"Axırda da mənə dedilər ki, get, kimə şikayət eləyirsən elə..." - GİLEY
Tarix: 12-08-2021, 12:46 | Çap et
 İşlədiyi şirkətdə faciəli şəkildə xəsarət alan, iş qabiliyyətini itirən işçilər məhkəməyə üz tutub. Onlar çalışdıqları şirkətdən sığorta ödənişini ala bilmirlər. Bu səbəbdən müalicələri də yarımçıq qalıb.
Musavat.com-a müraciət edən Tovuz rayonunun Yanıqlı kənd sakini Ayət Abduləzov da həmin işçilərdən biridir. İş qəzasında zərərçəkən digər şəxslər isə Suliddin Abduləzov və Nihat Xudaidir.
Onlar “Polad Yol Yapı Sənaye və Ticarət Şirkəti”nin (“Polat Yol Yapı Sanayi ve Ticaret A.Ş.”) Azərbaycandakı nümayəndəliyinin işçisi olublar. Hadisə Tovuz rayonunun Aşağı Əyyublu kəndində yol çəkilişi zamanı baş verib. Adı çəkilən işçiləri elektrik cərəyanı vurub. Hadisə 1 il 7 ay əvvəl olub.
Bunun üzərindən aylar keçməsinə baxmayaraq, işçilər şirkətdən sığorta ödənişini ala bilmirlər.
Bədbəxt hadisə nəticəsində sağlamlığını itirən 41 yaşlı Ayət Abduləzov deyir ki, indi ailəsini və iki azyaşlı övladını dolandıra bilmir, müalicə almağa da imkanı çatmır.

Onun dediyinə görə hadisədən sonra Tovuz rayon xəstəxanasına çatdırılıb. İlkin tibbi yardımdan sonra Gəncəyə göndərilib və üç gün orada saxlanılandan sonra evə buraxılıb.
A.Abduləzov qeyd edir ki, iş vaxtı onları elektrik cərəyanı vuran zaman ölümcül vəziyyətdə olublar.
“Xəstəxanaya aparılanda ölümcül vəziyyətdə idik. Ağır yanıq xəsarətlərimiz var idi. Mən bir sutka sonra ayılmışam. Fevralın 12-də yenidən Şəmkir hospitalına müraciət etdim, müayinələrdən keçdim. Sonra Gəncədə müayinə zamanı sağ ayaqaltı sinirlərin neyropatiyası aşkar edildi. Mənə “sağ lateral və medial ayaqaltı sinirlərin neyropatiyası” diaqnozu qoyuldu. Uzun müddət xəstəxanadan “Forma-88” ala bilmədim. Buna görə də əlilliyin təyin olunması, sığorta ödənişi indiyədək verilmir.
Həkim izah elədi ki, evdə xəstələnsəydin özümüz bülleten aça bilərdik. Amma bu bədbəxt hadisə iş yerində olub. Ona görə də aktı şirkət verməlidir. Şirkət də uzadırdı, vermirdi. Vəkil sağ olsun, nə qədər yerlərə yazandan sonra axır ki, o aktı aldı. O aktla təsdiqlənir ki, həqiqətən belə bir bədbəxt hadisə baş verib və mən xəsarət almışam. Ondan sonra xəstəxanadan “Forma-88”i almışam. İndi onu Əlillərin Bərpa Mərkəzinə aparıb verməliyəm, bir də sığorta şirkətinə. Amma şirkət öz işçisinə sahib çıxmadı. Rəhbərlik hadisədən sonra vəd verdi ki, həm müalicə xərclərimizi ödəyəcək, həm də ailəmizin qayğısına qalacaq. Xəstəxananın xərclərini ödədilər. Amma qalan heç nə eləmədilər. Axırda da mənə dedilər ki, get, kimə şikayət eləyirsən elə. Mənə may ayına qədər pul vermişdilər. Ona görə ki, may ayına qədər mənə işçi kimi maaş yazmışdılar. Sonra veclərinə də olmadı ki, bu bədbəxtin ailəsi, 10-11 yaşlı iki uşağı, müalicəsi necə olacaq?".
Maraqlıdır ki, şirkət bu iddialara cavab olaraq deyir ki, keçmiş işçilərinə lazım olan maddi yardım verilib. Həmçinin hüquqi addımlar da atılıb.
Amma işçilər sığorta ödənişini ala bilmir...
Qeyd edək ki, “Polad Yol Yapı Sənaye və Ticarət Şirkəti” hələ sabiq nəqliyyat naziri Ziya Məmmədovun dönəmindən Azərbaycanda fəaliyyət göstərir. Ölkə üzrə yeni çəkilən əksər avtomobil yollarının salınması və digər böyük layihələr məhz bu şirkət tərəfindən icra olunur.


|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• “Avraam Razılaşmaları” Qafqaza gəlir: böyük siyahıda Azərbaycan da var - GƏLİŞMƏ
Bu gün, 01:14 |
|
|
|
• Turizm Agentliyi nə etmək istəyir? - TƏFƏRRÜAT
Bu gün, 01:09 |
|
|
|
• Şərqi Zəngəzur Regional Təhsil İdarəsinin müdiri Fuad Bədəlov İTTİHAM OLUNUR - ÖZBAŞINALIQDA
Bu gün, 01:06 |
|
|
|
• İki devalvasiyanın dərsi: Kölgə bazarı necə böyüyür? - AKTUAL
Bu gün, 00:57 |
|
|
|
• Qənirə Paşayevanın büstü hazırlandı - FOTOLAR
Bu gün, 00:48 |
|
|
|
• Nazirin dostu olan məmur ƏRKÖYÜNLÜK EDİR - Deyir ki, toxunulmazdır...
Bu gün, 00:45 |
|
|
|
• Robert Köçəryanın atasının azərbaycanlı olması Ermənistanı qarışdırdı - Siyasi xaosun dibi
Bu gün, 00:38 |
|
|
|
• “Rəhimə xanım bizə bir dəfə zəng vurub dedi ki...” - Hacı İsmayılov
Bu gün, 00:27 |
|
|
|
• İlham Tahirovdan akademikin təklifinə sərt reaksiya - “Dilimizi korlayan "parazit sözlər"i...”
Bu gün, 00:24 |
|
|
|
• Bakı və Brüssel arasında balans bərpa olundu -ŞƏRH
Bu gün, 00:21 |
|
|
|
• ADSEA 8 milyonu hara xərclədi? - Prezidentin açılışını etdiyi yolu görün nə hala saldılar
Bu gün, 00:17 |
|
|
|
• Deputat, professor dolana bilmirsə, vətəndaş nə etsin? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 00:10 |
|
|
|
• "Artıq Ermənistan tərəfi faktiki olaraq Azərbaycanın gücünü qəbullanıb..." - FAKT BUDUR!
Bu gün, 00:06 |
|
|
|
• "Adam heç bilmir ki, necə baş verdi..." - VİDEO
Bu gün, 00:02 |
|
|
|
• İsrail və Suriya nümayəndələri Bakıda görüşüb - CNN
Dünən, 23:58 |
|
|
|
• İmtahanda nə baş verib? - Şagirdlər ağlayaraq çıxdı
Dünən, 23:55 |
|
|
|
• Leyla Əliyevanın qızı dünya çempionatında finala yüksəldi - FOTO
Dünən, 23:51 |
|
|
|
• Prezident İlham Əliyevin Zirvə görüşü: - Avropa liderləri Azərbaycanın yeni siyasi reallıqlarını qəbul edir
Dünən, 18:03 |
|
|
|
• Ermənilər daha bir mahnımızı oğurladı - Xalq artistindən reaksiya (VİDEO)
Dünən, 17:47 |
|
|
|
• Elçin Quliyev generalı işdən çıxardı
Dünən, 17:44 |
|
|
|
• Lavrov və Rubio Rusiya-Ukrayna danışıqlarını müzakirə edib - FOTO
Dünən, 17:40 |
|
|
|
• Qubada yaşayış evi sürüşmə təhlükəsi ilə ÜZ-ÜZƏ – Qəzalı ev niyə təmir olunmur?
Dünən, 12:37 |
|
|
|
• Rusiya ilə bundan sonra NƏ OLACAQ?
Dünən, 12:28 |
|
|
|
• Bakı bunu tələb edir – Putin Paşinyana ona görə qəzəbləndi
Dünən, 12:18 |
|
|
|
• “Tərtər işi”nə görə Ali Məhkəməyə müraciət EDİLDİ - DETALLAR
Dünən, 12:10 |
|
|
|
• “Mən o kişiyə qulaq asdım, hərəkəti pis hərəkətdir” - Ağsaqqal deputat
Dünən, 12:08 |
|
|
|
• Sabiq məhkəmə sədrinə 4615 manat pensiya hesablandı - Narazı qaldı
Dünən, 12:04 |
|
|
|
• Azərbaycanlı aşpaz və kuryer adam OĞURLADI - TƏFƏRRÜAT
Dünən, 11:33 |
|
|
|
• Paytaxtda növbəti genişmiqyaslı təmizlik işləri aparılıb - FOTO
Dünən, 11:26 |
|
|
|
• Qriqoryan Tehranda Əraqçı ilə görüşüb – Ermənistan-İran xəttində yeni mesajlar
Dünən, 11:24 |
|
|
|
• İstanbulda nəticəsiz görüş və ya “biz ancaq ABŞ-la danışa bilərik”
Dünən, 11:21 |
|
|
|
• “Putinin tankları palçığa batmasaydı, 5 saata Kiyevdə olardılar” - Tramp
Dünən, 11:13 |
|
|
|
• Putin Trampla görüşənədək məsələni həll etməlidir: İki yoldan biri ilə - ŞƏRH
Dünən, 11:03 |
|
|
|
• "O çörək sənə zəhər olsun"
Dünən, 10:58 |
|
|
|
• “Sülh müqaviləsi imzalanandan sonra Rusiyanın 102-ci bazası Ermənistandan çıxarılacaq...”
Dünən, 10:57 |
|
|
|
• Paşinyanın azərbaycanlılara dediyi sözlər – Yeni olan yeganə şey…
Dünən, 10:35 |
|
|
|
• “Vopşe”, “tak çto”, “znaçit” kimi sözləri dilimizin lüğətinə daxil etməliyik - Nizami Cəfərovdan ABSURD TƏKLİF
Dünən, 10:27 |
|
|
|
• İsrail Bakıda Türkiyə rəsmiləri ilə görüşən generalın adını açıqladı - “Times of İsrael”
Dünən, 10:24 |
|
|
|
• Azərbaycanın beton şirkəti - MƏNFƏƏT VƏ ZƏRƏRİNİ BÖLÜŞDÜRÜR
Dünən, 10:20 |
|
|
|
• "Qaradağ" ASC səhmdarlarını yığıncağa - DƏVƏT EDİR
Dünən, 10:18 |
|
|
|
• “Montin Bazar” ASC səhmdarlarının illik ümumi yığıncağı keçiriləcək
Dünən, 10:15 |
|
|
|
• “Gorgiyev lenti” taxıb boy-boy şəkil çəkdirən ağsaqqalların yaddaşı da “gedib” - BU NƏDİ BELƏ?..
Dünən, 10:10 |
|
|
|
• Ədalət partiyası yeni sədr SEÇƏCƏK
Dünən, 09:53 |
|
|
|
• Füzuli sakinin əmlakına ziyan vuran şəxs 10 manat cərimələndi - MƏHKƏMƏ
Dünən, 09:50 |
|
|
|
• Azərbaycanın əsas sülh şərti dəyişməz qalır... - ONA GÖRƏ DƏ...
Dünən, 09:49 |
|
|
|
• Tirana sammiti: Bakının diplomatiyasının zəfəri - İNCƏLƏMƏ
Dünən, 09:35 |
|
|
|
• Bəstəkar Aygün Səmədzadə Gəncə Dövlət Filarmoniyasına direktor təyin olunub - ƏMR
Dünən, 09:16 |
|
|
|
• Rusiyadan postsovet xalqlarına qarşı daha bir amansız addım gəlir: - "Rus dili imtahanından keçə bilməyən miqrant uşaqları sürgün edilsin!.."
Dünən, 09:13 |
|
|
|
• Ərdoğan Azərbaycan və Türkiyə arasında imzalanan üç sənədi təsdiqlədi
Dünən, 09:09 |
|
|
|
• Azərbaycanda belə hadisə olmamışdı: ilk dəfədir – Şagirdlər…
Dünən, 09:07 |
|
|
|
|