Nizami Kino Mərkəzinin direktoru işdən çıxıb, yerinə müvəqqəti təyinat olub .....                     Mərkəzi Bankın tenderi niyə ləğv olundu? .....                     Milli Məclis MSK-nın yeni tərkibini təsdiqləyib .....                     Şərurun icra başçısı etirazçını DƏLİXANAYA SALDIRDI .....                     Gərginlik artır: Ermənistan sülhə ağır zərbə vurdu .....                     MSK-nın yeni üzvlərinin adları açıqlandı .....                     Neft məhsulları ilə məşğul olan xarici şirkət Azərbaycandan gedir .....                     Zaur Baxşəliyev yenə ATV-də: .....                     Əliyevin açıqlamasında mühüm siqnallar .....                     “PAŞA Management Company” adını dəyişir .....                     Hərbiyə ən çox pul xərcləyən ölkələr .....                     Üçüncü İran müharibəsi başlayıb: .....                     Azərbaycanda bu zavodun fəaliyyəti 10 il müddətinə dayandırılır .....                     “Azparkinq”: Rahatlıq vəd edib narazılıq yaradan sistem .....                     Kasparovun adamı həbsxanada öldü .....                     "Ram Holdinq" ətrafında qalmaqallı iddialar... .....                     Sabah Hacı Vəliyevə hökm oxunacaq .....                     Oğlunu qətlə yetirən ata: .....                     Vüqar Qurbanovun SONUNCU ƏMRİ: xəstələrə baha başa gələ bilər... .....                     Məhkəmə sələmçi qadını və onun ərini öldürən ömürlük məhkumla bağlı qərar çıxardı .....                     Faiq Qürbətovun tenderi LƏĞV OLUNDU .....                     Mahmudovlarla birləşən hakim cəzalandırılacaqmı? .....                     Kürəkənini yandıraraq öldürməkdə təqsirləndirilən şəxsin cinayət işinin detalları .....                     İrandan ABŞ-yə yeni təklif .....                     TƏBİB-in yeni rəhbərliyi buralara mütləq nəzər salmalıdır... .....                     Mədəniyyətin Adil Kərimli dövrünün PƏRDƏARXASI .....                     “Birmarket”in müştərilərə ONLAYN TƏLƏSİ... .....                     İran–Azərbaycan münaqişəsi niyə baş vermədi .....                     ABŞ–İran qarşıdurması Aİ üçün siyasi böhran riski yaradır .....                     Rusiya Ukrayna ilə bağlı ABŞ-la təmaslara açıqdır .....                     İranın yeni təklifi Hörmüz boğazının açılmasını nəzərdə tutur .....                     Yaponlar Hörmüzə qoşun yeridir? .....                     Azərbaycanda baş verən qəribə hadisədə İran izi? .....                     Gəncədə başçıya söykənən ÖZBAŞINALIQ .....                     "Trampizmin" alternativi "Mamdanizimdirsə", vay ABŞ ın halına... .....                     Trampın ölümü kimin işinə yarayır ki... .....                     Bu ölkə Beynəlxalq Komissiyadan çıxdı .....                     Sahil Babayev Qarabağa PULLARIN SEL KİMİ AXININA BLOK QOYUB .....                     Atışmada hədəf olub-olmadığımı bilmirəm .....                     2025-ci ildə qlobal hərbi xərclər 2,8 trilyon dolları keçib .....                 

“İlqar Süleymanov aldığı rüşvəti Adil Vəliyevdən gizlədib, o da gəlib evi sökdürüb” - Sabunçuda ÖZBAŞINALIQ TÜĞYAN EDİR
Tarix: 9-04-2019, 12:44 | Çap et
“İlqar Süleymanov aldığı rüşvəti Adil Vəliyevdən gizlədib, o da gəlib evi sökdürüb”
Azərbaycan xalqının əksər məmurların fəaliyyətindən narazı olduğu sirr deyil. Odur ki, əslində, aparılan islahatlara ilk növbədə, məmurlardan başlamaq lazımdır. Nəzərə alsaq ki, hansısa bir rayonda kiçik bir vəzifə tutan məmur, daha ranqlı bir məmura bağlıdır, o baxımdan, islhatatlar aşağıdan yox, elə yuxarıdan başlamaq lazımdır. Ki, yerlərdəki kiçik məmurlar insanların evlərini başına uçura bilməsin və vətəndaşların narazlığına səbəb olmasınlar.

Necə ki, evi başına uçurulan Sabunçu rayonu, Zabrat-2 qəsəbəsində yaşayan Hüseynov Əmir Yusif oğlu və onun ailəsi narazılıq edir. Baxmayaraq ki, dəfələrlə prezident İlham Əliyev “Dövlət məmuru xalqın xidmətçisidir. Xalqın birinci xidmətçisi mənəm və bütün dövlət məmurları belə işləməlidirlər”,-deyir, amma ölkədəki durum, o cümlədən Zabrat-2 qəsəbəsində yeni tikilmiş evin məmurlar tərəfindən zorla sökülməsi bunun əksini deyir. Aydın olur ki, məmurlar heç də deyildiyi kimi xalqa xidmət etmir, yalnız özləri üçün çalışırlar. Əks halda hansısa nazir və yaxud başqa vəzifə sahibi olan məmur işdən çıxarılan kimi milyonlarla sərvəti ortaya çıxmazdı. Hərçənd, vəzifəsindən uzaqlaşdırılmayan məmurların da miyonları, çoxlu sayda mülkləri var ki, bu da zaman-zaman mediada yayılır. Bu halda isə həmin məmurların xalqa xidmət etmədiyi bir daha öz təsdiqini tapmış olur.

Elə buna görə də ilk islahat məmurların “təmizlənmə” prosesi olmalıdır. Yalnız bu zaman aparılan islahatlar fayda verə bilər, yoxsa xalqın cibinə girən, evini başına uçuran məmurlar olduqca, aparılan islahatlara kölgə düşəcək. Sabunçu rayonu, Zabrat-2 qəsəbəsində baş verənlər də bunu aydın göstərir.

“İlqar Süleymanov aldığı rüşvəti Adil Vəliyevdən gizlədib, o da gəlib evi sökdürüb”

“Sabunçu rayon rayon icra başçısı Adil Vəliyevin iştirakı ilə bu ev sökülüb”

Evi başına uçurulan Hüseynov Əmir Yusif oğlu “Hürriyyət”ə dedi ki, evini iki aydır tikib: “Sabunçu rayon icra başçısının müavini Gülağa, burada kənd sovetində oturan İlqar Süleymanov, Sabunçu rayon rayon icra başçısı Adil Vəliyevin iştirakı ilə bu ev sökülüb. Nəyə əsasən sökülüb, bizə də qaranlıq qalır. Bu evi tikmək üçün icazəyə 4500 manat pul vermişəm. 1500 manat da borcum qalmışdı. Çünki 6 min manata danışmışqdıq. Mən də kasıbçılığa görə o pulu düzəldib verə bilmədim”.

“Prezidentin sözünü ən kiçik məmurdan tutmuş böyüyünə kimi heç bir məmur eşitmir”

Qızının evi sökülən Məhəhəmməd Ağayev isə bunları söylədi: “Mən ev tikiləndən xəstəyəm, bunlar məni arxayın etdilər ki, necə lazımdır haqlarını vermişik, burada sənə ehtiyac yoxdur. Kürəkənim 3 dəfə icra hakimiyyətində olub, icra başçısı ilə görüşə bilməyib, tikinti üzrə müavin Gülağanın (Ona Güloğlan da deyirlər, adını dəqiq bilmirik - müəl.) yanına gedib, onu da tapa bilməyib, deyiblər, məzuniyyətdədir. Üçüncü dəfə İcra Hakimiyyətində İsa müəllim var, onun yanına gedib. O da kənd sovetinin sədri İlqarın yanına göndərib. İlqar da deyib ki, “qeyri-rəsmi tikintidir, sənədi olmasa da, torpağın sənədi var, bizə 6000-6500 manat pul verəcəksən”. Bu da razılaşıb, deyib ki, əlimdə 4500 manat pulum var, bu pulu götür, tikinti qurtarandan sonra pul qalarsa, qalan pulu verərəm, qalmazsa, bir aydan sonra Rusiyaya gedib, işləyib oradan göndərərəm. Belə razılaşıblar, ancaq razılaşan müddətdə İlqar Süleymanov 15 günə evin tikilməsini tapşırıb, “15 gündən gec tiksən, evi gəlib uçurda bilərlər”,- deyib. Biz bunun nə olduğunu anlamamışıq. Hava yağıntılı oldu, 15 günə evin tikintisini başa vura bilmədik. 15 gün üstündən keçəndən sonra Adil Vəliyev məzuniyyətdən qayıdıb və evin tikintisindən xəbəri olub, İlqara o evin qeyri-qanuni tikildiyini deyib. Deyib, yəqin pulu almısan, o da deyib pulu almamışam. Bu prinsiplə gəlib evi məcburiyyət qarşısında sökdürüb. Çünki kürəkənimin ona verdiyi pul haqqında Adil Vəliyevə deməyib. Bax, hazırda durub danışdığımız yerdə kürkənim İlqara pulu verib. Ona pulu verəndə burada iki nəfər şahid olub, razılaşıblar. Buna baxmayaraq, icra başçısı məzuniyyətdən qayıtdıqdan sonra gəlib 300-400 polislə evin söküntüsündə iştirak edib.

Bizim prezidentimiz belə məmurlarla işləyir. Belə olur, xalq dövlətin üstünə qalxır. Belə olur, kimsə xaricə qaçır, oradan Azərbaycanın əksinə deyir. Bizim yenə prezidentimizə inamımız var. Bəlkə də bizə qarşı olan haqsızlıqdan, qızımın evinin uçurulmasından Prezidentin xəbəri yoxdur. Prezidentimiz haqqında mən və mənim ailə üzlərim hələ neqativ bir söz danışa bilməz. Əgər Prezidentimiz bizə kömək etməsə, biz də lazımi qaydada lazımi yerlərə şikayət edəcəyik. Yəni Avropanın şəhərlərində demək olar ki, hər binanın qabağında bizim bu vəziyyətimiz göstəriləcək. Avropa da, bütün dünya da biləcək ki, biz Azərbaycanda nə şəraitdə yaşayırıq. Biz prezidentə, Mehriban xanıma, Zakir Qaralova, Bakı Şəhər İcra Hakimiyyətinə, Ramil Usubova məlumat göndərmişik. Baxın, aprelin biri - Azərbaycanın itki verib, müəyyən qədər torpaq qazandığı gün - evi söküblər. Mən özüm də şəhid vərəsəsiyəm, Prezidentimizin ayırdığı 11 min manat puldan mən öz qızıma köməklik etmişəm, mal-qaramdan da satıb vermişəm. İlqar Süleymanov mənim şəhidimə də söyüb, ümumi şəhidlərə də söyüb. Dedi “şəhidinə də, sənə də nəhlət. Bu gün soyqırım günüdür, mən də soyqırım yaradıram”. Bu, çəkilişlərdə müəyyən yerlərdə var.

Ondan əlavə, övladlarımı polis məntəqsinə aparıb, cərimə ediblər. Şəxsən kürəkənimi məhkəməyə veriblər, 200 manat da cərimə ediblər. Yenə məhkəmə sağ olsun, xalqın tərəfində duran məhkəmə ona iş kəsməyib. Çünki kürkənimə 3 ilə kimi iş kəsmək istəyirdilər, maddəni ağır qoymuşdular. Guya, bu, əlinə balta alıb, həmin o İlqar Suleymanovu, polis baş leytenantı Turqayı zədələyib. Bizim xalqın polisi yoxdur, bizim məmurların polisi var. Məmura xidmət edən polis var, xalqa xidmət edən polis yoxdur. Bunu yavaş-yavaş Azərbaycan xalqı bilməlidir. O məmura ki prezident dəfələrlə deyir, “məmur, biz xalqın xidmətində duran insanlarıq”. Bizim Prezidentin o sözlərini ən kişik məmurdan tutmuş böyüyünə kimi heç bir məmur eşitmir. Xahiş edirəm, bizim bu sözlərin lazımi orqanlara çatdırılmasında kömək edin. Biz kasıb ailəyik, imkanımız yoxdur. Qızım üçün bir təhər ev tikib, bir otağını düzəltmişdik. Cüzi də olsa, dövlətin bir ailəsinin bir komaya başını salmaq, dövlətdən asılı qalmamaq üçün şərait yaratmışdıq. Baxın, dövlətin məmurlarının bizə elədiyi budur. Məmurların əksəriyyəti mənim kimi yüzlərlə kasıblardan pul alıb, varlanmaq istəyən məmurlardır. İlqar Süleymanov psixi duruma görə nevrolji xəstəxanada qeydiyyatda ola-ola onu kim gətirib Sabunçu rayonunun Zabrat qəsəbəsinə kənd sovetinin icra nümayəndəsi qoyub? Psixi durumu yerində olmayan bir adam xalqa xidmət edə bilərmi?!”

