi deyil .....                     SEPAH-dan kritik açıqlama .....                     Zaur Kamal efirə qayıdır? .....                     ABŞ-ın İranı blokadaya almasından bəri 37 gəmi başqa istiqamətə yönləndirilib .....                     Yanacaq bahalaşır, ABŞ aviaşirkətləri yüz milyonlarla zərər edir və uçuşları azaldır .....                     Söhrab İsmayılov həbs oluna bilər? .....                     Pezeşkian hərəkətə keçdi, İsraillə bağlı məlumat yayıldı: .....                     Bərdədə Zümürxan gölü zibilliyə çevrilib .....                     Keçmiş oliqarx-məmur... BU GÜN DƏ QAZANIR... .....                     Müxalifət üçün itirilmiş .....                     İran XİN rəhbəri Tehranın tələblərini Pakistana çatdırıb .....                     İran ordusu ABŞ-a xəbərdarlıq edib .....                     Doğdu günəş qırmızı... İməcliyə apardılar HAMIMIZI... .....                     "Özünə arxayın olmaq adamı qudurdur" .....                     Zelenskinin Azərbaycana səfəri Z-blogerləri qəzəbləndirdi .....                     Ukraynanın “marslı”sı rusları dəhşətə gətirdi .....                     “Georgian Airways” müflis ola bilər .....                 

“Dəmir Bank”da əmanətçilərə qayınata-kürəkən xəyanəti - İTTİHAM VAR
Tarix: 22-08-2017, 12:31 | Çap et
“Dəmir Bank”da əmanətçilərə qayınata-kürəkən xəyanəti
Sumqayıtın keçmiş İcra başçısı Şakir Abuşovun oğlu Fərid Abuşov bankın İdarə Heyətin sədri, onun qayınatası Rəhman Hacıyev isə Müşahidə Şurasının sədri kimi əmanətçilərə elə bir tələ qurublar ki...

...Bir ildən çoxdur barəsində Az. CM-nin mənimsəmə və digər maddələri ilə qaldırılmış cinayət işinin istintaqını uzadan “Dəmir Bank” ASC-nin Bayıl filialının sabiq müdiri Fərəh Rəşadətlinin cinayət işi üzrə məhkəmə prosesi, nəhayət, başlayıb, amma... Sabiq xanım müdimr isə hələki dəmir iradə ilə müqavimət göstərir, mənimsədiyi pulları qaytarmaq fikrində deyil. Neçə gün isə əvvəl Bakı Ağır Cinayətlər Məhkəməsində “Dəmir Bank” ASC-nin Bayıl filialının mənimsəmədə təqsirləndirilən sabiq müdiri Fərəh Rəşadətlinin cinayət işi üzrə məhkəmə prosesi başladı.

Lakin hakim Əfqan Hacıyevin sədrlik etdiyi iclasda məlum oldu ki, cinayət işinin ibtidai istintaqa qaytarılması barədə qərar qəbul edilməlidir. Belə ki, ibtidai istintaq dolaşıq aparılıb, prosessual qanunvericiliyin tələbləri kobud surətdə pozulub. Hakim bildirib ki, ibtidai istintaq zamanı bir sıra pozuntulara yol verilib. Beləliklə, iş materialları yenidən ibtidai istintaqa qaytarılıb.
Qeyd edək ki, F. Rəşadətli Cinayət Məcəlləsinin 179-cu (mənimsəmə) maddəsinə əsasən ittiham edilib.

Sabiq filial müdirinin uydurduğu yalanlar...

Bu arada Fərəh Rəşadətlinin yaxın ətrafının daha bir yalanı üzə çıxdı. Belə ki, istintaq altında olan sabiq filial müdirinin qohumları şaiyə yayıblar ki, guya o, o dərəcədə “odda yanmaz, suda batmazdır ki...”, hətta istintaq altında ola-ola Antalyada dincəlir və onsuz da ona qarşı olan ittihamlar absurddur, tezliklə bu cinayət işinə son veriləcək.
Lakin elə həmin şaiyələrin fonunda belə informasiya yayanların yalanlarına son qoyuldu və aidiyyəti qurumlardan rəsmi qaydada bildirildi ki, Cinayət Məcəlləsinin 179-cu (mənimsəmə) maddəsinə əsasən ittiham edilərək məsuliyyətə cəlb olunan, barəsində həbs qətimkan tədbiri seçilən Fərəh Rəşadətli Kürdəxanı İstintaq Təcridxanasındadır və onun belə bir halda xaricə getməsi mümkünsüzdür.

Acı bağırsaq kimi uzanan istintaq fonunda məhkəmə prosesindən hansı qərarı gözləmək olar?

Hələ bir müddət əvvəl azpress.az-da belə bir məqalə dərc olunub. Həmin məqaləni aktuallığını nəzərə alaraq təqdim edirik:
...Səbirsizliklə gözlədiyimiz məhkəmə prosesi nəhayət ki, öz işinə başladı. Məhkəmənin tələbi ilə vəkillər lazımi sənədləri toplamış və lazımi şahidlərin məhkəməyə gəlişini təmin etmişdir. Lakin DəmirBank tərəfindən bir sıra sənədlərin toplanmaması və necə deyərlər, aləmi qarışdıran əsas günahkarın ( Fərəh Rəşadətlinin ) məhkəməyə gəlməməsi onunla nəticələndi ki, məhkəmə başqa bir günə təxirə salındı. Beləliklə, 21 dəqiqə 16 saniyə davam edən məhkəmə prosesinin başlamağı ilə qurtarmağı bir oldu. Məhkəmədə mətbuat nümayəndələrinin müşahidəçi kimi iştirak etməsinə şərait yaradılmışdı və biz də bu imkandan istifadə etdik. Buna görə də, məhkəmənin sədrinə mətbu orqan tərəfindən öz dərin minnətdarlığımızı bildiririk. Məhkəmənin gedişi elə bir hiss oyadırdı ki, bank tərəfindən təyin edilmiş vəkillər prosesin uzadılmasında maraqlıdırlar. Bununla əlaqədar olaraq, bizdə belə bir sual yarandı ki, bu nə ilə bağlıdır? Bu prosesin uzadılmasından belə güman etmək olar ki, DəmirBank rəhbərliyi vaxt qazanmaq istəyir və bu vaxt ərzində şikayətçilərin, yəni öz əmanətçilərinin əmanətlərini qaytarmaq üçün mənbə axtarır. Amma qarşıya başqa bir sual da çıxır. Əgər, belə bir fikir varsa, onda bu hay-küy nəyə lazımdır? Elə bir dəfəlik əmanətçilərə söz verilsin ki, necə deyərlər, kişi sözü ki, bir və ya iki aydan sonra sizin əmanətlərinizi hissə-hissə qaytarmağa başlayacağıq. Mənə elə gəlir ki, əmanətçilər də bankda baş vermiş bu anlaşılmazlığı başa düşərlər. Və bununla da, bu sonu bilinməyən məhkəmə proseslərinə ehtiyac qalmaz.
Məhkəmə prosesində hakimin Fərəh Rəşadətlinin vəkilinə verdiyi “Siz işlə tanışsınız? “ sualına, vəkilin “ yox “ cavabını verməsi bizi çox təəccübləndirdi. Zənnimcə, məhkəməyə vəkil qismində gələn şəxs bilməlidir ki, məhkəməyə nə üçün və kimlərin hüquq və maraqlarını müdafiə etmək üçün gəlir. Bildiyimizə görə, təyin olunmuş vəkil 3-4 gün əvvəldən vəkalətnaməsini məhkəmə sədrinə təqdim etməli və işlərlə tanış olmalıdır.
Qeyd etmək istərdik ki, Fərəh Rəşadətli məhkəməyə tərəf kimi yox, şahid qismində dəvət olunub. Belə olan halda onun vəkilə ehtiyacı varmı? Məhkəmə prosesi qurtardıqdan sonra, müxbirlərimiz vəkilə “Siz Fərəh Rəşadətlinin vəkilisiniz? “ sualını vermişdi. Bu zaman vəkil Fərəh Rəşadətlini elə bil tanımadığı kimi bir sima aldı. Belə olan halda soruşarlar ki, sən kimin hüquqlarını müdafiə etmək üçün gəlmisən? Heç olmasa, o adamın adını, soyadını bilirsənmi? Maraqlı burasıdır ki, şahid qismində məhkəməyə dəvət olunan Fərəh Rəşadətli görəsən, öz hüquqlarını bu vəkilə həvalə edəndə nə düşünürdü? Fərəh Rəşadətlinin təyin etdiyi vəkil, mətbuat nümayəndələrinə, onu sorğu-suala tutmasına etirazını bildirərək, “Mən sizin suallarınıza niyə cavab verməliyəm?”, -deyərək, sorğu-sualdan yayındı.
Müxbir araşdırması onu göstərir ki, Fərəh Rəşadətlinin deyəsən, heç konkret mövqeyi də bəlli deyil. Nə bizə, nə də şəxsən onun özünə. Xanımcığaz Fərəh Rəşadətli, biz ilk gündən bankda baş vermiş bu biabırçılıqla tanış olmağa cəhd göstərmişik. Və güman edirik ki, lazımi qədər məlumat toplamışıq. Bu məlumatların bir hissəsini artıq oxucularımıza çatdırmışıq. Bütün bu məlumatlardan belə nəticə çıxartmaq olar ki, Fərəh xanım, sizin özünüzə aydın olan, qəti, məntiqli bir müdafiə mövqeyiniz yoxdur. Bu zaman bank rəhbərliyi bundan istifadə edib, sizi faciəli vəziyyətə sala bilər. Bizə elə gəlir ki, bank bilərəkdən işləri sizin üstünə atır. Və siz də sadəlövcəsinə onlara inanıb, bu oyunun faciə ilə qurtaracağını bilməyərək, hər şeyi öz üzərinə götürürsünüz. Zənnimcə, bank sizi öz əlində alət edib. Bank rəhbərliyi sizi bədbəxt edəcək. İllər keçəndən sonra siz bütün bu hadisələri yadınıza salıb analiz edəndə biləcəksiniz ki, siz hansı oyunların qurbanı olmusunuz. Bəlkə ayılasınız! Atalar demişkən: ziyanın yarısından qayıtmaq da xeyirdir. Bu arada yuxarıda dediyimiz kimi, arsenalımızda olan məlumatlardan bir neçəsini də açıqlamaq istərdik. Amma, inanın ki, bu yalnız bir məqsədi daşıyır: haqq-ədaləti müdafiə etmək. Yeri gəlmişkən, bu hadisəyə kənardan tamaşa edənlərə də mesaj göndərmək istərdik. Siz niyə susursunuz? Niyə baş vermiş bu hadisələri, sadəcə, kənardan seyr edirsiniz? Bunu biz sizə deyirik, ey Fərəh Rəşadətlinin sevimli Leyla xalası. Yoxsa, elə bilirsiniz ki, bu hadisələrin sizə heç bir dəxli yoxdur? Səhv düşünürsünüz. Bu hadisələrin bilavasitə sizə də dəxli var. Məsləhətdir ki, siz qısa müddət ərzində bu məsələləri öz yoluna qoyasınız. Bilin ki, oxucularımıza çatdırılacaq sizə də aid olan hekayələrimiz var. Onda hamı sizi də tanıyacaq, sizin də kim olduğunuzu və bu işlə necə əlaqəniz olduğu haqqında məlumatlanacaqlar. Yoxsa, elə bilirsiniz ki, hər şey ötüb keçəcək və siz sudan quru çıxacaqsınız?
Bu məhkəmədə biz gözləyirdik ki, şahid qismində Fərəh Rəşadətli də olacaq. Və nəhayət, biz bu xanımın dilindən eşidəcəyik ki, burada nə baş verir, nədir bu oyunlar? Bəlkə, Ağaye xanım, sənin də gəlişini kölgədə durub idarə edən Leyla xaladır? Bir daha qeyd edirik ki, ey Fərəh Rəşadətlinin sevimli Leyla xalası sən elə düşünmə ki, səni unudublar. Onsuz da bilən bilir ki, bu işləri idarə edənlərdən biri də sənsən. Məsləhətimiz odur ki, qısa müddət ərzində öz mövqeyini 180 dərəcə dəyişib, bu işləri yoluna qoyasan. Əks halda, sənin də hekayələrini, sənin də kim olduğunu, haradan-haraya gəlib çıxdığını açıqlamalı olacağıq. Bu açıqlamalar içərisində kimlərin adından və qohumluğundan istifadə edib, hansı işləri görmüsənsə, onlar da olacaq.
***
Bank haqqında bir-iki kəlmə fikirlərimizi demək istərdik. Yeri gəlmişkən, DəmirBankın İdarə Heyətinin sədri ( Sumqayıtın keçmiş İcra başçısı Şakir Abuşovun oğlu, bankın Müşahidə Şurasının sədri Rəhman Hacıyevin qızının həyat yoldaşı) Fərid Abuşov, sən nə düşünürsən? Sənin valideynlərin səni bəsləyərək, xətadan- bəladan uzaq saxlayaraq, bu səviyyəyə çatdırdığı bir vaxtda başqa bir valideynin övladı vətən uğrunda Qarabağda şəhid olmuşdur. İndi isə, sən və sənin rəhbərlik etdiyin bank onun əmanətlərini mənimsəyir. Bunu göydə Allah görmürmü? Yoxsa, elə bilirsən ki, sən və sənin ətrafın cəzasız qalacaq? Rəhman Hacıyev, sən niyə səsini çıxarmırsan? Sən vaxtilə Romanın “torbasını tikib “, yeznəni və kürəkənini DəmirBanka yerbəyer edəndə, əmanətçilərin pulunu daha yaxşı mənimsəmək üçün şərait yaradırdın... Sən də, qohumların da bilsin ki, hələ deyiləsi və yazılası hekayələrin sayı həndəsi hesabla artır. Mətbuatda yayımlanan hər məqalədən sonra, redaksiyalara onlarla məktublar daxil olur. Bunlar da DəmirBankın hansı çirkablar içərisində çapaladığına aydınlıq gətirir.
Redaksiyaya daxil olan zənglərdən və məlumatlardan məlum olur ki, DəmirBankda müxtəlif qüvvələrin oyunları gedir. Və bizə elə gəlir ki, bu oyunlarda Rəhman Hacıyevin özünün də ayağının altını qazanlar var. Və onu bu korrupsiya oyununa yönəltməkdə maraqlı olan qüvvələr var. Belə olduğu halda, cənab Rəhman Hacıyev, bəlkə, siz də baş verən hadisələri dərindən analiz edəsiniz. Biz bankdan kənarda ola - ola, baş verənləri analiz elədikcə, bir çox sensasion nəticələri çıxardırıq. Bəs siz? Kimi gözləyirsiniz? Qarşıdan gələn faciənin başınızın üstünü almasınımı gözləyirsiniz? Bankda baş verən saxtalıqlar gec də olsa, əvvəl - axır üzə çıxacaq. Bax, onda sənin öz işçilərin üzünə duracaq.
Sonda bir daha qeyd edirik:
1. Vətandaşların halal pulunu mənimsəyən hər bir kəs QANUNLARIN ZƏFƏR CALMASI NƏTİCƏSİNDƏ CƏZASINI ALACAQ və oğurlamaq istədiyi pulları qəpiyinə kimi SAHİBİNƏ QAYTARACAQ! BUNA ƏMİN OLUN !!!
2. Onu da Sizə xatılatmaq istərdik ki, qanunlardan qorxmursunuzsa, Allahdan qorxun! Hələ indiyə qədər heç kəs haram pul yeməklə, öz firavanlığını qura bilməyib! Allah (o ilahi qüvvə) gec - tez sizdə də olmasa, sizin nəsillərinizlə bu hesabı çürüdəcək! Əgər, buna şübhə ilə yanaşırsınızsa, biz sizə həyatda olmuş yüzlərlə faktları sadalaya bilərik...
Mövzuya mütləq qayıdılacaq...
\\tezadlar.az\\









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Təcili olmayan TİBBİ YARDIM... - AXI NİYƏ?..
Bu gün, 06:22
Trampın qəbulunda atəş açan şəxs saxlanıldı - “Truth Social”
Bu gün, 06:09
Donald Tramp tədbir zamanı atışmanın baş verdiyi yerdədir - Ağ Ev
Bu gün, 06:07
"Dəfələrlə əlaqə saxlasam da..." - GİLEY
Bu gün, 06:00
" Allaha min şükür ki, Azərbaycan “pro-Rusiya” olmadı..." - partiya sədri
Bu gün, 05:51
TÜRKÜN TANRISI TƏBİƏTDƏDİR! - Murad Köhnəqala yazır...
Bu gün, 05:48
Bu gün Əflatun Amaşov üçün ÖZƏL GÜNDÜR - qəzetə çevrilən ADAM...
Bu gün, 05:39
Din Dövlətdən ayrıdır, bəs din futboldan ayrıdırmı? - Saqqalılar imperiyasının çöküşü…
Bu gün, 05:35
Tramp və Vens Vaşinqtonda qəbul zamanı baş verən ATIŞMADA xəsarət almayıb - YENİLƏNDİ
Bu gün, 05:29
Kürdəmir Psixiatriya Xəstəxanası deyil, sanki qul düşərgəsidir" – ŞOK İDDİALAR
Bu gün, 05:18
ABŞ Prezidenti Ağ Evdə Müxbirlər Assosiasiyası üzvlərinin qəbulu zamanı təxliyə edilib - VİDEO
Bu gün, 05:14
İcra başçısına etiraz edən vətəndaş avtomobilinə od vurdu - TƏFƏRRÜAT
Bu gün, 05:11
Şahin Mehdiyev Qarabağda işçiləri işlədib, pulunu vermir… - NARAZILIQ VAR...
Bu gün, 05:05
Binəqədidə tikinti xaosuna KİM RƏVAC VERİR... - FOTOLAR
Bu gün, 05:00
Güllü İbadovaya necə vəzifə həvalə olunur? - İLGİNC FAKTLAR
Bu gün, 04:55
İran təzyiq altında danışıqlarda iştirak etməyəcək - Pezeşkian
Bu gün, 04:49
AHİK-də nə dəyişib: sədr, yoxsa idarəetmə? - Çingiz Hacıyevin “Kurort”u və Buzovna filialı “ailə şirkəti”dirmi?
Bu gün, 04:43
Təhsil geriləyib, yoxsa DİM sərt siyasətə keçib? - Ekspert deyir ki...
Bu gün, 04:37
Bakı şəhəri üzrə Təhsil İdarəsinin “boz kardinal”ı: - Turanə Məcidlinin sürətli inkişafının sirri
Bu gün, 04:36
Goranboyda icra başçısı Məhərrəm Quliyev qaziləri dinləmir... - Arzu Məmmədovu buna görə himayə edir
Bu gün, 04:31
“Yaxşı ki, mədəniyyət evində kazino açmayıblar” - Akif İslamzadədən sərt TƏNQİD
Bu gün, 04:23
Bakının kriminal məktəbləri: Hansı qadağalara ehtiyac var? - AKTUAL
Bu gün, 04:20
Adil Əliyevin bu özbaşınalıqdan xəbəri yoxdursa.... - BU NƏDİ BELƏ?
Bu gün, 04:18
Dialoq məkanı kimi Azərbaycanın təklif olunması təsadüfi deyil - ŞƏRH
Bu gün, 04:09
SEPAH-dan kritik açıqlama - “Hərbi hücum üçün zəmin hazırlayanlar məhv edildi”
Bu gün, 04:03
Zaur Kamal efirə qayıdır? – ARB açıqlama yaydı
Bu gün, 03:59
ABŞ-ın İranı blokadaya almasından bəri 37 gəmi başqa istiqamətə yönləndirilib - KİV
Bu gün, 03:51
Yanacaq bahalaşır, ABŞ aviaşirkətləri yüz milyonlarla zərər edir və uçuşları azaldır - "Business Insider"
Dünən, 16:46
Söhrab İsmayılov həbs oluna bilər? - İDDİA
Dünən, 16:44
Pezeşkian hərəkətə keçdi, İsraillə bağlı məlumat yayıldı: - “Xilasetmə” əməliyyatı başladılır
Dünən, 16:30
Bərdədə Zümürxan gölü zibilliyə çevrilib - FOTO
Dünən, 16:18
Keçmiş oliqarx-məmur... BU GÜN DƏ QAZANIR... - İLGİNC FAKT
Dünən, 16:05
Müxalifət üçün itirilmiş ŞANS
Dünən, 15:48
İran XİN rəhbəri Tehranın tələblərini Pakistana çatdırıb
Dünən, 15:42
İran ordusu ABŞ-a xəbərdarlıq edib - “Fars”
Dünən, 15:39
Doğdu günəş qırmızı... İməcliyə apardılar HAMIMIZI... - Nəqşi-cahanın... Talıbovdan qalma NAXŞI...
Dünən, 15:33
"Özünə arxayın olmaq adamı qudurdur"
Dünən, 15:20
Zelenskinin Azərbaycana səfəri Z-blogerləri qəzəbləndirdi – “ikili standartlar” yenidən gündəmdə
Dünən, 15:05
Ukraynanın “marslı”sı rusları dəhşətə gətirdi – 35 min əsgər necə öldürülüb?
Dünən, 13:19
“Georgian Airways” müflis ola bilər
Dünən, 13:11
Bakıda yeni oğru PEYDA OLUB: "parik"dən istifadə edir - VİDEO
Dünən, 13:09
Zelenskinin Bakı səfəri: Gözləntilər nədir? - AKTUAL
Dünən, 12:49
İranda “işləməyən” Venesuela modeli: fanatiklərin müqaviməti hələ güclüdür - İNCƏLƏMƏ
Dünən, 12:43
Oğluma məcburən saxta toy etdirdim, pul yığdım...” – Meyxanaçı Samirədən ŞOK AÇIQLAMALAR
Dünən, 12:22
Deputata məxsus olduğu deyilən şirkətə 498 min manatlıq sifariş - TƏFƏRRÜAT
Dünən, 12:19
Qaynarinfo.az 19 yaşında! - UĞUR YOLU...
Dünən, 12:09
Zaqatalada qəzalı vəziyyətdə olan BİNA: Yağış suları evlərə dolur - FOTO
Dünən, 12:05
AZƏRBAYCANDA MOBİL İNTERNET NİYƏ BAHALAŞIB? - "İstehlakçılara qarşı bu cür davranış yolverilməzdir..."
Dünən, 11:59
Bakıda yeni proses başlayır: yüzlərlə ailə köçürüləcək - Detallar
Dünən, 11:46
Ukrayna Prezidenti Volodimir Zelenski Azərbaycanda işgüzar səfərdədir - FOTO
Dünən, 11:41
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru