ATV-də Turan İbrahimov BÖHRANI - Aparıcı "dəcəlliyi" ATV rəhbərliyinə baha başa gəldi
Tarix: 26-09-2017, 12:44 | Çap et
 ATV telekanalının ictimai-siyasi məsələlər və ictimaiyyətlə əlaqələr departamentinin rəhbəri Turan İbrahimovun aparıcısı olduğu və bir həftə öncə növbəti dəfə efirə çıxan "ATV Səhər” proqramının fəaliyyəti yenidən dayandırılıb. AZXEBER.COM-un əldə etdiyi məlumata görə, buna səbəb isə ötən dəfəki kimi ardıcıl şəkildə aparıcının iri ranqlı məmurları hədəfə götürməsi, iqtidarın bu və ya digər sahədə həyata keçirdiyi siyasəti kəskin tənqid etməsi olub. Məlumata görə, hələ yay tətilindən əvvəl Turan İbrahimovun kəskin ritorikası və hakimiyyətə dərs keçmək cəhdləri ölkə rəhbərliyi tərəfindən anti-iqtidar mövqeyi kimi dəyərləndirilib və kanalın prezidenti Vüqar Qaradağlıya məsələ ilə bağlı ölçü götürülməsi barədə bir neçə dəfə tapşırıq verilib. Əsasən də Turanın istər fərdi qaydada ayrı-ayrı məmurları aşağılaması və təhqir etməsi, istərsə də sistem şəklində iqtidarın müxtəlif istiqamətlər üzrə həyata keçirdiyi siyasəti məsxərəyə qoyması hiddət doğurub. Lakin xəbərdarlıqlardan heç bir nəticə çıxarmayan V.Qaradağlı sonda kəskin şəkildə danlanılıb və ondan verilişin dayandırılması və T.İbrahimovun telekanaldan uzaqlaşdırılması tələb olunub. May ayında "ATV Səhərin” efirdən çıxması da, bəyan edildiyi kimi, yay tətili ilə bağlı deyil, məhz bu tapşırığın nəticəsi olub. Lakin Qaradağlı T.İbrahimovu işdən çıxarmayıb və o, əvvəlki vəzifəsində qalaraq digər sahələrdə fəaliyyətini davam etdirib. Bir həftə bundan öncə yenidən efirə qayıdan "ATV Səhər”in informasiya siyasəti nəinki dəyişmədi, hətta daha da kəskin forma aldı. "26-lar” kafesi ilə bağlı Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov kəskin tənqid və təhqir olundu, bütün bu proses ssenaristi və rejissoru bəlli olan, Konstitusiya və hüquq normalarına zidd tragikomediya kimi qələmə verildi. Məlumata görə, Hacıbala müəllim də ona qarşı aparılan çirkin kampaniyanı, yanı T.İbrahimovun "millət dərslərini” xüsusi diskə yazdıraraq aidiyyəti şəxslərə təqdim edib. Bundan başqa, həftə ərzində Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Hacı Allahşükür Paşazadınin hədəfə götürülməsi, Milli Məclis, deputatlar, icra hakimiyyəti orqanları, dövlətin kadr siyasəti və s. haqqında aşağılayıcı fikirlərin səsləndirilməsi, bir sözlə özündən müştəbeh birisinin dövlət başçısını təbliğ etmək adı altında hakimiyyətə "ağıl və millət dərsləri” keçmək cəhdini əzmlə davam etdirməsi də diqqətdən yayınmayıb. Üstəlik, "Yoxlama” verilişinin müəllifi və aparıcısı Azər İsmayılovun hiddət doğuran özbaşınalığı, xəbərlər proqramında və digər verilişlərdə dövlət maraqlarına zidd xəttin yürüdülməsi və digər bu kimi məsələlər telekanalda V.Qaradağlının və onun yaxın ətrafının mövqeyindən irəli gələn anti-iqtidar mühitinin hökm sürdüyü barədə rəyi möhkəmləndirib. Məlumata görə, artıq dünən ATV-dəki mühitin sağlamlaşdırılmasına dair qəti tapşırıq verilib və lazımi prosedurların həyata keçirilməsinə başlanılıb. Bu gündən "ATV səhər”in fəaliyyəti dayandırılıb, Turan İbrahimov da telekanaldan uzaqlaşdırılıb. Gün ərzində Vüqar Qaradağlı və onun yaxın ətrafının da yola salınacağı, kanala yeni rəhbərlik gətiriləcəyi və əsaslı dəyişikliklərin baş verəcəyi barədə fikirlər səslənir.


|
|
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
|
|
| • Təcili olmayan TİBBİ YARDIM... - AXI NİYƏ?..
Bu gün, 06:22 |
|
|
|
| • Trampın qəbulunda atəş açan şəxs saxlanıldı - “Truth Social”
Bu gün, 06:09 |
|
|
|
| • Donald Tramp tədbir zamanı atışmanın baş verdiyi yerdədir - Ağ Ev
Bu gün, 06:07 |
|
|
|
| • "Dəfələrlə əlaqə saxlasam da..." - GİLEY
Bu gün, 06:00 |
|
|
|
| • " Allaha min şükür ki, Azərbaycan “pro-Rusiya” olmadı..." - partiya sədri
Bu gün, 05:51 |
|
|
|
| • TÜRKÜN TANRISI TƏBİƏTDƏDİR! - Murad Köhnəqala yazır...
Bu gün, 05:48 |
|
|
|
| • Bu gün Əflatun Amaşov üçün ÖZƏL GÜNDÜR - qəzetə çevrilən ADAM...
Bu gün, 05:39 |
|
|
|
| • Din Dövlətdən ayrıdır, bəs din futboldan ayrıdırmı? - Saqqalılar imperiyasının çöküşü…
Bu gün, 05:35 |
|
|
|
| • Tramp və Vens Vaşinqtonda qəbul zamanı baş verən ATIŞMADA xəsarət almayıb - YENİLƏNDİ
Bu gün, 05:29 |
|
|
|
| • Kürdəmir Psixiatriya Xəstəxanası deyil, sanki qul düşərgəsidir" – ŞOK İDDİALAR
Bu gün, 05:18 |
|
|
|
| • ABŞ Prezidenti Ağ Evdə Müxbirlər Assosiasiyası üzvlərinin qəbulu zamanı təxliyə edilib - VİDEO
Bu gün, 05:14 |
|
|
|
| • İcra başçısına etiraz edən vətəndaş avtomobilinə od vurdu - TƏFƏRRÜAT
Bu gün, 05:11 |
|
|
|
| • Şahin Mehdiyev Qarabağda işçiləri işlədib, pulunu vermir… - NARAZILIQ VAR...
Bu gün, 05:05 |
|
|
|
| • Binəqədidə tikinti xaosuna KİM RƏVAC VERİR... - FOTOLAR
Bu gün, 05:00 |
|
|
|
| • Güllü İbadovaya necə vəzifə həvalə olunur? - İLGİNC FAKTLAR
Bu gün, 04:55 |
|
|
|
| • İran təzyiq altında danışıqlarda iştirak etməyəcək - Pezeşkian
Bu gün, 04:49 |
|
|
|
| • AHİK-də nə dəyişib: sədr, yoxsa idarəetmə? - Çingiz Hacıyevin “Kurort”u və Buzovna filialı “ailə şirkəti”dirmi?
Bu gün, 04:43 |
|
|
|
| • Təhsil geriləyib, yoxsa DİM sərt siyasətə keçib? - Ekspert deyir ki...
Bu gün, 04:37 |
|
|
|
| • Bakı şəhəri üzrə Təhsil İdarəsinin “boz kardinal”ı: - Turanə Məcidlinin sürətli inkişafının sirri
Bu gün, 04:36 |
|
|
|
| • Goranboyda icra başçısı Məhərrəm Quliyev qaziləri dinləmir... - Arzu Məmmədovu buna görə himayə edir
Bu gün, 04:31 |
|
|
|
| • “Yaxşı ki, mədəniyyət evində kazino açmayıblar” - Akif İslamzadədən sərt TƏNQİD
Bu gün, 04:23 |
|
|
|
| • Bakının kriminal məktəbləri: Hansı qadağalara ehtiyac var? - AKTUAL
Bu gün, 04:20 |
|
|
|
| • Adil Əliyevin bu özbaşınalıqdan xəbəri yoxdursa.... - BU NƏDİ BELƏ?
Bu gün, 04:18 |
|
|
|
| • Dialoq məkanı kimi Azərbaycanın təklif olunması təsadüfi deyil - ŞƏRH
Bu gün, 04:09 |
|
|
|
| • SEPAH-dan kritik açıqlama - “Hərbi hücum üçün zəmin hazırlayanlar məhv edildi”
Bu gün, 04:03 |
|
|
|
| • Zaur Kamal efirə qayıdır? – ARB açıqlama yaydı
Bu gün, 03:59 |
|
|
|
| • ABŞ-ın İranı blokadaya almasından bəri 37 gəmi başqa istiqamətə yönləndirilib - KİV
Bu gün, 03:51 |
|
|
|
| • Yanacaq bahalaşır, ABŞ aviaşirkətləri yüz milyonlarla zərər edir və uçuşları azaldır - "Business Insider"
Dünən, 16:46 |
|
|
|
| • Söhrab İsmayılov həbs oluna bilər? - İDDİA
Dünən, 16:44 |
|
|
|
| • Pezeşkian hərəkətə keçdi, İsraillə bağlı məlumat yayıldı: - “Xilasetmə” əməliyyatı başladılır
Dünən, 16:30 |
|
|
|
| • Bərdədə Zümürxan gölü zibilliyə çevrilib - FOTO
Dünən, 16:18 |
|
|
|
| • Keçmiş oliqarx-məmur... BU GÜN DƏ QAZANIR... - İLGİNC FAKT
Dünən, 16:05 |
|
|
|
| • Müxalifət üçün itirilmiş ŞANS
Dünən, 15:48 |
|
|
|
| • İran XİN rəhbəri Tehranın tələblərini Pakistana çatdırıb
Dünən, 15:42 |
|
|
|
| • İran ordusu ABŞ-a xəbərdarlıq edib - “Fars”
Dünən, 15:39 |
|
|
|
| • Doğdu günəş qırmızı... İməcliyə apardılar HAMIMIZI... - Nəqşi-cahanın... Talıbovdan qalma NAXŞI...
Dünən, 15:33 |
|
|
|
| • "Özünə arxayın olmaq adamı qudurdur"
Dünən, 15:20 |
|
|
|
| • Zelenskinin Azərbaycana səfəri Z-blogerləri qəzəbləndirdi – “ikili standartlar” yenidən gündəmdə
Dünən, 15:05 |
|
|
|
| • Ukraynanın “marslı”sı rusları dəhşətə gətirdi – 35 min əsgər necə öldürülüb?
Dünən, 13:19 |
|
|
|
| • “Georgian Airways” müflis ola bilər
Dünən, 13:11 |
|
|
|
| • Bakıda yeni oğru PEYDA OLUB: "parik"dən istifadə edir - VİDEO
Dünən, 13:09 |
|
|
|
| • Zelenskinin Bakı səfəri: Gözləntilər nədir? - AKTUAL
Dünən, 12:49 |
|
|
|
| • İranda “işləməyən” Venesuela modeli: fanatiklərin müqaviməti hələ güclüdür - İNCƏLƏMƏ
Dünən, 12:43 |
|
|
|
| • Oğluma məcburən saxta toy etdirdim, pul yığdım...” – Meyxanaçı Samirədən ŞOK AÇIQLAMALAR
Dünən, 12:22 |
|
|
|
| • Deputata məxsus olduğu deyilən şirkətə 498 min manatlıq sifariş - TƏFƏRRÜAT
Dünən, 12:19 |
|
|
|
| • Qaynarinfo.az 19 yaşında! - UĞUR YOLU...
Dünən, 12:09 |
|
|
|
| • Zaqatalada qəzalı vəziyyətdə olan BİNA: Yağış suları evlərə dolur - FOTO
Dünən, 12:05 |
|
|
|
| • AZƏRBAYCANDA MOBİL İNTERNET NİYƏ BAHALAŞIB? - "İstehlakçılara qarşı bu cür davranış yolverilməzdir..."
Dünən, 11:59 |
|
|
|
| • Bakıda yeni proses başlayır: yüzlərlə ailə köçürüləcək - Detallar
Dünən, 11:46 |
|
|
|
| • Ukrayna Prezidenti Volodimir Zelenski Azərbaycanda işgüzar səfərdədir - FOTO
Dünən, 11:41 |
|
|
|
|