“İlqar Süleymanov aldığı rüşvəti Adil Vəliyevdən gizlədib, o da gəlib evi sökdürüb”

“Adil gəlib əlini uzatdı ki, bu ev yerlə yeksan edilsin”

Evi sökülən Hüseynova Günay Məhəmməd qızı da söhbətə müdaxilə etdi: “Məni bu günə qoyan 15-ci bölmənin polisi baş leytenantı Turqaydı. O, bizi yerlə yeksan elətdirdi. Qolumda, ayağımda olan izlər hamısı onun əl izləridir. Məni o gördüyünüz qaz turbasına çırpdı. İlqarla o, ayağını dirədi, Bakıxanovun, Nardaranın, 15-ci bölməsinin polislərini bura tökdülər. Qaynımı, qardaşlarımı, qudamızı, yoldaşımı hamısını maşına basdılar, səbəbsiz yerə içəri apardılar. Yolları bağladılar, yalvardıq, ağladıq xeyri olmadı. Baldızım, onun uşaqları, bütün qonşularımız töküldü, bütün Zabrat ayağa durmuşdu. Hamını bir saatın içində buradan yox etdilər. Elə bilirəm ki, İlham Əliyevin bundan həqiqətən də xəbəri yoxdur. Bura Sabunçu rayon icra başçısı Adil gəlmişdi, heç ona müəllim deməyə dilim gəlimir. “Müəllim” sözünü ona deməyi heyif bilirəm. Adil gəlib əlini uzatdı ki, bu ev yerlə yeksan edilsin. Hamısı videolarda var. Evin yiyəsini niyə çağırmadı ki, gəlsin, evin yiyəsi bir kəlmə söz desin?!

Prezident İlham Əliyevin yanında mən o qədər polis, “axran” görməmişəm, bura yanında min nəfər “axran” gətirib, uşağımı yerlə yeksan elətdirdilər. Bir uşağım var, o da xəstə yatır. Niyə bizi çağırmadı ki, nə dərdiniz, nə probleminiz var? Bizi nəyi var, təhqir etdilər, söydülər? Bundan İlham Əliyevin, Mehriban Əliyevanın xəbəri yoxdur. Aşağıda oturan məmurlar kasıb-kusubu yerlə yeksan elətdirir, bizi hökumətə qarşı qaldırırlar. Biz torpaqlarımızdan ötrü şəhid vermişik, əmim şəhid olub, xəstə qardaşım, qayınlarım Beyləqanda döyüş bölgəsində xidmət edib. Əlini uzatsınlar ki, nəslimdən biri hərbi xidmətdə olmayıb. Dövlətdən ötrü müharibəyə getməyə hazırıq da. Mən yola çıxıb, kanalizasiya çəkmirəm, su çəkmirəm ki, dövlətmiz var. Amma adamın evini başını uçurdandan sonra biz dura bilmərik. Bütün qonşular, ümumi Zabrat ayağa durub. Bir xanım kimi İlham Əliyevdən, Mehriban Əliyevadan xahiş edirəm, mənim yerlə yeksan edilən evimi necə uçurdublarsa, elə həmin qaydada tiksinlər, versinlər. Mən qonşularda qalıram, qalmağa yerim yoxdur. Hamı öz başını güclə dolandırır. Mənə də, yoldaşıma da, uşağıma da maddi və mənəvi ziyan dəyib. İlham Əliyevdən xahiş edirəm, belə məmurları iş başından yığışdırsın. İlqar bizə hədə-qorxu gəlir. Mənim ailəmin, nəslimin, qonşularımın başından bir tük əkslik olsa, bilin ki, bunlar elətdirir. Biz qorxudan qonşuda da yata bilmirik. İlqar bizə ismarıc göndərir ki, sizi evdən götüzdürəcəm. Adil kimdir, deyir ki, sizi ailəlikcə deportasiya etdirəcəm? Yenə deyirəm, ona “müəllim” demirəm. Bizi Azərbaycandan deportasiya elətdirəcək? Niyə mənim ailəmi, uşağımı Azərbaycandan deportasiya etdirir, bunun səbəbini başa düşmdim. Haqqımı tələb edirəm. Xahiş edirəm, mənə dəyən maddi və mənəvi ziyan ödənilsin”.

“İlqar Süleymanov aldığı rüşvəti Adil Vəliyevdən gizlədib, o da gəlib evi sökdürüb”

“İlham Əliyevdən istəyirəm ki, bizim evimizin tikilməsinə göstəriş versin”

Evlələri gözlərinin qarşısında sökülən balaca Ayan isə kövərlə-kövrələ bunları söylədi: “Evimiz sökülən günü onlara dedim ki, nə olar etməyin, onlar yenə də etdilər. Bir də mamamı itələyəndə dedim, eləməyin, mamam yerdə xəstə yatır, amma onu itələdilər. Məni də itələdilər, dedilər ki, qızım, sizin eviniz yıxılmalıdır. “Bilirsiniz niyə? Siz bizə borclu qalmısınız”. Mən də dedim ki, yalandan deməyin, bizim sizə borcumuz olsaydı, atam verərdi. Atamı niyə həbsxanaya atmısınız? Atamı incidəcəksiniz? Dedi ki, yox, incitməyəcəyik. Bıçaqlarımızı apardılar. İlham Əliyevdən istəyirəm ki, bizim evimizin tikilməsinə göstəriş versin. Mən bir həftədir məktəbə getmirəm, qələmim, ruçkam orada qalıb. Mən də istəyirəm, qələmim, ruçkam olsun, o biri uşaqlar kimi məktəbə gedəm. İlqar bizim evmizi sökdü, ona dedim ki, eləmə, elədi. İlqar mamamın ayağını əzdi, qolunu burdu. Mamam İlqarın ayağından yapışdı ki, nə olar eləmə, tozlu ayaqqabısının üstündən də öpdü, dedi yalvarıram eləmə, amma o, evimizi sökdü”.
Hurriyyet.org

P.S Balaca qızcığazın yalvarışlarına, qadının ayaqqabısından öpməsinə məhəl qoymayan məmurlar bir ailənin evini sökürləsə, buna qəddarlıqdan başqa ad vermək olmaz. Amma unutmayaq ki, zülm yerdə qalmaz...


“İlqar Süleymanov aldığı rüşvəti Adil Vəliyevdən gizlədib, o da gəlib evi sökdürüb”
“İlqar Süleymanov aldığı rüşvəti Adil Vəliyevdən gizlədib, o da gəlib evi sökdürüb”









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Nizami Kino Mərkəzinin direktoru işdən çıxıb, yerinə müvəqqəti təyinat olub - BUNDAN SONRA...
Bu gün, 11:46
Mərkəzi Bankın tenderi niyə ləğv olundu?
Bu gün, 11:44
Milli Məclis MSK-nın yeni tərkibini təsdiqləyib - SİYAHI
Bu gün, 11:39
Şərurun icra başçısı etirazçını DƏLİXANAYA SALDIRDI - BU NƏDİ BELƏ?
Bu gün, 11:32
Gərginlik artır: Ermənistan sülhə ağır zərbə vurdu – Nur Tuğba Aktay
Bu gün, 11:23
MSK-nın yeni üzvlərinin adları açıqlandı - YENİLƏNDİ
Bu gün, 11:22
Neft məhsulları ilə məşğul olan xarici şirkət Azərbaycandan gedir
Bu gün, 11:13
Zaur Baxşəliyev yenə ATV-də: - Bu dəfə...
Bu gün, 11:12
Əliyevin açıqlamasında mühüm siqnallar – Diplomatiyada 7 rəqəminin önəmi
Bu gün, 11:11
“PAŞA Management Company” adını dəyişir - BUNDAN SONRA...
Bu gün, 11:05
Hərbiyə ən çox pul xərcləyən ölkələr - SİYAHI
Bu gün, 11:04
Üçüncü İran müharibəsi başlayıb: - əyləc basılmasa, qloballaşa bilər
Bu gün, 11:02
Azərbaycanda bu zavodun fəaliyyəti 10 il müddətinə dayandırılır - DETALLAR
Bu gün, 11:01
“Azparkinq”: Rahatlıq vəd edib narazılıq yaradan sistem - AXI NİYƏ?..
Bu gün, 10:56
Kasparovun adamı həbsxanada öldü - Rusiyada müəmmalı hadisələr
Bu gün, 10:48
"Ram Holdinq" ətrafında qalmaqallı iddialar... - daxildə baş verənlər niyə araşdırılmır?
Bu gün, 10:47
Sabah Hacı Vəliyevə hökm oxunacaq - TƏFƏRRÜAT
Bu gün, 10:42
Oğlunu qətlə yetirən ata: - “Məndən soruşdu ki, işləyib qazandığım pulu nə etmişəm...”
Bu gün, 10:30
Vüqar Qurbanovun SONUNCU ƏMRİ: xəstələrə baha başa gələ bilər... - İLGİNC İDDİALAR
Bu gün, 10:23
Məhkəmə sələmçi qadını və onun ərini öldürən ömürlük məhkumla bağlı qərar çıxardı
Bu gün, 10:14
Faiq Qürbətovun tenderi LƏĞV OLUNDU - BUNA GÖRƏ...
Bu gün, 10:10
Mahmudovlarla birləşən hakim cəzalandırılacaqmı? - VƏTƏNDAŞLAR ƏDALƏT TƏLƏB EDİR!
Bu gün, 10:05
Kürəkənini yandıraraq öldürməkdə təqsirləndirilən şəxsin cinayət işinin detalları - TƏFƏRRÜAT
Bu gün, 10:03
İrandan ABŞ-yə yeni təklif - KİV
Bu gün, 09:54
TƏBİB-in yeni rəhbərliyi buralara mütləq nəzər salmalıdır... - İTTİHAM VAR...
Bu gün, 09:53
Mədəniyyətin Adil Kərimli dövrünün PƏRDƏARXASI - Görünəni odur ki...
Bu gün, 09:42
“Birmarket”in müştərilərə ONLAYN TƏLƏSİ... - BU NƏDİ BELƏ?..
Bu gün, 09:35
İran–Azərbaycan münaqişəsi niyə baş vermədi - "The National Interest" yazır ki...
Bu gün, 09:20
ABŞ–İran qarşıdurması Aİ üçün siyasi böhran riski yaradır - “Politico”
Bu gün, 09:15
Rusiya Ukrayna ilə bağlı ABŞ-la təmaslara açıqdır - Lavrov
Bu gün, 07:11
İranın yeni təklifi Hörmüz boğazının açılmasını nəzərdə tutur - "Axios"
Bu gün, 07:09
Yaponlar Hörmüzə qoşun yeridir?
Bu gün, 06:05
Azərbaycanda baş verən qəribə hadisədə İran izi? – Sensasion iddiaya cavab gəldi
Bu gün, 06:03
Gəncədə başçıya söykənən ÖZBAŞINALIQ - İTTİHAM VAR...
Bu gün, 06:01
"Trampizmin" alternativi "Mamdanizimdirsə", vay ABŞ ın halına... - REAKSİYA
Bu gün, 05:50
Trampın ölümü kimin işinə yarayır ki... - HƏQİQƏTƏN DƏ...
Bu gün, 05:40
Bu ölkə Beynəlxalq Komissiyadan çıxdı - Rusiyaya görə
Bu gün, 05:20
Sahil Babayev Qarabağa PULLARIN SEL KİMİ AXININA BLOK QOYUB - ONA GÖRƏ DƏ...
Bu gün, 05:17
Atışmada hədəf olub-olmadığımı bilmirəm - Tramp belə deyir...
Bu gün, 05:00
2025-ci ildə qlobal hərbi xərclər 2,8 trilyon dolları keçib - HESABAT
Bu gün, 04:58
Çində ən böyük LNG tankeri istifadəyə verilib
Bu gün, 04:56
“Aztəsərrüfat” MMC NARAZILIQ YARADIR - Pullarını ala bilməyən kəndlilərin ETİRAZI
Bu gün, 04:40
“Azəriqaz” işçisi Prezidentə ÜZ TUTDU - MÜRACİƏT
Bu gün, 04:35
Aİ-dən 90 milyardlıq dəstək: - Ukrayna xilas olur, yoxsa sadəcə vaxt qazanır?
Bu gün, 04:26
İttifaq sədri xalq artistinin qızına vəzifə verdi - “Qara Qarayev, Tofiq Quliyevdən sonra...”
Bu gün, 04:23
"Karaca Azərbaycan"ın ABSURD bəhanəsi - Müştərinin yeni aldığı çuqun qazandan paslı su axdı
Bu gün, 04:19
Keçmiş icra başçısı vəfat etdi
Bu gün, 04:12
"Bu gün muğam ifaçıları "Vağzalı"nı unutdurmağa şərait yaradırlar" - ETİRAZ
Bu gün, 04:10
"Brent" markalı neftin qiyməti 101 dollara yüksəlib
Bu gün, 04:07
Ukraynaya enerji dəstəyi üçün əlavə 100 milyon avro ayrılır - KİV
Bu gün, 04:04
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru