Milli Məclis MSK-nın yeni tərkibini təsdiqləyib .....                     Şərurun icra başçısı etirazçını DƏLİXANAYA SALDIRDI .....                     Gərginlik artır: Ermənistan sülhə ağır zərbə vurdu .....                     MSK-nın yeni üzvlərinin adları açıqlandı .....                     Neft məhsulları ilə məşğul olan xarici şirkət Azərbaycandan gedir .....                     Zaur Baxşəliyev yenə ATV-də: .....                     Əliyevin açıqlamasında mühüm siqnallar .....                     “PAŞA Management Company” adını dəyişir .....                     Hərbiyə ən çox pul xərcləyən ölkələr .....                     Üçüncü İran müharibəsi başlayıb: .....                     Azərbaycanda bu zavodun fəaliyyəti 10 il müddətinə dayandırılır .....                     “Azparkinq”: Rahatlıq vəd edib narazılıq yaradan sistem .....                     Kasparovun adamı həbsxanada öldü .....                     "Ram Holdinq" ətrafında qalmaqallı iddialar... .....                     Sabah Hacı Vəliyevə hökm oxunacaq .....                     Oğlunu qətlə yetirən ata: .....                     Vüqar Qurbanovun SONUNCU ƏMRİ: xəstələrə baha başa gələ bilər... .....                     Məhkəmə sələmçi qadını və onun ərini öldürən ömürlük məhkumla bağlı qərar çıxardı .....                     Faiq Qürbətovun tenderi LƏĞV OLUNDU .....                     Mahmudovlarla birləşən hakim cəzalandırılacaqmı? .....                     Kürəkənini yandıraraq öldürməkdə təqsirləndirilən şəxsin cinayət işinin detalları .....                     İrandan ABŞ-yə yeni təklif .....                     TƏBİB-in yeni rəhbərliyi buralara mütləq nəzər salmalıdır... .....                     Mədəniyyətin Adil Kərimli dövrünün PƏRDƏARXASI .....                     “Birmarket”in müştərilərə ONLAYN TƏLƏSİ... .....                     İran–Azərbaycan münaqişəsi niyə baş vermədi .....                     ABŞ–İran qarşıdurması Aİ üçün siyasi böhran riski yaradır .....                     Rusiya Ukrayna ilə bağlı ABŞ-la təmaslara açıqdır .....                     İranın yeni təklifi Hörmüz boğazının açılmasını nəzərdə tutur .....                     Yaponlar Hörmüzə qoşun yeridir? .....                     Azərbaycanda baş verən qəribə hadisədə İran izi? .....                     Gəncədə başçıya söykənən ÖZBAŞINALIQ .....                     "Trampizmin" alternativi "Mamdanizimdirsə", vay ABŞ ın halına... .....                     Trampın ölümü kimin işinə yarayır ki... .....                     Bu ölkə Beynəlxalq Komissiyadan çıxdı .....                     Sahil Babayev Qarabağa PULLARIN SEL KİMİ AXININA BLOK QOYUB .....                     Atışmada hədəf olub-olmadığımı bilmirəm .....                     2025-ci ildə qlobal hərbi xərclər 2,8 trilyon dolları keçib .....                     Çində ən böyük LNG tankeri istifadəyə verilib .....                     “Aztəsərrüfat” MMC NARAZILIQ YARADIR .....                 

74 yaşlı Yaqub Eyyubov üçün islahat kabusu – siyahıda onun adı ilk sıradadır
Tarix: 5-11-2019, 12:41 | Çap et
74 yaşlı Yaqub Eyyubov üçün islahat kabusu
Bir aya yaxındır ki, Azərbaycan cəmiyyəti islahat ab-havasındadır. Prezident İlham Əliyevin son günlər imzaladığı sərəncamlar isə cəmiyyətin hökumətdən gözlənilərini nəinki doğruldur, hətta siyasi hakimiyyətin özünün daxilində köklü dəyişikliklərə inamı artırıb.

Prezident kadr islahatlarına hökumətin üst qatından başladı. Oktyabrın ilk həftəsində Novruz Məmmədovun könüllü şəkildə istefa ərizəsi yazması və Əli Əsədovun hökumət başçısı təyin edilməsi ilə islahat prosesi sürətləndi. Bundan cəmi bir neçə gün sonra Baş nazirin iki müavininin istefa ərizəsi ilə Prezidentə müraciət etməsi, dövlət başçısının onları yüksək ehtiramla yola salması və həmin görüşlərdə yaşı 70-dən yuxarı olan yüksək vəzifəli məmurları nümunə göstərərək tutduqları postdan istefa verməyə və yerlərini gənc nəslə ötürmələrinə çağırması hakimiyyət komandasındakı islahatların ciddiliyindən xəbər verirdi. Prezidentin bu mesajından sonra hətta 26 ildir iqtidarda olan YAP hakimiyyətinin əsas ideoloqlarından sayılan Ramiz Mehdiyevin də Prezident Administrasiyasının rəhbəri postundan getdi.

Xarici İşlər nazirinin müavini Hafiz Paşayev də könüllü şəkildə Prezidentin çağırışına qoşularaq vəzifəsindən istefa verib. O, Prezidentin çağırışlarını nəzərə alaraq, həyata keçirilən islahatların effektivliyi naminə belə bir addım atdığını açıqlayıb.

Hələlik rəsmən tutduğu vəzifədən istefa verən yaşlı məmurların siyahısını 78 yaşlı Hafiz Paşayev tamamlayır. Amma proses davam edir və yəqin ki, ilin sonunadək islahat tam şəkildə başa çatdırılacaq.

Bəs, bundan sonra daha hansı yüksək ranqlı məmurlar istefaya gedəcək?

İndi ölkə ictimaiyyətini ən çox maraqlandıran və dartışılan əsas sual məhz budur. Baxmayaraq ki, az qala hər gün mətbuatda və sosial şəbəklərdə yaxın günlərdə istefaya gedəcək daha bir neçə yaşlı məmurun adları çəkilir. Bu sırada Baş nazirin birinci müavini Yaqub Eyyubovun, Səhiyyə naziri Oqtay Şirəliyevin, Meliorasiya və Su Təsərrüfatı” ASC-nin sədri Əhməd Əhmədzadənin adı daha çox çəkilir. Dünən isə Səhiyyə naziri Oqtay Şirəliyevin də istefa ərizəsi yazması barədə məlumatlar yayıldı. Əhməd Əhmədzadənin də yaxın günlərdə vəzifəsi ilə vidalaşacağı və onun rəhbəri olduğu qurumun “Azərsu” ASC-nin strukturuna daxil ediləcəyi söylənilir.

Baş nazirin birinci müavini Yaqub Eyyubova gəlincə, onun məsələsi bir qədər fərqlidir. Yayılan məlumatlara görə, dövlət başçısının yaşlı məmurlarla bağlı çağırışı 74 yaşlı Yaqbub Eyyubov üçün gözlənilməz olub və indi o, vəziyyətdən necə çıxacağını özü də bilmir. Buna səbəb 1999-cu ildən Baş nazirin müavini, 2003-cü ildən isə birinci müavin postunu tutan Yaqub Eyyubovun hökumətdə və cəmiyyətdə mənfi reputasiyası ilə tanınmasıdır. Belə ki, fəaliyyəti dövründə buraxdığı səhvlər, böyük biznes şəbəkəsi ilə gündəmdə olması onun ölkə başçısı yanında etimadını itirib.

Düz iyirmi ildir hökumətdə təsirli füqurlardan birinə çevrilmiş bu şəxsin ölkənin sosial-iqtisadi həyatında hansısa diqqətəlayiq fəaliyyəti ilə seçildiyini söyləmək çətindir. Əvəzində yerli və xarici mətbuatda vaxtaşırı onun özünün və ailə üzvlərinin dövlətin maliyyə vəsaitlərindən sui-istifadə etmələri barədə məlumatlar yer alır.

Yeri gəlmişkən, Baş nazirin “Şöhrət” ordenli birinci müavini Avropada böyük biznes şəbəkəsinə sahib olması ilə də tez-tez gündəmə gəlir. Hazırda xaricdə yaşayan araşdırmaçı jurnalist Cavanşir Həsənli bir müddət əvvəl Yaqub Eyyubovun Avropadakı biznesinin izinə düşdüyünü və bununla bağlı sensasion sənədlər əldə etdiyini yazmışdı. Baş nazirin 1-ci müavininin oğlu Orxan Eyyubovun şirkətinin qeydiyyat sənədlərində onun İngiltərə vətəndaşı olduğu göstərildiyini qeyd edən jurnalist yaxın vaxtlarda həmin sənədləri də yayacağını bildirib.

Bu tip məlumatları təkrarlamadan yalnız onu demək olar ki, Eyyub Yaqubov Azərbaycan hökumətinin imkanlarından, dövlət büdcəsinin vəsaitlərindən öz xeyrinə istifadə etməyə öyrəncəlidir. Məsələn, onun “Hyatt Regency Baku” otelinin villalarından birini neçə illərdir büdcə vəsaiti hesabına “məşğul etməsi” heç kimdən gizli deyil.

Baş nazirin birinci müavininin bu villaya bağlılğının səbəbi barədə əsas versiya belədir ki, o, bu super rahatlığı olan məkanda, dərddən-qayğıdan uzaq bir həyat sürür. Daha doğrusu, həyatının qayğısız anlarını yaşayır. Özü də bu anları heç də tənhalıqda keçirmədiyi barədə də ehtimallar var. Villanın qarşısında 201 dövlət nömrə nişanlı “Porşes”i ...

Eyyub Yaqubovun Qusar rayonunda 5 hektarlıq ərazini əhatə edən möhtəşəm bir “ranço”sunun varlığı da söylənməkdədir. Deyilənə görə, Baş nazirin birinci müavininin rançosu, Qərbdə olduğu kimi, kənd təsərrüfatı təyinatlı deyil… “vəhşi təbiət”in bir parçasıdır. Onun əsl zooparka çevirdiyi bu məkanda, bəlkə, kefi istəyəndə bahalı şərab içib, sonra ova çıxdığı da olur…

İctimaiyyət arasında geyimi-kecimi, yerişi-duruşu ilə nümunəvi məmur obrazı yaratmağa çalışan ahıl bir adamın şəxsi planda heç bir ədəb-ərkan, qayda-qanun gözləməməsi, vəzifədə qalmaq üçün şəraitə uyğunlaşması, dondan-dona girməsi xameleon, ana dilimizdə desək, buqələmun xüsusiyyətini xatırladır. Vəziyyətdən asılı olaraq rəngini, daha doğrusu, xasiyyətini dəyişmək anlamına gələn buqələmunluq ən mənfi mənəvi hal kimi cəmiyyətdə ikrah hissi ilə qarşılanır.

Yaqub Eyyubov Bakının ən məşhur restoranlarında bahalı sifarişlər verməsi, var-dövlət hərisliyi ilə daha çox gündəmdə olur. Heç şübhəsiz, bu cür davranışları diqqəti cəlb etməyə bilməz. Axı, cəmiyyət yüksək vəzifə tutan məmurların davranışlarını görür və ictimai müzakirəyə çıxarmaqla qiymətləndirir. Bu mənada Yaqub Eyyubovun tutduğu vəzifədən gedəcəyi gözləniləndir.

Hökumətdə yüksək post tutğu uzun müddət ərzində özünün də, ailə üzvlərinin də şəxsi maraqlarını qat-qat artıqlaması ilə təmin etməyə nail olmuş Yaqub Eyyubovun, əslində, ölkə rəhbərinin tövsiyəsini qulaqardına vurması mənəvi tənəzzülün daha dərinləşməsinin əlaməti sayıla bilər. O, korlanmış reputasiyasını qismən də olsa düzəltmək üçün vaxt qazanmaq və mümkün qədər tutduğu postda qalıb işləməkdə davam etmək istəyir. Buna nə dərəcədə nail olacağı isə yaxın həftələrdə aydın olacaq.

Belə görünür ki, Baş nazirin birinci müavini könüllü istefa verməsə belə, necə deyərlər, məcburi şəkildə yola salınacaq. Bu, oktyabrın 24-də Qoşulmama Hərəkatına üzv ölkələrin XVIII Zirvə Görüşündə iştirak etmək üçün Azərbaycana gələn dövlət və hökumət başçılarının Baş nazirin müavinləri Şahin Mustafayevlə Əli Əhmədovun qarşılamasından sonra ortaya çıxıb. Adətən, belə tədbirlərdə qonaqları Yaqub Eyyubov qarşılayırdı. Amma bu dəfə Baş nazirin birinci müavini görünməyib. Əvəzində Bakıdan ölkəsinə qayıdan Venesuela Prezidentini Heydər Əliyev Beynəlxalq Aeroportundan Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar naziri Ramin Quluzadə tərəfindən yola salınması diqqəti cəlb etdi.
Bu da bir gerçəklikdir ki, Prezidentin islahatlarla bağlı ortaya qoyduğu siyasi iradə qətidir və hökumətin yuxarı eşelonundakı kadr dəyişiklikləri istənilən halda davam edəcək. Hətta qısamüddətli fasilə yaransa, belə...
Gundeminfo.az










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Milli Məclis MSK-nın yeni tərkibini təsdiqləyib - SİYAHI
Bu gün, 11:39
Şərurun icra başçısı etirazçını DƏLİXANAYA SALDIRDI - BU NƏDİ BELƏ?
Bu gün, 11:32
Gərginlik artır: Ermənistan sülhə ağır zərbə vurdu – Nur Tuğba Aktay
Bu gün, 11:23
MSK-nın yeni üzvlərinin adları açıqlandı - YENİLƏNDİ
Bu gün, 11:22
Neft məhsulları ilə məşğul olan xarici şirkət Azərbaycandan gedir
Bu gün, 11:13
Zaur Baxşəliyev yenə ATV-də: - Bu dəfə...
Bu gün, 11:12
Əliyevin açıqlamasında mühüm siqnallar – Diplomatiyada 7 rəqəminin önəmi
Bu gün, 11:11
“PAŞA Management Company” adını dəyişir - BUNDAN SONRA...
Bu gün, 11:05
Hərbiyə ən çox pul xərcləyən ölkələr - SİYAHI
Bu gün, 11:04
Üçüncü İran müharibəsi başlayıb: - əyləc basılmasa, qloballaşa bilər
Bu gün, 11:02
Azərbaycanda bu zavodun fəaliyyəti 10 il müddətinə dayandırılır - DETALLAR
Bu gün, 11:01
“Azparkinq”: Rahatlıq vəd edib narazılıq yaradan sistem - AXI NİYƏ?..
Bu gün, 10:56
Kasparovun adamı həbsxanada öldü - Rusiyada müəmmalı hadisələr
Bu gün, 10:48
"Ram Holdinq" ətrafında qalmaqallı iddialar... - daxildə baş verənlər niyə araşdırılmır?
Bu gün, 10:47
Sabah Hacı Vəliyevə hökm oxunacaq - TƏFƏRRÜAT
Bu gün, 10:42
Oğlunu qətlə yetirən ata: - “Məndən soruşdu ki, işləyib qazandığım pulu nə etmişəm...”
Bu gün, 10:30
Vüqar Qurbanovun SONUNCU ƏMRİ: xəstələrə baha başa gələ bilər... - İLGİNC İDDİALAR
Bu gün, 10:23
Məhkəmə sələmçi qadını və onun ərini öldürən ömürlük məhkumla bağlı qərar çıxardı
Bu gün, 10:14
Faiq Qürbətovun tenderi LƏĞV OLUNDU - BUNA GÖRƏ...
Bu gün, 10:10
Mahmudovlarla birləşən hakim cəzalandırılacaqmı? - VƏTƏNDAŞLAR ƏDALƏT TƏLƏB EDİR!
Bu gün, 10:05
Kürəkənini yandıraraq öldürməkdə təqsirləndirilən şəxsin cinayət işinin detalları - TƏFƏRRÜAT
Bu gün, 10:03
İrandan ABŞ-yə yeni təklif - KİV
Bu gün, 09:54
TƏBİB-in yeni rəhbərliyi buralara mütləq nəzər salmalıdır... - İTTİHAM VAR...
Bu gün, 09:53
Mədəniyyətin Adil Kərimli dövrünün PƏRDƏARXASI - Görünəni odur ki...
Bu gün, 09:42
“Birmarket”in müştərilərə ONLAYN TƏLƏSİ... - BU NƏDİ BELƏ?..
Bu gün, 09:35
İran–Azərbaycan münaqişəsi niyə baş vermədi - "The National Interest" yazır ki...
Bu gün, 09:20
ABŞ–İran qarşıdurması Aİ üçün siyasi böhran riski yaradır - “Politico”
Bu gün, 09:15
Rusiya Ukrayna ilə bağlı ABŞ-la təmaslara açıqdır - Lavrov
Bu gün, 07:11
İranın yeni təklifi Hörmüz boğazının açılmasını nəzərdə tutur - "Axios"
Bu gün, 07:09
Yaponlar Hörmüzə qoşun yeridir?
Bu gün, 06:05
Azərbaycanda baş verən qəribə hadisədə İran izi? – Sensasion iddiaya cavab gəldi
Bu gün, 06:03
Gəncədə başçıya söykənən ÖZBAŞINALIQ - İTTİHAM VAR...
Bu gün, 06:01
"Trampizmin" alternativi "Mamdanizimdirsə", vay ABŞ ın halına... - REAKSİYA
Bu gün, 05:50
Trampın ölümü kimin işinə yarayır ki... - HƏQİQƏTƏN DƏ...
Bu gün, 05:40
Bu ölkə Beynəlxalq Komissiyadan çıxdı - Rusiyaya görə
Bu gün, 05:20
Sahil Babayev Qarabağa PULLARIN SEL KİMİ AXININA BLOK QOYUB - ONA GÖRƏ DƏ...
Bu gün, 05:17
Atışmada hədəf olub-olmadığımı bilmirəm - Tramp belə deyir...
Bu gün, 05:00
2025-ci ildə qlobal hərbi xərclər 2,8 trilyon dolları keçib - HESABAT
Bu gün, 04:58
Çində ən böyük LNG tankeri istifadəyə verilib
Bu gün, 04:56
“Aztəsərrüfat” MMC NARAZILIQ YARADIR - Pullarını ala bilməyən kəndlilərin ETİRAZI
Bu gün, 04:40
“Azəriqaz” işçisi Prezidentə ÜZ TUTDU - MÜRACİƏT
Bu gün, 04:35
Aİ-dən 90 milyardlıq dəstək: - Ukrayna xilas olur, yoxsa sadəcə vaxt qazanır?
Bu gün, 04:26
İttifaq sədri xalq artistinin qızına vəzifə verdi - “Qara Qarayev, Tofiq Quliyevdən sonra...”
Bu gün, 04:23
"Karaca Azərbaycan"ın ABSURD bəhanəsi - Müştərinin yeni aldığı çuqun qazandan paslı su axdı
Bu gün, 04:19
Keçmiş icra başçısı vəfat etdi
Bu gün, 04:12
"Bu gün muğam ifaçıları "Vağzalı"nı unutdurmağa şərait yaradırlar" - ETİRAZ
Bu gün, 04:10
"Brent" markalı neftin qiyməti 101 dollara yüksəlib
Bu gün, 04:07
Ukraynaya enerji dəstəyi üçün əlavə 100 milyon avro ayrılır - KİV
Bu gün, 04:04
Erməni blogerdən rəsmi Bakıya xahiş - “Bunları azad etməyin”
Dünən, 17:32
Ukrayna Türkiyədə keçiriləcək NATO sammitində təmsil olunacaq
Dünən, 17:28
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru